“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
304
Molokanlar digər dini etiqadlara dözümlü münasibət bəsləsələr də, lakin başqa dindən və
hətta xristian dinindən olan insanla nikaha girmək qadağandır (lakin müasir dövrdə bu qadağa o
qədər də önəmsənmir). Əsas ailə başçısı kişidir. Molokanların əsas ailə xüsusiyyəti böyüklərə
hörmət bəsləmək və uşaqların tərbiyəsində ciddilik əsas şərtdir. Övladları uzaqda olsa belə tez-tez
onları ziyarət edərlər. Qoca ailə başçıları övladları və nəvə əhatəsində yaşamağı üstün tutur. Çünki
hələ uşaqlıqdan onlara gələcəkdə valideynə arxa olmağı öyrədirlər. Molokanlar valideynini atan
övladları ata, ananın dəfninə buraxmırlar (Bu qadağa da haradasa aradan götürülmüşdür).
Molokan ailələri bərabərlik əsasında qurulur, qadın və kişi eyni hüquqa malik olurlar. Ailə
əsasən oğlan və qızın ümumi razılığı əsasında təşkil olunur. Oğlanların qız bəyənməsi üçün mövcud
şərait var. Qız və oğlanlar dəstə-dəstə kənd kənarına gəzintilərə çıxar, şənbə günləri rəqs
meydançası (танц-площадка) təşkil edilir (kənddə gözəl mədəniyyət evi və incəsənət məktəbi
mövcuddur), burda çalıb-oynayar və fürsətdən istifadə edərək özlərinə nişanlı taparlar. Qış vaxtları
belə görüşlər evlərdə keçirilər.
Molokan adət-ənənəsinin bir sıra xüsusiyyətləri toyla bağlıdır. Toy adət-ənənəsi yerli əhalinin
adətləri ilə üst-üstə düşür. Gəlin maşınının qarşısının kəsilməsi və nəmər tələb etdirməsi adəti də
mövcuddur. Buna “Maqarıç” deyilir. Qız toyunda qız ağ paltar geyinir və başına yaylıq bağlayır.
Oğlan toyunda isə gəlin başına fata taxır. Molokanlarda gizli nikah və boşanma qəbul edilməzdir.
Evə gələn qonağı süfrəyə dəvət edirlər. Yaşca böyük kişi qonağı ev sahibinin yerində
oturdulur, yanında kişilər, sonra qadınlar əyləşirlər. Gələn qonağa çay və yemək süfrəsi açırlar.
İvanovkada yaşayan molokanlar yerli əhalinin adət-ənənələrinə, məişət və mədəniyyətinə
yiyələnmişlər. Bu halı, eləcə də, azərbaycanlılara də aid etmək olar. Ümumi əhalinin qismən də
olsa rus dilinə yiyələnməsi məhz molokanlarla bağlıdır. Lakin molokanlar Azərbaycan dilini zəif
mənimsəmişlər.
Dillərinə bəzi Azərbaycan sözləri daxil olmuşdur ki, bu da, əsasən, yemək adları olan dolma,
plov, boş baş kimi sözlərdir. Bundan başqa bazar, saman, alça kimi sözlər də molokanların dil
leksikologiyasına daxildir.
Kəndin maraqlı arxitekturası var. Yol boyu evlər sanki xətkeşlə çəkilmiş kimi simmetrik və
səliqəlidir. Burada fəhlənin də, sürücünün də, kolxoz sədrinin də evi bir-birindən fərqlənmir.
Yaşayış evinin inşası, habelə quruluşlarında biz yenə ruslara məxsus ənənələrin şahidi oluruq. Evlər
əsasən, kiçik zirzəmili, birmərtəbəli tikilirdi. Əvvəllər ağacdan və qurama üsulu ilə tikilirdi (Belə
evlərə “turlişnıy dom” deyirlər), daxildən və xaricdən palçıqla suvanırdı. Şirə və əhənglə suvanırdı.
Üstü kirəmitlə örtülürdü (3. s. 372-373). İndiki dövrdə köhnə evlər daxilən dəyişikliyə uğramışdır.
Evə “xata” deyilir. Evin içərisində sobalar bəzi evlərdə qalmaqdadır. Evlərin kiçik pəncərələri və
eyvanı olardı. Evlərin daxili sahmanında güldanlarla, əl işləri ilə bəzənmiş süfrələrlə bəzədilirdi.
Hər evdə samovar olması vacib şərtlərdən biridir. Mülkləri rənglənmiş səliqəli taxta ilə əhatələnir.
Evin qarşısına gül əkilir.
Geyim və dünyagörüşü baxımından ivanovkalılar heç də paytaxt sakinlərindən seçilmirlər.
İvanovka rusları dəbdəbədən uzaqdırlar. Onların geyim mədəniyyətini bayram günlərində və bazar
günü ibadətə gedərkən istifadə etdikləri geyimlərdə görmək mümkündür.
İvanovka kəndinin “Adel” kollektiv rəqs qrupu, “Slavyanoçka” xor folklor qrupu kimi milli
folklor mahnı və rəqs qrupu mövcuddur ki, bu da qədim molokanların mahnı, rəqs, geyim
mədəniyyətini və etnoqrafiyasını nəsildən-nəsillərə ötürməkdədir.
Molokanlar qidalanmada donuz əti, pulsuz balıqdan və dovşandan başqa, bütün digər
ərzaqlardan istifadə edə bilərlər. Hər bir ev sahibinin süfrəsində ev pendiri, xaması, yağı və əti
olmalıdır. Adətən, onların qida rasionuna görə əksər xörəkləri ət və süddəndir. Onların yeməkləri
içərisində ənənəvi rus mətbəxinə məxsus olan müxtəlif “borşlar”, “suplar”, “lapşa”, ət, süd
yeməkləri, xəmir xörəkləri və şirniyyatlar üstün yer tutsa da, lakin Azərbaycan mətbəxini də
dərindən mənimsəmişlər. Süfrəyə duasız oturmazlar.
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik
qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu
xalqların milli mədəniyyətinin, incəsənətinin, adət - ənənələrinin və dilinin qorunub saxlanılması
üçün məqsədyönlü iş aparılır (1. s 12).
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
305
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən sonra vicdan
azadlığını önə çəkib dini plüralizmə qədəm qoyan xalqımız çoxkonfessiyalı məmləkətimizdə
mövcud müxtəlif dini icmaların da hüququnu qorumaq, onları vətənimizin bərabər-hüquqlu
vətəndaşına çevirmək missiyasını uğurla həyata keçirmək istiqamətində əhəmiyyətli addımlar atmış
və tarixi dövr ərzində İslami dəyərlərdən çıxış edib Vətənimizə vaxtilə pənah gətirmiş bu
təriqətçilərə yad münasibət bəsləmədən onlarla tolerant prinsiplər çərçivəsində qarşılıqlı əlaqələr
yaratmışdı (2, s. 79).
İsmayıllı müxtəlif dinlərin, azsaylı xalqların və etnik qrupların nümayəndələrinin dostluq və
qardaşlıq şəraitində yaşayan bir rayondur. İvanovka kəndi isə həm üç sektalı ruslar, Azərbaycan
türkləri, ləzgilər, digər etnik qrupların nümayəndələri qarşılıqlı dözümlülük nümayiş etdirərək
dostluq münasibətində yaşayırlar. Bizim ölkədə tarixən tolerant cəmiyyətin bərqərar olması burda
məskunlaşan azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli şərait
yaratmışdır. Onlar əsrlər boyu öz tarixini, adət-ənənələrini, maddi və mənəvi mədəniyyətini və
eləcə də dini dəyərlərini müasir dövrümüzə qədər qorumuşlar.
Dini baxışa görə molokanların yerli əhali ilə ortaq və fərqli baxışları, eləcə də, ənənələri var.
Dini ənənələrində olan müəyyən ortaq cəhətlər vardır və bu xalqları bir-birinə daha da yaxınlaşdırır.
Azərbaycanlılarla və molokanlar iki əsrə yaxın bir yerdə yaşamaları onların mədəniyyətinin
qovuşmasına və paylaşılmasına səbəb olmuşdur. Etnokulturoloji rəngarənglik Azərbaycan üçün bir
dəyərdir və dövlət tərəfindən qorunur. Molokanlar içində yaşadığı xalqdan məmnundurlar, lakin
onlar dövlət dilini lazımi səviyyədə mənimsəməmişlər. Bunu problem olaraq özləri də etiraf edirlər.
Bizcə, bu problem müzakirəyə qoyulmalı və həlli istiqamətində işlər görülməlidir. Bu ünsiyyətin
sıxlaşmasına və gənclərin öz ana dilini yaxşı bildiyi ölkələrə köçməmələrinə səbəb ola bilər.
Molokanlar Azərbaycan dilini zəif bildiklərindən Azərbaycanda irəli çəkilmə ehtimalları zəifdir.
Müasir dövrdə gənc molokanların kənddən köçüb getməsi faktı gündən-günə artmaqdadır. Lakin,
evlərin çardağından və pencərə önünə qoyduqları Azərbaycan bayrağından onların yaşadıqları
doğma ölkələri Azərbaycan Respublikasına olan sevgini duymaq olur.
Ədəbiyyat:
1. Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu,
Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri
üçün metodik vəsait Bakı - 2012 ©M. F. Axundov Azərbaycan adına Milli Kitabxana, 2012 səh 3-
4;
2. Hidyət Orucov, Azərbaycanda din, Bakı - 2012;
3. Qəmərşah Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları (Tarix və müasirlik).
Bakı "Elm" nəşriyyatı – 2000, s. 350-388;
4. Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Balı, Şərq-Qərb - 2007 , səh.46
5. https://tr.wikipedia.org/wiki/Malakanlar
6. https://az.wikipedia.org/wiki/Molokanlar
7. http://www.arzproect.narod.ru/tradecii/sosh3/index.files/Page503.htm
8. http://ismayilli-ih.gov.az/page/46.html
9. https://www.youtube.com/watch?v=k_5j5JlUuyY
10. https://az.wikipedia.org/wiki/%C6%8Fllincil%C9%99r
11. https://az.wikipedia.org/wiki/Baptizm
XÜLASƏ
İsmayıllı rayonu Azərbaycanda tolerant cəmiyyətin formalaşmasını sübut edən bariz
nümunələrdən biridir. Belə ki, İsmayıllıda müxtəlif etnik qruplar və azsaylı xalqlar əsrlər boyu
dostluq və qarşılıqlı dözümlülük münasibətində yaşayıb yaratmışlar. Bu məqalədə İsmayıllı
rayonunun İvanovka kəndində yaşayan molokanların məskunlaşma tarixindən, dini baxışlarından,
həyat tərzlərindən, adət-ənənələrindən və mədəniyyətindən bəhs edilir.
Konul Baxishova
MOLOKANS LIVING IN ISMAILLY
Summary
Ismailly region is one of the obvious samples proving the formation of a tolerant society in
Azerbaijan. So, different ethnic groups and people who are in minority lived in the relation of
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
306
friendship and mutual tolerance for centuries. In this article,it is dealt with the history of settlement
of molokans living in Ivanovka village of Ismailly region, their religious views, styles of living,
traditions and culture.
Elvin Əliyar oğlu Babayev, doktorant,
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin elmi işçisi
babayevelvin90@mail.ru
QƏDİM TÜRKLƏRİN YƏHUDİLƏRƏ VƏ MUSƏVİLİYƏ QARŞI OLAN DİNİ
TOLERANTLIĞININ MULTİKULTURAL BAXIMDAN TƏHLİLİ
Açar sözlər: Xəzərlər, musəvilik, yəhudi, tolerantlıq, din, multikulturalizm.
Key words: Khazars, Judaism, Jewish, tolerance, religion, multiculturalism.
Qara dənizin şimalı ilə Xəzər dənizi arasındakı geniş ərazini əhatə edən Xəzər imperiyası 7 –
10 -cu əsrlərdə özlərinin ən parlaq dövrünü yaşamışlar. Hətta Azərbaycan, indiki Ermənistan və
Gürcüstandan keçərək Şərqi Anadoluya qədər gedib çıxmışdılar. Tarixçi Prof. Dr. Tuncər Gülənsoy
xəzərlərin Şərqi Anadoluya b.e.-nın 216-cı ilində gəldiklərini bildirir. [9, s.7 ] Bu isə türklərin
Anadoluya ilk dəfə Malazgird döyüşündən sonra gəlməsini qəbul edənlərin fikrini inkar edir.
Xəzərlərin dini inanclarından bəhs olunarkən ilk öncə yəhudiliyin karaim qoluna rast gəlinir. Çünki
Xəzər türkləri və qıpçaq türklərinin ( Xəzərlərlə yanaşı musəviliyi qəbul edən digər Türk boyu
Qıpçaqlardır. Qıpçaqlar arasında, İslam və Xristianlıqla yanaşı musəviliyi də qəbul edənlər
olmuşdu. Onlar arasında musəviliyin X. əsrin ikinci yarısından etibarən Karaim missionerləri
vasitəsilə yayıldığı bilinir. [6, s. 115].) az bir qismindən əlavə, digər türk boylarında musəvilik
dininə rast gəlinmir. Təbii ki, bu hal çox maraq doğuran bir hal olaraq bir çox dünya tarixçilərinin
istiqamət sahəsinə çevrilmişdir. Hətta Xəzər Xaqanlığını yəhudi dövləti adlandıran tarixçilər də
olmuşdur. [3] Bunun səbəbi isə Yəhudiliyin rəsmi din elan olunması və yəhudilərin hakim elitada
təmsil olunmasında idi.
Yəhudi mənbələri yəhudilərin Xəzər ölkəsinə gəlişini 8-ci əsrin 30-cu illərində Bizansdan və
Ərəb xilafətindən qovulması səbəbilə əlaqələndirmişlər. [4, s.115] Xəzər torpağında yəhudilərdən,
əsasən, xəlifə Harun ər-Rəşid (786-809) zamanında burada tacir qismində yerləşən digər ərəb, rus,
bulqar və Xarəzm türkləri ilə birgə bəhs edilir. Lakin Xəzər yurduna daha böyük yəhudi köçü 943-
cü ildə baş vermişdir. Belə ki , Bizans imperatoru Roman bütün yəhudilərin xristanlaşdırılması
əmrini vermiş, əks halda boyunlarının vurulacağı ilə hədələyərək onların qovulmasına səbəb
olmuşdur. Belə olan halda yəhudilər Xəzər xaqanlığına sığınmışlar. Əl - Həməvi və əl - İstəxri kimi
coğrafiyaçıların bildiyinə görə köç zamanı buraya gələn yəhudilərin sayı 4000 idi. [10, s.117]
Türklər tarixən bütün dinlərə qarşı tolerant davranış göstərmişlər. Bunun səbəblərindən biri isə
türklərin dərin köklərə sahib mədəniyyətə malik olmasından dolayı assimilyasiyaya uğramaq
qorxusunun olmamasında və insani dəyərlərin hər şeydən öndə gəlməsi faktoru idi. Vaxtilə Çin
zülmündən xilas olmağa çalışan Buddistlər də türklərə pənah gətirmişdilər. [4, s.97] Bu isə türklərin
fərqli səmavi dinlərə və fərqli xalqlara qarşı tolerant yanaşmasının göstərirdi ki, ətraf xalqların da
artıq bundan xəbərdar idi. Məşhur rus tarixçisi Qumilyov da apardığı tədqiqatlar nəticəsində
xəzərlərin bütün dinlərə qarşı tolerant olduğunu qeyd edərək onların tolerantlıq, ədalət və mədəni
müxtəlifliklə şöhrət qazandıqlarını vurğulamışdır ki, bu da bir daha Xəzər cəmiyyətini gözlər önünə
gətirmiş olur. [7, s. 88] Müxtəlif xalqlara mənsub insanlar burada mədəni müxtəliflik şəraitində
sərbəst şəkildə öz mədəniyyətlərini və dini ayinlərini icra edirdilər. Səməndər şəhərindəki kilsə,
məscid və sinaqoqlara və mərkəz İdildə Yəhudilər, xristianlar, müsəlmanlar və paqanlar üçün bir-
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
307
birindən ayrı məhəllələrə rast gəlinirdi. [4, s. 116] Xəzər xaqanlığı, dövrünün yeganə tolerantlıq və
mədəni müxtəliflik nümunəsi idi. Həmin dövrdə yəhudilərin bütün ölkələrdə təqib olunması
hallarına, antisemitizmə rast gəlinirdi ki, bu da insanların tolerant bir yurda sığınmasını vacib edirdi.
Xəzər xaqanlığında dini tolerantlıqla yanaşı həm də multikultural bir mühit var idi. Mədəni
müxtəliflik şəklində hər xalqın və mədəniyyətin nümayəndəsi azad şəkildə öz dinini və
mədəniyyətini yaşayırdı. Digər ətrafdakı ölkələrdəki kimi zorla din dəyişdirmə hallarına Xəzər
yurdunda rast gəlinmirdi. Multikulturoloji aspektdən bir nüansı da vurğulamaq lazımdır ki, burada
yaşayan hər bir xalqın nümayəndəsi özünü məhz “xəzərlər” adına mənsub bilirdi. Heç kim özünü
gəlmə və yad mədəniyyətin ünsürü hesab etmirdi. Kilsə və məscidlərlə yanaşı sinaqoqlar da
fəaliyyət göstərirdi. Hər bir dinin özünə xas din adamı var idi. Din adamları mədəni dinlərarası
diskussiyalar apararaq dinlərarası dialoqun təməlini qoyurdular. Xəzərlərin bu cür multikultural
mühiti həzm etməsinin səbəbi tolerantlığın və mədəni müxtəlifliyin tarixən onların həyat tərzi
olmasından qaynaqlanırdı. Musəviliyin sərbəst şəkildə yayılması yəhudi xalqının nə qədər azad
olmasının təzahürü idi. Buna səbəb olan digər amil isə türkün daima əzilənin yanında olma
xüsusiyyətidir ki, buna tarixdə çox rastlanmışdır. Tarix fərqli dövründə yəhudilər təqiblərə məruz
qalmış və dəfələrlə öz yurd-yuvalarından qovulmuşdur. Türklərin digər nümayəndəsi Osmanlı da
Xəzərlərdən sonra Əndəlüsdən qovulan yəhudilərə qucaq açmışdır. Tarixən heç bir türk dövlətinin
tərkibindəki yəhudilər antisemitizm halları ilə rastlaşmamışdır.
Musəviliyi qəbul edən təbəqə, əsasən, Xaqan və aristokrat sinfinə mənsub insanlardan ibarət
idi. Əslində xəzərlər musəviliyin Karaim məzhəbini qəbul etmişdilər. [1, s.279] Xəzər xaqanlığı
Yəhudiliyi qəbul etdiyi zamanlarda Karaim məzhəbi, hələ "Karaim" adı ilə mövcud deyildi.
Karaimlik inancı ətrafında birləşənlərə "Ananiyyun" deyilirdi. Bu məzhəb mənsublarına ancaq IX.
əsrdə Karaim adı verilmişdir. Talmudu qəbul edən musəviliyin əsas məzhəbi olan Rəbbanilikdə
missionerlik fəaliyyətlərinə tarixən rast gəlinməmişdir. Lakin Karaimlərdə bunun əksi müşahidə
olunurdu. Talmudu inkar edib ancaq Tövratı qəbul edən Karaimlər missionerlik fəaliyyəti
nəticəsində başqa irqlərdən olan insanları da öz dinlərinə dəvət edirdilər. Karaimlərin
Rəbbanilərdən əsas fərqli cəhətləri ancaq Tövratı qəbul edib Talmudu və din xadimlərinin
ədəbiyyatlarını rədd etmək idi. [8, s.190-201] Karaim inancında tövhid vacib sayılırdı və Tanrının
bir olduğu qəbul edilirdi. Bənzəri yox idi, heç bir şeylə müqayisə edilə bilməzdi. Cismaniyyətdən
uzaq idi. Əzəli və əbədi olduğu qəbul edilirdi. Musa peyğəmbəri qəbul etməklə yanaşı digər
peyğəmbər və nəbilərdən də göndərildiyinə iman edirdilər. Bu peyğəmbərlərin də bir qisminin də
adları Tövratda bildirilmişdi. [9, s. 27] Xəzər xaqanlığında 30-dan çox xalqın yaşadığını nəzərə
alaraq hər xalqın öz dilində ibadət etməsi də mümkün olmuşdu. İbadət isə gündə iki dəfə icra
olunurdu. [8, s.289-294,162] Nisbətən dünyəvi və daha da dindar idilər. Müqəddəs günləri sayılan
Şabat günündə ancaq ibadətlə məşğul olurdular. Talmudu inkar etmələrinin səbəbi də sırf Tanrının
kəlami sifətlərindəki ziddiyyətdən qaynaqlanırdı. Bu isə bir daha karaimlərin dini baxışlarını ortaya
qoyaraq kəlami məsələlərdə həssaslığının göstəricisi idi. Bu onların mühafizəkar dindar
olmalarından qaynaqlanırdı. Karaimlər bu gün də öz varlıqlarını davam etdirməkdədirlər. Ancaq
türkcə danışan, müqəddəs kitab olaraq bir tək Tövratı qəbul edən, əvvəllər əsasən Krımda və
Polşada yaşayan, hal-hazırda isə köç bölgələrində yaşayan Karaim toplumunun Xəzərlərin
soyundan olduğu güman edilir. [4, s. 116]
Azərbaycanda olan yəhudi icmasının da gəliş tarixi 7-10-cu əsrlərə aid edilir. Azərbaycanda
“Dağ Yəhudiləri” adlanan icmanın tarixi də çox güman ki, Xəzər imperatorluğuna bağlıdır. Lakin
digər bir versiyaya görə, Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. 1-ci əsrə aid
edir. Tarixçilərin bu barədə fikirləri fərqlidir. Digər bir fikrə görə, ən qədim yəhudi icmalarında
olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış
və Midiyada məskunlaşdırılmış İsrailoğulları nəslindəndirlər. Elə Midiyada ikən onlar tatlarla
qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri
ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Başqa tarixçilərin fikrincə, dağ yəhudiləri Şərqi
Qafqaza Sasani hökmdarı Xosrov Ənuşirəvan ( 531-579) tərəfindən köçürülmüşlər. Hökmdar
Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopotamiyadan köçürtdüyü farsları və
yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdığı tat dili də həmin dövrdən miras qalmışdır. Dağ
yəhudiləri Azərbaycana Sasanilərin siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
308
imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrinə yerləşdirilmiş, yerli əhali
ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub
saxlamışlar.
Aralarında bəzi inanc və yaşam fərqləri baxımından sayı 16 min olan Azərbaycandakı
yəhudilər üç qrupa bölünür:
1. Dağ yəhudiləri ( 11000 nəfər )
2. Avropa yəhudiləri ( əşkinazi 4300 nəfər)
3. Gürcü yəhudiləri (700 nəfər)
Azərbaycanda say etibarilə dağ yəhudiləri çoxluq təşkil edir. Ölkəmizdə 11 min dağ yəhudisi
yaşayır. Bunlardan 1000-i Azərbaycanın müxtəlif rayonlarında, 6000-i Bakıda, 4000-ə yaxını isə
Quba rayonunun Qırmızı qəsəbəsində kompakt halda məskunlaşıblar. Burada yaşayan yəhudilərin
dili isə arami ibrani dillərindəki bir çox sözlərdən formalaşan, rus, türk, farscadan da bəzi
kəlmələrin əlavə olunduğu tat dilidir. Hind Avropa dilləri qrupuna daxil olan farscanın bir ləhcəsi
sayılan tat dili ivritcədən tamamilə fərqlidir. Qubadan İsrailə köçən yəhudilər əvvəllər bu dildə bir-
birini başa düşmədiklərini deyirlər. [5, s. 97]
Bu gün multikulturalizm adlanan nəsnə tarixən türklərin həyat tərzi olaraq özünü mədəni
müxtəliflik şəklində büruzə vermişdir. YUNESKO-nun 2001-ci ildə qəbul etdiyi “Mədəni
müxtəliflik haqqında ” Ümumdünya Bəyannaməsinin 1 maddəsində qeyd edilir ki, “mədəniyyət və
mədəni müxtəliflik siyasi və hüquqi reallığa çevrilmişdir. Canlı təbiətdə bioloji müxtəliflik nə qədər
vacibdirsə, bəşəriyyət üçün də mədəni müxtəliflik o qədər vacibdir. Bu baxımdan o, bəşəriyyətin
ümumi sərvətidir, indiki və gələcək nəsillərin maraqları naminə qəbul və mühafizə edilməlidir.
Mədəniyyət yaşayır və insanlar arasında müxtəlifliyi genlərdən daha çox dərəcədə müəyyən edir ”.
[2, s. 269] Bu gün Azərbaycan da multikultural dəyərlərə öz töhfəsini verməkdədir. Bu isə çoxillik
tarixi təcrübənin özünü bu günə əks etdirməsidir.
Ədəbiyyat:
1. Ahmet Taşağıl, Kök Tenqrinin Çocukları, İstanbul, 2013.
2. Aslanova Rəbiyyət, Qloballaşma və Mədəni Müxtəliflik, Bakı, 2016.
3. Dunlop D. M. , The History of the Jewish Khazars, Princton, 1967.
4. Jean Paul Roux , Türklerin Tarihi-Pasifikten Akdenize 2000 yıl, çev. Aykut Kazancigil ve
Lale Arslan Özcan, İstanbul, 2004.
5. Kazımov Saleh, Azərbaycan Tolerantlıq Ənənəsi, məqalə-Qafqaz Albaniyasının Mirası:
Tatca Danışan Dağ Yəhudiləri, Bakı, 2015.
6. Rasonyi Lazso, “Tarihte Türklük”, Çev: Metin Kıratlı, Ankara, 1971.
7. Rıza Zelyut, Yabancı kaynaklara göre Türk kimliyi, Ankara, 2010.
8. Şaban Kuzgun, Hazar ve Karatay Türkleri, Ankara, 1993.
9. Yaşar Kalafat, Kuzey Azerbaycan ve Doğu Anadoluda ve Kuzey İrakda Eski Türk Dini
İzleri, Ankara, 1998.
10. Zekeriya Kitapçı, Kuzey Türk Kavimleri Arasında İslamiyet, Konya, 2005.
XÜLASƏ
Xəzər ölkəsi X əsrə qədər siyasi, hərbi və iqtisadi baxımından əhəmiyyətli dərəcədə güclü
olmuşdur. Bu güc və qüdrətini əsrlər boyu davam etdirməyi, zaman-zaman da rəqiblərinə qarşı
ciddi bir üstünlük əldə etməyə nail olmuşdur. Xəzər xaqanlığı mövcud olduğu dövrdə tolerantlığın
və multikultural dəyərlərin tək nümunəsi olmuşdur. Kilsə, məscid və senaqoqlar yan-yana
yerləşirdi. Digər ölkələrdə dini ayrı-seçkilik səbəbi ilə təqiblərə məruz qalan insanlar Xəzər yurduna
üz tuturdular.
Elvin Babayev
Summary
Hazar state was an powerful state from the political, military and economic point of view till
X century. It prevailed its power and soverginity for a long time and managed to come out superiour
the rival states. The period of existance of Khazar Khaganate was the only example of tolerance and
multicultural values. The church, a mosque and synagogues were side by side. In other countries,
people who were persecuted because of religious discrimination were turning to the home of
Khazar.
|