“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
247
Digər tarixi abidə yeri iki gəncin sevgisini ifadə edən nağıla əsaslanan “Dam batan” adlanan
yerdir.
Qəbələ rayonunun ən məşhur ziyarətgah yeri “Komrat
1
” təxminən V- VII əsrə aid edilir.
Hansı ki, buranı həm müsəlmanlar, həm də, xristianlar ziyarət edir və burada qurban kəsirlər.
Əfsanəyə görə VII əsrdə İmam Əli islam dinini təbliğ etmək üçün Qəbələyə gəlir. Qəbələdə
gözəl bir qıza aşıq olub evlənir. Evlənəndən bir müddət sonra Qəbələni tərk etmək məcburiyyətində
gəlir. Qəbələdən gedən zaman yoldaşına qızıl bilərzik hədiyyə edir. İmam Əlinin gedişindən bir
müddət sonra onun xanımı bir oğlan uşağı dünyaya gətirir. İllər keçir, İmam Əli Qəbələyə qayıdır.
Kəndin girəcəyində 10-12 yaşlı bir oğlan uşağının oynadığını görür. Uşaq o qədər güclü idi ki,
özündən yaşca böyüklərlə güləşir, hətta onlara qalib gəlir. Sonra isə qalib gəldiklərini dağdan aşağı
atır. Bunu görən İmam Əli dözə bilməyib uşağı özü dağın başından atmaq qərarına gəlir. Dağdan
atdığı zaman oğlanın biləyində olan qızıl bilərziyi görür, ancaq bu, uşağı dağdan aşağı atmaq
qərarını dəyişdirməyə mane ola bilmir. Çünki artıq gec idi. Yoldaşı ilə görüşüb söhbət edir, söhbət
zamanı öyrənir ki, dağdan atdığı uşaq öz oğlu imiş. Bunu bildiyi zaman belə peşmançılıq hissi
keçirmir. Öz oğlunun cəsədini tapıb dəfn edir. Qəbri üstündə isə türbə tikdirir. O gündən isə Komrat
ziyarətgah məskəninə çevrilir.
“Xan yolu” meşənin içindən keçən yoldur. Özünəməxsus tarixə malikdir. Udilərin “Tubul
pəhləvan” nağılında tamlıqla bu yolun təsviri verilmişdir.
Nicdə çoxlu sayda pirlər vardır. Təxminən 300 - 400-ə qədər. Hətta bir məhəllədə 3 və daha
çoxuna rast gəlmək olar. Təəssüf ki, onların hamısı tədqiq olunmayıb. Kənddə bu pirlərin çoxluğu
ilə bağlı belə bir söz də var. Təbii fəlakət, məsələn, sel olanda insanlar bir-birinə deyilər,
qorxmayın, kəndin dörd tərəfini pirlər əhatə edir, onlar qoymaz ki, kəndə ziyan dəysin.
Udilərə məxsus tətbiqi sənət nümunələri də çoxdur: Kansara və tənkitin hörülməsi. Tapakın
rəndələnməsi. Bu tətbiqi sənət nümunələri bu gün də davam edir və gənc nəsillərə öyrədilir.
İstifadə olunmuş ədəbiyyat:
1.Georgi Keçari. Udilərdə ənənəvi toy mərasimləri. Bakı-“Agah”, 2004
2.Robert Mobili. Удины: язык, религия, фольклор и традиции. Баку, 2011
Xülasə
Məqalədə udilərin tarixi, etnoqrafiyası, folkloru, maddi-mədəniyyət abidələri haqqında
nəzərdən keçirilmişdir. Udilərinin toy adət-ənənələri, xüsusilə də bu toylarda diqqəti çəkən detallar
özünəməxsus şəkildə əks etdirilmişdir. Məqalədə verilən bütün göstəricilər Qəbələ rayonunun Nic
kəndinin udilərinin spesifik ənənələrini üzə çıxartmışdır.
S.Mahmudova
Historical and cultural relics in Udils folklore
Summary
The article have been considered Udils history, ethnography, folklore, material-cultural
monuments. Udils wedding traditions, in particular the striking details of the wedding reflected in
its own way. The article brought to light all indicators of the specific traditions of Udils in Nij
village of Gabala region.
1
“Böyük ata” dəməkdir.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
248
Sahilə Rafiq qızı İbrahimova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, tyutor
sahila.ibrahimova@yahoo.com
MULTİKULTURALİZM: DİL MİLLƏTLƏR VƏ XALQLAR ARASINDA
DİALOQUN ƏSAS VASİTƏSİ KİMİ
Açar sözlər: multikulturalizm, dil, mədəniyyət, çoxmillətli, milli azlıqlar, din.
Key words: multiculturalism, language, cultural, multinational, national minorities, religion.
Ulu öndər Heydər Əliyev:
“Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər də zəngin olar”
Multikulturalizm – dünya xalqlarının, etnik azlıqların, ümumiyyətlə bütün bəşəriyyətin
qarşılıqlı hörmət əsasında ünsiyyət formasıdır. Dünya elm adamları isə belə ünsiyyəti, elmi
nailiyyətləri bölüşmək, inkişaf etdirmək üçün beynəlxalq forumlar, konfranslar, simpoziumlar və s.
tədbirlər həyata keçirirlər.
2016-cı ilin multikulturalizm ili elan olunması tarixən multikulturalizm dəyərlərinin olduğu
bir məkanda – Azərbaycanda gözlənilməz bir yenilik deyildi. Ölkəmizdə multikulturalizm milli və
ümumbəşəri dəyərləri, mədəni bərabərliyi, ədalət və mərhəməti, tolerantlığı, mədəni müxtəlifliyi və
plüralizmi, birgəyaşayışı özündə əks etdirir. Ulu öndərimiz Heydər Əliyev çıxışlarının birində
demişdir: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun
ərazisində yaşayan xalqlarıdır. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların
ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də,
kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır” [1. s. 6]. Elə burdan da birmənalı
şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində məhz bu
barədə belə demişdir: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün
Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. ...bəzi ölkələrdə
multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb. Azərbaycanda isə multikluturalizm yaşayır,
möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin inkişafının yeganə yoludur.
Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir
dəyərdir”[2].
Multikulturalizm ensiklopedik mənada eyni bir ölkədə yaşayan müxtəlif xalqların
nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşüdür. Multikulturalizmin
elmi tərəflərindən danışmaq daha məqsədə uyğundur. Bu, hər bir ölkədə irqi və dini fərqlər
qoymadan bütün vətəndaşların hüquqi bərabərliyidir. Müasir dövrdə qloballaşan dünyada da
multikulturalizm siyasəti nəticəsində insanların dinindən, irqindən, dilindən asılı olmayaraq birgə,
mehriban, qarşılıqlı şəraitdə yaşamaları ünsiyyət vasitəsi olan dildən də yan keçmir. Belə ki,
insanların birgə yaşaması və xalqların mədəni əlaqələri nəticəsində bir dilin digər dilin leksikasına
nüfuz etməsi yeni sözlərin yaranmasına, formalaşmasına böyük təsir edir. Bu baxımdan məsələyə
dil faktorunun təsiri böyükdür. Dil – millətlər və xalqlar arasında dialoqun əsas vasitəsidir. Bəlkə
də, dil nə maddi sərvət, nə pul, nə də daş-qaşdır. Ancaq dil, elə bir xəzinədir ki, bəşəriyyətin bütün
nailiyyətləri, tarixi, elmi dəyərləri burada toplanır. Dil sülhü və müharibəni elan edir, elmi və
mədəniyyəti yayır. O, elə bir qədim və müasir bu ölkəmizdə yaşayan milli azlıqların həm öz
dillərini, həm də bizim dilimizi öyrənməyə sövq edir. Dil eyni zamanda bütün bəşəri dəyərlərin
inkişafına xidmət edir. Hələ qədim yazılı abidələrdə müxtəlif qəbilə, tayfa və etnosların
multikultural dəyərlərə söykənərək dinc yanaşı yaşamaları təsvir edildiyi kimi, dillərini bir-birindən
təsirlənərək zənginləşdirdiyini görürük.
Dillərin belə qarşılıqlı münasibətlərini “sosial dözümlülük” adlandıran Y.Deşeriyev yazır:
“Sosial ehtiyac dillərin birgə və qarşılıqlı münasibətlərini həm zəruri etmiş, həm də onları aradan
çıxmadan, assimilyasiyadan qorumuşdur”[3].
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
249
Deməli, dillər də multikultural şəraitdə yaşama ehtiyacı duyur. Burada da dillərin qarşılıqlı
öyrənilməsi zərurəti yaranır. Multikulturalizmdə əsas istiqaməti dil və təhsil strategiyalarıdır.
A.Axundov qeyd edir ki, xalqın mədəni səviyyəsi nə qədər yüksək olarsa, onun dilinin səviyyəsi də
yüksəlmiş olar. Yəni, hər zaman olduğu kimi, müasir zamanda da dil və mədəniyyət qarşılıqlı
vəhdət təşkil edir.
Hazırda ölkəmizdə 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlara qafqazdilli, irandilli,
türkdilli, slavyan dilli qruplar aiddir. Onların sırasında udiləri (Şəki, Oğuz, Qəbələ), saxurları (Şəki
rayonu Şin və Qaynarca kəndlərində) ingiloyları (Zaqatala, Qax), xınalıqları, qırızları, butuqdalı
(Quba rayonu Xinalıq, Buduq, Qrız kəndlərində), tatları (Şabran, Quba, Şamaxı, Xızı, İsmayıllı),
talışları (Lerik, Masallı, Astara, Yardımlı), rusları, ləzgiləri (Quba, Qusar, Xaçmaz), yəhudiləri
(Quba rayonunun Qırmızı qəsəbəsində), kürdləri (Şirvan, Ara, Beyləqan, Kəlbəcər, Laçın) və s.
digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa
bir hissə isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq
torpaqlarımızda məskunlaşmışlar.
Ölkəmizdə Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahıska türkləri,
həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar,
saxurlar, buduqlar, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) və s. dil
qruplarının təmsilçiləri vardır. Hazırkı dövrdə multikulturoloji dəyərlərə mühüm əhəmiyyət
verilməsini şərtləndirən əsas amillər sırasında bu xalqlar və millətlər arasında təşəkkülü tapan
qarşılıqlı ünsiyyətin zaman-zaman formalaşan ənənələri dayanır.
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün Azərbaycanın hər bir
sahəsində - siyasətdə, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək
mümkündür. Milli azlıqların sıx yaşadıqları bəzi rayonların orta məktəblərinin ibtidai siniflərində
(avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi təşkil edilmişdir. 2003-cü ildə
Bakıda ivrit yəhudi tarixini və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmışdır.
Hazırda bu məktəbdə 250 şagird təhsil alır. 2014-cü ildə yaradılmış Bakı Fransız liseyi
Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbililərin təhsil almasına xidmət göstərir.
Bütün ali və orta məktəblərimizdə rusdilli bölmələr fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına rus,
avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq, ivrit dillərində əlifbalar, tədris proqramları və digər
dərsliklər, məktəbli lüğətləri mütəmadi olaraq çap edilir. Eyni zamanda təlim yalnız rus dilində olan
19, və təlim yalnız gürcü dilində olan 6 orta ümumtəhsil, 345 beynəlmiləl orta məktəb fəaliyyət
göstərir. Hər bir dövlətin təhsillə bağlı qurumları insan haqlarını öz milli tədris planına salmalıdır.
Bu çox mühüm hadisədir. İnsan haqlarına hörmət məktəbin özündə demokratik ruhun inkişafıdır.
Təhsil alan şagirdlər öz millətlərinə, eyni zamanda digər millətlərə hörməti bir növ kombinasiya
etməlidir. Məktəb insanın xarakterini formalaşdırır. Demokratik təhsil sistemi məktəbdə qarşılıqlı
hörmət və ehtiram tələb edir.
Azərbaycanda radio və televiziya məkanı da milli və dini azlıqlar üçün açıqdır. Azərbaycan
Dövlət Radiosunda kürd, ləzgi, talış, gürcü dillərində Dövlət büdcəsindən maliyyələşdirilən radio
verilişləri təşkil edilir. İnternet – televiziyalarda onların dilləri və mədəniyyətləri haqqında maraqlı
məlumatlar əldə etmək olar. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli telekanalları fəaliyyət
göstərir.
Mətbuat və kitab nəşri ilə bağlı onu da qeyd etmək olar ki, ləzgi, talış, rus, xınalıq, yəhudi,
gürcü dillərində qəzet və ya qəzet səhifələri çap edilir. Rus dilində teatr, orta və ali məktəblər və s.
fəaliyyət göstərir, kitablar, broşüralar çap edilir. Bu gün Azərbaycanda yaşayan etnik icmaların
dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnallar nəşr edilir.
Bir sözlə, multikulturalizm cəmiyyətində baş verən inkişafla əlaqədar olaraq, bu və ya digər
xalqların dilləri məhz bir-birinə keçən yeni sözlər hesabına sürətlənir və inkişaf edir.
Müstəqil respublikamızda Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dilini,
dinini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən bölmə yaradılmışdır,
institutlararsı elmi tədqiqat virtual mərkəzinin təsis edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Təhsil
nazirinin müvafiq göstərişi ilə 2015-ci ilində etibarən, bakalavr səviyyəsində “Multikulturalizmə
giriş”, magistr səviyyəsində isə “Azərbaycan multikulturalizmi” fənlərinin tədris olunması tövsiyə
olunmuşdur.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
250
Bakı Slavyan Universitetində 2015-ci ildə “Azərbaycan multikulturalizmi” kafedrası
yaradılmışdır. Universitetin bütün ixtisaslarında bakalavr pilləsində “Multikulturalizmə giriş”,
regionşünaslıq ixtisasında “ixtisas ölkəsinin mədəniyyəti”, “ixtisas ölkəsinin etnopsixologiyası”,
“müqayisəli ədəbiyyat” və s. fənlər tədris olunacaqdır.
Bu gün 7 xarici ölkə universitetində (Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti,
İvan Cavaxişnili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq,
Praqa Karlov Universiteti (Çex Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus
Dövlət Universiteti) “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
Beləliklə, hər bir xalqın nümayəndələri ilə əlaqələri genişləndirməli, qloballaşan dünyada geri
qalmamalı, elm və texnologiya cəhətdən inkişaf etməli, öz milli-mənəvi dəyərlərini qorumaqla
inteqrasiya etməlidir. Belə bir vəziyyətdə əcnəbi dillərin leksikasında keçən sözlərin dilin qayda-
qanunlarına uyğunlaşdırmaqla daxil olması olduqca təbii bir dilçilik hadisəsidir. Nəticə etibarilə
yeni sözlərin meydana gəlməsi Azərbaycan dilinin lüğət tərkibini də inkişaf etdirərək zənginləşdirir.
Yuxarıda qeyd etdiyimiz məsələlər bir daha sübut edir ki, multikultural münasibət təkcə sosial
həyatda deyil, dilin daxilində də mövcuddur.
ƏDƏBİYYAT
1.Heydər Əliyev və azərbaycançılıq ideologiyası. Azərbaycan.-2011.-17 may, s.6
2.Əliyev İ.H. İkinci Humanitar Forumda çıxışı. Bakı, 2011// “Respublika” qəzeti, 23 may,
2011-ci il.
3. Ю. Д. Дешериев. Социальная лингвистика. М:. Наука, 1977, 382 с.
Xülasə
Hər bir xalqın nümayəndələri ilə əlaqələri genişləndirməli, qloballaşan dünyada geri
qalmamalı, elm və texnologiya cəhətdən inkişaf etməli, öz milli mənəvi dəyərlərini qorumaqla
inteqrasiya etməlidir. Nəticə olaraq, bir daha sübut olunur ki, multikultural münasibət təkcə sosial
həyatda deyil, dilin daxilində də mövcuddur.
Multiculturalism: language as the main of dialogue between nations and peoples
Summary
One of the important features of multiculturalism is minority rights, as well as freedom to use
minority language in schools, media and ect. in the state structures of Azerbaijan, different national
minorities are widely represented. Representatives of national minorities hold leading positions in
local authorities, institutions of local government and other structures.
Zümrüd Zeynalova
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Sosiolinqvistika və dil siyasəti şöbəsinin böyük laborantı
zumrud.zeynalova.80@mail.ru
KOMMUNİKATİV QRAMMATİKANIN TƏDRİSİ ÜSULU
Açar sözlər: kommunikativ, dil, qrammatika, tədris, üsul
Key words: communication, language, grammar, teaching, method
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
251
Tədrisin ən çətin aspektlərindən hesab olunan qrammatikanın qavranılması bir sıra qayda və
istisna hallar sayəsində çətinliklər yaradır. Digər çətinlik isə qrammatik qaydaları şifahi nitqə tətbiq
etməkdən ibarətdir. Dil tədrisi üzrə kifayət qədər təcrübəyə yiyələnmiş professorlar auditoriyada
qrammatikanın izahı və öyrədilməsi zamanı münasib fərqli metodlara müraciət etməyin vacibliyini
anlayırlar. Hər bir təlimatçı öz şagird və tələbələrinə qrammatikanın tədrisi zamanı materialın onlar
tərəfindən daha aydın və dəqiq mənimsənilməsi üçün ən məhsuldar və sınanmış metodu seçməyə
çalışır. Təlimatçılar bu axtarışlar zamanı bir çox fərqli metodlara müraciət etsələr də hər zaman
nəaliyyət əldə etməyə müvəffəq olmurlar. Buna görə də düşünürük ki, ingilis dilinin
qrammatikasının öyrənilməsinə ənənəvi yanaşma tərzinə bir qədər yenilik gətirmək təqdirəlayiq
nəticələrin əldə olunmasına səbəb olar.
Qrammatikanın tədrisi zamanı kommunikativ yanaşma metodu müasir dilçilik tarixində yeni
kəşf deyil. Belə ki, bir çox digər dilləri tədris edən müəllim və professor heyəti tərəfindən müraciət
edilmiş və uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuş, sınanmış bir üsuldur. Cek Riçards (2,
s.2) adlı dilçinin gəldiyi nəticəyə görə, qrammatikanın öyrədilməsinə kommunikativ yanaşma tərzi
dilin yüksək səviyyəli tədris məqsədilə tərtib edilmiş qaydalar sistemi kimi başa düşülməlidir. Bu
sistemə dili öyrənənlərin qavrama səviyyəsi, öyrədilən materialın asan şəkildə auditoriyaya
çatdırılması üçün göstərilən səylər və sinfi təşkil edən müəllimin, şagirdin və tələbələrin fəaliyyəti
daxildir. Lakin dil tədris edən müəllimlərin hər bir yeniliyə yanaşma tərzi müxtəlifdir və hər biri öz
metodunu əyaniləşdirən zaman məhsuldarlığa çalışır.
Digər tərəfdən hər-hansı bir dili kommunikativ üsulla tədris etməyə çalışan müəllim
göstərilən bacarıqlara yiyələnməlidir: cümlə quruluşuna əsaslanan biliklərin (cümlə üzvləri,
zamanlar, dil biliyinin müəyyən aspektləri ilə əlaqədar olan metodlar məsələn, intervü, reportaj,
dialoq və s.) aydın və ətraflı şəkildə auditoriyaya çatdırılması və qarşıdakı müxatibin dil haqqında
bilik səviyyəsinin zəif olmasına baxmayaraq, müxtəlif əlaqələndirici vasitələrdən istifadə etməklə
dialoqu davam etmək bacarığı.
Bütün göstərilənləri cəmləşdirərək dil tədrisi ilə məşğul olan professor-müəllim heyəti əldə
edilən nəticələr əsasında müəyyən təhlillər apararaq öz auditoriyasına uyğun metod seçərək şagird
və tələbələrin biliklərinin inkişaf etdirilməsinə nail ola bilər. Beləliklə də, kommunikativ
qrammatikanın əsas hədəfli hər-hansı bir dili öyrənən şəxsin sahib olduğu dilə əlaqəli, müqayisəli
şəkildə yeni (öyrədilən) dilin daha rahat üsulla qavranmasına səbəb olmalıdır ki, bu da həmin şəxsin
sərbəst düşünməsinə, müqayisələr aparmasına, interaktiv bacarıqlarının aşkarlanmasına səbəb olur.
Tədris üsulları
Bir çox illərdir ki, ingilis dili tədris edən müəllimlərin böyük qismi ənənəvi üsullara əsasən,
heç bir yeniliyə cəhd göstərmədən tədris prosesini təşkil edirdilər. Lakin 1990-cı ildən etibarən
xarici dilin tədrisi zamanı yüksək səviyyəli nəticələrə nail olmaq və nəzərdə tutulmuş hədəfə uğurla
çatmaq üçün kommunikativ üsuldan istifadə etməyə qərarına gəldilər. Bu metod ildən-ilə inkişaf
etdirilərək hazırki səviyyəsinə çatdırıldı (2, s.2).
Məhz bu səbəbdən də dilin tədrisi zamanı kommunikativ üsuldan istifadə edərkən nəzərdə
tutulmuş auditoriyanın yaş həddi, peşə istiqamətləri, öyrəndikləri dil hansı məqsədlə istifadə
edəcəkləri, öyrədilən dil haqqında bilik səviyyələri və bu kimi məsələlər mütləq nəzərə alınır. Təbii
ki, hər bir müəllim bütün bu məsələlərə şəxsi nöqteyi-nəzərdən yanaşaraq, tədris zamanı daha
sadələşdirilmiş üsuldan istifadə etməyə çalışırlar. Çünki onlar anlayırlar ki, bu üsul xarici dil
öyrənmək istəyənlərdə fərdi düşüncə qabiliyyətinin inkişaf etməsinə və yaradıcılıq bacarığının aşkar
edilməsinə səbəb olur.
Xarici dilin öyrədilməsi prosesini asanlaşdıran 2 əsas məqam xüsusilə qeyd olunmalıdır ki, bu
da həvəsləndirici və fərdi bilik və bacarıqların aşkar edilməsidir. Beləliklə də, auditoriyanın təşkili
zamanı müəllimin əsas vəzifəsi müvafiq təhlillər apararaq bu məqamların həyata keçirilməsinə
riayət etməkdir.
Qarşılıqlı, kommunikativ əlaqənin dil haqqında olan məharət və bacarıqların formalaşmasına
yardım edən ən vacib metod olduğunu düşünən Cek Riçards adlı dilçi illərin təcrübəsinə
əsaslanaraq tərtib edilmiş qaydalara əsasən xarici dilin tədrisi zamanı istifadə olunan kommunikativ
üsulun əsasən məğzini açan aşağıdakı fərziyyələri irəli sürür:
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
252
1. İkinci dilin, yəni xarici dilin öyrədilməsi prosesini asanlaşdırmağın ən effektiv üsulu hər-
hansı bir mövzunu müzakirə etməyi, həmin mövzu üzrə şərhlər aparmağı 2 nəfərdən ibarət olan
cütlüklərə tapşırmaqdır.
2. Digər effektiv üsul, tələbələrə şəxsi həyatları və ya hər hansı bir mövzu ilə əlaqədar inşa
mövzusu yazmağı tapşırmaqdır. Belə ki, bu zaman tələbə konkret mövzu ətrafında düşünərək,
fikirlərini daha ətraflı və elmi dildə ifadə etmək üçün öz üzərində işləməli olacaq.
3. Effektiv üsullardan biri tələbələrə müəyyən peşədən və ya dram əsərindən kiçik parçaları
əzbərləməyi tapşırmaq və auditoriya daxilində hərəyə öz payına düşən hissəni, yəni rolunu ifa
etməyi tapşırmaq.
4. Daha bir üsul auditoriyanı təşkil edən şagird və ya tələbələr arasında qarşılıqlı əlaqə
yaratmaqdır. Bura şagird və ya tələbələrin ev tapşırıqlarını, linqofonda eşitdikləri mövzuları
qarşılıqlı müzakirə etməklərinə şərait yaratmaq və dil haqqında olan biliklərini qarşılıqlı dialoq
zamanı aşkar etmək, hazırda öyrədilən bilikləri hansı üsulla qavraya biləcəkləri şərtləri müzakirə
etməkdən ibarətdir.
Bu fərziyyələr dil tədris edən müəllimlərə qrammatikanın tədrisi zamanı münasib təhlillər
apararaq nəticə çıxarmağa yardım edən vasitələrdir. Kommunikativ metodun əsasında duran digər
məsələ tədrisə induktiv və deduktiv yanaşma tərzidir. İnduktiv yanaşma üsulu auditoriyanı
qrammatik materiala aid olan və onun daha yaxşı qavranılmasını təmin edən tapşırıqlardan,
deduktiv yanaşma tərzi isə öyrədilən qrammatik materialın izahı zamanı müvafiq nümunələrə fikrin
əsaslandırılmasıdır.
ƏDƏBİYYAT
1. Kazdal Vəfa Tofiq qizi., İngilis dilinin tədrisində kommunikativ yanaşma və onun tətbiqinə
təsir göstərən amillər:(Avtoreferat)
2. Jack C.Richards, Communicative language teaching today: 2006
3. Skehan P., Applied Linguistics: How to Teach Grammar: 1996
4. Ulrich V., Are Communicative and Grammatical Skills more Effectively Acquired in a
Traditional or Differentiated Beginning Level Foreign language Classroom? Thesiz: 1994
XÜLASƏ
Dilin kommunikativ təlimi digər dillərin ünsiyyət vasitəsi kimi öyrədilməsini nəzərdə tutur.
Bütün göstərilənləri cəmləşdirərək dil tədrisi ilə məşğul olan professor-müəllim heyəti əldə edilən
nəticələr əsasında müəyyən təhlillər apararaq öz auditoriyasına uyğun metod seçərək şagird və
tələbələrin biliklərinin inkişaf etdirilməsinə nail ola bilər. Kommunikativ qrammatikanın əsas
hədəfli hər-hansı bir dili öyrənən şəxsin sahib olduğu dilə əlaqəli, müqayisəli şəkildə yeni
(öyrədilən) dilin daha rahat üsulla qavranmasına səbəb olmalıdır ki, bu da həmin şəxsin sərbəst
düşünməsinə, müqayisələr aparmasına, interaktiv bacarıqlarının aşkarlanmasına səbəb olur.
Z.Zeynalova
TEACHING METHODS of COMMUNICATIVE GRAMMAR
SUMMARY
Communicative language teaching as a means of communication training involves other
languages. All mentioned forms of dealing with language teaching faculty on the basis of the results
obtained through analysis of its audience by selecting the appropriate method for the development
of pupils and students can achieve proficiency.
Communicative Grammar of the main objectives expressed in any language, learning about a
person, comparatively new (trained) must lead to a better perception of the language method is
more convenient and it is for that person to think freely, to conduct comparisons, interactive skills,
identifying causes.
|