ƏLİ NƏZMİ
Daha bir cənublu soydaşımız Əli Nəzminin h.q.1396/1976-cı
ildə farsca nəşr etdirdiyi “Devist süxənvər” təzkirəsi zəngin mən-
bələr əsasında yazılmışdır. Müəllif kitabın ön sözündə yazır:
“İndiyə qədər yazılan təzkirələrin əksəriyyətində bəzi səhvlərə yol
verildiyindən, şairlər haqqında məlumat təhrif olunduğundan,
onların doğum və vəfat tarixləri qarışıq salındığından, birinin əsəri
digərinə aid edilmişdir”. Əli Nəzmi bu qüsuru aradan qaldırmağı
qarşısına məqsəd qoymuşdur.
Əli Nəzminin “Devist süxənvər” təzkirəsi özündən əvvəl bu
formada yazılmış başqa əsərlərdən hər bir şair üçün verilmiş “mad-
deyi-tarix”lə fərqlənir. Kitabda adı çəkilən iki yüz şairin hər biri
üçün üç-dörd beytdən ibarət şeir yazılmışdır. Şeirin axırıncı misra-
sı maddeyi-tarix olub, şairin vəfat tarixini göstərir
430
.
Bu təzkirədə iki yüz şairdən bəhs olunduğu üçün əsərin adı
da “Devis süxənvər”dir. Bundan əlavə kitabın adı əbcəd əlifbası ilə
yazılma tarixini (1396) əks etdirir.
Müəllif əsərdə zaman məhdudiyyəti qoymayaraq klassiklər-
dən başlayaraq tanınmış və adları heç xatırlanmayan şairlər haq-
qında məlumat vermişdir. Burada Qətran Təbrizi, Məhsəti Gəncə-
vi, Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Nizami
Gəncəvi, Əvhədi Marağayi, Gülşəni və başqa sənətkarlarla yanaşı
Zəki Marağayi, Məğribi Təbrizi, Şərif Təbrizi, Heydəri Təbrizi,
Haləti Təbrizi, İlahi Ərdəbili kimi az tanınan və ya haqlarında
məlumat verilməyən şairlərdən də bəhs olunmuşdur
431
.
430
Əlizadə L. Klassik Azərbaycan şairləri yeni təzkirə səhifələrində // Azərbay-
can SSR EA, Ədəbiyyat, dil və incəsənət seriyası, 1986, N 3, s. 155.
431
Yenə orada, s. 156.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
314
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
315
YƏHYA ġEYDA
Yəhya Şeyda 20 ordibehişt 1303-cü (10 may 1924-cü) ildə
Təbrizdə anadan olmuşdur. Onun atası Səttarxan hərəkatının işti-
rakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan “Yüzbaşı”
ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiy-
yat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə
mənimsəmiş, ilahiyyat, fəlsəfə, psixologiya və irfan elmlərinə yi-
yələnmişdir. 1319/1940-cı ildən etibarən ədəbiyyat sahəsinə qə-
dəm qoymuş, Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi
şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1327-
30/1948-51-ci illərdə Tehranda islami irfan elmi üzrə təhsil almış,
həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmış-
dır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, bu-
rada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda
ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən
Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr
Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəh-
ləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş,
dəfələrlə həbs edilmişdir.
Şeyda türkcə və farsca şeirlər yazmışdır. Türkdilli poeziyası-
nın 22 min beytdən ibarət olduğu bildirilir. Onlarca kitabın müəlli-
fi və tərtibçisidir. Ayrı-ayrı şeir kitablarından başqa, romanları və
ədəbiyyata dair araşdırmaları çap olunmuşdur. O, bir neçə azərbay-
canlı şairin (Qəmzədə Marağayinin, Möcüz Şəbüstərinin, Molla
Vəli Vidadinin, Məhəmməd Füzulinin, Əkbər Cavadinin, Saib
Təbrizinin) divanını nəşr etdirmişdir. Yəhya Şeyda 2011-ci il
oktyabrın 21-də Təbrizdə vəfat etmişdir
432
.
Şairin ölümündən sonra Azərbaycan Yazıçılar Birliyinin Cə-
nubi Azərbaycan şöbəsinin təşkilatçılığı ilə Y.Şeydanın anım günü
432
http://shaer-azarbaijan.blogfa.com/post-56.aspx; http://kult.az/yehya-seyda-
haqqinda-bir-nece-soz/; http://www.newsmeeting.com/az/n/1695228-gorkemli-
azerbaycan-sairi-yehya-seydanin-anim-gunu-kecirilib.aspx
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
316
ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə AYB-nin Cənubi Azərbay-
can şöbəsinin sədri Sayman Aruz şairin həyat və yaradıcılığı haq-
qında məlumat vermişdir. Məruzədə xüsusi vurğulanır ki, “Azər-
baycanın görkəmli qocaman şair, ədib və yazıçısı Yəhya Şeyda 70
il ədəbi işlərlə Azərbaycan dilini diri saxlamış və şah rejiminin bo-
ğuntu və sıxınıtısı onu susdura bilməmişdir”
433
.
M.Dəyhim öz təzkirəsində şairin yaradıcılığını yüksək qiy-
mətləndirir: “Şeyda mövzun (vəznli) təbə malikdir, dərin bilikli və
agah bir şairdir. Lətif və gözəl mənaları vardır. Farsca və türkcə
şeirlər deyir. Şeyda vətənpərvər, ünsiyyətcil və təmiz adamdır.
Dostları ona xeyli ehtiram və əlaqə bəsləyirlər. Onun şeirə və şair-
liyə böyük məhəbbəti vardır və öz növcavanlığının əvvəllərindən
şeir deyir. Şeirləri əsas etibarilə Azərbaycan mətbuatında çap olun-
muşdur. Təbrizin əksər qəzetləri ilə fəal əməkdaşlıq edibdir”
434
.
Y.Şeydanın Cənibi Azərbaycanın müasir şairləri haqqında
doğma dilimizdə tərtib etdiyi üç cildlik “Ədəbiyyat ocağı” və ya
“İranın qeydi-həyatda olan türkü yazan şairlərinin təzkirəsi” adlı
sanballı əsər onun adının Azərbaycan təzkirəçilik tarixinə düşməsi-
nə səbəb olmuşdur. İlk cildi h.ş. 1364-cü (m. 1985) ildə işıq üzü
görən bu kitab Cənubi Azərbaycanın mədəni həyatında əlamətdar
bir hadisəyə çevrilmiş və ədəbi mühitdə bir canlanmaya səbəb ol-
muşdur
435
. Təzkirənin ilk cildinin ön sözündə Pəhləvi rejimi döv-
ründə Azərbaycan türk dilinin sıxışdırıldığını qeyd edən müəllif bu
siyasəti tənqid atəşinə tutur, dilimizin məziyyətlərini vurğulayır və
bu səbəbdən türkcə yazan şairlər haqqında təzkirə yazmaq qərarına
gəldiyini bildirir: “İndiyədək fars dilində yazan şairlər üçün müx-
təlif təzkirələr yazılıb və şeirlərindən çeşidli örnəklər gətirmişlər.
Ancaq türk dilində yazan şairlərə çatanda: “filan şair türk dilində
öz əsərlərin yaradıb” sözüylə kifayətlənmişlər və bu zamanadək bir
433
http://kult.az/yehya-seyda-haqqinda-bir-nece-soz/;
http://www.newsmeeting.com/az/n/1695228-gorkemli-azerbaycan-sairi-yehya-
seydanin-anim-gunu-kecirilib.aspx
434
M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c. Təbriz, 1368, s.438.
435
Y.Şeyda. Ədəbiyyat ocağı. I c. Təbriz, 1364.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
317
təzkirə belə türkü dilində yazan şairlərə ixtisas verməmişlər və
çoxlarınin adı, hətta əsərləri itib-batmışdır”.
Öz təzkirəsində “Ədəbiyyat ocağı”nın ilk cildindən geniş su-
rətdə bəhrələnmiş M.Dəyhim təzkirəçilərə xas olmayan bir təvazö-
karlıqla bu əsəri mədh etmişdir: “Şeydanın Azərbaycan türcəsində
kitabları “Odlar vətəni”, “Mirzə Əli Möcüzün yayılmamış əsərlə-
ri”, “Odlu sözlər”, “Sijimqulu”, “On cüzvələr”, “Ustad Şəhriyarın
türkü divanı”, Biriyanın ürək sözü” və bir neçə digər məcmuədir.
Şeydanın sonuncu çox əhəmiyyətli əsəri “Ədəbiyyat ocağı” kitabı-
dır. Burada o, Azərbaycanın türkcə yazan 200-dən artıq şairinin
bioqrafiyasını və şeirlərini elə diqqət və qayğıkeşliklə tənzim və
çap edibdir ki, indiyədək belə bir təzkirə tərtib olunmamışdır. O,
bu yöndə fövqəladə dərəcədə zəhmətlər çəkmişdir”
436
.
S.Aruz da “Ədəbiyyat ocağı” təzkirəsini yüksək dəyərləndir-
mişdir: “Yəhya Şeydanın ədəbi fəaliyyəti çox güclü və uzunmud-
dətli olmuşdur. Şeyda onlarca şairin şeir dəftərlərinə ön söz yaz-
mış, şeirlərini bir dil sərrafı tək araşdırmış, incələmiş və yol gös-
tərmişdir. Heç kim Şeyda qədər müasir şeirimizlə tanış deyil.
Onun üç cildlik “Ədəbiyyat ocağı” kitabı, çağdaş ədəbiyyatımızda
önəmli və dəyərli bir əsərdir. Böyük ədib bu əsəri hazırlamağa illər
boyu zəhmət çəkib və yüzlərcə çağdaş şairlərimizlə əlaqəyə girə-
rək, şeirlərini ələ gətirib və üç cildlik kitabda toplayıbdır... Elimizə
töhfə verən üç cildlik “Ədəbiyyat ocağı” əsəri, bir tərəfdən gənc
şairlərimizə imkan yaradıb, bir tərəfdən elimizin başını başqa xalq-
lar qarşısında zirvələrə qaldırıb”
437
.
Təzkirənin hər bir cildində Azərbaycan türkcəsində şeirlər
yazan təxminən 200-dən artıq güneyli şair haqqında məlumat ve-
rilmişdir. Hər cild coğrafi prinsip əsasında tərtib edilmiş və coğrafi
prinsip daxilində də şairlərin düzümü zamanı əlifba sıralanmasına
riayət edilmişdir.
Əsərin II cildi h.ş. 1366-cı (m.1987) ildə nəşr edilmişdir. Cil-
din əvvəlində Y.Şeydanın “Başlanış yerinə” adlı 4 səhifəlik ön sö-
436
M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c., s.438.
437
http://kult.az/yehya-seyda-haqqinda-bir-nece-soz/
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
318
zü yer alır. Burada təzkirənin ilk cildinin İran və dünya mətbuatın-
da müsbət əks-səda doğurduğundan bəhs edilir. Müəllif belə bir
təzkirə tərtib etməsini vətəni və xalqı qarşısındakı borcu hesab
edərək yazır: “Bu işi biz bir vəzifə bilirik. Vəzifəni daşımaq və
onu sona çatdırmaq hər təəhhüdlü insanın boynundadır”
438
.
Daha sonra müəllif ilk cildə qarşı yönəldilmiş bəzi “yerli və
gərəkli” tənqidləri sadalayır və bunlara öz münasibətini bildirir.
Müəllif təzkirənin ilk cildini hazırlayarkən müxtəlif şairlərlə tə-
masa keçib onlardan məlumat toplamış, lakin bəzi şairlər təzkirəçi
ilə əməkdaşlıqdan yayınmışlar. Buna görə də təzkirənin II cildinin
ön sözündə Y.Şeyda həmin şairləri mülayim bir şəkildə tənqid atə-
şinə tutmuşdur: “Biz kətbi (yazılı – V.M.) bir çağırışla bütün əziz
şairlərimizə kitabın çap olmağın bildirmişdik və hətta neçə kərələr
ruznamələrdə (qəzetlərdə - V.M.) elan etmişdik. Lakin bir para bö-
yük və iqtidarlı zatlar özlərini uca və məcmuəmizi alçaq təsəvvür
etdiklərinə görə əlimiz ətəklərinə çatmadı”. Lakin daha sonra prob-
lem yoluna qoyulmuş və həmin şairlər haqqında məlumatlar təzki-
rənin II cildinə daxil edilmişdir
439
.
Y.Şeydanın bir sıra şairlər haqqında öz təzkirəsinə daxil
etdiyi məlumatlar və onların şeirlərindən nümunələr həmin şairlə-
rin özləri tərəfindən yazılıb, seçilib təzkirəçiyə təqdim edilmişlər:
“Bu cilddə xatırlamaq lazımdır ki, burada gələn tərcümeyi-hallar
və şeirlər, əziz və ehsaslı şairlərimizin öz ixtiyarı ilə yazdığı və
seçdiyi sözlər və əsərlərdirlər və biz fəxr edirik ki, bu məcmuə on-
ların adını bu hərəkətlə ölməz və zavalsız əsrlər boyu saxlayıb və
gələn nəsillərə bir əziz töhfə və əmanət kimi təhvil edəcəkdir”
440
.
Təzkirəçi heç kimin ondan inciməməsi üçün şairləri yuxarı
baş – aşağı baş, qoca – cavan, iqtidarlı – zəif, ustad – şagird, məş-
hur – qeyri-məşhur fərqi qoymadan, əlifba ardıcıllığı ilə sıralamağı
qərara almışdır. Müəllif Pəhləvi rejiminin devrilməsindən sonra
438
Y.Şeyda. Ədəbiyyat ocağı. II c. Təbriz, 1366, s. “bir”.
439
Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “iki”.
440
Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “üç”.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
319
Azərbaycan türklərinin öz dillərini və ədəbiyyatlarını təbliğ etmək
üçün gözəl fürsətlər əldə etdiyini vurğulayır.
II cildin ön sözü bu istəklər və diləklərlə bitirir: “Biz imkan-
larımız qədər bu məcmuənin mühtəvalı və zəngin olmağında təlaş
etdik və etiraf edirik ki, yenə nöqsanlardan boş deyil və bu nöqsan-
ları böyük alimlərimiz və əziz vaqif oxucularımızdan üzümüzə
çəkməyi rica edirik. Onların gördükləri məsləhətləri və intiqadları
(tənqidləri – V.M.) açıq alın və gülər üzlə istiqbal edirik və Ulu
Tanrıdan ehsaslı şairlərimizə və Azərbaycan ədəbiyyatına məhəb-
bət bəsləyən şəxsiyyətlərə və riyasız xadimlərə nailiyyətlər diləyi-
rik. Bu ümid ilə ki, bu kiçik xidmət bir hissə ağır vəzifələrimizdən
yüngüllədə bilsin. Ya Hu!”
441
Y.Şeyda əsərin III cildinin də hazırlana biləcəyini hələ II
cilddə anons etmişdir: “Olsun ki, gələcəkdə üçüncü cilddə qalan və
yaddan çıxan şairlərimizi də xatırlayaq”
442
. Təzkirənin III cildi
1990-cı illərin əvvəllərində tərtib olunub çapa hazırlansa da, on il
sonra, h.ş. 1381-ci (m. 2002) ildə nəşr edilmişdir. Bu barədə təzki-
rəçi cildin əvvəlinə yazdığı “Giriş yerinə” adlı 3 səhifəlik ön sözdə
məlumat vermişdir: “Ədəbiyyat ocağı”nın 3-cü cildinin materialla-
rı on il bundan qabaq hazırlandı və on il bundan qabaq da çap
olunmalıydı. Lakin bu müddətdə bir para çatışmazlıqlar (kağızın
bahalığı, tapılmamazlığı və naşirin vəfatı) əl-ələ verib, maneələr
yaratdı”. Təzkirəçi: “Xaliq görəlim neylər; neylərsə gözəl eylər” –
deyə-deyə təzkirənin son cildinin taleyini Ulu Tanrının istəyinə hə-
valə etdiyi bir vaxtda, nəhayət, Təbrizdə gündəlik dərc edilən
“Məhdi-azadi” (“Azadlıq beşiyi”) qəzetinin
məsul müdiri Seyid
Məsud Peyman bu kitabın nəşrini öz üzərinə götürdü.
Təzkirəçi bu əsəri hazırlamaqla neçə-neçə şairin adını unu-
dulmaqdan qoruduğunu ifadə edir və sözünü qüvvətləndirməkdən
ötrü, özünün qeyd etdiyi kimi, “böyük Mirzə Ələkbər Sabirdən” si-
tat gətirir:
441
Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “dörd”.
442
Y.Şeyda. Ədəbiyyat ocağı. II c., s. “bir”.
Y.Şeyda özü uzun illər bu qəzetin redaksiyasında çalışmışdır.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
320
Nə qəm, uğratsa da bir gün məni əfnayə zaman,
Mən gedərsəmsə, məramım yenə dünyada durar.
Daha sonra müəllif təzkirəsinin ilk iki cildini rəğbətlə qarşı-
ladığı üçün xalqına təşəkkürlərini çatdırır: “Şükranə üçün deməli-
yəm ki, bu kitabın birinci-ikinci cildi dilimizə, elimizə məhəbbət
bəsləyib öz kökünə söykənən şəxsiyyətlərin istiqbalı ilə qarşılandı
və bu mənanı sübuta çatdırdı ki, azərbaycanlıya pak süd verən ana-
ların döşləri hələ qurumayıb, haqşünas və əmək qədri bilən övlad-
ları indi də öz xadimlərini dəyərləndirir və xainlərə ürək dolusu
sönməz nifrət bəsləyir.
Kök polad, sinə polad, rişə polad, payə polad,
Burda hər kim doğulur, dağ kimi möhkəm doğulur”.
Ön sözün sonunda müəllif bəzi ədəbiyyatsevər oxucuların is-
təklərini nəzərə alaraq, özünün daha öncə nəşr edilmiş və nəşrə ha-
zır olan əsərlərinin siyahısını təqdim etmişdir. Təzkirənin son cil-
dinin ön sözü bu ifadələrlə tamamlanır:
“Bu kitab əziz vətəndaşlara və səmimi oxuculara təqdim
olur. Bu ümid ilə ki, onların qəbuli-xatirlərini əldə etmiş olsun.
Bir yaşıl yarpaqdır dərviş töhfəsi,
Binəva neyləsin, budur var-yoxu”
443
.
Təzkirənin müqəddimələrində müəllif “Quran” ayələrindən
və atalar sözlərindən (“Aşın duruluğu dənin yoxluğundandır”;
“Tək əldən səs çıxmaz”; “Varın verən utanmaz”) misallar gətirmiş-
dir.
“Ədəbiyyat ocağı” təzkirəsində Ərdəbil şairlərindən Əzhər,
Ənvər, Elçi, Bəxtiyari, Çavuş, Çiçək, Xürrəm, Savalan, Səhər, Sa-
diq, Fəğan, Muğanoğlu, Naseh və b., Arazbar şairlərindən İqbal,
443
Y.Şeyda. Ədəbiyyat ocağı. III c., Təbriz, 1381, s.5-7.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
321
Eloğlu, Bariz, Heydər, Zülfüqar, Rəsul, Sahil və b., Urmiya şairlə-
rindən Adsız, Tənha, Cəfəri, Şami və b., Təbriz şairlərindən Adlı,
Azərlü, Arzu, Azadə, Altay, Aydın, Əfşar, Ulduz, İldırım, İlqar,
Salis, Cəmşidi, Həzin, Hüseyni, Xətibi, Xoşməram və b., həmçinin
Güney Azərbaycanın digər bölgələrinin şairləri haqqında məlumat
verilmişdir. Bu təzkirə, heç şübhəsiz ki, XX əsrin sonlarında Gü-
ney Azərbaycanın anadilli poeziya mühitinin öyrənilməsi üçün il-
kin və əvəzsiz qaynaqlardan biridir.
Bütün həyatı və fəaliyyəti dövründə ürəyi Azərbaycan eşqi
ilə çırpınan şairin yaradıcılığına vətən və millət sevgisi hakim kə-
silmişdir. Şairin gənc yaşlarında yazdığı “Azərbaycanım” şeiri bu-
na gözəl bir örnəkdir:
Ey sevgili yurdum, yaşayır səndə min amal,
Sənsiz aça bilməz bu xəyalım quşu heç bal.
Ey şanlı vətən, şairi bu gənc çağında,
Sən saxlamısan isti məhəbbət qucağında.
Mən fəxr edirəm sənlə ki, doğma vətənimsən,
Bağım, çiçəyim, laləli gülgün çəmənimsən...
Sənsiz yaşamaq xeyli müsibətdi cahanda,
Sən saxlamısan canımı eşqinlə amanda.
Eşqin mənə aləmdə böyük şanu-cəlaldır,
Sənsiz işim hər yanda bütün ahu-məlaldır.
Şeyda sənin eşqinlə belə tazə cavandır,
Fəxr ilə deyir: “Torpağım Azərbaycandır!”
444
444
Şairlər Məclisinin nəşriyyatı, Təbriz, № 3-4, Aban-Azər 1324;
http://cobanyildizi.blogfa.com/9008.aspx
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
322
Şeyda ömrünün sonuna kimi bu amala sadiq qalmış, öz yara-
dıcılığında dönə-dönə vətənpərvərlik mövzusuna müraciət
etmişdir:
Həmişə Azər övladı yaşar aləmdə azadə,
Nə qədri dövr edər dövran bu Azərbaycan vardır.
Bizim bu qəhrəmanlar yurdu ölməz, payimal olmaz,
Ki hər küncündə minlər qəhrəman Səttarxan vardır.
Əgər Babək, Cavanşir öldü, köçdü dünyadan,
Yenə bu ölkədə onlar kimi çox qəhrəman vardır.
Sən ey azadələr nəslindən almış nəşə cananım,
Oyan xabi-cəhalətdən ki, müşkül imtahan vardır...
445
Görkəmli Azərbaycan şairi və təzkirəçisi Y.Şeydanın həyat
və yaradıcılığının Azərbaycan Respublikasında xüsusi tədqiqata
cəlb olunmasına ehtiyac vardır.
445
M.Dəyhim. Təzkirətüş-şüərayi-Azərbaycan. III c., s.444.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
323
Yəhya ġeyda
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
324
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
325
MƏHƏMMƏD DƏYHĠM
Ustad Məhəmməd Dəyhim Təbrizi h.q. 1325-ci ildə (m.
1907) Təbrizdə doğulmuşdur. Ədəbiyyat və riyaziyyat təhsilinə
malik olmuş, h.ş. 1311-ci (m. 1932) ildən etibarən jurnaliast kimi
mətbuatda fəaliyyətə başlamışdır. H.ş. 1335-ci ildə (m. 1956) Teh-
rana köçmüş, orada siyasət və mədəniyyət sahələrində çalışmışdır.
Bir müddət İran parlamentinin Təbrizdən seçilmiş deputatı olmuş-
dur. “Mövlana”, “Saib”, “Azərbaycan” və s. kimi ədəbi əncümən-
lərin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Bu
görkəmli Azərbaycan ədibi və təzkirəçisi h.ş. 1378-ci ilin bəhmən
ayının sonlarında (2000-ci ilin fevral ayında) Tehranda vəfat et-
mişdir.
Güney Azərbaycandan olan soydaşımız Məhəmməd Dəyhim
öz təzkirəsini dövr məhdudiyyəti qoymadan, coğrafi prinsip əsa-
sında tərtib etmişdir. Coğrafi prinsip daxilində şair bioqrafiyaları
keçmiş və müasir dövr şairlərini ehtiva edən iki fəslə ayrılmış, hər
fəsil daxilində əlifba ardıcıllığına riayət edilmişdir. Təzkirə 1989-
1992-ci illərdə “Təzkireyi-şüərayi-Azərbaycan” adı altında Təbriz-
də beş cilddə nəşr olunmuşdur. Əsərin birinci cildi Ərdəbil, Araz-
bar, Urmiya, Ərvənəq şairlərinə, ikinci və üçüncü cildləri Təbriz
şairlərinə, dördüncü cildi Xalxal, Xoy, Sərab, Səlmas, Mərənd,
Marağa, Qoşaçay (Miyandüab), Miyanə və Savucbulaq (Məhabad)
şairlərinə, beşinci cildi isə əsas etibarilə Şimali Azərbaycan şairlə-
rinə həsr olunmuşdur.
Təzkirəçi əsərin ön sözündə yazır: “Mən heç bir zaman və
xüsusən də məclisdə bir neçə çağırış Təbrizdən seçilmiş nümayən-
də kimi fəaliyyətim müddətində öz vəzifəmin icrası baxımından ən
kiçik qüsura belə yol verməmişəm. Sonra da bu səydə və təlaşda
olmuşam və indi də çalışmaqdayam ki, öz imkanımın və bacarığı-
mın yetdiyi qədər ümumi rifahın təmin olunmasına və xüsusilə də
doğum yerim olan əziz Təbriz şəhərinin mədəniyyət və sənətinin
inkişafına kömək etmək, öz istəkli həmşəhrilərim üçün xidmət
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
326
göstərmək yolunda təsirli addımlar atım ki, bu yolla məni yetişdir-
miş bu torpağa olan borcumu ödəməyə nail olum və həm də vəfa-
dar azərbaycanlı dostlarımın mənə münasibətdə nümayiş etdirdik-
ləri mehribanlıq və lütfkarlığın bir qisminin əvəzini çıxmağın öh-
dəsindən gəlim”
446
.
Daha sonra müəllif Güney Azərbaycan üçün gördüyü işlər-
dən, xüsusilə də Təbriz şəhərində şairlər məqbərəsinin bərpası və
müasir standartlara cavab verən xəstəxananın yaradılması istiqa-
mətində göstərdiyi səylərdən bəhs edir. O, öz təzkirəsini qələmə
almasını da vətəni və xalqı qarşısındakı xidmətlərdən biri hesab
edir. Ön sözdən məlum olur ki, müəllif h. III əsrdən öz dövrünə
qədər yaşamış Cənubi Azərbaycan şairləri haqqında təzkirə tərtib
etməyi qərara almış və beş il yarım çalışaraq bu mövzuda dörd
cildlik əsər ortaya qoymuşdur
447
. Lakin sonradan M.Dəyhim
əsasən Şimali Azərbaycan şairlərindən bəhs edən V cildi də qələ-
mə almışdır.
Onu da bildirmək lazımdır ki, təzkirə M.Dəyhimin nəşr olun-
muş 26-cı kitabıdır. Müəllifin əvvəlki əsərləri əsas etibarilə ibtidai
və orta məktəblər üçün dərsliklərdən ibarətdir.
Bu təzkirədə həm Azərbaycan türkcəsində, həm də farsca
şeirlərdən örnəklər yer almışdır. Əsərin ilk dörd cildinin nəsr his-
səsi farsca yazıldığı halda, sonuncu cildin nəsrində daha çox doğ-
ma dilimizə üstünlük verilmişdir.
“Süxənvərani-Azərbaycan” təzkirəsinin Dəyhim təzkirəsin-
dən fərqi Dövlətabadinin müraciət etmədiyi ərazi və regionların
ədiblərini öz əsərinə daxil etməsindədir.
Müəllif öz təzkirəsini tərtib edərkən həm klassik mənbələr-
dən, həm də müasir araşdırmalardan və nəşrlərdən geniş surətdə
yararlanmışdır. Onun istifadə etdiyi qaynaqlar sırasında “Atəş-
kədə”, “Ədəbiyyat ocağı”, “Töhfeyi-Sami”, “Təzkireyi-əxtər”,
“Təzkireyi-Nazim Təbrizi”, “Təzkireyi-Nəsrabadi”, “Dani-
şməndani-Azərbaycan”, “Riyazül-arifin”, “Səfineyi-Mahmud”,
446
Dəyhim M. Təzkireyi-şüərayi-Azərbaycan. Təbriz, 1367, I c., s. 1.
447
Yenə orada, s. 4.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
327
“Lətaifül-xəyal”, “Məcalisün-nəfais”, “Məcməül-xəvas” və s. kimi
təzkirələrin, “Əhsənüt-təvarix”, “Tarixi-aləmarayi-Abbasi”, “Ca-
hangüşayi-Cüveyni”, “Həbibüs-siyər”, “Silsilətün-nəsəbi-Səfəviy-
yə”, “Səfvətüs-səfa”, “Zəfərnameyi-Nizaməddin Şami”, “Mücmə-
lüt-təvarix”, “Müntəxəbüt-təvarix” və s. kimi tarixi məxəzlərin ad-
larını çəkə bilərik. Təzkirədə Azərbaycan Respublikasında çap
edilmiş tədqiqat əsərləri, şeir kitabları və ədəbiyyat müntəxəbatla-
rına da müraciət edilmişdir.
Məsələn, Nişat Şirvanidən bəhs edən təzkirəçi yazır: “XVIII
əsr Azərbaycan ədəbiyyatı tarixində Füzuli ənənələrini davam etdi-
rən, anadilli şeir dünyasında özünəməxsus dəsti-xətti olan istedadlı
sənətkarlarımızdan biri də Nişat Şirvanidir. Həyatı və yaradıcılığı
haqqında məlumatımız azdır. Əsərlərindən məlum olur ki, şair Şa-
maxı şəhərində anadan olmuş, sonralar nə səbəbdənsə oranı tərk
edərək Salyan şəhərinə köçmüşdür. Akademik H.Araslının fikrin-
cə, Nişat Şirvani XVIII əsrin I yarısında yaşayıb-yaradan Azərbay-
can şairləri içərisində ən şöhrətlisidir. İndi iki qəzəl Azərbaycan
klassik ədəbiyyatı kitabında 268-ci səhifədə çap olubdur, birlikdə
oxuyuruq”
448
:
Sağın ey qönçə dəhən, gül kimi xəndan gəzmə,
Dağıdıb zülfi pərişanu-pərişan gəzmə.
Gəzmə, qurbanın olum, qədrini bilməzlər elə,
Qorxuram hüsnünə nagəh yetə nöqsan gəzmə.
Əzizim, istərisən şöhreyi-şəhr olmayasan,
Seyri-bazar edib əğyar ilə meydan gəzmə.
El yaman - yaxşıdır, gəzmə bu kafirlər ilə,
Sənə yüz kərrə dedim gəzmə müsəlman, gəzmə.
448
Dəyhim M. Təzkireyi-şüərayi-Azərbaycan. Təbriz, 1371, V c., s. 448-450.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
328
Ey Nişat, sən səri-kuyində müqim ol yarın,
Gəşti-bağ eyləmə gəl, bağ ilə bostan gəzmə.
Təzkirədə Nişat Şirvaninin başqa bir qəzəlinə də yer veril-
mişdir.
Təzkiəçi XX əsr Azərbaycan şairlərindən Ə.Cəmil, B.Vahab-
zadə, S.Rüstəm, Ş.Dəlidağ, Ə.Cavad, Ə.Qəşəmoğlu, Qabil, İ.Tap-
dıq, P.Qəlbinur, A.Mirzə, M.Araz, N.Həsənzadə, N.Xəzri, M.İs-
mayıl, M.Aslan, B.Azəroğlu, N.Gün və b. haqqında məlumat ver-
miş, əsərlərindən nümunələr təqdim etmişdir. O, XX əsrin 90-cı il-
lərinin əvvəllərində Bakıda olmuş, buradan müasir şairlərin çap
olunmuş kitablarını əldə etmiş və təzkirəsini hazırlayarkən bu
əsərlərdən geniş şəkildə faydalanmışdır.
M.Dəyhimin qələmindən Hacı Ələmdar Mahirin bioqrafiya-
sına nəzər salaq: “Quliyev Ələmdar Əbdürrəhim oğlu Bakı şəhə-
rində balıqçı ailəsində 1950-ci ildə anadan olub. 15 yaşından şeir,
qəzəl yazmağa başlayıb. 18 yaşından Mahir təxəllüsü ilə münacat
və s. şeirləri vardır. İlk təhsilini yaşadığı Nardaran kəndində alıb.
Şairin yazdığı şeirlər çox ehsaslı və ehtivalı olan halda qəzəllərin-
də irfan və müsəlmanlıq ətiri vardır. Və öz ölkəsinin bir görkəmli
və qüdrətli şairi ünvanında tanınıbdır və xəlqlərara bir hörmətdən
bəhrələnir”.
M.Dəyhim təzkirədə Hacı Ələmdarın “Qoyma, ya Rəbb,
küfri salsın kölgə iman üstünə” və “Bu nə ətri-gülistandır, bu nə
ətri-sənubərdir” misraları ilə başlayan şeirlərini nümunə kimi təq-
dim etmişdir
449
.
Beləliklə, Ə.Dövlətabadidən və Y.Şeydadan fərqli olaraq,
M.Dəyhim öz təzkirəsinə həm güneyli, həm də quzeyli Azərbay-
can şairlərini daxil etmiş və təzkirəsini iki dildə qələmə almışdır.
449
Yenə orada, s. 487-491.
Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi
329
Dostları ilə paylaş: |