AZƏRBAYCAN TOLERANTLIĞI VƏ MULTİKULTURALİZMİ
Açar sözlər: multikulturalizm, tolerantlıq, din, siyasət, millət
Key words: multiculturalism, tolerance, religious, policy, nation
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. - İlham Əliyev
Multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına
şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların
hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş
öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb
açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm
siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
294
elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də
milli və dini azlıqlar da dəstəkləyirlər.
Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O,
müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca
xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların
gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə
əlaqədardır.
Bildiyimiz kimi tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insanı münasibətlərin
,həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlər arası , dinlər arası münasibətlərin bir
çox cəhətlərinə aiddir. Bu gün dünyada baş verən bir çox proseslər tolerantlığın xüsusi ilə dini
dözümlülük meyarının qarşısına keçir . Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr də
təsdiqləyir ki, islamafobiya Qərbdə sanki həyat tərzinə çevrilməkdədir. Avropa ölkələrində İslam
dininin daşıyıcılarının haqsız təqiblərə və təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir.
Dünyanın aparıcı kütləvi informasiya vasitələrinin yazdıqlarından da məlum olur ki, Fransada,
Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat
şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Hazırda beynəlxalq ictimaiyyətə də
bəllidir ki, Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Bu
dövlətlərdə etnik və dini ayrı-seçkilik o həddə çatıb ki, qaradərili insanlar və müsəlmanlar
ictimaiyyətin gözləri qarşısında məhv edilir. Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət
yaranıb ki, burada köçəri xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis
müdaxilə etmir. Afrikadan gəlmiş miqrantların verdikləri məlumata görə, Avropa ölkələrində onlara
qarşı zorakılıq halları açıq şəkildə aparılır və geniş yayılıb. Özü də bu zorakılıq polisin gözü
qarşısında baş verir. Belə ayrı-seçkiliyin nəticəsidir ki, son vaxtlar Avropa ölkələrində
diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Almaniyada türklərin və balkan
əsillilərin daha çox təzyiqlərə məruz qalmaları da bunun nəticəsidir.
Fransada Montaigne institutu tərəfindən həyata keçirilən “dini-ayrı seçkilik” başlıqlı
araşdırmanın nəticələri açıqlandı. Fransada ilk dəfə həyata keçirilən bu araşdırmanı müsəlman,
xristian və yəhudi dinin nümayəndələrini əhatə edirdi. Araşdırmaların nəticəsi Fransada
müsəlmanların iş tapmasının necə çətin olduğunu ortaya çıxartdı. Fransada eyni şərtlərə malik iki
işçidən Müsəlman olanının işə qəbul şansının digər katolik işçiyə görə iki dəfə az olduğu ortaya
çıxmışdır. Nəticələrə görə işə müraciət edən Katoliklərin 20,8 yəhudilərin isə 15,8 faizi işə qəbul
edilir. Digərləri ilə eyni şərtlərə malik Müsəlmanların isə işə qəbul səviyyəsi 10,4 faizdə qaldı.
Montaigne institutunun araşdırmasında Fransadakı Müsəlmanların ABŞ-dakı qara dərililərdən daha
çox ayrı-seçkiliyə məruz qaldığına diqqət çəkdi.
Bu cür xüsusiyyətlər özünü digər Avropa ölkələrində də açıq aşkar göstərir. Bu gün
ölkəmizdə dini tolerantlığın necə qəbul olduğuna nəzər salsaq, görərik ki, Azərbaycanda bütün
millətlərin ,bütün dinlərin bərabər yaşaması üçün hər cür şərait yaradılmışdır.
Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən
müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və
dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir
ayrı-seçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində
məskunlaşmış dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuş və
sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirmişlər. Fərqli dini
konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı
uğrunda çalışmışlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda
canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər
Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin
simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün
Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu
Öndər bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı
özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan
əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
295
Ulu Öndərimiz dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və
beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə İslam dinin necə mükəmməl bir din
olduğuna yönəldərək deyirdi :Məlumdur ki, Qafqazda İslamın yayılması və inkişaf etməsi
Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, İslami
dəyərlər gətiribdir. Bu dəyərlər-müqəddəs kitabimiz “Qurani-Kərimdən” gələn İslami dəyərlər
Qafqaz xalqlarının milli –mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki , Qafqazda
yaşayan xalqlar İslam dinini qəbul edənə qədərdə böyük mədəniyyətə, tarixə və özlərinə məxsus
adət-ənənələrə malik olmuşdurlar. İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən
yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini
təşkil edirlər [1, s.234].
Dünyada bir çox dinlər mövcuddur. Hər dinin özünə məxsus yeri var. Biz azərbaycanlılar
İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət
göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə
itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və
qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu ,tarix boyu
Azərbaycanda da , Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini
də , yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır [1, s.235].
Ulu öndərimizin qeyd etdiyi kimi: “bu gün müstəqil Azərbaycanda müxtəlif dinlərin
nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır”. Bu gün ölkəmizdə dövlət-din
münasibətlərinin effektiv tənzimlənməsinin səbəbi Ulu öndərin illər öncə həyata keçirdiyi dövlət
siyasəti və yaratdığı hüquqi baza ilə bir-başa bağlıdır. Ulu Öndərimizin ölkəyə rəhbərlik etdiyi
müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da
inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə
qədəm qoymuşdur. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı
barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din
münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət
olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması
barədə Fərman imzalanmışdır. Ulu Öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha
da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan vermiş və baş verə biləcək
mənfi halların qarşısını əvvəlcədən alınmışdır.
Bu gün isə Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev Azərbaycan dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub
saxlanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata
keçirir.
Dövlət başçısının sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olundu.
Multikulturalizm ili çərçivəsində Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün
müsəlmanlar ilk dəfə olaraq bir araya gələrək eyni vaxtda bir yerdə, bir sırada vəhdət namazı
qıldılar. Min ildən artıqdır İslam dininin iki məzhəbi-Sünni və şiələr ibadətlərini fərdi şəkildə, fərqli
məkanda yerinə yetirirdilər. Artıq Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümündən
başlayaraq sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılırlar. Məsciddə cümə
namazları növbəli şəkildə bir həftə əhli sünnə imamı, növbəti həftə əhli şiə axundunun rəhbərləri ilə
qılınır. Heydər məscidinin rəhbəri Hacı Sabir Həsənli dünya təcrübəsini ilk dəfə olaraq vəhdət
namazının qılınmasını belə dilə gətirdi: “Bu namaz Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün
dünyada nüfuzunu daha da artıracaq. Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində
nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli, Allah qarşısında ən qəbula yetən namazlardan
biridir. Çünki Allah Təala Qurani Kərimdə bizi bir olmağa, Allahın qüdrət ipindən yapışmağa və
təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən, İslamın içərisində müxtəlif məzhəblərdə
olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə, çox fərəhli bir haldır və
çox böyük göstəricidir”[3].
Heydər məscidində vəhdət namazını artıq ənənə halını alması isə onu göstərir ki,
multikulturalizm ilində də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın
multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da
artacaq.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
296
Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi bir çox
obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu
məkanda yerləşməklə dinlər və sivilizasiyalar arası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı
möhkəm tarixi baza formalaşdrıb. Ölkəmizdə tarix boyu dini və etnik zəmində heç bir qarşıdurma
olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi Azərbaycan cəmiyyətindəki
dözümlülük, ölkədə unikal tolerantlıq mühiti yaradıb, indi bu, bir nümunə kimi beynəlxalq
ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı
da möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır.
“Multikulturalizm” bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki,
ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamı qarşılıqlı hörmət
şəraitində yaşayır. Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin
ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural
təhlükəsizliyin intellektual meyarlarının tam formalaşdığını təsdiqləyir. Bu eyni zamanda,
Azərbaycanda
multikultural
təhlükəsizliyin
təmin
olunmasının
sistemli
yanaşmanın
mövcudluğundan xəbər verir.
Prezident İlham Əliyev öz çıxışında belə demişdir: “Multikulturalizm Azərbaycanda əsrlər
boyu mövcud olmuşdur. Sadəcə olaraq əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu nisbətən
yeni bir ifadədir. Tolerantlıq, dözümlülük, multikulturalizm. Ancaq bu amillər daim var idi.
Azərbaycan Multikulturalizmin ünvanlarından biridir” [2, s.451].
Ədəbiyyat
1. Heydər Əliyev siyasəti. Tolerantlıq (Çıxışlar, nitqlər, görüşlər, təbriklər). Bakı, “Elm və
təhsil”-2015.
2. İlham Əliyev. Azərbaycan tolerantlıq örnəyidir (Çıxışlar, nitqlər, görüşlər, təbriklər). Bakı,
“Elm və təhsil”-2015.
3. www.oxu.az
P.Teyyubova
Azerbaijan tolerance and multiculturalism
Summary
Multiculturalism is closely linked with tolerance from the politically point of view. Azeri
population has the high sense of tolerance. Tolerance is in the root of Muslim religious that Azeri
population practice.
Elçin İbrahimov
AMEA Dilçilik İnstitutu “Türkologiya” jurnalının məsul katibi
elchinibrahimov85@mail.ru
MULTİKULTURALİZMİN AZƏRBAYCANDA HƏYAT TƏRZİNƏ
ÇEVRİLMƏSİNİN ƏSAS ASPEKTLƏRİ
Açar sözlər: Mədəniyyətlərarası dialoq, sivilizasiya, multukulturalizm, qloballaşma,
multikultural mədəniyyətlər
Key words: Dialogue between cultures, sivilization, multiculturalism, globalization, cultural
eschange
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
297
Multikulturalizm - çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti
təyin edən sözdür.
Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil
edir. Elmi ədəbiyyatda verilən məlumata görə, multikulturalizm anlayışı çox da qədim tarixə malik
deyil. Sözün semantikası ingiliscədən hərfi tərcümədə "çoxmədəniyyətlilik" (multi - çox,
kulturalizm - mədəniyyətlilik) anlamına gəlir.
O, ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə
məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı
xalqların, dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik
nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz
humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı
anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Azərbaycan çoxmillətli bir məkandır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini
azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə dözümlü münasibət görüb, sıxılmadan
yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri
öz ana dillərində, ibtidai sinif səviyyəsində olsa da, təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət
edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə çalışa bilirlər. Bu da onu deməyə əsas
verir ki, Azərbaycan multikulturalizmin əsas tarixi məkanlarından biridir.
Cəmiyyətimizdə son zamanlar tez-tez işlədilən multikulturalizm anlayışının kökündə müxtəlif
millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət edərək, qanunlar əsasında birgə yaşaması
ideyası durur. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm,
tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq
mümkün deyildir. [8]
Multikulturalizm özündə hansısa ölkədə, eləcə də, bütün dünyada mədəni müxtəlifliyin
qorunub saxlanmasına və inkişafına yönəlmiş siyasəti və bu siyasəti əsaslandıran ideologiyanı
ehtiva edir.
Bir sıra Qərb ölkələrində multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi
dövrdə ölkəmizdə multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Azərbaycanın müstəqilliyinin ilk
dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq
ideoloji hədəf seçmiş oldu. Azərbaycanın çox mədəniyyətlilik ənənəsini inkişaf etdirib onu
keyfiyyətcə yeni müstəviyə keçirdi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir
dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Dövlət başçısı müxtəlif tədbirlərdə, irimiqyaslı beynəlxalq toplantılarda çıxışı zamanı mütləq
multikulturalizm məsələsinə yer ayırır və bildirir ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti
və həyat tərzidir: " Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən
biridir". [7]
Ölkə başçısı qeyd etmişdir ki, XXI əsrdə multikulturalizmin alternativləri yoxdur: "Bunun
alternativi ayrı -seçkilik, ksenofobiya, rasizm, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə
mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır.
Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur.
Bəzi ölkələrdə isə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Halbuki, dünyanın
əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə
yaşaması zamanın tələbidir. Bizim də əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz
töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik.
Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir".
Azərbaycan multikulturalizmin əsas ünvanlarından, məkanlarından biri kimi artıq dünyada
məşhurdur. Azərbaycan dövlətinin apardığı siyasətin də əsas xətlərindən biri multikulturalizmlə
bağlıdır. Tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də
cəmiyyətin daxilinə sirayət edib, Azərbaycan xalqının həyat tərzinə, gündəlik yaşayışına çevrilib.
Akademik K.M.Abdullayevin qeyd etdiyi kimi, "tarixi prosesdə formalaşan etnik-mədəni
müxtəlifliklər (çox mədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
298
dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət
tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural
siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna görə də bu
müxtəlifliklərin düzgün tənzimlənməsi çox mədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir".
[1]
Multikulturalizmin inkişafının ən yüksək mərhələsi onun vətəndaş cəmiyyətində həyat tərzinə
çevrilməsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edir ki, “multikulturalizm ənənələri
Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti
dəyişməyib”. [8]
Bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri ölkədə multikultural təhlükəsizliyin
təmin olunmasıdır. Multikultural təhlükəsizliyin əsas və ən vacib prinsipləri aşağıdakılardan
ibarətdir:
- ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi
mexanizminin qurulması;
- ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının
formalaşdırılması;
- ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək
verilməsinin təmin edilməsi;
Son dövrlərdə ən aktual mövzu olan sivilizasiya və mədəniyyətlərin uyğunsuzluğu və bu
amilin siyasi, iqtisadi, mədəni müstəvilərdə problemlərin əsasında dayanması ilə bağlı
yanaşmalardır. Bu mübarizə və toqquşmalarla bağlı mülahizələr daha çox Qərbdə səslənir. Sonrakı
proses olaraq isə mədəniyyətlərin və dinlərin barışmazlığına əsaslanan müxtəlif "fobiya"lar güclənir
və aktuallaşır. Halbuki Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində fərqli
mədəniyyətlərin birliyi bir həyat fəlsəfəsi olaraq öz təsdiqini tapmışdır. Qərb dəyərlərinin
dominantlığı üzərində qurulan multikulturalizmdən fərqli olaraq, min illərdir yanaşı yaşayan
sivilizasiya təmsilçilərinin çox mədəniyyətli həyat tərzində böhran müşahidə olunmur. Müxtəlif
mədəniyyətlərin paralel mövcudluğuna tolerant yanaşmanı həyat tərzi olaraq qəbul edənlər üçün
multikulturalizm bəşəri ideya kimi qəbul olunur. Universal normalar olaraq təqdim olunan ancaq
reallıqda yalnız Qərb dəyərlərinə əsaslanan multikulturalizm artıq var olmaq iqtidarını itirir. Digər
tərəfdən isə min illərdir tolerantlıq və qarşılıqlı bəhrələnməyə əsaslanan çox mədəniyyətlilik həyat
tərzi olaraq daha da zənginləşir. Mütəxəssislər belə fikir irəli sürürlər ki, problemin əsasında
birtərəfli mövqe dayanır. Hazırda yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa
cəmiyyəti dünya miqyasında universal model kimi təqdim olunmağa çalışılır, eyni zamanda, digər
mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. [4; s. 22]
Qloballaşan dünya fərqli mədəniyyətlərin birgəyaşayışı olmadan mümkün deyil. Bu gün
dünyada monoetnik dövlətlərin sayı çox azdır. Beynəlxalq münasibətlərdə də istər siyasi, istərsə
iqtisadi və ya mədəni sahə olsun hər hansı dövlət özünütəcrid şəraitində inkişaf edə bilməz.
Bəşəriyyət yalnız fərqliliklərin dəyərlərinə hörmət etməklə inkişaf edə bilər. Universal dəyərlər
sisteminin milli-mədəni mentaliteti nəzərə almadan formalaşdırılmağa çalışılması isə cəmiyyətin
nizamını pozur. Vahid mədəni məkanın yaradılması üçün ilk növbədə, tolerant münasibət zəruridir.
Bəşəriyyət nisbətən tarazlı mövqe mövcud olduqda inkişaf edir və bu tendensiya yalnız bir
istiqamətdən olan meyllərə əsaslana bilməz. İdeoloji xətlərin öz mənşəyini ayrı-ayrı dövrlərdə
bəzən Şərqdən, bəzən isə Qərbdən götürməsi məlumdur. Şərqdə doğulan qədim Çin, Misir, Şumer,
Babil, Türk mədəniyyətlərinin bəşəriyyətə gətirdiyi dəyərlər, Qərbdə isə qədim Yunan, Roma
mədəniyyətləri, eləcə də Avropada mərkəzləşdirilmiş dövlətlərin yaranması, "yeni dünya "nın kəşf
edilməsi ilə başlayan yeni cərəyanlar tarixin müxtəlif epoxalarında cəmiyyətin həyatının idarə
olunmasında mühüm rol oynamışlar. [3; s. 32]
Belə ki, Şərq və Qərb dəyərlərinin fərqli zamanlarda birinin digəri üzərində böyük üstünlüyü
müşahidə olunmur. Müasir beynəlxalq nəzəriyyəçilərin bir çoxunun iddia etdiyi kimi, planetar
düşüncənin formalaşmasında yalnız Qərb dəyərlərinin üstünlüyü mülahizəsi isə qətiyyən özünü
doğrultmur. Buna görə Azərbaycanın təcrübəsi bir daha təsdiq edir ki, çox mədəniyyətlilik yalnız
həyat fəlsəfəsi olaraq qəbul olunduqda yaşamaq iqtidarındadır. Şərqlə Qərb arasında mühüm
magistralların üzərində yerləşən Azərbaycan hər iki istiqamətdən yayılan ideoloji cərəyanların
|