Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə45/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

247

 

 



 

 

Digər tarixi abidə  yeri iki gəncin sevgisini ifadə edən nağıla əsaslanan “Dam batan” adlanan 



yerdir. 

Qəbələ  rayonunun  ən  məşhur  ziyarətgah  yeri  “Komrat

1

”  təxminən  V-  VII  əsrə  aid  edilir. 



Hansı ki, buranı həm müsəlmanlar, həm də, xristianlar ziyarət edir və burada qurban kəsirlər. 

Əfsanəyə görə VII əsrdə İmam Əli islam dinini təbliğ etmək üçün Qəbələyə gəlir. Qəbələdə 

gözəl bir qıza aşıq olub evlənir. Evlənəndən bir müddət sonra Qəbələni tərk etmək məcburiyyətində 

gəlir.  Qəbələdən  gedən  zaman  yoldaşına  qızıl  bilərzik  hədiyyə  edir.  İmam  Əlinin  gedişindən  bir 

müddət sonra onun xanımı bir oğlan uşağı dünyaya gətirir. İllər keçir, İmam Əli Qəbələyə qayıdır. 

Kəndin  girəcəyində  10-12  yaşlı  bir  oğlan  uşağının  oynadığını  görür.  Uşaq  o  qədər  güclü  idi  ki, 

özündən yaşca böyüklərlə güləşir, hətta onlara qalib gəlir. Sonra isə qalib gəldiklərini dağdan aşağı 

atır. Bunu görən İmam Əli dözə bilməyib uşağı özü dağın başından atmaq qərarına gəlir. Dağdan 

atdığı  zaman  oğlanın  biləyində  olan  qızıl  bilərziyi  görür,  ancaq  bu,  uşağı  dağdan  aşağı  atmaq 

qərarını dəyişdirməyə mane ola bilmir. Çünki artıq gec idi. Yoldaşı ilə görüşüb söhbət edir, söhbət 

zamanı  öyrənir  ki,    dağdan  atdığı  uşaq  öz  oğlu  imiş.  Bunu  bildiyi  zaman  belə  peşmançılıq  hissi 

keçirmir. Öz oğlunun cəsədini tapıb dəfn edir. Qəbri üstündə isə türbə tikdirir. O gündən isə Komrat 

ziyarətgah məskəninə çevrilir.  

“Xan  yolu”  meşənin  içindən  keçən  yoldur.  Özünəməxsus  tarixə  malikdir.  Udilərin  “Tubul 

pəhləvan” nağılında tamlıqla bu yolun təsviri verilmişdir. 

Nicdə çoxlu sayda pirlər vardır. Təxminən 300 - 400-ə qədər. Hətta bir məhəllədə 3 və daha 

çoxuna rast gəlmək olar. Təəssüf ki, onların hamısı tədqiq olunmayıb. Kənddə bu pirlərin çoxluğu 

ilə  bağlı  belə  bir  söz  də  var.  Təbii  fəlakət,  məsələn,  sel  olanda  insanlar  bir-birinə  deyilər, 

qorxmayın, kəndin dörd tərəfini pirlər əhatə edir,  onlar qoymaz  ki, kəndə ziyan dəysin. 

Udilərə  məxsus  tətbiqi  sənət  nümunələri  də  çoxdur:  Kansara  və  tənkitin  hörülməsi.  Tapakın 

rəndələnməsi. Bu tətbiqi sənət nümunələri bu gün də  davam edir və gənc nəsillərə öyrədilir. 

 

İstifadə olunmuş ədəbiyyat:  

1.Georgi Keçari. Udilərdə ənənəvi toy mərasimləri. Bakı-“Agah”, 2004 

2.Robert Mobili. Удины: язык, религия, фольклор и традиции. Баку, 2011 

 

Xülasə 


Məqalədə  udilərin  tarixi,  etnoqrafiyası,  folkloru,  maddi-mədəniyyət  abidələri  haqqında 

nəzərdən keçirilmişdir. Udilərinin toy adət-ənənələri, xüsusilə də bu toylarda diqqəti çəkən detallar 

özünəməxsus şəkildə əks etdirilmişdir. Məqalədə verilən bütün göstəricilər Qəbələ rayonunun Nic 

kəndinin udilərinin spesifik ənənələrini üzə çıxartmışdır. 

 

S.Mahmudova 



Historical and cultural relics in Udils folklore 

Summary 


The  article  have  been  considered  Udils  history,  ethnography,  folklore,  material-cultural 

monuments. Udils wedding traditions, in particular the striking details of the wedding  reflected in 

its  own  way.  The  article  brought  to  light  all  indicators  of  the  specific  traditions  of  Udils  in  Nij 

village of Gabala region.  

 

 

 



 

 

 



 

 

 



                                                           

1

 “Böyük ata” dəməkdir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

248

 

 



 

 

Sahilə Rafiq qızı İbrahimova 



Azərbaycan Dövlət Pedaqoji Universiteti, tyutor 

sahila.ibrahimova@yahoo.com 

 

 

MULTİKULTURALİZM: DİL MİLLƏTLƏR VƏ XALQLAR ARASINDA 



DİALOQUN ƏSAS VASİTƏSİ KİMİ 

 

Açar sözlər: multikulturalizm, dil, mədəniyyət, çoxmillətli, milli azlıqlar, din. 

Key words: multiculturalism, language, cultural, multinational, national minorities, religion. 

 

    Ulu öndər Heydər Əliyev: 



“Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər də zəngin olar” 

 

Multikulturalizm  –  dünya  xalqlarının,  etnik  azlıqların,  ümumiyyətlə  bütün  bəşəriyyətin 



qarşılıqlı  hörmət  əsasında  ünsiyyət  formasıdır.  Dünya  elm  adamları  isə  belə  ünsiyyəti,  elmi 

nailiyyətləri bölüşmək, inkişaf etdirmək üçün beynəlxalq forumlar, konfranslar, simpoziumlar və s. 

tədbirlər həyata keçirirlər. 

2016-cı  ilin  multikulturalizm  ili  elan  olunması  tarixən  multikulturalizm  dəyərlərinin  olduğu 

bir məkanda – Azərbaycanda gözlənilməz bir yenilik deyildi. Ölkəmizdə multikulturalizm milli və 

ümumbəşəri dəyərləri, mədəni bərabərliyi, ədalət və mərhəməti, tolerantlığı, mədəni müxtəlifliyi və 

plüralizmi,  birgəyaşayışı  özündə  əks  etdirir.  Ulu  öndərimiz  Heydər  Əliyev  çıxışlarının  birində 

demişdir:  “Azərbaycanın  varı,  dövləti  təkcə  onun  pambığı,  yeraltı,  yerüstü  sərvətləri    deyil,  onun 

ərazisində  yaşayan  xalqlarıdır.  Azərbaycan  onun  ərazisində  yaşayan  bütün  millət  və  xalqların 

ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, 

kumık  da,  başqası  da  –  bütünlükdə  hamısı  azərbaycanlıdır”  [1.  s.  6].    Elə  burdan  da  birmənalı 

şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  İlham  Əliyev  çıxışlarının  birində  məhz  bu 

barədə  belə  demişdir:  “Multikulturalizm  Azərbaycanın  dövlət  siyasəti  və  həyat  tərzidir.  Bu  gün 

Azərbaycan  artıq  dünyada  tanınmış  multikulturalizm  mərkəzlərindən  biridir.  ...bəzi  ölkələrdə 

multikulturalizm  iflasa  uğrayıb,  özünü  doğrultmayıb.  Azərbaycanda  isə  multikluturalizm  yaşayır, 

möhkəmlənir,  dərin  köklərə  malikdir  və  gələcəkdə  bəşəriyyətin  inkişafının  yeganə  yoludur. 

Nisbətən  yeni  anlayış  olmasına  baxmayaraq,  multikulturalizm  əsrlər  boyu  xalqımıza  xas  olan  bir 

dəyərdir”[2]. 

Multikulturalizm  ensiklopedik  mənada  eyni  bir  ölkədə  yaşayan  müxtəlif  xalqların 

nümayəndələrinin  mədəniyyət  hüquqlarını  tanıyan  humanist  dünyagörüşüdür.  Multikulturalizmin 

elmi  tərəflərindən  danışmaq  daha  məqsədə  uyğundur.  Bu,  hər  bir  ölkədə  irqi  və  dini  fərqlər 

qoymadan  bütün  vətəndaşların  hüquqi  bərabərliyidir.  Müasir  dövrdə  qloballaşan  dünyada  da 

multikulturalizm  siyasəti  nəticəsində  insanların  dinindən,  irqindən,  dilindən  asılı  olmayaraq  birgə, 

mehriban,  qarşılıqlı  şəraitdə  yaşamaları  ünsiyyət  vasitəsi  olan  dildən  də  yan  keçmir.    Belə  ki, 

insanların birgə yaşaması və xalqların mədəni əlaqələri nəticəsində bir dilin digər dilin leksikasına 

nüfuz  etməsi  yeni  sözlərin  yaranmasına,  formalaşmasına  böyük  təsir  edir.  Bu  baxımdan  məsələyə 

dil  faktorunun  təsiri  böyükdür.  Dil  –  millətlər  və  xalqlar  arasında  dialoqun  əsas  vasitəsidir.  Bəlkə 

də, dil nə maddi sərvət, nə pul, nə də daş-qaşdır. Ancaq dil, elə bir xəzinədir ki, bəşəriyyətin bütün 

nailiyyətləri,  tarixi,  elmi  dəyərləri  burada  toplanır.  Dil  sülhü  və  müharibəni  elan  edir,  elmi  və 

mədəniyyəti  yayır.  O,  elə  bir  qədim  və  müasir    bu  ölkəmizdə  yaşayan  milli  azlıqların  həm  öz 

dillərini,  həm  də  bizim  dilimizi  öyrənməyə  sövq  edir.  Dil  eyni  zamanda  bütün  bəşəri  dəyərlərin 

inkişafına  xidmət  edir.  Hələ  qədim    yazılı  abidələrdə  müxtəlif  qəbilə,  tayfa  və  etnosların  

multikultural dəyərlərə söykənərək dinc yanaşı yaşamaları təsvir edildiyi kimi, dillərini bir-birindən 

təsirlənərək zənginləşdirdiyini görürük.  

Dillərin  belə  qarşılıqlı  münasibətlərini  “sosial  dözümlülük”  adlandıran    Y.Deşeriyev  yazır: 

“Sosial ehtiyac dillərin birgə və qarşılıqlı münasibətlərini həm zəruri  etmiş, həm də onları aradan 

çıxmadan, assimilyasiyadan qorumuşdur”[3].   



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

249

 

 



 

 

Deməli,  dillər  də  multikultural  şəraitdə  yaşama  ehtiyacı  duyur.  Burada  da  dillərin  qarşılıqlı 



öyrənilməsi  zərurəti  yaranır.  Multikulturalizmdə  əsas  istiqaməti  dil  və  təhsil  strategiyalarıdır. 

A.Axundov qeyd edir ki, xalqın mədəni səviyyəsi nə qədər yüksək olarsa, onun dilinin səviyyəsi də 

yüksəlmiş  olar.  Yəni,  hər  zaman  olduğu  kimi,  müasir  zamanda  da  dil  və  mədəniyyət  qarşılıqlı 

vəhdət təşkil edir. 

Hazırda ölkəmizdə 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlara qafqazdilli, irandilli, 

türkdilli, slavyan dilli qruplar aiddir. Onların sırasında udiləri (Şəki, Oğuz, Qəbələ), saxurları (Şəki 

rayonu  Şin  və  Qaynarca  kəndlərində)  ingiloyları  (Zaqatala,  Qax),  xınalıqları,  qırızları,  butuqdalı 

(Quba  rayonu  Xinalıq,  Buduq,  Qrız  kəndlərində),  tatları  (Şabran,  Quba,  Şamaxı,  Xızı,  İsmayıllı), 

talışları  (Lerik,  Masallı,  Astara,  Yardımlı),    rusları,  ləzgiləri  (Quba,  Qusar,  Xaçmaz),  yəhudiləri 

(Quba  rayonunun  Qırmızı  qəsəbəsində),  kürdləri  (Şirvan,  Ara,  Beyləqan,  Kəlbəcər,  Laçın)  və  s. 

digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa 

bir  hissə  isə  tarixin  müxtəlif  mərhələlərində  baş  verən  sosial-siyasi  proseslərin  nəticəsi  olaraq 

torpaqlarımızda məskunlaşmışlar.  

Ölkəmizdə  Altay  ailəsinin  türk  qoluna  məxsus  azərbaycanlılar,  tatarlar,  ahıska  türkləri, 

həmçinin  hind-avropa  (tatlar,  talışlar,  dağ  yəhudiləri,  kürdlər),  qafqaz  (udilər,  ləzgilər,  avarlar, 

saxurlar, buduqlar, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) və s. dil 

qruplarının  təmsilçiləri  vardır.  Hazırkı  dövrdə  multikulturoloji  dəyərlərə  mühüm  əhəmiyyət 

verilməsini  şərtləndirən  əsas  amillər  sırasında  bu  xalqlar  və  millətlər  arasında  təşəkkülü  tapan 

qarşılıqlı ünsiyyətin zaman-zaman formalaşan ənənələri dayanır. 

Azərbaycanda  yaşayan  müxtəlif  xalqların  nümayəndələrini  bu  gün  Azərbaycanın  hər  bir 

sahəsində  -  siyasətdə,  təhsildə,  idmanda,  mənəvi  həyatda,  bir  sözlə,  bütün  sahələrdə  görmək 

mümkündür.  Milli  azlıqların  sıx  yaşadıqları  bəzi  rayonların  orta  məktəblərinin  ibtidai  siniflərində 

(avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi təşkil edilmişdir. 2003-cü ildə 

Bakıda  ivrit  yəhudi  tarixini  və  mədəniyyətini  tədris  edən  özəl  yəhudi  orta  məktəbi  açılmışdır. 

Hazırda  bu  məktəbdə  250  şagird  təhsil  alır.  2014-cü  ildə  yaradılmış  Bakı  Fransız  liseyi 

Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbililərin təhsil almasına xidmət göstərir. 

Bütün ali və orta məktəblərimizdə rusdilli bölmələr fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına rus, 

avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq, ivrit dillərində əlifbalar, tədris proqramları və digər 

dərsliklər, məktəbli lüğətləri mütəmadi olaraq çap edilir. Eyni zamanda təlim yalnız rus dilində olan 

19,  və  təlim  yalnız  gürcü  dilində  olan  6  orta  ümumtəhsil,  345  beynəlmiləl  orta  məktəb  fəaliyyət 

göstərir.  Hər bir dövlətin təhsillə bağlı qurumları insan haqlarını öz milli tədris planına salmalıdır. 

Bu  çox  mühüm  hadisədir.  İnsan  haqlarına  hörmət  məktəbin  özündə  demokratik  ruhun  inkişafıdır. 

Təhsil  alan  şagirdlər  öz  millətlərinə,  eyni  zamanda  digər  millətlərə  hörməti  bir  növ  kombinasiya 

etməlidir.  Məktəb  insanın  xarakterini  formalaşdırır.  Demokratik  təhsil  sistemi  məktəbdə  qarşılıqlı 

hörmət və ehtiram tələb edir.  

Azərbaycanda  radio  və  televiziya  məkanı  da  milli  və  dini  azlıqlar  üçün  açıqdır.  Azərbaycan 

Dövlət  Radiosunda kürd, ləzgi, talış,  gürcü  dillərində Dövlət  büdcəsindən maliyyələşdirilən radio 

verilişləri təşkil edilir. İnternet – televiziyalarda onların dilləri və mədəniyyətləri haqqında maraqlı 

məlumatlar əldə  etmək olar. Milli azlıqların  sıx  yaşadığı 5 bölgədə isə  yerli telekanalları fəaliyyət 

göstərir.  

Mətbuat  və  kitab  nəşri  ilə  bağlı  onu  da  qeyd  etmək  olar  ki,  ləzgi,  talış,  rus,  xınalıq,  yəhudi, 

gürcü dillərində qəzet və ya qəzet səhifələri çap edilir. Rus dilində teatr, orta və ali məktəblər və s. 

fəaliyyət  göstərir,  kitablar,  broşüralar  çap  edilir.  Bu  gün  Azərbaycanda  yaşayan  etnik  icmaların 

dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnallar nəşr edilir. 

Bir sözlə, multikulturalizm  cəmiyyətində  baş verən inkişafla əlaqədar olaraq, bu və  ya digər 

xalqların dilləri məhz bir-birinə keçən yeni sözlər hesabına sürətlənir və inkişaf edir.  

Müstəqil  respublikamızda  Azərbaycan  Milli  Elmlər  Akademiyasında  milli  azlıqların  dilini, 

dinini,  mədəniyyətini,  tarixini,  etnoqrafiyasını  öyrənən  və  tədqiq  edən  bölmə  yaradılmışdır, 

institutlararsı elmi tədqiqat virtual mərkəzinin təsis edilməsi ilə bağlı qərar qəbul edilmişdir.  Təhsil 

nazirinin  müvafiq  göstərişi  ilə  2015-ci  ilində  etibarən,  bakalavr  səviyyəsində  “Multikulturalizmə 

giriş”, magistr səviyyəsində isə “Azərbaycan multikulturalizmi” fənlərinin tədris olunması  tövsiyə 

olunmuşdur. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

250

 

 



 

 

Bakı  Slavyan  Universitetində    2015-ci    ildə  “Azərbaycan  multikulturalizmi”  kafedrası 



yaradılmışdır.  Universitetin  bütün  ixtisaslarında  bakalavr  pilləsində  “Multikulturalizmə  giriş”, 

regionşünaslıq  ixtisasında  “ixtisas  ölkəsinin  mədəniyyəti”,  “ixtisas  ölkəsinin  etnopsixologiyası”, 

“müqayisəli ədəbiyyat” və s. fənlər tədris olunacaqdır. 

Bu gün 7 xarici ölkə universitetində (Müqəddəs  Kliment Oxridski adına Sofiya Universiteti, 

İvan  Cavaxişnili  adına  Tbilisi  Dövlət  Universiteti,  Ural  Federal  Universitetinin  Yekaterinburq,  

Praqa  Karlov  Universiteti  (Çex  Respublikası),  Roma  Sapienza  Universiteti  (İtaliya)  və  Belarus 

Dövlət Universiteti) “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.  

Beləliklə, hər bir xalqın nümayəndələri ilə əlaqələri genişləndirməli, qloballaşan dünyada geri 

qalmamalı,  elm  və  texnologiya  cəhətdən  inkişaf  etməli,  öz  milli-mənəvi  dəyərlərini  qorumaqla 

inteqrasiya  etməlidir.  Belə  bir  vəziyyətdə  əcnəbi  dillərin  leksikasında  keçən  sözlərin  dilin  qayda-

qanunlarına  uyğunlaşdırmaqla  daxil  olması  olduqca  təbii  bir  dilçilik  hadisəsidir.  Nəticə  etibarilə 

yeni sözlərin meydana gəlməsi Azərbaycan dilinin lüğət tərkibini də inkişaf etdirərək zənginləşdirir. 

Yuxarıda  qeyd  etdiyimiz  məsələlər  bir  daha  sübut  edir  ki,  multikultural  münasibət  təkcə  sosial 

həyatda deyil, dilin daxilində də mövcuddur. 

ƏDƏBİYYAT 

1.Heydər Əliyev və azərbaycançılıq ideologiyası. Azərbaycan.-2011.-17 may, s.6 

2.Əliyev  İ.H.  İkinci  Humanitar  Forumda  çıxışı.  Bakı,  2011//  “Respublika”  qəzeti,  23  may, 

2011-ci il. 

3. Ю. Д. Дешериев.  Социальная лингвистика. М:. Наука, 1977, 382 с. 

 

Xülasə 



Hər  bir  xalqın  nümayəndələri  ilə  əlaqələri  genişləndirməli,  qloballaşan  dünyada  geri 

qalmamalı,  elm  və  texnologiya  cəhətdən  inkişaf  etməli,  öz  milli  mənəvi  dəyərlərini  qorumaqla 

inteqrasiya  etməlidir. Nəticə olaraq, bir daha sübut olunur ki, multikultural  münasibət  təkcə  sosial 

həyatda deyil, dilin daxilində də mövcuddur. 

 

Multiculturalism: language as the main of dialogue between nations and peoples 



Summary 

One of the important features of multiculturalism is minority rights, as well as freedom to use 

minority language in schools, media and ect. in the state structures of Azerbaijan, different national 

minorities  are widely represented. Representatives of national  minorities hold  leading  positions  in 

local authorities, institutions of local government and other structures. 

 

 

 

 

 

 

 



 

 

Zümrüd Zeynalova  



AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun   

Sosiolinqvistika və dil siyasəti şöbəsinin böyük laborantı 

zumrud.zeynalova.80@mail.ru   

 

KOMMUNİKATİV QRAMMATİKANIN TƏDRİSİ ÜSULU 

 

Açar sözlər: kommunikativ, dil, qrammatika, tədris, üsul 

Key words: communication, language, grammar, teaching, method 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

251

 

 



 

 

Tədrisin ən çətin aspektlərindən hesab olunan qrammatikanın qavranılması bir sıra qayda və 



istisna hallar sayəsində çətinliklər yaradır. Digər çətinlik isə qrammatik qaydaları şifahi nitqə tətbiq 

etməkdən  ibarətdir.  Dil  tədrisi  üzrə  kifayət  qədər  təcrübəyə  yiyələnmiş  professorlar  auditoriyada 

qrammatikanın izahı və öyrədilməsi zamanı münasib fərqli metodlara müraciət etməyin vacibliyini 

anlayırlar. Hər bir təlimatçı öz şagird və tələbələrinə qrammatikanın tədrisi zamanı materialın onlar 

tərəfindən  daha  aydın  və  dəqiq  mənimsənilməsi  üçün  ən  məhsuldar  və  sınanmış  metodu  seçməyə 

çalışır.  Təlimatçılar  bu  axtarışlar  zamanı  bir  çox  fərqli  metodlara  müraciət  etsələr  də  hər  zaman 

nəaliyyət  əldə  etməyə  müvəffəq  olmurlar.  Buna  görə  də  düşünürük  ki,  ingilis  dilinin 

qrammatikasının  öyrənilməsinə  ənənəvi  yanaşma  tərzinə  bir  qədər  yenilik  gətirmək  təqdirəlayiq 

nəticələrin əldə olunmasına səbəb olar.  

Qrammatikanın tədrisi zamanı kommunikativ yanaşma metodu müasir dilçilik tarixində yeni 

kəşf deyil. Belə ki, bir çox digər dilləri tədris edən müəllim və professor heyəti tərəfindən müraciət 

edilmiş  və  uğurlu  nəticələrin  əldə  edilməsinə  səbəb  olmuş,  sınanmış  bir  üsuldur.  Cek  Riçards  (2, 

s.2) adlı dilçinin gəldiyi nəticəyə görə, qrammatikanın öyrədilməsinə kommunikativ yanaşma tərzi 

dilin  yüksək  səviyyəli  tədris  məqsədilə  tərtib  edilmiş  qaydalar  sistemi  kimi  başa  düşülməlidir.  Bu 

sistemə  dili  öyrənənlərin  qavrama  səviyyəsi,  öyrədilən  materialın  asan  şəkildə  auditoriyaya 

çatdırılması üçün göstərilən səylər və sinfi təşkil edən müəllimin, şagirdin və tələbələrin fəaliyyəti 

daxildir. Lakin dil tədris edən müəllimlərin hər bir yeniliyə yanaşma tərzi müxtəlifdir və hər biri öz 

metodunu əyaniləşdirən zaman məhsuldarlığa çalışır. 

     Digər  tərəfdən  hər-hansı  bir  dili  kommunikativ  üsulla  tədris  etməyə  çalışan  müəllim 

göstərilən  bacarıqlara  yiyələnməlidir:  cümlə  quruluşuna  əsaslanan  biliklərin  (cümlə  üzvləri, 

zamanlar,  dil  biliyinin  müəyyən  aspektləri  ilə  əlaqədar  olan  metodlar  məsələn,  intervü,  reportaj, 

dialoq və s.) aydın və ətraflı şəkildə auditoriyaya çatdırılması və qarşıdakı müxatibin dil haqqında 

bilik  səviyyəsinin  zəif  olmasına  baxmayaraq,  müxtəlif  əlaqələndirici  vasitələrdən  istifadə  etməklə 

dialoqu davam etmək bacarığı. 

Bütün  göstərilənləri  cəmləşdirərək  dil  tədrisi  ilə  məşğul  olan  professor-müəllim  heyəti  əldə 

edilən nəticələr əsasında müəyyən təhlillər apararaq öz auditoriyasına uyğun metod seçərək şagird 

və  tələbələrin  biliklərinin  inkişaf  etdirilməsinə  nail  ola  bilər.  Beləliklə  də,  kommunikativ 

qrammatikanın əsas hədəfli hər-hansı bir dili öyrənən şəxsin sahib olduğu dilə əlaqəli, müqayisəli 

şəkildə yeni (öyrədilən) dilin daha rahat üsulla qavranmasına səbəb olmalıdır ki, bu da həmin şəxsin 

sərbəst düşünməsinə, müqayisələr aparmasına, interaktiv bacarıqlarının aşkarlanmasına səbəb olur. 



Tədris üsulları 

Bir çox illərdir ki, ingilis  dili tədris edən müəllimlərin böyük qismi  ənənəvi  üsullara  əsasən, 

heç  bir  yeniliyə  cəhd  göstərmədən  tədris  prosesini  təşkil  edirdilər.  Lakin  1990-cı  ildən  etibarən 

xarici dilin tədrisi zamanı yüksək səviyyəli nəticələrə nail olmaq və nəzərdə tutulmuş hədəfə uğurla 

çatmaq  üçün  kommunikativ  üsuldan  istifadə  etməyə  qərarına  gəldilər.  Bu  metod  ildən-ilə  inkişaf 

etdirilərək hazırki səviyyəsinə çatdırıldı (2, s.2). 

Məhz  bu  səbəbdən  də  dilin  tədrisi  zamanı  kommunikativ  üsuldan  istifadə  edərkən  nəzərdə 

tutulmuş  auditoriyanın  yaş  həddi,  peşə  istiqamətləri,  öyrəndikləri  dil  hansı  məqsədlə  istifadə 

edəcəkləri, öyrədilən dil haqqında bilik səviyyələri və bu kimi məsələlər mütləq nəzərə alınır. Təbii 

ki,  hər  bir  müəllim  bütün  bu  məsələlərə  şəxsi  nöqteyi-nəzərdən  yanaşaraq,  tədris  zamanı  daha 

sadələşdirilmiş  üsuldan  istifadə  etməyə  çalışırlar.  Çünki  onlar  anlayırlar  ki,  bu  üsul  xarici  dil 

öyrənmək istəyənlərdə fərdi düşüncə qabiliyyətinin inkişaf etməsinə və yaradıcılıq bacarığının aşkar 

edilməsinə  səbəb olur. 

Xarici dilin öyrədilməsi prosesini asanlaşdıran 2 əsas məqam xüsusilə qeyd olunmalıdır ki, bu 

da həvəsləndirici və fərdi bilik və bacarıqların aşkar edilməsidir. Beləliklə də, auditoriyanın təşkili 

zamanı  müəllimin  əsas  vəzifəsi  müvafiq  təhlillər  apararaq  bu  məqamların  həyata  keçirilməsinə 

riayət etməkdir. 

Qarşılıqlı, kommunikativ əlaqənin dil haqqında olan məharət və bacarıqların formalaşmasına 

yardım  edən  ən  vacib  metod  olduğunu  düşünən  Cek  Riçards  adlı  dilçi  illərin  təcrübəsinə  

əsaslanaraq tərtib edilmiş qaydalara əsasən xarici dilin tədrisi zamanı istifadə olunan kommunikativ 

üsulun əsasən məğzini açan aşağıdakı fərziyyələri irəli sürür: 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

252

 

 



 

 

1. İkinci dilin,  yəni xarici dilin öyrədilməsi prosesini asanlaşdırmağın ən effektiv üsulu hər-



hansı  bir  mövzunu  müzakirə  etməyi,  həmin  mövzu  üzrə  şərhlər  aparmağı  2  nəfərdən  ibarət  olan 

cütlüklərə tapşırmaqdır. 

2.  Digər  effektiv  üsul,  tələbələrə  şəxsi  həyatları  və  ya  hər  hansı  bir  mövzu  ilə  əlaqədar  inşa 

mövzusu  yazmağı  tapşırmaqdır.  Belə  ki,  bu  zaman  tələbə  konkret  mövzu  ətrafında  düşünərək, 

fikirlərini daha ətraflı və elmi dildə ifadə etmək üçün öz üzərində işləməli olacaq. 

3.  Effektiv  üsullardan  biri  tələbələrə  müəyyən  peşədən  və  ya  dram  əsərindən  kiçik  parçaları 

əzbərləməyi  tapşırmaq  və  auditoriya  daxilində  hərəyə  öz  payına  düşən  hissəni,  yəni  rolunu  ifa 

etməyi tapşırmaq. 

4.  Daha  bir  üsul  auditoriyanı  təşkil  edən  şagird  və  ya  tələbələr  arasında  qarşılıqlı  əlaqə 

yaratmaqdır.  Bura  şagird  və  ya  tələbələrin  ev  tapşırıqlarını,  linqofonda  eşitdikləri  mövzuları 

qarşılıqlı  müzakirə  etməklərinə  şərait  yaratmaq  və  dil  haqqında  olan  biliklərini  qarşılıqlı  dialoq 

zamanı  aşkar  etmək,  hazırda  öyrədilən  bilikləri  hansı  üsulla  qavraya  biləcəkləri  şərtləri  müzakirə 

etməkdən ibarətdir. 

     Bu fərziyyələr dil tədris edən müəllimlərə qrammatikanın tədrisi zamanı münasib təhlillər 

apararaq nəticə  çıxarmağa  yardım  edən vasitələrdir. Kommunikativ metodun  əsasında duran digər 

məsələ  tədrisə  induktiv  və  deduktiv  yanaşma  tərzidir.  İnduktiv  yanaşma  üsulu  auditoriyanı 

qrammatik  materiala  aid  olan  və  onun  daha  yaxşı  qavranılmasını  təmin  edən  tapşırıqlardan, 

deduktiv yanaşma tərzi isə öyrədilən qrammatik materialın izahı zamanı müvafiq nümunələrə fikrin 

əsaslandırılmasıdır. 

 

ƏDƏBİYYAT 



1. Kazdal Vəfa Tofiq qizi., İngilis dilinin tədrisində kommunikativ yanaşma və onun tətbiqinə 

təsir göstərən amillər:(Avtoreferat) 

2. Jack C.Richards, Communicative language teaching today: 2006 

3. Skehan P., Applied Linguistics: How to Teach Grammar: 1996 

4.  Ulrich  V.,  Are  Communicative  and  Grammatical  Skills  more  Effectively  Acquired  in  a 

Traditional or Differentiated Beginning Level Foreign language Classroom? Thesiz: 1994 

 

XÜLASƏ 


 Dilin kommunikativ  təlimi digər dillərin ünsiyyət  vasitəsi  kimi  öyrədilməsini nəzərdə tutur. 

Bütün  göstərilənləri cəmləşdirərək dil tədrisi  ilə məşğul olan professor-müəllim heyəti əldə  edilən 

nəticələr  əsasında  müəyyən  təhlillər  apararaq  öz  auditoriyasına  uyğun  metod  seçərək  şagird  və 

tələbələrin  biliklərinin  inkişaf  etdirilməsinə  nail  ola  bilər.  Kommunikativ  qrammatikanın  əsas 

hədəfli  hər-hansı  bir  dili  öyrənən  şəxsin  sahib  olduğu  dilə  əlaqəli,  müqayisəli  şəkildə  yeni 

(öyrədilən)  dilin  daha  rahat  üsulla  qavranmasına  səbəb  olmalıdır  ki,  bu  da  həmin  şəxsin  sərbəst 

düşünməsinə, müqayisələr aparmasına, interaktiv bacarıqlarının aşkarlanmasına səbəb olur. 

 

Z.Zeynalova 



TEACHING METHODS of COMMUNICATIVE GRAMMAR 

SUMMARY 


Communicative  language  teaching  as  a  means  of  communication  training  involves  other 

languages. All mentioned forms of dealing with language teaching faculty on the basis of the results 

obtained through analysis of its audience by selecting the appropriate  method for the development 

of pupils and students can achieve proficiency.  

Communicative Grammar of the main objectives expressed in any language, learning about a 

person,  comparatively  new  (trained)  must  lead  to  a  better  perception  of  the  language  method  is 

more convenient and it is for that person to think freely, to conduct comparisons, interactive skills, 

identifying causes. 

 

 

 



 

 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin