“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
347
milli ideologiyası azərbaycançılıq ideologiyasıdır”- söyləyərək, - Azərbaycan bu ölkədə yaşayan
hər bir kəs üçün Vətəndir –deyir, milli-mənəvi dəyərlərə sözün əsl mənasında dəyər verirdi.
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və multikultural dəyərlərin qorunmasını və
inkişafını nəzərdə tutur. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib
hissəsi kimi dövlət siyasəti səviyyəsinə qaldırır. Azərbaycançılıq ideologiyası bu baxımdan xüsusi
rola malikdir. Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyası Azərbaycanda
yaşayan xalqların siyasi, iqtisadi, sosial və mədəni tərəqqisinə yönələn bir ideologiya hesab olunur.
Azərbaycanın həm keçmiş dövrdəki, həm də artıq iyirmi illik müstəqillik təcrübəsi onu
göstərir ki, multikulturalizmin çox müsbət nəticələri var (İ.Əliyev).
Milli dövlət ideologiyası olan azərbaycançılıq bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş
ideya kimi durur. Bu ideyanın tarixə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların
ümumi mentalitetə və tələbat strukturuna söykənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü
var... Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real
müstəqilliyə nail olmaq, vahid bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək
üçün vasitədir...O, Azərbaycan xalqının dövlətyaradıcı mənafelərinin ümumiliyi və
demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizənin
məqsədidir (5.s.135).
Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə gördüyü işlərin miqyası və coğrafiyası
çox genişdir. Milli maraqlara cavab verən uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyev xarici
siyasətin formalaşmasında strateji mövqe tutmuş və münasibətlərin yüksək səviyyədə
möhkəmlənməsinə nail olmuşdur.
Akademik Budaq Budaqovun Heydər Əliyev haqqında söylədiyi fikirlər burada tam yerinə
düşər: “Heydər Əliyev siyasət dünyası okeanına asanlıqla baş vura bilən, onun sualtı qayaları
arasında heç bir ciddi təhlükədən çəkinmədən məharətlə üzməyi bacaran və ən mürəkkəb
sınaqlardan uğurla çıxan siyasi sərkərdədir”.
Heydər Əliyev yaşadığı dövrün tarix salnaməsini yaratdı. Ulu öndərin əsrarəngiz ömür yolu,
gərgin ictimai-siyasi fəaliyyəti müasir tariximizin şərəfli və mühüm mərhələsi hesab olunur.
Xalqımızın memarı və qurucusu olan Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti
durduqca Heydər Əliyev irsi yaşayacaqdır.
H.Əliyev “azərbaycançılığı” bir ideologiya olaraq irəli sürməklə ölkənin dağılması, ərazisinin
etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini həll etdi. Bu onun çox
böyük vətəndaş hünəri idi və şübhəsiz, aktual milli vəzifələrin həlli üçün bütün dünya
azərbaycanlılarının öz vətənləri - Azərbaycan ətrafında birləşməsinə töhfəsini verəcəkdir (5.s.577).
Xalqımızın böyük oğlu ölkədə yaşayan bütün vətəndaşları vahid bir ideologiya ətrafında
birləşdirdi və ümumi həmrəyliyə nail ola bildi.
Heydər Əliyev hər şeydən öncə vətənpərvər idi. Onun üçün vətənpərvərlik anlamı milli-
mənəvi tərbiyənin əsasını təşkil edirdi. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq,
milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə
inteqrasiyasına nail olmaq deməkdir (4.s39).
Vətənini, xalqını sonsuz məhəbbətlə sevən bu insan bütün ömrünü müstəqil Azərbaycanın
inkişafına, xoş gələcəyinə həsr etmişdir. Elinə, obasına, xalqına bağlı bir insan olan H.Əliyev
respublikamızın müstəqilliyi, xalqımızın firavan yaşaması naminə öz əməyini heç vaxt
əsirgəməmişdir.
Heydər Əliyev fenomeni hələ çoxları üçün açılmamış xəzinədir. Bizə yalnız onun getdiyi
həyat yolunun istiqaməti məlumdur. H.Əliyevin ən böyük xidməti Azərbaycanın dövlət
müstəqilliyini qoruyub saxlaması, əbədi və dönməz etməsi, ölkəmizin dünya birliyində layiqli yer
tutmasını təmin etməsi olmuşdur. H.Əliyev mahir təşkilatçı olduğu qədər də, gözəl natiq idi.
Yorulmadan dinləmək qabiliyyəti və nitq söyləmək ustalığına malik idi. Dinləyicisinin mənəvi
enerjisini səfərbər etməyi bacaran H.Əliyev üçün bu çox adı və sadə bir iş idi. Ulu öndər deyirdi:
“Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Görünür
təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və bacarığımı səfərbərliyə almağa
vadar edir. Mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə və bir də xalqıma.
Bəlkə də ən çox xalqıma”. Bununla öz xalqına, millətinə, onun milli-mənəvi varlığına,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
348
mədəniyyətinə səmimi münasibətini, inamını ifadə edirdi. H.Əliyev Azərbaycanın tarixi,
mədəniyyəti, gələcəyi üçün yaxşı nə edilirsə, hamısını müsbət qarşılayır, qiymətləndirirdi. Ulu
öndərin xarici ölkələrlə yaratdığı dostluq-qardaşlıq münasibətlərinin bu baxımdan xüsusi yeri
vardır.
Ulu öndər H.Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının əsası olan
multikulturalizm və tolerantlıq bu gün sözün əsl mənasında ölkəmizdə həyat tərzinə çevrilmişdir.
Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov milli-etnik zənginliyin təcəssümü
olan Qəbələdə keçirilən konfransda Ulu öndərin azərbaycançılıq ideologiyası və multikultural
ənənələr prinsipini yüksək dəyərləndirərək demişdir: “H.Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideyası xalqımızın minilliklər boyu formalaşdırdığı dəyərlər toplusu, mənəvi külliyyatıdır. Ulu
öndər azərbaycanlılarla yanaşı digər millətlərin də maraqlarını uca tutur, hüquqlarını təmin edirdi.
Bu isə elə əsl azərbaycançılıqdır”.
Bəli, azərbaycançılıq ideyasını əsas götürən Ulu öndər bütün milli xüsusiyyətlərlə yanaşı,
bəşəri prinsiplərə əsaslanmışdır. “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların
ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, kumık da, talış
da, udin də, başqası da – bütövlükdə hamısı azərbaycanlıdır”- deyirdi Heydər Əliyev. Dəfələrlə
milli azlıqların məskunlaşdığı bölgələrdə əhali ilə görüş keçirən H.Əliyev: ”Mən görüşlərimi milli
azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan
xalqının nümayəndələri ilə görüşdür” - deyə vurğulayırdı.
H.Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, multukultural dəyərlər, xüsusilə tolerantlıq
prinsipi hüquqi sənəd olaraq Azərbaycan Respublikasının əsas qanunu olan konstitusiyada bir sıra
maddələrdə öz əksini tapmışdır.
H.Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən asılı olmayaraq
ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Heydər Əliyev hüquqi və siyasi anlamda
mədəniyyətin yerini müəyyən etdi. Əsrlərlə formalaşan çoxmədəniyyətlik ənənəsinə sadiq qalaraq
mədəniyyəti ən yüksək səviyyəyə yüksəltdi. Ulu öndərin şah əsəri müstəqil Azərbaycan dövləti
hesab olunursa, müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını tarixilik və müasirliyin nəzəri
vəhdətinə əsaslanan azərbaycançılıq ideologiyası təşkil edir.
Böyük şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində azərbaycançılıq
ideologiyası Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik
əlamətlər əsasında parçalamaq cəhdlərinin güclü ideoloji və siyasi sipərinə çevrildi.
Azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün
dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən
qəbul olunub. Ulu öndərin apardığı siyasətə inam nəticəsində milliyyətcə azərbaycanlı olmasa da,
bir neçə nəsil Azərbaycanda yaşamış və Azərbaycanı özünün tarixi vətəni sayan insanlar da
Azərbaycan Respublikasının maraqlarına xidmət etməklə və ümumən Azərbaycan mədəniyyətinə
qatılmaqla azərbaycançılıq məfkurəsinin daşıyıcısı olurlar. (2, s.7)
Müdrik şəxsiyyət H.Əliyev bu yolda böyük əziyyətlər çəkmiş, vətənimizdə yaşayan bütün
xalqları milli mənafelərə söykənərək vahid bir bayraq altında birləşdirməyi bacarmışdır. Və bütün
bunların təməlinin nəticəsidir ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin siyasi müdrikliyinin
sayəsində Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri uğurla inkişafdadır. Artıq
dünyada Azərbaycan multikulturalizmi bir model olaraq tanınır.
Ümumiyyətlə, əslində multikulturalizm ənənəsi Azərbaycan üçün bir yenilik deyil, tarix boyu
xalqımızın şüurunda formalaşan bir xüsusiyyətdir. Sadəcə olaraq, bu gün ölkəmizdə
multikulturalizm artıq mükəmməl bir model olaraq formalaşmışdır. Bu gün vətənimizdə çox sayda
etnik qruplar sülh əmin-amanlıq şəraitində yaşayır.
Çağdaş Azərbaycan bu gün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda yeni-yeni
uğurlar qazanır. Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün
hər bir vətən övladı, qədirbilən dahi xilaskara - Heydər Əliyevə borcludur. Səmərəli həyatının,
ömrünün hər anı bir tarix olan, bir abidə olan Heydər Əliyev ömrü fəxarətlə xatırlanmağa layiqdir.
Bu gün Azərbaycan Respublikasının prezidenti İ.Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə
etdiyi hər bir nailiyyət müdrik insan H.Əliyevin açdığı cığırın - azərbaycançılıq ideologiyasının
nəticəsidir. Burada Ulu öndərin bir deyimini yada salmaq yerinə düşər. Haqlı olaraq, H.Əliyev
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
349
çıxışlarının bırində İlham Əliyev haqqında demişdir: “.. O, yüksək intellektli, praktik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir...
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz
və istəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən, ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Qürur mənbəyimiz olan doğma vətənimiz - uğurlu inkişaf və böyük quruculuq yolunda olan
müstəqil Azərbaycanımız durduqca H.Əliyevin zəngin irsi - onun azərbaycançılıq ideologiyası və
multikulturalizm ənənələri daim yaşayacaqdır. Elə ulu öndər Heydər Əliyevin öz təbirincə desək:
“Nə qədər Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam” .
Ədəbiyyat
1. Aslanova R. Əbədi müstəqillik, güclü dövlətçilik yolunda (Ic) Bakı-2014.
2. Azərbaycan diasporuna Dövlət qayğısı. Bakı-2003.
3. Əliyev H. Müstəqillik yolu. Bakı-1997.
4. Xudiyev N. Zamanın axarı ilə . (IIc.) Bakı-2008.
5. Mehdiyev R. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. Bakı-2006.
Xülasə
Məqalədə Ulu öndər H.Əliyevin azərbaycançılıq ideologiyasından və dilindən, dinindən, milli
mənsubiyyətindən asılı olmayaraq multikulturalizmə verdiyi dəyərlərdən danışılır. Azərbaycanda
multikulturalizmin və tolerantlığın inkişafından, dünyada tanınmasından, AR Prezidenti İ.Əliyevin
və H.Əliyev Fondunun Prezidenti M.Əliyevanın bu sahədə gördüyü işlərdən bəhs olunur.
Summary
The article tells about the Azerbaijani ideology of nationwide leader Heydar Aliyev and the
values of multicultralism not depending on the language and religions.|It is also spoken about the
development of multicultralism and tolerance in Azerbaijan the recognition of it in the world and
the activity of President of the Republic of Azerbaijan Ilham Aliyev and President of Heydar Aliyev
foundation Mehriban Aliyeva in this field.
Nağdəli Zamanov t.ü.f.d., dosent
Azərbaycan Tibb Universiteti, dosent
n.zamanov@mail.ru
HEYDƏR ƏLİYEVİN NİTQİNDƏ MULTİKULTURAL DƏYƏRLƏR
Açar sözlər: Heydər Əliyev, nitq, nitq mədəniyyəti, multikultural dəyərlər, etika
Key words: Heydar Aliyev,speeche, speech of cuiture, multicultural values, ethics
Azərbaycan nitq mədəniyyətinin inkişafında mühüm rolu olan Ulu Öndər-Heydər Əliyevin
çıxışlarında səslənən fikirlər bu gün də öz aktuallığını saxlayır. Nitqin bir cazibədar xüsusiyyəti də
onun proqnostikliyində, uzaq gələcəyə tuşlanmasındadır ki, sivil dünyanın bu gün yüksək
qiymətləndirdiyi multikulturalizm ideyalarının böyük natiqin dilində necə səslənməsi elmi
ictimaiyyət üçün maraqlı olardı.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
350
Heydər Əliyev mənəvi tərbiyədə, yüksək mənəviyyat tərbiyəsində ümumbəşəri dəyərlərlə
yanaşı, Azərbaycan xalqının etno-mədəni və milli-mənəvi dəyərlərinin mənimsənilməsinə birinci
dərəcəli yer verirdi [6]. Siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ilk çıxışları ölkə ərazisində
yaşayan xalqların, millətlərin yekdilliyinə çağırışdan ibarət olmuşdur: “Azərbaycan on illərlə, yüz
illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.
Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi
mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bu məfhumları rəhbər
tuta bilsək və bunu əməli surətdə həyata keçirə bilsək, biz Azərbaycan Respublikasında olan bütün
xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik. Bu bizim əsas vəzifələrimizdən
biridir. Güman edirəm ki, biz buna nail olacağıq” [2,Ic.s.11]. Azərbaycanda yaşayan millətlər
arasındakı münasibətlərin qiyməti aşağıdakı mətndə öz əksini tapmışdır. Bu mətndə nitqin şüurlara
çatdırılmasında Azərbaycan dilinin cazibədarlığından, ahəngdarlığından, xəlqiliyindən maksimum
istifadə olunmuşdur. “Bəli” təsdiq ədatı ilə başlanan nitq ardıcıl ritorik suallarla auditoriyanı
silkələyir, səfərbər edir. Növbəti nitq mərhələsində qaçqınların acınacaqlı vəziyyəti estetik bir
tabloda (İnsanlar çöllərə tökülüb. İndi hələ ki, hava istidir, yaşamaq olur. Ağac altında, çadır
altında yaşayırlar. İlan vurur onları). dinləyicilərə göstərilir. “Bəs onlar insan deyildılərmi”
ardıcıllığı ilə ritorik cümlələrin ikinci dalğası gəlir. Auditoriya “bunu da tamamilə açıq demək
lazımdır” ifadəsi ilə Ulu Öndərin yenidən səmimiyyət dolu nitqinin sehrinə düşür. Sonra “ləyaqət”
etik kateqoriyası ilə talış əhalimizə müraciət edir, bu gün bizlərin obrazlı şəkildə işlətdiyi
“qlobalizasiya” terminini xalqın dilində əsrlərlə mövcud olan hazır ifadələrlə-“əti dırnaqdan
ayırmaq olmaz”, “birləşmə”, “qovuşma”- əvəz edir. Azərbaycançılıq yolunda ən kəsərli sayıla
biləcək nitq parçası xalqın adından danışmaq səlahiyyətləri olan dövlət başçısı kimi inkar
əvəzliklərinin ( Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz)
köməyilə prinsipial, qəti mövqe nümayiş etdirilir: “Bəli, həmin zonada, həmin bölgədə sosial-
iqtisadi problemlər var. Ancaq gəlin fikirləşək. Azərbaycanın hansı zonasında sosial-iqtisadi
problemlər yoxdur? Dedilər Lənkəranda işsizlər var. Azərbaycanın hansı zonasında işsizlər yoxdur?
Burada çıxış edənlər qeyd etdilər ki, 600 minə qədər qaçqın var. Evi yox, eşiyi yox, çöllərdə
yaşayır. Biz getdik Qarabağa, Ağcabədidə olduq,
Bərdədə olduq. İnsanlar çöllərə tökülüb. İndi hələ ki, hava istidir, yaşamaq olur. Ağac
altında, çadır altında yaşayırlar. İlan vurur onları. Bəs onlar insan deyildilər mi? Onlara sosial-
iqtisadi təminat lazım deyilmi? Belə çıxır ki, onlar da respublika yaratmalıdırlarmı? Onlar da silahlı
dəstələr qurub cürbəcür cinayət etməlidirlərmi? Demək istəyirəm ki, Lənkəran rayonunun,
Lənkəran zonasının, bu cənub zonasının sosial-iqtisadi problemləri tamamilə şəksizdir. Bu məsələ
ilə biz məşğul olmuşuq. Nazirlər kabineti müvafiq qərarlar qəbul edib və edəcəkdir. Məsələlər həll
olunacaqlar. Ancaq bu da həqiqətdir ki, Lənkəranın və bu zonanın bugünkü sosial-iqtisadi vəziyyəti
başqa zonaların vəziyyətindən üstündür. Bunu da tamamilə açıq demək lazımdır [2, I c. s.78-79].
Ancaq bilin ki, Azərbaycanın başqa bir bölgəsi, Naxçıvan il yarımdır işıqsızdır. Beş ay
elektrik enerjisi olmadı, yollar kəsildi, adamlar soyuqdan dondu orda, uşaqlar öldü, ağacların 70
faizi kəsildi. Camaat kerosin tapa bilmirdi ki, lampasını yandırsın[2,Ic.s.78-79]
Əlikram Hümbətov və onun ətrafındakı mafioz dəstələr öz çirkin niyyətlərini həyata keçirmək
üçün bir məsələ ortaya atmışlar: guya “Talış Respublikası” yaratmaq istəyirlər. Bilirsiniz, bizim
Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək
Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu süni surətdə ortaya
atılmış şeydir. Talış köklü olan adamların hamısı azərbaycanlı kimi, Azərbaycanın ləyaqətli
vətəndaşları kimi yüz illərlə Azərbaycanın vahid ailəsində yaşamışlar. Birləşmişlər, bir-birinə
qovuşmuşlar. Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-
ayrı avantüristlərdən savayı buna heç kəs yol verməz. Ona görə də bizim, şəxsən mənim talış köklü
adamların hamısına həmişə böyük hörmətim olub, ö bölgənin adamlarına şəxsən mən, nəinki mən,
bütün Azərbaycan rəhbərliyi böyük hörmət və rəğbətlə, qayğı ilə yanaşmışıq və bundan sonra da bu
davam edəcəkdir. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz.
[2,Ic.s.97]
Prof. İ. Məmmədzadəyə görə qlobalizasiya erasında əxlaq və mədəniyyət multikulturalizm və
tolerantlıq kimi başa düşülür. Müasir mədəniyyət, o cümlədən, Azərbaycan mədəniyyəti getdikcə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
351
multikultural xarakter daşıyır. Milli mədəniyyət multikulturalizmi qəbul edərək, tarixə, fəlsəfə
tarixinə baxışların dəyişməsini tələb edir.[7,8]
Bir vaxtlar bütün Qərb, elə Şərq də sovet xalqlarının hamısına ən böyük şər kimi baxırdılar,
səbəb də onların, Allaha “inanmaması” idi. Bəs indi, adamlar, xalqlar Allaha, dinə üz tutduqları
vaxtda necədir, onlar yenə də günahkardırlar? .. Sonra, təməlçilik niyyətləri və sair təhlükəli
meyllər barəsində söhbətlərin əksəriyyəti mənə uydurma kimi görünür... o ki qaldı milli
xüsusiyyətlərə, burada hətta səthi etnoqrafik bilik, zənnimcə, hər şeyi ətraflı şəkildə izah edir. Türk
və Azərbaycan dilləri qohum dillərdir, elə bunun özü də yaxınlığın labüdlüyünü qabaqcadan
müəyyənləşdirir. İranda on milyonlarla azərbaycanlı yaşayır. Məgər bu amillər iki böyük ölkə ilə
yaxınlığın olmasını zərurətə çevirmirmi?
Daha bir məsələ barəsində. Yetmiş ildən artıq bir müddətdə biz cənub qonşularımızdan,
demək olar, tamamilə ayrı düşmüşdük, indi, birləşmə, inteqrasiya əhval-ruhiyyəsi bütün dünyaya
hakim kəsildiyi bir vaxtda nəyə görə də bizim qonşularla normal münasibətlərimiz olmasın?
[2,Ic.s.121]
Heydər Əliyevin dilində mühüm bir multikultural dəyər də dünya xalqlarının, Azərbaycanda
yaşayan xalqların dilinə olan etik münasibətdir. Dünya xalqlarının dilinə olan münasibət sonda
Azərbaycan dövlətinin müstəqilliyinə xidmətdir: “Böyük bir nailiyyət kimi yox, sadəcə olaraq,
xalqıma xidmət kimi deyə bilərəm ki, Moskvada işlədiyim dövrdə Nizami Gəncəvinin “Xəmsə”sinə
daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda nəşr olunmasına nəzarət etdim. Lakin Moskvada mənə
dedilər ki, Nizaminin əsərlərinin rus dilinə tərcüməsi istənilən səviyyədə deyildir. O zaman Mirzə
İbrahimovdan və başqalarından xahiş etdim ki, mən artıq Azərbaycanda deyiləm, görün nə etmək
olar ki, Nizami Gəncəvinin əsərləri rus dilinə yenidən tərcümə edilsin. Bəzi adamlar isə buna etiraz
edirdilər. Axı rus dili böyük dildir, Rusiya böyük dövlətdir. Rusiyadan kənarda, başqa dövlətlərdə
də rus dilində oxuyurlar. Əgər məktəblilərimiz ingilis, fransız, alman dillərində dərs keçirlərsə, bu,
böyük nailiyyətdir, əgər rus dilində də təhsil alırlarsa, bu da böyük nailiyyətdir [2,Ic.s. 157]. Təkcə
“axı” qüvvətləndirici ədatının köməyi ilə rus dilinin böyüklüyü ilə yanaşı böyük bir ərazidə
məskunlaşmış slavyan və türkdilli xalqların Nizami irsini tanıması məsələsi gündəmə gəlmişdir.
Hələ keçən əsrin axırlarında Heydər Əliyev qloballaşma prosesinin hamar gedəcəyini iddia
edən filosofların əksinə olaraq burada da “Nədənsə, çox əcaib adət-ənənələr meydana çıxıb” ifadəsi
ilə antietik dəyərlərin də cəmiyyətə ayaq açmasını şıfahi nitqdə, sadə xalq dilində şüurlara
yönəldirdi: “Gənclər arasında son vaxtlar elə bir təbəqə yaranıb ki, təhsil onları o qədər də
maraqlandırmır, mədəniyyət də maraqlandırmır. Nədənsə, çox əcaib adət-ənənələr meydana çıxıb
ki, nə qədər mədəniyyətsiz olsan, ədəbsiz olsan, kobud danışsan, bəzən hətta ədəbsiz sözlər də
işlətsən, o qədər də qəhrəman görünərsən, başqalarından seçilərsən. Bunlar dövrün bəlalarıdır, keçib
gedən hallardır. Bu adətlər, belə hallar uzun sürə bilməz, yaşaya bilməz.
Əsrlər boyu inkişaf etmiş dünya sivilizasiyası möhkəm təhsil və elm üzərində qurulmuşdur,
yüksək tərbiyə üzərində qurulmuşdur. Mən bizim gənclərimizi də bu yola dəvət edirəm. Güman
Dostları ilə paylaş: |