“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
367
Manilik təlimi III əsrdə İranda, Orta Asiyada geniş yayılmışdı. Bu din özündə eklektik sürətdə
zərdüştiliyin, xristianlığın və buddizmin ayrı-ayrı ünsürlərini birləşdirmişdir (2, s 53). Maniyə (214-
276) görə də işıq ilə zülmət biri-biri ilə daimi mübarizə aparır. Bu təlimdə qaranlıq maddilik ilə
bağlıdır. Qaranlığı Allah yaratmamışdır və buna görə də maddi olanlar onun yaratdığı deyildir.
Dünya, materiya şərdir. Maninin təliminə görə bütün dünya və dünya tarixi işıq və qaranlığın, xeyir
və şərin, Allah və şeytanın mübarizəsindən ibarətdir. Ikili təbiət insan xarakterinə də aiddir. Mani
öyrədirdi ki, insan bu qaranlıq qüvvələrdən ruhunu təmizləməklə xilas ola bilər (3, s. 21). Mani
işığı qaranlıqdan azad etməni təbliğ etməklə insanları bütün dünyəvi olanların asılılığından imtina
etməyə çağırırdı ki, bu da onun təliminin etikasını təşkil edirdi. O, insanların sosial bərabərlikləri və
ədalət uğrunda da mübarizəyə qalxmışdı ki, fəlsəfi cərəyanların mövcudluq tarixi filosofların daim
bu kateqoriyaların bərqərar olması uğrunda mübarizə apardığından xəbər verir.
Dualist təlim olan maniliyin fəlsəfi doktrinasında xeyir və şərin, nur və zülmətin əbədi
mübarizəsindən, zülmət və şərin ağalığı ideyasından bəhs olunur. Təlimin ana xəttini hər bir fərdin,
hər bir canlının “Xeyir Ata” mahiyyətinə can atması təşkil edir (9, s. 34). Təlimə görə qəlb insanın
intellektual keyfiyyətidir. Qəlbin adı ağıl, zəka, təfəkkür, hikmətdir. Manilik şəri pisləsə də, onun
məhv edilməsinə inanmır. Onun tərəfdarları insanı alçaldan hər cür qul əməyini pisləyir, bu cür
əməyi faciə mənbəyi adlandıraraq istismarçılara qarşı çıxırdılar. Manilik V əsrdə yaranan
məzdəkilik üçün ideya mənbəyi rolunu oynadı. Bu iki cərəyanı birləşdirən tərəflərdən biri də
onların hər ikisinin dualist xarakter daşımasıdır. Məzdəkilər belə hesab edirdilər ki, Xeyir
səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğun, Şər səltənətinin hərəkəti isə ağıldan kənar
xaotikdir (10, s 42) Məzdəkilərin bu dünyada Allahdan gələn bərabərliyi təmin etməyə, sosial
bərabərsizlikləri məhv etməyə çağıran görüşləri xürrəmiliyin (ifrat şiələrin ideyaları ilə
məzdəkizmin etiqadlarını birləşdirən təlim. Bu barədə “Azərbaycan tarixi” külliyyatının
ikinci cildindən ətraflı məlumat almaq olar ) ideya əsasını təşkil edirdi.
Xürrəmilik ilk növbədə dövrün hadisələri burulğanında meydana gələn fəlsəfi təlim idi və
insanı hər cür asılılıqdan azad etmək istəyindən doğmuşdur. Formalaşmış, azad fikirli güclü insan
tipi ideyası xürrəmilikdən sonrakı fəlsəfi fikrin inkişafında önəmli rol oynamışdır. Yeni düşüncəyə
sahib olan insanların yetişməsi elmdə və sənətdə azad fikirliliyin inkişafına təkan vermişdir (6,
s.114). Bu təlimdə insanın asılılıqlar məngənəsindən xilasının mümkünlüyü, insan kimi yaşamaq
haqqının olması əsaslandırılırdı. Buna görə bütün təbəqələrdən olan insanlar bu təlimə inanır və
xürrəmilərin hərəkatına qoşulurdular. Bu hərəkat insanı gözəlliyə, nikbin düşüncəyə, dostluğa,
qəmdən, əsarətdən uzaq olmağa, şadlanmağa səsləyir.
Ayrıca isə xürrəmilikdə cəmiyyətin bütün təbəqələrinin mövqeyini əks etdirən hər cür
asılılıqdan azad olmuş yeni düşüncəyə malik güclü insan tipi görürük. Xürrəmiliyin insan idealı
kollektivçiliyə, birliyə həddən artıq meylliliyi ilə fərqlənir. Onları həm də cəmiyyət üçün
düşündükləri yüksək amallar birləşdirir (5, s. 32).
İslamın yayılmağa başladığı və ərəb xilafətinin fəthləri dövründə çox böyük fədakarlıqlarla
ərazi bütövlüyünü, dini düşüncəsini qoruyub saxlamağa çalışan azadlıqsevər, vətənpərvər insanların
“sığınacağına” çevrilən bu siyasi-fəlsəfi cərəyanın öz çıxış nöqtələri vardı. Xürrəmilər azad iradəsi,
sərbəst düşüncə qabiliyyəti olan insanı hərtərəfli hesab edirdilər (5).
Artıq belə bir nəticəyə gəlmək olar ki, Yaxın Şərqin ibtidai icma və erkən feodalizm dövründə
mövcud olan zərdüştilik, maniçilik, məzdəkilik kimi ideoloji təlimlərinin şəxsiyyət probleminə dair
fikirləri formalaşaraq sonrakı dövrlərdə təkcə Azərbaycanda deyil, eləcə də Asiya və Avropada
insan haqqında fikirlərin yaranmasında böyük rol oynamışdır (6, s. 67). Pifaqordan Demokritə
onlardansa Kanta və Hegelə qədər insanı mikrokosmos kimi qiymətləndirən, onu Tanrının canlı
simvolu olmaqla, Onun yaratdığı varlıq hesab edərək bütün mövcudatı onda mərkəzləşdirən(5,63)
Şərqə, Zərdüştiliyin müqəddəs kitabına müraciət etdiklərini söyləmişlər. Mövcudatın əsasında
Xeyir və Şərin mübarizəsi dayandığını, bu mübarizədə xeyir adlı başlanğıcın mütləq qalib
gələcəyini söyləyən antik yunan filosoflarından estafeti alan alman filosofları istər əxlaqın qəti
imperativlərinə müraciət edəndə, istərsə də dialektikanın üç möhtəşəm qanununu formula edəndə
yenə zərdüştə müraciət etmiş və bunu yüksək hörmətlə etiraf etmişlər.
Qeyd etdik ki, Azərbaycanda dinlərin tarixi çox qədimdir. Bu mövzuda uzun-uzadı yazmaq
olar, çünki sonrakı əsrlərdə bu torpaqlara İslamın gəlişi, yenə də bizim xeyrin şər üzərində qələbə
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
368
çalacağına, ədalətin bərqərar olunacağına inanan insanlarımıza bir qədər də mənəvi dərinlik gətirdi.
Göründüyü kimi, bu torpaqlarda etiqadların birinin digərini əvəz etməsi, sonda İslamın bərqərar
olması insanlara bir şeyi daha yaxşı anlatmışdır “yer hamının evidir, sülh hamıya gərəkdir !”.
Qədim tarixə malik ölkəmizdə dini-fəlsəfi tolerantlığın kökləri məhz elə buradan qaynaqlanır. Bu
cür zəngin mənəvi dəyərlərə sahib olmamız bu dəyərlərə qiymət verənlər yanında şansımız, bu
dəyərlərdən məhrum olanlar yanında (erməni xislətinə bu dəyərlər tamamilə yaddır) isə təəssüf ki,
zəifimizdir.
Ədəbiyyat:
1. Məmmədov Z. Azərbaycan fəlsəfə tarixi. Bakı, 1994,340 s.
2. Məmmədov R. T. Zərdüştiliyin fəlsəfi aspektləri. Fəls. Elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiya işinin avtoreferatı. Bakı, 1999, 27s.
3. Nigar Cərulla qızı. Fəlsəfi-bədii fikir tarixində şəxsiyyət konsepsiyası. Bakı, 2000, 379 s.
4. Şahrux Firəngiz. Əski İran ölkəsinin Rəsulu Peyğəmbər Zərdüşt. Los- ancelos, Kaliforniya:
Kaliforniya zərdüştçilərinin mərkəzi, 1991,22 s.
5. Şəkixanova M.M. Sufizm fəlsəfəsinin “Kamil İnsan” konsepsiyası. Bakı, Təknur,
2007,157s.
6. Vəliyev İ. Ö. Bədii ədəbiyyatda və təsviri sənətdə insan konsepsiyası. Filoloqiya elmləri
doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi. Bakı, 1999, 350 s.
7. Геюшев Р. Христианство в Кавказской Албании. По данным археологии и
письменным источникам. Баку, Элм, 1984, 191 стр.
8. История Азербайджанской философии. Т.1.Баку, Элм, 2002. 358 стр.
9. Маковельски А.О. Авеста. Баку, Изд-во АН. Аз. ССР, 1960, 142 стр.
10. Пигулевская Н.В. Маздакитское движение, Изд-во АН. СССР, Серия Ист.,фил., №4,
1944, с 34-4
Matanat Shakikhanova
Azerbaijan has historically tolerance to the philosophy
Summary
The article refers to the religious and philosophical directions (manism, mazdakism,
zarvanism, hurramism, gnosticism), existing in the territory of the ancient Azerbaijan. With the
opening of the objectives philosophical doctrines of these currents, it is shown that in our land since
ancient times created conditions for the development of tolerance for all religions, before and after
Islam. The highest spiritual qualities of our motherland based on this historical fact.
Xalidə Xəlilova
AMEA-nın Fəlsəfə İnstitutunun kiçik elmi işçisi
khalidakhalilova@yahoo.com
AZƏRBAYCANDA ETNİK QRUPLARIN
MULTİKULTURAL MƏDƏNİYYƏTDƏ YERİ
Açar sözlər: Azsaylı xalqlar, dil, tarix, siyasət, millətçilik
Keywords: Minorities, language, history, politics, nationalism
Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Tarixi
keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
369
mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərq, Şimalla Cənub arasında
“Qızıl körpü” rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir
çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir. Azərbaycan etnosunun tarixini nəzərdən
keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə
əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin
əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda
millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus
azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri,
kürdlər), Qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlar, ingiloylar, qrızlar, xınalıqlar), slavyan
(ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.
1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və
etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət
yardımı haqqında” Fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və
etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi
amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birgəyaşayış qaydalarına
əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik
xüsusiyyətlərini qoruyub saxlamışlar [1; s. 4].
Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Respublikası dünyada zəngin multikultural
dəyərlərə, tolerantlıq ənənələrinə malik olan və müxtəlif dinlərin yanaşı mövcud olduğu çoxmillətli
dövlət kimi tanınır. Azərbaycanın qədim dövlətçilik tarixində multikulturalizmin özünə mühüm yer
tutması onun ərazisində yaşayan əhalinin milli-etnik dəyərlərinin zənginləşməsinə təsir göstərir və
mədəniyyətlərarası dialoq üçün əlverişli şərait yaradır. Müxtəlif tarixi dövrlərdə bütpərəstlik,
zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox digər dini cərəyanların Azərbaycan ərazisində
yayılması ölkənin multikultural mənzərəsinin formalaşmasında xüsusi rol oynamışdır. Azsaylı
xalqlar və etnik qrupların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması Azərbaycanda
polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biridir.
Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətinin əsası hər zaman xalqını,
millətini öz maddi və mənəvi dəyərlərini, sərvətlərini, mədəniyyətini, tarixini hər tərəfli tanıtmaqla
yanaşı müxtəlif etnik qruplara məxsus olan xalqların tarixini, mədəniyyət və adət ənənələrin
öyrənmək yaddaşlara həkk etdirmək olmuşdur. O, azərbaycançılıq ideologiyasına əsaslanmaqla
ölkəmizdə yaşayan bütün azsaylı xalqların maraqlarına cavab verən, mədəni müxtəlifliyi təmin
edən, onu zənginləşdirən dövlət siyasətinin həyata keçirmişdir.
Onun tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özünü identifikasiyanın etnik, dini,
sosiomədəni, siyasi və fərqli aspektdən yanaşması ölkəmizdə yaşayan bütün azsaylı xalqları öz
ətrafında birləşdirdi. Bu ideologiya milli münasibətlərin inkişafı, müxtəlif dini konfessiyaların eyni
məkanda yanaşı mövcud olması, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında
milli həmrəyliyin möhkəmlənməsi, onların müstəqil dövlət quruculuğu proseslərində fəal iştirakı
üçün hərtərəfli və əlverişli imkanlar yaratdı.
Ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycanın varı, dövləti təkcə onun
pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Azərbaycanda
yaşayan hər bir xalqın öz etnik xüsusiyyətini qoruyub saxlamaqla yanaşı, başqa xalqların və etnik
qrupların həyat tərzi, məişəti, adət-ənənəsi və mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz
edərək, onların qarşılıqlı surətdə inkişaf etməsinə təminat yaratmalıdır. Ümumi birgəyaşayış
qaydaları əsasında bu xalqlar bir-birinə yaxınlaşmaqla yanaşı, eyni zamanda, özlərinin mədəni-
mənəvi dəyərlərini və etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayırdılar [2].
Heydər Əliyev xristianların müqəddəs Milad bayramı - İsa peyğəmbərin mövludu
münasibətilə təbrik edərək qeyd etmişdir ki, “Xristianlıq ölkəmizdə qədim tarixə malikdir.
Qafqazda xristianlığın ilk məbədləri məhz Azərbaycan torpağında yaradılmış və əsrlər boyu
Azərbaycanda İslam, yəhudi və xristian dinləri ilə yanaşı mövcud olaraq insanlar arasında sülh,
əmin-amanlıq, mehriban dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayıb yaratmışlar.
Azərbaycan xalqına xas olan insanpərvərlik və tolerantlıq kimi yüksək mənəvi keyfiyyətlər tarixən
Azərbaycanda milli-irqi ayrı-seçkilik, dini dözümsüzlük zəminində humanizmə zidd halların baş
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
370
verməsini istisna etmişdir. XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikası bu gün də öz tarixi ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və
azadlıqlara, o cümlədən vicdan və dini etiqad azadlığına malikdir. Vətəndaş cəmiyyətinin əsas
prinsiplərinin bərqərar olduğu bir dövrdə ölkəmizdə yaşayan hər bir insana öz dini dəyərlərini, milli
adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik hüquqi
siyasi şərait yaradılmışdır. Müstəqil Azərbaycan Respublikasının tam və bərabərhüquqlu
vətəndaşları olan xristian icması bu gün də cəmiyyətimizin ayrılmaz hissəsidir və onlar əsl
vətandaşlıq əzmi ilə həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və
inkişafı üçün əllərindən gələni əsirgəmirlər” [3; s.154-155].
Prezident İlham Əliyevin Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən
Beynəlxalq Humanitar Forumda qeyd etmişdir ki, “Öz dininə hörmət başqa dinə hörmətdən
başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Eyni
zamanda, hər bir ölkənin öz ənənələri vardır”.
Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı
üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.
Tarixən, Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq
milli mentalitetimizə xas olmuşdur. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif
dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc yaşamışlar. Bu ənənə bu gündə
eyni qaydada davam etməkdədir. Bu gün “azlıq” anlayışının mahiyyətlərinə qloballaşma prosesləri
və
dünyada baş verən dəyişikliklər kontekstində yenidən nəzərə salmaqla, onun
zənginləşdirilməsinə, dolğun və əhatəli şərh edilməsinə ehtiyac yarandığını aydın görə bilərik. Ona
görə ki, qloballaşma həm də ölkələrin hüdudlarından kənarda yaşayan insan qruplarının sayca və
məzmunca artmasını şərtləndirən mühüm amillərdən biridir.
Akademik R.Mehdiyevin fikrincə, millət vahid etnik kökdən olan toplum yox, müəyyən
dövlətə öz dövləti kimi baxan insanlardır. Xalq isə hər hansı dövlətdə yaşayan əhalinin cəmidir.
Fəlsəfə elmləri doktoru Ə.Tağıyev məsələyə fərqli yanaşır və etnosa bir neçə tərif verir: etnos bir-
birinə oxşayan, eyni cür düşünən insanların sabit birliyidir, sosial kateqoriyadır, təbiətin övladıdır ,
mənşə ümumiliyinə əsaslanan kollektivdir; hər şeydən əvvəl , müəyyən bir kökə və nəslə malik
insan birliyidir. Fəlsəfə elmləri doktoru Z.Quluzadə isə yazır ki, etnos insanların ərazi, sosial-siyasi
həyat, din və mənəvi mədəniyyət birliyi əsasında formalaşan yığcam birliyidir: “Etnos tarixi
kateqoriyadır. Tarixin gedişində mövcud etnosların bazasında, onların diferensiasiyası və
inteqrasiyası prosesi nəticəsində etnoslar bir-birini əvəz etmişlər. Bu cəmiyyətin etnogenetik
inkişafının ümumi qanunauyğunluqlarından biridir. Son dövrlər milli azlıq anlayışı dünyanın
ictimai-siyasi, sosial-mədəni gündəminə nüfuz edən “multikulturalizm” anlayışı və bu problemə
Azərbaycanda, habelə, yaxın-uzaq digər ölkələrdə müxtəlif cür qarşılanır”.
Bildiyimiz kimi multikulturalizm ingilis sözü olub “çox mədəniyyətlər” deməkdir. Termin
siyasi leksikona ilk dəfə 1970-ci ildə Avstraliyada immiqrasiya naziri vəzifəsində çalışmış Al
Kresbi tərəfindən daxil edilib. O, anqlo-saksonlarla yeni avstraliyalılar arasındakı nifaqın aradan
qaldırılmasına səy göstərmiş, 1979-cu ildə hökumət Mədəni Müxtəlifliyin Problemləri üzrə
Avstraliya İnstitununu, 1987-ci ildə isə Multikulturalizm Problemləri Komitəsini yaratmışdır.
Multikulturalizm milli, dini, irqi və mədəni çeşidliyin və fərqliliyin qarşılıqlı hörmət və
anlaşma zəmində qəbul edilməsi, bir cəmiyyətin bütün üzvlərinin konstitusion mədəni hüquqlarının
qorunması və adı çəkilən müxtəlifliyin xalqın ümumi rifahına və sabit inkişafına xidmət etməsinə
nail olan təbii və düşünülmüş həyat tərzinin nəticəsi kimi başa düşülür.
Ümummilli lider Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb
ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub
saxlamalı, dünyada ən yüksək səviyyədə təbliğ etməliyik: “Azərbaycan əhalisinin çoxmilli tərkibi
bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdə bu
torpaqda yaşayan, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz
bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirirsə, bir o qədər
zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
“Azərbaycanlı” sözü bizi həmişə birləşdirib [4. s. 14].
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
371
Multikulturalizmin nəzəri əsasını liberalizm və onun azadlıq, bərabərlik, qardaşlıq kimi
dəyərləri təşkil edir. Məhz bu səbəbdən multikultural cəmiyyətdə sosial ədalətsizliyi aradan
götürməklə yanaşı, irqçiliklə bağlı ədalətsizliyə qətiyyən yol verilmir. Lakin liberalizmdən fərqli
olaraq multikulturalizm fərdlərin deyil, qrupların hüquqlarını ön plana çəkir. Multikulturalizm bir
siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Tolerant cəmiyyətdə
multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir
mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır [5].
Müasir sosial sistemlərin fərqli xüsusiyyətləri onların qlobal dünyəvi proseslərdə fəal
iştirakıdır (informasiya, maliyyə, siyasi, sosial, iqtisadi və s.). Qloballaşmanın məntiqi nəticəsi
intensiv miqrasiyanın yerdəyişməsidir. Nəticədə, hardakı şəxsiyyət, iqtisadi-sosial və mədəni
dəyişiklikliyə məruz qalırsa, bu sosial-mədəni və etnik kimlik dəyişikliklər şəklimdə fərdi şüur
səviyyəsində özünü göstərir. Kütləvi şüur səviyyəsində aparıcı dəyişikliklər tarixən əhalidə
formalaşmış sosial və etno-mədəni dəyişiklikliklərə gətirir. Qlobal miqrasiya prosesləri müxtəlif
etnik və mədəni sosial icmaların mövcudluğuna töhfədir. Lakin, eyni zamanda əhalinin müxtəlif
etnik qruplar arasında etnik mədəni ziddiyyətlərdə özünü göstərir. Hansı ki, sosial fəaliyyət
çoxmədəniyyətli icmaların sabitliyinin pozulmasına gətirir. Bununla əlaqədar burda əsas tətbiqi
psixoloji məsələ optimal texnologiyaların və alqoritmlərin axtarışının multikultural sosial fəzalarda
insanların etnik mədəni uyuşmasıdır. Qoyulmuş məsələ, insanların ımədəniyyətlərarası qarşılıqlı
əlaqəsinin hərtərəfli struktur təhlili hesab oluna bilməz. Bütün bunlar əsas tənzimləyicini müəyyən
etmək üçün lazımdır [6; 7].
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə
mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına
hörmət təmin olundu. Bununla yanaşı, ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir
çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün xalqların mədəni kimliyinə təminat verildi.
Onların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf
etdirilməsinə hüquqi zəmin yaradıldı. Ümummilli liderin bu siyasəti beynəlxalq qurumlar tərəfindən
də hər zaman müsbət qarşılanırdı.
Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycan əhalisinin çoxmilli tərkibi
bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Dövlət,
ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya
mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən
önəmli istiqamətlərindən birinə çevrilmişdir. 2014-cü il fevral ayının 28-də verilən Sərəncamda
göstərilir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşavirliyinin təsis edilməsi də həyata keçirilən uğurlu multikulturalizm siyasətinin
göstəricisidir. Eyni zamanda, multikulturalizmi dövlət siyasətinin əsas komponentlərindən biri kimi
dəyərləndirilməsinin nəticəsidir ki, 2014-cü ilin may ayında Prezident İlham Əliyevin fərmanı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
açılışında Prezident İlham Əliyev qeyd etdi ki: “Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik
qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr
edirik ki, bu müsbət meyllər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər
salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə
fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın
qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi
Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar,
atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün
Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu
inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz
bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın
təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”.
|