Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə55/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

299

 

 



 

 

mərkəzində  dayanır.  Azərbaycanda  islam  dəyərləri  ilə  yanaşı,  Şərqdə  ilk  milli  opera,  birinci  teatr, 



ilk  respublika  quruluşu  mövcud  olmuş,  məktəblə  mədrəsə  yanaşı  inkişaf  etmiş,  müsəlmanlarla 

birlikdə  yəhudilər  və  xristianlar  dinc  yanaşı  yaşamış,  minilliklərdən  qalan  dözümlülük,  tolerantlıq 

həmişə  gözlənilmişdir.  Hətta  hər  iki  mədəniyyətin  paralel  təsiri  paytaxtımız  Bakının 

arxitekturasında  da  özünü  göstərməkdədir.  Belə  ki,  Bakıda  Şərqin  istehkam  tipli  qala  divarları, 

Atəşgah  məbədi,  Qız  qalası  neft  milyonçularının  Qərbin  qotika  üslubunda  tikdirdikləri  renessans 

abidələri  ilə  yanaşıdır.  Azərbaycan  Şərqlə  Qərbin  toqquşduğu,  ayrıldığı  yer  deyil,  Şərq  ilə  Qərb 

arasında körpü, qovuşma nöqtəsidir. Əsrlər boyu Azərbaycan cəmiyyəti öz sosial mədəni məkanına 

hər  iki  istiqamətdən  gələn  və  öz  milli  xüsusiyyətlərinə  uyğun  olan  dəyərləri  daxil  etmiş,  ölkə 

meyarlarına cavab verməyən amilləri qəbul  etməmişdir. Azərbaycan  cəmiyyətində heç zaman hər 

hansı  bir  istiqamətdə  radikal  meyllər  mövcud  olmamış,  tarixin  müəyyən  mərhələlərində  xarici 

müdaxilə  hesabına  baş  verən  qabarma  və  çəkilmələr  qalıcı,  davamlı  xarakter  daşımamışdır.  Bu 

baxımdan Azərbaycan cəmiyyəti Şərq və Qərb dəyərlərinin birləşdiricisi, ortaq daşıyıcısıdır. Tarixin 

bütün dövrlərində ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə, hər hansı bir ayrı-seçkilik olmamışdır. 

Azərbaycandakı  milli  və  dini  dözümlülük  bizim  tarixi  ənənələrimizə  əsaslanır  ki  bu  da 

cəmiyyətimizin  tələbidir.  Azərbaycan  təmsil  etdiyi  türk  sivilizasiyasının  tərkib  hissəsi  olaraq 

özünəməxsus dəyərlərə söykənir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, adət-

ənənələrin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, dini baxışda monoteist əqidə, 

ailə dəyərləri, digər sivilizasiya daşıyıcılarına münasibətdə tolerantlıq, birgə yaşam vərdişləri bizim 

həyat prinsiplərimizin əsasında dayanır. 

Hazırda  Azərbaycan  və  ümumilikdə  türk  sivilizasiyası  islam  mədəniyyətinin  əhatə 

dairəsindədir.  İslam  bir  fəlsəfə,  din,  həyat  tərzi  olaraq  türkün  ruhuna  yaxındır  və  əksər  hallarda 

harmoniya  təşkil  edir.  Bununla  belə,  dini  dünyagörüşümüzdə  monoteizm  yalnız  islamla  əlaqədar 

deyildir. Türk sivilizasiya təmsilçiləri üçün xarakterik olan tək allahlılıq islamdan əvvəl də mövcud 

olmuşdur.  Türk  xalqlarının  inanclarında  hər  zaman  Tanrı  əsas  yer  tutmuşdur.  Tarixin  müxtəlif 

dövrlərində  ayrı-ayrı  türk  xalqları  islam,  xristianlıq,  iudaizm,  buddizm,  tenqriçilik,  atəşpərəstlik, 

şamanizm kimi din və inanc sistemlərinə tapınmışlar. [5; 6; s. 82] 

