Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə69/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   65   66   67   68   69   70   71   72   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

372

 

 



 

 

 Xalqımızın  sahib  olduğu  multikultural  dəyərlərin,  tolerantlıq  ənənələrinin  dünyaya  təqdim 



edilməsi  işində  Azərbaycan  dövləti  ilə  yanaşı,  dünyada  maddi  və  qeyri-maddi  irsin  qorunmasında 

və  təbliğində  böyük  fədakarlıq  göstərən,  xeyirxah  əməlləri  ilə  bəşəriyyəti  mərhəmətə,  qarşılıqlı 

köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var.  

 Fond  məqsədi  müxtəlif  xalqlar  arasında  humanizm,  həmrəylik  və  dözümlülük  kimi  bəşəri 

dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir [8]. 

Prezident  İlham  Əliyev  Azərbaycanda  multikulturalizm  ənənələrinin  qorunub  saxlanması, 

daha  da  inkişaf  etdirilməsi  və  geniş  təbliğ  olunması  məqsədi  ilə  2016-cı  il  Azərbaycan 

Respublikasında “Multikulturalizm ili” elan etdi [9].  



 Multikulturalizm hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm 

zəmin  yaradan  mənəvi  keyfiyyətləri  formalaşdırmaqla  yanaşı,  müxtəlif  mədəniyyətlərin  bir-birinə 

qarşılıqlı  təsirinə  şərait  yaratmaqla  ictimai-siyasi  sabitliyin  və  dayanıqlı  inkişafın  təmin 

olunmasında mühüm rol oynayır. Ümummilli lider qeyd etmişdir ki, “Dinindən, dilindən, irqindən 

asılı  olmayaraq,  Azərbaycanın  bütün  vətəndaşları  eyni  hüquqlara  malikdirlər  və  bu  hüquqlar 

qorunmalıdır!”    

Müxtəlif  xalqların  və  millətlərin  mənəvi-mədəni  dəyərlərinə  qarşılıqlı  hörmət  edilməsi, 

etnomədəni  qruplar  arasında  həmrəyliyə  nail  olunması  multikultural  cəmiyyətin  əsas 

xüsusiyyətlərindən biridir. 

Ölkəmizdə yaşayan müxtəlif millətlər və xalqlar arasında qarşılıqlı inam və hörmət hissinin, 

vətəndaş  həmrəyliyinin  möhkəmləndirilməsi  dövlət  siyasətinin  prioritet  istiqamətlərindəndir. 

Azərbaycan dövləti multikulturalizm sahəsində əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə geniş 

şəkildə təbliğ olunması yönündə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan Prezidenti İlham 

Əliyevin  qeyd  etdiyi  kimi,  “Azərbaycan  əsrlər  boyu  burada  yaşayan  bütün  millətlərin,  bütün 

dinlərin  nümayəndələri  üçün  Vətən  olmuşdur.  Biz  fəxr  edirik  ki,  bu  gün  də  müstəqil  Azərbaycan 

çoxmillətli və çoxkonfessiyalı ölkədir”.  

Müasir dövrdə dünyada multikulturalizmə təhdid yaradan bir sıra ciddi məqamlara da diqqət 

yetirməyi məqsədəuyğun hesab edirik. Dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması 

üçün multikultural dəyərlərin vacib əhəmiyyət daşıdığına baxmayaraq, təəssüf ki, hazırda bəzi Qərb 

ölkələrinin multikulturalizm siyasətində  yanlışlıqlara  yol verməsi ksenofobiya hallarının artmasına 

gətirib  çıxarmışdır.  Tolerantlığa  əks  olan,  “yad  mənəvi-mədəni  dəyərlər”ə  dözümsüzlük  nümayiş 

etdirərək  onlara  qarşı  nifrət  hissi  aşılayan  ksenofobiya  ekstremizmə  və  irqi,  dini  ayrı-seçkilikdən 

irəli gələn radikal davranışlara yol açır. Multikulturalizmin tənqidçiləri “yad mədəniyyətlər”ə milli 

identikliyə  xələl  gətirən  təhlükə  kimi  baxırlar.  Onlar  özlərinin  qeyri-sağlam,  qərəzli  mövqelərini 

ört-basdır  etmək  üçün  belə  bir  tezis  irəli  sürürlər  ki,  guya  multikulturalizm  ölkənin  vahid  mədəni 

məkanını  parçalayan,  təfriqə  yaradan  dağıdıcı  hadisə  və  proseslərə  rəvac  verir.  Eyni  zamanda, 

ölkədə  etnik  qrupların  çoxluğu,  yaxud  miqrantların  mövcudluğu  sosial-siyasi  və  kulturoloji 

problemlər yaratmaqla guya milli harmoniya və bütövlüyə qarşı təhdid doğurur.  

Multikulturalizm  və  yaxud  mədəniyyətlərarası  dialoq  müasir  dövrdə  də  cəmiyyətin  sabit  və 

dayanıqlı  inkişafını,  mədəni  müxtəlifliyini  təmin  edən  faktorlardan  biri  olaraq  qalır [2]. 

          Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərək  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  dünyada 

multikulturalizmin  inkişaf  etməsi,  sivilizasiyalar  və  mədəniyyətlərarası  münasibətlərin  sağlam 

zəmində  qurulması,  bu  sahədə  əməkdaşlıq  meyllərinin  güclənməsi,  xoşagəlməz  halların  qarşısının 

alınması  Azərbaycan  dövlətinin  maraqlarına  cavab  verir.  Xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin  müəyyənləşdirdiyi  siyasi  kurs  multikulturalizmin  inkişafını,  azsaylı  xalqların  və  etnik 

qrupların,  müxtəlif  dini  inancların  nümayəndələrinin  müstəqil  Azərbaycan  dövləti  ətrafında 

birləşməsini  təmin  edir.  Azərbaycanın  beynəlxalq  aləmdə  multikulturalizmin  inkişaf  etdiyi  məkan 

kimi tanınması digər dövlətlər üçün böyük nümunədir.  

Ədəbiyyat: 

1. Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu: 

metodik  vəsait  /tərt.  ed.  S.Quliyeva;  ixtis.  red.  və  bur.  məs.  K.Tahirov;  red.  G.Səfərəliyeva; 

M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası.-  Bakı,  2012.-  45  s.  (

http://anl.az/ 

down/Azsayli_xalqlar.pdf)

  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

373

 

 



 

 

2. Əli Həsənov, “Dövlət müstəqilliyinin memarı”, 8 may 2016-cı il,  (http:// www. azerbaijan 



-news.az/index.php?mod=3&id=96568) 

3.  Heydər  Əliyev,  “Müstəqilliyimiz  əbədidir”  24-cü  Kitab,  dekabr,  1999  –  fevral,  2000 

Azərnəşr,  Bakı-2008 s.154-155 (http://anl.az/el/alf7/he_me24.pdf)    

4. Niyaz Niftiyev, “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, Bakı, 2015.  

5.  Etibar  Nəcəfov,  “Müxtəlif  Ölkələrdə  Multikulturalizm  Siyasətinin  Müqayisəli  Təhlili”,  

Multikulturalizm:  nailiyyətlər  və  problemlər  mövzusunda  Forum,  2011-ci  il  (http:// 

bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258) 

6. Айрапетов В. С. Социальные проблемы вынужденной миграции (Состояние и пути 

решения  проблемы.  На  материалы  современной  России)  :  дис.  .  канд.  филос.  наук.  /  В.  С. 

Айрапетов. М. :РГБ, 2005. - 121 с. 

7. Валлерстайн И. М. Геокультура развития и трансформация нашей культуры // Анализ 

мировых систем и ситуация в современном мире. СПб., 2001. - С. 50-57. 

8.  Abdin  Fərzəliyev,  “Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanın  multikulturalizm  və 

tolerantlıq modelinin banisidir”, 4 may 2016-cı il (http://www.yap.org.az/ az/view/ interview/284/ 

ulu-onderimiz-heyder-eliyev-azerbaycanin-multikulturalizm-ve-tolerantliq-modelinin-banisidir- ) 

9.  2016-cı  ilin  Azərbaycan  Respublikasında  “Multikulturalizm  ili”  elan  edilməsi  haqqında 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı,  11  yanvar  2016  (http://  president. 

az/articles/17437) 

Xülasə 

Məqalədə  Azərbaycanda  etnik  qrupların  multikultural  mədəniyyətdə  yerindən  bəhs  edilir. 



Qeyd  olunur  ki,  müxtəlif  xalqların  və  millətlərin  mənəvi-mədəni  dəyərlərinə  qarşılıqlı  hörmət 

edilməsi,  etnomədəni  qruplar  arasında  həmrəyliyə  nail  olunması  multikultural  cəmiyyətin  əsas 

xüsusiyyətlərindən  biridir.  Belə  bir  nəticəyə  gəlinir  ki,  dünyada  multikulturalizmin  inkişaf  etməsi, 

sivilizasiyalar  və  mədəniyyətlərarası  münasibətlərin  sağlam  zəmində  qurulması,  bu  sahədə 

əməkdaşlıq meyllərinin güclənməsi, xoşagəlməz halların qarşısının alınması Azərbaycan dövlətinin 

maraqlarına cavab verir.    

Khalida Khalilova 

THE PLACE OF CULTURE İN A MULTİCULTURAL ETHNİC GROUPS 

Summary 

The  article  is  about  the  place  of  culture  in  a  multicultural  ethnic  groups.  It  is  noted  that  the 

spiritual  and  cultural  values  of  different  nations  and  nationalities  of  mutual  respect,  solidarity 

among  ethnic  and  cultural  groups,  achieving  one  of  the  key  features  of  a  multicultural  society.  It 

follows that, in the development of multiculturalism in the world, civilizations and cultures to build 

relations on a sound basis, cooperation trends, to prevent negative phenomena in the interests of the 

Azerbaijani state. 

 

 



 

 

 



 

 

 



 

Saniyə Cəfərova  

Magistr, ADPU (ixtisas Azərbaycan ədəbiyyatı) 

 csaniye@mail.ru 

 

MULTİKULTURALİZM AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİDİR 

 

Açar sözlər: siyasət, mədəniyyət, inteqrasiya, adət-ənənə, multimədəniyyət 

Keywords: multikulturalizm, politics, culture, integration, tradition 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

374

 

 



 

 

 



Azərbaycan  əsrlər  boyu  mədəniyyətlərin  qovuşduğu  məkanda  yerləşməklə  dinlər  və 

sivilizasiyalararası  anlaşmada  aparıcı  rol  oynayıb.  Bu  gün  dünya  üçün  multikultural  dəyərlər  nə 

qədər  yeni  olsa  da,  Azərbaycan  bu  dəyərlər  sisteminə  -  yəni,  eyni  bir  ölkədə  yaşayan  müxtəlif 

xalqların  hüquqlarını  tanıyan  humanist  dünyagörüşü  və  ona  uyğun  siyasəti  ilə  min  illərdir 

bəşəriyyətə  nümunə  göstərir.  Azərbaycanın  dünya  ölkələrinə  təqdim  etdiyi  multikultural  model 

xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir. 

Multikulturalizm  milli,  dini,  irqi  və  mədəni  çeşidliyin  və  fərqliliyin  qarşılıqlı  hörmət  və 

anlaşma  zəminində  qəbul  edilməsi,  bir  cəmiyyətin  bütün  üzvlərinin  konstitusion  mədəni 

hüquqlarının  qorunması  və  adı  çəkilən  müxtəlifliyin  xalqın  ümumi  rifahına  və  sabit  inkişafına 

xidmət  etməsinə  nail  olan  təbii  və  düşünülmüş  həyat  tərzinin  nəticəsi  kimi  başa  düşülür.  Məhz 

Prezident  İlham  Əliyevin  Azərbaycanın  timsalında  multikulturalizmi  xalqımızın  həyat  tərzi  kimi 

ifadə  etməsi  məsələnin  dəqiq  tərifini  vermiş  olur,  həmçinin  bu  yaşam  tərzinin  təbii  və  milli 

xasiyyətimizin  bir  parçası  olmasını  təsdiqləyir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev multikulturalizmi dövlət  siyasəti elan edərək, bu siyasəti ardıcıl olaraq davam  etdirəcəyini 

təkcə  ölkə  daxilində  deyil,  bir  sıra  mötəbər  tribunalarda  da  əminliklə  vurğulayıb.  Bu  baxımdan 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  Bakıda  “XXI  əsr:  ümidlər  və  çağırışlar”  devizi  ilə  keçirilən 

Beynəlxalq  Humanitar  Forumda  dediyi  kimi:  “Öz  dininə  hörmət  başqa  dinə  hörmətdən  başlayır. 

Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir 

ölkənin öz qaydaları, öz ənənələri vardır” [5, s.14]. 

Müstəqil 

Azərbaycanda 

multikultural 

dəyərlərin 

formalaşmasında  azərbaycançılıq 

ideologiyası  əvəzsiz  rol  oynayır.  1993-cü  ildə  Azərbaycan  dövlətini  parçalanmadan  qurtarmış 

ümummilli  liderin  uğurlarının  kökündə  məhz  azərbaycançılıq  ideyası  dayanırdı.  Həmin  dövrdə 

respublikada  milli-etnik  ixtilaf,  bölücülük  tendensiyası  ayrı-ayrı  bölgələrdə  özünü  daha  qabarıq 

göstərirdi.  Belə  bir  zamanda  xalq  dinindən,  etiqadından  və  etnik  bölgüsündən  asılı  olmayaraq 

Heydər  Əliyevin  azərbaycançılıq  ideyası  ətrafında  birləşdi  və  ölkəni  parçalamaq  istəyən  qüvvələr 

zərərsizləşdirildi.  Ümummilli  lider  Heydər  Əliyev  Azərbaycanda  yaşayan  dini  icmalara  qarşı 

həmişə  hörmət  və  ehtiramla  yanaşmış,  onların  dini  bayramlarını  təbrik  etmiş,  adət-ənənələrinə 

qayğı  göstərmişdir.  İştirak  etdiyi  bütün  beynəlxalq  tədbirlərdə  tolerantlıqla  bağlı  fikirlərini 

bildirmiş,  indiki  qloballaşma  dövründə  dinlərarası,  mədəniyyətlərarası  dialoqa  həmişə  üstünlük 

vermişdir. 

Azərbaycan  Respublikası  polietnik  dövlətdir.  Xalqı,  dövləti  təşkil  edən  etnosdan  – 

azərbaycanlılardan  və  bir  sıra  milli  azlıqlardan:  udinlər,  ingiloylar,  qrızlar,  xınalıqlar,  buduqlar, 

tatlar,  talışlar,  ləzgilər  və  digərlərindən  təşkil  olunmuşdur.  Bu  millətlərin  tarixən  Azərbaycandan 

başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. 

Bu  millətlərdən  başqa  respublikamızda  öz  tarixi  vətənləri  olan  ruslar,  ukraynalılar,  belaruslar, 

kürdlər,  yəhudilər,  yunanlar, almanlar və tatarlar yaşayırlar. Təkcə Bakıda rusların, ukraynalıların, 

kürdlərin,  lakların,  ləzgilərin,  slavyanların,  tatların,  tatarların,  gürcülərin,  ingiloyların,  talışların, 

avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların 

iyirmidən  yuxarı  cəmiyyətləri  və  mədəniyyət  mərkəzləri  vardır.  Ümumiyyətlə,  etnik  azlıqların 

kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur. 

Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, 

Udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli 

azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün 

hüquqlara malikdirlər. Azərbaycanda dinlərarası  dialoq və tolerantlığın dünyanın  bir çox polietnik 

regionları  üçün  nümunə  olan  xüsusi  modeli  formalaşmışdır.  Ölkə  vətəndaşlarının  böyük 

əksəriyyətini  təşkil  edən  müsəlmanların  hüquqlarını  təmin  etməklə  yanaşı,  dövlət  respublika 

ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir. 

Müxtəlif  mədəniyyətlərdə  və  multikultural  cəmiyyətlərdə,  müxtəlif  dövrlərdə,  müxtəlif 

dinlərə etiqad edən asan və mürəkkəb xarakterli müxtəlif insanlar yaşayırlar. Etiqad və sitayişlər də 

müxtəlifliyi  ilə  fərqlənir:  əgər  müsəlmanlar  məscidlərdə  namaz  qılırsa,  xristianlar  kilsədə  xaç 

çəkərək  dua  edirlər,  yəhudilər  də  sinaqoqda  öz  qədim  dillərində  şükürlər  edirlər.  Bu  dünyada 

yaşayan,  Allaha  inam  və  inam  aparanların  sitayiş  məbədi  tək  Yaradan  Allahdırsa,  digər 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

375

 

 



 

 

müxtəliflikləri müqəddəs hesab etdikləri xüsusi günlərdir. Belə ki, müsəlman-cümə, xristian-bazar, 



yəhudilər isə şənbə gününü müqəddəs sayırlar. Bütün bu kimi tərzlər isə sosial mədəni müxtəlifliyi 

olan mühitin xüsusiyyətlərindən asılıdır. 

İslam  dünyagörüşü  sistemi,  etiqad  və  davranış  tərzi,  iman  və  inam  kimi  anlayışlar  da 

mürəkkəb  vasitələrin  meydana  çıxdığı,  Şərq  dünyasında  hakimi  hökmrana  çevrilməsinin  ixtirası 

tarixidir.  Islam  dünyagörüşü  sistemi  Şərqin  vahid  bir  dini  mənəviyyat  tarixidir.  Gözəgörünməz 

qüvvə-İlahi  Yaradan  tərəfindən  (Allah)  insanlığın  Ən  zəkalı  və  Müqəddəs  Simasına  (Məhəmməd 

peyğəmbər ə.s.) vəhy halında Müsəlmanlığın Mənəviyyat Konstitusiyası-Müqəddəs Qurani Kərimin 

çatdırılması dünya mənəviyyat tarixində fenomen ixtiradır.  

Azərbaycanda belə bir gerçəklik dərk edilir ki, düşünülmüş multikulturalizm siyasəti olmadan 

ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz. Azərbaycanın birgəyaşayış modelini formalaşdırması 

və dünyaya təqdim etməsi bunun əyani təzahürlərindəndir. “İslamın əsasını təşkil edən baxışlar və 

görüşlər  sistemi,  etiqad  və  inam  iradəsi,  eləcə  də  islamın  tərəqqi,  cəmiyyətdə  kişi-qadın 

münasibətləri  və  ya gender fərqi kimi  sosial  fəlsəfi anlayışlarını öyrənmədən, Dinin  hər hansı  bir 

şəxsə  münasibətini  düzgün  qiymətləndirmək  mümkün  deyildir.  Müxtəlif  Məkan  və  Zaman 

ölçülərində  də  müxtəlif  asan  və  mürəkkəb  fikir,  təmayül,  məzhəb  və  cərəyanlar  eləcə  də, 

multikulturallıq mövqeyindən izah edilməlidir” [2, s.11].  

Multikulturalizm,  Din  və  Gender,  mənəviyyat  və  mədəniyyət,  bu  məzmunda  Şərq-Qərq 

mədəni  müxtəliflikləri  yanaşması  obyektində  işlədilən  anlayışlar  siyasətin,  fəlsəfənin,  tarixin, 

mədəniyyətşünaslığın,  dinşünaslığın,  ümumiyyətlə  sosial  siyasi  elmlərin  işlək  terminləridir. 

“Qloballaşma “aynasında” Şərq-Qərb mədəni müxtəlifliyinə “asan” və “mürəkkəblik” prizmasından 

yanaşanda  Multikulturalizm  Din  və  Gender  dəyərlərinin  açılması  və  onun  ictimai-siyasi  fikirdə 

aydınlaşması XXI əsr humanitar elmi üçün olduqca əhəmiyyətlidir” [2, s.14]. 

Ölkədə  birgəyaşayışın  təmin  olunmasında  siyasi  hakimiyyətlə  yanaşı,  Heydər  Əliyev 

Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti 

diqqətlə  öyrənilmişdir.  Çünki  etnik  qrupların  milli  mənsubiyyətlərinin  qoruyub  saxlanmasında, 

onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında və qorunub 

saxlanmasında Heydər Əliyev Fondunun, xüsusilə, Mehriban xanım Əliyevanın xidmətləri vardır. 

Burada  fikrimizi  ölkənin  Birinci  Xanımı  Mehriban  Əliyevanın  sözləri  ilə  əsaslandıraq:  “Öz 

mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq. gərək eyni şəkildə 

fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.  

Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi 

və  təbliğ  olunmasında  kitabxanaların  da  özünəməxsus  rolu  vardır.  “Kitabxanalar  həmişə 

milliyyətinə,  dininə,  dilinə  fərq  qoymadan  çoxsaylı  oxucu  ordusuna  xidmət  göstərir,  müxtəlif 

xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl 

nümunələri vasitəsilə təbliğ edirlər”[4, s.12]. 

Multikulturalizmin  xarakterik  xüsusiyyətlərindən  biri  də  tolerantlıqdır.  Elə  bu  səbəbdən  də 

1995-ci ildə UNESCO-nun qərarı ilə 16 noyabr dünyada Tolerantlıq Günü elan edilmişdir. Hər il bu 

gün müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd 

olunur.  Tolerantlığın  önəmi,  tolerant  ideyaların  aktuallığı  və  ölkəmizdə  multikulturalizmin 

ənənələri  müxtəlif  üsul  və  vasitələrlə  oxuculara  çatdırılmalı,  humanizm  və  dostluq,  sülhsevərlik 

hissləri  aşılanmalıdır.  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin  yaradılması  müasir  dövrdə 

respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz 

nümunəsidir. 

“Azərbaycan  sivilizasiyalararası  yaxınlaşmaya  kömək  edən  bütün  beynəlxalq  təşəbbüsləri 

dəstəkləyir.  Ölkəmiz  bu  istiqamətdə  BMT,  Sivilizasiyalar  Alyansı,  YUNESCO,  İSESCO,  ATƏT, 

Avropa Şurası, MDB, digər xüsusi beynəlxalq struktur və forumlar çərçivəsində beynəlxalq dialoqa 

öz  layiqli  töhfəsini  verib  və  verməkdədir”  [1,  s.299].  Azərbaycan  Respublikası  dinlərarası  və 

sivilizasiyalararası  dialoqun  genişləndirilməsinin  fəal  dəstəkləyicisi  olaraq,  Sivilizasiyalararası 

Alyansa qoşulan ilk dövlətlərdəndir. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə 

olan  münasibətinin  real  ifadəsidir.  Bir  ölkədə  yaşanan  müsbət  dəyərlərin  dünyaya  yayılması 

istiqamətində  həmin  dövlətdə  təşkil  olunan  idman  yarışlarının  da  böyük  əhəmiyyəti  var.  İdman 

yarışları əslində, elə tolerantlığı, sülhü təbliğ edir. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

376

 

 



 

 

həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula-1” 



avtoyarışları  üzrə  Avropa  Qran-prisi,  Şahmat  Olimpiadası  və  2017-ci  ildə  keçiriləcək  IV  İslam 

Həmrəylik  Oyunları  da  böyük  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  keçirilən  beynəlxalq  tədbirlər, 

forumlar,  konfranslar,  “Eurovision”  mahnı  yarışması,  idman  tədbirləri  bir  daha  sübut  edir  ki, 

dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya 

nümunə olaraq göstərirlər. 

BMT-nin  Sivilizasiyalar  Alyansının  7-ci  Qlobal  Forumunun  Bakı  şəhərində  keçirilməsi 

Azərbaycan  dövlətinin  beynəlxalq  nüfuzunun  daha  da  artırılmasında,  Azərbaycan  xalqının  tarixi 

mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Beləliklə, Azərbaycan növbəti 

dəfə nüfuzlu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu nümayiş etdirmiş 

oldu. Bakıda 147 ölkədən gəlmiş təmsilçilər aydın gördülər ki, Azərbaycan sülh, barış, əməkdaşlıq 

üçün ciddi addımlar atan gözəl bir ölkədədirlər. Onlar artıq ermənilərin əsassız təbliğatlarına deyil, 

gözləri  ilə  gördüklərinə  inanmalıdırlar.  Bilməlidirlər  ki,  real  olaraq  regionda  sülhün, 

demokratiyanın və sivil birgəyaşayışın məkanı ilk növbədə Azərbaycandır. Ölkəmizin başçısı İlham 

Əliyev  və  Birinci  xanım  Mehriban  Əliyeva  da  öz  çıxışlarında  bunu  təsdiq  etdilər.  Tədbir 

iştirakçıları  Azərbaycanı  qədimdən  müxtəlif  dinlərin  və  mədəniyyətlərin  birgə  mövcud  olduğu 

məkan  kimi  əyani  tanıdılar.  Prezident  İlham  Əliyev  Forumda  söylədiyi  dərin  məzmunlu  nitqində 

vurğulamışdır: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir arada gəldiyi 

məkan  olmuşdur.  Biz  Şərq  və  Qərb  arasında  yalnız  coğrafi  körpü  deyil,  həm  də  mədəniyyət 

körpüsüyük.  Əsrlər  boyu  müxtəlif  dinlərin  və  mədəniyyətlərin  nümayəndələri  Azərbaycanda  sülh 

şəraitində və ləyaqətlə yaşayıblar”. 

Azərbaycanda  “Multikulturalizm  ili”nin  elan  olunması  və  bu  çərçivədə  həyata  keçirilən 

tədbirlər  dünyaya  bir  mesaj,  Azərbaycanın  bu  regionda  rolunu  müəyyən  edən  bir  faktordur.  Yəni 

biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq. 

 

Ədəbiyyat 



1.Əhədova S.A. Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı: “Elm”, 2014, 348 s. 

2. Mirzəzadə R. “Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda”. Bakı, “Təknur”-

2013, 168 s. 

3. Mirzəzadə R. Multikulturalizm siyasəti və şərq-qərb müxtəlifliyi: Gender, din və 

mənəviyyat / Bakı-“Təknur”-4. 2013, 160 s. 

4. Multikulturalzim Azərbaycanın həyat tərzidir: metodik tövsiyələr. M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxanası-Bakı, 2016-59 s.  

5. Niftiyev N. Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı, 2015, 408 s.  

 

S.Cafarova 



Multiculturalism is a state policy of Azerbaijan 

Summary 


Multikulturalizm  is  the  necessery  tool  of  the  dialogue  of  the  cultures  and  civilization. 

Azerbaijan is known as multikulturalism centre in the worldMultikulturalism is the public policy 

of Azerbaijan.  

 


Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin