“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
372
Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim
edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında
və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı
köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var.
Fond məqsədi müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri
dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir [8].
Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması,
daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı il Azərbaycan
Respublikasında “Multikulturalizm ili” elan etdi [9].
Multikulturalizm hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm
zəmin yaradan mənəvi keyfiyyətləri formalaşdırmaqla yanaşı, müxtəlif mədəniyyətlərin bir-birinə
qarşılıqlı təsirinə şərait yaratmaqla ictimai-siyasi sabitliyin və dayanıqlı inkişafın təmin
olunmasında mühüm rol oynayır. Ümummilli lider qeyd etmişdir ki, “Dinindən, dilindən, irqindən
asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar
qorunmalıdır!”
Müxtəlif xalqların və millətlərin mənəvi-mədəni dəyərlərinə qarşılıqlı hörmət edilməsi,
etnomədəni qruplar arasında həmrəyliyə nail olunması multikultural cəmiyyətin əsas
xüsusiyyətlərindən biridir.
Ölkəmizdə yaşayan müxtəlif millətlər və xalqlar arasında qarşılıqlı inam və hörmət hissinin,
vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycan dövləti multikulturalizm sahəsində əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə geniş
şəkildə təbliğ olunması yönündə məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan Prezidenti İlham
Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün
dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan
çoxmillətli və çoxkonfessiyalı ölkədir”.
Müasir dövrdə dünyada multikulturalizmə təhdid yaradan bir sıra ciddi məqamlara da diqqət
yetirməyi məqsədəuyğun hesab edirik. Dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması
üçün multikultural dəyərlərin vacib əhəmiyyət daşıdığına baxmayaraq, təəssüf ki, hazırda bəzi Qərb
ölkələrinin multikulturalizm siyasətində yanlışlıqlara yol verməsi ksenofobiya hallarının artmasına
gətirib çıxarmışdır. Tolerantlığa əks olan, “yad mənəvi-mədəni dəyərlər”ə dözümsüzlük nümayiş
etdirərək onlara qarşı nifrət hissi aşılayan ksenofobiya ekstremizmə və irqi, dini ayrı-seçkilikdən
irəli gələn radikal davranışlara yol açır. Multikulturalizmin tənqidçiləri “yad mədəniyyətlər”ə milli
identikliyə xələl gətirən təhlükə kimi baxırlar. Onlar özlərinin qeyri-sağlam, qərəzli mövqelərini
ört-basdır etmək üçün belə bir tezis irəli sürürlər ki, guya multikulturalizm ölkənin vahid mədəni
məkanını parçalayan, təfriqə yaradan dağıdıcı hadisə və proseslərə rəvac verir. Eyni zamanda,
ölkədə etnik qrupların çoxluğu, yaxud miqrantların mövcudluğu sosial-siyasi və kulturoloji
problemlər yaratmaqla guya milli harmoniya və bütövlüyə qarşı təhdid doğurur.
Multikulturalizm və yaxud mədəniyyətlərarası dialoq müasir dövrdə də cəmiyyətin sabit və
dayanıqlı inkişafını, mədəni müxtəlifliyini təmin edən faktorlardan biri olaraq qalır [2].
Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, dünyada
multikulturalizmin inkişaf etməsi, sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin sağlam
zəmində qurulması, bu sahədə əməkdaşlıq meyllərinin güclənməsi, xoşagəlməz halların qarşısının
alınması Azərbaycan dövlətinin maraqlarına cavab verir. Xalqımızın ümummilli lideri Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasi kurs multikulturalizmin inkişafını, azsaylı xalqların və etnik
qrupların, müxtəlif dini inancların nümayəndələrinin müstəqil Azərbaycan dövləti ətrafında
birləşməsini təmin edir. Azərbaycanın beynəlxalq aləmdə multikulturalizmin inkişaf etdiyi məkan
kimi tanınması digər dövlətlər üçün böyük nümunədir.
Ədəbiyyat:
1. Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin təbliğində kitabxanaların rolu:
metodik vəsait /tərt. ed. S.Quliyeva; ixtis. red. və bur. məs. K.Tahirov; red. G.Səfərəliyeva;
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 45 s. (
http://anl.az/
down/Azsayli_xalqlar.pdf)
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
373
2. Əli Həsənov, “Dövlət müstəqilliyinin memarı”, 8 may 2016-cı il, (http:// www. azerbaijan
-news.az/index.php?mod=3&id=96568)
3. Heydər Əliyev, “Müstəqilliyimiz əbədidir” 24-cü Kitab, dekabr, 1999 – fevral, 2000
Azərnəşr, Bakı-2008 s.154-155 (http://anl.az/el/alf7/he_me24.pdf)
4. Niyaz Niftiyev, “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, Bakı, 2015.
5. Etibar Nəcəfov, “Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili”,
Multikulturalizm: nailiyyətlər və problemlər mövzusunda Forum, 2011-ci il (http://
bakuforum.az/az/multikulturalizm-nailiyyetler-ve-problemler/?fid=2258)
6. Айрапетов В. С. Социальные проблемы вынужденной миграции (Состояние и пути
решения проблемы. На материалы современной России) : дис. . канд. филос. наук. / В. С.
Айрапетов. М. :РГБ, 2005. - 121 с.
7. Валлерстайн И. М. Геокультура развития и трансформация нашей культуры // Анализ
мировых систем и ситуация в современном мире. СПб., 2001. - С. 50-57.
8. Abdin Fərzəliyev, “Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın multikulturalizm və
tolerantlıq modelinin banisidir”, 4 may 2016-cı il (http://www.yap.org.az/ az/view/ interview/284/
ulu-onderimiz-heyder-eliyev-azerbaycanin-multikulturalizm-ve-tolerantliq-modelinin-banisidir- )
9. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 yanvar 2016 (http:// president.
az/articles/17437)
Xülasə
Məqalədə Azərbaycanda etnik qrupların multikultural mədəniyyətdə yerindən bəhs edilir.
Qeyd olunur ki, müxtəlif xalqların və millətlərin mənəvi-mədəni dəyərlərinə qarşılıqlı hörmət
edilməsi, etnomədəni qruplar arasında həmrəyliyə nail olunması multikultural cəmiyyətin əsas
xüsusiyyətlərindən biridir. Belə bir nəticəyə gəlinir ki, dünyada multikulturalizmin inkişaf etməsi,
sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin sağlam zəmində qurulması, bu sahədə
əməkdaşlıq meyllərinin güclənməsi, xoşagəlməz halların qarşısının alınması Azərbaycan dövlətinin
maraqlarına cavab verir.
Khalida Khalilova
THE PLACE OF CULTURE İN A MULTİCULTURAL ETHNİC GROUPS
Summary
The article is about the place of culture in a multicultural ethnic groups. It is noted that the
spiritual and cultural values of different nations and nationalities of mutual respect, solidarity
among ethnic and cultural groups, achieving one of the key features of a multicultural society. It
follows that, in the development of multiculturalism in the world, civilizations and cultures to build
relations on a sound basis, cooperation trends, to prevent negative phenomena in the interests of the
Azerbaijani state.
Saniyə Cəfərova
Magistr, ADPU (ixtisas Azərbaycan ədəbiyyatı)
csaniye@mail.ru
MULTİKULTURALİZM AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİDİR
Açar sözlər: siyasət, mədəniyyət, inteqrasiya, adət-ənənə, multimədəniyyət
Keywords: multikulturalizm, politics, culture, integration, tradition
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
374
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və
sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə
qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif
xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir
bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model
xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.
Multikulturalizm milli, dini, irqi və mədəni çeşidliyin və fərqliliyin qarşılıqlı hörmət və
anlaşma zəminində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin konstitusion mədəni
hüquqlarının qorunması və adı çəkilən müxtəlifliyin xalqın ümumi rifahına və sabit inkişafına
xidmət etməsinə nail olan təbii və düşünülmüş həyat tərzinin nəticəsi kimi başa düşülür. Məhz
Prezident İlham Əliyevin Azərbaycanın timsalında multikulturalizmi xalqımızın həyat tərzi kimi
ifadə etməsi məsələnin dəqiq tərifini vermiş olur, həmçinin bu yaşam tərzinin təbii və milli
xasiyyətimizin bir parçası olmasını təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək, bu siyasəti ardıcıl olaraq davam etdirəcəyini
təkcə ölkə daxilində deyil, bir sıra mötəbər tribunalarda da əminliklə vurğulayıb. Bu baxımdan
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən
Beynəlxalq Humanitar Forumda dediyi kimi: “Öz dininə hörmət başqa dinə hörmətdən başlayır.
Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir
ölkənin öz qaydaları, öz ənənələri vardır” [5, s.14].
Müstəqil
Azərbaycanda
multikultural
dəyərlərin
formalaşmasında azərbaycançılıq
ideologiyası əvəzsiz rol oynayır. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış
ümummilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə
respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq
göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq
Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr
zərərsizləşdirildi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı
həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə
qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini
bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük
vermişdir.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalqı, dövləti təşkil edən etnosdan –
azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar,
tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan
başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar.
Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar,
kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar. Təkcə Bakıda rusların, ukraynalıların,
kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların,
avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların
iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların
kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.
Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka,
Udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli
azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün
hüquqlara malikdirlər. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik
regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük
əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika
ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.
Müxtəlif mədəniyyətlərdə və multikultural cəmiyyətlərdə, müxtəlif dövrlərdə, müxtəlif
dinlərə etiqad edən asan və mürəkkəb xarakterli müxtəlif insanlar yaşayırlar. Etiqad və sitayişlər də
müxtəlifliyi ilə fərqlənir: əgər müsəlmanlar məscidlərdə namaz qılırsa, xristianlar kilsədə xaç
çəkərək dua edirlər, yəhudilər də sinaqoqda öz qədim dillərində şükürlər edirlər. Bu dünyada
yaşayan, Allaha inam və inam aparanların sitayiş məbədi tək Yaradan Allahdırsa, digər
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
375
müxtəliflikləri müqəddəs hesab etdikləri xüsusi günlərdir. Belə ki, müsəlman-cümə, xristian-bazar,
yəhudilər isə şənbə gününü müqəddəs sayırlar. Bütün bu kimi tərzlər isə sosial mədəni müxtəlifliyi
olan mühitin xüsusiyyətlərindən asılıdır.
İslam dünyagörüşü sistemi, etiqad və davranış tərzi, iman və inam kimi anlayışlar da
mürəkkəb vasitələrin meydana çıxdığı, Şərq dünyasında hakimi hökmrana çevrilməsinin ixtirası
tarixidir. Islam dünyagörüşü sistemi Şərqin vahid bir dini mənəviyyat tarixidir. Gözəgörünməz
qüvvə-İlahi Yaradan tərəfindən (Allah) insanlığın Ən zəkalı və Müqəddəs Simasına (Məhəmməd
peyğəmbər ə.s.) vəhy halında Müsəlmanlığın Mənəviyyat Konstitusiyası-Müqəddəs Qurani Kərimin
çatdırılması dünya mənəviyyat tarixində fenomen ixtiradır.
Azərbaycanda belə bir gerçəklik dərk edilir ki, düşünülmüş multikulturalizm siyasəti olmadan
ölkə sabit inkişaf yoluna qədəm qoya bilməz. Azərbaycanın birgəyaşayış modelini formalaşdırması
və dünyaya təqdim etməsi bunun əyani təzahürlərindəndir. “İslamın əsasını təşkil edən baxışlar və
görüşlər sistemi, etiqad və inam iradəsi, eləcə də islamın tərəqqi, cəmiyyətdə kişi-qadın
münasibətləri və ya gender fərqi kimi sosial fəlsəfi anlayışlarını öyrənmədən, Dinin hər hansı bir
şəxsə münasibətini düzgün qiymətləndirmək mümkün deyildir. Müxtəlif Məkan və Zaman
ölçülərində də müxtəlif asan və mürəkkəb fikir, təmayül, məzhəb və cərəyanlar eləcə də,
multikulturallıq mövqeyindən izah edilməlidir” [2, s.11].
Multikulturalizm, Din və Gender, mənəviyyat və mədəniyyət, bu məzmunda Şərq-Qərq
mədəni müxtəliflikləri yanaşması obyektində işlədilən anlayışlar siyasətin, fəlsəfənin, tarixin,
mədəniyyətşünaslığın, dinşünaslığın, ümumiyyətlə sosial siyasi elmlərin işlək terminləridir.
“Qloballaşma “aynasında” Şərq-Qərb mədəni müxtəlifliyinə “asan” və “mürəkkəblik” prizmasından
yanaşanda Multikulturalizm Din və Gender dəyərlərinin açılması və onun ictimai-siyasi fikirdə
aydınlaşması XXI əsr humanitar elmi üçün olduqca əhəmiyyətlidir” [2, s.14].
Ölkədə birgəyaşayışın təmin olunmasında siyasi hakimiyyətlə yanaşı, Heydər Əliyev
Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti
diqqətlə öyrənilmişdir. Çünki etnik qrupların milli mənsubiyyətlərinin qoruyub saxlanmasında,
onlar üçün yeni məktəblərin istifadəyə verilməsində, mədəni, dini abidələrin bərpasında və qorunub
saxlanmasında Heydər Əliyev Fondunun, xüsusilə, Mehriban xanım Əliyevanın xidmətləri vardır.
Burada fikrimizi ölkənin Birinci Xanımı Mehriban Əliyevanın sözləri ilə əsaslandıraq: “Öz
mədəniyyətinə, öz tarixinə, öz ənənələrinə, öz əməllərinə hörmətlə yanaşan xalq. gərək eyni şəkildə
fərqli mədəniyyətlərə də, fərqli tarixə də hörmətlə yanaşsın”.
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi
və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. “Kitabxanalar həmişə
milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif
xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl
nümunələri vasitəsilə təbliğ edirlər”[4, s.12].
Multikulturalizmin xarakterik xüsusiyyətlərindən biri də tolerantlıqdır. Elə bu səbəbdən də
1995-ci ildə UNESCO-nun qərarı ilə 16 noyabr dünyada Tolerantlıq Günü elan edilmişdir. Hər il bu
gün müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd
olunur. Tolerantlığın önəmi, tolerant ideyaların aktuallığı və ölkəmizdə multikulturalizmin
ənənələri müxtəlif üsul və vasitələrlə oxuculara çatdırılmalı, humanizm və dostluq, sülhsevərlik
hissləri aşılanmalıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə
respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz
nümunəsidir.
“Azərbaycan sivilizasiyalararası yaxınlaşmaya kömək edən bütün beynəlxalq təşəbbüsləri
dəstəkləyir. Ölkəmiz bu istiqamətdə BMT, Sivilizasiyalar Alyansı, YUNESCO, İSESCO, ATƏT,
Avropa Şurası, MDB, digər xüsusi beynəlxalq struktur və forumlar çərçivəsində beynəlxalq dialoqa
öz layiqli töhfəsini verib və verməkdədir” [1, s.299]. Azərbaycan Respublikası dinlərarası və
sivilizasiyalararası dialoqun genişləndirilməsinin fəal dəstəkləyicisi olaraq, Sivilizasiyalararası
Alyansa qoşulan ilk dövlətlərdəndir. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə
olan münasibətinin real ifadəsidir. Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması
istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. İdman
yarışları əslində, elə tolerantlığı, sülhü təbliğ edir. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
376
həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula-1”
avtoyarışları üzrə Avropa Qran-prisi, Şahmat Olimpiadası və 2017-ci ildə keçiriləcək IV İslam
Həmrəylik Oyunları da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər,
forumlar, konfranslar, “Eurovision” mahnı yarışması, idman tədbirləri bir daha sübut edir ki,
dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya
nümunə olaraq göstərirlər.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi
Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi
mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Beləliklə, Azərbaycan növbəti
dəfə nüfuzlu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu nümayiş etdirmiş
oldu. Bakıda 147 ölkədən gəlmiş təmsilçilər aydın gördülər ki, Azərbaycan sülh, barış, əməkdaşlıq
üçün ciddi addımlar atan gözəl bir ölkədədirlər. Onlar artıq ermənilərin əsassız təbliğatlarına deyil,
gözləri ilə gördüklərinə inanmalıdırlar. Bilməlidirlər ki, real olaraq regionda sülhün,
demokratiyanın və sivil birgəyaşayışın məkanı ilk növbədə Azərbaycandır. Ölkəmizin başçısı İlham
Əliyev və Birinci xanım Mehriban Əliyeva da öz çıxışlarında bunu təsdiq etdilər. Tədbir
iştirakçıları Azərbaycanı qədimdən müxtəlif dinlərin və mədəniyyətlərin birgə mövcud olduğu
məkan kimi əyani tanıdılar. Prezident İlham Əliyev Forumda söylədiyi dərin məzmunlu nitqində
vurğulamışdır: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir arada gəldiyi
məkan olmuşdur. Biz Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət
körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh
şəraitində və ləyaqətlə yaşayıblar”.
Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması və bu çərçivədə həyata keçirilən
tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni
biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq.
Ədəbiyyat
1.Əhədova S.A. Müasir dünyada mədəniyyətlərarası münasibətlər. Bakı: “Elm”, 2014, 348 s.
2. Mirzəzadə R. “Multikulturalizm siyasəti: Din və Gender Dialoqunda”. Bakı, “Təknur”-
2013, 168 s.
3. Mirzəzadə R. Multikulturalizm siyasəti və şərq-qərb müxtəlifliyi: Gender, din və
mənəviyyat / Bakı-“Təknur”-4. 2013, 160 s.
4. Multikulturalzim Azərbaycanın həyat tərzidir: metodik tövsiyələr. M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası-Bakı, 2016-59 s.
5. Niftiyev N. Azərbaycanda birgəyaşayış və multikulturalizm. Bakı, 2015, 408 s.
S.Cafarova
Multiculturalism is a state policy of Azerbaijan
Summary
Multikulturalizm is the necessery tool of the dialogue of the cultures and civilization.
Azerbaijan is known as multikulturalism centre in the world. Multikulturalism is the public policy
of Azerbaijan.
Dostları ilə paylaş: |