“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
269
çəkdirməsi haqqında məlumat verir. Həmçinin şair ilk iki misrada Qarabağı gözəlliklər yurdu
adlandırır:
Gözəlliklər yurdudur,
Başdan – başa Qarabağ.
Bu torpaqda doğulmuş,
Bir zamanlar Natəvan.
Şuşanın şair qızı,
Şeirə, sənətə heyran.
Qüvvət alıb, güc alıb,
Vətən torpağından o,
Şuşaya su çəkdirmiş,
İsa bulağından o [2, s. 274-275].
Göründüyü kimi, etnik qrupların folklor və ədəbiyyat nümunələrində azərbaycançılıq xüsusi
yer tutur. Bu da ondan irəli gəlir ki, Azərbaycan doğurdan da əsrlər boyu öz ərazisində yaşayan
müxtəlif xalqların nümayəndələrinə multikultural şərait yaratmışdır. Məhz buna görə bu cür folklor
və ədəbi nümunələrin gənc nəslimizin tərbiyəsinə aşılanması üçün bu nümunələrin öz dilimizə
tərcüməsi zəruridir. Bu da gələcək nəsillərə dəyərli miras kimi qalacaqdır.
ƏDƏBİYYAT:
1. Azərbaycanda yaşayan azsaylı xalqların adət - ənənələrinin təbliğində kitabxanaların rolu.
Metodik vəsait. Bakı, 2012, 45 s.
2. Yeni yazarlar və sənətçilər qurumu. Bir xalçanın ilmələri, Bakı, MBM, 2008, 288 s.
3. www.azerbaijan-news/index.php?mod=3&id=96568
Ulviyya Abbasova Vagif
Summary
This article is about the folklore of ethnic minorities. The samples were taken from the
literature of ethnic minorities, living in Azerbaijan. A number of poems, found in their folklore, are
devoted to Azerbaijan in general and its occupied territories, national heroes, actors and the like.
Moreover, we could see that their folklore is abundant with multicultural ideas and values of
tolerance.
Şəlalə Bağırova, tarix üzrə fəlsəfə doktoru
Azərbaycan Dillər Universiteti Sosial elmlər kafedrasının dosenti
baghirova.shalala@mail.ru
HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM SİYASƏTİ
Açar sözlər: etnik azlıqlar, multikulturalizm, tolerantlıq, birgəyaşayış, milli siyasət.
Key words: ethnic minorities, multiculturalism, tolerance, coexistence ,a national policy.
Milli azlıqlar müxtəlif xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər
zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarətdir. Hər bir etnik
azlığın öz dili, adət-ənənəsi və mənəvi birliyi mövcuddur. Etnik azlıq, adətən, müəyyən bir ərazidə
kompakt halda yaşayır. Onlar üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə
qaynayıb qarışmasına heç də mane ola bilməz. Eyni zamanda etnik azlıqlar, tarixən baş verən
proseslər nəticəsində öz keçmiş əlamətlərini saxlamaqla bərabər, qonşu xalq və millətlərdən də
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
270
müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilərlər. ( 10, s.21). Azərbaycan Respublikası da bu
baxımdan xüsusilə seçilir. Belə ki, coğrafi cəhətdən Asiya və Avropa qitələrinin sərhədində
yerləşən Azərbaycan tarixi keçmişdə müxtəlif sivilizasiyaların kəsişməsində bərqərar olmuşdur.
Tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində mövcud olmuş dövlətlər öz ərazilərini
genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın, Orta Asiyanın bir sıra xalq və etnoqrafik
qrupları bu torpaqlara köçürülmüşlər. Eləcə də, Azərbaycan torpaqlarına sasanilərin, ərəblərin və
monqolların yürüşləri, Azərbaycanın çar Rusiyası tərəfindən işğalı zamanı bu əraziyə köçürülmüş
xalqlar öz talelərini bu torpağa bağlamışlar.
Müasir dövrdə Azərbaycan Respublikasının ərazisində əsas və böyük hissəni təşkil edən
Azərbaycan türkləri ilə yanaşı, milli azlıqlar da yaşayırlar. 2009-cu ilin siyahıya alınmasına görə
ölkə əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir
(3, s.3). Azərbaycan ərazisində yaşayan rusların, talışların, avarların, tatarların, tatların,
ukraynalıların, saxurların, gürcülərin, yəhudilərin, kürdlərin, qrizların, udinlərin, xınalıqların və
digər millətlərin nümayəndələrinin bu torpağı öz doğma vətənləri kimi qəbul etmələrində dövlətin
rolu əvəzsizdir. Ölkənin milli siyasəti müxtəlif etnik qrup və dini azlıqların birgə yaşaması və
dözümlülük prinsipləri əsasında müəyyənləşmişdir ( 5, s.8). Bu gün Azərbaycan ərazisində kompakt
halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və
çoxluğundan asılı olmayaraq, həmçinin digər xalqların nümayəndələri də yaşayır. Onların bir çoxu
başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.
Etnik tərkibi müxtəlif olan Azərbaycan Respublikasında milli azlıq məsələsinə Heydər Əliyev
kimi həssas, diqqətli, müdrikcəsinə yanaşan, birgəyaşayışın milli-tarixi ənənəsinin ölkənin
gələcəyində rolu baxımından bütün variantların ən optimalı, faydalısı kimi seçərək nəzarətdə
saxlamış ikinci bir siyasətçi olmamışdır. Ötən əsrin 60-80-ci illərində konsepsiya şəklində keçirilən
ilk milli siyasət kursunun əməli faydası, inandırıcı gücü ölkədə mövcud olan milli birliyi daha da
gücləndirdi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, yenidənqurma kampaniyasından sonra
keçmiş SSRİ respublikalarının əksəriyyətində baş vermiş milli qarşıdurma fəlakətlərinin
Azərbaycanda təzahür etməməsində Heydər Əliyevin həyata keçirdiyi milli siyasət kursu başlıca rol
oynamışdır (7, s. 78). Düşmən qüvvələr etnik zəmində ixtilaf və toqquşmalar yaratmağa çalışsalar
da onların niyyətləri elə həmin illərdə də alınmışdır. Heydər Əliyevin milli məsələlərlə bağlı
fəaliyyətində beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə etməsi sayəsində
Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olmuşdur. Bu istər yuxarıların, istərsə də aşağıların
biri-digərinə olan münasibətinin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma
daxil olan türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik
arasında fərq qoyulmayıb(11,s.11). Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan
multikulturalizminin siyasi banisidir ( 6, s. 11).
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra ilk illərdə ölkə
daxilində yaşayan etnik azlıqlarla əsaslı bir iş görülməmişdi. 1992-ci ildə milli azlıqlar arasında
əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasınının
səviyyəsinin artırılması məqsədi daşıyan "Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların
hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı"
haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli fərmanı imzalansa
da, həyata keçirilmədi. 90-cı illərin əvvəllərində respublikanı həm siyasi, həm də iqtisadi cəhətdən
bürüyən xaos milli birliklərin də həyatından yan keçmədi. Tarazlı milli siyasət kursu, milli
azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərin həllinə
1993-cü ildə hakimiyyətə gəlmiş prezident, ümummilli lider Heydər Əliyevin iradəsi, cəsarəti ilə
başlanıldı. Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq
və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Həmin illərdə
Azərbaycanın taleyinin həll edildiyi bir zamanda Heydər Əliyev milli birlik ideyasını irəli sürdü
Hakimiyyətinin ilk illərindən başlayaraq, dövlət daxilində baş verən siyasi çəkişmələrlə yanaşı,
meydana gələn milli problemlərin və millətlərarası sülhü pozmağa çalışan qüvvələrin yaratdığı
gərginlikləri Heydər Əliyev müxtəlif vasitələrlə azaltmaq məqsədilə müəyyən işlər görməyə başladı
(9, s.2).
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
271
Heydər Əliyev deyirdi:” Biz, Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini
nəzərdə tuturuq. Lakin bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda
yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif dinlərdən olan, müxtəlif dinlərə
etiqad edən adamlardır” (Niyaz Niftiyev, səh.72), “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o
qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini
verər” ( 8, s. 9). Ümummilli lider bir məqama da hər zaman xüsusi diqqətlə yanaşırdı:
“Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub
saxlamalı, dünyada ən yüksək səviyyədə təbliğ etməliyik” (10, s. 31).
Heydər Əliyevin milli siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası
daxilində yaşayan bütün azsaylı xalqların və etnik birliklərin dil və mədəniyyətinə müəyyən
köməyin göstərilməsi idi. Bu məqsədlə də milli azlıqların kompakt şəkildə məskunlaşdığı bir sıra
rayonlarda ali və orta təhsil müəssisələrinin filialları açıldı, ölkənin televiziya və radio kanallarında
milli azlıqların ana dilində verilişlərinin yayımlanması ənənəsinin əsası qoyuldu.
1995-ci ildə bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının
Konstitusiyasının qəbulu ilə dövlət quruculuğunun hüquqi, qanuni əsasları qoyuldu. Konstitusiya
bəyan etdi: Azərbaycan xalqının və dövlətin ən mühüm məqsədləri Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik
quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir (2, s.350) Azərbaycan Respublikasının
Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və
azadlıqlarına hörməti təmin edir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, Dövlət irqindən,
milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların
bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın
44-cü maddəsinə əsasən, “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs
milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”(1). Multikulturalizm siyasətinin əsasını
təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının ana dilindən istifadə
hüququna həsr olunan 45-ci maddədə də təsbit olunmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda
yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində -
siyasətdə, iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək
mümkündür. Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan mədəni
müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən
formalaşır. Azərbaycan Respublikası BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində
milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə
qoşulmuş və Avropa Şurasının 1995-ci il fevralın 1-də “Milli azlıqların hüquqlarının qorunması
haqqında” qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq etmişdir. Azərbaycan Avropa Şurasının
Konvensiyasına 13 iyun 2000-ci ildə qoşulmuşdur. Onu da qeyd etmək lazımdır ki, Heydər
Əliyevin 2001-ci il 1 noyabr sərəncamı ilə hazırlanan «Milli azlıqların hüquqlarının qorunması
üzrə Azərbaycan hökumətinin hesabatı» adı çəkilən qurum tərəfindən müsbət qarşılanmışdır. Milli
azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın
baxılması məqsədilə xüsusi işçi qrupu yaradılmış və bu qrup dövlət hesabatını yoxlamaq məqsədilə
2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın
milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.
Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir
problemin olmamasını birmənalı şəkildə qeyd etmişlər ( 11, s. 15).
1999-cu ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Prezidentin milli məsələlər
üzrə dövlət müşavirliyi ilə birgə Azərbaycanda yaşayan azlıqlarla bağlı beynəlxalq konfrans keçirdi.
Bundan başqa Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsi “Links”in
təşəbbüsü ilə “Azərbaycanda yaşayan milli azlıqlarla bağlı dövlət siyasəti” mövzusunda beynəlxalq
seminar təşkil olundu. Burada bütün milli azlıqların nümayəndələri iştirak edirdi, onlar hüquq və
azadlıqlarını qoruyan Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə etdilər. Bu beynəlxalq
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
272
qurumlar tərəfindən həm milli azlıqlar, həm də dövlət təşkilatları üçün əhəmiyyətli bir tədbir kimi
qiymətləndirilmişdir.
Onu da qeyd etmək lazımdır ki, 1995-ci ildə YUNESKO-nun yaranmasının 50 illik yubileyi
münasibətilə Beynəlxalq Tolerantlıq günü təsis edilmişdir. Burada əsas məqsəd dünyada hamını
bir-birinə dözümlülük nümayiş etdirərək dinc yanaşı yaşamağa çağırışdan ibarətdir. Bundan irəli
gələrək Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən etibarən noyabrın 16-nın Azərbaycanda
tolerantlıq günü kimi qeyd olunması ümummilli liderin multikultural dəyərlərə, tolerant ənənələrə
verdiyi yüksək qiymətin göstəricisidir.
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə, dövlət-din münasibətlərində yeni
mərhələnin başlanğıcı sayılır. Zaman keçdikcə bu sahədə həyata keçiriləcək siyasətin mahiyyəti
xalqa açıqlanmış, din sahəsində, dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin qorunması və
təbliği dövlətin dil siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndərin həyata
keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Respublikası ərazisində dövlət-din
münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini
dəyərlərə xüsusi qayğı göstərilməyə başlanıldı. Bu işlərin həyata keçirilməsində əsas məqsəd
dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməkdən ibarət olmuşdur.
Azərbaycan Respublikasında bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni
statusa malikdir. Ölkə vətəndaşlarının böyük əksəriyyəti müsəlmanlardan ibarətdir. Onların
hüquqlarının təmin olunması ilə yanaşı, respublikada yayılmış digər dinlərə də qayğı göstərilir.
Dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addım olaraq ümummilli lider,
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bunun ardınca “Dini etiqad azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir (4, səh.8).
Bu gün tolerantlığın vətəni sayilan Azərbaycan Respublikasının multikulturalizm siyasəti
beynəlxalq müstəvidə xüsusilə seçilir. Bir çox etnosunun nümayəndələrinin Azərbaycan ərazisində
yerli əhali ilə dinc və eyni hüquqda yaşaması təcrübəsi azsaylı etnosların və etnik qrupların yoxa
çıxması təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və
həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Məhz Azərbaycan dövlətinin göstərdiyi qayğı
və diqqətin nəticəsidir ki, dünya ölkələrində etnik zəmində münaqişələrin və islamafobiya
meyllərinin baş verdiyi mürəkkəb bir şəraitdə respublika ərazisində dini və etnik ədavət, sayından
asılı olmayaraq, etnik azlıqlarla münasibətdə ayrı-seçkilik faktları yoxdur. Bu gün Azərbaycan radio
verilişlərinin ləzgi, talış, kürd, gürcü və digər dillərdə səslənməsi, tat, ləzgi, xınalıq və digər dillərdə
dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması
sahəsində ardıcıl və məqsədyönlü siyasətin davam etdiyini təsdiq edir.
Ümummili lider Heydər Əliyev yolunun davamçısı İlham Əliyevin təşəbbüsü ilə bu
gün multikulturalizm dövlət siyasətinin ən önəmli və vacib istiqamətlərindən birinə çevrilmişdir.
Artıq paytaxt Bakı qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Təsadüfi
deyil ki, Prezident Heydər Əliyevin Sərəncamı ilə 2014-cü il fevralın 28-də Azərbaycan
Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyi
Xidməti təsis edilmişdir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya
tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial-siyasi və digər aspektlərin Azərbaycan
reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin Fərmanı ilə
2014-cü il mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. 2016-ci ilin
Azərbaycanda “Multikulturalizm ili” elan olunması və bu ildə bir neçə mötəbər tədbirin, o
cümlədən, BMT-nin Sivilizasiyalar Alyansının VI Qlobal Forumunun keçirilməsi Azərbaycanın
bütün dünyada tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm
töhfələr verdiyini və örnək olduğunu sübuta yetirir.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası.
2. Azərbaycan tarixi, VII cild, Bakı-2008.
3. Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu:
metodiki vəsait”, Bakı-2012.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
273
4. Elman Nəsirov. Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti: varislik,
novatorluq. Xalq qəzeti, 14 may, 2016-ci il
5. Etibar Ağayev. Çoxmillətlilik Azərbaycanın böyük sərvətidir. Müsavat. 27 fevral, 2012.
6. Hadi Rəcəbli, Multikulturalizm siyasətinin Azərbaycan nümunəsi. Səs qəzeti, 22 aprel
2016-cı il.
7. Hidayət Orucov. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı-2001.
8. Kamal Abdulla. Azərbaycanda radio və televiziya məkanı da milli və dini azlıqlar üçün
açıqdır”. Xalq cəbhəsi qəzeti, 5 fevral, 2016.
9. Mixail Zabelin. Tarix yaradan şəxsiyyət. Azərbaycan qəzeti, 17 iyun,2009.
10. Niyaz Niftiyev, Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı-2015.
11.Niyaz Niftiyev, Heydər Əliyev və milli azlıqlar siyasəti, Kaspi qəzeti, 9 may,2013.
12 V. Omərov. Milli azlıqların hüquqları, Səs qəzeti. 2015, 3 oktyabr.
SH.Bagirova
HEYDAR ALIYEV AND the POLICY of MULTICULTURALISM
RESUME
In article the information is given about national associations living in Azerbaijan. With
return to the power, the national leader Heydar Aliyev has carried out by state a number of works
with these associations, showing cares to them and ensuring their rights. As a result of this, the
multiculturalism policy of Azerbaijan Republic occupies a special a significants in worlds politic
arena.
Şəhla Musayeva, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA-nın Fəlsəfə İnstitutu, böyük elmi işçi
musaeva63@list.ru
AZƏRBAYCAN. YENI ƏXLAQİ-DİNİ SEÇİMLƏR, QLOBALLAŞMA VƏ
MULTIKULTURALIZM.
Açar sözlər: Multikulturalizm, qloballaşma, dindarlıq, radikalizm, dövlətçilik, mənəviyyat,
inteqrasiya.
Key words: multiculturalism, globalization, religiosity, radicalism, statehood, morality,
integration
Müasir dövrdə aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal
arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi milli kimliyi müəyyən edən mədəni-
mənəvi amillərə də sirayət etməyə cəhd göstərir .İstər düşünülmüş şəkildə ,istərsə də qərəzsiz olaraq
fərqi yoxdur. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə
məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirməlidir.
Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi “ türkçülük , islamçılıq
və müasirliyin vəhdəti” prinsipini tövsiyə edirdilər ki, bu prinsip indi də aktuallığını saxlamaqdadır”
(8).
Ölkəmizin beynəlxalq miqyasda tanınması və hörmət qazanması üçün müasir dövrdə siyasi,
iqtisadi və mədəni sahədə bir sıra dünya miqyaslı tədbirlər keçirilir. Bizim milli-mədəni, intellektual
qüvvələrimiz öz sahələrində Azərbaycan dövləti adına olan bütün işlərini Avropa şərtlərinə və
standartlarına uyğunlaşdırmağa çalışırlar. Əlbəttə ki, bu çalışmaların içərisində mütləq və mütləq
|