Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə51/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

279

 

 



 

 

ailələr göstərilməli, təbliğ edilməlidir və bu tip ailələrin mükəmməlliyinin sirləri ni açmaqla gənclər 



də maariflənmiş olarlar. 

Bütün  bu  fikirlərdən  sonra  seçim  qarşısında  qalsaq,  götür-qoy  edərək  hansı  dəyərləri 

bəyənməyimiz sual doğurur. Biz nə Şərqə məxsusuq, nə də Qərbə. Biz həm Şərqə məxsusuq həm də 

Qərbə.  Çünki  biz  qədimdən  hər  iki  mədəniyyət  içərisində  formalaşmış,  lakin  özümüzə  məxsus 

toplumuq.  Biz  dünyaya  qazandıqlarımızdan  daha  çox  şeylər  verə  bilərik.  Bunun  üçün  heç  bir 

mədəniyyətin  içində  əriməməliyik,  əksinə,  inteqrasiya  proseslərinin  mərkəzinə  çevrilməyi 

bacarmalıyıq. 

Bəli, biz bu gün milli-mənəvi dəyərlərimizi yetərincə təbliğ etməliyik. Artıq ölkəmiz dünyada 

tolerantlığın yeganə ünvanı kimi tanınır. Bunu da müəyyən mənada mənəvi dəyər hesab etmək olar. 

Unutmayaq  ki,  Azərbaycan  xalqı  bu  günədək  məhz  milli-mənəvi  dəyərlərinə  bağlılığı  sayəsində 

özünün mövcudluğunu qoruyub saxlaya bilmişdir.  

Dünyada  gedən  qloballaşma  və  inteqrasiya  prosesində  ölkəmiz  uğurlu  gələcəyi  təmin  etmək 

üçün tarixi köklərimizə söykənir.  

Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun 

əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını 

görərik. 

Dünya  xalqları  arasında  milli-mənəvi  dəyərləri  ilə  tanınan  Azərbaycan  xalqı  yaşatdığı  və 

təbliğ  etdiyi  bəşəri  ideyaları,  adət-ənənələri,  milli  xüsusiyyətləri  ilə  özünəməxsus  yer  tutub.  Uzun 

illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi 

və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-

ənənələr  yaşayaraq  əsrimizə,  yeni  yüzilliyə  qədər  gəlib  çatmışdır.  Xalqın  toy-büsat  mərasimi, 

bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə 

yaşadır. 

Təbii  ki,  islam  dininin  də  mənəvi  dəyərlərimizin  inkişafındakı  rolunu  qeyd  etmək  vacibdir. 

İslam dini təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Bütün bunların 

kontekstində  Azərbaycan  vətəndaşının  varlığı  göstərilir.  Uzun  illərin  yolu  və  əsrlərin,  qərinələrin 

sorağı  bu  ənənələrə  bizi  bağlamış,  dövrümüzə  körpü  salmışdır.  Müasir  insanın  formalaşması  və 

özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. 

Azərbaycanda dünyəvi və demokratik dövlətin mövcudluğu şəraitində azad vətəndaş özünün 

əxlaqi qərarlar qəbul etməsində, əxlaqi davranışın müxtəlif tipləri arasında seçim aparmasında tam 

sərbəstdir.  Lakin  bu  sərbəstlik  heç  də  “cəmiyyətin  rəyi  məni  maraqlandırmır,  özüm  bilərəm  nə 

edərəm”  düşüncəsi  əsasına  əxlaqsız  davranışlara  bəraət  qazandırılması  kimi  başa  düşülməməlidir. 

Əxlaqi münasibətlər fonunda azadlığa əxlaqi dəyər kimi yanaşılmalı, onun   özündə xalqımızın milli 

adət-ənənələri  ilə  mütərəqqi  novasiyaların  sintezini  ifadə  etdiyi  dərk  olunmalıdır.  Nəzərə 

alınmalıdır  ki,  əxlaqi  şüura  sirayət  edən  neqativ  cəhət  əxlaqi  motivlərdən  doğan  davranışlara, 

oradan  isə  əxlaqi  tələbləri  (insanlara,  ailəyə,  Vətənə,  təbiətə  və  s.  münasibət)   reallaşdıran  əxlaqi 

münasibətlərə  təsir  göstərə  bilər.  Bəzən  əxlaqi  azadlıq  anlayışının  mahiyyətini  düzgün 

qiymətləndirməyənlər belə hesab edir ki, əgər fərd azaddırsa, o, istədiyi hərəkəti edə bilər və  əxlaqi 

davranış tərzini,  normalarını özü  istədiyi  şəkildə müəyyənləşdirməlidir. Lakin  əxlaqi azadlığa bu 

cür yanaşma davranışda özbaşınalığa və volyuntarizmə yuvarlanmaq demək olardı.  

Məlumdur  ki,  elə  arzu  və  istəklər  ola  bilər  ki,  onlar  əxlaqi  qəbahətlərə  imkan  yaratmaqla 

insanı  uçuruma  yuvarlandıra  bilər.   Buna  görə  də  əxlaqi  azadlıq  hər  bir  fərdin  əxlaqi  baxımdan 

vacib  olanın  yerinə  yetirilməsi  üçün  əxlaqi  məsuliyyət  daşımasını  nəzərdə  tutur.  Əxlaqi 

məsuliyyət  insanın  ailə,  cəmiyyət  və  dövlət  qarşısında  üzərinə  düşən  əxlaqi  vəzifələrini  dərk 

etməsi  deməkdir.  Əxlaqi  məsuliyyətin  əsas  xüsusiyyətlərindən  biri  bundan  ibarətdir  ki,  o,  əxlaqi 

davranışlarının  tənzimləyicisi  olmaqla,  insanlarda  özünənəzarət  və  özünüqiymətləndirmə  kimi 

keyfiyyətləri  formalaşdırır.  Bu  isə  hər  bir  insanın  özünün  əxlaqi  davranışlarını  təhlil  etmək 

qabiliyyətinə malik olmasını zəruri edir. 

Bütün  bu  araşdırmalardan  sonra  Azərbaycan  məkanında  qloballaşmanın  elə  bir  təhlükəli 

proses  olmadığını,  dövlətimizin  xalqla  birgə  apardığı  düzgün  daxili  və  xarici  siyasət  nəticəsində 

milli-mənəvi  dəyərlərimizin  qorunduğu,  bütün  millətlərə  və  dinlərə  tolerant  münasibətin  hökm 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

280

 

 



 

 

sürdüyü  və  hər  kəsin  mənəvi  seçimində  yanılmayacağı  arzularıyla  bu  mövzuyla  vidalaşır,  ölkəmə 



işıqlı gələcək diləyirəm. 

ƏDƏBİYYAT 

1. Dadaşov T. Qloballaşma dini özünə tabe etdirəcəkmi?-Kaspi 2010, fevral 

2. Heydər Əliyev milli-mənəvi dəyərlər haqqında. Gooqle.az 

3. Р.Мехтиев. Азербайджан:вызовы глобализации. Баку 2004 

4.  И.Мамедзаде.  Гражд.  общ.  и  нац.  идеология:  философия  политического  процесса  в 

Азербайджане. Баку 1995 

5.  İ.Məmmədzadə.  Qloballaşma  və  müasirləşmə  şəraitində  fəlsəfənin  aktuallığı  haqqında. 

Bakı, Təknur, 2009. 

6. Ş.Nəzirli. Milli-mənəvi dəyərlər və müasirlik. Məqalə, Gooqle.az 

7. V.Səlimov. Mənəvi əxlaqi dəyərlər ənənələr və novasiyalar işığında. Google 

8. S.Xəlilov. Şərqdə və Qərbdə milli-mənəvi dəyərlər. Gooqle.az. 

 

Sh.Musaeva 



AZERBAIJAN. NEW MORAL-SPIRITUAL OPTIONS, GLOBALIZATION AND 

MULTIKULTURALIZM 

Summary 

In this article there are reached processes and global world’s principles in Azerbaijan in the 

light  of  multiculturalism  positive  and  negative  sides  of  effect  in  society.  In  the  same  there  are 

looked  new  methods  of  ties  to  religion  and  spirit  values.  The  author  and  approves  the  view  of 

opinion and scientific approach of Azerbaijan government to multiculturalism and globalization. 

 

 



 

 

 

 

 

 

 

Fəridə Allahverdiyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dillər Universiteti, baş müəllim 

farida.muhammedali@gmail.ru 

 

AZƏRBAYCANDA MULTİKULTURALİZMİN İNKİŞAF YOLLARI 

 

Açar  sözləri:  Beynəlxalq  Multikulturalizm  Mərkəzi,  milli  dil,  ictimai  təşkilatlar, 

demokratiya,  dövlətlərin milli dəyərləri 



Keys  words:  İnternational  Multicultural  Centre,  national  language,  the  social  organization, 

the democraсy, the national values 



 

Multikulturalizm  –  çox  mədəniyyətlilik  məfhumunun  sinonimidir.  Bu  şərh  məfhumun 

etimologiyasından  irəli  gəlir.  Multikulturalizm  sözü  tərcümədə  “çoxmədəniyyətlilik”    mənasını 

verir.  Çoxmədəniyyətlilik  dedikdə  isə,  ilk  növbədə,  etnik,  irqi,  dini  və  mədəni  müxtəlifliklər,  bu 

müxtəlifliklərin  əsasını  təşkil  edən  dəyərlər  nəzərdə  tutulur.  İlk  növbədə,  bu  dəyərlərin  təcəssümü 

olan  şəfqət,  mərhəmət,  acıma,  dözümlülük  kimi  hisslər  haqda  danışmaq  olar.  “Öz-özgə” 

qarşıdurmasında “özgə” qütbünə münasibətin loyallığı da belə dəyərlər sırasındadır. 

İctimai və siyasi model olaraq multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və 

mədəni  müxtəlifliklərə  münasibətdə dövlətin apardığı konkret  siyasət əks edir. Bu müxtəlifliklərlə 

bağlı  dövlətin  üzləşdiyi  problemlərin  həll  edilməsinin  mümkün  siyasət  modellərindən  biri  məhz 

multikulturalizmdir. 

Multikulturalizm  siyasətinin  meydana  gəlməsindən  əvvəl  etnik,  irqi,  dini  və  mədəni 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

281

 

 



 

 

müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən, iki siyasət modeli - assimilyasiya və ya 



izolyasiya (təcridolma) vasitəsilə tənzimləməyə çalışırdı [1, s. 8]. 

Assimilyasiya  siyasəti  milli  azlıqların  mədəni-etnik  dəyərlərini  titul  etnosun  mədəniyyətinə 

qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. 

İzolyasiya siyasəti isə milli azlıqların mədəni-etnik dəyərlərinin titul və ya əsas etnosun etnik- 

mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya 

olmalarına imkan vermir. İzolyasiya siyasəti iki formada özünü büruzə verir: 1. O, milli azlıqların 

ölkəyə daxil olub orada məskunlaşmasına mane olur. 2. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən 

qrup adamların assimilyasiyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət 

apartheid adlanır.  

Multikulturalizm siyasəti - müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni 

müxtəlifliklərin  qorunmasına  və  inkişafına  yönələn  bir  siyasətdir.  Etnik,  irqi,  dini  və  mədəni 

müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi multikulturalizm nə milli azlıqların etnik-

mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin 

inkişafından  təcrid  edir.  Multikulturalizm  titul  etnos  ilə  milli  azlıqların  etnik-mədəni  dəyərlərinin 

inkişafı üçün  eyni  şərait  yaratmaqla onların mədəniyyətlərinin qarşılıqlı təsiri  üçün münbit  zəmin 

yaradır. 

Multikulturalizm  siyasətinin  meydana  gəlməsi  onun  elmi  cəhətdən  öyrənilməsinə  də  təkan 

vermişdir.  Bu  fenomen  yaranan  dövrdə  onu  Qərb  ölkələrində  öyrənən  tədqiqatçılar 

multikulturalizmin  cəmiyyətdəki  etnik-mədəni  müxtəlifliklərin  tənzimlənməsində  səmərəli  bir 

siyasət modeli olmaqla yanaşı, eyni zamanda onun mütərəqqi bir model olduğunu da qeyd edirlər. 

Onların fikrincə, multikulturalizm siyasəti Qərb cəmiyyətinin təməl prinsipləri olan demokratiyaya, 

insan  azadlığı,  bazar  iqtisadiyyatı  prinsiplərinə  uyğun  gəlir.  Bununla  bağlı  avstraliyalı  professor 

Çandran  Kukatas  qeyd  edir  ki,  liberalizm  nəzəriyyəsi  multikulturalizmin  əsasını  təşkil  edir,  çünki 

bu  nəzəriyyə  fərdin  azadlığını  əsas  götürərək,  onun  öz  həyat  tərzini,  etnik-mədəni  dəyərlərini 

qorumaq  üçün  şərait  yaradır.  Liberal  cəmiyyətdə  azlıqların  mədəniyyətləri  basılmır,  onlara 

münasibətdə  dözümlülük  nümayiş  etdirilir.  Eyni  mövqeyi  kanadalı  Vil  Kimlika  və  Çarlz  Teylor, 

amerikalı Emi Gutman, ingiltərəli Bxiku Parex və bu kimi digər tədqiqatçılar da dəstəkləyir [5, s. 

7]. 


XXI  əsrin  əvvəllərində  bir  sıra  Qərb  ölkələri  müəyyən  obyektiv  və  subyektiv  səbəblər 

üzündən  cəmiyyətdəki  etnik-mədəni  müxtəlifliklərin  tənzimlənməsində  ciddi  problemlərlə 

üzləşdilər.  Buna  cavab  olaraq,  bəzi  ölkələrin  (Almaniya,  Fransa,  Böyük  Britaniya)  başçıları 

multikulturalizm  siyasətinin  müasir  dövrdə  səmərəsiz  olması  səbəbindən  iflasa  uğradığını  rəsmi 

olaraq  bəyan  etdilər.  Onlar  bu  siyasətin  səmərəsizliyini  ölkələrində  məskunlaşmış  etnik  və  dini 

azlıqların cəmiyyətə inteqrasiya olunmaq istəmədikləri ilə əsaslandırırdılar. Bu dövlətlərin ümumi 

mövqelərini  5  fevral  2011-ci  ildə  47-ci  Münxen  Təhlükəsizlik  Konfransındakı  çıxışında  Böyük 

Britaniyanın  baş naziri David  Kameron belə ifadə etmişdir: “Dövlət  multikulturalizmi” doktrinası 

müxtəlif mədəniyyətləri öz adət-ənənələri ilə yaşamalarına dəstək verməklə cəmiyyətdə inteqrasiya 

proseslərinin  qarşısını  alır.  Bunun  nəticəsində  müxtəlif  icmalar,  xüsusilə  də,  müsəlman  icması 

cəmiyyətdəki  liberal  dəyərləri  inkar  edərək,  demokratik  cəmiyyətimizin  dəyərlərinə  zidd  olan 

dəyərləri  təbliğ  edirlər.  Bu  isə  dini  ekstremizmin  baş  qaldırması  üçün  şərait  yaradır.” 

Multikulturalizmə  dair  Qərb  dövlətləri  başçılarının  fikirləri  elmi  ədəbiyyatda  da  dəstək  tapdı. 

Məsələn,  britaniyalı  tədqiqatçı  Trevor  Filips  qeyd  edir  ki,  multikulturalizmin  xoşagəlməz  təsiri 

altında Britaniya yata-yata seqreqasiyaya (inteqrasiyaya əks) yuvarlanır. 

Kameronun bu cür bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni Azərbaycan 

Prezidenti İlham Əliyev nümayiş etdirir. O, xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması 

ideyasına  arxalanaraq,  belə  bir  siyasi  bəyanatla  çıxış  edir:  “Bu  gün  multikulturalizmin  dünyada 

alternativi yoxdur. Alternativ ksenofobiya, islamofobiya, antisemitizm və radikalizmdir” [1, s. 9].  

Bəs  müasir  dövrdə  Qərb  ölkələrində  multikulturalizm  siyasətinin  iflasa  uğraması  hansı 

səbəblərdən irəli gəlir? 

Bəzi  ölkələr tarixən ən  qədim zamanlardan bəri hər hansı  müxtəlifliklərdən  yan keçib  digər 

mədəniyyətlərlə  təmas  nöqtəsinə  monoetnik  bir  birlik  kimi  gəlib  çıxmışdır.  Bəzi  ölkələrdə  isə 

müxtəliflik  ilkin  xarakterli  olmuşdur.  Birinci  hal  ilə  bağlı  real  sosial  nəticə  odur  ki,  gəlmə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

282

 

 



 

 

multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni 



dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa 

uğramasının  obyektiv  səbəbləri  yox  deyildir.  Bəzi  ölkələrdə  isə  xalqın  tarixində  müxtəliflik  ilkin 

çağdan  başlayır  və  müxtəlif  xalqlar  ən  qədim  zamanlardan  etibarən  bir-birini  formalaşdıra-

formalaşdıra  müasir  dövrə  qədəm  qoyurlar.  “İlkin”  müxtəliflik  və  “sonrakı”  müxtəlifliyi  bir-

birindən  ayırmasaq,  bugünkü  dünyada  hansısa  ölkədə  multikulturalizmin  iflasının,  hansında  isə 

təntənəsinin sirrini öyrənə bilmərik.  

Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin 

dostluq və mehribançılıq şəraitində  yaşaması  yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin” 

müxtəliflik  Azərbaycan  ərazisində  özünü  göstərən  nadir  xüsusiyyətlərdəndir  və  bu  hal  “sonrakı” 

müxtəliflikdən  kəskin  şəkildə  fərqlənir.  Məhz  “ilkin”  müxtəliflik  bu  gün  Azərbaycan  ərazisində 

özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə, əsrlərdən bəri 

şair,  yazıçı  və  alimlərin  bədii  ədəbiyyatda,  elmi  traktatlarda  özünü  göstərən  müxtəlifliyə  loyal 

münasibəti,  məhz  Azərbaycanda,  özü  də  müstəqillik  dövründə  yeni  bir  siyasi  ahəng  qazana  bildi. 

Ona  görə  də  təəccüblü  deyil  ki,  bir  sıra  Qərb  ölkələrində  multikulturalizmin  iflasa  uğramasının 

bəyan  edildiyi  dövrdə  Azərbaycan  Respublikasında  multikulturalizm  dövlət  siyasəti  kimi  ortaya 

çıxır [4, s. 11]. 

Multikultural  dəyərlər  o  ölkələrdə  iflasa  uğrayır  ki,  mənəvi  baxımdan  formalaşma  prosesini 

başa  çatdırandan  sonra  oraya  miqrasiyaların  yeni  dalğası  ilə  bu  çağa  qədər  tanış  olmayan 

multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı 

qəbul  etmədi.  Azərbaycanda  isə  əvvəlcədən  bu  dəyərlər  süni  deyildi.  Çünki  onlar  təbii  halda, 

başlanğıcdan  bir  yerdə  idi.  Əsas  məsələ  budur.  Buna  görə  də  biz  metodoloji  olaraq,  “ilkin 

müxtəliflik”,  “sonrakı  müxtəliflik”  anlayışlarını  bir-birindən  fərqləndirməliyik,  ilkin  müxtəliflik, 

əslində,  özündə  miqrasiya  elementi  saxlamır.  O,  müxtəlifliyin  ilk  başlanğıcdan  bir  yerdə,  yanaşı 

mövcudluğu kimi özünü göstərir [3, s. 1]. 

Azərbaycanın  müstəqilliyini  bərpa  etməsinin  ilk  dövründə  Prezident  Heydər  Əliyev 

Azərbaycanın  gələcək  uğurlu  inkişafı  üçün  dəqiq  ideoloji  hədəf  seçdi.  Öz  siyasəti  ilə  əsrlər  boyu 

formalaşmış  Azərbaycan  çoxmədəniyyətlilik  ənənəsini  inkişaf  etdirib,  onu  keyfiyyətcə  yeni 

müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. 

Ulu  Öndər  Heydər  Əliyev  “Azərbaycan  onun  ərazisində  yaşayan  bütün  millət  və  xalqların 

ümumi vətənidir”; “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən 

bu  torpaqda  yaşayan,  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan  müxtəlif  dinlərə  etiqad  edən 

adamlardır”  kimi  bəyanat  xarakterli  sözləri  ilə,  əslində,  multikulturalizmin  siyasi  bazasının 

konturlarını cızırdı. 

Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik 

inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və 

azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi 

olan  insanların  hüquq  və  azadlıqlarının  qorunmasından  irəli  gəldiyini  göstərirdi.  Ulu  Öndərin 

rəhbərliyi  ilə demokratik inkişaf  yolu  götürmüş  Azərbaycan Respublikası Onun qeyd etdiyi  kimi, 

“dinindən,  dilindən,  irqindən  asılı  olmayaraq  Azərbaycanın  bütün  vətəndaşlarının  eyni  hüquqlara 

malik” olmalarını təmin etməli idi. Buna uyğun olaraq Konstitusiyanın  yeni  bəndləri  üzə çıxır və 

yaxud  yeni  sosial-siyasi  münasibətlər  rakursundan  işıqlanırdı.  Bu  bəndlərə  ayrı-ayrılıqda  nəzər 

salaq: 


“Dövlət dili” Maddə 21, bənd 2: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin 

sərbəst işlədilməsini və inkişafını təmin edir”; 

“Bərabərlik hüququ” Maddə 25, bənd 3: “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, 

cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, 

həmkarlar  ittifaqlarına  və  digər  ictimai  birliklərə  mənsubiyyətindən  asılı  olmayaraq,  hər  kəsin 

hüquq və azadlıqlarının bərabərliyinə təminat  verir, insan və vətəndaş hüquqlarını  və azadlıqlarını 

irqi,  milli,  dini,  dil,  cinsi,  mənşəyi,  əqidə,  siyasi  və  sosial  mənsubiyyətə  görə  məhdudlaşdırmaq 

qadağandır”; 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

283

 

 



 

 

“Milli  mənsubiyyət  hüququ”  Maddə  44,  bəndlər  1,  2:1.  “Hər  kəsin  milli  mənsubiyyətini 



qoruyub  saxlamaq  hüququ  vardır”.  2.  “Heç  kəs  milli  mənsubiyyətini  dəyişdirməyə  məcbur  edilə 

bilməz.” 

“Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2:  1. “Hər kəsin  ana dilindən istifadə 

etmək  hüququ  vardır.  Hər  kəsin  istədiyi  dildə  tərbiyə  və  təhsil  almaq,  yaradıcılıqla  məşğul  olmaq 

hüququ vardır”.  2. “Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”. 

Bu maddələr və  bəndlər,  əslində, ölkənin  multikultural  təhlükəsizliyini formalaşdıran siyasi-

hüquqi baza dəyərlərdir. 

Multikultural  təhlükəsizliyin  ümumi  mahiyyəti  etnik,  dini,  irqi,  mədəni  mənsubiyyətindən 

asılı  olmayaraq  bütün  xalqların,  etnik  qrupların  mədəni  dəyərlərinin  qorunması  deməkdir. 

Cəmiyyətin  multikultural  təhlükəsizliyinin  təmin  olunması  qarşısında  yaranan  problemlər  inkişaf 

edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir 

sıra  ölkələrində  radikalizm,  ksenofobiya,  antisemitizm,  islamofobiya  meyllərinin  artması  qeyd 

olunanların bariz nümunəsidir.  

Multikultural  təhlükəsizlik  bir  sıra  prinsiplərdən  ibarətdir.  Bu  prinsiplər  dövlətin  özünü 

inamlı,  ədalətli,  keyfiyyətcə  daim  yeniləşən  bir  mahiyyətə  malik  orqanizm  kimi  hiss  etməsini 

şərtləndirir. Multikultural təhlükəsizliyin prinsipləri aşağıdakılardır [2, s. 3]: 

Prezident  İlham  Əliyev  öz  çıxışlarının  birində  bildirdi  ki,  ondan  xarici  ölkələrdə  tez-tez 

təəccüblə  soruşurlar:  Azərbaycanda  müxtəlif  konfessiya  rəhbərlərinin  və  üzvlərinin  bir-birinə  belə 

tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir? 

Bu  sualın  özü  bir  azərbaycanlı  üçün  qəribə  səslənir.  Çünki  müasir  azərbaycanlı  bu 

münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir. O, bunun səbəbini bilməyə bilər. 

Udduğun  hava  kimi,  içdiyin  su  kimi  bu  münasibət  də  bizim  həyatımız  üçün  son  dərəcə  vacibdir. 

Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla 

bağlıdır  ki,  ölkə  başçısı,  bütövlükdə  dövlət  müxtəlif  konfessiyalara  bərabər  siyasi  münasibət 

bəsləyir.  Heç  birini  digərindən  fərqləndirmir.  Bərabər  siyasi  münasibət  də,  öz  növbəsində 

konfessiyaların  bir-birinə  və  hər  birinin  ayrılıqda  dövlətə  tolerant  münasibətini  şərtləndirir. 

Multikultural  təhlükəsizliyin  əsas  prinsiplərindən  biri,  məhz  ölkə  daxilindəki  müxtəlif 

konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdır. 

Multikultural  təhlükəsizliyin  daha  bir  prinsipi  ölkədə  mövcud  olan  milli  müxtəlifliyin 

qorunmasına yönəlmiş dövlət qayğısıdır. 

Azərbaycan müxtəlif xalqların və etnik qrupların dinc, dostluq, qardaşlıq şəraitində  yaşadığı, 

sevinci  və  kədəri  birgə  bölüşdüyü  bir  məkandır.  Burada  yaşayan  bütün  xalqlar  və  etnik  qruplar 

Azərbaycanı öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış 

edən  separatistlərlə  eyni  millətdən  olan,  ancaq  bu  separatistlərin  iddialarını  qəbul  etməyən 

Azərbaycan  erməniləri  də  buranı  öz  vətənləri  sayırlar.  Bir  kənd  qədər  sakini  olan,  dili  və  etnik 

kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar da Azərbaycana məxsusdur. 

Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. 

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər 

zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. 

”  Azərbaycanda  yaşayan  bütün  xalqların  və  etnik  qrupların  nümayəndələrini  bu  gün  müstəqil 

Azərbaycanın  hər  bir  sahəsində  -  siyasətdə,  iqtisadi  zonada,  təhsildə,  mənəvi  həyatda,  bir  sözlə, 

bütün  sahələrdə  görmək  mümkündür.  Multikultural  təhlükəsizliyin  daha  bir  vacib  prinsipi  ölkədə 

yaşayan  bütün  xalqların  və  etnik  qrupların  mədəni  dəyərlərinin  qorunmasına  dövlət  və  cəmiyyət 

tərəfindən dəstək verilməsidir. 

Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar ölkə daxilində özlərini 

yad elementlər kimi hiss etməməlidirlər. Ümumazərbaycan mədəni konteksti onların hər biri üçün 

mənəvi  doğma  məkana  çevrilməlidir.  Bu  siyasi  xətt  bu  gün  Azərbaycan  dövlətinin  əsas 

hədəflərindən biridir. 

Qərb  ölkələrinin  bədbin  bir  şəkildə  multikulturalizm  siyasətindən  üz  çevirdiyi  bir  dövrdə 

Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti 

müasir dövrdə Prezident  İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident ilham  Əliyevin 

qeyd  etdiyi  kimi,  multikulturalizm  xalqımızın  həyat  tərzinə  çevrilmişdir.  Multikulturalizmin 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin