Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə52/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   48   49   50   51   52   53   54   55   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

284

 

 



 

 

vətəndaş  cəmiyyətində  həyat  tərzinə  çevrilməsi  onun  inkişafının  ən  yüksək  mərhələsidir.  Bu 



mərhələdə  bəşəri  dəyərlərin,  mərhəmət,  şəfqət,  acıma,  dözümlülük,  dəyər  vermə  kimi  hisslərin 

cəmiyyətdə  yayılması  xüsusi  miqyas  kəsb  edir.  Multikulturalizm  ideyaları  ictimai  şüurda 

möhkəmlənir. 

Azərbaycan  Respublikasının  Prezidenti  Cənab  ilham  Əliyev  deyir:  “Leksikonumuzda 

nisbətən yeni söz olan multikulturalizm  ənənələri Azərbaycanda  əsrlər boyu həmişə mövcud olub. 

Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”. 

Azərbaycan  multikulturalizminin  qaynaqlarının  öyrənilməsi,  əslində,  Prezident  İlham 

Əliyevin  irəli  sürdüyü  bu  ideyanı  təsdiqləyir.  Mənəviyyat  və  siyasət  tariximizə  səpələnmiş 

multikultural,  tolerant  dəyərlər  və  onların  təsviri  bu  gün  bir  sistem  kimi  öyrənilir  və  müəyyən 

olunur  ki,  Azərbaycan  xalqı,  onun  görkəmli  ədəbi,  ictimai,  siyasi  şəxsiyyətləri  dünya  mənəviyyat 

xəzinəsinə zaman-zaman qiymətli töhfələr vermişlər. Bu baxımdan, multikulturalizmin qaynaqlarını 

araşdıran  zaman  bu  töhfələr  real  şəkildə  üzə  çıxır.  BBMM-in  AMEA-nın  intellektual  dəstəyi  ilə 

hazırladığı bu kitabları qeyd etmək kifayətdir:  

1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları;  

2. Azərbaycan multikulturalizminin elmi- fəlsəfi və ictimai-publisistik qaynaqları;  

3. Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları. 

Son  illərdə  multikulturalizmə  verilən  önəm  intensiv  və  sistemli  bir  hala  gəlmişdir.  Ölkədə 

siyasi-ideoloji,  real qurumlar yaranmışdır, ciddi proyektlər həyata keçirilməkdədir. 

1. “Bakı prosesi” layihəsi (2-3.12.2008); 

2. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət 

müşavirliyi xidməti (28.02.2014); 

3. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu (07.05.2014); 

4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (14.05.2014); 

5.  Bakı  Slavyan  Universitetində  “Azərbaycan  Multikulturalizmi”  kafedrasının  açılması 

(24.02.2015); 

6. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi (11.01.2016). 

Prezident  İlham  Əliyev  tərəfindən  yaradıldığı  gündən  bu  günə  qədər  Azərbaycan 

multikulturalizminin prioritet proyekti təhsil istiqamətində qurulub. Bu sahədə artıq bir sıra mühüm 

nailiyyətlər  əldə  olunmuşdur.  Daha  konkret  desək,  bu  gün  dünyanın  13  universitetində  (İtaliyanın 

Sapienza  Universiteti,  Bolqarıstanın  Müqəddəs  Kliment  Orxidski  adına  Sofiya  Universiteti, 

Rusiyanın  I  Prezidenti  Boris  Yeltsın  adına  Ural  Federal  Universiteti,  Çexiyanın  Praqa  Karl 

Universiteti,  Litvanın  Litva  Pedaqoji  Universiteti,  İsveçrənin  Frayburq  Universiteti,  Ukraynanın 

Poltava  İqtisadiyyat  və  Ticarət  Universiteti,  Türkiyənin  Erciyes  Universiteti,  Portuqaliyanın 

Lusofona Humanitar və Texnologiya Universiteti, Almaniyanın Augsburg Universiteti, Gürcüstanın 

Tbilisi Dövlət Universiteti, Belarus Dövlət  Universiteti,  İndoneziyanın Qadcah Mada Universiteti) 

və  Azərbaycanın  28  ali  məktəbində  “Azərbaycan  muitikulturalizmi”  fənni  tədris  olunur.  Bu  fənlə 

bağlı  xüsusi  proqram  hazırlanaraq  təhsil  nazirliyində  təsdiq  olunmuşdur.  Hazırda  fənnin  dərsliyi 

üzərində iş aparılır. Bundan əlavə, Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” fənni də 

tədris  edilir.  Dünyanın  13  universitetində  tədris  olunan  “Azərbaycan  muitikulturalizmi”  fənni,  ilk 

növbədə xarici tələbələrin Azərbaycana olan marağını Azərbaycana məhəbbətə çevirmək məqsədini 

güdməklə yanaşı, Azərbaycan lobbisinin formalaşmasına xidmət edir. 

Beləliklə,  Azərbaycan  multikulturalizminin  inkişaf  perspektivləri  ölkəmizin  multikultural 

təhlükəsizliyinin  sistemli  şəkildə  inkişaf  etdirilməsi,  ilkin  müxtəlifliyin  dövlət  tərəfindən 

qorunması, müxtəlifliklərin həmahəngliyinə nail olmaq istiqamətində yığılan təcrübəni eyniliklərin 

münasibətinə daxil edilməsi və əldə edilən nəticələrin sosial-siyasi sabitliyə müsbət təsir etməsi ilə 

bağlıdır. 

Ədəbiyyat: 

1.  Abdullayev  K.  Azərbaycan  Multikulturalizminin  inkişaf  perspektivləri  //  Səs  qəzeti,  13 

may, 2016, www.sesqazeti.az 

2. Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı... // http:thedecline.info/ az/pre2 

3.  Cəbrayılova  F.  Mədəniyyətlərarası  münasibətlərdə  multikulturalizmin  sosial-fəlsəfi 

mahiyyətinə dair // Mədəniyyət dünyası: XXVII buraxılış. 2014. – s. 172-176 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

285

 

 



 

 

4.  Həsənli  A.  Azərbaycanda  tolerantlığın  əsas  xüsusiyyətləri  barədə  //  Dövlət  və  din.  №3, 



2008 

5. Xəlilov S. Lider. Dövlət. Cəmiyyət. Bakı: “Azərbaycan Universiteti”, 2001 

6. Mehdiyev R. Azərbaycan: Qloballaşmanın tələbləri. Bakı: XXI əsr YNE, 2004 

 

Faride Allahverdiyeva 

The developing ways of the Multiculture in Azerbaijan 

Summary 


Tolerance  implies  a  respect  for  other  peoples  and  different  religions.  The  author  considers 

tolerance as one of the basic principles of unity of the people of the world. Today Azerbaijan develops 

as  a  centre  for  international  dialogue  and  cooperation.  The  other  principe  of  the  Multicultural  Safety 

serves to search all the nationals from different ethnics. Azerbaijan accepts to live in freedom, peace and 

mutual understanding with all nations. The history, the language and the literature of these ethnic groups 

are learn by this aim. 



 

 

 

 

 

 

 

 

 

Camal Arıxov, tarix üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı, 

Təbiət fənləri və tədrisi metodikası kafedrasının müdiri 



 

ZAQATALA MULTİKULTURALİZM MƏRKƏZİ KİMİ - İNGILOYLAR VAHİD 

QARDAŞLIQ AİLƏSİNDƏ 

 

Açar  sözlər:  memarlıq  abidələri,  monastr  kompleksi,  bazilika,  zərdüştlük,  mənəvi 

mədəniyyət 

Key words: Architectural monuments, complex of monastry, basilic, zardustic culture 

 

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, 



əsrlər  boyu  milli-mədəni  rəngarənglik  mühitinin  formalaşdığı,  ayrı-ayrı  millətlərin  və 

konfessiyaların  nümayəndələrinin  sülh,  əmin-amanlıq,  qarşılıqlı  anlaşma  və  dialoq  şəraitində 

yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə 

çevrilmişdir.  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  müasir  dövrdə 

respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz 

nümunəsidir.  

Multikulturalizm  elə  bir  siyasətdir  ki,  o,  mədəni  plüralizmi  qəbul  edir  və  onun  inkişafına 

şərait  yaradır.  Bu,  ölkə  əhalisinin  etnik,  irqi  və  dini  müxtəlifliyindən  asılı  olmayaraq,  onların 

hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş 

öz  mədəniyyətini,  dilini,  ənənəsini,  etnik  və  dini  dəyərlərini  inkişaf  etdirmək,  ana  dilində  məktəb 

açmaq,  qəzet  və  jurnal  dərc  etdirmək  sahələrində  bərabər  hüquqlara  malikdir.  Multikulturalizm 

siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi 

elita deyil, eyni zamanda millətin yüksək vəzifə  tutmayan digər nümayəndələri ilə  yanaşı, həm də 

milli və dini azlıqlar da dəstəkləyirlər. 

Multikulturalizm  bir  siyasət  kimi  öz  mahiyyəti  baxımından  tolerantlıqla  da  sıx  bağlıdır.  O, 

müxtəlif  mədəniyyətlərin  paralel  şəkildə  yaşamasını  qəbul  edən  tolerant  cəmiyyətin  başlıca 

xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə 

zənginləşməsinə, xalqları  birləşdirən mədəniyyətin formalaşmasına səbəb  olur ki,  bu da insanların 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

286

 

 



 

 

gələcək  mədəni  birliyi  məqsədilə  bir  mədəniyyətin  digər  mədəniyyətə  inteqrasiya  prosesi  ilə  



gerçəkləşir. 

Ümummilli  lider  Heydər  Əliyev  multikulturalizmin  müxtəlif  millətlərin 

nümayəndələrinin  bir  kənddə,  bir  rayonda,  bir  ölkədə  mehribancasına,  dinc  yanaşı  şəkildə,  bir-

birinin  adət-ənənələrindən,  zənginliklərindən  istifadə  edərək  birgə  yaşam  tərzi  olduğunu 

söyləmişdir. 

Multikulturalizm  Azərbaycan  mədəniyyətinin,  o  cümlədən,  xalq  mədəniyyətinin  cövhəridir. 

Multikulturalizm Azərbaycan xalqının  mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində 

əsrlər boyu davam edib gələn bir anlayışdır. Ümummilli liderimiz Heydər Əliyev multikulturalizmə 

münasibəti  hüquqi  müstəvidə  ətraflı  təhlil  edərək  demişdir:  “Azərbaycanın  tarixinə  nəzər  salsaq 

multikulturalizmin bu və ya digər anlayışlar altında da Azərbaycanda doğulduğunu görmək olar ”. 

Lakin  onun  bugünkü  səviyyəyə  çatması  üçün  Prezident  İlham  Əliyev  tərəfindən  davamlı  işlər 

görülür.  Görülən  bu  işlər  2016  -  cı  ilin  Azərbaycanda    “Multikulturalizm  ili  ”  elan  olunması  ilə 

nəticələnmişdir. 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları nəticəsində Zaqatala şəhəri və 

Zaqatala  rayonu  da    bu  gün    sözün  əsl  mənasında,  özünün  intibah  dövrünü  yaşayır.  Bir  vaxtlar   

“Azərbaycan  -  İsveçrəsi”,  “Kiçik  Paris”,  “Balaca  Tiflis”  kimi  tanınan  Zaqatala  şəhəri    bu  gün 

daha da gözəlləşib. Zaqatalanın  gündən - günə inkişafı, onun təbii gözəlliklərinə də yeni, valehedici 

rənglər  qatır.  Bir  sözlə,  dağların,  meşələrin,  çayların  qucaqlayıb  bağrına  basdığı,  əzizləyib  nazını 

çəkdiyi  Zaqatala  öz  tarixi  simasını  saxlamaqla  daha  da  gözəl  bir  şəhərə  çevrilir.  Bütün  bunlarla 

yanaşı, Zaqatala bu gün öz qədimliyi və müasirliyi ilə daha unikal, dinamik inkişaf yollarındadır. 

Əsrarəngiz  təbiəti,  zəngin  tarixi,  bu  tarixi  özündə  əks  etdirən  saysız-hesabsız    abidələri, 

xeyirxah, qoçaq, yaradıcı və igid sakinləri ilə bu diyar  çoxlarının diqqətini cəlb etmişdir.  

Bu  bölgənin  tarixi  və  arxitekturası  haqqında  görkəmli  alim  Arxitektor  Davud  Axundovun  

tədqiqatları xüsusi əhəmiyyət kəsb edir. D. Axundov qeyd edir ki,  bölgənin memarları məscid və 

ya  yaşayış  binaları  tikərkən,  əsasən,    yarımdairəvi    tağ-tavanlı  eyvanların  müxtəlif  formalarına 

üstünlük  vermişlər  ki,  bu  da  dərin  tarixi  köklərə  malikdir.    Qafqaz  Albaniyasının  memarlıq 

ənənəsini əks etdirir, bu ənənələrini qoruyub saxlayır. D. Axundov göstərir ki, Zaqatala bölgəsinin 

kənd məscidləri memarlıq baxımından bədii ifadəliyinə və həcminə görə digər bölgələrin şəhər və 

kənd məbədlərindən seçilirlər. Qəhrəman tarixə malik olan bu bölgədə  baş verən üsyanlarda xalqın 

azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizə geniş yer tutur. Bu mübarizə xalq dastanlarında 

və  elmi  ədəbiyyatda  geniş  təzahür  tapmışdır.  Zaqatalanın  tarixi  daim  zaqatalalıların  da  maraq 

dairəsində olmuş, onu sevə-sevə öyrənmişlər. 

Şimal-qərb bölgəsində yaşayan əhalinin xeyli hissəsini milli azlıqlar təşkil edir. Avar,  

ingiloy,  saxur,  gürcü  və  digər  millətlərin  nümayəndələri  bölgə  rayonlarında  toplum  halında 

yaşayırlar.  Onlar  Azərbaycan  vətəndaşlarıdır  və  bu  insanların    rahat  yaşamaları,  onların  öz 

mədəniyyətlərini dirçəltmək və dillərini inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. 

Beləliklə,  rayonumuzda  müxtəlif  xalqların  nümayəndələri,  ayrı-ayrı  dini  dəyər  daşıyıcıları 

mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlərin, ənənələrin qorunub 

saxlandığı Zaqatalanın 126 min nəfər əhalisinin böyük əksəriyyətini  azərbaycanlılar, qalanlarını isə 

avarlar,  ingiloylar,  saxurlar  və  digər  azsaylı  xalqların  nümayəndələri  təşkil  edirlər.  Bu  xalqların 

nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab etmişlər. 

Azərbaycanla Gürcüstan arasında dostluq  əlaqələrinin inkişafında , iki qonşu dövlətin  sabiq 

liderləri  -  Heydər  Əliyevlə  Eduard  Şevardnadze  arasında  uzun  müddət  davam  edən  şəxsi  dostluq 

münasibətləri  də    az    rol    oynamamışdır.  Mehriban    qonşuluq    münasibətlərinin  inkişafına  təsir 

göstərən amillərdən biri də Gürcüstanda çoxsaylı azərbaycanlıların və Azərbaycanda isə gürcülərin 

yaşamasıdır.  Dostluq,  mehriban  qonşuluq  və  qarşılıqlı  fayda  prinsipi  üzərində  qurulmuş  və 

beynəlxalq hüquq normaları əsasında inkişaf edən bu əlaqələri və mehriban qonşuluq siyasətini bu 

gün  də  iki  dost  və  qardaş  dövlətlərin  başçıları  məqsədyönlü  şəkildə  uğurla  davam  etdirdilər.  Bu 

dostluğun dünyada analoqu yoxdur. 

Bu  tədqiqat  araşdırmasında  Zaqatalada  minilliklər  boyu  birgə  yaşayan  onlarca  azsaylı  etnik 

tərkiblərin biri olan ingiloylar haqqında  bir qədər geniş danışmaq istəyirik. 

İngiloylar  26  qədim  alban  tayfasından  biri  olan  gellərdir,  "gel"  sözü  də  "ingiloy"  sözünün 

ikinci hecasında "gil" kimi öz əksini tapıb. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

287

 

 



 

 

inqiloyların  əsas  məşğuliyyət  sferası  tütünçülük,  taxılçılıq,  üzümçülük,  qərzəkli  meyvəçilik  və 



heyvandarlıq sahələri idi. 

Azərbaycanda  hal-hazırda  gürcü  dilində  5  orta  məktəb  fəaliyyət  göstərir  ki,  bu  məktəblərdə 

ümumilikdə 51 sinifdə 2641 nəfər şagird təhsil alır. 

Bu  qrupun  nümayəndələrindən  əsasən,  müsəlmanlar  və  çox  az  hissəsi  də  olan    xristianlar 

gürcü dilinin cənub dialektində danışırlar. İngiloyların dili gürcü dilinə  yaxın (gürcü dilinin cənub 

dialekti) olduğu üçün onları gürcüdən dönmə hesab edirlər.  İngiloyların əcdadları olan gellər orta 

əsrlərdə dilləri gürcüləşmiş Albaniya tayfaları olmuşlar. 

19-cu əsrdən başlayaraq belə bir fikir irəli sürülmüşdür ki, guya ingiloylar etnik mənsubiyyətə 

görə 18-ci əsrdə İslam dinini qəbul edən gürcülər olmuşlar. Guya ki, “ingiloy” sözü "yeni" və “yol” 

(özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ancaq "yeni yol"  məfhumu 

başqa heç bir şeylə əsaslandırılmamışdır. Tarixi məlumatlara görə, azərbaycanlılar ingiloyları gellər 

adlandırırlar.  Qax  rayonunun  İlisu  kəndindəki  ingiloyların  qellər,  avarlar  tərəfindən  qeloylar, 

zaxorlar  tərəfindən  qelovlar  adlandırılması  ona  əsas  verir  ki,  ingiloy  etnonimi  azərbaycanca  "yeni 

qellər"  sözlərinin  birləşməsindən  yaranmışdır.  “Qel”lər  komponenti  qədim  qel  etnonimi  ilə 

əlaqələndirilir.  Strabonun  məlumatına  görə  qellər  amazonkalıların  arasında  yaranmışlar.  Bu  faktı 

Plutarx  da  (ikinci  əsr)  təsdiq  etmişdir.  Qədim  gürcü  mənbələrində  Dağıstan  xalqları  leki  adlanır. 

Onuncu əsr gürcü yazıçısı S.Yefemiyev Sertoqoriya leklərini albanlar adlandırmışdır. 

Qellərin  Qafqaz  dağlarında  və  yaxud  Şimali  Qafqazda  yaşadıqları  söylənilmişdir.  Bəzi 

tədqiqatçılar  qellərin  Dağıstanın  cənubunda  yaşadığını  iddia  edir.  Bəziləri  isə  Strabonun  və 

Plutarxın  amazonkalılar  adlandırdığı  xalq  -  alazanların  Alazan  çayı  sahillərində  yaşadıqlarını 

bildirirlər. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildir ki, eyni bir yerdə – Alazan çayı 

ərazisində yaşayırlar. 

İngiloyların  əcdadları  olan  qellər  orta  əsrlərdə  dinin  inkişafı  nəticəsində  dilləri  gürcüləşmiş 

İran  dilli  Albaniya  tayfaları  olmuşlar.  İngiloyların  əcdadları  Albaniya  vilayətinin  ərazisi  olan 

Eritedə  yaşamışlar.  Müxtəlif  dövrlərdə  Gürcüstanın  tərkibinə  daxil  olan  qellər  gürcü-pravoslav 

dininin təsirindən gürcü dilini qəbul etmiş və  beləliklə, gürcü dilinin ingiloy dialekti yaranmışdır. 

N.Y.Maar  qeyd  etmişdir  ki,  qədim  Eretiya  vilayəti  həqiqətən  gürcüləşmiş  Albaniya  olmuş, 

sonralar Kaxetiyanın sərhədlərinə daxil olmuşdur. 

S.T.Yeremyan  da  həmçinin  qeyd  edir  ki,  Ereti  Albaniyanın  gürcüləşmiş  hissəsidir.  Qeyd 

etmək lazımdır ki, ingiloyların yaşadıqları kənd adlarından heç birinin gürcü dili ilə əlaqəsi yoxdur. 

Onların  yaşadıqları  Tasımallı,  Zəyəm,  Korağan,  Əlibəyli,  Kötüklü  –  Qax,  Əliabad,  Mosul, 

Yengiyan-Zaqatala rayonunda, İtitala isə Balakən ingiloy kəndləri arasında azərbaycandilli adlardır. 

Qədim  toponimlərdə  qel  etnoniminə  rast  gəlinir.  Ptolomeyə  görə,  Alban  şəhəri  “Qelda”, 

“Qevanda”, “Qelavu” adlanır. 

Azərbaycan  Respublikasının  Ümummilli  lideri  Heydər  Əliyev  nəinki  ingiloylar, 

ümumiyyətlə, milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərində deyirdi: 

"Biz  Azərbaycan  deyəndə  onun  sərvətini,  onun  gözəl  təbiətini  nəzərdə  tuturuq.  Lakin  bütün 

bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz 

həyatını  bu  torpağa  bağlayan,  müxtəlif  millətlərdən  olan,  müxtəlif  dinlərə  etiqad  edən  adamlardır. 

Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar…" 

Dövlət  Statistika  Komitəsinin  məlumatında  ingiloyların  deyil,  gürcülərin  sayı  barədə 

məlumatlar verilir. Azərbaycanın regionları üzrə statistik göstəricilərdə də gürcülər barədə məlumat 

verilir.  

İngiloylar 

əsasən, Balakən rayonunun 

İtitala 


kəndində, Zaqatala rayonunun Əliabad 

qəsəbəsində  və  Mosul  kəndində,  Qax  rayonunun  Qaxingiloy,  Əlibəyli,  İngiloy  Kötüklü,  Böyük 

Alatəmir, Kiçik Alatəmir, Meşəbaş, Qaxbaş və Qarameşə kəndlərində yaşayırlar.

[1]


 

Hazırda  respublikamızın  1205  şagird  əhatə  olunmaqla  6  məktəbində  təlim  yalnız  gürcü 

dilində  aparılır.  Təlim  Azərbaycan-gürcü  dillərində  aparılan  5  məktəbdə  1101  nəfər  gürcü 

bölməsində,  təlim  Azərbaycan,  rus  və  gürcü  dillərində  aparılan  1  məktəbdə  146  şagird  gürcü 

bölməsində,90  şagird  rus  bölməsində  təhsilə  cəlb  edilmişdir.  Beləliklə,  respublikanın  12 

məktəbində  2452  şagird  gürcü  dilində  təhsil  alır.  Balakən,  Qax,  Zaqatala  bölgəsində  ingiloyların 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

288

 

 



 

 

məktəbyaşlı uşaqları valideynlərin arzu və istəyindən asılı olaraq təhsillərini Azərbaycan, gürcü və 



rus dillərində alırlar. 

Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini, 

mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılmışdır. 

Təhsil Nazirliyi Azərbaycan Respublikası Konstitusiyasının, Təhsil Qanununun tələblərini və 

Avropa  Xartiyasının  prinsiplərini  rəhbər  tutaraq,  azsaylı  xalqların  dillərinin,  tarixi  və 

mədəniyyətinin öyrənilməsi istiqamətində mümkün imkanlardan istifadə edir. 

İngiloylar yaşadıqları ərazidə öz dillərində danışdıqları üçün qonşu kəndlərə, rayona, hətta elə 

paytaxt  Bakıya  gələndə  çətinlik  çəkirlər.  Tədqiqatlar  göstərir  ki,  bölgədəki  gürcü  məktəblərinin 

Azərbaycan dilinə  və  tarixinə münasibəti lazımi səviyyədə  deyil. Müəllimlər və valideynlər gürcü 

məktəbləri  üçün  Azərbaycan  dili  dərsliklərinin  çatışmazlığından  giley  edirlər.  Baxmayaraq  ki, 

onlara öz dillərində təhsil almaları üçün rayonda zəruri şərait yaradılıb. 

Gürcü  məktəblərində  Azərbaycan  tarixi  fənnini  Bakı  Dövlət,  Pedaqoji  Universitetlərin  tarix 

fakültəsini bitirmiş məzunlar tədris edir. 

Qeyd  edək  ki,  gürcü  məktəblərində  humanitar  fənlər  üzrə  dərslikləri  Azərbaycan  Təhsil 

Nazirliyi  tərəfindən  hazırlanır  və  8-ci  sinfə  qədər  pulsuz  paylanır.  Dəqiq  və  texniki  elmləri  əhatə 

edən  dərsliklər  isə  Gürcüstandan  gətirilir.  Gürcü  şagirdlərin  70  faizi  Azərbaycan  dili  dərsliklərinə 

malikdirlər. Gürcüstanın Təhsil Nazirliyinin bir sıra kitabları göndərməyə belə imkanı olmur. Belə 

olan  təqdirdə  rayonun  sabiq  deputatlarından  biri  öz  şəxsi  vəsaiti  hesabına  Gürcüstandan  Qaxda 

yaşayan gürcülər üçün kitab alıb və onlara paylayıb. 

İngiloyların  milli  adət-ənənələrinin  qorunub  saxlanması  sayəsində  dövlət  tərəfindən  bir  sıra 

işlər görülüb. İngiloyların yaşadıqları rayonlarda  əhalinin əsas hissəsini azərbaycanlılar təşkil etsə 

də,  burada  digər  azsaylı  xalqların  nümayəndələri  də  yaşayırlar.  Bu  bölgələrdə  azərbaycanlılarla 

yanaşı, həm də azsaylı xalqların nümayəndələri ilə bağlı tədbirlər keçirirlər. Azərbaycan şairlərinin 

yubileyləri ilə yanaşı, gürcü xalqlarının nümayəndələri İ.Çavçavadezinin, Ş.Rustavelinin yubleyləri 

qeyd edilmişdir. Milli tərkibindən asılı olmayaraq Əlibəyli kənd mədəniyyət evinin gürcü xoru, xalq 

teatrı, Qaxbaş, Qax-gürcü kənd mədəniyyət evlərinin gürcü xoru və rəqs qrupu, Qəbələ rayonunda 

fəaliyyət  göstərən  folklor  kollektivləri,  kəndirbazlar  qrupu,  zurnaçılar  dəstəsi,  "Zopu-zopu"  xalq 

kollektivi həmin bölgədə milli adət-ənənələrin təbliğində mühüm rol oynayır. 

Bütün multikultural dəyərlərin beşiyi olan Zaqatala rayonu şimal-qərb regionunun tolerantlıq 

mərkəzi adlandırıla bilər. Avarlar, saxurlar, ingiloylar bir ailə kimi burada mənalı ömür yolu keçmiş 

ingiloylar tarixən şərəfli bioqrafiya yaşamışlar. 

Heç  şübhə  yoxdur  ki,  regionda  multikultural  dəyər  daşıyıcılarının  gələcək  taleyi  bundan  da 

işıqlı və diqqətə layiq olacaqdır. 

 

Camal Arıxov 



Summary 

Reseaching work was devoted to the multicultural values and to developing its in Azerbaijan. 

Author noted that this values very suceessfully developed in Zagatala region, which named centre 

of multicultural since the old times. 

As  the  one  of  the  presents  of  ethnic  groups  of  ingiloys  author  in  his  article  speaks  about  of 

culture education, religuous and its that nations. Underlined that, multicultural values was always in 

the centre of attention both  nationwide leader H.Aliyev and President  of  independent  Republic of 

Azerbaijan I.Alliyev. 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin