Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə50/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

274

 

 



 

 

xalqımızın  milli-mənəvi  dəyərlərinin  də  Avropaya  və  bütün  dünyaya  inteqrasiyası  şərti 



gözlənilməlidir  və  gözlənilir.  Bu  mənada  Azərbaycan  dövlətinin  daxili  və  xarici  siyasəti  hər  bir 

yerdə  müasir  tələblərə,  siyasi  və  iqtisadi  şəraitə,  xalqımızın  tarixi-mədəni  ənənələrinə,  dilimizə, 

dinimizə, milli-mənəvi dəyərlərimizə arxalanaraq həyata keçirilir. 

Əxlaqi  seçim  problemlərini  araşdırarkən  bu  münasibətlə  bir  sıra  mənbələrə  üz  tutduq.  Ən 

vacib saydıqlarımdan biri olan f.e.d. İ. Məmmədzadənin fikirlərinə istinad edirik. “Sosial və mənəvi 

xarakter  daşıyan  sahələrdə  problemlər  az  deyildir.  Bu  səbəbdən  də  ölkənin  bu  gün  ənənə  və 

müasirliklə, keçmiş və gələcək arasında olan, dinə meyllənmə və mənasız həyat tərzi ilə bağlı üzə 

çıxan  ziddiyyətlərlə  doludur.  Komediyalardan  birinin  qəhrəmanı  deyir.  “...İstanbul  təzadlar 

şəhəridir”.  İndi  isə  biz  deyirik  ki,  təzadlar  ölkəsində  yaşayırıq.  Deməli,  təzadları  yaradan  səbəb 

müəyyən  edilməli,  onların  yumşaldılması  yolları  aydınlaşdırılmalıdır.  Bu  məsələdə  modernizasiya 

strategiyalarına, variantlarına, modellərinə dair diskussiyalar müsbət rol oynayır. 

Etiraf  edək  ki,  bir  çox  dövlətlərin  ekspertləri  modernizasiyaya  dair  öz  variantlarını  təqdim 

etsələr də bu məsələdə diskussiyaya ehtiyac duyulur. Lakin, fikrimizcə, onun necə səslənməsindən 

asılı olmayaraq, istər kütlə üçün, istərsə də elita, ya bürokratiya üçün davranış qaydaları qurarkən. 

ən  əsası  insanlar  vətəndaş  təşəbbüslərinə  cəlb  edilməli  və  fəallaşdırılmalıdır.  Aydındır  ki, 

demokratiya dərin sosial və mənəvi əlaqələrin xarakter dəyişikliyini tələb edir” (5, s.56-57). 

Tamamilə razıyıq və xüsusilə, təhsilin bu gün gənclərimizə seçim etməkdə təsirinin nə qədər 

güclü olması danılmazdır. 

Bununla  belə,  bizcə,  ilk  növbədə  meyarlar  müəyyənləşdirilməlidir.  İdeal  halda  biz  özümüzü 

necə  təsəvvür  edirik  və  ya  bizim  milli-mənəvi   idealımız  nədən  ibarətdir?  İndi  biz  hansı  real 

durumdayıq  və  daşıdığımız  hansı  keyfiyyətləri  məhz  milli  səciyyə  kimi  qiymətləndirmək  olar? 

Keçmişə  də,  məhz  bu  real  durum  və  ideal  prizmasından,  onun  əsasında  formalaşan 

meyarlardan   çıxış  edərək  yanaşmaq  lazımdır.  “Kökə  qayıdış”  çağırışında   qorxulu  olan  məqam 

bundan  ibarətdir  ki,  biz  keçmişimizdə  olan  istənilən  keyfiyyəti  milli  dəyər  kimi  və  pozitiv  hal 

kimi  qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən dəyərlərdir. 

Buna  görə  də  keçmişdən   qalan,  lakin  inkişafa  deyil,  cəhalətə  və  tənəzzülə  aparan  keyfiyyətləri 

gələcək nəsillərə ötürmək deyil, əvəzinə, onlardan xilas olmaq yolu tutulmalıdır. 

“Müasir dövrdə uzun müddət qapalı şəraitdə yaşamış Azərbaycan xarici ölkələrlə sıx əlaqəyə 

girir. Xarici jurnallar, televiziya kanalları və digər informasiya vasitələri ilə Avropanın, Amerikanın 

və  bütün  planetin  mənəviyyat  sahəsində  nə  problemləri,  nöqsanları  varsa,  hamısı  bizim  məkana 

daxil olur. Əlbəttə, insanlar mənəviyyatda nə qədər kamil olsalar, kənar   təsirlərə qarşı fərdi daxili 

müqavimət  qüvvələri  böyük  olar.  Tək-tək  adamlar  öz  mənəvi  varlığını  qorumaq  gücündə  və 

səviyyəsində olsalar da,  əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil 

və  iradəli  deyillər.  Ona  görə  də,  milli  varlığı  qoruyub  saxlamaq  funksiyasını  dövlət  öz  üzərinə 

götürməlidir. 

Dövlətin  bu  sahədə  strateji  planı  olmalıdır.  İstər  təhsil  sistemi,  istərsə  də  gənclərin  mədəni-

mənəvi  həyatı  elə  bir  mühit  yaratmalıdır  ki,  bu  mühitin  xarici  təsirlərə  qarşı  reaksiya  qabiliyyəti 

güclü olsun. Yəni insanla xarici təsir arasında bir qoruyucu sahə olmalıdır. Təsadüfi deyildir ki, son 

vaxtlar mədəni-mənəvi ekologiya anlayışından da istifadə olunur” (8). 

Hər  bir  xalqı,  milləti  digərlərindən  fərqləndirən  onun  özünəməxsus  adət-ənənələri,  folkloru, 

mədəniyyət və incəsənət abidələri, kulinariyası, dili, mentalitetidir. Bu mənəvi dəyərlər öz varlığını 

qorumaq,  yaşatmaq  üçün  xalqın,  cəmiyyətin  əksəriyyətinin  inanıb  qəbul  etdikləri  ortaq 

dünyagörüşü, əxlaq normaları və inanclarıdır. Bu gün dövlətin hər cür imkanlardan istifadə edərək 

yaşatdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənpərvər olmaq, 

qanunlara  və  dinə  hörmət  etmək,  eyni  zamanda,  tolerantlıq,  xeyriyyəçilik,  qonaqpərvərlik  və 

çalışqanlıq. Saydıqlarımızın Azərbaycan xalqının qədimdən formalaşıb bu günə qədər yaşamasında 

böyük  rolu  olduğu  kimi,  milli  tarix,  dahi  şəxsiyyətlərimiz  və  keyfiyyətlərimiz  də  bizim  milli 

dəyərlər sistemimizə daxildir. 

Bu  dəyərləri  yüksək  tutan  ulu  öndərimiz  Heydər   Əliyev  deyirdi:  “Heç  vaxt  inamımızdan, 

dinimizdən  uzaqlaşmayacağıq  və  bu  mənəvi  mənbələrimizdən  istifadə  edərək  gələcəyimizi 

quracağıq”. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

275

 

 



 

 

Ümummilli  liderin  bu  yolda  qurduğu  siyasəti  bu  gün  Azərbaycan  Prezidenti  İlham  Əliyev 



uğurla davam etdirir. 

Mənəvi dəyərlər bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış ünsiyyət qanunları kimi 

fəaliyyət göstərir. Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi 

məna  daşıyır.  Onlara  laqeyd  qalmaq  insanlar  arasında  münasibətlərin  pozulmasına,  şəxsiyyətlə 

kollektiv  və  cəmiyyət  arasında  ziddiyyətlərin  əmələ  gəlməsinə  səbəb  olur.  Çünki  milli-mənəvi 

dəyərlər  xalqın  milli  ruhunu,  estetik  ruhunu,  estetik  duyumunu,  sənətkarlıq  qüdrətini  özündə 

yaşadır.  Hazırda  bu  mənəvi  dəyərlər  zəngin  mədəni  irs  olmaqla  bərabər,  eyni  zamanda  milli 

özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. 

“Xalqımızın  milli,  tarixi  ənənələri,  bayramları  və  mərasimləri  kütləvi  tədbirlər  içərisində 

xüsusi yer tutur. Bu bayramlarda qədim mədəniyyətimiz, xalqımızın əsrlər boyu yaratdığı milli adət 

və  ənənələr,  bədii  sərvətlər,  tarixi  hadisələr  əks  olunur.  Amma  sirr  deyil  ki,  dövlətin  incə  daxili 

siyasətinə  nüfuz  edə  bilməyən  bəzi  fərdlər  “Qarabağ  probleminin  mövcudluğu  şəraitində  ölkədə 

bayramların çoxluğu”nu mövzuya çevirmək istəyənlər də var. Amma bayramların mənəvi dəyərini 

yüksək  qiymətləndirən  fransız  filosofu  J.J.Russo  deyib:  “Əgər  xalqı  zəhmətkeş  və  yaradıcı  etmək 

istəyirsinizsə, ona bayram etmək imkanı verin”. 

Platon  bayramları  dövlətin  sabitliyi  hesab  edərək  göstərirdi  ki,  tərbiyə  işində  buraxılan 

qüsurları bayramlar vasitəsilə düzəltmək olar. 

Aristotelə görə isə, insan təbiəti elədir ki, o təkcə zəhmət çəkmək deyil həm də əylənmək və 

bayram etmək istəyir. Buna onun hərtərəfli haqqı var. 

Göründüyü  kimi,  bayram  və  mərasimlər  insan  həyatını  mənalandıran   başlıca  amillərdəndir. 

Burada onlar görünür, ünsiyyət qurur, sevinc və problemlərini bölüşdürürlər. Azərbaycanda bu gün 

heç bir bayram milli-mənəvi atributsuz keçmir. 

Deyilən bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə 

uyğun  cilalanır,  yeni  forma  və  məzmun  kəsb  edir.  Eyni  zamanda  şəraitə  uyğun  mənəvi  dəyərlər 

,adət və ənənələr də yaranır. 

Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, 

müasir dünyada sürətlə  davam  edən qloballaşma prosesləri bizim ölkədən də  yan keçməyib.  Buna 

baxmayaraq,  qloballaşma  adı  altında  öz  milli  dəyərlərimizi  unutmamalı  və  bu  dəyərlərə  sadiq 

olmalıyıq.  Hər  bir  ölkə  və  xalq  üçün  onun  milli  dəyərləri  hər  şeydən  üstün  tutulmalı  və  digər 

xalqların  dəyərləri  ilə  ziddiyyət  təşkil  etməməlidir.  Bu  baxımdan  biz  qloballaşma  deyəndə 

Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq.(6) 

“Biz  öz  milli-mənəvi  dəyərlərimizə  sadiqik,  bu  dəyərləri  qoruyuruq,  saxlayırıq,  ənənələri 

yaşadırıq  və  bizim  gücümüz  də  bundadır”  deyən  möhtərəm  prezidentimiz  bunun  üçün  səylərini 

davam etdirir. 

Müasir  dünyada  sivilizasiyanın,  yəni  Qərb  və  Şərq  dünyasının  həm  qovuşduğu,  həm  də 

qarşıdurması  dövründə  soyköklərimizə  qayıdışın,  milli  özünəhörmətin  böyük  əhəmiyyəti  vardır. 

Xalqımızın əsrlərdən gələn yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq 

müasir  gənclərin  pozitiv,  milli  ruhda  böyüməsinə  təsir  etmək,  onun  genetik  yaddaşını,  tarixi 

kimliyini,  milli  irs və  özünəməxsusluğunu gələcək nəsillərə  ötürmək kimi çətin missiyanın  həyata 

keçirilməsi zərurəti elm və təhsil işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Ölkəmiz demokratiya 

yolu  ilə  irəlilədiyi,  hüquqi,  sivil  və  açıq  cəmiyyət  qurduğu  dövrdə  milli-mənəvi  dəyərlərin 

qorunması  və  gənc  nəslə  aşılanması  xüsusilə  aktuallıq  kəsb  edir.  Ulu  öndər  Heydər  Əliyev 

göstərirdi ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə 

biganə  olmaq  cinayətdir.  Bu  yolda  mərhum  prezidentimiz  bir  sıra  məqamlara  aydınlıq  gətirmişdi. 

“Fürsətdən  istifadə  edərək  bir  iki  məsələyə  toxunmaq   istəyirəm.  O  da  bundan  ibarətdir  ki,  biz 

öz  adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc 

nəsli əsrlər boyu sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər 

xalqın öz mentaliteti var. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Yenə də deyirəm hər xalqın özünə, 

öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli mənəvi dəyərlərinə bağlılığı böyük amildir. 

Biz  də  indi  dünyanın  mütərəqqi  mənəvi  dəyərlərindən  istifadə  edərək,  xalqımızın  mədəni 

səviyyəsini daha da sağlam əhval-ruhiyyədə inkişaf etdirməliyik.(2) 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

276

 

 



 

 

Qloballaşma müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi milli-mədəni siyasətdə çətinlik 



yaradan amillərdən biridir. Qloballaşma adı altında milli-mədəni dəyərlərin sıxışdırılması, bunların 

məhvinə  gətirə  bilər.  Bu  gün  qloballaşma  dövlətlərin  sahib  olduqları  maddi  və  mənəvi  dəyərlərin 

çərçivəsində əmələ gəlmiş münasibətlərin, milli hüdudları aşaraq dünya səviyyəsində yayılması  və 

fərqliliklərin bütünlük və uyğunlaşma adı altında birləşməsidir. Qloballaşma mədəniyyət sahəsində 

də qeyd edilən mənafelərə xidmət etdiyi təqdirdə bəşəriyyət böyük fəlakətlərlə qarşılaşa bilər. 

İnteqrasiya  prosesinin  qaçılmaz  olduğu  bir  zamanda  milli-mənəvi,  əxlaqi  və  tərbiyəvi 

dəyərlərimizin qorunmasına qayğı və maraq daha da artmışdır. Buna görə də biz bütün vasitələrdən 

istifadə  edərək  milli  dəyərlərimizi  aşınmalardan  qorumalı,  milli  mədəniyyətimizi  qloballaşmadan 

özünümüdafiə vasitəsinə çevirməliyik. 

Qloballaşma  prosesi  müasir  dünyada  filosoflar,  siyasətçilər  arasında  müxtəlif  rəylər 

doğurmuşdur.  Buna  görə  də,  müasir  sosial-siyasi,  fəlsəfi-etik  ədəbiyyatda  və  ictimai  həyatda 

qloballaşma və antiqloballaşma tərəfdarları meydana gəlmişlər. Qloballaşma tərəfdarları bu prosesə 

dünya miqyasında siyasi, iqtisadi, sosio-mədəni həyatın ümumi inteqrasiyasının dərinləşməsi kimi 

baxdıqları  halda  antiqloballaşma  tərəfdarları  qloballaşmanı  milli-mənəvi  dəyərlər,  milli 

özünəməxsusluq  üçün  ciddi  təhlükə  kimi  qiymətləndirirlər.  Postsovet  məkanında,  o  cümlədən 

Azərbaycanda  da  qloballaşma  ideyası  reallaşmaqdadır.  Azərbaycan  filosofu  Ramiz  Mehdiyev 

Qərbdə  meydana  gələn  qloballaşmanın  postsovet  məkanına  təsirinin  bir  neçə  səbəbini  göstərir: 

«Birincisi,  Qərb  dünyası  70-80-ci  illərin  ağır  sınaqlarından  çıxaraq  dünya  iqtisadiyyatında  öz 

liderlik  rolunu  təsdiq  etdi.  İkincisi,  informasiya-kommunikasiya  inqilabı  planetimizin  bütün 

guşələrini  bir-birilə  əlaqələndirməyə  imkan  yaratdı.  Üçüncüsü,  kommunizmin  iflası  liberal 

dəyərlərin dünya miqyasında irəliləməsinə təkan verdi. Dördüncüsü, dünya ölkələri arasında kütləvi 

mədəni mübadilə ciddi əhəmiyyət kəsb etdi». Qloballaşmanın əleyhdarları qloballaşmaya mənfi bir 

proses  kimi  Qərbin  iqtisadi  və  mədəni  maraqlarının  bütün  dünya  üzərində  üstünlüyü  kimi 

qiymətləndirirlər. 

Qloballaşma şəraitində milli-mənəvi dəyərlər, həqiqətən, böyük təhlükələrlə üzləşir və milli-

fəlsəfi  fikrə  istinad  etmədən,  milli  ideologiyanın  formalaşmasını  təmin  etmədən  və  milli-sosial 

özünüqoruma şüuru formalaşdırmadan bu təhlükədən xilas olmaq çox çətindir (3, s.269). 

Qloballaşma əleyhdarları «qlobal təhlükədən» danışırlar. Qloballaşmaya müxtəlif yanaşmalar 

mövcuddur: 

1. Qlobal iqtisadi yüksəliş dövrü. Dünyada yeni yaranmış dövr. Qərbin bir çox görkəmli alim 

və siyasətçiləri R.Darendorf, F.Nuşeler, O.Zafonşen, B.Klinşen, B.Qeyms  nikbinliklə iddia edirlər 

ki,  qloballaşma  iqtisadi  inkişafla  yanaşı  cəmiyyətin  bütün  sahələrinə  müsbət  təsir  edir.  Onlar 

qloballaşmanın bəşəriyyətin əvvəllər edə bilmədiyi və arzuladığı imkanlar yaratdığını qeyd edirlər. 

2.  Qlobal  multikulturoloji  cəmiyyət  dövrü.  Qloballaşma  mədəniyyətlərarası  və  siyasi 

münasibətlərdə xüsusi keyfiyyəti özündə əks etdirir. Qloballaşma min illərlə bərqərar olmuş mədəni 

sərhədləri silir, identikliyi dağıdır. Bu yanaşmaya görə, qloballaşma dünyada münaqişələrin artması 

deməkdir. 

3.  Qloballaşma  sosiumun  transformasiyası  sistemi  kimi.  Bu  yanaşma  nöqteyi-nəzərindən 

qloballaşma dövlət  suverenliyi  və milli-mədəni  inteqrasiya prinsiplərinə  əsaslanan  ənənəvi  sosial-

siyasi qaydaların dağılmasıdır. 

4.  Qloballaşma  mədəniyyət  və  ənənələrin  dağılması  kimi.  Bu  nöqteyi-nəzərin  tərəfdarları 

qloballaşmanın qəti əleyhdarlarıdır. Beləliklə, qloballaşma anlayışında vətəndaş-hüquqi vəziyyətin 

universallığı haqqında təsəvvürlər öz əksini tapmışdır. 

Qloballaşmanın mənəviyyata mümkün mənfi təsir imkanlarını aradan qaldırmaq yolları belə 

qruplaşdırılır: 

1.Mümkün mənfi nəticələri qabaqcadan nəzərə almaq. 

2.İnformatlaşdırma və texnikalaşmanın zəruri mənfi nəticələrini başqa vasitələrlə (din, əxlaq, 

incəsənət və s.) kompensasiya etmək.  

3.Mənəvi  tərbiyənin  yeni,  müasir  intensiv  metodlarını  hazırlamaq  və  onun  kütləviliyini 

artırmaq (3, s.274). 

Qloballaşma şəraitində insanın mənəvi tərəqqisində təkcə milli maraqların deyil, ümumbəşəri 

maraqların  da  nəzərə  alınması  ilə  bağlı  yeni  keyfiyyətli  cəhətlər  meydana  çıxır.  Əxlaq  bir  daha 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

277

 

 



 

 

insan - insan münasibətləri çərçivəsindən kənara çıxır, insanla təbiət arasındakı münasibətin qlobal 



miqyas alması qarşıya yeni əxlaqi problemlər qoyur. Müsəlman əxlaqının da, xristian əxlaqının da 

tələbləri  fərqlidir.  Xristian  əxlaqı  Qərbin  şüuruna  nəzarət  etmir.  Dini  mütləqdə  də,  dünyəvi 

mütləqdə də zəiflik problemi özünü göstərir. Bu zəifliyin əlamətlərini İ.Məmmədzadə düzgün izah 

edir.  O,  mütləq  əxlaqın  Allahdan  (c.c.)  və  yalnız  ağıldan  gəlmədiyini  göstərir.  Azərbaycan  alimi 

qlobal etikanın ölkəmizdə utopik göründüyünü də düzgün izah edir: «Bunun səbəbi odur ki, mütləq 

etika və ya qlobal etika Qafqazda regionun vahid taleyini anlamaqdan irəli gəlməlidir. Qlobal etika 

Azərbaycanda o zaman meydana gələ bilər ki, biz Qafqazda başqa xalqların da yaşadığını və onlarla 

əməkdaşlığın  zəruriliyini  dərk  edə  bilək.  Buna  görə  də,  qlobal  etika  çoxpilləli  olmalı,  o,  mütləq 

dəyərlərdən  bu  və  ya  digər  region  və  mədəniyyətin  konkret  həyatına,  mədəniyyətlərin 

müxtəlifliyinə  həqiqi  loyallıq  (hörmət)  kəsb  edərək  daxil  olmalı,  dünyada  real  həyatın  faktına 

çevrilməlidir» (4. s.138). 

Dəyərlər  sistemi  xalqın  yaddaşında  və  dövlət  səviyyəsində  formalaşmazdan  çox-çox  əvvəl 

Qurani-Kərimdə  bildirilirdi:  ”Ey  insanlar!  Biz  sizi  bir  kişi  və  bir  qadından  (Adəm  və  Həvvadan) 

yaratdıq.  Sonra  bir-birinizi  tanıyasınız  (kimliyinizi  biləsiniz)  deyə,  sizi  xalqlara  və  qəbilələrə 

ayırdıq. (Hücurat  13)  Heç də təsadüfi deyildi ki, ulu öndər Heydər Əliyev islam dininin xalqımızın 

ən önəmli milli-mənəvi dəyərlərinin ən vacib ünsürlərindən  biri olduğunu vurğulayırdı və deyirdi 

ki,  xalqlara  və  qəbilələrə  ayrılmış  cəmiyyət,  həm  də  milli-mənəvi  dəyərləri  ilə  seçilməlidir. 

“Dinimiz  xalqımızın  milli-mənəvi  sərvətidir”   sözləri  bu  fikrin  sübutudur.  O,  dinimizin  gənclər 

tərəfindən  ilahi  əxlaqi  dəyərlər  sistemi  kimi  mənimsənilməsini  və  bu  dəyərin  gənclərimizin 

formalaşmasında  böyük  rolunun  olmasına  diqqəti  cəlb  edirdi.  Heydər  Əliyev  dilindən,  irqindən, 

millətindən,  sosial  mənsubiyyətindən  asılı  olmayaraq,  bütün  ölkə  vətəndaşlarını  həmrəy  olmağa, 

həqiqi  vətəndaş  olmağa  dəvət  edirdi.  Milli-  dini  mənsubiyyətindən  asılı  olmayaraq  hər  bir 

vətəndaşın ölkəmiz, Vətənimiz üçün sahiblik hissini yaşamasını isə tolerantlığın nümunəsi sayırdı. 

Əslində,  dini  və  etnik  tolerantlıq  xalqımızın  qanında,  kökündə,  ənənələrində  vardır.  Bizim 

adət-ənənələrimizdə,  mentalitetimizdə,  habelə,  folklorumuzda,  mədəniyyət  və  tariximizdə  başqa 

dinlərə,  millətlərə  dözümlü  münasibət  həmişə  üzünü  büruzə  vermişdir.  Vətənimizdə  həmrəy,  əsl 

vətəndaş  ruhunda  yaşamış  müxtəlif  millətlərə,  dinlərə  mənsub  olan  qəhrəman  oğullar  bu  gün 

Şəhidlər  Xiyabanında  qardaşlıq  məzarlarında  yanaşı  uyuyurlar.  Onlar  bu  torpağa  və  azəri  xalqına 

olan sevgilərini öz canları və qanlarıyla sübut ediblər. 

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkəmizdə yaşayan müxtəlif  dini inanclara sahib 

olan  vətəndaşlarımız  arasında  mövcud  tolerantlığın  ,  milli-mənəvi  dəyərlərimizin  qorunması  və 

inkişaf  etdirilməsi,  vətəndaşlarımızda,  xüsusən  də  dindarlarda  dövlətə  inamın  və  dövlətçiliyimizə 

dəstəyin formalaşması üçün son dövrlərdəki yenilikçi fəaliyyəti ilə əhalinin razılığını qazanıb” (7). 

Bir az ölkəmizdən kənara çıxsaq və qloballaşan dünyanın  dinlərə qarşı münasibətini nəzərdən 

keçirsək  çox  təzadlı  məqamlar  görərik.  Bu  prosesin  cəmiyyətlərin  mənəvi  həyatlarının  ən  zəif  və 

mühafizəkar  tərəfi  olan  dinlə  münasibətləri  olduqca  diqqətçəkicidir.  Dünyanın  elmi,  siyasi  və 

mədəni  məclislərində  qloballaşmanın  ayrı-ayrı  lokal  mədəniyyətlərdə,  yerli  adət-ənənə,  milli 

mentalitet,  milli  dəyərlərə  münasibətləri  haqqında  çox  danışılsa  da,   dini  məsələlərdə  qarşılıqlı 

münasibət  çox  vaxt  gizli  saxlanilir,  bu  barədə  fikir  bölüşməyə,  obyektiv  qərarlar  verməyə  risk 

edilmir. Çünki dinlə bağlı problemlərin çözülməsi özü də bir problemə çevrilə bilir. Bu baxımdan 

dinin qloballaşmaya qarşı müqaviməti haqqında və bəzi başqa problemlər haqqında dinşünas alim 

Peter  Beyerin  araşdırmaları  maraqlıdır.  O  belə  hesab  edir  ki,  din  və  qloballaşma  arasında 

münasibətlər  birmənalı  deyil.  Başqa  sözlə,  qloballaşmanın  hakim,  dinin  isə  məhkum  olduğu 

qənaətlər doğru deyil. Din qlobal sistemin inkişafında və ya onun cəmiyyətdən kənarlaşdırılmasında 

mühüm rol oynamaqdadır. 

Modernizm  və  qloballaşmanın  dinə  müsbət  və  eyni  zamanda  da  mənfi  təsirləri 

olduğu  məlumdur. Peter Beyerə görə elm, iqtisadiyyat və siyasətin həddən ziyadə dünyəviləşməsi 

nəticəsində  dinlər  sadəcə  ,  iman  səviyyəsinə  sıxışdırılmışdır.  Modern  və  qlobal  mühit  dinə  bir 

tərəfdən  neqativ  sanksiyalar  yükləyərkən,  digər  tərəfdən  yeni  potensiyalar  da  yaratmaqdadır.  Bu 

məqamdakı  biliklərdən  çıxış  edərək  dinin  güclü  və  qlobal  bir  alt  sistemi  ortaya  qoyması  mümkün 

görünməklə birlikdə, qlobal cəmiyyətdə hər şeyin qanunauyğun və stabil olduğu da deyilə bilməz. 

Çünki  Beyerə  görə,  məsələ  ideoloji  deyil,  struktural  və  praktikdir.  Əgər  məsələ  həqiqətən  də 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

278

 

 



 

 

strukturaldırsa,  onda  dinin  motivi  yoxdur  və  edəcəyi  şeyi  zorla  edəcək.  Beyerə  görə  qloballaşma 



Tanrının ölümünə deyil, Şeytanın naməlumlaşmasına səbəb olmuşdur. Qlobal cəmiyyətlərdə Tanrı 

bu gün də diridir, amma ondan insanların qorxması zəifləmişdir. 

Qısa ifadə etmək istəsək, qloballaşma dinə iki istiqamətli bir proses olaraq təsir etməkdədir. 

Bir tərəfdən qloballaşma və onu mümkün edən iqtisadi və siyasi strukturlaşmanın sosial və  əxlaqi 

problemlər  ortaya  çıxarması,  yeni  dini  hərəkatların,  təriqətlərin  meydana  çıxmasına  imkan 

yaradaraq,  qlobal  arenada  dinə  manevr  imkanı  verməklə,  digər  tərəfdən  isə  bu  dini  hərəkatların 

qlobal şərtlərdə ciddi ünsiyyət vasitəsi ola bilməməsini təmin edəcək ictimai şərtlərə məruz qoyaraq 

çərçivələndirməkdədir. 

Dinin qlobal cəmiyyətdəki mövqeyini müəyyənləşdirməyə cəhd etsək, aşağıdakılara xüsusilə 

diqqət yetirməliyik. 

1.Modern  dünyanın  meydana  gəlməsi  dindar  cəmiyyətləri  böhrana  sürükləmişdir.  Ənənəvi 

inanclar  elmi  tənqidlərə  məruz  qalmış,  fərqli  dünyagörüşləri  ortaya  çıxmış,  ideoloji  mənada  din 

bunlarla mübarizə apara bilməmişdir. 

2.Dünyanın  çoxmədəniyyətli  qlobal  bir  kənd  vəziyyətinə  gəlməsi  bir-biriylə  toqquşan 

vəziyyət  yaratmış və meydana çıxan bu xaos vəziyyəti bir tərəfdən antik ənənələrin canlanmasına, 

fundamentalizm  formasında  yenidən  dirilməsinə  imkan  verərkən,  digər  tərəfdən  sivil  din  və 

millətçilik kimi hərəkatlar ortaya çıxmışdır. 

3.Bu vəziyyət insanlığı məcburi bir seçimlə qarşı-qarşıya gətirmiş, qlobal kənddə dini adətlə 

ya  bir  xaos  mühiti,  ya  stabil  bir  cəmiyyət  yaratma,  ya  sülhpərvər  bir  dünyanın  yaradılmasına 

təşəbbüs,  ya  da  sosial  qruplar  arasındakı  qarşıdurma  və  vəhşiliyi  haqlı  hesabetmə  kimi  həyati  bir 

seçimə  məcbur edilməkdədir. 

Bəs  XXI  əsrdə  nələr  olacaq?  Məsələn,  Robertson  ənənəvi  dinlərin  və  lokal  mədəniyyətlərin 

qloballaşmanın təhdidi altında olduğu iddialarına rəğmən dinin və mədəniyyətin gələcəyinin parlaq 

olacağı fikrini müdafiə edir. Digər tərəfdən tanınmış sosioloqlardan Peter Berger isə qeyd edir ki, 

XXI əsrin dövrümüzdən daha az dindar olacağını söyləmək üçün heç bir səbəb yoxdur. Bir qrup din 

sosioloqları  isə  İslam  və  Yevangelik  xristianlığın  dinin  son  müdafiə  xətti  olaraq  uzun  müddət 

müqavimət  göstərə  (dözə)  bilməyəcəyini   bildirməkdədir.   Lakin  Bergerin  fikrincə  , 

sekulyarlaşmanın qələbəsi iranlı mollaların, dindar xristian keşişlərin və tibetli lamaların Amerika 

universitetlərindəki  dünyəvi  professorlar  kimi  düşünüb,  onlar  kimi  davranış  sərgiləyəcəkləri 

deməkdir. Bu isə inandırıcı deyil. Bergerə görə yaşadığımız XXI əsrdə din siyasi hərəkatlar üçün də 

önəmli bir ilham qaynağı olmağa davam edəcəkdir.”(1,s.9) 

Hər  şeyin  maddiləşdiyi  bir  zamanda  təmiz  cəmiyyət  quruluşunu  yaratmaq  üçün  təpədən 

dırnağa  əxlaqi,  mənəvi  mənada  bir  təmizlənməyə  ehtiyacımız  vardır.  Bu  gün  Qərb  cəmiyyətində 

müşahidə olunan mənfi dəyişikliklər əxlaqi mənada böyük dəyərlərin itirilməsinə səbəb olmuşdur. 

Qloballaşma şəraitində inkişaf etməkdə olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın da 

Şərqə,  xüsusilə  müsəlman-türk  dövlətlərinə  inteqrasiyası  zəruridir.  Çünki  müsəlman-türk 

cəmiyyətinin  ən önəmli  dəyəri başqasını xoşbəxt etməyə  əsaslanır. Ailə  təməlinin  xilası  da budur. 

Təəssüflər  olsun  ki,  Azərbaycan  cəmiyyətində  bəzən  müasir  görünüşlü,  lakin  Məşədi  İbad 

təfəkkürlü gənclər nikaha girdikdən sonra qadına qadağalar qoyur, onun özünü qəbul etdiyi halda, 

sənətini,  peşəsini  qəbul  etmir,  onu  tükəzbanlığa  məhkum  edir.  Ailə  qurduqdan  sonra  belə  halların 

baş  verməməsi  üçün  tərəflərin  dünyagörüşündə  ümumilik,  demokratik  düşüncə  tərzi,  mədəni 

səviyyə, hörmət və qayğı kimi keyfiyyətlər yüksək olmalıdır. 

İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir. Əgər yeni birisini kəşf edə bilmiriksə

köhnəni  məhv  etmək  olmaz.  Qloballaşmanın  məhv  etdiyi  dəyərlər  cəmiyyətin  eroziyasıdır.  Ailə 

birgəyaşayışın  ilk  modeli  olaraq  millətin  həyatı  baxımından  müqəddəs  bir  dəyər,  təməldir.  Bu 

təməlin  düzdün  qurulması  və  yaşadılması  üçün  müasir  Azərbaycan  ailəsi  həm  novator,  həm  də 

konservator  olmalıdır.  Eyni  zamanda  demokratik  prinsipləri  qavramalı,  zamanın,  dövrün  nəbzini 

tutub  müsbət  ənənələrimizə  zərbə  vurmayan  yenilikləri  qəbul  etməli,  fərdlərin  müstəqil  düşüncə 

tərzinə, seçiminə qadağalar qoyulmamalıdır. 

KİV-in  dünyaya  inteqrasiyası,  əhatə  dairəsi  nəzərə  alınaraq  mediada  müxtəlif  sosial 

təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi,  milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi 


 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin