“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
232
Qlobal dünyanın inkişaf meyllərinə, dinamik ritminə inteqrasiya edən Azərbaycanda sosial-
mədəni reallıqlarda da dəyişmələr gedir. Multikultulturalizm fərqli mədəniyyətlərin bir arada
yaşadığı cəmiyyəti təyin edən sözdür. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq
multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və
əməkdaşlıq mümkün deyil. Multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini
və mədəni müxtəlifliklərin qorunmasına, inkişafına və tənzimlənməsinə yönələn bir siyasətdir və
milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli şərait yaradır. Başqa sözlə
desək, multikulturalizm nə milli azlıqların etnik – mədəni dəyərlərini assimilyasiyaya uğradır, nə də
ki, onların bu dəyərlərinin inkişafını cəmiyyətin inkişafından təcrid edir. Multikulturalizm eyni bir
ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun olan siyasətdir. [1. s. 44]
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə,
ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Xalqımız da bu günədək məhz milli-mənəvi dəyərinə
bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya
bilib, zəngin milli-mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olub. Azərbaycanda milli-mənəvi
dəyərlər və mentalitet problemi multikulturalizmdə, xüsusən, özünü aydın şəkildə göstərir. Bu gün
dünyanın müxtəlif yerlərində müharibələr baş verir, iqtisadi böhran sürətlə yayılır. Dünya
miqyasında dini ayrı-seçkilik güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib
çıxarmaqdadır. Müharibələr, böhranlar, ayrı-seçkiliklər çoxaldığı dövrdə təəssüf ki, insani
xüsusiyyətlər də itməyə başlayır. Vətəndaş cəmiyyətinin formalaşması üçün insani keyfiyyətlərə
malik şəxslərin yetişdirilməsi vacibdir. İnsana məxsus ən mühüm keyfiyyətlərdən biri məhz
tolerantlıqdır. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaq prinsipidir. Tolerant şəxs digər
xalqların, dinlərin nümayəndələrinə, adət-ənənələrinə dözümlü olmağı bacarmağı və həmçinin
dinindən, irqindən, dilindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara
hörmət edir.
Tolerantlıq bu gün mütərəqqi dünyanın ən çox müzakirə etdiyi məsələlərdən biridir. Çünki
bəşəriyyətin gələcəyi tolerantlıq prinsiplərinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır.
Dünyada yüzlərlə din, məzhəb və təriqət var: eyni zamanda, minlərlə xalq və etnik qrup
mövcuddur. Dünyamızın tolerantlığa ehtiyacı həmişə olduğundan daha çoxdur. Tolerantlıq
dünyamızın gələcəyi üçün alternativsiz xilas yoludur. Ona fərqli yanaşanlar, müxtəlif izah verənlər
ola bilər, amma tolerantlığı inkar edənlər əsla olmamalıdır.
Bəzi Avropa ölkələrində insani və humanist dəyərlər azaldığı bir dövrdə Azərbaycan dünyaya
tolerant ölkə kimi dostluq, qardaşlıq və birgə yaşama mesajı verir, tolerantlıq nümunəsi göstərir.
Azərbaycanda bu ənənənin yaşaması və həyat şəraitinə çevrilməsi üçün sistemli iş aparılır.
Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi,
multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş
bir çox beynəlxalq tədbirlərin məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilməsi heç də
təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Ali məktəblər, orta ümumtəhsil məktəbləri və digər
təhsil müəssisələri ümumilikdə təhsil prosesi bu missiyanın həyata keçməsində mühüm rol oynayır.
Bütün dövrlərdə Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq,
qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi etnomədəni tərkibi də
əsrlər boyu zəngin olub. Və bu zəngin tərkib güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin -
Azərbaycan millətinin formalaşmasında böyük rol oynayıb. Yüz illərlə bu odlar diyarında yaşayan
xalqlar çətin gündə də, xoş gündə də dostluq, qardaşlıq şəraitində yaşayıblar. Hal – hazırda da bu
ənənə davam edir. Ölkəmizdə hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün
dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil bir ölkə kimi öz
siyasətimizi biz bu təməl üzərində qururuq. Azərbaycanda multikulturalizm siyasəti dövlət
quruculuğu və demokratik inkişafın əsas göstəricilərindəndir. Ölkə başçısı İlham Əliyev 18 may
2015 –ci il III Mədəniyyətlərarası Dialoq Forumunda bildirib ki, ölkəyə, xalqa, dinə olan hörmət
digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Bu gün Azərbaycan multikulturalizmin
əsas mərkəzlərindən biridir. Azərbaycan bütün dünyada multikultural dəyərlərin carçısıdır.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
233
Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada
da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Azərbaycan torpaqları həmişə müxtəlif
tarixi proseslərdə bir çox etnik qrupları, qəbilə, tayfa və müxtəlif xalqları strateji mövqeyi, münbit
torpaqları ilə öz ərazilərinə cəlb etmişdir. Bu gün Azərbaycanda yaşayan azsaylı xalqların tarixini
nəzərdən keçirsək görərik ki, əhalinin 90 %-ni təşkil edən azərbaycanlılardan əlavə xalqımızın
təşəkkülündə tarix boyu azsaylı, etnik və milli azlıqlar iştirak etmişlər. Deməli, Azərbaycan
Respublikasının əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif bölgələrində
kompakt şəkildə yaşayan 80-ə yaxın milli azlıqlardan ibarətdir. Ölkəmizdə yaşayan hər bir xalq öz
etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində,
məişətində, adət-ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları
qarşılıqlı sürətdə inkişaf etdirmişdir. Tolerant şüurun, düşüncənin, təfəkkürün formalaşdırılması,
tolerant şəxsiyyətin yetişdirilməsi, fərqli dinlərə, xalqlara, millətlərə hörmətin və sülhsevərliyin
tərbiyə edilməsi Azərbaycan təhsilində prioritet vəzifədir. Sadaladığımız faktlardan da görünür ki,
bu mövzu hal – hazırda cəmiyyətimiz, təhsilimiz üçün çox aktualdır və araşdırılmağa ehtiyacı var.
Dünyada baş verən proseslər vətəndaşlarımızın bu mövzu haqqında daha çox savadlanmağına
ehtiyac yaradır. Təbii ki, hər şeydən öncə bu işə dərindən bələd olan müəllimlər nəsli
yetişdirilməlidir. Məktəb demokratik mühit yaratmalıdır. Humanist cəmiyyəti yalnız bu yolla
formalaşdırmaq olar.
Hələ müstəqilliyimizin ilk illərində, 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında
yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və
mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən onlar Azərbaycanın
bərabərhüquqlu vətəndaşları hesab edilir. Təhsil bütün mövcud sivilizasiyalarda ən güclü silahdır.
Yetişməkdə olan gənc nəslin cəmiyyətə münasibəti onlara verdiyimiz təhsilin, tərbiyənin
nəticəsidir. Bu aspektdən tədris prosesinin xüsusilə müəllimin üzərinə yük düşür. Kiçikyaşlı
məktəblilərin tolerantlılıq səviyyəsi ailə və məktəbin qarşılıqlı işinin nəticəsidir. Tədris metodları,
üsulları nə qədər uğurlu seçilərsə, fənnin səmərəsi də bir o qədər artar. Müasir Azərbaycan
cəmiyyətində multikulturalizmin əhəmiyyəti böyükdür. Hal – hazırda orta ümumtəhsil
məktəblərində azərbaycanlılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin uşaqları da təhsil alır.
Onlara qarşı heç bir ayrı – seçkilik, radikal münasibət göstərilməyib. Bizim təhsil siyasətimiz
həmişə bu istiqamətdə olmuşdur. Hazırda ölkədə keçirilən çoxsaylı tədbirlərdə dünyada milli və
dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və
ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin
daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual
problemlər geniş müzakirə olunur. [2. s. 78] Multikultural təhsil müxtəlif mədəni kökə, mənşəyə
mənsub olan insanların tarixi keçmişlərini, dəyərlərini, inanc və etiqadlarını və dünyagörüşlərini
özündə birləşdirən təhsil və ya tədrisin bir formasıdır. Biz bunu həm də çox mədəniyyətli təhsil də
adlandıra bilərik. Bu məqsədlə müəllim məktəb səviyyəsində öz proqramına mədəni müxtəlifliyi
əks etdirmək üçün müxtəlif formalarda dərslər daxil edə bilər. Ümumiyyətlə, çox mədəniyyətli
təhsil insanların irqi, dini, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün şagirdlər üçün
bərabər təhsil kapitalı və təhsil imkanları prinsipi üzərində qurulmuşdur və gələcəkdə bu cür təhsilin
müxtəlif mədəniyyətlərə məxsus tələbələr üçün müvəffəqiyyətə gedən maneələrin aradan
qaldırılmasına kömək edəcəyi proqnozlaşdırılır. Multikultural təhsil vətəndaş azadlıqları
hərəkatlarından inkişaf etmişdir. Məktəb rəhbərliyi elə dərslər təşkil edirdi ki, şagirdlər müxtəlif
etnik qruplar haqqında öyrənə bilsinlər. Bu zaman informasiyanın çoxunu müxtəlif etnik qrupların
bayramları, adət – ənənələri haqqında təşkil edirdi. Multikultural təhsil əsas olaraq dini, sinfi, irqi
ayrı – seçkilik anlayışlarını özündə ehtiva edir. Multikultural təhsil “etnik, irqi mənsubluğundan,
sosial sinfindən, mədəni xüsusiyyətlərindən asılı olmayaraq bütün şagirdlərin bərabər təhsil alma
hüquqları vardır ” ideyasını özündə daşıyır. Əgər məktəblərdə bütün bunlar düzgün şəkildə həyata
keçirilərsə, şagirdlərdə müxtəlif, fərqli tarixi, mədəni qruplar haqqında müsbət qavrayış
formalaşacaq. Bu yolla multikultural təhsil tələbə və şagirdlər üçün öz kimliklərindən qürur duymaq
və bundan daha inamlı olmağa dəstək verən bir alətdir. Əlbəttə ki, dözümlülüyün əldə edilməsinin
əsas yolu hər bir fərdi təhsilli olan cəmiyyətin əsasını qoymaqdır. Müxtəlif mədəni dəyərlərə
mənsub təhsilli şəxslər bizə göstərəcəklər ki, insanların xarakteri öz inanclarına görə deyil,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
234
fikirlərinə görə formalaşır. Onlar ilkin təcrübədən öyrənəcəklər ki, dərisindən, cinsindən, etnik və
siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxslə əməkdaşlıq etmək lazımdır. Gələcək
nəsillərə cəmiyyət üçün çeşidli faydalarının təmin edilməsinin vacibliyinin vurğulanması yolu ilə
möhkəm köklü təhsil çiçəklənən dünyada başqasının inanclarının qəbuluna kömək edəcəkdir. Qeyd
etdiyimiz kimi dilimizin terminlər leksikonunda tolerantlıq, multikulturalizm kimi terminlər yeni
ola bilər, lakin mahiyyət etibarilə bu sözlər heç də bizə yad deyil. Bizim mədəniyyətimiz,
əxlaqımız, dövlət siyasətimiz, təhsilimiz də bu istiqamətə yönəlmişdir. Azərbaycan xalqı tarix boyu
müxtəlif millətlərin nümayəndələri ilə bir yerdə yaşayıb, təhsil almışlar.
Azərbaycan Respublikası təhsil sistemi fasiləsizlik siyasəti yeridir. Təhsil Qanununda
göstərilmişdir: “3.1. Məktəb irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən,
mənşəyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına ümumi təhsil almaq imkanını təmin
edir” [3. s. 112 ].
Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.1992-ci il oktyabrın 7-də qəbul
olunmuş “Təhsil” haqqında Qanunun 6-cı maddəsi və “Dövlət dili” haqqında Qanunu 3-cü
maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər. Respublikamızın 13
rayonunda yaşayan etnik qrupların uşaqların öz milli adət və ənənələrini, mədəniyyətini
öyrənmələri üçün lazımi şərait yaradılıb. “Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ
rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246
məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux rayonlarının 32
məktəbində 4748 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə
öyrənirlər” [4.s.4]. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların
55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Azsaylı xalqların dillərində təlim aparan müəllimlər
müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər. Avropa Şurası və
Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda “Təhsil siyasəti və milli azlıqlar”
mövzusunda seminar keçirmiş, elə həmin il noyabrın son günlərində isə bu məsələ ətrafında
Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılmışdır. Hər
iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilmişdir. Bu gün artıq
Təhsil Nazirliyi ölkə Konstitusiyası, “Təhsil haqqında” qanunun tələbləri və Avropa Xartiyasının
prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi
istiqamətində mümkün imkanlardan istifadə edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün
Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Azərbaycan Respublikası
Prezidentinin sərəncamları nəticəsində Balakən rayonunun Katex kəndində Beretbinə əsas məktəbi,
Zaqatala rayonunun Makov, Qınır kəndlərində məktəblər tikilmiş, Mamrux kəndində uşaq baxçası
inşa olunmuşdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7
minə yaxın şagird təhsil alır.
2009-cu il ümum ölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar
Azərbaycanda yaşayan de-fakto III , de - yuri isə IV azsaylı etnik qrupdur. Azərbaycanda hazırda
tədris proqramında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai
siniflərində həftədə 2 dəfə talış dili tədris edilir. Bu məktəblərdə 1716 sinif vardır ki, onlardan 248-i
ibtidai sinifdir. Məktəblərdə ümumən 29120 şagird təhsil alır. [5. s. 7]
1993-cü ildən başlayaraq Azərbaycanda ləzgi dilində dərsliklər çap edilir. Hazırda 94
məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir. Həmin məktəblərdə 15000-ə yaxın şagird təhsil
alır.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikası Təhsil Qanunu. Bakı, 2009
2. Hacıbəyli A. Səadət ocağı ailə, Bakı, Nurlar, 2013, 200 s.
3. Niftiyev N. Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı, 2015, 407 s.
4. http://edglossary.org/multicultural-education/
5. https://en.wikipedia.org/wiki/Multicultural_education
6. http://multikulturalizm.gov.az/
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
235
Ayshan M. Zarbaliyeva
Summary
Multicultural education incorporates the idea that all students – regardless of their gender;
sexual orientation, social class and ethnic, racial, or cultural characteristics – should have anequal
opportunity to learn in school. Multiculturalism is a state policy in Azerbaijan. There is great
importance of multicultural education in the modern Azerbaijani society.
Çinarə Əliyeva
Bülbülün Memorial Muzeyi, elmi işçi
chinara.alizada@gmail.com
BALAKƏNDƏ YAŞAYAN ETNİK QRUPLARIN MADDİ VƏ MƏNƏVİ
MƏDƏNİYYƏTİ
Açar sözlər: mədəniyyət, irs, parça, etnik, milli
Key words: culture, heritage, cloth, ethnical, national
Azərbaycan tarix boyu qeyri – adi təbiəti, burada məskunlaşan müxtəlif xalqları ilə rəngarəng
çiçək çələnginə bənzəmişdir. Bu rəngarəngliyin bir qismi də Azərbaycanın şimal – qərb bölgəsi –
Balakənə düşür.
Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.(1; s 853) Daha
sonra inzibati cəhətdən Zaqatala rayonuna tabe olmuşdur. Ancaq 1965-ci ildən yenidən müstəqil
rayon olmuşdur (3; s 45).
Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə
daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı
sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi
sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Burdan da görünür ki, bölgə əhalisi
baxmayaraq ki etnos olaraq müxtəlifdir amma düşmənə qarşı tək yumruq halında birləşərək
mübarizə aparmışlar. Buradakı rəngarənglik, müxtəliflik artıq onların həyat tərzinə çevrilmişdir.
Ümumi birgəyaşayış qaydalarına əməl olunma bu xalqları bir – birinə daha da yaxınlaşdırıb, lakin
onlar öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıb.
Hal – hazırda Balakəndə 27 millətin nümayəndəsi yaşayır. Bu müxtəliflik bizə əsrlərin, illərin
yadigarıdır. Və bu gün əsrlərin mirası olan hər bir millətin adət-ənənəsi, mədəni irsi qorunub
saxlanılır və təbliğ edilir. Balakən rayonunda yaşayan etnik qrupların içərisində sayca ən böyükləri
azərbaycanlılar, qafqazdilli avarlar, ingiloylar, farsdilli qaraçılardır və ləzgilərdir.
Azərbaycanın şimal – qərb zonası öz təbiətinə, təbii sərvətlərinə görə nə qədər zəngindirsə,
mənəvi zənginliyinə görə də, bir o qədər unikal diyardır.
Bu bölgənin özünəməxsus musiqi aləti vardır ki, bu da yalnız Balakən və Zaqatala bölgəsində
istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər Balakənlilər öz əlləri ilə düzəltdiyi iki simli
tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə musiqi aləti
kimi istifadə etmişlər.
Tamburun müşayiəti ilə həm kişilər, həm də qadınlar haylalar söyləmiş, Balakənə məxsus
yerli rəqsləri ifa etmişlər. Tamburla oxunan mahnıya “hayla” deyilir və “hayla” sözü burada
“çağırmaq”, “səsləmək” mənasındadır (2; s99). Keçən əsrin 30-cu illərindən Balakənli söz ustası,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
236
Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin haylaları (bayatıları) hələ də dillərdə
əzbərdir.
Milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət
evində “cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar
kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində
isə “Şəlalə” rəqs studiyası yaradılmışdır. Bundan başqa Qax, Zaqatala, Balakən rayonlarında
yaşayan saxurların qızlarından ibarət “Lilay” rəqs ansamblı fəaliyyət göstərir.
“Cahan” folklor ansamblı 2011-ci ildə Bakı şəhərində “Azərbaycan doğma diyar” devizi
altında keçirilən “Milli azlıqların İncəsənəti” III Respublika festivalında fəal iştirak etmiş, Xalq
kollektivi adına layiq görülmüşdür. Rayonda keçirilən tədbirlərdə onların çıxışlarına xüsusi yer
verilir.( 5)
Toy məclisində icra olunan adətlər ayrı – ayrı kəndlərdə azacıq fərqlənsə də, əsasən eynidir
deyə bilərik.
Qədimlərdə, hətta ötən yüzilliyin əvvəllərinədək adətən qız üçün aşağıdakılar buyurulardı.
Bir ədəd “tavatkəmər” – adı ilə tanınan və qızıl suyuna tutulan enli bel kəmər;
Gümüş bilərzik;
“ Düyməçə” (sərəndəzlə birlikdə) – başa taxılan xüsusi qadın baş örtüyü. Düyməçə gümüş
zəncirlərlə bəzədilmiş olurdu.
“Mumasan” – sinəyə taxılan xüsusi qadın bəzəyi. Onun üzərində çoxlu gümüş pullar və digər
bəzək şeyləri olar və qadın yeridikcə qəribə cingiltili səslər çıxarardı.
“Bafta” qadın geyimi;
“Darayı” dizlik (xüsusi gözəl ipək parçadan);
İki ədəd xasa çit köynək;
“Döşlük bağı” – xüsusi gümüş pullarla bəzədilən kəmərə bənzər bel bağı;
“Gülbəngi” – gəlinin başına örtülən, çox zərif toxunmuş baş örtüyü;
Bir ədəd gümüş üzük.
İndikindən fərqli olaraq o vaxtlar qızıla deyil, gümüşə üstünlük verilir və məhz “gümüş üzük”
buyururdular( 2; s 105)
Toy məclislərinin sonrakı günü, adət ənənələrimizə görə “Təzə gəlin süzən çayı içmək” üçün
gələn qohumlar tamburun müşayiəti ilə əylənirlər. Həmçinin “Təzə gəlinə” müxtəlif hədiyyələr
gətirirlər.
Bölgədə yaşayan bütün xalqların, istər yerli türklərin, istər ingiloylar, istərsə də avarlar olsun
onların həyat tərzi, məişəti öyrəniləndə bu həqiqət məlum olur ki, on səkkiz və on doqquzuncu
yüzilliklərdə, hətta rus işğalına baxmayaraq, buradakı cəmiyyət daha çox “adət” adı ilə ifadə olunan
gələnəklərlə, adətlərlə idarə olunurdu. Yüzilliklər, əsrlər boyu davam edən gələnəklərdən,
adətlərdən biri də iməcilikdir.
İməcilik məişət işlərində qohuma, qonşuya göstərilən təmənnasız göstərilən köməkdir. Gündə
bir qonşunun evində təşkil olunar. Bunlara misal, “yun iməciliyi”, “tütün iməciliyi”, “qarğıdalı
iməciliyini”, “ev iməciliyini” göstərə bilərik.
Bu iməcilikdə qadınlar, qız – gəlinlər əsasən iştirak edilər. Belə iməciliklərdə qız – gəlinlər
təkcə yun didib, ip əyirməz, həm də doya – doya şənlənərdilər. Bunun üçün iməcini təşkil edərdi.
Yavaş – yavaş iməci davam etdikcə və axşama doğru dambur çalınar, “hayla” oxunar, rəqs edilərdi.
Yeni ev tikməkdən, yun didməyə qədər bütün tədbirlərdə bölgə insanlarının həyatında bir
“birlik”, “yardımlaşma” duyulurdu.
Təssüflər olsun ki, elm – texnikanın inkişafı həmişə insanların birgəliyinə şərait yaradan
“iməciliyi” və buna bənzər qədim və dəyərli adətləri aradan çıxarır. Daha az halda təkrar olunur.
Geyim və bəzək bir etnosun etnogenez prosesində başlayıb formalaşmanın başa çatmasınadək
keçdiyi yolu və ya digər şəkildə özünü əks etdirir.
Digər tərəfdən, geyim və bəzək əşyaları etnoqrafik cəhətdən araşdırıldıqca məlum olur ki,
buradakı hər bir ornament, hər bir ilmə onların həyat tərzinin müəyyən məqamını özündə əks
etdirir. Bu ornament, naxışlar vasitəsi ilə insanların dünyagörüşü, qədim inam və etiqadları
haqqında məlumat almaq olur. Çünki insanlar bu naxışlarla demək istədiklərini, adət ənənələrini
ifadə edirlər.
|