Xüsusilə  vurğulanmalıdır ki,  qədim dövrlərdən bəri türk xalqları tək allahlı etiqada üstünlük 

vermişlər. Zaman-zaman kənar müdaxilələr hesabına türklərin dini inancında fərqli təsirlər olsa da, 

monoteist dini inanc bizim cəmiyyət üçün daim xarakterik olmuşdur. Beləliklə, Azərbaycanda dini 

müxtəliflik və dözümlülük tarixi ənənələrə əsaslanır. Sivilizasiya müstəvisində cəmiyyət üçün əsas 

səciyyəvi  cəhətlərdən  biri  müxtəlif  azlıqlara  dözümlü  yanaşmadır.  Azərbaycan  üçün  milli-etnik 

assimilyasiya  etmək  heç  zaman  xarakterik  olmamışdır.  Öz  həyat  siklində  passionarlığın 

kuliminasiya  mərhələsi  hesab  olunan  imperiya  dövründə  belə  dövlətin  sərhədləri  daxilində  digər 

xalqlara  münasibətdə  hər  zaman  tolerantlıq  müşahidə  olunur.  Ölkədə  formalaşmış  tolerantlıq  və 

dözümlülük  Azərbaycan  cəmiyyətini  səciyyələndirən  ənənəyə  çevrilib.  Konstitusiyanın  48-ci 

maddəsinə  əsasən,  hər  kəsin  vicdan  azadlığı  vardır.  Hər  kəsin  dinə  münasibətini  müstəqil 

müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir 

dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Heç 

kəs  öz  dini  etiqadını  və  əqidəsini  ifadə  etməyə,  nümayiş  etdirməyə,  dini  mərasimləri  yerinə 

yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Azərbaycan müstəqillik əldə 

etdikdən  sonra  İslam  ənənələrinə  əsaslanan  müqəddəs  bayramların  qeyd  olunmasının  bərpa 

edilməsi,  həmin  günlərin  qeyri  –  iş  günü  kimi  qeyd  edilməsi,  müxtəlif  dini  konfessiyaların 

bayramlarının  ölkə  başçısı  tərəfindən  təbrik  edilməsi,  Sovet  dövründə  müxtəlif  məqsədlər  üçün 

istifadə  edilən,  yaxud  bağlı  olan  məbədlərin  açılması  dini  tolerantlığa  dövlət  tərəfindən  verilən 

töhfələrdir.[4; s. 20-21] 

Beləliklə,  Azərbaycanda  mədəniyyətlərarası  dialoq,  fərqli  sivilizasiya  daşıyıcılarının 

harmoniyası  tarixi  ənənələrə  söykənir.  Ölkəmizdə  milli,  dini  müxtəliflik,  qarşılıqlı  hörmət  və 

dözümlülük  böyük  dəyər  və  sərvət  hesab  olunur.  Dünyada  mədəniyyətlərin  barışmazlığı, Qərb-

İslam  münasibətlərinin  kəskinləşməsi  və  müxtəlif  fobiyaların  güclənməsi  fonunda  Azərbaycan  öz 

tarixi  ənənələrini  davam  etdirir.  Bu  mənada  5  il  bundan  əvvəl  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyevin  təşəbbüsü  ilə  mədəniyyətlərarası  dialoqa  töhfə  vermək  üçün  bir 

proses  başlanmışdır.  2008-ci  ilin  dekabrında  Bakıda  keçirilmiş  Avropa  Şurasına  üzv  dövlətlərin 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

300

 

 



 

 

mədəniyyət  nazirlərinin  konfransında  Qərblə  Şərq  arasında  yeni  bir  mədəniyyət  körpüsünün  əsası 



qoyuldu.  Prosesin  davamı  olaraq  Azərbaycanın  təklifi  ilə  2009-cu  ildə  Bakıda  keçirilən  islam 

ölkələrinin mədəniyyət nazirlərinin konfransında Avropa dövlətlərinin təmsilçiləri iştirak etdilər. Bu 

isə artıq  yeni  bir Qərb-Şərq dialoqunun başlanğıcı  oldu.  Azərbaycanın  təşəbbüsü  ilə  2011-ci  ildən 

Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumunun  keçirilməsi  ilə  "Bakı  prosesi  "  yeni  üfüqlər 

qazandı. [4; s. 24] 

Azərbaycan  dünyaya  mədəniyyətlərarası  dialoqun  öz  modelini  təqdim  edir.  Bu  modelin 

unikallığı, ilk növbədə, onun həyat fəlsəfəsini əks etdirməyindədir. Başqa mədəniyyətə, dinə, tarixə 

olan  hörmət  öz  dəyərlərinə  olan  hörmətdən  başlayır.  Dünyanın  müxtəlif  guşələrindən  ölkəmizə 

gələn  fərqli  sivilizasiya  təmsilçiləri  Azərbaycanın  tolerantlıq  məkanı  olmasını  və  bu  irsi  əsrlərdir 

daşımasının şahidi olurlar.  

 

Ədəbiyyat siyahısı 



1.  Abdullayev  K.,  Azərbaycanda  multikultural  təhlükəsizlik  prinsipləri,  Yeni  Azərbaycan 

qəzeti, 24 iyun 2015-ci il 

2. Aslanova R., "Qloballaşma və mədəni müxtəliflik". Bakı: Elm, 2004 

3. Bünyadzadə K., "İslam fəlsəfəsi: tarix və müasirlik". Bakı, Çaşıoğlu, 2010 

4. Cəbrayılova G., "Mədəni və dini dəyərlərin Multikultural aspektləri", Mədəniyyət Dünyası, 

Elmi-nəzəri  məcmuə,  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universiteti,  XXVII  buraxılış, 

Bakı, 2014 

5.Əbdülhəmid  Ə.,  Əbu  Süleyman.  "Müsəlmanın  iradə  və  mənəviyyatının  böhranı",  Bakı, 

İdrak İctimai Birliyi, 2009 

6. Xəlilov S., "Şərq və Qərb. Ümumbəşəri ideala doğru" (fəlsəfi etüdlər). Bakı, "Azərbaycan 

Universiteti", 2004 

7.  http://www.respublica-news.az/index.php/dig-r-/item/259-multikulturalizm-azaerbaydzan-

n-doevlaet-siyasaeti-dzaemiyyaetin-haeyat-taerzidir 

8.  Multikulturalizm  Azərbaycanda  dövlət  siyasətinin  ən  önəmli  istiqamətlərindən  biridir 

“Yeni Azərbaycan ” qəzeti, 27 noyabr 2014-cü il/ http://anl.az/down/meqale/yeni_az/2014/noyabr/ 

9. https://az.wikipedia.org/wiki/Multikulturalizm, 25.04.2016 



 

XÜLASƏ  


Mədəniyyətlərarası  dialoqun  ən  mühüm  məqsədi  qarşı  tərəfin  mədəniyyət  və  sivilizasiyasını 

anlayıb ona hörmət edib qəbul etməkdən ibarətdir. Bu gün qloballaşma prosesinin ayrılmaz tərkib 

hissəsi  olan  informasiya  mübadiləsi  və  mədəni  mübadilə,  mədəniyyətlərarası  dialoq  modern 

sivilizasiyanın  əsas  cəhətlərinə  çevrilir.  Məqalədə  mədəniyyətlərarası  dialoq  çərçivəsində  tolerant 

cəmiyyətdə  multikultural  mədəniyyətlərin  qarşılıqlı  surətdə  zənginləşməsindən,  müxtəlif  xalqları 

birləşdirən dəyərlər sisteminin formalaşmasından söhbət açılır. 



 

Elchin İbrahimov 

THE MAIN ASPECTS OF THE TRANSFORMATION OF MULTICULTURAL 

LIFESTYLES VALUES IN AZERBAIJAN 

Summary  

  The important aim of the dialogue between cultures consists of understanding and respecting 

the  culture  of  sivilization  of  the  opposite  side  and  accepting  it.  Nowadays  the  main  part  of  the 

process of globalization are considered the exchange of news, cultural eschange, dialogue between 

cultures  to  be  the  main  points  of  modern  sivilization.  The  author  of  the  article  talks  about  these 

cultures  and  thoughts  of  formations  of  different  people,  their  mutual  enrichment  in  a  tolerant 

society. 

 

 



 

 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

301

 

 



 

 

Könül Tehran qızı Baxışova 



İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində kadrlar üzrə mütəxəssis 

konul.baxishli@mail.ru 



 

İSMAYILLIDA YAŞAYAN MOLOKANLAR 

Açar sözlər: molokanlar, duxoborlar, multikulturalizm, babtist, pyatidesyatnik 

Key words: molokans, doukhobors, multiculturalism, babtists, pentecostalism 

Azərbaycan  etnosunun  tarixini  nəzərdən  keçirsək  görərik  ki,  əhalinin  90%-ni  təşkil  edən 

azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və 

milli  qruplar  iştirak  etmişlər.  Azərbaycan  əhalisinin  əsas  hissəsi  azərbaycanlılardan  və  ölkənin 

müxtəlif  guşələrində  yığcam  halda  yaşayan  30  adda  millət  və  etnik  qruplardan  ibarətdir.  Onların 

arasında Altay ailəsinin türk qoluna məxsus Azərbaycan türkləri, tatarlar, ahısqa türkləri, həmçinin 

hind-avropa  (tatlar,  talışlar,  dağ  yəhudiləri,  kürdlər),  Qafqaz  (udilər,  ləzgilər,  avarlar,  saxurlar, 

buduqlar,  ingiloylar,  qrızlar,  xınalıqlar),  slavyan  (ruslar,  malakanlar,  ukraynalılar)  dil  qruplarının 

təmsilçiləri vardır (1, s. 3). 

Azərbaycan  müxtəlif  dinlərin,  azsaylı  xalqların  və  etnik  qrupların  nümayəndələrinin  dostluq 

və  qardaşlıq  şəraitində  yaşayan  bir  ölkədir.  Bizim  ölkə  də  tarixən  tolerant  cəmiyyətin  bərqərar 

olması  burda  məskunlaşan  azsaylı  xalqlara  və  etnik  qruplara  öz  varlığını  qoruyub  saxlamağa 

əlverişli  şərait  yaratmışdır.  Onlar  əsrlər  boyu  öz  tarixini,  adət-ənənələrini,  maddi  və  mənəvi 

mədəniyyətini və eləcə də, dini dəyərlərini müasir dövrümüzə qədər qorumuşlar. 

Belə  ki,  İsmayıllı  rayonu  ərazisində  hapıtlar,  tatlar,  molokanlar,  kürdlər,  yəhudilər  və  s. 

azsaylı  xalqların  və  etnik  qrupların  nümayəndələri  hormoniyada  sülh,  əmin-amanlıq,  qardaşlıq 

şəraitində yaşamışlar və yaşayırlar.  

Biz araşdırmamızda Azərbaycanın mirvarisi adlanan İsmayıllı bölgəsində yaşayan molokanlar 

və onların mədəniyyətini diqqət mərkəzinə çəkmək istəmişik.  

Tambov  və  Saratov  Quberniyasında  ruslarla  molokanlar  arasında  anlaşılmazlıq  baş  verirdi. 

Rus inancına görə həftənin yalnız iki günü süd içmək ənənəsi olduğu halda, molokanlar isə həftənin 

hər  günündə  süd  içməyin  mümkünlüyünü  təkid  edirdilər.  Əslində  molokan  sözü  burdan 

götürülmüşdür. Moloko - süd, molokan isə süd içən mənasını bildirir (5). Molokanlar hərəkatının 

davamçıları orucluq vaxtı süd  içirdilər. Molokanlar özləri isə bu adı, " mənəvi südlə qidalanmaları 

" ilə izah edirlər (6).  

Azərbaycanda ilk rus məskənləri Qafqazda rus ordusunda xidmət edib, sonralar tərxis olunan 

rus  zabitlərinin  və  eləcə  də,  rus  pravoslav  xristian  kilsəsinin  təqiblərinə  qarşı  çıxan  kəndlilərin, 

təriqətçilərin  hesabına  yaradılmışdır.  Əvvəlcədən  onu  da  qeyd  etmək  istərdik  ki,  təriqətçilər  Rus-

Pravoslav  Kilsəsi  tərəfindən  qəbul  edilmədiklərindən  və  ümumiyyətlə,  sektantlıq  hökumətin 

pravoslav  yönümlü  din  siyasətinə  zidd  olduğundan,  onlar  öz  doğma  yerlərindən  sürgün  edilib 

Qafqazda,  xüsusən  də,  Şimali  Azərbaycan  ərazilərində  dayaq  sayılacaq  forpostların  yaradılması 

məqsədilə yerləşdirilmişdilər. Çar Rusiyası, digər tərəfdən yerli əhali olan azərbaycanlıların yüksək 

tolerantlıq  xüsusiyyətlərini  də  nəzərə  almış  və  imperialist  rejim  bu  amildən  maksimum 

yararlanmağı qarşısına məqsəd qoymuşdu (2, s. 77). 

Azərbaycana köçürülən rus əhalisinin böyük əksəriyyətini müxtəlif dini təriqətlərə itaət edən 

molokanlar,  babtistlər,  duxoborlar,  subbotniklər  təşkil  edirdi.  XIX  əsrin  30-cu  illərində  çar 

hökuməti  Rusiyanın  Saratov,  Astraxan,  Voronej,  Tambov,  Orenburq  və  Tavriçeski 

quberniyalarından “etibarsız ünsür ”sayılan bu kəndliləri Azərbaycana sürgün etdilər (3, s. 352). 

İvanovka kəndi dəniz səviyyəsindən 848 metr yüksəklikdə, İsmayıllı şəhərindən cənub-qərbdə 

-  13  km  məsafədə  yerləşir.  Kənd  rus  icmasının  birgə  şəkildə  yaşadığı  ən  böyük  yaşayış 

məntəqələrindən biridir (8).  

1834-cü  ildə  Tambov  quberniyasından  sürgün  edilmiş  11  ailədən  ibarət  molokanlar  kəndli 

İvan  Perşinin  rəhbərliyi  ilə  ilk  əvvəl  Ax-Ox  çayı  sahillərində  indiki  Topçu  kəndi  yaxınlığında 

məskən salırlar.  Lakin  1847-ci  ildə  yaşamaq üçün  əlverişli,  daha quru şaxtalı  iqlim şəraiti  olan və 

onların  köçüb gəldikləri  doğma vətənlərini onlara xatırladan  yeni    yaşayış məskəninə köçürlər və 

kəndin  adını  İvanovka  qoyurlar.  İvanovka  kəndində  yaşayan    Molokanlar  müasir  dövrümüzədək 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

302

 

 



 

 

təkcə  rus  mədəniyyətini  və  rus  ruhunu  deyil,  eləcə  də  molokan  inancını,  adət-ənənəsini  qoruyub 



saxlamışdır (9).  

1953-cü  ildən  1994-cü  ilə  kimi  kolxoza  Nikolay  Vasilyeviç  Nikitin  rəhbərlik  etmişdir. 

N.V.Nikitin  kolxoza  rəhbərlik  etdiyi  dövrlərdə  təsərrüfat  böyük  uğurlar  qazanmışdır.  Onun  bu 

zəhməti  dövlət  tərəfindən  qiymətləndirilərək  Sosialist  Əməyi  Qəhrəmanı  kimi  yüksək  ada  layiq 

görülmüşdür.  Molokanların  kənddən  köçüb  getməməsi  üçün  N.V.Nikitin  əlindən  gələni 

əsirgəməmişdir.  O  molokanlara  böyük  qayğı  ilə  yanaşmış,  yeni  evlənənlərə  ev  tikmə  ənənəsini 

qoymuş, əhalinin sosial rifahının yüksəldilməsi üçün kənd təsərrüfatını inkişaf etdirmiş və pulsuz və 

ya aşağı qiymətlə kolxoz hesabından ərzaq ailə başına paylama ənənəsini qoymuşdur. 

Azərbaycan  Respublikasında  1996-cı  ildən  başlanan  aqrar  islahatlar  zamanı  İvanovka 

kəndinin  rus  icması  Heydər  Əliyevə  müraciət  edərək  kolxoz  quruluşunun  saxlanmasını  xahiş 

etmişlər.  Heydər  Əliyev  icmanın  müraciətini  nəzərə  alaraq  kolxozun  saxlanmasını  və  kolxoza 

həmin  təsərrüfata  41  il  rəhbərlik  etmiş  Nikolay  Vasilyeviç  Nikitinin  adının  verilməsinə  razılıq 

vermişdir (8). 

Molokanlar  özlərinin  dini  təliminin  yeganə  mənbəyi  kimi  Bibliyanı  tanıyırlar.  Onlar  kilsədə 

xüsusi  səlahiyyətlərə  malik  şəxslərin  iyerarxiyasını  qəbul  etmirlər.  Molokanların  kilsələri  yoxdur, 

onların ehkamçılıq təlimi "Dini qaydalar" adlı kitablarda təsvir olunur. Tarixən molokan icmasına 

qocalar  və  ya  seçilmiş  şəxslər  başçılıq  edib.  Onların  təliminə  görə,  ölülər  ruhən  deyil,  cismən 

diriləcəklər. Ukleinin bütün dini təlimini də məhz bu fikir təşkil edir. Duxoborlar kimi molokanlar 

Allaha  ancaq  ruhi  etiqadı  qəbul  edir,  dini  ayinlər  haqqında  pravoslav  təlimini  rədd 

edirlər. Molokanların  yaşayış məskənlərində bərbəzəkli kilsələr olmur, yalnız sadə səliqəli heç bir 

bəzəyi  olmayan  iri  ibadət  otaqları  olur.  Onlar  düşünürlər  ki,  əlavə  bərbəzək  ibadət  edən  insanlara 

mane ola bilər. Otaqda uzun oturacaqlar və masa olur. İkonalar divarlarda asılmır. Kişilər bir sırada, 

qadınlar  o  biri  sırada  üzbəüz  vəziyyətdə  otururlar.  Molokanların  ibadəti  Bibliyanın,  əsasən  də 

Zəburun  məşhur  hissələrinin  qiraətindən  və  nəğmə  kimi  oxunmasından  ibarətdir.  Bu  halda, 

aşağıdakı  qaydaya  riayət  olunur:  molokanların  prisviter  adlandırdıqları  adam  adətən  ön  cərgədə 

əyləşib  Bibliyadan  kəlamlar  oxuyur,  dinləyicilər  isə,  onu  uzada-uzada  təkrarlayaraq,  nəğmə 

şəklində ifa edirlər (6). 

Molokanlar pravoslav kilsələrinə, onların ayinlərinə, təzim etdikləri müqəddəslərə, ikonalara, 

xaça və onların qüdrətinə inanmırlar. Onlar üçlük Allahlığı təkzib edirlər (7). 

Orucluğa gəldikdə isə, molokanların  fikrincə, oruc müəyyən vaxt  müddətində deyil, insanın 

özünü  günahkar  olduğunu  və  nəfsinin  ağlına  üstün  gəldiyini  hiss  etdikdə  tutulmalıdır.  Həm  də 

orucluqda  yemək  və  içməkdən  tamamilə  imtina  olunmalıdır.  Molokanlar  insanın  xilasını  onun 

gördüyü “xeyirxah işlər”də görürlər. 

  İnformatorların  verdiyi  məlumata  görə  İvanovkada  yaşayan  ruslar    arasında  bir  sıra 

molokanlar,  baptistlər  və  əllincilər  (пятидесятники)  kimi  sektalar  (təriqətlər)  mövcuddur.  Bu 

təriqətlərin ayrı-ayrılıqda ibadət evləri mövcuddur. Bazar günü saat 8.00 –dan hər ibadətçi öz inam 

gətirdiyi ibadət evinə gedirlər.  

Molokanlar  ibadətə  gedərkən  ənənəvi  milli  molokan  geyimində  olurlar.  Hər  üç  sektanın 

qadınlarının  örtülü  geyinməsi  şərtdir:  başlarında  yaylıq,  əyinlərində  dizdən  aşağı  yubka  və 

uzunqollu geyim.  

Molokanlar  Davud  peyğəmbərin  dualarını  oxuyub  dua  edirlər.  Baptistlər  isə  qəlbdən  gələn  

duaları  edərlər.  İnanca  görə  qadınlara  saç  kəsmək,  rəngləmək  və  üzə  ənlik-kirşan  çəkmək 

qadağandır.  Baptistlərdə  ana  bətnindən  döl  götürmək  qəti  qadağandır  (  Buna  görə  onlar  çoxuşaqlı 

olurlar). 

  Baptistlər  donuz  əti  qəbul  edir,  molokanlar  isə  bunu  qəti  etiraz  edir.  Spirtli  içki  içmək 

sektantlara qadağandır. Baptistlər ancaq öz sektanın üzvü ilə nikah bağlaması şərtdir. Molokanlarda 

isə müasir dövrdə başqa din və sektantlarla ailə qururlar.  

  Ailə  ayinləri  pulsuz  həyata  keçirilir.  Molokanlar  arasında  dilənçilik  yoxdur.  Hətta  hansısa 

bir məclisdə masa üstündən özü ilə ərzaq götürməyi qeyri etik sayırlar. Onların iş prinsipi var: “Öz 

hesabına yaşa” . 

  Müharibə və inqilab etməyi qəbul etmirlər. Onların düşüncəsinə görə bunlar insanın heyvani 

ehtiraslarıdır. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

303

 

 



 

 

Sektantlar,  ümumiyyətlə,  möhkəm  ənənələrə  malikdirlər.  Hal-hazırda  bu  ənənələrin 



pozulmasına  molokan əhali tərəfindən daha tez-tez rast gəlmək mümkündür. (Onu da qeyd etmək 

lazımdır  ki,  onlar  digər  təriqətlərin  ardıcılları  ilə  müqayisədə  öz  təlimlərinin  təbliğatına  az 

meyllidirlər.) 

Molokanların  dini  görüşlərinə,  bəzi  məişət  ənənələrinə  görə  doğma  Vətənlərində  olan 

pravoslav ruslarla müqayisədə yerli azərbaycanlılar ilə yaxın idilər (3, s. 369).  

Baptistlər (yun. Baptizo –suya salıram, su ilə xaç çəkirəm mənasını daşıyır)  protestantlardan 

fərqli olaraq xilas prinsipini yalnız şəxsi inamla bağlayırlar. Onlar müqəddəsləri, qaxımış cəsədləri, 

ikonaları,  kilsə  məbədlərini,  ibadət  libasını,  çarmıxı,  xaçı  və  xaç  rəmzlərini  tanımırlar  (4,  s.46). 

Baptistlərə görə, Allah təkdir, o bir ruhdur, diridir, hər şeyə qadir, əbədi, müqəddəs və  ədalətlidir. 

Katolik, pravoslav, lüteran və digər xristian təriqətlərindən fərqli olaraq, baptistlər Tanrının  yalnız 

ruhani  təbiətə malik  olduğunu  bildirərək, onun insan qismində  nə  vaxtsa zühurunu qəbul  etmirlər. 

Tanrının  hansısa  formada  surətinin  təsvir  edilməsinə  etiraz  edirlər.  Baptistlər  təslis,  yəni  üçlük 

inancını  Ata  Tanrı,  Oğul  Tanrı  və  Müqəddəs  Ruh  Tanrısını  qəbul  edirlər.  Baptistlər  də  tanrının 

isdədiyi vaxt və yerdə insanı cəzalandıra bilmək qabiliyyətinə malik olması ideyasını qəbul edirlər. 

Lakin  onlar  Tanrını  laməkan  sayırlar.  Baptizm  ideologiyasının  mərkəzində  məsihçilik  dayanır. 

Baptistlər İsanın Allahın özü olduğuna inanmaqla yanaşı, Tanrının insan bədəninə girərək İsa adı ilə 

bəşəriyyəti günahlardan qurtarmaq üçün gəldiyini qəbul edirlər. İsa onların əqidə və ehkamlarında 

mənbə  rolunu  oynayır.  O,  xilas,  həqiqət  və  həyat  yoludur.  Tanrı  ilə  bəndə  arasında  yeganə  əlaqə 

vasitəçisi İsadır. Onlara görə, kilsə Tanrı tərəfindən xüsusi mənəvi imtiyazlar verilmiş, mükəmməl 

insanların məkanıdır. Kilsə, hər hansı  məbəd binası, ilahi  firavanlığın  təmsilçisi deyil, hər şeydən 

öncə  "dirilmiş  ruhlar"ın  toplandığı  yerdir.  Baptistləri  digər  icmalardan  fərqləndirən  ən  mühüm 

xüsusiyyət  onların  etiqadında  Bibliyanın  çox  əhəmiyyətli  yer  tutmasıdır.  İcma  üzvləri  bunun 

səbəbini  Bibliyanın  İsa  Məsih  vasitəsilə  xilas  olmağın  və  Tanrı  ilə  barışmağın  mümkünlüyünə 

şahidlik  etməsilə  izah  edirlər.  Baptistlər  inanc  və  həyat  təcrübəsində  yalnız  Müqəddəs  Yazıların 

hökmlərinə istinad edirlər. Spirtli içkilər, narkotik maddələrin qəbulu, papiros çəkmək, əxlaqsızlıq 

və dələduzluqla məşğul olmaqdan xilas olmaq təbliğ edilir. Belə mənfi vərdişlər ruhun xilas olması 

üçün  ciddi  maneədir.  Onlardan  xilas  olmayan  insan  böyük  günah  sahibidir  və  Cənnətə  düşmək 

şansını itirir (11). 

Əllincilərin  dini  təlimi  özünəməxsus  xüsusiyyətləri  ilə  seçilir.  Onlar  digər  protestant 

məzhəbləri kimi  Bibliyanı  imanın  əsası  kimi qəbul  etsələr də  Müqəddəs  Kitabı fərqli  şəkildə  başa 

düşürlər.  Bilinməyən  dillərdə  danışmaq  vergisi,  yaxud  qlossolali  (yunanca  dildə  danışmaq 

deməkdir) olaraq tanınan sözügedən dini ayin əllincilik ideologiyasının sütunudur. Onların inancına 

görə,  xaç  suyuna  salındıqdan  sonra  Müqəddəs  Ruh  mömin  şəxsə  xəstələri  sağaltmaq,  gələcəyi 

görmək  və  bilinməyən  dillərdə  danışmaq  vergisi  verir.  Beləliklə,  hər  bir  əllincinin  bu  verginin 

daşıyıcısı olduğu iddia olunur. 

Əllincilər dünyanın  sonu,  İsa Məsihin ikinci  zühuru və onun minillik hakimiyyəti aspektinə 

böyük  önəm  verirlər.  Onlar  Bibliyanın  "öldürmə"  ehkamını  hərfi  mənada  başa  düşür  və  əsgəri 

xidmətə mənfi münasibət bəsləyirlər (10). 

Ruslar arasında sənətkarlıq da geniş inkişaf etmişdi. Onların kişiləri bir çox sənət sahələrinin 

bilicisi  sayılırdılar.  Azərbaycana  dörd  təkərli  “molokan  arabaları”,  “molokan  dəyirmanları”  məhz 

onlar tərəfindən gətirilmişdir. 

Molokanların  həyat  ənənəsində  əmək  mədəniyyəti  əsas  rol  oynayır.  Bostançılıq,  bağçılıq, 

dənli  bitkilər  üzrə  təsərrüfat,  üzümçülük,  arıçılıq  və  maldarlıq  əsas  məşğuliyyətləridir.  Molokan 

ənənəsinə görə donuz və dovşan çoxaltmaq olmaz (Lakin müasir dövrdə molokanların bəziləri bu 

adəti  pozurlar.  Belə  ki,  donuzçuluq  təsərrüfatı  ilə  məşğul  olurlar).  Onlar  bir-birlərini 

əməksevərliyinə  və  gördüyü  işə  görə  hörmət  qoyur,  qiymətləndirirlər.  Hər  ailənin  bir  inəyi  heç 

olmasa olmalıdır. İvanovka kəndində müasir tipli ferma, süd kombinatı, çörək zavodu mövcuddur 

ki, molokanlar bu müəssisələrin ən qabaqcıl işçiləridir. 

İvanovkada kolxoz quruluşu olduğundan kəndin özünəməxsus daxili büdcəsi var. İvanovkada 

hazırda  ruslarla  yanaşı  ləzgilər  və  azərbaycanlılar  da  yaşayır.  Onlar  ata-babalarının  əsrlər  əvvəl 

qoyduğu milli ənənələrini qoruyub saxlamağı özlərinə borc bilirlər. 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin