“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
13
zumrud.zeynalova.80@mail.ru
Адалят Абдиева, k.филос. н. (Bölmə 3)
Доцент кафедры Социальных наук АУЯ
adelya_abdiyeva@mail.ru
Александр (Фаут), Иеромонах (Plenar iclas)
Венера Антонова (Bölmə 1)
Гюльтакин Исмаилова (Bölmə 8)
Институт философии НАНА, м.н.с. отдела Социологии и социальной психологии
gulya.alibekova@rambler.ru
Егана Фирудин кызы Нагиева (Bölmə 7)
Главный советник Прокуратуры Азербайджанской Республики
shovketova73@mail.ru
Зульфия Мусави (Bölmə 8)
научный работник отдела социолингвистики и
языковой политики Ин-та языкознаия НАНА
zulya_student@mail.ru
Ламия Кафар-заде (Bölmə 7)
Научный сотрудник Института Истории имени А.А. Бакиханова НАНА
leo_558@mail.ru
Mайыл Б.Аскеров д.ф.н., доцент (Bölmə 8)
Заведующий отделом Социолингвистики и языковой политики
Института Языкознания Национальной Академии Наук Азербайджана
e.mail: mayıl62@yandex.ru
Марианна Дворецкая, д.психол.н. (Plenar iclas),
Профессор кафедры психологии человека
Российского государственного педагогического университета им. А.И. Герцена
Олег Данакари (Bölmə 3)
руководитель Удинского культурного центра «Орайин»
Роберт Мобили (Bölmə 6)
Старший научный сотрудник Бакинского Государственного Университета, Председатель
Албано-удинской христианской общины Азербайджана.
argomobili@rambler.ru www.udi.az
Салима Гасымова, к.ф.н. (Bölmə 2)
Доцент кафедры Теории литературы и мировой литературы Бакинского Славянского
Университета
sali13@list.ru
Севда Cабир гызы Гулиева, докторант АУЯ (Bölmə 8)
guliyeva.sevda@bk.ru
Севда Кадиева, к.ф.н. (Bölmə 8)
старший преподаватель АМУ
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
14
seva.kadi@mail.ru
Сейфеддин Бедирханов, к.ф.н. (Bölmə 2)
Институт языка, литературы и искусства им. Г. Цадасы ДНЦ РАН
bedirhanov@mail.ru
Фарида Мамедтаги кызы Гусейнова (Bölmə 7)
Заведующий читальном залом президентской библиотеки по административным делам при
Президенте Азербайджанской Республики
Шукюфа Джабарова, к.филос.н. (Bölmə 6)
доцент кафедры Социальных наук АУЯ,
cshb@mail.ru
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
15
PLENAR İCLASDA EDİLƏN MƏRUZƏLƏR
İsaxan Vəliyev, hüquq elmləri doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri
VİCDAN AZADLIĞININ VƏ ANA DİLİNDƏ DANIŞMAQ HÜQUQUNUN
KONSTİTUSİON HÜQUQİ TƏMİNATI
İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarından sayılan vicdan azadlığı hüququnun və ana
dilində danışmaq hüququnun təmin olunması demokratik cəmiyyətlərin və dövlətlərin ümumi
inkişafının təməl prinsiplərindən sayılır. Odur ki, inanclı insanların dini etiqad azadlığının
məhdudlaşdırılması, ölkədə yaşayan müxtəlif millətlərin öz ana dilində danışmalarına maneələrin
yaradılması Konstitusion Hüquq pozuntusu kimi qiymətləndirilir. Hər hansı münasibətin bu və
digər elmi araşdırma predmetinə daxil olub-olmamasından asılı olmayaraq qanunla tənzimlənirsə
ümumməcburi xarakter kəsb edir və o daha dayanıqlıqlı olur. Bu baxımdan mən həm vicdan
azadlıqlığının həm də dil azadlığının konstitusion hüquqi təminatı üzərində ayrı-ayrılıqda dayanmaq
istərdim. Çünki inanclara və dilə münasibət ölkədə tolerantlıq göstəricisini müəyyən edən əsas
kriteriyalardandır desək, heç də səhvə yol vermiş olmarıq. Son dövrlər dünyada gedən proseslər –
dünya əhalisinin artması ilə əlaqədar miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm,
qarşılıqlı dözümsüzlük hallarının artması bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoymuşdur
ki, bu səbəbdən də dünya siyasətçiləri tərəfindən yaranmış vəziyyəti stabilləşdirmək məqsədi ilə
yeni bir termin – tolerantlıq terminini dövriyyə buraxılmış və 16.11.1995-ci ildə YUNESKO
tərəfindən ona rəsmililik verilərək “Tolerantlıq prinsipləri Bəyannaməsi” qəbul edilmişdir.
Bəyənnamədə qeyd edildiyi kimi, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünü
ifadə formasına və insan fərdiyyətinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul
edilməsini və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad
azadlığı imkan yaradır. Akademik Kamal Abdullayevin təbirincə desək: “Tolerantlıq -
müxtəliflikdə harmoniyadır. O təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır”.
Tolerantlıq hər şeydən əvvəl özünü Azərbaycan Respublikası Konstitusiyasının normalarında
təzahür etdirir. Mən əvvəlcə dini tolerantlığın təmin edilməsinin əsası kimi çıxış edən normalara
münasibət bildirməyi məqsədəmüvafiq hesab edirəm. Bu hər şeydən əvvəl 2016-cı ilin Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsi və bununla bağlı
təsdiq edilmiş Tədbirlər Planında vicdan azadlığı məsələsinə xüsusi yer ayrılması ilə şərtləndirilir.
Vicdan azadlığı hər kəsin dinə münasibəti ilə bağlı azadlığıdır. Ölkənin əvvəlki
konstitusiyalarından fərqli olaraq Azərbaycan Respublikasının 1995-ci ildə referendum yolu ilə
qəbul edilmiş Konstitusiyasında din və dövlət münasibətləri beynəlxalq standartlara uyğun şəkildə
tənzimlənmiş və 18-ci maddədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyanın 48-ci maddəsində elan
edilmişdir ki, hər kəsin vicdan azadlığı vardır: hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir
dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
[1]
Konstitusiyanın bu maddəsi Azərbaycanda dini müxtəlifliyin qorunması geniş imkanlar yaratmaqla
bərabər, həm də hər bir şəxsə sərbəst şəkildə hər hansı bir dinə etiqad etmək, dinə münasibətdə öz
neytral mövqeyini saxlamaq və ya heç bir dinə etiqad etməmək imkanı verilməsinin hüquqi əsası
kimi çıxış edir. Halbuki, bəzi ölkələrin konstitusiyasında əhalinin böyük əksəriyyətinin etiqad
etdiyi dinin dəyişdirilməsi qadağan edilir. Məsələn Yunanıstan Konstitusiyasının (1975-ci il 11
iyun) 13-cü maddəsinə görə, bu ölkədə prozepitizm, yəni yeni dini əqidəyə və ya məhzəbə xidmət
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
16
etmək qadağandır. İlk görünüşdən elə gəlir ki, vətəndaşın vicdan azadlığı hüququ sərhədsizdir.
Halbuki, konstitusion normalar vicdan azadlığı hüququnun hüdudlarını da müəyyən etmişdir: 18-ci
maddədə göstərilmişdir ki, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan
dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır, dövlət təhsil sistemi dünyəvi xarakter
daşıyır. Bu vicdan azadlığı hüququnun ilk məhdudiyyətidir. Digər məhdudiyyətlər isə ölkə
konstitusiyasının 48-ci maddəsində nəzərdə tutulmuşdur: dini mərasimlərin yerinə yetirilməsi,
ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir; dini etiqad və əqidə
hüquq pozuntusuna bərayət qazandırmır; heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə
məcbur edilə bilməz. Dispozitiv xarakteri daşıyan bu normaların təminatı Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələrində öz əksini tapmışdır. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 167-ci maddəsi dini ayinləri icra etməyə mane olmaya, 167-
1-ci maddəsi dini etiqad etməyə məcbur etməyə, 167-2-ci maddəsi qanunsuz olaraq dini təyinatlı
ədəbiyyatları yaymağa, 168-ci maddəsi dini ayinlərin icrası adı altında vətəndaşaların hüquqlarına
qəsd etməyə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur.
[2]
Müstəqil Azərbaycan Respublikası
qanunvericiliyinin üstün cəhətlərindən biri də verilmiş dini azadlıqla bərabər həmin hüquqların
təminatının müvafiq normalarda əks etdirilməsindədir. Bu təminatlardan birincisi, fikrimizcə,
vicdan azadlığı hüququnun çərçivəsini müəyyən edən qanunlarda həmin hüququn ona edilə biləcək
qəsdlərdən mühafizəsinin də nəzərdə tutmasıdır. Başqa sözlə desək, əgər şəxs konstitusiyanın
müəyyən etdiyi məhdudiyyət səddini keçməzsə, qanun tələblərinə əməl edərsə o, vicdan azadlığı
normalarını pozmağa görə günahlandırıla bilməz. Vicdan azadlığı hüququna verilmiş ikinci hüquqi
təminat konstitusiyanın 26-cı maddəsində təsbit olunmuşdur: hər kəsin qanunla qadağan olunmayan
üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Ölkə
konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulan və hər kəsin yüksək keyfiyyətli hüquqi yardım
almaq hüququnu rəsmiləşdirən müddəa vicdan azadlığına verilmiş 3-cü təminatdır.
Azərbaycanda vicdan azadlığı hüququnun təminatı sırasında ən mühüm yerlərdən birini
bərabərlik hüququ prinsipi tutur. Multikultural cəmiyyətin mühüm komponenti hesab olunan
etnomədəni müxtəlifliyin qorunub saxlanılması, bütün xalqların bərabər hüquqi əsaslarla eyni bir
dövlətin sərhədləri çərçivəsində mövcud ola bilməsi baxımından “bərabərlik hüququ”nun həyati
əhəmiyyəti çox böyükdür. Bu məsələlərə xüsusi diqqət yetirən Ulu öndər Heydər Əliyev də öz
çıxışlarında davamlı olaraq vurğulayırdı ki: “Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün
vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq, bərabər
hüquqa malikdirlər”.
[3]
Bu nöqteyi-nəzərdən ölkə Konstitusiyasının 25-ci maddəsi irqindən, milliyyətindən, dinindən,
dilindən... asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və
vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial
mənsubiyyətə görə məhdudlaşdırmağı qadağan edir.
Ölkəmizdə vicdan azadlığının təmin edilməsinə yönələn normativ-hüquqi aktlar sırasında 20
avqust 1992-ci il tarixdə qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanunu da xüsusi yer
tutur.
[4]
Qanun dövlət və dini qurumlar, din və məktəb, dini icma, dini idarə və mərkəzlər, dini
təhsil, dini qurumların dövlət qeydiyyatına alınması, onların ləğvi, dini qurumların mülkiyyəti,
istehsal və təsərrüfat fəaliyyəti, dini ayin və mərasimlərin keçirilməsi, ümumiyyətlə, din və onunla
əlaqəli olan təsisatlar arasında olan münasibətləri təfərrüatı ilə tənzim edir. Əslində bu qanun Ulu
öndərin birbaşa təşəbbüsü ilə aparılan əlavə və dəyişikliklərdən sonra multikulturalizmin əsas
prinsiplərini özündə əks etdirən dini tolerantlıq nümunəsinə çevrilmişdir.
Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün dini qurumlar bərabər
hüquqa malikdirlər. Dövlət bu qanunla onlar üçün hətta bəzi güzəştli şərtlər də müəyyən etmişdir.
Qanunun 16-cı maddəsinə əsasən dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə
birlikdə onlara verilməsində üstünlük hüququna malikdirlər. Dini qurumların qəbul etdikləri ianələr
üzərində vergi qoyulmur, Dini qurumların işçilərinin sosial sığortası “sosial sığorta haqqında”
Azərbaycan Respublikasının Qanunu, pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir, islam dininə aid ayin və mərasimlərin aparılması yalnız
Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
17
Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması
qadağandır və s. Lakin bu qanunun bəzi müddəalarının təkmilləşdirilməsinə də ehtiyac vardır.
Qanunun 21-ci maddəsinə əsasən qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi
qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola
bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dünyəvi
dövlət elan edilmiş, 18-ci maddəsinə əsasən isə dinin dövlətdən ayrı olduğu təsbit edilmişdir. Bu
baxımdan “Dini etiqad azadlığı haqqında” Qanunun 21-ci maddəsi konstitusiyanın qeyd edilən
maddələri ilə uyğunsuzluq təşkil edir. Hərbi hissələr dövlətin icra strukturlarının əsas həlqələrindən
biri olduğu halda, fikrimizcə orada dini qurumların fəaliyyətinə yol verilməsi hüquqa ziddir. Bu
nöqteyi-nəzərdən 21-ci maddənin üçüncü bəndinin maddədən çıxarılması təklifi ilə çıxış edirik.
Cəmiyyətin tolerantlığı həm də ölkədə mövcud olan xalqların, millətlərin dilinə olan
münasibətlə şərtləndirilir. Azərbaycanın müstəqillik əldə etdiyi dövrədək mövcud olmuş
konstitusiyalarına nəzər salsaq görərik ki, burada dil məsələlərinə münasibət heç də həmişə konkret
olmamışdır. Nə 19 may 1921-ci il tarixdə qəbul edilmiş Azərbaycanın ilk Konstitusiyasında, nə də
26 mart 1927-ci il tarixdə qəbul edilmiş konstitusiyalarında Azərbaycan dili barədə konkret
normanın olduğu müşahidə edilmir. 14 mart 1937-ci il tarixdə qəbul edilmiş üçüncü
Konstitusiyasında da dövlət dili barədə heç bir norma nəzərdə tutulmamış və yalnız 41-ci maddədə
qanunların habelə Azərbaycan SSR Baş Soveti Prezidiumunun fərmanları və izahatlarının,
Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərar binəgüzarlıqlarının Azərbaycan, rus və erməni
dillərində elan edilməsi barədə müddəa nəzərdə tutulmuşdur. 1978-ci il konstitusiyasına Ulu
öndərin səyi nəticəsində Azərbaycan dili barədə yeni norma əlavə edilmiş və göstərilmişdir ki,
Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir (73-cü maddə).
Müstəqillik dövrünün 12 noyabr 1995-ci il konstitusiyasında nəyinki Azərbaycan dilinə münasibət
konkretləşdirilmiş, habelə Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinin inkişafı üçün şərait
yaradılmasına xüsusi diqqət yetirilmişdir. Ölkə Konstitusiyasının 21-ci maddəsində (dövlət dili)
qeyd edilmişdir ki, Azərbaycan Respublikasının dövlət dili - Azərbaycan dilidir. Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Azərbaycan Respublikası əhalinin danışdığı
başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyamızın 45-ci maddəsi Ana
dilindən istifadə adlanır. Bu maddədə digər millətlərin Azərbaycan dili ilə bərabər inkişafı
nəzərdə tutulmuş və qeyd edilmişdir ki, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər
kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana
dilindən istifadə hüququndan məhrum edilə bilməz.
Bu ümumbaşlanğıclar sahəvi qanunvericilikdə, o cümlədən, cinayət prosessual
qanunvericiliyin müvafiq normalarında konkretləşdirilmişdir. Cinayət prosessual məcəlləsinin 26-cı
maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası Məhkəmələrində cinayət mühakimə icraatı
Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalinin çoxluq təşkil edən
hissəsinin dilində aparılır. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının
aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarına ana dilində istifadə etmək hüququnu izah
etməli, tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra
cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində
çıxış etmək və sair hüquqlarını ona izah etməlidir.
Cinayət prosessual məcəllənin 92.3.4-cü maddəsində cinayət prosesində müdafiəçinin
iştirakının təmin edilməsinin məcburiliyi təsbit edilmiş və qeyd edilmişdir ki, şübhəli və ya
təqsirləndirilən şəxs cinayət mühakimə icraatının dili bilmədikdə müdafiəçi ilə təmin edilməlidir.
125.2.3-cü maddəyə görə isə, əgər cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin
hüquqlarının pozulması ilə aparılmışdırsa əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların
cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
Dindirmə zamanı şahid öz ifadələrini ya Azərbaycan Respublikasının dövlət dilində və ya
özünün bildiyi dildə verir. Şahid dövlət dilini və ya ibtidai araşdırmanın aparıldığı dili bilmədiyi
halda prosesə mütləq tərcüməçi cəlb edilir və sair (230.3).
[5]
Ölkəmizin digər qanunvericilik aktlarında da dil məsələsinə tolerant münasibət öz əksini
tapmışdır. Milli azlıqların və etnik qrupların öz dillərini qoruyub saxlaya bilməsi üçün dövlət
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
18
tərəfindən məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil orta məktəblərində və eyni zamanda
müxtəlif tipli tədris müəssisələrində ana dilində ayrıca siniflər və qruplar təşkil edilməsinə şərait
yaradır. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda hər kəsin təhsil dilini seçmək
hüququ təsbit edilmişdir.
[6]
Göründüyü kimi, vicdan azadlığı və ana dilindən istifadə etmək hüququnun təminatı
məsələsi Azərbaycan
dövlətinin yeritdiyi siyasətin prioritet istiqamətlərindən biridir və onun daim
təkmilləşməsi yönümündə mütəmadi olaraq yeni qanunvericilik aktları qəbul edilməkdə, yeni
konsepsiyalar hazırlanmaqdadır. “Güclü dövlət” konsepsiyasının gündəmə gətirilməsi insan hüquq
və azadlıqlarının müdafiəsi məsələsinə yeni bucaqdan baxılmasını zəruri etmişdir.
Akademik R.Mehdiyevin qeyd etdiyi kimi, güclü dövlət anlayışını ilk növbədə, dövlətin
iqtisadi və siyasi sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası kimi başa
düşmək lazımdır. Müəllif haqlı olaraq qeyd edir ki, güclü dövlət dünyəvi dövlətdir. Güclü dövlət
trasparent dövlət idarəetmə sistemini dəstəkləmək üçün vətəndaşın demokratiklik hüququndan,
demokratiyanın ifrat həddə yuvarlanmasının və nəticədə çıxılmaz vəziyyətə düşməsinin qarşısını
alan güclü hüquq mühafizə strukturları ilə birlikdə istifadə edə bilən dövlətdir... İnsan hüquqlarına
və azadlıqlarına hörmət etməyən güclü dövləti təsəvvürə gətirmək mümkün deyildir. Lakin bu
zaman nəzərə almaq lazımdır ki, insan hüquqlarının dövlət maraqlarına münasibətdə prioritet
olması prinsipinin mütləqləşdirilməsi cəmiyyətdə ifrat və fərdiyyətçilik və xudbinlik
psixologiyasının formalaşmasına və yayılmasına şərait yaradır ki, bu da son nəticədə cəmiyyətin və
dövlətin həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Bir sıra səbəblərə görə, bəzən dövlətin insanın
şəxsi maraqlarına müdaxilə etməsi obyektiv zərurətdən irəli gəlir. Lakin bu heç də vətəndaş
cəmiyyətinin formalaşmasına maneə kimi başa düşülməməlidir.
[7]
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında din və dil münasibətlərinin
konstitusion hüquqi tənzimlənməsi tolerantlıq nümunəsidir və multikulturalizmin Azərbaycan
modelinin formalaşmasının hüquqi əsaslarından biri kimi çıxış edə bilər.
Ədəbiyyat
1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı Qanun nəşriyyatı 2013
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı, “Hüquq yayın evi”, 2015
3. Heydər Əliyev. Müstəqillik yolu, Bakı 1997
4. Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu,
http:// www.e-qanun.az/
framework/7649
5
. Azərbaycan Respublikasının Cinayət-prosessual Məcəlləsi, Bakı, “Hüquq yayın evi”, 2015
6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu,
http://edu.gov.az/az/page /72/ 302
7
. Ramiz Mehdiyev. Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın
təcəssümü kimi, Xalq qəzeti, 05.06.2016
Dostları ilə paylaş: |