Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə47/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

258

 

 



 

 

Bu gün həyatın bütün sahələrini əhatə edən qloballaşma elmdən də yan keçmir. Müxtəlif elm 



sahələrinin  metodologiyasının  sintezi  yeni  inteqral  yanaşmanın  meydana  çıxmasını,    dilə  müxtəlif 

istiqamətlərdən  –  təfəkkür,  dil  sistemi,  mədəni  və  sosial  tərəflərdən  yanaşmanı  şərtləndirir.  Qeyd 

olunan  istiqamətlər  daha  çox  sistem  olaraq    dilin  yox,  nitq  prosesinin  tədqiqat  obyektinə 

çevrilməsini,  bu  isə  öz  növbəsində  insanın  dil  daşıyıcısı  olaraq  diqqət  mərkəzində  saxlanmasını 

aktuallaşdırır. Dilçilikdə antroposentrik və koqnitiv  yanaşma tədqiqatın istiqamətinin və modelinin 

dəyişilməsinə - insandan çıxış edərək dilin tədqiqinə imkan yaradır.  XX əsrin  sonlarında dilçiliyi 

antropologiya,  sosiologiya  və  ekologiya  ilə  əlaqəli  yeni  sahəsi  -    dil  ekologiyası  meydana  gəldi. 

İnsanın onu əhatə edən mühitə, ekosistemə aid olmasını, onunla qarşılıqlı əlaqədə olmasını diqqət 

mərkəzində  saxlayan  dil  ekologiyası  dil  əlaqələri,  sosial  proseslərin  dilə  təsiri  kimi  məsələləri 

araşdırır.  Amerika  dilçisi  E.Xaugenin  ekologiya  anlayışını  dilə  tətbiq  etməsindən  sonra  dillə  onu 

əhatə  edən  mühitin  əlaqəsi  dil  ekologiyası  termini  adı  altında  araşdırılmağa  başlamışdır.  Dilə 

mühitin  təsirinin  öyrənilməsi  demoqrafik,  sosial,  siyasi,  mədəni,  psixoloji  amillərin  nəzərə 

alınmasını tələb edir. Kommunikasiya ilə bağlı məsələlər və bütövlükdə nitq  prosesi başlıca obyekt 

kimi  götürüldüyündən    dil  ekologiyasını  əhatə  edən    araşdırmalarda    antroposentrik  yanaşma 

məqsədəuyğun hesab olunur  

Müxtəlif  istiqamətlərdən  yanaşma  sinergetika  qanununa  uyğun  olaraq  hərtərəfli  tədqiqatı 

təmin  etməklə  yanaşı,  ayrı-ayrı  sahələrə  aid  xüsusiyyətlərin  məcmusu  yox,  bütövlükdə  yeni 

keyfiyyətli  hadisə  kimi  meydana  çıxır  (3).  Innovativ  və  hərtərəfli  yanaşma  bəzən  həlli  mümkün 

görünməyən  məsələlərin  belə  aydınlaşdırılmasına  imkan  yaradır.  ”Linqvistikanın  metod  və 

nəticələri daha çox nailiyyət qazanmış təbiət elmlərinin metod və nəticələri ilə bənzərdir. Bu gün bu 

yalnız arzu olaraq qalsa da, ümid etmək olar ki, yaxın gələcəkdə dilin tədqiqi insanların davranışını 

anlamağa və onları idarə etməyə kömək edəcək” (4).  

Dil  ekologiyasının  əhatə  etdiyi  məsələlərdən  biri  də  dil  siyasətinə  daxil  olan  dil 

planlaşdırmasıdır  ki,  kodlaşdırma  və  norma  kimi  problemlərin  araşdırılması  da  bu  sahə  ilə  sıx 

surətdə  bağlıdır.  Odur  ki,  bu  məsələ  milli  əhəmiyyətə  malik  olmaqla  birbaşa  dil  siyasətinin  tərkib 

hissəsinə  daxildir.  Dil  planlaşdırmasının  insan  fəaliyyəti  ilə  bağlı  olduğunu  yazan  E.Xaugen  qeyd 

edir ki, yazı sadəcə “qeyd” olmaqla qalmır, dil kollektivinin nitqinə təsir edə biləcək özünəməxsus 

kod  yaradır  (5).  “Norma  –  hər  bir  dil  daşıyıcısının  can  atmalı  olduğu  idealdır.  Bu  cəhdin  uğurla 

nəticələnməsindən yalnız ... nitqin təmizliyi deyil, dilin səs sisteminin tarazlığı da asılıdır” (6).  

Bəzən  adi  qaydalar  sistemi  kimi  qəbul  olunan  norma  əslində  xalqın  və  dilin  tarixi  ilə  sıx 

bağlıdır.  Xalqın  etnomədəni  tarixinin  izlərini  yaşadan  dilin  normasının  müəyyənləşməsində  adət, 

vərdiş  və  estetik  təsirin    nəzərə  alınması  (7;  9),    variantların  seçimində  həm  şüurlu,  həm  də 

“kortəbii” seçim  əslində bu incəliklərin qorunması ilə nəticələnir. Dildə danışan kollektivin  qəbul 

etdiyini  norma  hesab  edən  B.Havranek    (8;  340)  ədəbi  normanın  əsas  tələbi  olan  sabitliyi  dilin 

immanent xüsusiyyəti kimi qeyd etsə də (8; 345) müşahidələr sosial-psixoloji amillərin variantların 

seçimində böyük rola malik olduğunu göstərir. 

 

Ədəbiyyat: 



1.  Серебренников  Б.А.  О  материалистическом  подходе  к  явлениям  языка.  М.,  Наука, 

1983.  


2. Косериу Э. Синхрония, диахрония и история. Новое в лингвистике. Вып.III. М., Изд.-

во иностранной литературы, 1963, с. 143-343. 

3. 

http://www.elitarium.ru/sinergija-sovmestnoe-dejstvie-resursy-organizacija-kooperacija-



firma-svjaz-potencial-jeffekty-menedzhment 

4.  Блумфилд Л. Язык. http://www.classes.ru/grammar/142.Bloomfield-language  

5. Хауген Э. Лингвистика и языковое планирование. //  Новое в лингвистике. Вып. VII. 

Социолингвистика. - М., 1975. - С. 441-472. 

6.  Л.Вербицкая.  Cовременная  русская  орфоэпия  и  орфофония.  //Чуждоезиково 

обучение, година XL, книжка 1, 2013// http://master-rki.net/docs/Verbitskaya012013  

7. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962. 

8. Гавранек Б. Задачи литературного языка и его культура. Пражский лингвистический 

кружок. М., 1967.с. 338-377 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

259

 

 



 

 

Xülasə 



Müasir  dövrdə  elmin  inkişafı  müxtəlif  elm  sahələri  ilə  bağlı  yeni  elmi  metodların  tətbiqi, 

qazanılan  elmi  nailiyyətlərdən  istifadə  olunmaqla  yeni,  fərqli  yanaşmanın  meydana  gəlməsi  ilə 

səciyyələnir.  Məsələlərə  analitik  baxımdan  yanaşmanın  nəticəsi  kimi  son  dövrlərdə    dilçilikdə 

ənənəvi  istiqamətlərlə  yanaşı,  sosiolinqvistik,  psixolinqvistik,  praqmalinqvistik  yönlü   

multidistiplinar  tədqiqatların  geniş  yayılması  müxtəlif  elm  sahələrinin  qovşağında  dilin  və  nitqin 

fərqli baxış bucağından araşdırılmasına şərait yaradır. Dil ekologiyası, sosial proseslərin dilə təsiri, 

kodlaşdırma və norma problemləri qloballaşma dövründə aktual problem olaraq diqqət mərkəzində 

saxlanılmalıdır. 

Nazaket Gaziyeva 

The ecology of language and the norm 

Summary 

The  modern  stage  of  development  of  science  is  characterized  by  the  appliance  of  new 

methods in its different branches and the use of scientific achievements and simultaneously by the 

formation of differed attitude to the researches. The consideration of problems from analytic point 

of  view  at  the  latest  period  preconditioned  together  with  the  existence  of  traditional  directions  of 

linguistics also the development and spreading of sociolinguistic, psycholinguistic, pragmalinguistic 

directed multidisciplinary investigations and the research of language and speech on the junction of 

different  branches  of  science.  The  ecology  of  language,  the  influence  of  social  processes  on 

language, coding and the problems of globalization as an actual problem should be in the centre of 

scientists’ interests. 

 

 

 



 

 

 

 

 

 

Şəfaqət Abdulla qızı Mahmudova, filologiya üzrə fəlsəfə doktoru 

Azərbaycan Dillər Universiteti, dosent 

shafagat.m@gmail.com 

 

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA MULTİKULTURALİZMİN  

SİYASİ BANİSİ KİMİ 

 

Açar sözlər: multikultralizm, siyasi lider, xalqlar, tolerantlıq, mədəniyyət 

Key words: multiculturalism, political leader, nations, tolerance, culture 

 

 “Dövlət, ölkə nə qədər çox  xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri 

ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. 

Heydər Əliyev. 

 

Azərbaycan dünyanın humanitar kataklizmlər baş verməyən nadir ölkələrindəndir. Humanitar 



məsələ  bu  gün  özündə mədəniyyətlərin,  sivilizasiyaların,  konfessiyaların  qarşılıqlı  münasibətlərini 

ehtiva  etməkdədir.  Bütün  dövrlərdə  Azərbaycanda  bütün  millətlərin,  dinlərin  nümayəndələri  sülh, 

əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan 

asılı  olmayaraq  bütün  dövrlərdə  Azərbaycan  dözümlülük,  tolerantlıq  məkanı  olmuşdur.  Bu  gün 

müstəqil  Azərbaycan  öz  siyasətini  bu  təməl  üzərində  qurur.  Müasir  multimədəni  cəmiyyətlər 

kulturoloji strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə 

bilməzlər.  Çünki  multikulturalizm  çox  mədənilik,  bir  çox  fərqli  mədəniyyətin  bir  arada  yaşadığı 

cəmiyyəti  təyin  edən  fenomendir  [2,  s.12].  O,  ayrıca  götürülmüş  ölkədə  və  bütövlükdə  dünyada 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

260

 

 



 

 

müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı 



və harmonizasiyasına  yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq 

multikulturalizm  tolerantlığın  təcəssümüdür.  Onsuz  humanizm,  yüksək  fərdi  və  beynəlxalq 

münasibətlər  mədəniyyəti,  insanlar  arasında  qarşılıqlı  anlaşma,  qarşılıqlı  zənginləşmə,  dostluq  və 

əməkdaşlıq mümkün deyil. Multikulturalizmin əsasını tolerantlıq, milli birliklərin adət-ənənələrinə 

və  bir-birinin  azadlığına  hörmət  hissi  təşkil  edir.  Elmi  ədəbiyyatda  verilən  məlumata  görə, 

multikulturalizm anlayışı çox da qədim tarixə malik deyil. Bu termin Kanadada yaransa da, siyasi 

leksikona  ilk  dəfə  1970-ci  ildə  Avstraliyada  immiqrasiya  naziri  vəzifəsində  çalışmış  Al  Kresbi 

tərəfindən daxil edilmişdir. Multikulturalizm başqa xalqın nümayəndəsinə, başqa dinə hörmətdir. 

Multikulturalizm  Azərbaycanda  əsrlərdən  bəri  formalaşan,  eyni  zamanda  ictimai-bədii, 

psixoloji-mənəvi  müstəvidən  kənara  çıxmayan  dəyərlər  toplusu  kimi,  xüsusilə    sovet 

ideologiyasının  hökmranlıq etdiyi illərdə  kifayət  qədər  sistemsiz  və  spontan  mahiyyətə  malik  idi. 

Onun sanki bütün  vacib  özəllikləri  mövcud idi.  Tolerantlıq  və  mənəvi  potensial,  dini  loyallıq  və 

milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural 

bir  rejimin  içinə  salmağa  hazır  idi.  Bu  və  bu  kimi  xüsusiyyətlər  Azərbaycan  ədəbi-bədii  düşüncə 

müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. 

“Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr 

uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. 

Bunun  fonunda  müasir  dövrdə  həllini  tapası  yalnız bir əsas  məsələ  qalırdı:  hüquqi  və  siyasi 

müstəvidə  multikulturalizmin  yerini müəyyən  etmək.  Və  bunu  ulu  öndər  Heydər  Əliyev  etdi.  O, 

Azərbaycanın  gələcək  uğurlu inkişafı  üçün  dəqiq  ideoloji  hədəf  seçdi  və  öz  uzaqgörən,  müdrik 

siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə 

yeni  mərhələyə  qaldırdı.  Bu  mərhələ  siyasi  mərhələ  idi.  Əslində,  ulu  öndər  Azərbaycan 

multikulturalizminin siyasi banisi oldu. 

Ulu  öndər  Heydər  Əliyev  bununla  ilk  növbədə  multikulturalizm  siyasi  modelinin 

assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya 

nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz 

bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu 

sərvətin əbədi olması istiqamətinə yönəltdi [4,s.34]. 

Azərbaycanın  multikultural  ənənələrinin  dövlət  tərəfindən  qorunması  işində  ən  vacib  olanı 

ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  və  göstərişi  ilə  bu  məsələnin  hüquqi  sənədlərdə,  o 

cümlədən 

Azərbaycan 

Respublikasının  Konstitusiyasında  əks  olunmasıdır.  Belə  ki, 

multikulturalizm  siyasətinin  əsasını  təşkil  edən  tolerantlıq  (dözümlülük)  prinsipi  Azərbaycan 

Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı 

“Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət  hüququ” (maddə 44, bəndlər 1, 2), 

“Ana  dilindən  istifadə  hüququ”  (maddə  45,  bəndlər  1,  2)  və  başqa  maddələri  göstərmək 

mümkündür. 

Ulu  öndər  haqlı  olaraq  multikulturalizm  siyasətini  ölkənin  demokratik  inkişafının  tərkib 

hissəsi  hesab  edirdi.  O,  Azərbaycan  ərazisində  yaşayan  milli  azlıqların  hüquq  və  azadlıqlarının,  o 

cümlədən  etnik-mədəni,  dini  dəyərlərinin  qorunmasını  demokratiyanın  mühüm  prinsipi  olan  əsas 

insan  hüquq  və  azadlıqları  kontekstində  görürdü.  Ulu  öndərin  rəhbərliyi  ilə,  nəhayət  ki,  dönüşü 

olmayan  demokratik  inkişaf  yoluna  çıxmış  Azərbaycan  Respublikası,  onun  qeyd  etdiyi  kimi, 

“dinindən,  dilindən,  irqindən  asılı  olmayaraq  Azərbaycanın  bütün vətəndaşlarının  eyni  hüquqlara 

malik” olmalarını təmin etməli idi. 

Təbii olaraq, ulu  öndər etnik millətçiliyə alternativ kimi  bütövlükdə Azərbaycan xalqının  və 

cəmiyyətinin, 

eyni 


zamanda 

Azərbaycan 

dövlətçiliyinin 

yüksəlişini 

şərtləndirən  və 

multikulturalizmin  əsas  mənəvi  bazası  olan  azərbaycançılıq  prinsipini milli  ideologiya  kimi  irəli 

sürdü.  O,  qeyd  etdi  ki,  etnik  millətçilik,  nəhayət  etibarilə,  etnik  separatizmə,  xalqlar  arasında 

münaqişəyə gətirib çıxarır. 

Azərbaycançılıq  ideologiyası  isə  dinindən,  dilindən,  irqindən  asılı  olmadan  ölkədə  yaşayan 

bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində 

yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, 

avar  da,  kürd  də,  talış  da,  udin  də,  kumık  da,  başqası  da  -  bütünlükdə  hamısı 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

261

 

 



 

 

azərbaycanlıdır”. Bu sözlər  bu  gün  də  son  dərəcə  əhəmiyyətlidir  və  belə  bir  aydın  siyasi  həqiqəti 



aktuallaşdırır:  biz,  yəni,  Azərbaycanda  yaşayan  bütün  xalqlar  məhz  bir  yerdə,  məhz  azərbaycanlı 

olaraq dünya üçün maraq kəsb edə bilərik. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik! 

Ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  altında  ölkəmizdə  Azərbaycan  xalqının 

multikultural  ənənələrinin  qorunması  və  inkişaf  etdirilməsi  sahəsində  həyata  keçirilən  siyasi 

istiqamət  yeni  mərhələdə  onun  layiqli  davamçısı  Prezident  İlham  Əliyev  tərəfindən  uğurla inkişaf 

etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi 

dəyərləndirən  Prezident İlham  Əliyev  bu siyasətin  həyata  keçirilməsində  BMT,  ATƏT,  Avropa 

Şurası,  Avropa İttifaqı, İslam Əməkdaşlıq  Təşkilatı  və  digər nüfuzlu  beynəlxalq  təşkilatlarla 

əməkdaşlığa  xüsusi önəm verir.  O, daim ölkəmizin  bu təşkilatlar  tərəfindən  qəbul  edilən  milli 

azlıqları  hüquq və azadlıqlarının müdafiəsi  ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd 

edir.  Məhz  bu  siyasi  xəttin  nəticəsi  kimi  Azərbaycan  Prezidentinin tövsiyəsi  ilə  ölkəmizin  26 

noyabr 2009-cu  il tarixdə qanunla  “Mədəni  özünüifadə  formalarının  müxtəlifliyinin  qorunması  və 

təşviqinə dair” UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar [3, s.25]. 

Azərbaycanın  mənəvi-siyasi  yüksəlişində  son  dərəcə  vacib  məqamlardan  biri  isə  Prezident 

İlham  Əliyevin  təşəbbüsü  və  iştirakı  ilə  2011-ci  ildən  bəri  mütəmadi  olaraq  Bakıda  Beynəlxalq 

Humanitar  Forumun  keçirilməsidir.  Artıq  ənənəyə  çevrilmiş  bu  forumun son açılışı  zamanı etdiyi 

çıxışında  Prezident  İlham  Əliyev  multikulturalizmi  “alternativi  olmayan,  gələcək inkişaf üçün ən 

məqbul variant” 

kimi  dəyərləndirməklə  təkcə  Azərbaycanda  deyil,  müasir  dünyada 

multikulturalizm meyllərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. 

Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev  28 fevral 2014-cü il tarixli sərəncamı  ilə 

Azərbaycan 

Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə 

dövlət müşavirinin xidmətini  yaratdı.  Bu  gün  bu  xidmət  ölkənin  ideoloji  həyatının  önəmli 

istiqamətlərini  əlaqəli  şəkildə  öyrənən,  obyektiv  səbəbdən  özünü  göstərən  müəyyən  boşluqların 

doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır. 

Prezident İlham  Əliyevin  multikulturalizm  siyasətinin  növbəti  əhəmiyyətli  addımı  Bakı 

Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair 15 may 2014-cü il tarixində imzaladığı 

fərman  oldu.  Bu  mərkəzin  yaradılmasının  əsas  məqsədi  ölkəmizdə  əsrlər boyu  formalaşmış 

tolerantlığın, etnik-mədəni,  dini müxtəlifliyin  qorunmasını və çiçəklənməsini təmin etmək, habelə 

Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini 

tədqiq  və  təşviq  etməkdir.  Dünyanın multikulturalizm  sahəsində  aparıcı  mütəxəssislərinin, 

görkəmli ictimai və siyasi xadimlərinin 

Bakıda 


beynəlxalq 

səviyyədə 

belə bir mərkəzin 

açılmasını son  dərəcə  təbii  və  işgüzar  şəkildə  qəbul  etmələri  məhz  Azərbaycanın  bu  gün 

dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. 

Bu  gün  Azərbaycanda  multikulturalizm  sahəsində  bir-birini  tamamlayan,  sistemli xarakter 

daşıyan siyasətdə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir. 

Prezident  İlham  Əliyevin  multikulturalizmə,  tolerantlığa  verdiyi  siyasi  dəyərin  dünya 

miqyasında  real  elmi,  mədəni,  sosial  müstəvilərə  köçürülməsi  işində  Heydər  Əliyev  Fondunun 

böyük xidmətləri danılmazdır. Bu gün  Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, 

təbliği  ilə  bağlı  Heydər  Əliyev Fondu olduqca əhəmiyyətli,  möhtəşəm  layihələr  həyata keçirir.  Bu 

layihələr  Azərbaycan multikulturalizminin bir ölkə  çərçivəsində  qapalı  inkişafını  deyil,  dünya 

çərçivəsində  dinlərin  və  mədəniyyətlərin  müxtəliflikləri  rejimində  fəaliyyət  göstərməsini 

reallaşdırır. 

Fondun  düşünülmüş,  sistemli  fəaliyyətində  multikulturalizmin  mühüm  aspektlərindən  biri 

olan mədəniyyətlərarası  əlaqələrin möhkəmlənməsi  istiqaməti xüsusi  yer tutur. Fondun prezidenti, 

UNESCO və  ISESCO-nun xoşməramlı  səfiri,  Milli  Məclisin deputatı  Mehriban xanım Əliyevanın 

təşəbbüsü  ilə  keçirilən  “Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  genişləndirilməsi”, 

“Qloballaşma  şəraitində  mədəniyyətlərin  rolu”,  “Çox  mədəniyyətli  dünyada  sülh  şəraitində 

birgəyaşama”,  “Azərbaycan  -  tolerantlıq  məkanı”  layihələrini  xüsusi  qeyd  etmək  olar. 

Tərəqqipərvər  dünya  ictimaiyyəti,  görkəmli  şəxsiyyətlər  və  sıradan  insanlar  bu  qəbildən  olan 

tədbirlərin  keçirilməsini,  orada  mədəniyyətlərarası  dialoqun inkişafına  həsr  olunmuş məsələlərin 

müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayırlar. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

262

 

 



 

 

Müasir  dövrdə  Azərbaycan  özünün  multikulturalizm  siyasəti  və  bu  sahədə  əldə  etdiyi 



nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb 

ölkələrinə  nümunə  olmaqdadır.  Məlum  olduğu  kimi,  bir  sıra  Qərb  ölkələri, o cümlədən  Böyük 

Britaniya,  Fransa,  Almaniya  uzun  illər  apardıqları multikulturalizm siyasətindən  bu  gün  rəsmi 

şəkildə imtina edirlər. İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid 

Kemeron 5 fevral 2011-ci il tarixində Münxendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında 

Böyük Britaniyada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri 

ilə izah etmişdir. Bəlkə də və çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan 

multikulturalizm siyasətçilərinin  özlərinə  bəraət  qazandırmaq  cəhdidir.  Və  bunun  fonunda  təzahür 

edən,  inkişafda  olan  multukulturalizmin  Azərbaycan  təcrübəsinin bütün  dünyaya siyasi 

cəsarətlə nümayişi  ona  gətirib  çıxarmışdır ki,  bu  gün  artıq  Yer  kürəsinin  hər  yerində  ədalətsevər 

insanlar  ölkəmizi  sarsılmaz  multikultural  dövlət  imici  əldə  etmiş  mərkəz  kimi  tanıyır.  Qətiyyətlə 

demək  olar  ki,  Azərbaycan  multikulturalizmi ölkəmizin  siyasi  simasının  əsas  cizgilərindən 

birinə çevrilmişdir. Azərbaycan multikulturalizminin siyasi banisinin arzularından biri də elə bu idi. 

Multikulturalizm  Azərbaycan  xalqının  həyat  tərzidir.  Əsrlərdir  ki,  xalqımız  tolerantlıq,  yəni 

dözümlülük,  başqa  dinlərə  və  mədəniyyətlərə  hörmət  prinsiplərini  həyat  tərzinə  çevirərək  bu 

prosesə  mühüm  töhfələr  verib.  Ona  görə  də  Prezident  İlham  Əliyevin  2016-cı  ili  Azərbaycanda 

“Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. 

Dövlətimizin  başçısı  İlham  Əliyevin  2016-cı  ili  Azərbaycanda  Multikulturalizm  ili  elan 

etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin 

qovuşduğu  məkanda yerləşməklə dinlər sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla 

bağlı dərin tarixi baza formalaşdırıb. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma 

olmayıb  və  bu  proses  indi  də  uğurla  həyata  keçirilir  və  ikincisi,  Azərbaycan  cəmiyyətindəki 

dözümlülük  ölkədə  nadir  tolerantlıq  mühiti  yaradıb  və  indi  bu,  bir  nümunə  kimi  beynəlxalq 

ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı 

və möhkəmləndirilməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır [4, s.18]. 

Beləliklə,  multikulturalizm  bu  gün  Azərbaycanda  gedən  demokratik  proseslərin  ayrılmaz 

tərkib  hissəsi  kimi  çıxış  edir.  Bu  çərçivədə  keçirilən  tədbirlər  isə  ölkəmizdə  multikultural 

təhlükəsizliyin  intellektual  göstəricilərinin  artıq  formalaşdığını  təsdiqləyir.  Bu  il  BMT-nin 

Sivilizasiyalar  Alyansının  Bakıda  keçiriləcək  7-ci  Qlobal  Forumu  da  dünya  ölkələrinin 

Azərbaycandakı  multikultural  mühitə  olan  münasibətinin  real  ifadəsidir.  Digər  tərəfdən,  bu 

Azərbaycanda 

multikultural 

təhlükəsizliyin 

təmin 


olunmasına 

sistemli 

yanaşmanın 

mövcudluğundan  xəbər  verir.  İndiyədək  Azərbaycanda  multikulturalizm,  sivilizasiyalararası 

dialoqun  təşəkkül  tapması  istiqamətində  xeyli  ciddi  tədbirlər  keçirilib.  Halbuki,  qloballaşma 

şəraitində  bir  çox  ölkələrdə,  xüsusilə  də  Avropa  məkanında  multikulturalizm  siyasətinin  iflasa 

uğraması  bəyan  edilib.  Azərbaycanda  yaradılan  şərait  dünyanın  heç  yerində  yoxdur.  İndi  ərəb 

ölkələrindən  qaçqın  düşənlərin  xarici  ölkələrə  keçməsinə  ciddi  əngəllər  yaradılır.  Bütün  bunlar 

deməyə  əsas  verir  ki,  Azərbaycanda  multikulturalizm  sahəsində  yaradılan  şərait  nəinki  regionda, 

heç  dünyada  belə  yoxdur.  Azərbaycanda  bütün  xalqlar  bərabər  yaşayır.  Həm  dövlətin,  həm  də  bu 

xalqların nümayəndələrinin özlərinin irəli sürdüyü təşəbbüslər sayəsində ölkənin  multikulturalizm 

siyasəti uğurla davam edir. İnanırıq ki, getdikcə Azərbaycanda multikulturalizm siyasətinin coğrafi 

arenası  daha  da  genişləndiriləcək,  ölkəmizdə  yaradılan  birgəyaşayış  modeli  həm  ölkə  daxilində 

inkişaf etdiriləcək, həm də digər ölkələrə də sirayət edəcək.  



Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin