“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
37
“IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz,
güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina
oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir” [2, s. 10].
Göründüyü kimi, bu bəndlər ümumən insanlar, o cümlədən müxtəlif etnik və dini qruplar
arasında hüquq bərabərliyinin təmin olunmasına xidmət edir, eləcə də bu hüquqların mühafizəsində
dövlət hakimiyyəti nümayəndələrinə imperativ göstərişlər verir.
Dini etiqad azadlığının əsas prinsiplərini özündə əks etdirən 48-ci, “Vicdan azadlığı”
maddəsinə ciddi dəyişikliklər edilmişdir. Həmin maddənin mətni aşağıdakı kimidir:
“I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı
əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.” Əlavə edilmiş bəndə görə
isə “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz” [2, s. 16-17].
Əsas Qanunun dinə aid maddələrinə olunmuş əlavələr dövlətin vətəndaşların və dini azlıqların
mənafeyinin qorunmasında maraqlı olduğunu göstərir.
Qanunvericiliyə din sahəsindəki insan hüquqları baxımından edilmiş dəyişikliklər bununla
məhdudlaşmır. Bu sahəyə aid əsas tənzimləyici qanunlardan biri olan “Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikasının Qanununa Konstitusiya yeniliklərinə uyğun xeyli əlavələr
və dəyişikliklər edilmişdir. Məsələn, adıçəkilən Qanunun preambula hissəsində və “Dini etiqad
azadlığı” adlanan 1-ci maddəsində Əsas Qanunda olan əlavələr və dəyişikliklər qanunvericiliyə
uyğun olaraq bu Qanuna da daxil edilmişdir. 1-ci maddənin 2-ci hissəsinə əsasən, “şəxsin dini
etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini
öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş
etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə
bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə
hədələməklə, habelə, irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə
yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini
cərəyanların) yayılması və təbliği qadağandır” [1, s. 63]. Həmin müddəalar nəzərə alınarkən
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin prinsipləri hüquqi təminatlar
sisteminə daxil edilmişdir.
Bundan başqa, hüquqi məsuliyyətin növlərini özündə əks etdirən Azərbaycan Respublikasının
Cinayət, İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişikliklər olunmuşdur.
Ümumiyyətlə, dövlət-din münasibətlərini tənzimləyən normativ hüquqi aktların demək olar
ki, tam əksəriyyətinə insan hüquq və azadlıqlarının mühafizəsi və qarşılıqlı vəzifələrin
gücləndirilməsi istiqamətində mühüm əlavələr və düzəlişlər edilmişdir. Bura Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını,
Dövlət Komitəsi haqqında Əsasnaməni və digər normativ hüquqi aktları aid etmək olar.
Bunlarla yanaşı, Azərbaycanda qanunvericiliyin yaradılmasında və təkmilləşdirilməsində belə
bir tendensiya mövcuddur ki, qanunların qəbulunda dini məsələlərin tənzimlənməsinə xüsusi yer
ayrılır. Misal kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin)
statusu haqqında”, “Fərdi məlumatlar haqqında”, “Təhsil haqqında”, “Təhsil sahəsində ayrı-
seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq
edilməsi barədə”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqi vəziyyəti haqqında”, “Siyasi partiyalar haqqında” və s. onlarla belə xarakterli
Azərbaycan Respublikasının qanunlarını göstərmək olar [4, s. 175-176].
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
38
Qəbul edilmiş yeni aktların aliliyi və həyatda öz əksini tapması üçün dövlət səviyyəsində,
dövlətin müvafiq qurumları vasitəsilə mühüm tədbirlər həyata keçirilir. Son illər Azərbaycanda
həyata keçirilmiş və kütləvi informasiya vasitələrində işıqlandırılmış tədbirlər bunun əyani
sübutudur.
Bir sözlə, hazırda qüvvədə olan qanunvericilik cəmiyyətin inkişaf dinamikasına uyğun olaraq
zamanın tələbinə, ümumi inkişaf qanunauyğunluqlarına, indi və gələcəkdə yarana biləcək bütün növ
hüquqi münasibətlərin tənzimlənməsinə, multikulturalizm və tolerantlıq prinsiplərinə tam uyğun
gəlir. Hətta həmin aktlar dini aspektdən mütərəqqi qanunlar hesab edilə bilər.
ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər. Bakı:
“Elm və təhsil”, 2015, 320 s.
2. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: 2012. 64 s.
3. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Dərslik. Bakı: “Zərdabi LTD” MMC, 2015, 1055
s.
4. İsmayılov G.K. Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz. Bakı: “Nurlar” Nəşriyyat-
Poliqrafiya Mərkəzi, 2014, 238 s.
5. Muradova B.Ə. Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritet istiqamətidir //
Xalq qəzeti. 2016, 8 may.
6. Orucov H.X. Azərbaycanda din: ən qədim dövrdən bu günədək. Bakı: “İdrak İB”, 2012.
388 s.
XÜLASƏ
Məqalədə Azərbaycanın dövlət-din siyasətindən, ölkənin qədim köklərə dayanan tolerantlıq
ənənələrindən danışılır, dövlətin dinə pozitiv münasibəti bariz nümunələrlə diqqətə çatdırılır. Qeyd
olunur ki, geridə qalan dövrdə Konstitusiyaya, bu sahə üzrə qanunvericilik bazasına bir sıra əlavə və
dəyişikliklər edilsə də, Azərbaycan dövlətinin din siyasətinin mahiyyəti və prinsipləri zərrə qədər
dəyişikliyə məruz qalmayıb.
Гюндюз Исмаилов
ГОСУДАРСТВЕННО-РЕЛИГИОЗНЫЕ ОТНОШЕНИЯ В СОВРЕМЕННОМ
АЗЕРБАЙДЖАНЕ
РЕЗЮМЕ
В статье повествуется о государственно-религиозной политике Азербайджана,
укоренившихся толерантных традициях, на основании ярких примеров показывается
позитивное отношение государства к религии. Отмечается, что несмотря на некоторые
дополнения и изменения, внесённые в Конституцию в прошедшем периоде, сущность и
принципы религиозной политики Азербайджанского государства совершенно не
подверглись к изменениям.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
39
BÖLMƏLƏRDƏ EDİLƏN MƏRUZƏLƏR
I FƏSİL:
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN VƏ ETNİK QRUPLARIN DİLİ
BÖLMƏ 1 – MAHMUD KAŞQARLI SALONU
Gülsüm İsrafil qızı Hüseynova, filologiya üzrə elmlər doktoru
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi
gulsum.huseynova27@mail.ru
AZƏRBAYCAN TATLARININ DİLİNİN ETNOQRAFİK LEKSİKASINA DAİR
Açar sözlər: Tat dili, etnoqrafik leksika, subdialekt, tədqiqat, müqayisəli
Key words: Tat language, ethnographic lexics, subdialect, investigation, comparatively
Azərbaycan tatlarının etnoqrafiyasına mövcud tədqiqatlarda, o cümlədən, A.Əlizadə (1),
M.Əfəndiyev (2), H.Quliyev (3), N.Quliyeva (4) və s. tədqiqatlarında toxunulmuşdur. Etnik
mədəniyyəti ifadə edən sözlərin araşdırılması hər bir xalqın mənəvi və maddi mədəniyyət tarixinin,
məişətinin həyat tərzinin, etnogezinin, etnik tarixinin, eləcə də, ədəbi dil tarixinin qədim dövrlərinin
öyrənilməsi üçün əsaslı faktlar verir… Etnoqrafik leksikanın öyrənilməsi xalqın mədəniyyətinin,
onun adət - ənənə və mərasimlərinin izahına da xidmət edir (5, 1).
Tat dilinin etnoqrafik terminləri sırasında aşağıdakı yemək və xörək adlarını göstərmək olar:
(nun «çörək», nimik «duz» öü «su», şir «süd», şirəvo «südlü sıyıq», vürü «umac», qurqut
«qovrulmuş yarma», tüvəlos «quymaq», siyə həlva «qara halva» (səmənidən hazırlanır), tara həlva
«un halvası», duğ «ayran», duvavo «dovğa», həsi «əriştə», kolanun «göyərtidən hazırlanmış çörək»,
darungərgi «zoğal qurusundan hazırlanmış qiymə», ruğananun «fəsəli», xoyəkərg «yumurta»,
xoyəginə «şirin qayğanaq», sərəpö «xaş» (baş-ayaq), aş futolı «əvəlik aşı», qilinpiyoz «kartof-soğan
qızartması», nun tari «kartof supu», həlisə «ətli hədik», mixləmə «qayğanaq» və s. paltar, ayaqqabı
və parça adları: (şe «köynək», ru şey «üst köynəyi», zir şey «alt köynəyi», zir şalvar «alt şalvarı»,
ostin «köynəyin qolu», püstin «şuba», kisə «cib», çarşö «çarşab», çaxşür «corab», olat «paltar»,
ləçəy «ləçək», şalvor «şalvar», çit «çit parça», külmaxmar «gülməxmər», qeyiş «qayış, toqqa»,
paltok «palto», dəsmol «dəsmal», sədəf «düymə»), məişətdə istifadə olunan əşyalar və qab-qacaq
adları: (bilmə «boşqab», bəsti «güyüm», satıl «mis su qabı», qaqala «saxsı banka», ləif «yorğan»,
nolin «döşək», abgərdun «abgərdən», nəəlbəki «nəlbəki», məştəfə «aftafa», aşpəlö «aşsüzən», ərsin
«ərsin», istikon «stəkan», qəməti «ət baltası», müqayisə et: azərb. qəməlti «böyük çörək bıçağı»,
korda «bıçaq», qeyçi «qayçı», qaşuğ «qaşıq», qacqun «qazan», bolış «balış, yastıq», xolinçə
«xalça», miz «stol», ustul «stul», qəndob «qəndqabı», qəfədon «çaynik», dəmkeş «dəmkeş», bisg
«kabab şişi», kirsin «kətil» xüsusi yer tutur. Etnoqrafiyaya aid bu terminlərin bəzilərinin izahı
vacibdir.
Ş.Musayev yazılı abidələrdə klassiklərimizin əsərlərində etnoqrafiyaya aid terminlərin
işləndiyini qeyd etmiş və nümunələr vermişdir. Bu nümunələr arasında tat dilində istifadə edilən
ümumiran mənşəli terminlər də var (6, 46).
Loşbəbər «üstündə xəmir yaymaq üçün taxta», «yayan». Bu söz əsasən, Bakı dialektində
qeydə alınmışdır. Tat dilinin Abşeron ləhcəsində bu söz xəmobər şəklində işlənir. Sarə xəmovərə
avard bəreymu. «Sara yayanı bizə gətirdi»və s.
Sənət sahələrində hazırlanan əşyaların məişətdə istifadə olunması onların adlarını bildirən
sözlərin etnoqrafik leksikanın vahidləri kimi araşdırılmasına da imkan verir (7, 29).
Kündəgir «xəmir kündələyən» Naxçıvan dialektində geniş şəkildə işlənir. Bu söz iki tərkib
hissəsindən ibarətdir: kündə + gır (giriftan//giriftən feilindən) və s.
Beybut «qatlanmayan iri bıçaq». Tat dilinin Lahıc ləhcəsində beybut sözü mənasında qeydə
alınmışdır.
Kirsin «qışda qızışmaq üçün evin ortasında xüsusi düzəldilmiş ocaq». Tat dilinin Şamaxı
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
40
şivəsində bu söz geniş işlənir.
Çömçə ağac və metal emalı prosesində hazırlanan məmulatdır. Çömçə sözü müasir
Azərbaycan dilində və başqa türk dillərində geniş işlənir: azərb. çömçə, türk. çömçe və s. Orta əsr
türkcəsində və əski qıpçaqcada çömçə lekseminin işlənməsi və onun fars dilindən (çamçə) alınması
göstərilir (8, 99). Türk dilində o, kepçe sözü ilə paralel işlənir. Qeyd etmək lazımdır ki, kepçə sözü
tat, talış və fars dillərindəki keçə «qaşıq» (8, 252) sözü ilə mənşəcə eyni ola bilər.
Qəmçı «qamçı». Bu söz Azərbaycan ədəbi dilindəki qamçı variantı ilə yanaşı, dial. qəmçi
variantına da malikdir. Onun fonetik siması yəqin ki bununla bağlıdır.
Ovsar «dəvə yüyəni, noxtası». Azərbaycan ədəbiyyatında bu söz müvafiq materiallarla təmsil
olunmuşdur:
Ağ dəvə düzdə qaldı,
Ovsarı bizdə qaldı.
Neçə arzum, həsrətim
Dərdli Təbrizdə qaldı.
Yaxud: Bir dəvənin ovsarını tuta-tuta və s.
Dəsgirə «cəyəndən toxunma səbət, zənbil» (dəst «əl» + gir «tut»).
Təsək «təsək» (gecə papağı). Qədim pəhləvi dilində təsik, ümumiyyətlə, paltar, bundan əmələ
gəlmiş təşkuk sözü isə «müqəddəs paltar» mənasını daşımışdır. M.Hacıyev göstərir ki, «tatlar da
gecə yuxusundan qabaq başlarındakı papağı çıxarıb təsək qoyardılar ki, gecə yatanda pis yuxular
görməsinlər, onların açıq başına bəd ruhlar qonmasınlar. Onlar, deməli, təsəkdə bir müqəddəslik,
bir nicatvericilik görmüşlər (o) tas//təs (başın ortası, qafası) sözündən və ək kiçiltmə ədatından
yaranmış düzəltmə sözdür» (9, 126).
Təsək sözü eyni formada, eyni mənada və aid olduğu əşya ilə birlikdə azərbaycanlılar
arasında yaşayır. Bu isə xalqımızın təsəvvür və inamlarının nə qədər qədim olduğunu bir daha
təsdiqləyir.
Qir «quyudan su çıxartmaq üçün işlədilən ucu əyri ağac», «ağacın uca budaqlarını aşağı
əymək üçün istifadə edilən ucu əyri ağac», (koğa, «qarmaq») və s.
Bu sözə talış dilində bu sözə «qəloskonə» şəklində rast gəlinir.
Gərənay «dudkeş», «buxarının tüstü çıxan yeri». Müq. et: azərb. gərənay «nəfəsli musiqi
aləti». Carçılar çağrışır, gərənay bozlar, Ərəb atlar macal tapmaz qaşana («Koroğlu») və s.
Məzrəhə «xəlbir».
Məfrağ «çuğun suqabı».
Nimdər//nimdar «döşəkçə», nimdərçə//nimdarçə «kiçik döşəkçə». Həmin söz formalarda
«kiçik həcm» təsəvvürü yerinə görə həm ayrıca leksik vahidlə, həm də kiçiltmə bildirən şəkilçi ilə
ifadə edilmişdir.
Taz «nazik, uzun tir».
Şətəl «yun corab» (10, 178).
Küşə «çarığın bağı keçirilən yer, dəlik». Müq. et: azərb. köşə «çarıq tikmək üçün göndən
çəkilmiş bağ».
Kala «2-3- litrlik şüşə qab, banka».
Tilat «ağzı yeyilmiş və sapı düşmüş köhnə bıçaq», «çaqqu».
Qirabli «qaloş».
Qalağ «bozdamacı çevirmək üçün ağac alət».
Qafun «yavanlıq (pendir, yağ və s.)»; «duru, yüngül xörək».
Xudur «sulu xörək».
Tax-tax «çox nazik bişirilmiş quru çörək» (təqlidi söz).
Kal//kol «yumurta, yağ və qoz vurulmuş xəmirdən bişirilən çörək».
Zərdou//zərdo «ayranın qaynatdıqdan və şoru götürüldükdən sonra qalan su «şur suvu» (zərd
«sarı», su//o «su»).
Yağlipiyaz «soğanqovurması». Müq. et: yağlı və piyaz.
Pindirpiyaz «soğan qovurmasının üzərinə pendir tökməklə hazırlanan xörək».
Dülə qoğal (Ab.) «iç qoğal». Bu ad başqa yerdə də bizə təsadüf edib. Birinci tərkib hissəsi dül
sözü «ürək», məs. «iç» deməkdir. İkinçi tərkib hissəsinin izaha ehtiyacı yoxdur: Bə id Noruz dülə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
41
qoğal boş həmsiya impezim «Novruz bayramında qonşularla birlikdə iç qoğal (şorqoqal) bişirərik».
Pezirən (Ab.) «bişirmək». Əsasən, Balaxanı və Suraxanı tatlarının dilində qeydə alınmışdır.
Nezilə əyəlü, nə mutanı xurak pezirən «Nazilə uşaqdır, xörək bişirə bilməz». Tat dilinin digər
şivələrində bu söz «bürcundan» formasında işlənir.
Tso (Ab.) «doşab». Əsasən, Balaxanı tatlarının dilində qeydə allınmışdır. Saxtə xəşilə
muxardim boş tşo boş rağan ve lezzəti. «Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik».
Halə «gəlinin otağında bəylik yatağın üstünə salınan bəzəkli örtük. Müq. et:
Yax lampanı lalə kimi,
Sərin nurlu halə kimi
Gəlinmizin otağında (M.Müşfiq).
Simsor//simşər «simsar», «yaxın adam».
Mənə eş ye simsor gərəyi. «Mənə də bir simşar gərəkdir» və s.
B.Millerin lüğətində bu söz semsar şəklində «köhnə paltar satan» mənasında verilmişdir (11,
291).
Nosi-nosi «novruz payı» (Ab.). Əyəlun müamarund bə nosi-nosi xonçə muxastund. «Uşaqlar
gəlib xonçadan novruz payı istəyərdilər».
Nuhəvar, tirəçu (Qon. k.) «yelləncək». İmi bə hamin bə Qonaqkənd bəraftəni boş əyalun ə
tütdar tirəçi. «Biz yayda Qonaqkəndə gedəndə uşaqlarla tut ağacından yelləncək asardıq» və s.
Küfarə, borley (yə) (Q.) «beşik». Ə küfarə tə bə qabr elm vamurind (Həzrəti Əlinin kəlamı).
«Beşikdən qəbrədək elm öyrənin» və s.
Ləbbadə (Ab.) «uzun üst paltarı», «plaş». Poy ləbbadə xaştənə dəkünü. «Qoy plaşını
geyinsin» və s.
Cannığ «sırıqlı», «canlıq». Tat dilinin Lahıc, Məlhəm, Quba ləhcələrində geniş işlənir. Əği
cannığ na ımbı «Bundan sırıqlı olmaz» və s.
Çaxçur//carcur «qadın şalvarı». Tat dilində bu söz çaxçür//çaxçur kimi işlənərək, «corab»
mənasını bildirir. Ye cift çaxçur boft be man. «Mənim üçün bir cüt corab toxudu» və s.
Düriyə «ikiüzlü naxışlı gecə papağı»; (dü//di «iki» + ru/rü «üz») tərkib hissələrindən əmələ
gəlmişdir.
Həfsər (Kil.) «yeddibaşlı». Mürəkkəb söz olub, həf (t) «yeddi» və sər «baş» sözlərinin
birləşməsindən yaranmışdır. Ə pişe anu ye dər bu, dərə vakart vind ki, incə ye həfsəri döü nişte.
«Qarşısında bir qapı var idi, açdı, gördü ki, bir yeddibaşlı div oturub və s.
Cora//coru (Ab.) «süpürgə». Quba, Qon. k., Xaç. ləhcələrində coru, Lahıc ləhcəsində isə cezi
formasında işlənir. Əyal boş coru vozi saxtən «Uşaq süpürgə ilə oynayır» və s.
İnqarçu (Q.) «çəngəl». Bərey arsi inqarçu-kardəhanə xub-xub şustim. «Toy üçün çəngəl-
bıçaqları yaxşı-yaxşı yuduq» və s.
Nühəvar (Q., Qon. k.) «çörək yaymaq» (nü (n) «çörək» + həvar «yaymaq»). Munün
həvardənüm «Mən lavaş yayıram» və s.
Başdığ//başdüğ «başlıq». Toy ərəfəsində qız evinin oğlan evindən aldığı pul, heyvan.
Xırş «ağuz (doğmuş inəyin ilk südü)» (Lah.). Mərəgö bizəndəni xırşirə bədi-şündənim. «İnək
doğanda ağuzunu qaynadırıq». Talış dilində hış formasında işlənir.
Övərə «evdə çimmək üçün istifadə edilən yer» (Lah.). Bu sözü təşkil edən komponentlərdən
birincisi -ö İran dillərində olan ab «su» sözünün fonetik variantı, ikincisi vərə isə «yer» mənasını
verən leksik vahiddir. Göstərilən mənada övərə sözünə digər İran dillərində təsadüf olunmamışdır.
Bə qədimiyə xunahona bə həmmeyi övərə bire. «Qədimi evlərin hamısında çimmək yeri olmuşdur»
və s.
Xiş barundan «yer şumlamaq». Bə marta mohi bə Löyic xori xiş barundənund, gəndim
başundənund. «Mart ayında Lahıcda yeri xışla əkirlər, buğda səpirlər».
Dağar/dəğər «dağar, dağarcıq». Həm tat, həm də Azərbaycan dialektlərində eyni mənada
«qoyun-keçi dərisindən hazırlanmış taxıl qabı» mənasında işlənir.
Bu söz türkdilli lügətlərdə müəyyən fonetik dəyişikliklə eyni mənada qeydə alınır (12, 588).
Vəçanüm «dilənçi» (Q.). Sekinə xalə bə dər amarə vəçanumə dəst bə tihi rahə nə dərəbü
«Səkinə xala qapıya gələn dilənçini əliboş yola salmazdı» və s.
Azərbaycan tatlarının dilində qeydə alınmış etnoqrafizmlərin tədqiqi təkcə ümumlinqvistik
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
42
baxımdan əhəmiyyət daşımayıb, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin təşəkkül tapması və
fəaliyyət göstərməsində mühüm rol oynamış amillərdən birinin də öyrənilməsi kimi qiymətləndirilə
bilər.
Məqalədə ilk dəfə olaraq, Azərbaycan tatlarının dilinin, etnoqrafik leksikası müqayisəli
şəkildə tədqiqata cəlb olunur, Azərbaycan dialekt və şivələrinin etnoqrafiya ilə bağlı söz və
terminləri araşdırılır.
ƏDƏBİYYAT
1. Ализаде А.А. Лагич-поселок ремесленников (этнографическое исследование
современного быта) АДД, Тбилиси, 24 с.; yenə onun: Семейно-бытовые традиции Лагича //
Азербайджанский этнографический сборник. Баку, Элм, 1985, с. 142-151.
2. Эфендиев М. Селение Лагич Геогчайского уезда Бакинской губернии // Сборник
материалов для описания местностей и племен Кавказа вып. 29. Тифлис, 1901, с. 45-46.
3. Гулиев Г.А. Социальный быт и культура азербайджанских колхозников (по
материалам Кубинского района), АКД, Наук, М., 1953, 27 с. yenə onun: Таты // Народы
Кавказа, т. II, М., 1962, 684 с.
4. Quliyeva N.H. Azərbaycan tatları (ailə məişəti və mənəvi mədəniyyət), NDA, Bakı, 1994,
24 s.
5. Musayev Ş.Ş. Etnoqrafiya terminlərinin bəzi xüsusiyyətləri // ATP, s. 45-47.
6. Məmmədov İ.O. Azərbaycan dilinin etnoqrafik leksikası, DDA, Bakı, 1993, 29 s.
7. Eren H. Türk dilinin etimoloji sözlüyü. Ankara, 1999, 512 s.
8. Пирейко Л.А. Талышско-русский словарь. М., Русский язык, 1976, 352 с.
9. Hacıyev M. Azərbaycan tatlarının dili: Bakı, Təfəkkür, 1995, 226 s.
10. Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi, Bakı, Elm, 1971, 156 s.
11. Миллер В. Персидско-русский словарь. М., ГИИНС, 1960, 668 с.
12. Древнетюркский словарь Л. Наука, 1969, 676 с.
13. Azərbaycan dilinin dialektoloji lüğəti, I c. Ankara, 1999, 374 s.
Xülasə
Məqalə Azərbaycan ərazisində yaşayan tatların dilinin etnoqrafik leksikasına həsr
olunmuşdur. Azərbaycan tatlarının dilində etnoqrafiya ilə bağlı terminlər müəyyən bir leksik lay
təşkil edir. İlk dəfə olaraq tat ləhcə və şivələrinə dair toplanmış materiallar əsasında bu dilin
etnoqrafik söz və terminləri, o cümlədən, yemək və xörək adları, məişət əşyalarının adları və s.
qohum və qohum olmayan dillərlə müqayisəli şəkildə araşdırılır, oxşar və fərqli cəhətlər aşkara
çıxarılır. Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasının öyrənilməsi təkcə ümumlinqvistik
baxımdan əhəmiyyət daşımayıb, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin təşəkkül tapması və
fəaliyyət göstərməsində mühüm rol oynamış amillərdən birinin öyrənilməsi kimi qiymətləndirilə
bilər.
G.I.Huseynova
On the ethnographic lexics of the Azerbaijani Tat’s language
Summary
The article is dedicated to the ethnographic lexics of Tat’s which live on the territory of
Azerbaijan. In the Azerbaijani Tat’s language the terms connected with ethnography form a special
layer. For the first time on the basis of materials of Tat subdialects and accents ethnographic words
and terms of this language including denominations of foods and dishes, rutinizms and etc. had
been investigated in related and unrelated languages comparatively and their common and
distinguishing features had been revealed. The research of ethnographic lexics of the Azerbaijani
Tat’s is very actual not only from the point of view of general linguistics but it may be estimated as
an investigation of one of the factors which play a definite role in the formation and functioning of
the Azerbaijan history, language and culture.
|