“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
309
Nuridə Qurbət qızı Əhəmədova
Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin tarix müəllimi
nuride.ehmedova.1976@mail.ru
MULTİKULTURALİZM AZƏRBAYCANDA
Açar sözlər: tolerantlıq, mənəvi-mədəni dəyərlər, multikulturalizm, dini dözümlülük,
mədəniyyətlərarası dialoq.
Key words: tolerance, moral-cultural values, multiculturalism, religious tolerance, inter-
cultural dialog.
Multikulturalizm termini 60-cı illərin sonunda Kanadada meydana çıxıb. Ölkəmizdə
multikulturalizm milli siyasətin əsas forması kimi qəbul edilir. Konsepsiya insanın etnomədəni, irqi
və dini müxtəliflik statusunu hər bir millətin içində qorumağa şərait yaradılmasına əsaslanır.
Multikultural model assimilyasiya olmadan inteqrasiyaya yönələrək legitimləşdirilməni təmsil edir.
Bu o deməkdir ki, etnomədəni bir dövlətin sərhədləri daxilində dini və mədəni mənsubiyyətə uyğun
həyat tərzi, ən əsası bu prinsipləri ödəyən təhsil qurulmalıdır.
Etnik və dini azlıqların hüquqlarının müdafiəsi prinsiplərini rəhbər tutan demokratik dövlətlər
miqrantların milli cəmiyyət daxilində öz etnomədəni cəmiyyətlərini quraraq, onları inkişaf
etdirmələri üçün şərait yaradırdılar. Müxtəlif mədəniyyət və ənənələrin vahid çoxmədəniyyətli
məkanda birgə mövcudluğu ideyası həqiqətən də dəyərlidir. Əqidəmizə görə müxtəlif dinlərə etiqad
edən, fərqli dillərdə danışan xalqların birgə yaşaması uzun əsrlər boyu təbii hal kimi qəbul edilib.
Çoxmədəniyyətli cəmiyyətimizdə hər bir etnik, dini və ya mədəni qrup öz ənənələrini yaşatmaq və
onları övladlarına ötürmək hüququna malikdir. Dövlət də onların bu hüquqlarını təmin edir və onlar
arasında qarşılıqlı anlayış və münasibətlərin olması üçün hər cür şərait yaradır. Bütün bu ənənələrin
təməlində aşılamaq, təbliğ etmək dayanır. Bu isə hələ kiçik yaşlardan ailədən, məktəbdən
başlanmalıdır. Tədris olunan materiallar kifayət qədər inteqrativ olmalıdır.
İnteqrativ təlim mühüm pedaqoji problem kimi müasir dünyagörüşlü, fəal, yaradıcı,
problemlərin həlli və müstəqil qərarlar qəbul etmək üçün zəruri təhsil səviyyəsinə və keyfiyyətlərə
malik şəxsiyyət formalaşdırılması vəzifəsinin ön plana çıxdığı hazırkı dövrdə xüsusi aktuallıq kəsb
edir. Bu problemin tədqiqi və həlli təkcə ədəbiyyat tədrisinin elmi, nəzəri əsaslarının inkişafı üçün
deyil, müəllimlərin praktik fəaliyyəti üçün də böyük əhəmiyyət kəsb edir.
Burada təhsilin məqsədinə hadisə və təzahürləri öyrənmək və bilmək deyil, həm də əldə
olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları
təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə tədris şagirdlərə öyrənmə zamanı
müxtəlifliklər arasında bilik və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik
göstərir. Əsrlər boyu multikultural ənənələrə əsaslanan milli tariximiz formalaşmış,
çoxmədəniyyətliliyin təbliğ edildiyi tarixi əsərlərimiz işıq üzü görmüşdür.
Multikulturalizm termini Azərbaycan ictimai-siyasi fikir tarixinə yeni daxil olsa da, ona
qədər biz bu anlayışa mədəni müxtəliflik kimi yanaşmış və cəmiyyətdə uğurlu tətbiqinə nail
olmuşduq. Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq
ideologiyası əvəzsiz rol oynamışdır. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış
ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin uğurlarının kökündə, məhz
azərbaycançılıq ideyası dayanırdı. Müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran,
təkcə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə
respublikada milli-etnik ixtilaf ayrı-ayrı bölgələrdə özünü göstərirdi. Belə bir zamanda xalq Ulu
öndər Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən
qüvvələr zərərsizləşdirildi. Məhz azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid
Azərbaycan ideyasının, ölkədə bütün etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi
təcrübəsidir.
Bir siyasət kimi multikulturalizm öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O,
müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca
xüsusiyyətlərindən biridir. Multikultural cəmiyyətin formalaşması və inkişafı - tarixi təkamülün
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
310
xüsusiyyətləri ilə, konkret olaraq, sosial amillərlə müəyyənləşmişdir. Onu da qeyd edək ki,
multikultural cəmiyyətin formalaşmasında və inkişafında demokratiya mühüm rol oynayır, daha
dəqiq desək, demokratiya multikultural cəmiyyətin təkamülü üçün əlverişli şərait yaradır.
Multikulturalizm hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərə tolerant münasibətə əsaslanan
dinc, yanaşı yaşama prinsipidir. Azərbaycan üçün fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük
mövqeyi bəsləmək demokratik dövlət strategiyasıdır. Azərbaycan ümummilli həmrəyliyin inkişafı
üçün əlverişli mühitdir, mənsubiyyətindən asılı olmayaraq ərazisində məskunlaşan hər bir vətəndaş
Azərbaycanın sərvətidir.
Tarix boyu ölkəmiz tolerantlığın, dini dözümlüyün və mədəniyyətlərarası dialoqun vətəni
kimi dünyaya açıq olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən
mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hamının hüquq və vəzifələrinə hörmət
təmin edilmişdir. Müstəqilliyin inkişafı gedişində multikultural dəyərlərin qorunması sahəsində
əsaslı hüquqi baza təşəkkül tapmışdır ki, bununla da diskriminasiyanın, rasizmin, ksenofobiyanın,
islamafobiyanın və anti-semitizmin təzahürü yolunda ciddi maneələr yaradılmışdır.
Azərbaycanda 2008-ci ildə müasirləri tərəfindən tolerantlıq prosesi adı verilmiş
mədəniyyətlərarası və dinlərarası dialoqa start vermişdir. Azərbaycan cənab Prezidenti İlham
Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan olunması, dünyanın dini liderlərinin 2010-
cu il Bakı sammiti, Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi, "Tolerantlıq ünvanı
- Azərbaycan" layihəsi adı altında keçirilən tədbirlər, 2015-ci il aprelin 26-da "Atəşgah məbədində"
ilk Avropa Olimpiya oyunları məşəlinin yandırılması, Azərbaycanın 20 ali məktəbində
"Multikulturalizm" fənninin tədrisi, Azərbaycan Prezidentinin "Kitabi-Dədə Qorqud" dastanının
alman dilinə tərcüməsinin 200 illiyinin keçirilməsi haqqında (dastanı alman tədqiqatçısı Fridrix
Henrix fon Dits tərcümə etmişdir), "Renessans" jurnalının nəşri haqqında və 2014-cü il mayın 15-də
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncamları, 2014-cü il
fevralın 28-də Millətlərarası münasibətlər, multikulturalizm və din tədbiri buna nümunədir.
Ölkəmiz ipək yolunun üzərində yerləşməsinə görə daim miqrasiya proseslərinin getdiyi
region kimi assimiliyasiya proseslərinin təsirinə məruz qalmışdır. Regionumuz sivilizasiyalar,
dinlər, dillər mərkəzidir. Bu mərkəz qarışıq mədəniyyətlər üzərində qurulan Qafqaz
mədəniyyətinin yüksəlişində mühüm rol oynamışdır. Bu baxımdan Azərbaycan bəşər
sivilizasiyasına bütün sahələrdə nadir incilər bəxş etmiş ölkədir.
Bütün dünya Azərbaycan Respublikasının region və dünya siyasətində yerinə öz obyektiv
qiymətini vermişdir. Azərbaycan türklərinin yerinə və əhəmiyyətinə əsrlər boyu regiondan keçən
səyyahlar, coğrafiyaşünaslar, tarixçilər və diplomatlar salnamələr həsr etmiş, region xalqları
haqqında qiymətli yazılar qoyub getmişlər. XIX əsrin 30-cu illərində Azərbaycana gələn fransız
yazıçısı A. Duma topladığı məlumatlardan sonra ölkənin etnosiyasi mozaikasının zənginliyinə
baxmayaraq qeyd dəftərinə aşağıdakı cümləni yazmışdı: "Türk dilini bilmək kifayətdir ki,
Qafqazdan İran körfəzinə və Hindistana qədər heç bir tərcüməçinin köməyindən istifadə etmədən
gəzib dolaşasan".
Bəşər sivilizasiyasının ən qədim ocaqlarından olan Azərbaycanda etnik, dini, irqi və linqvistik
ümumiliyin formalaşması ölkəmizin yaşadığı çoxəsrlik inkişafın yekunudur. Əsrlər boyu miqrasiya
proseslərinə məruz qalmış Azərbaycan torpaqlarında müxtəlif xalqların, irqlərin və dinlərin övlad-
ları məkan tapmış, qaynayıb-qarışsa da, identikliyini qoruyub saxlamış, dilini, dinini, mədəniyyətini
inkişaf etdirmişdi ki, bu prosesdə qazanılmış dəyərlər dünya mədəniyyəti xəzinəsinə mühüm töhfə
olmuşdur.
Ənənə Azərbaycanda bu gün də yaşayır və inkişaf edir ki, bunu multikulturalizmin dövlət
siyasəti səviyyəsinə yüksəldilməsinin göstəricisi kimi, Azərbaycan Prezidentinin 2013-cü il
oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışı zamanı etdiyi çıxış da aydın
şəkildə göstərir: "Multikulturalizm - Azərbaycanda həyat tərzidir. Doğrudur, bu nisbətən yeni
termindir. Bununla belə, yüzilliklər boyu Azərbaycanda multikultural cəmiyyət mövcud olmuşdur.
Bunun əyani sübutu xalqlarımız arasında dostluq və həmrəylikdir. Biz bu gün də ona çalışmaq ki,
təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə pozitiv təsir göstərək”.
Avropa və Asiya arasında yerləşən Azərbaycanda çox mədəniyyətlilik tarixin qədim
dövrlərindən qidalanır. Məhz etnik müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
311
saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Ona görə də müasir dövrdə Azərbaycanın
çox mədəniyyətlilik ənənəsi inkişaf edib keyfiyyətcə yeni müstəviyə keçdi. Bu haqda Azərbaycan
Prezidenti cənab İlham Əliyev qeyd edir ki, “multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu
həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”.
Müxtəlifliklərin düzgün tənzimlənməsi çox mədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb
edir. Multikulturalizm - cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazım səngitmək üçün alternativ
siyasət kimi meydana gəlmişdir. Pozitiv sosial təzahür olan multikulturalizm, cəmiyyətin inkişafı
üçün münbit şərait yaradır, etnik münaqişələrin qarşısını alır, müxtəlif xalqlar arasında etimadı
möhkəmləndirir.
Azərbaycan Respublikası dövlət müşaviri Xidmətinin təsis edilməsi, 2011 - 2013-cü illərdə
Bakıda I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, 2015-ci il noyabrın 16-da
Bakıda “Beynəlxalq tolerantlıq gününün" keçirilməsi - bu siyahını kifayət qədər genişləndirmək -
bütün bunlar Azərbaycanda sivilizasiyalararası dialoqun səviyyəsinin göstəricisidir. Zaman etibarı
ilə olduqca kiçik bir dövrdə dünyanın 11 ali məktəbində, o cümlədən Türkiyə, Bolqarıstan,
Gürcüstan, Rusiya, Litva, Çexiya, İtaliya, Belorusiya, İsveçrə, Portuqaliya, Ukrayna
universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılmışdır.
Halbuki, demokratiyanın klassik vətəni sayılan Avropanın üç böyük ölkəsi - Almaniya,
İngiltərə və Fransa miqrasiya proseslərinin təsirinə dözməyərək multikulturalizmdən birmənalı
şəkildə imtina etmişdir. "Hudson Review" jurnalının müəlliflərindən olan B.Baver
multikulturalizmin milli-mənəvi dəyərlərə mənfi təsirindən bəhs edərək yazırdı ki, Avropa
ölkələrinin multikulturalizmdən döndərməsi xüsusilə, Niderland, Danimarka, Böyük Britaniya,
Norveç, İsveç, Avstriya, Almaniya və Rusiyada özünü aydın şəkildə göstərir.
Multikulturalizm bu gün Azərbaycanda reallaşmaqda olan demokratik proseslərin, vətəndaş
cəmiyyəti quruculuğunun tərkib hissəsi olmaqla bərabər dini tolerantlığın və mədəniyyətlərarası
dialoqun etalonu kimi təsir göstərmək gücündədir. Müasir Azərbaycan multikulturalizmi
dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və mənəvi birliyimizin qarantıdır.
Ədəbiyyat
1. K.Abdullayev. Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək.
http://azertag.az/xeber/
2. K.Abdullayev. Azərbaycanda multikultural təhlükəsizlik prinsipləri http://azertag.az/xeber/
3. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti ilham Əliyevin “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”
mövzusunda çıxışı.
4. Azərbaycan mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. www. bizimyol. into
5. Зейналова C. Баку-город с традициями толерантности.//http://www. lnews.az
6.
Крах
Европейского
мультикультурализма
//Россия
навсегда,
2013,25
ноября./https://ru. wikipedia.org
Nuride Ehmedova
Multiculturalism in Azerbaijan
Summary
In article illuminating main point and content of multiculturalism, tolerance and religious
tolerance in Azerbaijan Republic. Described the role of protection of the statehood and solidity of
our country is being revealed.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
312
BÖLMƏ 6 – MƏMMƏDAĞA ŞİRƏLİYEV SALONU
Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, fil.ü.e.d., professor
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru
MULTİKULTURALİZM VƏ KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI
Açar sözlər: multikulturalizm, “Avesta”, “Kitabi-Dədə Qorqud”, Hüseyn Cavid, Abdulla
Şaiq
Key words: Multiculturalism, "Avesta", "Kitabi-Dede Qorqud", Huseyn Javid, Abdulla Shaig
Azərbaycanda ən qədim zamanlardan bəri müxtəlif dinlərə və etiqadlara inanan, fərqli dillərdə
danışan çoxsaylı xalqlar və etnik qruplar sülh və əmin-amanlıq, dinclik və bərabərlik şəraitində
yaşamışlar. Bu cür tolerant mühit və multikultural tarixi şərait təbii olaraq azərbaycanlıların bədii
təfəkküründə də: şifahi və yazılı ədəbiyyatında özünün poetik təcəssümünü, obrazlı ifadəsini
tapmışdır.
Klassik Azərbaycan ədəbiyyatında multikultural düşüncələr ümumilikdə götürdükdə
aşağıdakı bir neçə şəkildə özünü göstərir:
1) Müxtəlif dinləri təmsil edən xalqların adları ehtiramla çəkilir və onlara qarşı hörmət və
dostluq duyğuları ifadə edilir;
2) Digər dinləri təmsil edən müqəddəs şəxsiyyətlərə böyük sayğı və ehtiram duyğuları dilə
gətirilir və onların yüksək əxlaq tərzi və davranışları nümunə olaraq təqdim və təbliğ edilir;
3) Müxtəlif dinləri və xalqları təmsil edən gözəllərə sonsuz və səmimi sevgi duyğuları qələmə
alınır və onlara qovuşma yollarında çəkilən əzab-iztirablar, ağrı-acılar bədii şəkildə ifadə olunur.
Klassik Azərbaycan ədəbiyyatını təmsil edən şair və yazıçıların çoxu bu mənəvi dəyərlərə
əsərlərində geniş yer vermiş və onları yaymış, oxucularına təlqin etmişlər.
Azərbaycan ədəbiyyatında multikultural düşüncə tərzinin yer aldığı ilkin qədim və dəyərli
bədii nümunələrindən biri eramızdan əvvəl ikinci minilliyə aid edilən “Avesta” dini-bədii abidəsi
sayıla bilər. Azərbaycanlılarla yanaşı vaxtilə atəşpərəst olmuş bir sıra Yaxın Şərq xalqlarının ortaq
abidəsi sayılan “Avesta”da multikulturalizm dəyərlərinə söykənən maraqlı fikirlər yer almışdır.
Məsələn, “Avesta”nın “Qatlar” adlanan ən qədim hissəsində Zərdüşt üzünü baş Allaha - Məzdaya
tutaraq deyir:
“Ey Məzda, əllərimi duaya qaldıraraq... bütün insanların doğru yola gəlməsi üçün sənin
köməyini istəyirəm”.
“Avesta”nın Zərdüştün müəllifi olduğu şübhə doğurmayan bu hissəsindən aydın olur ki,
qədim Manna ərazisində - indiki Azərbaycan torpaqlarında etnik münaqişələr mövcud olmamış və
bu yurdun sakinləri olan insanlar sülh, əmin-amanlıq şəraitində həyat sürmüşlər.
“Avesta”da yer alan aşağıdakı nümunələrdə də multikulturalizm dəyərlərini qabarıq şəkildə
özündə əks etdirən fikirlər diqqəti çəkir:
“Bütün güc və bacarığımla çalışacağam ki, insanlar doğru din yolu ilə getsinlər. Bu doğru
din onları birləşdirəcək, xeyirxahlığa yol açacaqdır”. “Dünyada düşmənçiliyin olmaması
xoşbəxtlik deməkdir”. “İnsanların azadlığına toxunmayın, çünki azadlıq dostluq və məhəbbətə yol
açır”.
“Qoy arxlarda sularınız
Maneəsiz axıb getsin.
İnsanların arasında
Dostluq, düzlük olsun”.
Eramızın VII əsrinə aid edilən, bir sıra epizodları ilə kökləri daha qədimlərə gedib çıxan
Azərbaycan qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud”da da multikulturalizm dəyərləri ilə
səsləşən bir sıra maraqlı məqamlara rast gəlirik. Məsələn, eposun bir boyunda Bayburt xristian
bəyliyinin başçısının, qızı, atası tərəfindən əsir götürülmüş müsəlman oğuz igidinə - Beyrəyə
vurulur və eşqi xatirinə onu əsirlikdən azad edir. Beyrək bu yaxşılığın əvəzində xristian qızı ilə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
313
evlənəcəyinə and içsə də, vədinə xilaf çıxır və bunun nəticəsi olaraq sonda xaincəsinə öldürülür ki,
bu da əsərdə güclü bir asossiasiya yaradır: Vədə xilaf çıxanın cəzası belə olmalıdır.
Dədə Qorqud dastanlarında digər bir oğuz igidi – Qanturalı isə başqa dindən olan Trabzon
təkurunun qızı ilə evlənir ki, bu fakt oğuzların əski çağlardan bəri digər dinlərin daşıyıcılarına olan
isti münasibətindən xəbər verir.
Dastanın baş qəhrəmanı Salur Qazanın və onun oğlu Uruzun davranışlarında da digər xalqlara
qarşı mərhəmət və ehtiram duyğuları özünü göstərir.
Azərbaycanın digər folklor nümunələrində də, məsələn, “Əsli və Kərəm” dastanında, “Şeyx
Sənan” əfsanəsində xristian qızı ilə müsəlman gəncinin yüksək ülvi məhəbətindən bəhs olunur. Yeri
gəlmişkən qeyd edək ki, Şeyx Sənan əfsanəsini XVII yüzillikdə Molla Camal Rənci adlı az tanınan
bir Azərbaycan şairi ana dilində məsnəvi şəklində nəzmə çəkmişdir. Kiçik həcmli bu əsərin bir neçə
əlyazması yalnız Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunda
saxlanılır. Həmin məsnəvi-poemada ömrünün ixtiyar çağlarını yaşayan və 400 nəfər müridə başçılıq
edən Şeyx Sənanın yuxuda gördüyü xristian qızına olan məhəbbəti qələmə alınmış və bununla da
müxtəlif dinlərdən olan insanlar arasında bərabərlik və sevgi duyğuları sərgilənmişdir. Şeyx Sənan
eşqi yolunda öz dinindən dönsə də, xristian qızını ona ərə verməkdən boyun qaçırırlar. Maraqlıdır
ki, əsərin sonunda xristian qızı Şeyx Sənana aşiq olur, onun dinini qəbul edir və sevgililər bir yerdə
dünyalarını dəyişirlər (1).
Qeyd edək ki, Klassik Azərbaycan ədəbiyyatının bir çox nümayəndələri öz həyatlarında
multikultural dəyərləri yaşamış qələm əhli olmuşlar. Belə ki, XII əsrin məşhur şairi Əfzələddin
Xaqani Şirvaninin anası islamı qəbul etmiş nəsturı qızı olmuşdur. Xaqaninin əsərlərindən açıq-aşkar
görünür ki, böyük şair xristian dininin qanunlarına da yetərincə bələd olmuş və onlara ehtiramla
yanaşmışdır. Xaqanin şagirdi olmuş Mücirəddin Beyləqaninin anası isə həbəş qızı olmuşdur. Dahi
Azərbaycan şairi Nizami Gəncəvinin qulluqçu olaraq ona hədiyyə edilən Afaqla ailə həyatı qurması
faktı da bu böyük söz ustadının multikultural dünyagörüşündən xəbər verir.
Məlum olduğu kimi, klassik Azərbaycan yazılı ədəbiyyatı nümunələri islamın qəbulundan
sonra mövcud ənənəyə görə üç dildə: ərəbcə, farsca və türkcə yaranmış və bu ənənə XX yüzilliyə
qədər davam etmişdir. IX əsrdə yaşamış bir sıra Azərbaycan şairləri əsərlərini ərəbcə yazmışlar.
Onlar sırasında məvali şair Xüreyminin ərəb dilində qələmə aldığı qəsidələrində müxtəlif xalqların
bərabərliyi ideyası qabarıq şəkildə özünü göstərir. Belə ki, Xüreymi şeirlərindən birində yazır:
Mən həyatda insanları bərabər görürəm,
Bu səbəbdən də bir qəbiri digərindən seçmirəm (2).
Xüreymidən üç əsr sonra yaşamış Azərbaycan filosof-şairi Eynülqüzat Həmədaninin (1098-
1131) əsərlərində də multikultural dəyərlərin açıq-aşkar şəkildə yer aldığının şahidi oluruq. Bir sıra
fəlsəfi fikirlərinə görə dar ağacından asılmış Həmədani “Təmhidat” (“Başlanğıc”) adlı əsərinin bir
yerində yazır:
Ey can, gəl aləmdə bir atəş çataq,
Küfrü, müsəlman bir yerə qataq.
Vüsalın nurundan biz bir olalım,
Hümmətlə aləmdə Adəm bulalım (3).
Göründüyü kimi, filosof-şair insanlara dininə, inancına görə fərq qoymur, onların hamısını
insan adını uca tutmağa dəvət edir.
Klassik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan dahi şair və
mütəfəkkir Nizami Gəncəvi yaradıcılığında multikultural düşüncələr daha konkret şəkildə və geniş
planda, həm də əlvan boyalarla öz əksini tapmışdır. Dünya şöhrətli bu dahi söz ustadının bütün
əsərlərinin ana xəttini ictimai ədalət və xeyirxahlıq, bərabərlik və bütün insanlara sevgi və məhəbbət
kimi humanist düşüncələr təşkil edir:
Bacarsan, hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir kömək...
Elə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə...
Hər kəs ki İsa kimi duyub sevib insanı,
|