AZƏrbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix31.01.2017
ölçüsü3,29 Mb.
#7222
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
 
 
 
 
 
XXI əsr  
 

 
Şahin Fazil 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
330 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
331 
 
ġAHĠN FAZĠL 
 
Şahin Fazil (Fərzəliyev) 1940-cı ildə anadan olmuşdur. 1959-
1963-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi-
nin fars bölməsində təhsil almışdır. Müxtəlif illərdə Əfqanıstanda 
tərcüməçi  işləmişdir.  Tarix  elmləri  doktoru,  professordur.  Hal-ha-
zırda AMEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır.  
Keçən  əsrin  50-ci  illərindən  başlayaraq  ədəbi  fəaliyyətlə 
məşğuldur. İndiyədək 22 kitabı nəşr olunmuşdur. Üç qüzdən artıq 
məqalənin və üç divanın müəllifidir. Azərbaycan Yazıçılar Birliyi-
nin üzvüdür. 1998-ci ildən “Məcməüş-şüəra” ədəbi məclisinə sədr-
lik edir
450
.  
XXI  əsrdə  ilk təzkirəni  Şahin  Fazil qələmə  almışdır
451
. Təz-
kirədə  XIX əsrin 80-ci  illərində  yaradılmış,  43 il fəaliyyət  göstər-
miş,  1980-ci  ildə  yenidən  bərpa  olunmuş  “Məcməüş-şüəra”  və 
onun üzvlərindən bəhs olunur. Təzkirə dibaçə, “Ədəbi məclisin ta-
rixi seyri”, əsas hissə və xatimədən ibarətdir. Təzkirədə ilk olaraq 
“Məcməüş-şüəra”nın yaranışından bərpasınadək bu məclisin yığın-
caqlarında iştirak etmiş söz sahiblərinin bəziləri haqqında məlumat 
verilmiş  və  əsərlərindən  nümunələr  təqdim  olunmuşdur.  Daha 
sonra məclisin bərpasından sonrakı məclis üzvlərinin həyatı və ya-
radıcılığı haqqında məlumat verilmişdir. Şairlər haqqında bilgi ve-
rilərkən heç bir prinsip əsas götürülməmişdir.  
Şahin Fazil təzkirənin “Dibaçə”sində yazır:  
 
“Təzkirə” bəhrinə baş vurmağa tab lazımdır, 
Nə böyük işdi bu, ya Rəbb, bu nə qüvvət, tabdır? 
 
Birini Seyyid Əzim yazdı ki, min rəhmət ola, 
Birinin sahibi Mir Möhsün ağa Nəvvabdır. 
 
                                                 
450
 Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, s. 757. 
451
 Şahin Fazil. Təzkireyi-Şahin. Bakı, 2006, 818 s.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
332 
Biri də Mirzə Hüseyn idi “Qayıb” nəslindən
Bir burulğandı bu təzkirə işi, girdabdır. 
 
Başqa təzkirə yazarı görməyirəm dövrəmdə, 
Bir səda gəldi mənə: Onlara Şahin babdır. 
  
Müəllif  təzkirəsinin  yazılma  səbəbini  bu  şəkildə  izah  edir: 
“Mən aciz bəndə Kərbəlayi Şahin Fazil gecə-gündüz fikrü xəyala 
dalıb,  könlümə  bir  şairanə  məcmuə  odunu  salıb  və  həmçinin  120 
yaşlı “Məcməüş-şüəra” ədəbi məclisinin cavan və yaşlı üzvlərinin 
xahişlərini  nəzərə  alıb  “Təzkireyi-Şahin”i  yazmağa  niyyət  və  bu 
çətin  işə  cürət  etdim.  Məlumdur  ki,  son  dövrlərdə  təzkirənevislik 
sahəsində hələm-hələm qələm işlədən və ağ varaq qaralayan ədib-
lərimizin  sayı  olduqca  azdır  və  ədəbiyyat  maşınımız  bu  cəhətdən 
nasazdır”
452
.  
Şahin Fazil əsərinin ön sözündə Nəvvab təzkirəsindən 113 il 
sonra bu janrda  əsər  yazılmadığını qeyd edir: “...Şahin Fazil yaşı-
nın və işinin çoxluğu, həmçinin əzəlki taqətinin yoxluğu üzündən 
böyük  əziyyətə  qail  olub  “Təzkirə”  yazdı,  yox  əgər  yazmasaydı, 
Nəvvab təzkirəsindən 113 il sonra  yazılan bu  əsər var olmazdı və 
bu “Təzkirə” olmasaydı vəfat edən və hal-hazırda sağ olan “Məc-
məüş-şüəra” şairləri barədə, bəlkə də, heç nə yazılmazdı”
453
.  
Şahin Fazilin təzkirəsinə həsr etdiyi qəzəli də maraq doğurur: 
 
Şadəm, düşəcək dillərə “Təzkireyi-Şahin”, 
Sovqat olacaq ellərə “Təzkireyi-Şahin”. 
 
Yazdımsa da üç  “Divan”ı, “Təzkirə” yox idi, 
Yer qoymadı nisgillərə “Təzkireyi-Şahin”. 
 
Bir közdü o çoxdan ki, kül altında qalırdı, 
Sovdurdu külü yellərə “Təzkireyi-Şahin”. 
                                                 
452
 Yenə orada, s. 4. 
453
 Yenə orada, s. 6. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
333 
 
“Təzkirə” yox idi neçə illər vətənimdə, 
Dürdanədi aqillərə “Təzkireyi-Şahin”. 
 
Bir güllədi cahillərə şairlər adından, 
Bir şillədi qafillərə “Təzkireyi-Şahin”. 
 
Yazdım onu min şövq ilə, bir töhfədi məndən, 
Sevdalı şirindillərə “Təzkireyi-Şahin”. 
 
Şahin elə “Təzkirə” yazıbdır ki, bu gündən 
Qalsın gələcək illərə “Təzkireyi-Şahin”
454

    
Şahin Fazilin qələmə aldığı bu əsər təzkirəçilik tarixində indiyə 
qədər görünməmiş özəlliyə malikdir. O, bizim ilk təzkirəmizdir ki, 
bir ölkənin,  bir  ədəbi  nəslin, bir üslubun  yox, bir poetik məclisin 
üzvlərinin həyat və yaradıcılığını əks etdirir
455

Təzkirənin  əvvəlində  “Ədəbi  məclisin  tarixi  seyri”  başlığı 
altında  “Məcməüş-şüəra”  ədəbi  məclisinin  tarixi  haqqında  məlu-
mat  verilmiş,  digər  ədəbi  məclislərlə  əlaqəsi  təhlil  edilmiş,  90-a 
yaxın  üzvünün  tərcümeyi-halı  və  əsərlərindən  örnəkləri  təqdim 
olunmuşdur.  
 
 
 
                                                 
454
 Yenə orada, s. 13. 
455
 Nəbiyev  B.  Şahinin  qanadları:  (“Təzkireyi-Şahin”  haqqında  rəy)  //  «Elm» 
qəzeti. -  2002. - 19 oktyabr. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
334 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
335 
 
NƏTĠCƏ 
 
Azərbaycan təzkirəçiliyinin XVI-XXI əsrlər mərhələsinə dair 
apardığımız  tədqiqatların  nəticələrini  aşağıdakı  bəndlərlə  təqdim 
etmək mümkündür: 

 
Monoqrafiyada  Azərbaycan  təzkirələrinin  nəşri  vəziyyəti  və 
tədqiq tarixi sistemli şəkildə öyrənilmişdir. Araşdırmaların nə-
ticəsi olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyinin nəzəri 
baxımdan, eləcə də sistemli şəkildə tədqiqinə ciddi ehtyac var-
dır.  Belə  ki,  XVI  əsrdən  başlayaraq  XXI  əsrə  qədər  azərbay-
canlı  müəlliflər  tərəfindən  45  təzkirə  qələmə  alınmışdırsa  da, 
indiyə kimi onlardan sadəcə 6-sı Azərbaycan dilində nəşr olun-
muşdur.  Qeyd  olunan  bütün  Azərbaycan  təzkirələrinin  tərcü-
məsi,  elmi-tənqidi  və  ya  faksimile  mətnlərinin  hazırlanması 
təzkirəşünaslarımız  qarşısında  duran  mühüm  vəzifələrdəndir. 
Bunlardan  əlavə,  hər  bir  Azərbaycan  təzkirəsinin  monoqrafik 
səviyyədə  araşdırılması  Azərbaycan  ədəbiyyatının  müxtəlif 
mərhələlərini,  ümumiyyətlə  mədəniyyət  tariximizi  tədqiq 
etmək üçün əhəmiyyətlidir. 

 
İlk dəfə olaraq Azərbaycan təzkirələrinin təsnifatı aparılmışdır. 
Azərbaycanlı  müəlliflərin  təzkirələrini  qələmə  alındıqları  dil, 
struktur,  əhatə  etdiyi  dövr,  yazıldığı  zaman  və  coğrafiya  üzrə 
təsnifləşdirmişik.  Azərbaycan  təzkirələrinin  nəzm  və  nəsr  his-
səsinin dili öyrənilmiş və bu əsərlər təhkiyə hissəsi türkcə yazı-
lan  və  yalnız  türkcə  şeirlərdən  nümunələri  əhatə  edən  təzkirə-
lər, təhkiyə hissəsi türkcə olan, həm türkcə, həm də farsca şeir-
lərdən  örnəklərin  verildiyi  təzkirələr,  həm  təhkiyə  hissəsinin, 
həm  də  poeziya  nümunələrinin  iki  dildə  (türkcə  və  farsca) 
yazıldığı təzkirələr, təhkiyə hissəsi fars dilində qələmə alınan, 
həm fars, həm də türkcə nümunələrin təqdim olunduğu təzkirə-
lər, həm təhkiyə, həm də şeir nümunələri farsca olan təzkirələr 
şəklində beş qrupa bölünərək dəyərləndirilmişdir. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
336 

 
Azərbaycan  təzkirələrinin  strukturu  təhlil  edilərkən  Azərbay-
can  müəlliflərinin  təzkirələrdə  haqlarında  məlumat  verdikləri 
şairləri  təbəqə,  əlifba,  coğrafi,  xronoloji  prinsiplərə  görə  təq-
dim etdikləri məlum olmuşdur. 

 
Monoqrafiyada  Azərbaycan  təzkirələrinin  tərtib  prinsiplərinə 
görə bölgüsü aparılaraq təhlil edilmişdir. Belə ki, azərbaycanlı 
müəlliflərin  əsərləri  təbəqə  üsulu,  əlifba,  coğrafi,  xronoloji 
prinsip  və  ədəbi  nümunələrin  janrlarına  görə  tərtib  olunmuş 
təzkirələrə ayırılmışdır. Bunlardan əlavə, sistemsiz tərtib olun-
muş təzkirələrə də rast gəlirik.  

 
Azərbaycan təzkirələrini əhatə etdiyi coğrafiyaya görə  üç his-
səyə  ayırmışıq:  ümumşərq,  ümumazərbaycan,  məhəlli  təzkirə-
lər. Ailə və ya zümrə təzkirələri ayrıca bir qrupu təşkil edir.  

 
Azərbaycan təzkirələri bəhs etdiyi zamana görə zaman məhdu-
diyyəti  qoyulmayan  təzkirələr  və  müəyyən  zaman  dilimini 
əhatə edən təzkirələrə bölünür. 

 
Azərbaycan  təzkirələrinin  yazıldığı  tarix  və  məkan  haqqında 
məlumatı  cədvəl  vasitəsilə  əyani  şəkildə  təqdim  etmişik  və 
təhlillər aparılmışdır. Apardığımız araşdırmalar nəticəsində  41 
Azərbaycan təzkirəçisinin XVI əsrdən XXI əsrə kimi 46 təzki-
rə  tərtiblədiyi  məlum  olmuşdur.  Təbii  ki,  bu  son  rəqəm  deyil. 
Gələcəkdə aparılacaq araşdırmalar zamanı bu sayda dəyişiklik 
də  ola  bilər,  tərəfimizdən  əldə  olunmayan  əsərlər  üzə  çıxarıla 
bilər. 

 
Azərbaycanlı  müəlliflər  tərəfindən  yazılan  tarixi  əsərlərin  təz-
kirə hissəsi də tədqiqat obyektimizə daxil edilmişdir. Səfəvilər 
dövründə, XVII əsrdə yaşayıb-yaratmış və Azərbaycanın qızıl-
baş tayfalarına mənsub olmuş üç tarixçi öz əsərlərində şairlərin 
həyat  və  yaradıcılıqlarına  xüsusi  fəsillər  ayrılmışdır.  Bu  tarixi 
əsərlər içərisində . İsgəndər bəy Türkmanın “Tarix-i aləmara-yi 
Abbasi”,  Vəliqulu  bəy  Şamlunun  “Qisəsül-xaqani”,  Məhəm-
mədqulu  xan  Qacar  Gənceyinin  “Lübbül-lübab”ın  təzkirə  his-
səsi  təhlil  olunmuşdur.  Bunlardan  əlavə  Abbasqulu  ağa  Bakı-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
337 
xanovun  “Gülüstani-İrəm”  adlı  əsərinin  şairlərdən  bəhs  edən 
hissəsi də nəzərdən keçirilmişdir. 

 
XX  əsrdə  nəşr  olunmuş  təzkirə  xarakterli  əsərlərdən  -  Əzizə 
Cəfərzadənin  “Azərbaycanın  aşıq  və  şair  qadınları”,  Cəfər 
Rəmzi  İsmayılzadənin  “Deyilən  söz  yadigardır”,  Nəsrəddin 
Qarayevin  “Poetik məclislər”,  Məmməd Nuru oğlunun “Azər-
baycan qəzəlləri” adlı kitablarından bəhs etmişik.  

 
Osmanlı  təzkirəçiliyi  haqqında  məlumat  verilmiş,  bundan 
sonra Azərbaycan və Osmanlı təzkirələrinin fərqli və oxşar xü-
susiyyətləri  tədqiq  edilmişdir.  Təzkirələr  arasındakı  oxşar  və 
fərqli xüsusiyyətləri aşağıdakı maddələrlə təqdim etmək müm-
kündür: 
- Təzkirələrin yazılma dinamikası baxımından müqayisə; 
- Təzkirələrin strukturundakı oxşarlıqlar və fərqlər; 
- Təzkirələrin əhatə etdiyi coğrafiya və dil nöqteyi-nəzərindən 
uyğunluqlar və fərqlər; 
- Müəllifliklə bağlı fərqlər. 

 
Monoqrafiyanın dördüncü fəslində Azərbaycan təzkirələri xro-
noloji  prinsip  əsasında  tədqiqata  cəlb  olunmuşdur.  Bu  zaman 
ilk  olaraq  təzkirəçinin  həyatı,  yaradıcılığı  haqqında  məlumat 
verilmiş,  daha  sonra  təzkirəsinin  yazılma  tarixi,  kimə  ithaf 
olunması,  dili,  strukturu,  dövrün  digər  təzkirələrindən  fərqi 
göstərilmiş, əlyazma nüsxələrinin mühafizə olunduğu kitabxa-
naların adı qeyd olunmuşdur. 

 
XVI  əsrdə azərbaycanlı müəlliflər tərəfindən 4 təzkirə  qələmə 
alınmışdır.  Bunlar  Sam  mirzənin  “Töhfeyi-Sami”,  Əhdi  Bağ-
dadinin “Gülşəni-şüəra”, İbrahim mirzənin “Fərhəngi-İbrahim” 
və Tövfi Təbrizinin “Təzkireyi-Tövfi” adlı əsərləridir. Sonuncu 
iki əsər haqqında məlumatı mənbələrdən əldə edirik və bu təz-
kirələr  zamanımıza  gəlib  çatmamışdır.  Sam  mirzə  təzkirəsini 
fars dilində, Əhdi Bağdadi isə türkcə qələmə almışdır. Bu təz-
kirələrin strukturları da bir-birindən fərqlidir. 

 
XVII  əsrdə  isə  Sadiq  bəy  Sadiqi  “Məcməül-xəvas”  və  Nazim 
Təbrizi “Nəzmi-güzidə” adlı təzkirələr yazmışlar.   Sadiqi təz-

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
338 
kirəsindən  fərqli  olaraq  “Nəzmi-güzidə”  fars  dilində  qələmə 
alınmışdır.  Nazim  təzkirəsinin  “Məcməül-xəvas”dan  digər  bir 
fərqli  cəhəti  strukturundadır.  Sadiq  bəy  Əfşar  əsərini  Əlişir 
Nəvai,  Dövlətşah  Səmərqəndi  və  Sam  mirzənin  təzkirəsinin 
davamı olaraq qələmə aldığını qeyd edir. Yəni Sadiqi özündən 
öncəki  təzkirələrə zeyl  olaraq öz  əsərini qələmə  almışdır. Na-
zim Təbrizi isə qədim dövr şairlərindən  başlayaraq öz müasir-
ləri haqqında məlumatı və əsərlərindən nümunələri əhatə edən 
əsər ortaya qoymuşdur. Qeyd olunan bu təzkirələrin oxşar cə-
həti  I  Şah  Abbasa  ithafən  yazılmasıdır.  Sadiqi  təzkirəsindən 
bəhs  edərkən  Sadiqi  “Külliyyat”ı  içərisində  yer  almış  anonim 
təzkirəni  də  Osmanlı  təzkirələri  fonunda  tədqiqata  cəlb  etmi-
şik.  

 
XVIII əsrdə Azərbaycan təzkirəçiləri 5 təzkirə qələmə almışlar. 
Əliqulu  xan  Valehin  “Riyazüş-şüəra”sı,  Lütfəli  bəy  Azərin 
“Atəşkədə”si,  İshaq  bəy  Üzri  Bəydilinin  “Təzkireyi-İshaq”ı, 
Sultan Məhəmməd mirzə Bahadur xanın “Töhfətüş-şüəra”sı və 
Əbu Talib xan Təbrizinin “Xülasətül-əfkar”ı bu əsrdə yazılmış-
dır.  “Riyazüş-şüəra”  əlifba  prinsipi  əsasında,  “Atəşkədə”  isə 
coğrafi  prinsip  əsasında  tərtiblənmişdir.  İshaq  bəy  Üzrinin 
əsəri  isə  təzkirədən  ziyadə  antologiyadır.  Sonuncu  iki  təzkirə 
isə dövrümüzə qədər gəlib çatmamışdır. 

 
XIX  əsrdə  Azərbaycan  təzkirəçiliyi  kuliminasiya  nöqtəsinə 
çatmışdır. Belə ki, XIX əsrdə 22 təzkirə qələmə alınmışdır. Bu 
dövrdə yazılan təzkirələr yazıldığı dil, əhatə etdiyi coğrafiya və 
zaman, struktur və s. cəhətlərinə  görə bir-birindən fərqlənmiş-
lər. 

 
XX əsrdə isə 9 təzkirə yazılmışdır. Məhəmməd ağa Müctəhid-
zadə, İbrahim Tahir Musayev, Həsənəli xan Qaradaği, Məhəm-
mədəli  Tərbiyət,  Şəmsəddin  xan  Həqqi  Təbrizi,  Qulam  Məm-
mədli, Seyid  Əbdülhəmid Xalxali, Əziz Dövlətabadi, Məhəm-
məd Dəyhim XX əsrin təzkirəçiləri sırasındadır.  

 
XXI  əsrdə  klassik  tərzdə  təzkirəni  Şahin  Fazil  tərtib  etmiş  və 
2006-cı ildə nəşr etdirmişdir. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
339 
Beləliklə, Azərbaycan təzkirələrini nəzəri baxımdan, sistemli 
şəkildə  tədqiqata  cəlb  edərək,  “Azərbaycan  təzkirəçilk  tarixini” 
ortaya qoymağa təşəbbüs etdik. 
 
 
 
 
 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
340 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
341 
ƏDƏBIYYAT 
 
AZƏRBAYACAN DĠLĠNDƏ 
Araslı  H.  XVII-XVIII  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi.  Bakı: 
Azərbaycan Universiteti nəşriyyatı, 1956, 327 s. 
Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı: Azərbaycan Uşaq 
və Gənclər ədəbiyyatı nəşriyyatı, 1958, 312 s. 
Araslı  N.  Sadıq  bəy  Əfşarın  «Məcməül-xəvas»  təzkirəsi  orta  əsr 
Azərbaycan  Türk  şairləri  haqqında  //  Prof.  Dr.  Mustafa  İsen  adına 
Uluslararası Klassik Türk edebiyatında Biyografi sempozyumu, Proqram 
ve bildiri özetleri. - 6-8 may 2010. - s. 26-28. 
Azərbaycan  qəzəlləri  (tərtibçi  və  ön  sözün  müəllifi:  Məmməd 
Nuru  oğlu;  izahların  və  lüğətin  müəllifi:  Əhmədağa  Əhmədov).  Bakı: 
Azərnəşr, 1991, 642 s.  
Azərbaycanın  aşıq  və  şair  qadınları  (tərtib  edəni:  Əzizə  Cəfər-
zadə). Bakı: Gənclik, 1991, 288 s. 
Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı / Tərtib edən: 
T.Əhmədov. – Bakı: Azərbaycan Ensiklopediyası NPB, 1995, s. 106. 
Azərbaycan ədəbiyyatı tarixi: 3 cilddə, I c., Bakı: Azərb. SSR EA 
nəşriyyatı, 1960,  460 s. 
Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 
s. 
Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  adların  və  terminlərin 
şərhi / tərt.ed.: A.M.Babayev, Bakı: Maarif, 291 s.  
Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 1999, 550 s. 
Babayev A. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və 
terminlərin  şərhi  (yenidən  işlənmiş  və  təkmilləşdirilmiş  ikinci  nəşri). 
Bakı: Maarif, 1993, 291 s. 
Cavad  Heyət.  Azərbaycan  ədəbiyyatına  bir  baxış.  Bakı:  Yazıçı, 
1993,170 s. 
Durmuş İ.T. Tutsan əlini mən fəqirin. Bakı, Nurlan, 2010, 146. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
342 
Əfşar  Sadiq bəy.  Qanun-üs-süvər.  Giriş,  farscadan  tərcümə,  qeyd 
və şərhlər: A.Qazıyev. Bakı: Elm, 1971.  
Əlizadə L. Klassik Azərbaycan şairləri yeni təzkirə səhifələrində // 
Azərb.EA  Xəbərləri.  Ədəbiyyat,  dil  və  incəsənət  seriyası,  1986,  №3, 
s.155- 156. 
Əlyazmalar kataloqu: 2 cilddə, I cild, Tarix, coğrafiya, ədəbiyyat, 
bədii  ədəbiyyat  nəzəriyyəsi,  təzkirələr  və  münşəat  /  Tərt.  ed.: 
M.Sultanov; Azərbaycan EA Əlyazmalar Fondu, Bakı: 1977, 191 s. 
Feyzullayeva  V.  Əhdi  Bağdadi  və  onun  «Gülşəni-şüəra»  təzkirəsi 
// Ədəbiyyat məcmuəsi, 2000, s.198- 205. 
Feyzullazadə  V.  Əhdi  Bağdadinin  şeir  yaradıcılığı  (şairin 
nəzirələri) // Filologiya məsələləri, 2003, S. 1, s. 14-20. 
Fərzəli  Şahin  Fazil.  Azərbaycandakı  130  yaşlı  ədəbi  bir  məclisin 
tarixi  seyri  (“Təzkireyi-Şahin”  üzrə)  /  Prof.  Dr.  M.  İsen  adına  Ulus-
lararası Klassik Türk  edebiyatında  Biyografi  sempozyumu,  Proqram  ve 
bildiri özetleri. - 6-8 may 2010. - s. 20. 
Hacıyeva A. Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi. Bakı: Nurlan, 
2004,  211 s. 
Hacıyeva  A.  Mir  Möhsün  Nəvvab  Azərbaycan  ədəbiyyatşünas-
lığında // Dil və ədəbiyyat. – 1999. - № 4 (22). -  s.73 – 76. 
Hacıyeva A. «Təzkireyi-Nəvvab»da bir xəta haqqında // Tədqiqlər. 
-  1999. - № 1. - s. 30 – 32. 
Hacıyeva  A.  «Riyazül-aşiqin»  və  «Təzkireyi-Nəvvab»  təzkirə-
lərinin müqayisəli təhlili // Tədqiqlər. – 1999. - № 4. - s. 194 – 200. 
Hacıyeva  A.  Azərbaycan  ədəbiyyatının  öyrənilməsində  «Təz-
kireyi-Nəvvab»ın  əhəmiyyəti  //  Şərqin  aktual  problemləri:  tarix  və 
müasirlik. - Bakı, 2000. - s. 127 – 129. 
Hacıyeva  A.  Mir  Möhsün  Nəvvab  müasirləri  haqqında  //  AMEA 
aspirantlarının elmi konfransının materialları. – Bakı, 2002. - s. 208. 
Həsənova R. Həsənəli Ağa Xan Qaradaği haqqında yeni material-
lar // S.M.Kirov adına ADU-nun Elmi əsərləri, 1961, № 1, s. 15-23.    

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
343 
Həsənzadə T. Qacarlar dövrünün titulları. Bakı: Elm və təhsil, 2011, 
245 s.  
Hüseyni M. Ədəbiyyat tariximizdən səhifələr. Bakı: Nurlan, 2004, 
180 s.  
Xacə Zeynalabidin Əli Əbdi Bəy Şirazi. Təkmilətül-əxbar (Səfəvi 
dövrü-Şah  İsmayıl  və  Şah  Təhmasib  dövrləri  tarixi).  Fars  dilindən 
tərcümə edəni: Ə.Rəhimov. Bakı: Elm, 1996, 200 s. 
Xıdırov C. İraq türkmanları. Bakı: Azərnəşr, 1993, 104 s. 
Xələfov  Ə.  Orta  əsrlər  Azərbaycan  ədəbi  biblioqrafiyasına  dair  // 
Kitabxanaçılıq və biblioqrafiya, 1997, №1, s. 82-93. 
Xələfov  Ə.  XVII-XVIII  əsrlərdə  Azərbaycan  ədəbi  biblioqrafik 
qaynaqları haqqında // Kitabxanaçılıq və biblioqrafiya, 1998, № 1, s. 25-
32. 
Xələfov  Ə.  XIX  əsr  Azərbaycan  maarifpərvər  şair  və  alimlərinin 
biblioqrafik fəaliyyəti haqqında // Kitabxanaçılıq və biblioqrafiya, 1998, 
№ 2, s.70-80. 
Xələfov  Ə.  XX  əsr  təzkirəçiləri  haqqında  //  Kitabxanaçılıq  və 
biblioqrfiya, 1999, № 2, s.106-117.  
Xələfov  Ə.  Təzkirəçilərin  bugünkü  sələfləri  //  Kitabxanaçılıq  və 
biblioqrafiya, 2000, № 1, s.92-99. 
Xəlilova  S.Ə.  «Təzkireyi-  Şah  Təhmasib  əsərində  XVI  əsr  Azər-
baycan  tarixi  ilə  bağlı  bəzi  məsələlər  haqqında  //  Azərb.SSR  EA, 
Məruzələr, 1978,  № 7, s. 77-86. 
Xəlilov P. SSRİ xalqları ədəbiyyatı. Bakı: Maarif, 1977, 355 s. 
İsen M. Təzkirədən bioqrafiyaya. Bakı, Oskar, 2012, 359 s. 
Kəndli-Herisçi. Sadıq bəy Sadiqinin həyat və yaradıcılığı haqqında 
bəzi  qeydlər  //  Azərbaycan  ədəbiyyatı  məsələləri.  Bakı:  1964,  s.  218-
239. 
Kərimov K. Sadiq bəy Əfşar. Bakı: İşıq, 1987. 
Kərimov  P.  XVII  əsr  anadilli  Azərbaycan  lirikası.  Bakı:  Nurlan, 
2011, 354 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
344 
Kəromov P. XVII əsr anadilli Azərbaycan poeziyası. Bakı: Nurlan, 
2012, 200 s. 
Kərimov  P.  Şah  İsmayıl  Xətainin  nəvəsi  İbrahim  mirzənin 
azərbaycanca şeirləri / Azərbaycan. - 2012. - № 1. - S. 184-189. 
Kərimov P. Məmmədəli Tərbiyətin  «Danişməndani-Azərbaycan» 
əsəri XVII əsr şairlərimiz haqqında // Filologiya məsələləri. – 2007. - № 
5. - s. 17 – 28. 
Qaradaği  (Xan-Qaradağski)  Həsənəli  ağa.  Fələyin  bir  belə  dövrü 
olacaqmış...(şeirlər, tərcümələr, tarixi salnamə) / Tərtib ed. R. Kərimov; 
ön  sözün  müəl.:  V.  Qaradağlı.  -  Bakı:  «Azərbaycan  Milli  Ensiklopedi-
yası» NPB, 2003. - 280 səh. 
Qaradaği  (Xan-Qaradağski),  Həsənəli  Xan.  Əsərləri.  –  Bakı: 
«Şuşa» nəşriyyatı, 2004. - 168 s. 
Qarayev  N.  XIX  əsrin  ikinci  yarısında  Azərbaycanın  görkəmli 
maarifpərvər  şairlərindən Həsənəli Xan  Qaradaği.  -    Məhəmməd  Füzuli 
adına Əlyazmalar İnstitutu Elmi Arxivi, (əlyazma, kiril əlifbası ilə, maşın 
çapı). 143 s.   
Qarayev  N.  «Təzkireyi-Ziyai»  və  «Təzkireyi-  Nəvvab»  haqqında 
bəzi qeydlər // Əlyazmalar xəzinəsində. IV c., Bakı, 1976, s. 78- 86. 
Qarayev  N.  XIX  əsr  Azərbaycan  ədəbi  məclisləri.  –  Bakı:  2010, 
234 s. 
 
Qarayeva L. İngilis şərqşünası Gibbin Türk poeziyası ilə bağlı bəzi 
fikirləri  //  Azərb.EA  Xəbərləri,  Humanitar  və  ictimai  elmlər  seriyası, 
2003, № 1- 4, s. 223- 229. 
Qasımlı M. Şah İsmayıl Xətayinin poeziyası. Bakı: Elm, 2002, 175 
s. 
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 
1974, 487 s.  
Qəhrəmanlı  N.  Milli  ədəbiyyat  tarixçiliyi:  genezis,  inkişaf,  dövr-
ləşdirmə problemləri.Bakı: Qartal, 1997, 116 s. 
Qəhrəmanov  C.  Valeh  Dağıstani  və  onun  «Riyazüş-şüəra»  əsəri. 
«Ədəbiyyat və İncəsənət» qəz., Bakı, 1982, 17 sentyabr 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
345 
Qəhrəmanov  C.,  Bağırov  Ə.  Məhəmmədəli  Tərbiyət.  «Ədəbiyyat 
və incəsənət» qəz., Bakı, 1988, 13 may 
Deyilən  söz  yadigardır  Toplayanı  və  tərtib  edəni:  Cəfər  Rəmzi 
İsmayılzadə. Bakı: Yazıçı, 1987, 350 s.  
Eyvazova  R.  Kişvəri  «Divan»ının  dili  (Morfoloji  xüsusiyyətlər). 
Bakı: Elm, 2005, 370 s. 
İsmayılova J. Süxənvərani-Azərbaycan əsərində qadın şairələrimiz 
// “Elm” qəzeti. - 2004. - 18 mart.   
İsmayılova  J.  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”  təzkirə-
sində bir xəta haqqında // “Elm” qəzeti. - 2005. - 7 noyabr. 
İsmayılova  J.  “Süxənvərani-Azərbaycan”  təzkirəsinin  tərtib  prin-
sipləri // Tədqiqlər 2004, N 4,  s. 251 – 254. 
İsmayılov  N.  Azərbaycan  biblioqrafiyasının  biblioqrafiyası  (Bib-
lioqrafik vəsaitlər göstəricisi). Bakı: Mütərcim, 2003, 111 s. 
Mahmudov  M.  Piyada…Təbrizdən  Şama  qədər.  Bakı:  Yazıçı, 
1982, 206 s. 
Makulu P. Ədəbi məlumat cədvəli. Bakı: Azərbaycan Elmlər Aka-
demiyasının nəşriyyatı, 1962, 574 s. 
Marağalı  Məhəmmədhəsən  xan  Etimadüssəltənə.  Xeyrati-hesan 
(Gözəllər  sərvəti)  /  fars  dilindən  tərcümə  edən,  ön  sözün  müəllifi 
T.Həsənzadə. Bakı: Nurlan, 2003, 103 s.  
Mayılova E. Nəvvabın avtoqraflarından // Əlyazmalar xəzinəsində. 
II c. Bakı, 1963, s. 109-115.   
Məmmədli  N.  Şeyx  Fəriddədin  Əttarın  “Təzkirətül-övliya”  əsəri 
və  onun  tərcümələri  /  Hikmət  elmi  araşdırmalar  toplusu,  2003,  №  1,  s. 
42-51. 
Məmmədli  N.  Əttar  əsərlərinin  türkcə  tərcümələri  // Azərb.  MEA 
Xəbərləri, Humanitar elmlər seriyası, 2005, №1, s.60-73. 
Məmmmədova  K.  Azərbaycanda  təzkirəçilik  ənənəsi  və  Məhəm-
mədəli  Tərbiyətin  “Danişməndani-Azərbaycan”  təzkirəsi:  Filol.elm.nam 
…dis. avtoref. Bakı, 2005, 30 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
346 
Məmmədova  K.  Məmmədəli Tərbiyətin  “Danişməndani-Azərbay-
can”  təzkirəsinin  quruluşu  və  təsnifatı  //  AMEA-nın  Xəbərləri,  Hu-
manitar və ictimai elmlər seriyası. – 2003. - № 1. - s. 216 – 223. 
Məmmədova  K.  Məmmədəli Tərbiyətin  “Danişməndani-Azərbay-
can” təzkirəsində təzkirəçiliyin görünüşü // Dil və ədəbiyyat. – 2003. - № 
1 (35). - s. 73 – 76. 
Məmmədova K. Təzkirələrin tədqiq tarixinə baxış // Dil və ədəbiy-
yat. – 2004. - № 1 (39). - s. 42 – 44. 
Məmmədova  K.  Məmmədəli Tərbiyətin  “Danişməndani-Azərbay-
can”  təzkirəsinin  ədəbiyyat  tariximizdəki  rolu  //  Dil  və  ədəbiyyat.  – 
2004. - № 1 (39). - s. 101 – 102. 
Məmmədova  K.  Azərbaycan  təzkirəçilik  ənənəsinin  inkişaf  mər-
hələləri // Elmi araşdırmalar. – 2004. -  № 1. - s. 118 - 120. 
Məmmədova  M.  “Təzkirətüş-şüəra”  və  onun  əlyazma  nüsxələri  // 
Azərbaycan, 1980, № 9, s. 188– 120. 
Məmmədova  M.  Respublika  Əlyazmalar  Fondunda  saxlanılan 
“Atəşkədə”  əlyazması  //  Azərb.  EA  sessiyası  materialları.  Bakı:  Elm, 
1974. 
Məmmədova M. Orta əsrlər təzkirəsi // Elm və həyat, 1974, № 12, 
s.24-25. 
Məmmədova M. Lütfəli bəy Azər və Azərbaycan ədəbiyyatı. Bakı: 
Örnək, 2001, 139 s. 
Məmmədova  Ş.  «Xülasət-ət-təvarix»  Azərbaycan  tarixinin  mən-
bəyi kimi. Bakı: Elm, 1991, 117 s. 
Məmmədzadə  B.  S.Ə.  Şirvani  “Təzkirəsi”ndə  Nizami  təxəllüslü 
qəzəl və müəllif haqqında // “Elm” qəzeti. – 2004. - 25 may. 
Məmmədzadə B. Seyid Əzim “Təzkirə”sində İzzət Əli Paşa Rumi 
//  Azərbaycan  filologiyasının  aktual  problemləri.  –  2008.  -  X  kitab,  ,  s. 
133 - 137. 
Mirəhmədov  Ə.  Ədəbiyyatşünaslıq.  Ensiklopedik  lüğət.  Bakı: 
“Azərbaycan Ensiklopediyası” NPB, 1998, 240 s.   

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
347 
Muradova  M.  Sadiqinin  “Məcməül-xəvas”  təzkirəsi  haqqında  // 
Azərb. EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, 1969, № 2, s. 
26- 28. 
Muradova  M.  Sadıq  bəy  Sadiqinin  həyat  və  yaradıcılığı.  Bakı: 
Elm, 1999, 139s. 
Muradova M. Sadiq bəy Sadiqinin klassik irsə münasibəti və türk-
çə şeirləri // “Azərbaycan XXI əsr” qəzeti. – 2002. – 1 - 7 mart. 
Muradova M. Sadiq bəy Sadiqinin müxtəlif şəxslərə məktubları // 
“Azərbaycan XXI əsr” qəzeti. – 2002. - 17-23 iyul. 
Muradova  M.  Sadiq  bəyin  dostlarına  məktublarından  //  “Elm” 
qəzeti. -  25 sentyabr. - 2003.  
Muradova  M.  Sadiq  bəy  Sadiqinin  “Məcməül-xəvas”  təzkirəsinin 
bir  əlyazma  nüsxəsi  haqqında  //  Orta  əsr  əlyazmaları  və  Azərbaycan 
mədəniyyəti tarixi problemləri, VI elmi-nəzəri konfransın materialları. – 
Bakı, 1999. - s. 107 – 110. 
Musabəyli  A.  Ruhi  Bağdadi:  mühiti,  həyatı,  poetikası  və  Divanı 
(əlyazma qaynaqları əsasında). Bakı: Elm, 2005, 952 s. 
Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. Bakı, Nur-
lan, 2009, 368 s. 
Musalı  V.  Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”sının  elmi-tənqidi 
mətni  //  Turkish  Studies  -  International  Periodical  For  The  Languages, 
Literature and History of Turkish or Turkic. Turkey. Volume 6/2 Spring 
2011, s. 681-688. 
http://www.turkishstudies.net/Makaleler/987381722_44Musal%c4%b1
%20V%c3%bcsale.pdf
 
Musalı V.  Azərbaycan  təzkirəşünaslığının  problemləri  // Mübariz 
Əlizadənin  100  illik  yubileyinə  həsr  olunmuş  “Şərqin  aktual  prob-
lemləri”  mövzusunda  elmi  konfrans.  Bakı,  28-30  dekabr,  2011,  s.  321-
323. 
Musalı V. Səfəvi dövrü Azərbaycan ədəbiyyatının qaynaqlarından 
“Töhfeyi-Sami” təzkirəsi // “Gənc alimlərin I elm festivalı” çərçivəsində 
keçirilmiş elmi konfransın materialları. 13 – 15 iyul 2011, s. 535-539. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
348 
Musalı V. Türk təzkirəçiliyi: biblioqrafiya. - Bakı, Elm və təhsil, 
2011, 398 s. 
Musalı  V.  Mustafa  İsenin Türkologiyaya  dəyərli töhfəsi /  525-ci 
qəzet, 16 oktyabr 2012. 
Musalı  V.  Osmanlı  təzkirələri  Azərbaycan  ədəbiyyat  tarixinin 
qaynağı  kimi  //  Orta  əsrlər  Şərqinin  tarixşünaslığı  və  mənbəşünaslığı. 
Z.Bünyadovun  90  illiyinə  həsr  olunmuş  beynəlxalq  elmi  simpoziumun 
materialları, Bakı, 7-8 may, Elm, 2012, s. 366-367. 
Musalı  V.  Osmanlı  təzkirələrində  Azərbaycanın  şəhər  və 
qəsəbələrinin təsviri // Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər 
seriyası, 2012, N 1, s. 65-70. 
Musalı  V.  Türk  təzkirəçilik  ənənəsi  Prof.  Dr.  F.Kılıçın 
araşdırmalarında  //  Turkish  Studies  -  International  Periodical  For  The 
Languages,  Literature  and  History  of  Turkish  or  Turkic.  Turkey. 
Volume 7/1, winter 2012, s. 1607-1617. 
Musalı  V.  Azərbaycan  və  Osmanlı  təzkirələrinin  fərqli  və  oxşar 
xüsusiyyətləri  //  Akademik  V.Məmmədəliyevin  yubileyinə  həsr 
olunmuş  “Şərqşünaslığın  aktual  problemləri”  mövzusunda  Respublika 
elmi konfransının materialları, Bakı, 2012, s.179-181. 
Musayeva  A.,  Musayev  C.  Bağdadda  yaranan  Azərbaycan 
ədəbiyyatı. Bakı: Azərnəşr, 1997, 83 s. 
Musayeva  A.  Əlyazma  kitabı  və  XV-XVI  əsrlər  Azərbaycan ədə-
biyyatı: problemlər, araşdırmalar. Bakı:Nurlan, 2002, 340s. 
Musayev  C.  İraqda  yaranmış  Azərbaycan  təzkirəsinin  əlyazması: 
«Maarifçi» qəz., Bakı, 1997, 24 sent.  
Müctəhidzadə  Məhəmmədağa.  Riyazül-aşiqin  /  Çapa  haz.  f.e.n. 
Ə.Bağırov. Bakı: Azərbaycan, 1995, 248 s. 
Mürşüdlü  G.  Tərbiyət  yaradıcılığında  təzkirəçilik  ənənələrinin 
davamı / “Elm və həyat”, 1988, № 9, s. 22- 23. 
Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı: Tural- Ə, 2001, 262 s. 
Nağıyeva  C.  Əlişir  Nəvainin  “Məcalisün-nəfais”  təzkirəsinin  iki 
əlyazması // Əlyazmalar xəzinəsində. c.4. Bakı: 1976, s. 53- 60. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
349 
Nağıyeva  C.  “Təzkireyi-Qəyyumi”  Azərbaycan-  özbək  əlaqələri-
nin öyrənilməsində bir mənbə kimi: «Elm» qəz., Bakı, 2002, 23 may  
Nəbiyev B. Firidun bəy Köçərli. Bakı: Gənclik, 1984. 228 s. 
Nəbiyev  B.  Şahinin  qanadları:  (“Təzkireyi-Şahin”  haqqında  rəy)  // 
«Elm» qəzeti. -  2002. - 19 oktyabr. 
Nəvvab  Mir  Möhsün.  Təzkireyi-Nəvvab.  Bakı:  Orucov  qardaş-
larının mətbəəsi, 1913. 
Nəvvab  Mir  Möhsün  Ağamirzadeyi-Qarabaği.  Təzkireyi-Nəvvab” 
/  Tərcümə  edəni:  Nəsrəddin  Qarayev.  Redaktoru:  M.Sultanov.  Bakı: 
1980.  AMEA  Əlyazmalar  İnstitutu  elmi  arxiv.  Nəsrəddin  Qarayevin 
şəxsi arxivi. Qovluq 175, 176, 152,153, 154, 155. 
Nəvvab Mir Möhsün. Təzkireyi Nəvvab / Çapa hazırl.: Ə. Bağırov. 
Bakı: Azərbaycan, 1998, 559 s. 
Nurəliyeva  T.  Azərbaycan  ədəbiyyatının  tədqiqində  əlyazma  kol-
leksiyalarının əhəmiyyəti. Bakı: Şərq-Qərb, 1998, 151 s. 
Nurəliyeva  T.  Əlyazma  kolleksiyaları  kataloqu.  Bakı:  Nurlan, 
2006, 372 s.  
Nurəliyeva  T.  Bəhmən  Mirzənin  şəxsi  möhürləri  //  Elm  və  həyat 
jurnalı, 1983, N 8, s. 27. 
Poetik məclislər / Toplayanı və tərtib edəni N.Qarayev. Bakı: Yaz-
ıçı, 1987, s. 311. 
Rəhimov  Ə.  Sam  Mirzənin  qətli  haqqında  yeni  məlumat  //  AEA 
Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1990, № 4, s. 94-101. 
Sadiq  bəy  Əfşar.  Məcməül-xəvas  /  Müqayisəli  mətnin  tərtibi, 
tərcümə, transfonoliterasiya, ön söz Ə. Bağırov. Bakı: Nurlan, 2008, 412 
s. 
Sadiq  bəy  Əfşar.  Şeirlər  (transfonoliterasiya  və  fotofaksimile)  / 
Nəşrə hazırlayan P.Kərimov. Bakı: Em və təhsil, 2010, 70+30 s.  
Sadiq bəy Əfşar. Türkcə məktublar (transfonoliterasiya və fotofak-
simile) / Nəşrə hazırlayan və ön sözün müəllifi P.Kərimov. Bakı: Elm və 
təhsil, 50+36 s.  

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
350 
Seyid Əzim Şirvani. Seçilmiş əsərləri: 3 cilddə, III c., Bakı: Elm, 
1974, 498 s.  
Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. 
Bakı: Ozan, 1998, 632 s.  
Səmədova  (Musalı)  V.  Təzkirələr  biblioqrafik  informasiyanın 
tarixən  ilkin  forması  kimi  //  Magistrların  II  Respublika  Elmi  Konfran-
sının materialları. Sumqayıt: 2002, s.283-284. 
Səmədova  (Musalı)  V.  Türkiyədə  yaranmış  ilk  şüəra  təzkirəsi  - 
Həşt behişt. «Elm» qəz. Bakı, 2002, 19 sentyabr. 
Səmədova  (Musalı)  V.  Bir  daha  Şərq  ədəbiyyatında  təzkirələr  və 
təzkirəçilik // Filologiya məsələləri, 2002, № 3, s. 70-75. 
Səmədova (Musalı) V. Dölətşah Səmərqəndi və onun  “Təzkirətüş-
şüəra”sı // Filologiya məsələləri, 2002, № 4, s. 97-102. 
Səmədova  (Musalı)  V.  Qəstimonulu  Lətifi  və  onun  “Təzkirətüş-
şüəra”sı // Filologiya məsələləri, 2002, № 5, s. 42-46. 
Səmədova (Musalı) V. Azərbaycan təzkirəçiliyinin XIX-XX əsrlər 
mərhələsi // Filologiya məsələləri, 2003, № 1, s. 75- 79. 
Səmədova (Musalı) V. Azərbaycanlı şairlər Dövlətşah təzkirəsində 
// Tarix və onun problemləri, 2003, № 3, s. 14-17. 
Səmədova (Musalı) V. Azərbaycanca ilk təzkirə – “Gülşəni-şüəra” 
/  Şərqin  aktual  problemləri:  Tarix  və  müasirlik  (Akademik  Z. 
Bünyadovun  80  illiyinə  həsr  olunmuş  elmi-nəzəri  konfransın  ma-
terialları). Bakı: Nurlan, 2003, s.225-28. 
Səmədova (Musalı) V. Farsdilli təzkirəçiliyin XV-XVI əsrlər mər-
hələsi  //  Azərbaycan  Elmi  və  Mədəniyyəti:  aktual  problemlər  (Elmi-
praktik konfrans). Bakı: 2003, s. 12-13. 
Səmədova  (Musalı)  V.  Təzkirələrin  Bakı  nüsxələri  //  Humanitar 
Elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2004, s. 174-184. 
Səmədova (Musalı) V. Qulam Məmmədli və «Təzkirə»sinin əlyaz-
ması  //  Orta  əsr  əlyazmaları  və  Azərbaycan  mədəniyyəti  tarixi  prob-
lemləri:  IX  Respublika  elmi  konfransının  materialları.  Bakı:  Nurlan, 
2004, s. 335-337. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
351 
Səmədova  (Musalı)  V.  XV-XVII  əsrlər  türk  təzkirələrinin  tədqiq 
və nəşr tarixi // Dil və ədəbiyyat, Bakı, 2006, № 1, s.183-186. 
Səmədova (Musalı) V. Həkim və təbiblər Osmanlı şüəra təzkirələ-
rində  /  Orta  əsr  əlyazmalarında  ənənəvi  tibb  və  əczaçılıq  (I  Beynəlxalq 
konfransın materialları). Bakı, 2006, s.64-66. 
Şahin Fazil. Təzkireyi-Şahin. Bakı: «MBM» MMC, 2006, 811 s.  
Şah İsmayıl Xətai. Əsərləri. c.I / tərtib, müqəddimə, lüğət və izah-
lar Ə.Məmmədov. Bakı: Azərnəşr, 1975, 411 s. 
Şah Təhmasibin təzkirəsi / Çapa haz. Ə.Rəcəbov. Bakı: Azərbay-
can Dövlət Nəşriyyatı, 1996, 128 s. 
Şəmsizadə  N.  Azərbaycan  ədəbiyyatşünaslığı.  Bakı:  Ozan,  1991, 
231 s. 
Şərifova  S.  Mir Möhsün Nəvvab:  müasirlik  qovşağında  /  Hikmət 
elmi araşdırmalar toplusu, 2006, № 8, s. 143-151. 
Şükürova  J.  Qafqazda  yaşayan  farsdilli  şairlər  //  Filologiya  mə-
sələləri. 2010, N 11, s. 356-365. 
Şükürova J. Dövlətabadi və Dihim təzkirələrinin müqayisəli təhlili 
// Yaxın və orta Şərq: dünəni, bu günü, sabahı. Elmi araşdırmalar elmi-
nəzəri məqalələr toplusunun xüsusi buraxılışı, 2011,  s. 438-440. 
Talıbzadə K. Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı, 1978, 379 s.  
Talıbzadə  K.  Azərbaycan  ədəbi  tənqidinin  tarixi.  Bakı:  Maarif, 
1984, 340 s.  
Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan: Azərbaycanın 
görkəmli elm, sənət adamları (fars dilindən tərcümə ed.: İsmayıl Şəms, 
Qafar Kəndli). Bakı: Azərnəşr, 1987, 464 s. 
Təbrizi R.Y. XIX əsrdə Cənubi Azərbaycanda ictimai-ədəbi həyat 
və  Əsrar  Əlişah  Təbrizi  //  Humanitar  elmlərin  öyrənilməsinin  müasir 
problemləri, 2011/1, s. 122-125. 
Topalova  A.  Ədəbiyyat  tarixinin  öyrənilməsində  təzkirələrin  rolu 
və  ağa  Məhəmməd  Müctəhidzadənin  «Riyazül-aşiqin»  təzkirəsi.  Bakı: 
Elm, 2001, 97 s. 

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
352 
Türkman  İsgəndər  bəy  Münşi. Tarix-i  aləmara-yi  Abbasi.  I  cild / 
farscadan  tərcümənin,  ön  sözün,  şərhlərin  və  göstəricilərin  müəllifləri: 
O.Ə.Əfəndiyev və N.S.Musalı). Bakı: Təhsil, 2009, 792 s. 
Venesiyalılar  Şah  I  Təhmasibin  sarayında  (Mikele  Membre  və 
Vinçenso Alessandri) / İngilis dilindən tərcümə, ön söz, giriş və şərhlər 
AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevindir. Bakı: Təhsil, 2005, 112 
s.  
Yəhya Şeyda. Ədəbiyyat ocağı. 3 cilddə. Təbriz: 1364-1381.   
Zemfira  Aslan.  XIX  əsr  Qarabağ  ədəbi  mühitində  təzkirə  və  top-
luların yaranması  // Dil və ədəbiyyat, 2009, N 2 (68). 
 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin