Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə44/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

242

 

 



 

 

keçirilən  birgə  tədbirlərdə  fəal  iştirakı  Azərbaycanda  mövcud  olan  qarşılıqlı  hörmətin  əyani 



göstəricisidir. 

Azərbaycanda  azsaylı  xalqların  adət-ənənələrinin  qorunub  saxlanılmasında  və  onların 

təbliğində  kitabxanaların  rolu  əvəzsizdir.  Bu  baxımdan  kitabxanalar  öz  işlərini  səmərəli  qurmalı, 

kitabxanalarda  keçirilən  hər  bir  kütləvi  tədbir  müasir  dövrün  tələblərinə  uyğun  olmalı,  oxucuları 

cəlb etməlidir. Kitabxanalarda keçirilən kütləvi tədbirlər oxucularda müəyyən bir mövzu haqqında 

konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı 

mövcud ədəbiyyatla tanış edir. Kütləvi işin mərkəzində daim kitab durur.  

Ədəbiyyat siyahısı 

1. Dünya xalqları. Ensiklopedik lüğət. Bakı.1998. 

2. Şükürov A. Mifologiya. VI.Bakı.1997. 

3. Bayat F. Od ruhu. Folklor və etnoqrafiya. 2004. №3 

4. Гейбуллаев Г. К этногенезу Азербайджанцев.Баку.1994. 

5. Сумбатзаде Этногенез Азербайджанского  народа. Баку.1990 

Huseynova Vefa 

The culture of indigenous peoples are living in their folklore 

Summary 


 

World  globalizes,  they  get  acquainted  with  national-moral  values  of  states  nations  by 

adjoining  human  values.  Of  the  cultures,  a  conversation  is  started  from  comprehensive  condition 

created  in  Azerbaijan.  Multikulturalizm  being  supported  in  the  state  level  are  emphasized  as  one 

basic priority areas of the society. 

 

 



 

 

 



 

 

 



 

Aytən Arzulla qızı Əhmədova, dissertant 

Gəncə Dövlət Universiteti, baş müəllim 

83-aytan@mail.ru 



 

AZƏRBAYCANDA YAŞAYAN ETNİK AZLIQLAR-TALIŞLAR 

 

Açar sözlər: mədəniyyət, etnik azlıqlar, adət-ənənə, tolerant, talışlar 

Key words: ethnic minorities, customs and traditions, tolerant, talysh 

 

Mədəniyyət-insan və cəmiyyətin müəyyən tarixi  inkişafının səviyyəsini əks etdirən və gələcək 



nəsillərə  verilən  maddi  və  mənəvi  dəyərlərin  məcmusu,  birləşməsidir.  Elmi  və  publisistik 

ədəbiyyatda  “mədəniyyət”  termininin  ilk  dəfə  kim  tərəfindən  işlənməsinə  dair  müxtəlif  fikirlər 

vardır. Lakin “kultur” termininin ilk dəfə Qədim Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada 

qeyd etdiyimiz termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar isə Mark Tulli 

Sisseron tərəfindən işlənmişdir. Maraqlıdır ki, M.T.Sisseron özünün 58 məhkəmə və siyasi nitqində 

ritorikaya,  fəlsəfəyə,  siyasətə  aid  19  traktatında,  o  cümlədən,  800  məktubunda  bu  termindən 

dəfələrlə  istifadə  etmişdir.  Avropada  “mədəniyyət”  termini  bəşər  tarixinin  keçdiyi  üç  dövrün  - 

vəhşilik,  barbarlıq,  sivilizasiya  – üçüncü mərhələsini bildirmək üçün qəbul  olunmuşdur və onu bu 

mənada  ilk  dəfə  1767-ci  ildə  Şotland  filosofu  A.Fergüson  işlətmişdir.  Sonralar  görkəmli  Amerika 

etnoqrafı,  arxeoloqu,  ibtidai  icma  cəmiyyəti  üzrə  tarixçi  Luis  Henri  Morqan  bu  bölgünü  daha  da 

əsaslandırmışdır . 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

243

 

 



 

 

Mədəniyyət  termini  keçən  əsrin  əvvəllərində  Amerika  alimi  Lesli  Uayt  (1900-1975) 



tərəfindən  elm  kimi  tədqiq  olunmağa  başlanmışdır[1;8].  Öz  təlimini  “kulturologiya”  adlandıran 

alim  bildirirdi ki,  bu termin həm  insan cəmiyyətini, həm  də onun mədəniyyətini  əks  etdirir. Bəşər 

tarixində  elə  bir  dövr  olmamışdır  ki,  mədəniyyət  məsələləri  orada  öz  əksini  tapmasın.  Çünki 

mədəniyyət  kainatda  insanın  yaranması  ilə  bir  zamanda  meydana  gəlmişdir.  İbtidai  insanın  hər 

hansı  yeni  bir  xüsusiyyət  qazanması  mədəniyyətə  doğru  irəliləyiş  olmuşdur.  Dəyişən  hər  bir  əsr 

insanların  şüur  və  fəaliyyətində  dəyişikliklər  yaratdıqca  onların  maddi  həyat  tərzi  də  dəyişmiş, 

dünyagörüşləri,  həyata  baxışları  dövrün  tələbinə  uyğun  şəkildə  inkişaf  etmişdir.  Söz  yox  ki, 

insanların  tarixi  inkişafı  ilə  cəmiyyətdə  yaranan  dəyişikliklər  mədəniyyətdə  də  öz  ifadəsini 

tapmışdır. 

Tarixin  müxtəlif  mərhələlərində  xalqların  və  mədəniyyətlərin  taleyi  elm,  sənət  xadimlərini 

həmişə  narahat  etmişdir.  Müxtəlif  dövrlərdə  mədəniyyət  və  sivilizasiya  anlayışlarına  görkəmli 

şəxsiyyətlər tərəfindən bir-birindən fərqli münasibətlər bildirilmişdir. Məs., İ.Kantın fikrincə, insan 

öz  əxlaq  və  davranış  qaydalarını  müəyyən  etdikdən  sonra  sivilizasiya  yaranır.  “Sivilizasiya” 

dedikdə,  bir  tərəfdən,  cəmiyyətin  və  mədəniyyətin  inkişaf  səviyyəsi,  digər  tərəfdən  isə  mədəni 

dəyərlərin  (maddi  və  mənəvi)  mənimsənilməsi  səviyyəsi  nəzərdə  tutulur  ki,  bu  da  bütün  ictimai 

həyatı və onun spesifikasını göstərir[1;11].  

Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti 

təyin edən sözdür. 

O,  ayrıca  götürülmüş  ölkədə  və  bütövlükdə dünyada müxtəlif  millətlərə  və  məzhəblərə 

məxsus  insanların  mədəni  müxtəlifliklərinin  qorunması,  inkişafı  və  harmonizasiyasına,  azsaylı 

xalqların 

dövlətlərin 

milli 

mədəniyyətinə 



inteqrasiyasına 

yönəldilmişdir. 

Humanist 

və demokratik nəzəriyyə  yaxud  ideologiya  olaraq  multikulturalizm, tolerantlığın  təcəssümüdür  ki, 

onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı 

anlaşma,  qarşılıqlı  zənginləşmə,  dostluq  və  əməkdaşlıq  mümkün  deyil.[2;VIKIPEDIYA] 

Azərbaycan  qədim  tarixə,  zəngin  mədəni  irsə  və əsrarəngiz  təbiətə  malik  olan diyardır. Tarixi  

keçmişdə  müxtəlif    sivilizasiyaların:  əhəməni-sasani,    roma-bizans,  skif-xəzər,    türk-oğuz  

mədəniyyətlərinin  kəsişməsində bərqərar  olmuş  bu  diyar Qərblə Şərq, Şimalla  Cənub arasında  

“Qızıl  körpü”  rolunu  oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış  üçün əlverişli  təbii şəraiti  ilə bir  

çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir. Azərbaycan  etnosunun  tarixini  nəzərdən 

keçirsək  görərik    ki,    əhalinin    90%-ni    təşkil    edən    azərbaycanlılardan  başqa,    bu    etnosun  

təşəkkülündə   əsrlərdən  bəri  müxtəlif azsaylı  xalqlar,  etnik  və    milli   qruplar  iştirak  etmişlər. 

Azərbaycan    əhalisinin  əsas    hissəsi  azərbaycanlılardan    və  ölkənin  müxtəlif  guşələrində  yığcam 

halda  yaşayan  30  adda  millət  və  etnik  qruplardan  ibarətdir.  Onların  arasında  Altay  ailəsinin  türk 

qoluna  məxsus  azərbaycanlılar,  tatarlar,  ahısqa  türkləri,    həmçinin    hind-avropa    (tatlar,    talışlar,  

dağ  yəhudiləri,  kürdlər),  qafqaz (udilər, ləzgilər,  avarlar,  saxurlar, buduqlar, ingiloylar, qrızlar,  

xınalıqlar),    slavyan    (ruslar,  malakanlar,  ukraynalılar)  dil  qruplarının  təmsilçiləri  vardır.1992-ci  

ildə imzalanmış “Azərbaycan  Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların 

hüquq  və  azadlıqlarının    qorunması,    dil    və    mədəniyyətlərinin    inkişafı  üçün    dövlət    yardımı  

haqqında”    fərmana  əsasən    onlar  Azərbaycanın  bərabərhüquqlu  vətəndaşları  hesab  edilir.  Qeyd  

edək  ki,  Azərbaycan  müstəqillik əldə  etdikdən sonra  milli  azlıq  və  etnik  qrupların  hərtərəfli  

inkişafı  üçün dövlət   tərəfindən zəmin   yaradılmışdır.  Ümummilli  lider Heydər  Əliyev həmişə  

ölkə    ərazisində    yaşayan    azsaylı  xalqlara    hörmətlə    yanaşmış,    onların    bütün    sahələrdə    azad 

fəaliyyəti  üçün  dövlət  səviyyəsində şərait  yaratmışdır.  Ulu öndər çıxışlarının  birində  demişdir: 

“Azərbaycanın  varı, dövləti təkcə onun pambığı,  yeraltı,  yerüstü sərvətləri deyil, onun ərazisində  

yaşayan  xalqlardır”[3;4]. Bu  siyasət  bu  gün  də cənab Prezident İlham Əliyev  tərəfindən  uğurla  

davam etdirilir. 

Azərbaycan  çoxmillətli  və  çoxdinli  bir  ölkədir.  Bir  neçə  əsr  ərzində  etnik  və  dini  azlıqlara 

mənsub  olan  şəxslər  respublikamızda  etnik  çoxluq  olan  azərbaycanlılarla  sülh  və  harmoniya 

şəraitində  yaşayırlar.  Bu  torpağı  özünə  əbədi  məskən  seçən  xalqların  əksəriyyəti  zaman  keçdikcə 

doğmalaşıb,  bəziləri  isə  yerli  xalqlarla  qaynayıb  qarışıblar  və  bu  gün  haqlı  olaraq  bu  torpaqda 

yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

244

 

 



 

 

Azərbaycanın  yeraltı,  yerüstü  sərvətləri  kimi  etnomədəni  tərkibi  də  əsrlər  boyu  zəngin  olub. 



Və  bu  zəngin  tərkib  güclü,  qüdrətli,  istiqanlı  təbiətə  malik  bir  millətin  -  Azərbaycan  millətinin 

formalaşmasında böyük rol oynayıb. Yüz illərlə bu odlar diyarında yaşayan xalqlar çətin gündə də, 

xoş  gündə  də  dostluq,  qardaşlıq  şəraitində  yaşayıblar.  Azərbaycanın  hələ  orta  əsrlərdə  müxtəlif 

yadelli  işğalçılarla  mübarizəsində  burada  yaşayan  milli  azlıqlar  da  ciddi  rol  oynayıblar.  Çar 

Rusiyası vaxtilə Azərbaycan xanlıqlarını işğal etdiyi dövrlərdə Quba, Balakən zonalarında yaşayan 

ləzgi,  avar  və  digər  azsaylı  xalqların  da  azərbaycanlılarla  çiyin-çiyinə  işğalçıya  qarşı  mübarizə 

apardığını təsdiqləyən tarixi faktlar mövcuddur. Milli azlıqların Azərbaycanı azərbaycanlılar qədər 

sevməsinin  kökündə  dayanan  amillərdən  biri  azərbaycanlıların  tarixən  onlara  qarşı  heç  bir  ayrı-

seçkiliyə  yol  verməməsidir.  Azsaylı  xalqların  təmsilçiləri  həmişə  Azərbaycanın  ictimai,  siyasi 

həyatında  yüksək  səviyyələrdə  təmsil  olunublar.  Tarixi  mənbələr  hələ  Səfəvi  dövlətinin 

idarəçiliyində  Şah  İsmayıl  Xətainin  yaxın  ətrafı  olaraq  bir  sıra  milli  azlıqların  (talış,  kürd)  iştirak 

etdiyini  təsdiqləyir.  Hələ  20-ci  əsrin  əvvəlində  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parlamentində 

talış, ləzgi və digər azsaylı xalqların nümayəndələri təmsil olunub. Bu tarixi ənənə, tolerantlıq bu 

gün  də  davam  edir.   Hazırda  da  bir  sıra  yüksək  vəzifələrdə,  parlamentdə  etnik  azlıqların 

nümayəndələri  təmsil  olunur.  Azərbaycan  o  dərəcədə  tolerant  ölkədir  ki,  hüquq-mühafizə 

orqanlarında,  ordusunda  milli  azlıqların  təmsilçilərinin  vəzifələr  tutmasına  şərait  yaradır.  Bu  gün 

Azərbaycanın  ordusunda  ləzgi,  talış,  kürd  millətindən  olan  generallar  xidmət  edir. Azərbaycan 

tarixən  unikal  çoxetnoslu  cəmiyyət  olduğu  üçün  bu  multimədəniyyətli,  multietnik  irs  bu  gün  də 

Azərbaycanda  qorunub  saxlanılmaqdadır.  Azərbaycan  hökuməti  ölkəmizdə  tarixən  mövcud  olan 

tolerant  mühitin  beynəlxalq  səviyyədə  təbliği  üçün  tatların  sıx  məskunlaşdığı  İsmayıllı  rayonunun 

Lahıc  qəsəbəsi,  Qəbələ  rayonun  udinlər  yaşayan  Nic  kəndi  və  Quba  rayondakı  dağ  yəhudiləri 

yaşayan Qırmızı qəsəbənin “Mədəniyyət məkanı” adı ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi 

mədəni  irsinin  reprezentativ  siyahısına  daxil  edilməsi  məqsədilə  işlər  aparır.  Azərbaycanda  ən 

azsaylı  xalqlar  da  öz  dillərini,  mədəniyyətlərini  qoruyub  saxlaya  biliblər.  Azsaylı  xalqların  sıx 

yaşadıqları  cənub  bölgəsində,  Qubada  orta  məktəblərdə  azsaylı  xalqların  ana  dili  tədris  olunur. 

Dövlət  hər  bir  milli  azlığa  ana  dilində  təhsil  almağa  şərait  yaradır.  Məsələn,  xınalıqlılar  etnosu 

dünyada yeganə etnosdur və Quba rayonunda Xınalıq kəndində məskunlaşıblar. Kəndin məktəbində 

xınalıqlılar  dili  tədris  olunur.  Yəni  hətta  bir  kənddə  məskunlaşan  milli  azlıqlara  belə  ana  dilində 

təhsil  almaq  imkanı  yaradılıb. Azərbaycan  dövlətinin  tolerantlığının  nəticəsidir  ki,  ilk  dəfə  olaraq 

İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti  yaradılıb.  Departamentin  təqdim 

etdiyi  verilişlərdə  Azərbaycanda  yaşayan  etnik  və  dini   azlıqların,  azsaylı  xalqların  və  etnik 

qrupların  tarixi,  adət-ənənəsi,  dini,  dili,  mədəniyyəti,  folkloru,  mətbəxi  haqqında  məlumatlar  öz 

əksini tapır. 

Azərbaycanda yaşayan ən çox azsaylı xalqlardan biri də talışlardır. 2009-cu il ümumölkə əhali 

siyahıyaalınmasının rəsmi yekunlarına əsasən, talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-

yuri isə dördüncü azsaylı etnik qrupdur. Həmin ilin statistik rəqəmlərinə əsasən, ölkəmizdə 112 min 

talış yaşayır. Azərbaycanda talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai 

siniflərində  həftədə  iki  dəfə  talış  dili  tədris  edilir.  Bu  məktəblərdə  1  716  sinif  vardır  ki,  onlardan 

248-i ibtidai sinifdir. 

Talışlar  əsasən Masallı,  Lənkəran,  Astara  və  Lerik  rayonlarında  məskunlaşıblar. Talış  dili 

Hind Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dili fars, tat, kürd, tacik, osetin, puştu, dəri, 

beluc və s. dillərinə daha yaxındır. Slavyan (rus, belarus, Ukrayna, çex, polyak və s.), baltik (Litva, 

latış), alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur. 

Talışların  əsas  məşğuliyyəti  sənətkarlıqdır.  Dulusçuluq  əsasən  Masallıda,  Lənkəranda, 

Astarada  az  miqdarda  var,  Lerikdə  isə  dulusçular  yoxdur,  orada  əsasən  dəmirçilik  yayılıb.  Bunun 

səbəbi  Lerik  torpağında  sarı  gilin  az  olmasıdır.  Digər  üç  rayonda  sarı  gil  çox  olduğuna  görə, 

dulusçuluqdan istifadə edilir. Lerikdə, Masallıda, Lənkəranın dağ kəndlərində yun çox olduğu üçün 

xalçaçılıq,  palaz  və  kilim,  cecim  toxunması  geniş  yayılıb.  Yəni  toxuculuq  evdar  qadınların  əsas 

məşğuliyyəti  olub.  Hazırda  kilim  toxuma  Lerikin  bir-iki  kəndində  qalıb.  Cecim  xalçadan 

fərqləndirən  cəhətlərdən  biri  onun  hanada  yox,  yerdə  toxunmasıdır.  İndi  cecim  Lerikin  Pirəsora 

kəndində  toxunur.  Vaxtilə  isə  bu  sənət  talış  zonasında  çox  geniş  yayılmışdı.  Bu  sənətin  sıradan 

çıxmasının səbəbi onu yaşadan qocaların  dünyasını dəyişməsi, cavanların isə öyrənməyə marağının 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

245

 

 



 

 

az  olmasıdır.  Ona  görə  də,  bu  gün  talış  kəndlərini  gəzsək  çox  az  evdə  bu  ənənənin  yaşadğını 



müşahidə edə bilərik. 

Dəmirçilik  də  talışların  xüsusi  sənət  sahələrindəndir.  Bu  gün  dəmirçilik  Lerikin  bir  sıra 

kəndlərində qalıb. Dəmirdən əsasən at nalı hazırlandığına görə, dağ kəndlərində sakinlər bu peşəni 

hələ də qoruyur. Talışların toy mərasimləri bir ay əvvəldən başlayır. 40 gün sonraya qədər isə gəlin 

bəd  nəzərdən  qorunur.  Lakin  əvvəlcə  nişandan  başlayaq.  Nişan  mərasimi  olandan  sonra  qız  evi 

oğlanı  qonaq  çağırır.  Bunun  səbəbi  həm  onun  qohumlarla  tanışlığı,  həm  də  ailə  üçün  məhrəm 

olması  üçündür.  Bu  qonaqlıqdan  sonra  oğlan  rahatlıqla  nişanlısının  evinə  gələ,  qızı  görə  bilir. 

Azərbaycanlı gənc nişanlısını görmək üçün saatlarla bulaq başında gözləyirsə, talış oğlan rahatlıqla 

qızın  evinə  gedib  onu  görür.  Toya  bir  ay  qalmış  qız  evində  çal-çağır  başlayır.  Qadınlar,  qızlar 

hərəsində  5-6  nəfər  olmaqla  iki  dəstəyə  bölünür.  Öndə  gedənin  əlində  nağara  olur.  Beləliklə  ard-

arda  dəstələr  nağara  çalıb,  mahnı  oxuyur.  Bir  ay  ərzində  hər  gün  toya  hazırlıq  mərasimlərini  bu 

rəqslər  və  mahnılar  müşahidə  edir.  Gəldik  çıxdıq,  toy  gününə.  Talışlar  gəlini  at  belində,  başına 

qırmızı duvaq örtüb aparırlar. Bu ənənə bir çox dağ kəndlərində indi də qalmaqdadır. Atın başına 

xüsusi  bəzək  hazırlayırlar.  Toy  ərəfəsi  at  yarışı  edilir.  Gəlin  evə  çatanda  hamı  qapıya  çıxıb  onu 

qarşılamalıdır.  Qurban  kəsir,  ayağının  altında  boşqab  sındırırlar.  Bu  ənənə  də  bir  çox  kəndlərdə 

qalıb,  ancaq  əksəriyyəti  müasirləşib,  gəlini  maşınla  gətirirlər.  Gəlini  həyətdə  qarşılayan  bütün 

qohumlar ona necə davranacaqları barədə vəd verir, arzularını deyib, içəri dəvət edirlər. Gəlin evə 

girəndən 3 gün sonraya qədər ailə üzvlərindən başqa kənar adam içəri buraxmazlar. 40 gün ərzində 

isə gəlin insanlarla az ünsiyyətdə olur ki, bəd nəzərdən qorunsun. 

Əvvəllər talış toylarında nə nağara, nə də qarmon olub, gəlini zurna ilə aparardılar. Toy isə 

balabanla keçərdi. Bu adət indi də bəzi kəndlərdə qalıb. Bəzi talış kəndlərində gəlini aparanda onun 

beşiyini  də  cehiz  kimi  göndərirdilər.  Bu  da  doğulacaq  uşaqların  beşiyinin  kənardan  gəlməməsi 

üçündür. 

Azərbaycan  folklorunun  cənub  bölgəsi,  əsasən  də  nəzərdən  keçirdiyimiz  Masallı  zonasının 

musiqi  irsi  çoxəsrlik  tarixə  malikdir.  Masallı  zonasında  qədim  dövrlərdən  bu  günədək  şifahi 

formada,  öz  rəngarəng,  orijinal  milli  xüsusiyyətləri,  lad-intonasiya  özünəməxsusluğu   ilə  seçilən  

mahnılar  tədqiqat  üçün  maraq  doğurur.  Bu  havalar,  mahnılar  xalq  ifaçıları  tərəfindən  göz  bəbəyi  

kimi qorunaraq, yüksək sənətkarlıqla  ifa edilmişdir. Belə mahnıların ifası zamanı mahnı oxunarkən 

hərəkətlə müşayiət edilir, sadə şəkildə də olsa bir növ mahnıların ifaçıları rəqs edir. Talış zonasında 

ən  geniş  yayılan   mərasim  mahnıları  Azərbaycanda  qədimdən  xalq  tərəfindən  icra  olunan  musiqi 

formaları  cəhətdən  maraq  doğurur.  Lənkəran-Masallı  zonasında  ailə-məişətlə  əlaqədar  ən  geniş 

yayılmış mərasim mahnıları kütləvi şəkildə ifa olunmuş və rəqs etməklə müşayiət edilmişdir. Xalq 

arasında  “Halay  çəkmək”,  “Halay  qurmaq”,  “Halay  vurmaq”,  “Halay  gəlmək”  ifadələri  buradan 

yaranmışdır. 

ƏDƏBİYYAT 

1.S.Məmmədova  “Mədəniyyətşünaslıq” “Kooperasiya” nəşriyyatı Bakı-2001 

2 .https://az.wikipedia.org/wiki/Multikulturalizm 

3.” Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların 

rolu”. M.F.Axundov Azərbaycan adına Milli Kitabxana, 2012 

Xülasə 


Multikulturalizm bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. 

Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub 

olan  şəxslər  respublikamızda  etnik  çoxluq  olan  azərbaycanlılarla  sülh  və  harmoniya  şəraitində 

yaşayırlar.  Azərbaycanda  yaşayan  ən  çox  azsaylı  xalqlardan  olan  talışlar  azərbaycanlılarla  eyni 

hüquqa malikdirlər. 

Summary 


Multiculturalism is a word that defines the society with lost of various culture live together. 

Azerbaijan is a multinational and multireligious country.During some centuries people who belong 

to  ethnic  and  religious  minority  live  with  Azerbaojanians  who  belong  to  ethnic  majority  in  our 

Republic in peace and harmony.One of the minor people Talishes who live in Azerbaijan have the 

serights as Azerbajanians. 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

246

 

 



 

 

Sevinc Mahmudova, tədqiqatçı 



sevinc.mahmudova@gmail.com 

 

UDİLƏRİN FOLKLORUNDA TARİX VƏ MƏDƏNİYYƏTİN İZLƏRİ 

 

Açar sözlər: Udi, Cəngi, alma, kətə, Çotari 

Keywords: Udi, Jangi, apples, cakes, Chotari 

 

Qəbələ rayonunun Nic kəndində fəaliyyət göstərən “Cəngi” folklor instrumental qrupu 1992-



ci ildə  yaradılmış və bu günə kimi fəaliyyət göstərməkdədir. Qrupda müxtəlif yaş dövrlərini əhatə 

edən  ifaçılar  vardır  və  bu  müxtəlif  yaşlara  mənsub  olan  insanlar  dostluğun  canlı  göstəricisidir. 

“Cəngi”  folklor  qrupu  nəinki  dövlət  tədbirlərinin,  həmçinin  yerli  camaatın  toy  mərasimlərinin 

iştirakçısıdır. 

“Cəngi”  folklor  qrupunun  iştirak  etdiyi  udi  toyları  Şəki-Zaqatala  bölgəsində 

özünəməxsusluğu ilə seçilir. Oğlan qız evinə elçi göndərəndə elçilər özləri ilə bir dənə qırmızı alma 

aparırlar. Almanı oğlan adamları qız anasına verirlər. Qızın anası isə almanı aparıb qıza təqdim edir. 

Əgər  qız  razıdırsa,  almanı  bölüb  yarısını  özünə  saxlayır,  yarısını  isə  oğlana  göndərir.  Bu  ayinin 

mənası  –  biz,  artıq  bütövük  anlamına  gəlir.  Əgər  alma  tam,  yəni  kəsilməmiş  qayıtsa,  bu  isə  o 

deməkdir ki,  qız bu izdivaca  razı  deyil. Razılıq  alınandan sonra iki gün  toy davam  edir. Toy eyni 

vaxtda həm qız, həm oğlan evində başlayır. Gecə toyu, yəni birinci gün qız evində uzun çəkir. 2-ci 

gün  isə  oğlan  evində  olur.  Gəlin  gətirilən  günü  oğlan  evində  ya  yumurta,  ya  da  alma  olan  fəsildə 

alma bir kaprona qoyulub hündür bir ağacdan asılır və bir ovçu həmin yumurtanı, yaxud da, almanı 

nişan alıb vurur, ta ki hədəfə dəyənə qədər. Bu ayinin anlamı o deməkdir ki, qız evi eşitsin ki oğlan 

evi qızı aparmağa gəlir. 

Bəyin  öz  toyunda  küpdən  çaxır  çıxartması,  qız  gəlin  köçdüyü  evdə  qaynanası    gəlinin  əlinə 

nəmər  vermədən  ayaq  üstə  durması,  qız  evindən  gəlini  oğlan  evinə    gətirəndə  oğlan  evinin 

adamlarının  qız  evinin  adamlarını  çaxırla  toya  dəvət  etməsi  özünəməxsusluğu  ilə  seçilir.  Gəlinin 

başında toy günü qız evində udi milli mətbəxinə aid olan “kətə” şirniyyatının kəsilməsi ilə gəlinin 

ömrünün  şirin,  ruzili,    bərəkətli  və  bolluq  içində  keçməsinə  işarə  edilir.  Kəsilən  “kətənin”  yarısı 

oğlan evinə verilir, yarısı qız evində qalır. “Kətənin” yarısının qız evində saxlanmasının səbəbi də 

qız özü ilə ata evinin ruzisini aparmasın - anlamına gəlir. Qudalar oğlan evində çörək kəsirlər. Bu 

adətin anlamı isə qudalığın əbədi olmasına işarədir. Udi folkloru çox zəngindir.  “Tubul pəhləvan” 

haqqında nağıllar, əfsanələr, lətifələr, uşaq folkloruna aid yanıltmaclar, tapmacalar və s. 

Udi  yazılı  ədəbiyyatı  da  öz  müəllifləri  və  bu  yazarların  yaratdıqları  ilə  seçilir.  Məsələn, 

Georgi  Keçarinin  “Udilərin  ənənəvi  toy  mərasimləri,  “Udilərin  ənənəvi  yas  mərasimləri”, 

“Yaddaşlarda yaşayanlar”, Mayis Keçarinin “Udi xalqının görkəmli övladları”, “Dunyanın sahili”, 

“Əsdi payız küləyi”, Robert Mobilinin “Удины: язык, религия, фольклор и традиции”, “Удины 

язык, религия и этнография”, Yaşa Udinin “Запах Айвы”, “Udin  şikillər əyitmux (Udin şəkilli 

sözləri” (Məktəbə qədər uşaqların hazırlığında (bağçalarda) istifadəyə verilib)  

Qəbələ rayonu həm də öz milli mədəniyyət abidələrinin tarixiliyi ilə seçilir. 

“Yaloylu  təpə”  mədəniyyəti  –  ilk  dəfə  XIX  əsrin  sonlarında  kənd  müəllimi  tərəfindən 

həvəskar qazıntı aparılmışdır. 

1926-ci ildə isə arxeoloji ekspedisiya öz qazıntı işlərini aparmışdır. Daha sonralar isə arxeoloq 

Saleh Qazıyev tərəfindən  geniş qazıntı işləri aparılmışdır. 

Verilən  məlumata  görə  “Yaloylu  təpə”  mədəniyyəti  ikinci  minilliyə  aiddir.  Bu  mədəniyyəti 

açıq  səma  altında  muzey  adlandırmaq  olar,    ona  görə  ki,  buraların  məişət  əşyaları  dulusçuluğun 

yüksək səviyyədə inkişaf etdiyini sübut edir. Ancaq hələlik kütləvi şəkildə turistlər üçün ekskursiya 

təşkil etmək mümkün olmamışdır. 

Digər  tarixi  abidə  yeri  “Kilsəli  təpə”dir  ki,  burada  2013-2015-ci  illərdə  arxeoloji  qazıntı 

aparılmışdır. 

Udilərə mənsub olan “ Çotari” kilsəsi verilən məlumata görə XVII əsrə aiddir. Kilsə 2006-ci 

ilin  25  may  tarixində  bərpa  olunub,  kənd  sakinlərinin  yenidən  istifadəsinə  verilmişdir.  Kilsənin 

açılışında bir sira dövlət və dini təşkilat nümayəndələri iştirak etmişlər. 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin