Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə48/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

 

ƏDƏBİYYAT 

1.  Məmmədkərimova  S.  Multikulturalizm  fenomeni//  Mədəniyyət  dünyası  ХХV 

buraxılış,2013. 

2. Multikulturalizm - birgə yaşayışda stimul kimi....//http:modern.az articles/75337/1/ 

3. Mehdiyev R. Azərbaycan. Qloballaşmanın tələbləri. Baki. ХХI əsr YNE, 2004. 

4. Xəlilov S. Lider. Dövlət. Cəmiyyət. Baki. Azərbaycan universiteti, 2001. 

5. Həsənli A. Azərbaycanda tolerantlığın əsas xüsusiyyətləri barədə. Dövlət və din.№3,2008. 

6.  Сəbrayılova  F.  Mədəniyyətlərarası  münasibətlərdə  multikulturalizmin  sosial-fəlsəfi 

mahiyyətinə dair// Mədəniyyət dünyası ХХVII  buraxılış, 2014, s.172-176. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

263

 

 



 

 

 



XÜLASƏ 

Bu  məqalə  multikulturalizmdən  bəhs  edir.  Multikulturalizm  tolerantlığın  aspektlərindən 

biridir. Həqiqətən də, multikulturalizm  geniş  yayılmış  və  təsirli bir ideologiyadır.  Azərbaycandakı 

multikulturalizm  dünya  ölkələri  üçün  canlı  bir  nümunədir.  Azərbaycan  elə  bir  tarixi  məkandır  ki, 

orada  müxtəlif  millətlərin  və  dinlərin  nümayəndələri  dostluq  və  sülh  şəraitində  yaşamışlar.  Biz 

birmənalı  olaraq  söyləyə  bilərik  ki,  Heydər  Əliyev  Azərbaycanda  multikulturalizmin  siyasi 

banisidir. 

Shafagat Mahmudova 

HAYDAR ALIEV IS THE POLITICAL LEADER OF THE  

MULTICULTURALISM IN AZERBAIJAN 

SUMMARY 

This  article  deals  with  the  multiculturalism.  Multiculturalism  is  one  of  the  aspects  of 

tolerance.  Really,  multiculturalism  is  widely  spread  and  impressive  ideology.  Multiculturalism  in 

Azerbaijan is  a vivid sample for the countries of the world.  Azerbaijan was  historically the place, 

where the representatives of various nations and religions lived in an atmosphere of friendship and 

peace.  We  may  unequivocally  say  that  Haydar  Aliyev  is  a  great  political  leader  of  the 

multiculturalism in Azerbaijan. 

 

 

 

 

 

 

 

 

 

Səba Namazova, filologiya üzrə fəlsəfə doktoru 



Gəncə Dövlət Universiteti 

seba8080@mail.ru 

 

AZƏRBAYCANIN MULTİKULTURALİZM MODELİNİN MAHİYYƏTİNƏ DAİR 

 

Açar sözlər: multikulturalizm, mədəniyyət, cəmiyyət, inteqrasiya, tolerantlıq 

Key words: multiculturalism, culture, society, integration, tolerance 

 

Multikulturalizm  bir  sıra  fərqli  mədəniyyətlərin  bir  arada  olduğu  cəmiyyəti  özündə  ehtiva 

edir. O, eyni zamanda hər bir ölkədə, ümumən dünyada ayrı-ayrı millətlərə və məzhəblərə məxsus 

insanların  mədəni  müxtəlifliklərinin  qorunmasına,  inkişafına,  azsaylı  xalqların  dövlətlərin  milli 

mədəniyyətlərinə inteqrasiyasına istiqamətlənmişdir.  

Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunda müstəsna rola malikdir. Bu 

isə  ilk  növbədə,  onunla  şərtlənir  ki,  müxtəlif  mədəniyyətlərin  mahiyyətinə,  spesifik 

xüsusiyyətlərinə,  tarixi  və  əldə  etdikləri  uğurlara  bələd  olmadan  onlara  qarşı  tolerant  münasibət, 

hörmət formalaşa bilməz. Qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqu da məhz 

adı çəkilən cəhətlərin reallaşması nəticəsində mümkündür.  

Məsələyə  daha  bir  prizmadan  baxış  da  maraq  doğurmaya  bilmir:  “Multikulturalizm  hər  bir 

ölkənin,  xalqın,  mədəni  birliyin  təcrübəsini  nəzərə  alır,  müxtəlif  yanaşmalar  təklif  edir,  sosial-

iqtisadi inkişafı isə hər bir cəmiyyətin öz xüsusiyyətləri üzərində formalaşdırmağa cəhdlər edir. Bu 

siyasət imkanlar çoxluğu prinsipinə əsaslanır və heç bir xalqdan kimlik dəyişikliyi tələb etmir. Bu 

mənada,  multikulturalizm  təkcə  qloballaşmanın  tələbi  deyil,  həm  də  postmüasir  inkişafın  aparıcı 

meyllərindən biridir” [3]. 

Digər tərəfdən, çağdaş dönəmdə multimədəni cəmiyyətlər kulturoloji strategiyalara söykənən 

düşünülmüş  multikultural  siyasət  olmadan  davamlı  inkişafa,  sabitliyə  nail  ola  bilməzlər.  Bunun 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

264

 

 



 

 

bariz  nümunəsi  Azərbaycan  Respublikasının  hazırkı  dövrdə  tərəqqisini  şərtləndirən  əlamətlərdir. 



Belə ki, Azərbaycanın milli mədəniyyətinə uğurla inteqrasiya olan çeşidli xalqların nümayəndələri 

harmonik  inkişafa  da  məhz  bu  vəsilə  ilə  çata  bilmişlər.  O  mənada,  multikulturalizmdən  imtina 

etmək dövlətlərə müsbət yöndə heç nə vəd etmir. Bütövlükdə dünyada getdikcə genişlənən, miqyası 

artan anlaşılmazlıqlara, fobiyaya, qarşıdurmalara, milli və dini münaqişələrin baş verməsinə zəmin 

yaratmış olur.  

Hal-hazırda dünyanın ən müxtəlif regionlarında ardıcıl baş verən ictimai-siyasi kataklizmlər, 

həmçinin  ekoloji  dəyişmələrin  yaratdığı  fəlakətlər  nəticəsində  insanlar  çox  sayda  faciə  və 

məhrumiyyətlərlə  üz-üzə  qalmışlar.  Sözsüz  ki,  həmin  kataklizmlərin  əsasında  milli,  dini 

anlaşılmazlıqlar da dayanır.  

Azərbaycan  müasir  dövrdə  dünyanın  multikulturalizmi  yaşadan,  qoruyan  ölkələri  içərisində 

öncüllərdəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaşlıq prinsipi əsasında yaşamış, milli-dini 

zəmində  qarşıdurmalara  heç  vəchlə  yol  verilməmişdir.  Buna  əlbəttə  ki,  xalqımızın  ta  qədimdən 

sahib  olduğu  özgün  dövlətçilik  ənənələrini  yaşadaraq  getdikcə  daha  da  inkişaf  etdirməsi  mühüm 

təsir göstərmişdir.  

Ölkəmizdə  millətlərarası  və  dinlərarası  münasibətlərin  sağlam  müstəvidə  qurulması  bütün 

dünyada təqdir olunan bir haldır. Bununla  yanaşı,  Azərbaycan, multikulturalizmi, mövcud dövləti 

prinsipləri  əsas  götürən  ölkə  olaraq  bəşəri  dəyərlərə  də  sadiqlik  nümayiş  etdirir.  Heç  də  təsadüfi 

deyil  ki,  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Qarabağın  azad  edilməsi  uğrunda  gedən 

döyüşlərdə  digər  xalqların  nümayəndələri  də  azərbaycanlılarla  bərabər,  işğalçı  ermənilərə  qarşı 

qəhrəmancasına mübarizə aparmış, hətta bu yolda şəhidlik zirvəsinə ucalmışlar.  

Ölkədə  müxtəlif  dinlərdən  olan  insanların  siyasi  və  hüquqi  baxımdan  bərabərliyinin  təmin 

olunması,  etnik  azlıqların  milli-mədəni  inkişafına  qanuni  əsas  yaradılması  cəmiyyətdə  birliyə, 

bərabərliyə də etibarlı zəmindir.  

Əbəs  yerə  deyilmir  ki,  “mövcud  milli  mədəni  müxtəliflik  və  etnik-dini  dözümlülük  mühiti 

Azərbaycanı  çoxmillətli,  çoxkonfessiyalı  diyar,  dünya  miqyasında  mədəniyyətlərarası  dialoqun 

bənzərsiz  məkanı  etmişdir.  Bu  gün  həmin  mədəni,  linqvistik,  etnik  rəngarəngliyin  qorunmasına 

yönəldilən  və  uğurla  həyata  keçirilən  dövlət  siyasəti  multikulturalizm  sahəsində  əsrlərdən  bəri 

toplanmış  böyük  tarixi  təcrübənin  xüsusi  qayğı  ilə  əhatə  olunmasını,  zənginləşdirilməsini, 

cəmiyyətdə  bu  istiqamətdə  qazanılmış  unikal  nailiyyətlərin  beynəlxalq  aləmdə  təbliğinin 

gücləndirilməsini zəruri edir” [1]. 

Azərbaycanda  tarixi  köklərə  söykənən  multikulturalizm  hazırda  ölkə  rəhbərliyinin 

düşünülmüş  siyasəti nəticəsində getdikcə inkişaf  edir, müsbət  çalarlarla  daha da zənginləşir. Belə 

ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmış, 2014-cü il fevral ayının 

28-də  Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət 

müşavirliyi  təsis  edilmiş,  2014-cü  il  mayın  15-də  isə  Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakı 

Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması haqqında sərəncam  imzalamışdır. Həmçinin, 

2016-cı  il  Azərbaycan  Respublikasında  “Multikulturalizm  ili”  elan  edilmişdir.  Bununla  bağlı 

Prezident İlham Əliyevin imzaladığı sərəncamda qeyd olunmuşdur ki, “tarixi İpək yolunda yerləşən 

Azərbaycan  müxtəlif  sivilizasiyaların  qovuşduğu  məkan  olaraq,  əsrlər  boyu  milli-mədəni 

rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, 

əmin-amanlıq,  qarşılıqlı  anlaşma  və  dialoq  şəraitində  yaşadığı  diyar  kimi  tanınmışdır.  Ölkəmizdə 

multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir”. 

Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət 

müşaviri Kamal Abdulla Azərbaycanda multikulturalizm  ənənələrinin möhkəmlənməsi və inkişafı 

naminə  siyasi,  sosial  şəraitin  yaradılmasına  diqqəti  yönəldərək  Azərbaycanda  müxtəlif  millətlərin, 

dinlərin  və  mədəniyyətlərin  nümayəndələrinin  sərbəst  yaşamaları  üçün  bütün  zəruri  şəraitin 

yaradıldığını  məxsusi  vurğulamışdı.  Kamal  Abdulla  sözü  gedən  məsələyə  dair  belə  demişdir: 

“Ölkənin multikulturalizminə olan maraq Azərbaycanın dünyada tarixi, örnək dəyərlərə malik olan 

ölkə kimi tanıdılmasının nəticəsidir” [2]. 

Azərbaycanda 

multikulturalizmin 

möhkəmləndirilməsi 

və 

qorunub  saxlanmasında 



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri ölçüyəgəlməz dərəcədə böyük 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

265

 

 



 

 

olmuşdur. Fərəhli haldır ki, bu siyasət hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam 



etdirilir. 

Ölkəmizin  və  xalqımızın  sahib  olduğu  multikultural  dəyərlərin  və  tolerantlıq  ənənələrinin 

beynəlxalq  ictimaiyyətə  təqdimində  Azərbaycan  dövləti  ilə  yanaşı,  Heydər  Əliyev  Fondunun  da 

böyük əməyi var və bu istiqamətdə də uğurlu layihələr həyata keçirilir. 

Azərbaycan  çağdaş  dünyada  multikultur  ölkə  olaraq  tanınır  və  bu  məqsədlə  dövlət 

səviyyəsində  olduqca  mühüm  işlər  görülür.  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin 

yaradılması  həmin  istiqamətdə  atılan  önəmli  addımlardandır.  Mərkəzin  əsas  hədəflərindən  biri 

“Azərbaycan multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.  

Eyni zamanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər 

üzrə  Dövlət  müşaviri  Kamal  Abdullanın  bilavasitə  təşəbbüsü  ilə  “Multikulturalizmə  giriş”  və 

“Azərbaycan  multikulturalizmi”  adlı  fənlər  yaradılmış,  hər  iki  fənnə  dair  tədris  proqramları 

hazırlanaraq  Təhsil  Nazirliyində  təsdiq  olunmuşdur.  Adı  çəkilən  fənlər  paralel  şəkildə 

Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində tədris edilir.  

O da məlumdur ki,  hazırkı  dönəmdə  Qərb ölkələrində multikulturalizm  ciddi  şəkildə  böhran 

keçirməklə  yanaşı,  Böyük  Britaniya,  Almaniya,  Fransa  kimi  Avropanın  aparıcı  ölkələrində 

multikultural dəyərlər ayrı-ayrı qüvvələr tərəfindən məqsədli şəkildə gözdən salınır. 

Azərbaycanda  isə  yüzilliklər  ərzində  müxtəlif  xalqların  nümayəndələri  azərbaycanlılarla 

bərabər  dövlətdə  dinc  və  əmin-amanlıq  şəraitində  yaşamışlar.  Heç  vəchlə  ölkədə  etnik  qruplar 

arasında multikulturalizmin prinsiplərinə zidd hal müşahidə olunmamışdır. Respublikamızda ləzgi, 

tat,  talış,  yəhudi,  rus,  gürcü,  alman,  udin,  buduq,  ingiloy,  avar,  dargin  və  başqa  xalqların 

nümayəndələri  bu  gün  də  azərbaycanlılarla  birgə  yaşamlarını  rahat  tərzdə  və  sıx  şəkildə  davam 

etdirirlər.  Bu,  əlbəttə  ki,  multikulturalizmin  Azərbaycan  modelinin  etnik  və  millət  tərkibini  aydın 

şəkildə əks etdirir.  

O  baxımdan  qeyd  edək  ki,  Azərbaycanda  ayrı-ayrı  millətlərin  nümayəndələrinə  göstərilən 

böyük  rəğbət,  xoş  münasibət,  tolerantlıq  mühiti  onlarda  ölkəmizə  qarşı  zaman-zaman  tükənməz 

Vətən məhəbbətini formalaşdırmışdır. Bu isə gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi indiki 

şəraitdə  bütün  dünyaya  sivilizasiyalararası  dialoq  sahəsindəki  münasibətlərdə  əsl  nümunə  sayıla 

bilər.  Azərbaycan  dövləti  vətəndaşlarına  hər  zaman  yüksək  humanizm  və  multikulturalizm  təlqin 

etmişdir. Bunlar olduqca vacib bəşəri keyfiyyətlər sayılmaqla yanaşı, ölkəmizdə illərdir ki, sosial-

siyasi  sabitliyin,  iqtisadi  sferada  inkişafın  rəhnidir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan siyasətinin təməlində və mərkəzində Azərbaycan vətəndaşı, 

onun problemləri, qayğıları, təhlükəsizliyi və rifahı dayanır”.   

Göründüyü kimi, əsrlər boyu zəngin inkişaf yolu keçərək getdikcə daha da püxtələşən və bir 

çox ölkələrə, sözün əsl mənasında, nümunə sayılacaq multikulturalizmin “Azərbaycan modeli” artıq 

formalaşmışdır.  Bu  isə  əlbəttə  ki,  mədəniyyətlər  və  sivilizasiyalararası  dəyərlərə  mühüm  töhfələr 

verən  Azərbaycanın  bir  ölkə  kimi  qapalı  şəkildə  inkişafına  deyil,  dünyada  dinlərin  və 

mədəniyyətlərin müxtəliflikləri şəraitində hərtərəfli fəaliyyətinə üstün imkanlar açır. 

 

ƏDƏBİYYAT 



1. http://www.aznews.az 

2. http://www.az.trend.az 

3. http://www.xalqqazeti.com 

 

XÜLASƏ 



 

Azərbaycan  dünyanın  ən  sabit,  multikulturalizmi  yaşadan,  onu  qoruyan  ölkələrindəndir. 

Azərbaycanda  tarixən  də  bütün  etnoslar  qardaş  kimi  yaşamış,  milli-dini  zəmində  heç  bir 

qarşıdurmaya  yol  verilməmiş,  birgə  Vətən  üçün  çalışılmışdır.  Bu,  hazırkı  qloballaşma  prosesləri 

çərçivəsində  olduqca  müsbət  və  nümunəvi  bir  təcrübədir.  Ölkəmizdə  sağlam  tarixi  köklərə 

söykənən  multikulturalizm  bu  gün  dövlət  rəhbərliyinin  uzaqgörən,  müdrik  siyasəti  ilə  daha  da 

inkişaf etməkdədir. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

266

 

 



 

 

S.Namazova 



SUMMARY  

Azerbaijan  is  the  most  stable  in  the  world,  multiculturalism  preserves,  protects  it  from 

countries.  Historically  lived  as  brothers  and  sisters  of  all  ethnic,  national  and  religious  grounds 

given no confrontation, tried for the country. It is part of the globalization process in a very positive 

and  exemplary  experience.  In  our  country  today,  the  state  administration  in  healthy  historical 

multiculturalism farsighted and wise policy is developed further.  



 

 

 

 

 

 

 

 

 

 

Ülviyyə Abbasova, filologiya üzrə fəlsəfə doktoru 

Bakı Slavyan Universiteti Azərbaycan multikulturalizmi kafedrası, müdir 

abbasova_u@mail.ru 

 

RESPUBLİKAMIZDA YAŞAYAN ETNİK QRUPLARIN ƏDƏBİYYAT 

NÜMUNƏLƏRİNDƏ AZƏRBAYCANÇILIQ  İDEYALARI 

 

Açar  söz:  multikulturalizm,  Azərbaycanda  multikulturalizm  ənənələri,  etnik  qruplar,  folklor 

nümunələri, azərbaycançılıq 



Key  words:  multiculturalism,  multicultural  traditions  in  Azerbaijan,  ethnic  groups,  samples 

of folklore, Azerbaijanizm 

 

Yer kürəsində 2000 – dən 4000 – ə qədər xalq, millət və etnik qrup yaşayır. Dünyada bu qədər 



xalq,  millət  və  etnik  qrupun  olması  bir  o  qədər  də  psixologiya,  etnomədəniyyət,  etnik  şüur, 

mentalitet,  həyat  və  davranış  tərzinin  olması  deməkdir.  Bu  müxtəlifliklərin  öyrənilməsi,  azsaylı 

xalqların  milli  –  mədəni  dəyərlərinin  geniş  ictimai  sferada  təbliği,  yaşadılması  həm  də  müasir 

demokratik dünyada inkişafın başlıca prinsipinə və göstəricisinə çevrilmişdir. Hər hansı bir dövlətin 

demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan xalqlara olan münasibətidir. Dünyanın 

əksər çoxmillətli dövlətləri sırasında Azərbaycan Respublikası da var [1, s. 32]. 

Multikulturalizm və tolerantlıq sözləri termin kimi bizim üçün yeni olsa da, mahiyyətcə yeni 

deyil.  Azərbaycan  çox  rəngarəng  bir  coğrafi  məkanda,  tarixi  İpək  yolunun  üzərində,  Şərqlə  Qərb 

sivilizasiyalarının  toqquşduğu  məkanda  yerləşir.  Azərbaycan  müxtəlif  etnik  və  dini  qrupların 

ənənəvi  dözümlülük  və  harmonik  birgə  yaşayışı  üzərində  qurulmuş  və  həyata  keçirilən  milli 

siyasətin  aparıldığı  çoxmillətli  və  çoxdinli  ölkədir.  Qanun  mənşəyindən,  milliyyətindən,  dinindən 

və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bir neçə 

əsr ərzində milli  azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə 

sülh  və  harmoniya  şəraitində  yaşamış  və  yaşayırlar.  Azərbaycanda  milli  azlıqlar  ölkə  əhalisinin 

9,4%  –  ni  təşkil  edir.  Azərbaycan  tarixən  unikal  çoxmillətli  cəmiyyət  olduğu  üçün  bu 

multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. 

Azərbaycan  cəmiyyətinin  əsas  hissəsi  azərbaycanlılardan  ibarət  olsa  da,  ölkənin  müxtəlif 

yerlərində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Ölkəmiz müstəqillik 

əldə  etdikdən  sonra  milli  azlıq  və  etnik  qrupların  hərtərəfli  inkişafı  üçün  dövlət  tərəfindən  zəmin 

yaradılmışdır.  Ümummilli  lider  Heydər  Əliyev  həmişə  ölkə  ərazisində  azsaylı  xalqlara  hörmətlə 

yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Ulu 

öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

267

 

 



 

 

sərvətləri  deyil,  onun  ərazisində  yaşayan  xalqlardır”  [3].  Bu  siyasət  bu  gün  də  cənab  Prezident 



İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Azərbaycanda  yaşayan etnik qruplar, azsaylı xalqlarının folklor nümunələrinə, tərcümələrinə 

nəzər  salsaq  görərik  ki,  hər  zaman  azərbaycançılıq  xüsusi  yer  tutur.  Folklor  nümunələrində  milli 

qəhrəmanlarımız  haqqında  düşüncələr,  işğal  edilmiş  torpaqlarımızla  bağlı  ədəbiyyat  nümunələri, 

milli  bayramlarımız  haqqında  şeir  nümunələri,  Azərbaycanın  coğrafiyası,  tarixi  yerləri,  abidələri, 

maddi mədəniyyəti, incəsənəti barədə fikirlərə rast gələ bilərik. 

Avarlar  Azərbaycanın  şimal  bölgəsində,  əsasən  Balakən,  qismən  də  Qax  və  Zaqatala 

rayonlarında  yaşayırlar.  Avar  yazarları  öz  dilləri  ilə  yanaşı,  Azərbaycan  dilində  də  ədəbiyyat 

yaradırlar. Avar poeziyasının nümayəndəsi Ramazan Xutrayev “Kövrəldim” adlı şeirində yazır: 

Xatirələr köks ötürdü, inlədi, 

Yenə İslam: “Vaxt keçir evlən” – dedi. 

Teleekranda cavanlaşan Şövkəti, 

“Ağ çiçəyi” dərən gördüm, kövrəldim [2, s. 163]. 

 

Göründüyü kimi yuxarıdakı misralarda Ramazan Xutrayev Azərbaycanın görkəmli xanəndəsi 



Şövkət  Ələkbərovanın  “Ağ  çiçəyim”  mahnısını  yada  salır.  Həmçinin  Azərbaycanın  məşhur 

xanəndəsi  İslam  Rzayevin  ifasından  nümunə  gətirir.  Bunlar  onu  göstərir  ki,  avarlar  öz  ədəbiyyat 

nümunələrində  öz  incəsənət,  mədəniyyətləri  ilə  yanaşı,  Azərbaycan  xalqının  görkəmli  incəsənət 

nümayəndələrinin təbliğinə də geniş yer vermişdir. 

Tatların  yaşadığı  ərazi  əsasən  Quba  –  Xaçmaz  iqtisadi  –  coğrafi  rayonuna  daxildir.  Yerli 

xalqla qohumluq əlaqələri quran tatlar bölgənin inkişaf etməsində mühüm rol oynayırlar. Professor 

Maqsud Hacıyev “Bizim bir vətənimiz var: Azərbaycan!” adlı məqaləsində yazır: “Türkcə danışan 

azərbaycanlı  da,  bu  ölkənin  talışı  da,  tatı  da,  kürdü  də,  ləzgisi  də,  xınalıqlısı  da,  udini  də... 

azərbaycanlıdırlar,  hamısı  bu  vətənin  bərabərhüquqlu  vətəndaşlarıdırlar,  bir  ananın  övladlarıdırlar. 

Bu xalqlar barmaqları müxtəlif olan bir ələ bənzəyirlər, lakin hamısı birlikdə yumulanda bir vahid 

və  bütöv  yumruğa  çevrilirlər  ki,  onun  da  bir  iftixarlı  –  şöhrətli  adı  var:  Azərbaycan  xalqı!”  [2,  s. 

182]. 


Kitabdakı  şeirlərin  birində  bu  torpağın  övladlarının  dostluq  və  qardaşlığı  haqqında  belə 

deyilir: 

Bu diyarda doğulmuş ata – analarımız, 

Bu torpaqda gah tikan, gah da gül dəriblər. 

Hər kimik: ya kürd, ya tat, ya da talış, 

Vətənin ayaqları altında nazbalış olmalıyıq. 

Biz hamımız bir xalqıq: ləzgi, türk, udin... 

Gəl, qardaş, əllərini mənə ver. 

Bir olmuşuq, bir əhd – peymana bağlıyıq; 

Hamımız Azərbaycan övladıyıq [2, s. 184]. 

 

Udinlər  Qəbələ  rayonu  ərazisində  yaşayırlar.  Qəbələnin  orta  ümumtəhsil  məktəblərində  udi 



dilinin  öyrənilməsi  könüllüdür.  Udinlər  toy  mərasimlərində  milli  rəqsləri,  həmçinin  “yallı”, 

“uzundərə” kimi Azərbaycan xalq rəqsləri ifa edirlər. 

Kürdlər  vaxtilə  Kəlbəcər  –  Laçın  iqtisadi  –  coğrafi  rayonuna  daxil  olan  Laçın,  Qubadlı  və 

Zəngilan  ərazisində  yaşayırdılar.  Məlum  səbəblərə  görə  hal  –  hazırda  Bakı  və  Sumqayıtda 

məskunlaşıblar. Kürd poeziya nümayəndəsi Rəfayıl Mayılov “Laçın” şeirində yazır: 

Sənsiz didələrim qan ağlayır, qan, 

İnan, xilasına hazıram hər an. 

Yaralı ürəyim ayrılığından, 

Olub qəmlə dolu bir saray, Laçın [2, s. 245]. 

 

Bu  şeirlə  biz  yenə  əmin  oluruq  ki,  Azərbaycanda  yaşayan  etnik  qrupların  nümayəndələri  



ürəklərində  həmişə  qan  yaddaşımız  olan  Qarabağ  probleminə  biganə  deyillər  və  bu  torpaqlarımız 

uğrunda bizimlə çiyin – çiyinə döyüşə hazırdırlar. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

268

 

 



 

 

Dağ  yəhudi  poeziyasının nümayəndəsi  Simax Şeyda  yazır: “Biz Azərbaycanda  yaşayan dağ 



yəhudiləri bu ölkənin mədəniyyəti və ədəbiyyatından bəhrələnmişik. Ana dili kitabımız “Ana dili” 

və  “Əlifba”  olub.  Analarımız  laylamızı  azəri  və  yəhudi  dillərində  oxuyublar.  Dahi  Xaqaninin, 

Nizaminin,  Nəsiminin,  Sabirin,  Səməd  Vurğunun,  Mikayıl  Müşfiqin,  Rəsul  Rzanın  şeirləri 

ruhumuzu oxşayıb, bizə məhəbbət hissi aşılayıb. Uşaqlarımız A.Şaiqin, A.Səhhətin, M.Ə. Sabirin, 

M.Dilbazinin, M.Seyidzadənin şeirlərini oxuya – oxuya boya – başa çatıblar. Bir sözlə, Azərbaycan 

şairlərinin şeirləri bizim hamımız üçün bir məktəb rolunu oynayıb, gələcək həyata inamla baxmağa, 

insanlara məhəbbətlə yanaşmağa və dünyanın gözəlliklərini duymağa çağırıb”[2, s. 258]. 

Dağ  yəhudi  nümayəndələri  zaman  –  zaman  Azərbaycan  ədəbiyyatının  nümunələrini  yəhudi 

dilinə çeviriblər. Bu tərcümələr arasında Nizaminin məşhur “Sənsiz” qəzəli, Natəvanın “Qərənfil”, 

Vaqifin  “Durnalar”,  “Bayram  oldu”,  S.Vurğunun  “Azərbaycan”,  R.Rzanın  “Olum  ya  ölüm”, 

M.Müşfiqin “Məhəbbət”, “Küləklər”, H.Cavidin “Kor  ərəbin  mahnısı”, Ə.Cəmilin “Can nənə, bir 

nağıl de”, N.Həsənzadənin “Heç nə istəməyən qız”, Ə.Kərimin “İki sevgi” və başqalarının məşhur 

şeirləri də vardır [2, s. 260]. 

Azərbaycan  xalqı  kimi  yəhudi  xalqı  da  bu  gözəl  şeirlərin  çoxunu  əzbərdən  bilirlər.  Yəhudi 

uşaqlarının  dilindən  bu  gün  də  M.Ə.Sabirin  “Gəl  –  gəl  a  yaz  günləri”,  “Uşaq  və  buz”,  A.Şaiqin 

“Keçi”, “Ay pipiyi qan xoruz” şeirləri düşmür. 

Dağ yəhudi poeziyası nümayəndəsi Anton Aqarunov “İki xalqın dostluğu” şeirində yazır: 

Kim ayırar bizi bir – birimizdən, 

Kimin gücü çatar, ayırsın bizi. 

Ömürlük dostuq biz Azəri xalqla, 

Allah belə yaratmış ürəyimizi. 

Hər vaxt sevinərik, hər vaxt gülərik, 

Çünki bu xoşbəxt həyat bizimdir

Biz mərd insanlarıq, qədir bilənik, 

Gözəl Azərbaycan, əlbət bizimdir. 

Bizim ana yurdumuz Azərbaycan, 

Gül açılmış, güllü bağa dönübdür. 

Artıq nəki zülm var, nədəki vuran, 

Heç vaxtı enilməz dağa dönübdür. 

Bizim İsrailin qəlbində varsan, 

Xalqımız unutmamış, unutmaz səni. 

Şairlər vətəni nə bəxtiyarsan, 

Şair Anton hər vaxt xatırlar səni [2, s. 278]. 

 

Şair  burda  yəhudi  və  azəri  xalqının  tarixən  dost  xalqlar  olduğundan,  xalqımızın  mərd, 



qədirbilən insanlar olmasından, ölkəmizin  artıq müstəqil, güclü,  qüdrətli  bir ölkəyə  çevrildiyindən 

söhbət  açır,  Azərbaycanı  bir  yenilməz  dağa  bənzədir.  Həmçinin  yəhudilərin  bizim  ölkəmizə, 

xalqımıza olan hörmət və sevgisindən söz açır. 

  Dağ  yəhudi  poeziyasının  digər  görkəmli  nümayəndəsi  Simax  Şeyda  “Novruz  bayramı” 

şeirində  xalqımızın  milli  bayramı  Novruz  bayramının  adətlərini,  yaz  fəslinin  xüsusiyyətlərini, 

insanların bayram əhval – ruhiyyəsini təsvir edir: 

Salam, Novruz bayramı, 

Salam, ay yaz bayramı! 

Bu gün gülüb – sevinir, 

   Şadlıq eyləyir hamı. 

Göyərib səmənilər, 

Bəzənibdir xonçalar 

İnsanların üzünə 

Gülür bağlar – bağçalar [2, s. 271]. 

 

Simax Şeyda “Natəvan” şeirində  Xan qızı  Natəvandan söhbət  açır. O, Natəvanın  mehriban, 



qayğıkeş, mərhəmətli insan olduğunu və şeirə, sənətə heyranlığını bildirir. Onun İsa bulağından su 

 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin