ƏDƏBĠYYAT
1.
Azərbaycan SSR-nin «Qırmızı Kitabı», Bakı,
1989, s.255-543.
2.
Ağamirov Ü.M., İbadov O.V. Azərbaycanda
bitən yabanı dağlaləsi növləri Abşeron şəraitində.
Azərb.SSR E.A.Xəbərləri, biol.elm.seriyası, 1972, №
12, s.21-25.
3.
Dadaşova L.K., İbadlı O.V. Azərbaycanın nadir
dağlaləsi və süsən növlərinin təbii fitosenozlarda
öyrənilməsi və qorunmasının perspektivliyi (MNB
əsərləri), V cild, Bakı, 2005, s.113-121.
4.
İbadlı O.V. Qafqazın geofitləri. Bakı, 2002, s.85-
93.
5.
Təhməzov B.H., Yusifov E.F., Əsədov R.S.
Azərbaycanın bioloji təbiət abidələri, Bakı, 2004,
5683.
153
6.
Бочанцева З.П. Тюльпаны. Ташкент, 1962, с.407.
7.
Сердюков Б.В. Декоративные травянистые расте-
ния дикорастущей флоры Кавказа, Тбилиси, 1972.
8.
Капинос Г.Е. Биологические закономерности
развития луковичных и клубне луковичных
растений на Апшероне. Из-во АН.Азерб.ССР,
Баку, 1965, стр.166-180.
9.
Флора Азербайджана. т. ЫЫ, АН Аз.ССР, Баку,
1952, с.166-171, 214-236.
10.
Шпак Р.Л. Годовой цикл развития некоторых
тюльпанов Киргизии. Фрунзе, 1963, с.9-65.
Дадашева Л.К.
Интродукция некоторых видов ириса и тюльпана в
Шемахинском, Гусарском и Абшеронском районах.
В результате исследований была создана коллекция из 7-и
редких и исчезающих видов ириса и тюльпана в 3-х районах
Азербайджана.
Были
изучены
биоморфологические,
экологические особенности данных растений в культуре,
перспективы реинтродукции в природные экосистемы и
использование их в озеленении.
154
UDK 581.52
ġ.Q.HÜSEYNOV, Ə.ġ.HÜSEYNOV
*
AZƏRBAYCANDA EROZĠYAYA QARġI
TERRASLAġDIRMA VƏ ONUN TARĠXĠNƏ DAĠR
Azərbaycanın dağ və dağ-ətəyi zonalarında torpaqların
əksər hissəsinin dağılmasına sel və eroziya prosesləri böyük
təsir edir. Bu prosseslərin qarşısını almaq, torpaqlardan səmərəli
istifadə etmək və nəticədə kənd təsərrüfatı bitkilərindən yüksək
məhsul almaq qarşıda duran ən aktual məsələlərdən biridir.
Çox meyilli yamaclarda eroziya və digər amillərin qarşısını
almaq üçün terrasların əhəmiyyəti böyükdür
Terras fransız sözü olub, yerdə (yəni torpağın üst
hissəsində) müxtəlif xarakterli düzən formaların əmələ gəlməsi
kimi işlədilir. Terraslar təbiətdə iki yolla - təbii və süni yolla
əmələ gəlir. Süni yolla əmələ gələn terraslar insanlar tərəfindən
meyilli yamaclarda düzəldilir. Yamacların formasından, orada
əkiləcək ağac və digər kənd təsərrüfatı bitkilərinin
xarakterindən asılı olaraq terras yatağının eni müxtəlif ola bilər.
Terraslar yamacın relyefini tamamilə dəyişir, onda pilləkənvari
düzənlik əmələ gətirir. Yamac boyu axan sular orada toplanır və
bitkilər üçün rütubət mənbəyi yaradır. Elə bunun nəticəsidir ki,
ilin quraq keçən ayları (iyul-avqust) bitkilər özlərini bu
*
АМЕА Мяркязи Нябатат Баьынын Шамахы Дайаг Мянтягяси
155
terraslarda yaxşı hiss edirlər. Adi sahəyə nisbətən terras
yatağında rütubətlik 4-5 dəfə artıq olur (şək.1).
Dağ yamaclarınn terraslaşdırılıb orada mədəni bitkilərin
əkilməsi çox qədim bir tarixə malikdir. Hələ antik dövrdə Asiya
və Afrika xalqları çox meyilli yamaclardan istifadə etmək üçün
terraslar çəkmiş və orada müxtəlif kənd təsərrüfatı bitkiləri
əkmişlər (1). Qədim terrasların izlərinə dünyanın bir çox
ölkələrində rast gəlinir. Lakin bu terrasların əksəriyyəti əl ilə
primitiv üsulla düzəldildiyindən uçulub dağılmışdır.
Qafqazda ən qədim terraslara Gürcüstanda, Dağıstanda və
digər yerlərdə rast gəlinir. Bu terraslar təqribən XII əsrdə
yaradılmış və bu günə qədər öz formasını saxlamışlar.
Azərbaycanda XIX əsrin axırlarında dağ yamaclarında
meşə zolaqları salmaq üçün əl ilə terraslar salınmasına
başlanılmışdır. Azərbaycanın Laçın, Kəlbəcər, Gədəbəy,
Daşkəsən, Tovuz, Dəvəçi rayonunda (Leyti və Qələgəh kəndləri
ərazisində) qədim terraslara rast gəlinir. Bu terrasların bir qismi
dağılmış və yalnız izləri qalmış, digərlərindən hazırda da istifadə
edilir. Dəvəçi rayonunun Leyti və Qələgəh kəndləri ərazisində
belə terraslar əsasən meyilliyi 20-25
o
olan yamaclardadır. Leyti
kəndinin qocaman sakinlərinin dediyinə görə buradakı
terraslarda ağac və üzüm tənəkləri var imiş. Sonralar onlar məhv
edilmişdir. Ərazidəki bu terraslarda ot örtüyü çox yaxşı bərpa
edilmiş, meyilliyin çox olmasına baxmayaraq torpaqlar eroziya
prosesinə məruz qalmamışdır (2).
1865-1808-ci illərdə Gədəbəy rayonunun Qalakəndi yaxın-
lığında «Kovdu», «Göy dəyə» və «Ləklər» adlı ərazilərdə
156
Şəkil 1. Terrasen ******* görünüşü
Şəkil 2. Terrasda əkilmiş badam bitkisi
157
əllə terraslar düzəltməklə fıstıq, palıd və Eldar şamından ibarət
meşə - bağlar salınmışdır (3).
1936-1939-cu illərdə Astara rayonunda subtropik bitkilər
altında istifadə etmək üçün terraslar düzəldilmişdir. Terraslar
düzəldilməmişdən əvvəl Nivelirləmə işləri aparılmadığından,
onlar düzgün çəkilməmiş, nəticədə isə uçulub dağılmışlar.
1955-1956-cı illərdə Qusar rayonunda Elmi-Tədqiqat
Eroziya bölməsi işçiləri tərəfindən terraslar çəkilmiş və bu
terraslarda alma bağı salınmışdır. Bu terraslar çəkilən yamacın
meyilliyi 20-25
o
olmuşdur. Burada da yamacın meyilliyi və
terras yatağının eni nəzərə alınmadığından və terras çəkmə
texnologiyasına güzgün əməl edilmədiyindən leysan yağışları
nəticəsində sular terrasları kəsmiş, nəticədə yamacda iri həcmli
yarğanlar əmələ gəldiyindən terraslar tamamilə məhv olmuşdur.
Azərbaycanda ilk dəfə mexanikləşdirilmiş üsulla terrasların
çəkilməsi S.Q.Rəhimov tərəfindən 1961-ci ildə Şamaxı
rayonunun üzümçülük sovxozunda aparılmışdır. Yamacın
meyilliyindən, baxarlığınından asılı olaraq bu terraslar təkrar
şumlanma və qazıb-tökmə üsulu ilə düzəldilmişdir (4).
Terrasların mühüm əhəmiyyətə malik olduğunu nəzərə
alaraq sonralar Azərbaycanda onun sahəsi getdikcə artırılmağa
başlandı. Respublikada Azərbaycan Dövlət Yer quruluşu lahiyə
institutu tərəfindən rayonlarda tədqiqat aparılaraq terraslar
çəkmək üçün lahiyələr hazırlanmış və bu lahiyələr əsasında çox
dəyərli və faydalı terraslar çəkilmişdir. Lakin bu terraslarda
əkilən ağac cinsləri yerli şəraitə uyğun olmadığına görə tez bir
zamanda
quraqlıq nəticəsində məhv olmuş, terraslar
baxımsızlıqdan dağılmış və mal-qara yatağına çevrilmişdir.
Hazırda respublikamızda belə terrasların sahəsi 6-7 min hektara
158
qədərdir və onlara Ağsu, Zəngilan, İsmayıllı, Ağdam, Füzuli,
Cəbrayıl, Qubadlı, Laçın, Qəbələ, Yardımlı və s. rayonlarda
təsadüf edilir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki,
belə terraslarda quraqlığadavamlı və yerli şəraitə uyğun ağac və
kol bitkilərin əkilməsi daha məqsədəuyğundur.
Belə ki, 1974-cü ildə Zəngilan rayonunda çəkilmiş 72
hektar terras sahəsində alma ağacı əkilmiş, sonralar həmin
ağaclar quraqlıqdan məhv olmuş, yalnız mikro yamacların şimal
hissəsindəki ağaclar qalmışdır. Bu həmin hissədə rütubətin
olması ilə əlaqədardır. 1976-cı ildə bu terraslar bərpa edilmiş və
həmin sahəyə 12 sortdan ibarət (Nonnerel, Krım,daş badam,
Nikita-62, Nikita gec gül açan, sovetski, priənıy, desert, dreyk,
Yalta, Nikita-2240, Nikita 1710 və s.) badam toxumu
səpilmişdir. Toxumlar dekabr ayında səpildiyi üçün
stratifikasiya edilməmişdir. Terraslarda badam ağacından başqa
Eldar şamı, alça, sumaq, göyəm, zırınc, nar və s. ağac və kollar
əkilmişdir. Şamlar həmişəyaşıl olduğu üçün sahəyə qışda
yaraşıq verməklə ağacları zərərli güləklərdən və soyuqdan
mühafizə edirlər.
1968-ci ildən başlayaraq respublikanın müxtəlif zonalarında
qazıb-tökmə üsülu ilə eroziyaya uğramış və kənd təsərrüfatı
əkinlərinə yaramayan meyilli yamaclarda, terraslar çəkərək,
həmin terraslarda qozmeyvəli bitkilər əkilmişdir (şək.2).
İlk dəfə olaraq qazıb-tökmə üsulu ilə Böyük Qafqazın
şimal-şərq hissəsində yerləşən Dəvəçi rayonunda, meyilliyi 10-
30
o
olan yamaclarda qazıb-tökmə üsulu ilə terraslar çəkildi. Bu
terraslarda badam və püstə toxumu səpildi. Qeyd etmək lazımdır
ki,
püstənin toxumu professor İ.S.Səfərov tərəfindən
Özbəkistandan gətirildi.
159
Təcrübələr çox yaxşı nəticəli olduğundan sonralar 1976-cı
ildən Şamaxı, Zəngilan, Cəbrayıl, Şəki, Naxçıvan MR-da davam
etdirildi. Hazırda respublikanın müxtəlif zonalarında terraslar
üsulu ilə 2007 hektar qozmeyvəli bitkilərdən püstə, badam, qoz
əkilmişdir. Eyni zamanda terrasların arasında sumaq, perekanta,
eldar şamı, tuya kimi ağac kol bitkiləri də əkilmişdir (5,6).
Ə D Ə B Ġ Y Y AT
1.
Гуссак В.В. Опытное террасирование в совхозе
Мухастат и борьба с эрозией почв в СССР. Изд.
АН СССР, 1938
2.
Hüseynov Ş.Q. Böyük Qafqazın Şimal şərq yama-
cında terraslarda qozmeyvəlilərin yetişdirilmə
təcrübəsi. Azərbaycan Elmi Tədqiqat Meşə təsər-
rüfatı və Aqromeşəmeliorasiya institutunun əsərləri,
XI cild, Bərdə 1973
3.
Əsədov K.S. Dağ yamaclarından istifadə edilmə
təcrübəsi. Kənd təsərrüfatı elmi xəbərləri, 2. Bakı
1968
4.
Рагимов К.С. Сравнительная оценка различных
видов обработки на эродированных почвах в
Шемахинском районе. Тр. сек. «эрозии», т.1, 1961
5.
Гусейнов Ш.Г. Орехоплодные и расширение
площадей на горных склонах. Тезис докл. XЫX
сессии вот.сад. закав. По вопросу интрод. растен.
и зелен. стр-ва. Изд-во Элм. Баку, 1983.
6.
Гусейнов Ш.Г., Сафарова Э.П., Исламова З.Б.
Внедрение и освоение эродированных горных
160
склонов под орехоплодные растения. Биткилярин
интрадуксийасы вя иэлимляшдирилмяси. Мяркязи Няба-
тат баьынын ясярляри. V ъилд. Бакы, «Турал» , 2005
Ш.Г.Гусейнов, А.Ш.Гусейнов
К ИСТОРИИ ПРОТИВОЭРОЗИОННОГО
ТЕРРАСИРОВАНИЯ В АЗЕРБАЙДЖАНЕ.
Террасирование играет большую роль как в
развитии растений, так и их урожайности. Естественное
террасирование известно еще с XЫЫ века. В Азербайджане
механическое террасирование впервые было проведено в
1961 году. Только, начиная с 1968 года, на проводимых
здесь террасах были выращены орехоплодные.
161
UOT 582. 7722
E.Y.ƏLĠYEV
AZƏRBAYCAN FLORASINDAN OLAN AĞCAQAYIN
NÖVLƏRĠNĠN (ACER L.) ABġERON ġƏRAĠTĠNDƏ
KÖK SĠSTEMĠNĠN ÖYRƏNĠLMƏSĠ
Bitkilərin kök sistemi onları torpağa bərkitməklə, bərabər
su və mineral maddələri yerüstü hissəyə ötürmək kimi mühüm
vəzifələr yerinə yetirir. Kök sisteminin öyrənilməsi bütövlükdə
bitkinin həyatında baş verən bütün fizioloji prseslərin, eyni
zamanda
fotosintez
prosesində, qidalanmasında mühüm
əhəmiyyət kəsb edir. Tədqiqatlar Mərkəzi Nəbatat Bağında
ağcaqayın növlərinin bir-iki-üçillik köklərinin tam çıxarılması
üsulu ilə morfologiyası, dərinlikdə yerləşməsi, yan köklərinin
miqdarı və xüsusiyyətləri tədqiq olunmuşdur (2,4). Abşeron
şəraitində ağcaqayın bitkisinin köklərinin inkişafı yazda aprelin
əvvəlindən (bəzən isə martda) iyunun 2-ci ongünlüyünədək
davam edir. Öyrənilən bu növlərin kök sisteminin quruluşu,
morfologiyası, hansı dərinlikdə yerləşməsi, yan köklərin miqdarı
1 saylı cədvəldə göstərimişdir (1).
Acer campestre L. – Çöl ağcaqayını birillik tinglərinin
hündürlüyü 13 sm, onların mil kökü 0,3 sm diametrə və 22 sm
uzunluğa malik olur. Yan köklər 6 ədəd, 4-15 sm uzunluqda
olaraq, 2-10 sm dərinlikdə çoxlu əmici tellərə malik, sıx tor
əmələ gətirir. Kök sisteminin əsas kütləsi 2-10 sm dərinlikdə
yerləşir. İkiillik tinglərinin hündürlüyü 54 sm, mil kökü 1,0 sm
diametrə və 40 sm uzunluğa malik olur.
162
Cədvəl 1
Ağcaqayın növlərinin 1-2-3- illik kök sisteminin inkiĢafı
Növlərin adı
B
itk
ilər
in
h
ün
-
dü
rlü
yü
,
sm
-lə
Kö
k
bo
ğaz
ın
ın
d
iam
etr
i,
sm
-lə
Mil
kökün
d
iam
etr
i,
sm
-lə
Mil
kökün
uzu
nlu
ğu
,
s
m
-
əl
Yan
k
ök
lər
in
m
iq
dar
ı,
əd
əd
lə
Yan
k
ök
lər
in
uzu
nlu
ğu
,
sm
-lə
Yan
k
ök
lər
in
yer
ləşmə
dər
in
liy
i,
sm
-lə
Kö
k
kü
tləs
in
in
əsas
y
er
ləşmə
dər
in
liy
i,
sm
-lə
Kö
kü
n
ən
ço
x
to
rp
ağ
a
keç
m
ə
dər
in
liy
i,
sm
-lə
Çöl ağcaqayını
13
0,3
0,3
22
6
4-15
2-10
2-10
22
Hirkan ağcaqayını
20
0,3
0,4
28
9
4-20
2-10
2-28
30
Gözəl ağcaqayın
10
0,1
0,2
20
6
3-7
2-10
2-14
30
Sivriyarpaq
ağcaqayın
95
0,1
0,8
27
7
3-25
2-12
2-17
35
Nəhəng ağcaqayın
14
0,3
6,4
21
5
4-14
2-13
2-15
22
163
Yan köklər 8 ədəd olub 10-20 sm uzunluğa malik olmaqla
əsasən 2-25 sm dərinlikdə yayılırlar.
Çöl ağcaqayınının üçillik tinglərinin kök boğazının
diametri 1,8 sm, hündürlüyü isə 90 sm olarkən, onun mil kökü
1,9 sm diametrə və 70 sm uzunluğa malik olur. Yan köklər 10
ədəd olub, 15-30 sm dərinlikdə yerləşirlər. Köklərin əsas kütləsi
10-30 sm dərinlikdə yerləşir.
Hirkan ağcaqayınının birillik bitkilərinin hündürlüyü 20
sm, kök boğazının diametri 0,4 sm olarkən, onların mil kökü 28
sm uzunluqda olur. Yan köklərin miqdarı 8 ədəd və 4-20 sm
uzunluqda olaraq, əsasən 2-10 sm dərinlikdə, onların əsas
kütləsi isə 2-18 sm dərinlikdə yerləşir. İkiillik hirkan
ağcaqayının hündürlüyü 60 sm olarkən onun mil kökü 50 sm
uzunluqda və kök boğazının diametri 1,0 sm olur. Mil kökdən
ayrılan 12 ədədyan köklər 12-35 sm uzunluqda olmaqla, kök
kütləsi torpağın 38 sm dərinliyinə çatmış olur. Üçillik hirkan
ağcaqayınının hündürlüyü 95 sm, kök böğazının diametri 1,7 sm
olarkən, mil kökün uzunluğu 80 sm, yan köklərin miqdarı 15
ədəd, uzunluğu 15-40 sm, köklərin əsas kütləsi torpağın 45 sm
dərinliyində yerləşir.
Gözəl ağcaqayın tinglərindən kök sisteminin tədqiqi
göstərdi ki, birinci ili vegetasiya dövrünün axırında bitkinin
hündürlüyü 10 sm, kök boğazının diametri 0,1 sm, mil kökün
uzunluğu 20 sm, yan köklərin sayı 6 ədəd, uzunluğu 3-7 sm,
köklərin əsas kütləsinin yerləşmə dərinliyi 30 sm-ə çatmış olur.
İkiillik gözəl ağcaqayın bitkisinin hündürlüyü 30 sm, kök
boğazının diametri 0,3 sm, mil kökün uzunluğu 25 sm, yan
köklərin sayı 10 ədəd olaraq, uzunluğu 13-31 sm-dir, köklərin
əsas kütləsinin yerləşmə dərinliyi 35 sm-ə çatır. Üçillik tinglərin
164
hündürlüyü 60 sm, kök boğazının diametri 1,0 sm, mil kökün
uzunluğu 40 sm, yan köklərin sayı 10 ədəd, uzunluğu 10-25 sm,
köklərin əsas kütləsi 43 sm dərinlikdə yerləşmişdir. Kök sistemi
formalaşdıqdan sonra bitkilərin yerüstü hissəsinin fəal böyüməsi
başlayır.
Sivriyarpaq ağcaqayının birillik tinglərinin hündürlüyü
25 sm, kök boğazının diametri 0,1 sm, mil kökünün uzunluğu 27
sm, yan köklərin sayı 7 ədəd, uzunluğu 3-25 sm, köklərin əsas
kütləsinin torpaqda yerləşmə dərinliyi 35 sm-dir. İkiillik
sivriyarpaq ağcaqayının kök sisteminin öyrənilməsi göstəridi ki,
bitkinin hündürlüyü 40 sm, kök boğazının diametri 0,8 sm, mil
kökün uzunluğu 30 sm, yan köklərin sayı 11 ədəd, uzunluğu 20-
40 sm, köklərin əsas kütləsinin torpaqda yerləşmə dərinliyi 50
sm-dir. Üçillik tinglərinin hündürlüyü 80 sm, kök boğazının
diametri 1,0 sm, yan köklərin sayı 13 ədəd, uzunluğu 30-55 sm,
köklərin əsas kütləsinin yerləşmə dərinliyi 70 sm-ə çatır (3,4).
Nəhəng ağcaqayının kök sistemini öyrənərkən, məlum
olmuşdur ki, birillik tinglərin hündürlüyü 14 sm, kök boğazının
diametri 0,3 sm, mil kökün uzunluğu 21 sm, yan köklərin sayı 5
ədəd, uzunluğu 4-14 sm, əsas kütləsinin yerləşmə dərinliyi 22 sm-
dir. İkiillik tinglərinin hündürlüyü 38 sm,yan köklərin sayı 9 ədəd,
uzunluğu 25-40 sm, köklərin əsas kütləsinin torpaqda yerləşmə
dərinliyi 45 sm-dir. Üçillik tinglərin kök sisteminin öyrənilməsi
göstərdi ki, bitkinin hündürlüyü 71 sm, kök boğazının diametri 1,3
sm, mil kökün uzunluğu 44 sm, yan köklərin sayı 8 ədəd, uzunluğu
25-40 sm, əsas kök kütləsinin torpaqda yerləşmə dərinliyi 48 sm-dir.
Beləliklə, Abşeron şəraitində ağcaqayın növlərinin kök
sisteminin öyrənilməsi göstərmişdir ki, bir və ikiillik bitkilərdə
əsasən yaxşı inkişaf etmiş şauquli kök sisteminə malik olan 4-6
165
ədəd yan köklər və onlardan inkişaf etmiş III-IV dərəcəli
köklərə malikdirlər. Bu köklərin əsas kütləsi torpağın 2-25 sm
dərinliyində yerləşir. Üçillik bitkilərdə yan köklərin inkişafı
daha da sürətlənir. Belə ki, əsas kökdən 2-10 sm dərinliyində 8-
10 ədəd yaxşı inkişaf etmiş yan köklər ayrılır ki, bunlar da öz
inkişafına görə əsas kökdən geri qalırlar. Köklərin əsas kütləsi
torpağın 2-35 sm dərinliyində yerləşir. Bu isə ağcaqayın
növlərinin bioloji xüsusiyyətləri və Abşeron şəraitində torpağın
alt qatında rütubətin olmaması ilə izah olunur. Ona görə də
suvarma şəraitində becərilən ağcaqayın növlərində torpağın üst
qatında köklər daha yaxşı inkişaf etmiş olur. Buna görə də
ağcaqayın növlərinin Abşeronda normal inkişaf etməsi üçün
onların yaz, yay mövsümündə suvarılması məsləhətdir.
ƏDƏBIYYAT
1.
Костелова Г.С. Некоторые данные о росте
кленов в ювенильном возрасте. Доклады АН
Узб.ССР, Изд. АН Узб. ССР, Ташкент, 1986
2.
Колесников В.А. Корневая система
плодовых и ягодных растений. М., «Колос», 1974
3.
Кохно Н.А. Редкие и исчезающие виды
деревьев и кустарников в ботанических садах и
дендрологических парков Украины. Интродук-
ция и акклиматизация растений, Киев, 1991
4.
Колесников В.А. Методы изучения
корневой системы древесных растений. М.,
«Лесная промышленность», 1971
166
Э.Я. Алиев
ИЗУЧЕНИЕ КОРНЕВОЙ СИСТЕМЫ ВИДОВ
КЛЕНА (ACER L.) ИЗ ФЛОРЫ АЗЕРБАЙДЖАНА
В УСЛОВИЯХ АБШЕРОНА
При изучении корневой системы видов клена было
выявлено, что у одно-, двух- и трехлетних растениях
наблюдалось хорошее развитие главного корня с 4-6-тью
боковыми корнями ЫЫЫ-ЫВ порядка.
167
UOT: 632
S.Q. Qarayev
ABġERON ġƏRAITINDƏ INTRODUKSIYA EDILMIġ
PALID NÖVLƏRĠNĠN XƏSTƏLĠKLƏRĠ VƏ
ZƏRƏRVERĠCĠLƏRĠ
Bitkilərin introduksiya olunmasında aparılacaq tədqiqat
işlərinin əsas istiqamətlərindən biri də onların yeni şəraitdə
xəstəlik və zərərvericilərinin öyrənilməsidir. Buna görə də
Abşeronda introduksiya edilmiş, yaşıllaşdırmada, meşəsalmada
bir çox keyfiyyətlərinə (uzun ömürlü, güclü kök sistemi, hündür,
çətiri böyük, dekorativ görnüşlü, torpağın humusuna və
quraqlığa az tələbkar olması) görə əvəzsiz ağac cinslərindən
olan palıdın 12 növünün xəstəlik və zərərvericilərinə qarşı
mübarizə üsullarının öyrənilməsi bu baxımdan məqsədə-
uyğundur.
A.P. Bandin [2] Azərbaycan meşələrində palıdların
zərərvericilərindən taykeş torsarıyan adlanan palıd kəpənəyinin
(Portheria dispar L.), məryəmqurdu (Nygmia phaeorihoca L.)
və yaşıl yarpaq kəpənəyin (Tortrix viridana L.) daha çox
yayıldığını, ayrı-ayrı meşə massivlərində (Quba, Laçın, Yalama,
Naxçıvan və s.), xüsusən - Quba-Xaçmaz zonasında palıdların
yarpaqlarına daha çox ziyan vurduğunu qeyd etmişdir. Eyni
zamanda, mazı böcəyi (Cynips caticis, C. incana), külləmənin
(Micrisphaera alphitoides Griss. et. M.) də palıdların, xüsusən
də uzunsaplaq və gürcü palıdının yarpaqlarını yeyib korladığını,
palıd qozasının zərərvericilərindən isə xortumlu qoza böcəyi
168
(Balaninus nucum, B. glandium) və palıd qozası qurdunun
(Carpocapsa splendana) daha çox yayıldığını göstərmişdir.
V.M. Kərimov [1] Yalama meşə massivində uzunsaplaq və
gürcü palıdının konsortlarının tərkibində 7 növ Polyporaceae, 2
Ganodermataceae, 2 növ Hymenochaetaceae və 1 növ
Schizophyllaceae fəsiləsinə aid göbələklərin olduğunu və
ağacların oduncağını zədələdiyini qeyd etmişdir.
E.S. Hüseynov [4] qeyd edir ki, Azərbaycan meşələrinin
əsasını təşkil edən palıd, vələs, fıstıq ağac cinslərində 375 növ
göbələk aşkar edilmiş, onların 65 növü patogen olmaqla,
bitkilərdə müxtəlif xəstəliklər törədir. Palıd növlərində
Sphaerioidaceae fəsiləsinin 31 cinsinə daxil olan 80 növ aşkar
edilmişdir. Bu növlərdən Phylosticta quercus Sacc. et. Speg.
gürcü p., uzunsaplaq p., Ph. tumoricula Peck. şərq p., Ph. iticira
Sacc. - uzunsaplaq palıdda əsasən yarpaqlarda xəstəlik törədir.
Cytospora
teucosperma Fr.
-
və uzunsaplaq palıdın
budaqlarında, Cytospora rubescena Fr. - şabalıdyarpaq p.
budaqlarında, Phoma quercus Sacc. - şabalıdyarpaq palıdın
qozalarında, Phoma glandicola tev. - uzunsaplaq palıdın
qozalarında xəstəlik törədir.
Q.S.Qruzdev və başqaları [3] yaşıl palıd yarpaqbükəninin
(Tortix viridana L.) yumurtalarının palıdın budaqlarında,
tumurcuqlarında qışladığını, yazda isə əmələ gələn tırtılın
yarpağa keçdiyini və yarpaqları zədələdiyini qeyd etmişlər.
Biz də Abşeron şəraitində palıd növlərinin zərərvericilərini
AMEA Mərkəzi Nəbatat Bağında olan palıd kolleksiyaları
üzərində 1998-2004-ci illərdə öyrənmişik. Mübarizə tədbirləri
Q.S.Qruzdev və başqalarının [3] təklif etdiyi metodlara əsasən
işlənmişdir.
169
Yaşıl palıd yarpaqbükəni (Tortix viridana L.). Uzunsaplaq
p., şabalıdyarpaq p., mişardişli p. və saplaqlı p. müşahidə
olunur. Yumurtaları budaqlarda, cavan zoğlarda, əsasən yarpaq
qoltuqlarıda qışlayır və inkişaf edir. Mart, aprelin I
ongünlüyündə tumurcuqlarla qidalanır. Tumurcuqlar açılıb
yarpaqlar əmələ gəldikdə kəpənəyin tırtılı yarpaqlara keçir və
yarpaqlarla qidalanır. Bu əsasən mayın II və III ongünlünə
təsadüf edir. Tırtılın inkişafı 20-30 gün davam edir. Bu
müddətdə yarpaqlar üzəri şirə çəkilmiş kimi görünür, yarpaqlar
bükülür. İyunun axırlarında yetkin fərdlər görünür və qışlamaq
üçün yumurta qoyulur.
Mübarizə tədbiri: - qışda yumurtalarını məhv etmək üçün
DNOK, nitrafen, trixloralem-5-lə, tumurcuqlar açılmağa
başlayanda sürfəni məhv etmək üçün isə fozalon, xlorofosla təsir
etmək məsləhətdir. Bu məhlulların üzərində optimal təsir etmək
üçün faizləri və hazırlanma qaydaları verildiyi üçün biz ayrı-
ayrılıqda məhlulların faizlərini göstərmirik. Lakin qeyd etmək
lazımdır ki, Abşeron şəraitində adı çəkilən məhlullar 20-25%
qatılığında olduqda daha yaxşı təsir edirlər.
Qoza meyvəyeyəni (Carpocapsa splendana Hb.) -
Həşəratın sürfələri xüsusi tüklü kisəciklərdə qışlayır. İyunun
axırları və iyulun əvvəllərində tırtıllardan inkişaf etmiş
kəpənəklər qozaların üzərinə qonur və yumurta qoyurlar.
Yumurtadan əmələ gələn sürfələr qozaları deşərək, daxilinə
keçir. Sürfə bir inkişaf dövründə 4-5 qozanı zədələyə bilir.
Sentyabrın axırları, oktyabrın əvvəllərində sürfələr qozaların
qabığından çıxaraq qışlayacağı yerə gedir. Şabalıdyarpaq,
uzunsaplaq və daş palıdların qozalarında müşahidə olunur. Ən
çox uzunsaplaq palıdın qozalarına ziyan vurur.
170
Mübarizə tədbiri: Çiçəkləmədən sonra fozalon, etafos,
xlorofos insektisidləri ilə təsir etmək məsləhətdir.
Meyvə örtük güvəsi (Coleophora hemerobiella Scop.).
Ağacın qabığında və tumurcuqlarında sürfə mərhələsində
qışlayır. Yazda aprelin axırı, mayın əvvəllərində yarpaqların
üzərinə keçir və yarpaqlarla qidalanaraq, yarpaqda tala-tala ağ
sahələr (mina düşmüş kimi) əmələ gətirir. İyunun axırından
iyulun ortalarına qədər sürfələr budaqlara qayıdıb tumurcuqlarda
və qabığın altında yaza qədər qışlayır. Sürfələr 3 yaşında iyunun
ortalarında pup halına keçir. İyulun II və III ongünlüyündə
yetkin fərdlər görünməyə başlayır. Meyvə örtük güvəsi öz
yumurtalarını yarpağa qoyur və 9-12 gündən sonra əmələ gələn
sürfələr dərhal yarpaqla qidalanaraq onda zədələr əmələ gətirir.
Bu zərərverici ağ p., qırmızı p., monqol p., şabalıdyarpaq p.
və saplaqlı p.t növlərində rast gəlinir. Ən çox isə ağ palıd və
şabalıdyarpaq palıdda müşahidə olunur.
Mübarizə tədbiri: Çiçəkləmə dövründən sonra antio,
fosfamidom, DDVF kimi insektisidlərdən istifadə edilməsi
məsləhətdir.
Tək ipəksarıyan (Ocneria dispar L.) - Yumurtaları qabığın
altında yerləşir və erkən yazda - mart ayının ortalarında sürfələr
əmələ gəlir. Sürfələr tumurcuqlara, çiçəklərə və yarpağa keçərək
onlarla qidalanmaqla zərər vururlar. Yetkin kəpənəklər payızda
görünür və oktyabrın əvvəllərindən başlayaraq yumurta
qoyurlar. Əsasən uzunsaplaq p., tüklü p., gürcü p. və saplaqlı
palıd növlərində yayılmışdır. Ən çox isə uzunsaplaq palıd rast
gəlinir.
Mübarizə tədbiri: Yumurtaqoyma mərhələsində oktyabrın
əvvəllərindən başlayaraq, gövdələrə ağ neft və ya mazut
171
sütrmək, sürfələri məhv etmək üçün isə xlorofos, fozalon,
metafos, və dentrobasillinomdan istiyadə etmək məsləhətdəir.
Minalayıcı qabar böcəyi (Liriomyza congesta Beck.). -
yumurtalarını yarpaqlara qoyur. Sürfələri mayın axırı, iyunun
əvvəllərində əmələ gəlir və yarpaqların parenximi ilə qidalanır
və yarpaqda işıqlı sahələr (xlorofilsiz) əmələ gəlir.
Əsasən şabalıdyarpaq p., ağ p., qırmızı p. və uzunsaplaq
palıd növlərində yayılmışdır.
Mübarizə tədbiri: Ağacın ətrafını 20 sm dərinlikdə
belləmək və yumurtaların inkişaf dövründə (mayda)
insektisidlərdən; aktellikom, antio, xlorofasom və s. istifadə
etmək məsləhətdir.
Vahiməli yastıca (Diaspiiotus ostreaeformis Curr.) sürfələri
2 yaşa qədər ağacın gövdəsində və budaqlarında keçirir. Mayın
axırlarından başlayaraq gövdənin üzərinə çıxır. Gövdənin
oduncağını və qabığını yeməklə zərər vurur. İyun-iyul aylarında
qabığın altına yumurta qoyur. Daş p., mantar p. və şabalıdyarpaq
palıd növlərində müşahidə olunur. Erkən yazda nitrofen,
DNOK, trixloral-5, qışda isə dəmir kuporosu, bor məhlulu ilə
təsir etmək məsləhətdir.
Mazı böcəyi (Cynips caticis, C. incana) - yumurta
mərhələsini ağacın qabığında keçirər. Mayın ortalarından əmələ
gələn sürfələr yarpaqlarla qidalanmaqla zərər vurur.
Şabalıdyarpaq p., tüklü p., dəyişkənyarpaq p. və gürcü
palıdlarında rast gəlinir. Ən çox uzunsaplaq p. və gürcü palıdına
zərər verir.
Mübarizə tədbirləri: Qışda xlorofos, metafos, DDVF-dan
istifadəsi məsləhətdir.
Xortumlu qoza böcəyi (Balaninus nucum, B. glandium) -
172
yumurtalarını sentyabrın əvvəllərində qozalarda yerləşdirir.
Sentyabrın axırı və oktyabrın əvvəllərində əmələ gələn sürfələr
qoza və çanaqla qidalanaraq onu zədələyir. Belə qozalar
vaxtından əvvəl tökülməyə başlayır.
Mübarizə tədbirləri: Çiçəkləmədən sonra niatrofen,
trixloralem-5, DDVF-dən istifadəsi məsləhətdir.
Abşeron şəraitində öyrənilən palıd növlərində bir sıra
xəstəlik törədən göbələklər də aşkar edilib öyrənilmişdir.
Palıd unlu şeh göbələyi (Microsphaera alphitoides Grif.) ən
çox rast gəlinir, yarpağın hər iki tərəfində və cavan zoğlarda
olmaqla, bitkinin böyüməsinə və fotosintez prosesinə mənfi təsir
göstərir. Göbələyin konidiləri yetişdikdən sonra əmələ gələn
sporlar ikinci dəfə yarpaq və zoğlara sirayət edir. Avqustun
axırlarında göbələk qara rəngə çevrilərək qışlayır.
Demək olar ki, bütün palıd növlərində, xüsusən də cavan
tinglərdə müşahidə edilir.
Mubarizə tədbiri: Göbələklə sirayətlənmiş yarpaqları
kənarlaşdırmaq, xəstəliyin ilkin əlamətləri müşahidə ediləndə
ağaclara bayleton, topsin N, karatan BMK, kimrod funqsidləri
və kükürd preparatı ilə təsir etmək məsləhətdir.
Phyllosticta cinsinin növlərindən Phylosticta quercus Sacc.
et Speg. gürcü palıdının, uzunsaplaq p., tüklü p., saplaqlı p., Ph/
virentis Ell. et Langl. gürcü p., saplaqlı p., şabalıdyarpaq palıd
növlərinin yarpaqlarında, Cytospora - cinsinin növlərindən
Cytospora teucosperma Fr. uzunsaplaq p., şabalıdyarpaq p.,
saplaqlı p. və monqol palıd növlərinin budaqlarında, Phoma
cinsinin növlərindən Phoma quercus Sacc. şabalıdyarpaq p., daş
p. və uzunsaplaq palıd növlərinin qozalarında, Phoma
glandicola Lev. uzunsaplaq palıdın qozalarında, Phomopsis
173
cinsinin növlərindən Ph. gurcicola Mocsz, Ph. castanea
Woronich şabalıdyarpaq palıdın və uzunsaplaq palıdın
cücərtilərində və cavan tinglərində, Ph/ gercella olied
uzunsaplaq
palıdın
qozalarında,
Sphaeropsis
cinsinin
növlərindən Sphaeropsis guercina Ckeel. Harkn şabalıdyarpaq
p., uzunsaplaq p. və daş palıd növlərinin qozalarında,
Actinopelte cinsinin növlərindən Actinopelta dryina uzunsaplaq
p., mişardişli p., gürcü p., ağ p. və qırmızı palıd növlərinin
yarpaqlarında xəstəlik törədirlər.
Bu göbələklərə qarşı mübarizə tədbirləri kimi bitkinin
qalıqlarını yığmaq, torpağı dərindən belləmək, qozalara TMTD,
fentiuramom, yarpaqlara benlatom, uzqenom, bordo məhlulu,
kaptanom və başqa maddələrlə təsir edilməsi məsləhətdir.
Beləliklə, Abşeron şəraitində öyrənilən palıd növlərinə bir sıra
xəstəliktörədən göbələklər və zərərvericilər, bitkinin müxtəlif
orqanlarına və meyvələrinə ziyan vururular ki, bu da böyümə və
inkişafa mənfi təsir göstərir, meyvələrin sağlamlıq dərəcəsini
azaldır. Buna görə də ağacların dibi hər il yazda və payızda
dərindən bellənməli, bitki qalıqlarından təmizlənməli, müvafiq
kimyəvi preparatlarla dərmanlanmalıdır.
Dostları ilə paylaş: |