Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə65/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   61   62   63   64   65   66   67   68   ...   88

edirəm  ki,  müstəqil  Azərbaycan  Respublikası  gənclərinin  yolu  da  bu  yoldur,  onlar  bu  yolla 

getməlidirlər. Biz də bu yolla getməkdə sizə kömək edəcək, şərait yaradacağıq [2,Ic.s.169]. Təhsil 

etik  kateqoriya  kimi  böyük  natiqin  çıxışlarında  həmişə  öndə  olmuşdur.  Hələ  XX  əsrin  90-cı 

illərində  qloballaşan  dünyada  təhsilin  rolunu  dəqiq  qiymətləndirirdi.  “Güman  edirəm  ki”  modal 

sözü  ilə  başlayan  nitqdə  Heydər  Əliyevin  qarşıya  qoyduğu  ideyalar  proqnostik  cəhətdən  bu  gün 

özünü real həyatda tam doğrultmuşdur: “Mən təhsil məsələsi üzərində çox dayandım. Çünki təhsili 

olmayan  gənc,  şübhəsiz,  həyatda  lazımi  yer  tuta  bilməz.  İndi  dünya  mədəniyyət  dünyasıdır

intellektual  dünyadır,  elmi-texniki  tərəqqi  dünyasıdır.  Azərbaycanı  elmi-texniki  tərəqqi 

səviyyəsində  inkişaf  etdirmək  üçün  şübhəsiz  ki,  yüksək  təhsilə,  elmə  nail  olmalıyıq.  Bununla 

yanaşı,  istərdik  ki,  gənclərimiz  həm  milli  ənənələrimiz  əsasında,  həm  də  bəşəri  mənəvi  dəyərlər 

əsasında əxlaq, mənəviyyat məsələlərinə çox fikir versinlər” [2,Ic.s.172]. Həyatda yüksək ideallara 

çatmağın  yolunun  təhsildən  keçdiyini  “şübhəsiz”  qəti  təsdiq  modal  sözlə  gənclər  auditoriyasına 

ünvanlayır, təkrarların köməyi ilə dünyanın-qloballaşan dünyanın tərifini verirdi. 

Dini  tolerantlıq  böyük  natiqin  nitqlərində  xüsusi  yer  alır.  Bütün  nitqlərində  olduğu  kimi 

burada da əminlik, nikbinlik Ulu Öndərin nitqlərinə hakimdir: “Bildiyiniz kimi Azərbaycanda islam 

dini  ilə  yanaşı,  xristianlıq  və  iudaizm  dinləri  də  var  və  onlar  bir-biri  ilə  çox  mehriban  şəraitdə 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

352

 

 



 

 

fəaliyyət  göstərirlər.  Biz  bunu  bəyan  etmişik.  Azərbaycanın  prezidenti  kimi,  mən  dəfələrlə  qeyd 



etmişəm ki, ölkəmizin vətəndaşları dini, irqi mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq 

eyni hüquqlara malikdirlər və onların hüquqları Azərbaycan dövləti tərəfindən qorunur. Əmin ola 



bilərsiniz  ki,  biz  bu  prinsiplərimizə  daim  sadiq  qalacağıq  və  Azərbaycan  vətəndaşlarının  din,  dil 

mənsubiyyətindən  və  siyasi  baxışlarından  asılı  olaraq  bir-biri  ilə  münaqişəyə  girməsinə  gələcəkdə 

də yol verməyəcəyik”[2,Ic.s.387]. 

Bir  milli  ideya  kimi  azərbaycançılıq  etniklərarası  tolerantlığın,  milli  həyat  harmoniyasının, 

demokratik  konsolidasiyanın  əsasıdır.    Azərbaycançılıq  yüksək  nizam-intizamın,  dövləti  şüurun, 

birgəyaşayış və birgəfəaliyyət mədəniyyətnin həm səbəbi, həm də nəticəsidir [1,3]. Heydər Əliyevin 

nitqlərində  azərbaycançılıqla  bağlı  səslənən  fikirlərin  araşdırılması  filosoflarımızın  [5]  bu  gün  də 

aktuallığını  qeyd  etdiyi  bir  sıra  məsələlərə  aydınlıq  gətirilir:  “Azərbaycanda  tarixən  çox  millətlər 

yaşamışdır.  Burada  azərbaycanlılarla  yanaşı  ruslar,  ermənilər,  yəhudilər,  gürcülər,  ukraynalılar  və 

başqaları da yaşamış və gələcəkdə də yaşayacaqlar. Azərbaycan Respublikasının çoxmillətli dövlət 

olmasını ölkəmiz üçün böyük üstünlük hesab edirik” [2,Ic.s.389].  

Ölkəmizdə birgə yaşayan dindarların dini bayramlarında onun bayram təbrikləri xüsusi diqqət 

çəkir. Bu təbriklərdə səslənən fikirlər müxtəlif dinlərə etik münasibəti əks etdirir: “Sizi xristianlığın 

ən  müqəddəs  və  əziz  bayramı  –  pasxa  münasibətilə  səmimi  qəlbdən  təbrik  edir,  bu  bayram 

günlərində sizə xoş əhval-ruhiyyə, əmin-amanlıq  və səadət arzulayıram. Azərbaycan torpağı əsrlər 

boyu müxtəlif etiqadlara tapınan insanlar üçün doğma vətən olmuşdur. Onlar da həmişə bu vətənin 

qeyrətini  çəkmiş,  onun  uğrunda  canlarını  belə  əsirgəməmişlər.  İndiki  ağır  və  məşəqqətli 

günlərimizdə də xristian həmvətənlərimiz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə sinə 

gərir, müqəddəs torpaqlarımızı rəşadətlə qoruyurlar”[2,Ic.s.545].  

Filosofların [4,9] diqqət mərkəzində olan Sovetlər İmperiyası çökəndən sonra Azərbaycanda 

İslam  hansı  yolu  tutacaq,  ölkənin  modernizasiyasında  islamın  rolu  necə  olacaq  kimi  sualların 

dolğun və dəqiq cavabı  böyük natiqin elmi üsluba söykənən qətiyyətli nitqlərində öz əksini tapır: 



Müsəlman xalqları və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir tərəfdən elm və 

texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar Yer kürəsinin simasını dəyişdirir, o 

biri  tərəfdən,  bir  çox  xalqlar  aclıqdan,  yoxsulluqdan,  cəhalətdən  əzab  çəkirlər.  Ona  görə  biz 

tərəqqi  ilə  ayaqlaşmalıyıq,  inkişaf  etmiş  ölkələrin  səviyyəsinə  qalxmalıyıq.  Son  illər  ərzində 

Azərbaycan  müsəlman  ölkələri  ilə  siyasi,  iqtisadi,  ticarət  və  mədəni  əlaqələri  xeyli  inkişaf 

etdirmişdir.  Həm  İslam  Konfransı  Təşkilatı,  həm  də  başqa  beynəlxalq  təşkilatlar  çərçivəsində 

əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur” [2,XIIIc.s.339]. 

Beləliklə,  Heydər  Əliyevin  nitqlərində  səslənən  multikultural  dəyərlərimiz  etik  fəlsəfənin 

prizmasından  süzülərək  dünyaya-Ulu  Öndər  demiş-“  mədəniyyət  dünyasına,  intellektual  dünyaya, 

elmi-texniki tərəqqi dünyasına- yayılır.  

 

ƏDƏBİYYAT 



 

1. Abbasov Əbülhəsən. Milli maraqlar və milli ideologiya. Bakı: “Təknur”.2012, 240 səh. 

2. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Azərnəşr, 1997, I-XL cild 

3. Hacıyeva Xavər. Multimədəni (çoxmədəniyyətli) cəmiyyətlərdə dövlət dili və millətlərarası 

münasibətlər problemi. Актуальные проблемы этики и эстетики (II), Баку-2002, c.23 

4.  Musayeva  Ş.M.  Milli  ideologiya  və  etnik  problemlər.  Etikanın  aktual  problemləri  (IV), 

Bakı, “Təknur”, 2013, səh. 48-53. 

5. Mehdiyev R. XXI əsrdə milli dövlətçilik. Bakı, 2003, s.2054. 

6.Ömərov V.A. Müasir  dövrdə  etno-mədəni  dəyərlər.  Etikanın aktual problemləri(IV). Bakı, 

“Təknur”-2013, s.88-97. 

7.Ильхам  Мамедзаде.  Глобализация  и  мораль.  В  кн:  Опыт  интерпретации  морали. 

«Муаллим нешриййаты» .Баку-2006-168с. 

8.  Ильхам  Мамедзаде.  Мультикультурализм  или  о  новых  подходов  в  философии. 

Etikanın və estetikanın aktual problemləri (III), “Müəllim” nəşriyyatı. Bakı, 2005 səh.3-7 

9.Wallerstein I /Georolitic and Geoculture. Cambridge Univercity/ Press.MSN, 1991,p.5-17 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

353

 

 



 

 

Nagdelı Zamanov 



Multicultural values in Heydar Aliyev’s speech 

Summary 


The  article  contains  the  multicultural  values  in  the  era  of  globalization,  as  reflected  in  the 

speeches  of  Heydar  Aliyev.  Also  studied  the  views  of  the  great  orator  on  the  inter-ethnic,  inter-

ethnic, inter-religious, interlingual relations skipped through the prism of ethical philosophy. 

 

 

 

 

 

 

 

 

 

Namiq Abbasov, kulturologiya üzrə fəlsəfə doktoru 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi 

namiq_abbasov_70 

 

MULTİKULTURALİZM MƏDƏNİYYƏT SİYASƏTİNİN ƏSASI KİMİ 

 

Açar sözlər: mədəniyyət siyasəti, ünsiyyət, dialoq, tolerantlıq, mədəni mübadilə.  



Key words: culture policy, intercourse, cultural exchange, dialogue, tolerance 

 

Etiraf etmək lazımdır ki, mədəniyyət siyasəti anlayışı özü həm Azərbaycanda, həm də bütün 



dünyada  nisbətən  yeni  anlayışdır.  Mədəniyyət  siyasətinin  bir  elm  kimi  əsasını  qoyanlardan  biri 

Fransanın  əfsanəvi  mədəniyyət  naziri,  istedadlı  fransız  yazıçısı  Andre  Malro  olmuşdur.  XX  əsrin 

60-cı  illərinin  fransız  cəmiyyətində  mədəniyyət  haqqında  yeni  anlayışın,  onun  inkişafının 

strategiyasının,  cəmiyyətdə  yeni  rolunun  formalaşdırılması  ona  nəsib  olmuşdur.  Şübhəsiz  ki,  bu 

ideyalar cəmiyyətin özünün belə dəyişikliklərə həvəsini, hazırlığını və istəyini əks etdirirdi (2, s59). 

Mədəniyyət  siyasəti  mədəniyyətin  inkişafında  böyük  rol  oynayır,  çünki  mədəniyyət  siyasi 

amillərdən,  dövlətin  mədəni  inkişafına  təkan  verən  və  ya  tormozlayan  siyasi  sistemdən  asılıdır. 

Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  Mədəniyyət  və  Turizm  Nazirliyində  “mədəniyyət 

siyasəti”  şöbəsi  yaradıldı  və  uğurlu  fəaliyyətə  başladı.  Mədəniyyət  siyasəti  həm  də  dövlət 

siyasətinin  tərkib  hissəsi  kimi  milli  mənəvi  dəyərlərə  -  multikultural  və  tolerantlıq  prinsiplərinə 

əsaslanaraq ölkənin qanunvericilik təminatını təşkil edən bir prosesə çevrildi.  

Milli siyasət hər bir millətin dünya tarixindəki ictimai mövqeyini əks etdirən başlıca sahədir. 

O, milli məhdudluğa, milli özünəqapılmaya deyil, bir millətin digər millətlərlə qarşılıqlı əlaqələrinin 

tənzimlənməsinə xidmət edir. Milli siyasət  milli hegemonluğu məqbul  saya bilməz, eyni  zamanda 

o,  hər  bir  millətin  (etnosun,  milli  azlığın)  tarixi  mövqeyini,  milli-mənəvi  hüquqlarını  tam  şəkildə 

qorumağa yönəldilir. 

Milli  mədəniyyət  milli  siyasətin  əsaslandığı,  istinad  etdiyi  başlıca  istiqamətlərdən  biridir. 

Çünki  o,  digər  sahələrə  nisbətən  milli  psixologiyanı  daha  dolğun,  dürüst  və  obyektiv  əks  etdirir. 

Klassik alman filosofu İmmanuel Kantın: “Çiçəklər təbiətdə azad gözəllikdir” tezisini  Əlisa Nicat 

bədii publisistik dildə belə şərh edir: “Manqal çiçəkləri niyə çöl çiçəkləri kimi ruh oxşamır? Onları 

yalnız  qadınlar  sevir.  Çöl  gülləri  isə  milyon  illərin  dərinliyindən  gələn,  təbiətin  bətnindən  doğan, 

onun bir hissəsi olan günəşlə, yağışlarla, küləklə, qaynayıb qarışan, öz toxumlarını hara istəsə səpə 

bilən  azad  gözəllikdir.  Qəribədir  ki,  çöl  çiçəkləri  –  yonca,  çobanyastığı,  kasnıgülü,  zəng  çiçəyi, 

bülbülotu,  ulğun,  lalə,  hətta  çiçəklərini  səpəndə,  payızın  aramsız  küləklərində  dalğalanıb, 

yırğalananda,  yağışlarda  çiməndə  də  gözəldir    (3,  s.534).    Mədəniyyətlər  də  belədir.  Hərənin  öz 

yeri,  öz  təravəti,  öz  gözəlliyi  var.  Ancaq  bu  müxtəlifliyin    balanslı  şəkildə  idarə  edilməsi  təbii  ki, 

mədəniyyət  siyasətinin  uğurlu  həllindən  asılıdır.  Ölkəmizin  cənubu,  şimalı,  qərbi  və  şərqi  mədəni 

müxtəlifliklərlə  doludur.  Bu  müxtəlifliklər  Kantın  təbirincə  desək,  ölkəmizdə  azad  gözəllikdir. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

354

 

 



 

 

İnsanlar  öz  mədəni  müxtəliflikləri,  inancları  və  ənənələr  ilə  birlikdə  həm  də  Azərbaycan  xalqını 



birləşdirən vahid azərbaycançılıq ideologiyası ətrafında Azərbaycan vətəndaşı kimi formalaşmışlar. 

Bunun  da  əsasında  təbii  ki,  milli  mənəvi  multikultural  dəyərlər  və  qanunvericilik  təminatı  durur.   

Son  illər  ərzində  Azərbaycan  dini  tolerantlıq,  milli  və  etnik  tolerantlıq  məsələlərində  çox  böyük 

uğurlara  nail  olmuşdur.  Əslində,    ölkəmizdə  bütün  insanlar  müxtəlif  dövrlərdə,  ictimai-siyasi 

quruluşundan  asılı  olmayaraq,  həmişə  bir  ailə  kimi  yaşamışlar.  Burada  bütün  dinlərin 

nümayəndələri  həmişə  dostluq,  qardaşlıq  şəraitində  yaşamışlar.  Bu  da  ölkəmizə  xas  olan  çox 

mühüm bir amildir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, əlbəttə, millətlərarası 

münasibətlərə,  milli  və  dini  tolerantlığın  möhkəmlənməsi  işinə  çox  böyük  diqqət  verilmişdir.  Bu 

gün Azərbaycan sözün  əsl  mənasında dostluq,  qardaşlıq məkanıdır. Burada bütün  xalqlar, dinlərin 

nümayəndələri  bir  ailə  kimi  yaşayırlar.  Azərbaycanın  bu  istiqamətdə  əldə  etdiyi  təcrübə  çox 

önəmlidir.. 

Bu  gün  Şərqlə  Qərbin  kəsişdiyi  yerdə,  Bakıda  müxtəlif  ölkələrdən  müxtəlif  dinlərin 

nümayəndələri  iştirak  edirlər.  Bunun  çox  böyük  əhəmiyyəti  var.  Çünki  indiki  zamanda  bir  çox 

hallarda  sivilizasiyalararası,  mədəniyyətlərarası  dialoqdan  danışılır,  ancaq  bununla  bərabər, 

dünyada  gedən  proseslər,  əfsuslar  olsun  ki,  bəzi  hallarda  gərginliyin  artmasına  gətirib  çıxarır. 

Azərbaycanda  hökm  sürən  çox  gözəl  ictimai-siyasi  abu-hava,  burada  yaşayan  bütün  millətlərin 

hüquqlarının  qorunması  və  hər  bir  insanın,  hər  bir  millətin  nümayəndəsinin  Azərbaycanda  rahat 

yaşamasını təmin edir.  

Ölkəmizin çox zəngin və böyük tarixi vardır. Minilliklər bundan əvvəl Azərbaycanda insanlar 

yaşayıb  yaratmışlar.  Bunu  əks  etdirən  tarixi  abidələr  Azərbaycan  dövləti  tərəfindən  lazımınca 

qorunur.    1.  Biz  öz  mədəni  və  tarixi  irsimizə  çox  bağlıyıq.  Mədəni  irsimizin  qorunması  üçün  çox 

böyük  işlər  görürük.  Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikasının  mədəniyyət  siyasətinin 

prioritetlərindən biri də məhz mədəni irsin mühafizəsi ilə bağlıdır.  

2.  Mədəni  və  tarixi  irsin  qorunması  (burada  mədəniyyət  təsisatlarının  bütün  infrastrukturu 

özündə əks etdirir). 

3. Yaradıcılığın himayə edilməsi 

Mədəniyyətin  insan  inkişafı  amili  kimi  dərk  edilməsi  və  qəbul  olunmasının  gücləndirilməsi 

(7, s.201). 

Dövlətimiz  tərəfindən  müəyyənləşdirilən  prioritetlərin  ardıcıllığı  və  icrası  müasir 

multikulturalizmin  dayaqlarını,  bazis  əsasını  təşkil  edir.    Tarix  boyu  müxtəlif  mədəniyyətlərin 

təşəkkül  tapdığı  bu  coğrafi    ərazisində  yaradılan  maddi  və  mənəvi  mədəniyyət  nümunələrinin 

qorunması,  burada  yaşayan  ayri-ayrı  etnosların  güvənclərini,  daxili  rahatlıqlarını  təmin  edir.  Çox 

təəssüf ki, belə humanist və altruist münasibətlərdən istifadə edən erməni millətçiliyi multikultural 

prinsiplərin  təşəkkülünə  zərbə  vurmağa  çalışır.  Ancaq  əksinə,  Azərbaycan  xalqı  özünün 

ümumbəşəri dəyərlərə sadiqliyini, multikultural və tolerantlıq prinsiplərini erməni millətçiliyi kimi 

xəstə  təxəyyülə  qurban  verməməlidir.  Ona  görə  də  çox  haqlı  olaraq  ölkə  prezidenti  2016-cı  ili 

multikulturalizm  ili  elan  etmişdir.  Qoy  dünya  ictimaiyyəti  və  erməni  yalanları  ilə  beyinləri 

dumanlanmış qüvvələr Azərbaycanda mövcud olan dini dözümlülük və mədəni müxtəlifliklərin bir 

çox  ölkələrə  nümunə  ola  biləcək  səviyyədə  olduğunu  görsünlər  və  birgəyaşayış  qaydalarının, 

tolerant  münasibətlərin  bizim  üçün  bir  həyat  tərzi,    onlar  üçün  isə  dözümsüzlük  və  ərköyünlük 

olduğunun  şahidi olaraq belə bir sualın cavabını tapmağa çalışsınlar.  Necə olur ki,  burada bütün 

millətlərin  nümayəndələri  (hətta  hazırda  Bakıda  yaşayan  ermənilərin  özləri)  və  dini  konfessiyalar 

dinc  və  firavan  yaşayırlar,  bəzi  erməni  qüvvələri    isə  bunun  mümkünsüzlüyünü    iddia  edirlər.  

Əlbəttə  cavab  göz  önündədir.  Ona  görə  də  hazırda  Azərbaycan  demək  olar  ki,  dünyada  keçirilən 

beynəlxalq  səviyyəli  tədbirlərin  vətəninə  çevrilmişdir.    Hazırda  Azərbaycan  xalqı  rahat,  

təhlükəsizlik  və    sülh  şəraitində  yaşayır.  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  formalaşması  və 

möhkəmlənməsi  istiqamətində  çox  önəmli  addımlar  atılır.  Ölkəmizdə  əsas  inkişaf  istiqamətləri  ilə 

əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında 

birləşmişdir: azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq. Eyni 

zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük 

hörmət vardır. Azərbaycanda dini və milli tolerantlığın, dözümlülüyün yüksək səviyyədə olması və 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

355

 

 



 

 

bütün xalqların rahat, mehriban şəkildə yaşaması, əlbəttə ki, digər ölkələr üçün nümunə ola bilər və 



bu da hər bir ölkənin eləcə də, bəşəriyyətin, insanlığın   inkişafı üçün çox vacibdir. 

Müasir  dövrdə  yüksək  milli  mədəniyyət  yalnız  öz  xalqına  xidmət  etməklə  yekunlaşmır  və 

həm də bəşəri xarakter daşıyır. Qarşılıqlı ünsiyyətdə həm özü zənginləşir, həm də başqa millətlərin 

mədəniyyətlərinin  mənəvi  dəyərlərinin  zənginləşməsinə  rəvac  verir.  Yaşadığımız  müasir  dövr 

mədəniyyətlərin  eyniləşdirilməsinə  milli  köklər  və  qaynaqlardan  ayrılmasına  qarşı  çıxaraq  onun 

gələcəyini  mədəniyyətlərin  əməkdaşlığında,  ünsiyyətində,  bədii  yaradıcılıq  əlaqələrinin 

möhkəmləndirilməsində  və  qarşılıqlı  fəaliyyətinin  mütərəqqi  prosesində  görür.  Tarixən  ölkəmizdə 

formalaşmış  multikultural  və  tolerant  münasibətlərin  əsasında    da  məhz  bu  ideyalar  dayanır.  Bu 

ideyaların  formalaşması  isə  milli  mental  dəyərlərlə  yanaşı,  həm  də  qanunvericilik  təminatı  ilə  də 

təsdiqlənir.  Bu gün Azərbaycan Respublikası dünyanın bir sıra ölkələri ilə mədəni əlaqə saxlayır. 

Belə  mədəni  əlaqələr  millətlərarası  ünsiyyət  mədəniyyətinə,  xalqların  bir-birinə  yaxınlaşmasına, 

onların arasında inam və etiqadın möhkəmlənməsinə xidmət edir.  

Hər  bir  milli  respublikanın  suverenliyi  və  tam  müstəqilliyi  iqtisadi-sosial  sahələrlə  yanaşı 

onun  milli  mədəniyyətinin  də  hər  vasitə  ilə  inkişaf  etdirilməsini,  bu  mədəniyyətin 

özünəməxsusluğunun  qorunub  saxlanılmasını,  xalq  ənənələrinin,  mərasim  və  adətlərinin  mənəvi 

dəyərlərinin  dirçəldilməsi  və  eyni  zamanda  xarici  ölkələrlə  mədəni  əməkdaşlığı  genişləndirməklə 

bədii və qarşılıqlı  yaradıcılıq  əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir. Bu baxımdan 

hər bir ölkənin birinci növbədə mədəniyyət sahəsində qanunvericilik təminatı olmalıdır.  

Mədəniyyətin  qanunvericilik  təminatı  problemindən  bəhs  edərkən  isə  vurğulanmalıdır  ki, 

müstəqil  Azərbaycan  Respublikası  ümumbəşəri  dəyərləri  prioritet  qəbul  edərək  demokratik, 

dünyəvi və  hüquqi dövlət qurmaq yolunu seçmişdir. Həmin yol həm ölkənin dünya birliyinə sivil 

intiqrasiyasının  həm  də  həyat  fəaliyyətinin  bütün  sahələrinin  normal  işləməsinin  başlıca  şərti  olan 

qanunun aliliyinin təsdiqi və ona riayət olunması prinsipini nəzərdə tutur. Azərbaycan xalqı özünün 

çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi 

haqqında”  Konstitusiya  aktında  əks  olunan  prinsipləri  əsas  götürərək  indiki  və  gələcək  nəsillər 

qarşısında öz müstəqilliyini anlayaraq, suveren hüquqdan istifadə edərək, aşağıdakı niyyətini bəyan 

edir: “Ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq 

şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək”(1). 

Azərbaycan Respublikası son illərdə təkcə. mədəniyyətə aid 20-dən çox qanun qəbul etmişdir. 

Eləcə də, beynəlxalq mədəni əlaqələr yeni xarici siyasətin başlıca amillərindən birinə çevrilmişdir. 

Bu gün Azərbaycan Respublikası 30-dan artıq beynəlxalq və regional təşkilatların üzvüdür (6). 

Mədəniyyət  haqqında  Azərbaycan  respublikasının  qanunu  mədəniyyət  sahəsində  dövlət 

siyasətinin  əsas  prinsiplərini,  vətəndaşların  hüquq  və  azadlıqlarını  milli  mədəniyyət  sərvət  sayılan 

obyektlərin qorunub saxlanılmasının inkişafının mədəniyyət sisteminin demokratik əsaslarla təşkili 

və  idarə  olunması  mədəniyyət  sahəsində  fəaliyyətin  hüquqi  əsaslarını  və  beynəlxalq  əlaqə 

formalarını  müəyyən  edir.  Qanunda  Mədəniyyət  haqqında  dövlət  siyasətinin  əsas  prinsipləri  və 

vəzifələri verilmişdir. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır.  

Sosial və maddi vəziyyətindən, milli, irqi, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər 

kəsin mədəniyyət sərvətlərinin yaradılmasında istifadəsində və yayılmasında hüquq bərabərliyi; 

Hər  kəsin  istedadının,  əqli  imkanlarının  üzə  çıxarılmasının  və  yaradıcılıq  azadlığının,  təmin 

edilməsi 

Milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi  (5, s.121). 

 

Hər  bir  milli  respublikanın  suverenliyi  və  tam  müstəqilliyi  iqtisadi-sosial  sahələrlə  yanaşı, 



onun  milli  mədəniyyətinin  də  hər  vasitə  ilə  inkişaf  etdirilməsini,  bu  mədəniyyətin 

özünəməxsusluğunun  qorunub  saxlanmasını,  xalq  ənənələrinin,  mərasim  və  adətlərinin,  mənəvi 

dəyərlərinin dirçəldilməsini və eyni zamanda xarici ölkələrlə mədəni əməkdaşlığı genişləndirməklə 

bədii və qarşılıqlı yaradıcılıq əlaqələrinin bir daha möhkəmləndirilməsini tələb edir. Ümumiyyətlə, 

dövlət siyasəti sahəsində prinsiplərlə yanaşı vəzifələr də məlumdur.  

Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsində yazılır: 

1. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən 

istifadə etmək hüququ vardır.  



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

356

 

 



 

 

2. Hər kəs  tarixi,  mədəni  və  mənəvi irsə hörmətlə  yanaşmalı,  ona qayğı  göstərməli, tarix  və 



mədəniyyət abidələrini qorumalıdır. (1, s.49). 

Hazırki  şəraitdə  Azərbaycan  mədəniyyəti  istər  ölkə  daxilində  yaşayan  müxtəlif  millət  və 

xalqların, istərsə də, qonşu respublikalarda  yaşayan millətlərin mədəniyyətlərini zənginləşdirən və 

onlara  təsir  edən  mühüm  mənbədir.  Son  illərdə  Bakı  şəhərinin,  eləcə  də,  respublikanın  digər 

şəhərlərinin həyatında baş verən sosial-siyasi dəyişikliklər bunun bariz nümunəsidir. Bakının dünya 

mədəniyyətlərindən  birinin  mərkəzinə  çevrilməsini  qloballaşma  və  multikulturalizm  hadisəsi  kimi 

də qəbul etmək olar.  

Multikulturalizm  və  tolerantlıq  müxtəlif  sivilizasiyaların  və  konfessiyaların  dinc  yanaşı 

yaşaması  anlamını  verir.  Azərbaycan  tarixən  həmişə  multikulturalizmin  və  tolerantlığın  vətəni 

olmuşdur,  bu  gün  də  vətəni  olaraq  qalır.  Lap  qədim  zamanlardan  etibarən  Azərbaycana  gəlmiş 

müxtəlif  dini  və  konfessiyalı  xalqlar  burada  məskən  salaraq  buranı  özlərinə  vətən  seçmişlər,  yerli 

əhali  ilə  qaynayıb  qarışmışlar.  Bu  tarixi  prosesdə  azərbaycanlılar  bir  xalq  kimi  formalaşmış  və 

tədricən  millətə  doğru  inlişaf  etmiş,  bir  millət  olaraq  burada  yaşayan  digər  millət  və  xalqların 

mədəniyyətlərindən  həm  bəhrələnmiş,  həm  də  onlara  öz  mədəni  dəyərlərini  ötürmüşdür.  Heç  də 

təsadüfi  deyildir  ki,  Azərbaycanın  paytaxtı  Bakı  şəhəri  XX  əsrin  lap  əvvəllərindən  etibarən 

“beynəlmiləl şəhər” statusunu qazanmışdır. Bakı tam bir əsr ərzində Qafqaz xalqlarının, eləcə də, 

buralara  köçüb  gəlmiş  xarici  ölkə  vətəndaşlarının  mədəniyyət  mərkəzinə  çevrilmişdir.  Belə  ki, 

2008-ci  ilin  dekabr  ayınin  2-3-də  Avropa  Şurasının  üzvü  olan  dövlətlərin  mədəniyyət  nazirlərinin 

“Mədəniyyətlərarası  dialoq  Avropa  və  onun  qonşu  regionlarında  davamlı  inkişafın  və  sülhün 

əsasıdır” mövzusunda konfransı məhz Azərbaycanda (Bakıda) keçirilmişdir. Bakı şəhəri 2009-cu il 

üşün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi 

Milli  Kulturoloqların  Forumu  artıq  ənənəvi  hal  almışdır.  Azərbaycanın  dünyanın  mədəniyyət 

mərkəzlərindən  biri  olduğunu  sübut  edən  tədbirlərdən  biri  də  2011-ci  il  aprelin  7-9-da  Bakıda 

keçirilmiş  “Dünya  mədəniyyətlərarası  dialoq”  Beynəlxalq  Forumu  və  10-12  oktyabr  2011-ci  il 

tarixdə XXI əsr “Ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum olmuşdur.  

Bu barədə profssor İ.Məmmədzadə yazır: ”Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumunda 

Azərbaycanın  Birinci  xanımı,  YUNESKO  və  İSESCO-nun  xoşməramlı  səfiri  xanım  Mehriban 

Əliyeva məhz qlobal səviyyədə dialoq kimi başa düşülən müasir dünyada zəruriliyi kəskin duyulan 



Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin