“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
362
9. Süleymanov Ə. A. Babaların hikmət xəzinəsi [Mətn]: milli azlıqların folkloru /Ə. A.
Süleymanov; red. M. Qasımlı, Z. Əlizadə; AMEA, Şəki Regional Elmi Mərkəzi. Bakı: Apostroff,
2011.- 254 s.
10. www.az.salamnews.org
11. www.paralel.az
12. www.baki-xeber.com
XÜLASƏ
Məqalədə
qloballaşma dövründə Azərbaycan yaşayan azsaylı xalqların milli
mədəniyyətlərindən və multikultural dəyərlərdən bəhs olunur. Burada əsrlərdən bəri ölkəmizdə
yaşayan etnik qrupların keçdiyi tarixi inkişaf yolundan, onların sayı, tarixən məskunlaşdığı coğrafi
ərazilərdən danışılır və bunların milli mədəniyyətimizə, adət-ənənələrimizə təsiri qeyd olunur.
Xüsusilə milli təhsil konsepsiyasında etnik qruplara dövlət qayğısının aktual istiqamətlərinə də
toxunulur. Eyni zamanda tarixən multikultural şəraitdə yaşamış azsaylı xalqların milli dəyərlərinin
qorunması istiqamətində beynəlxalq normalara əsaslanan hüquqi bazanın yaradılması məsələsindən
bəhs olunur və bunun gələcək perspektivləri haqqında fikirlər səsləndirilir.
Metanet Amrahova
ETHNIC-CULTURAL AND MULTICULTURAL VALUES IN AZERBAIJAN DURING
THE GLOBALIZATION PERIOD
Summary
The article deals with the scanty peoples’ national cultures and multicultural values living in
Azerbaijan during the globalization period. The history of the development of the ethnic groups
living in Azerbaijan for many centuries is traced, the information about their numbers, historical
geographical territories of settling, national cultures, their influence on the Azerbaijani customs,
traditions is given. At the same time the urgent problem of creation of the legal basis on the base of
international norms directed to preservation of scanty peoples’ national values living in the
multicultural environment during the long historical period in the conception of the national
education is considered; the ideas about the further perspectives are noted.
Könül Yaqub qızı Əzimova, Rəssamlar İttifaqının üzvü, mədəniyyətşünas
Bakı Xoreoqrafiya Akademiyası tədris şöbəsinin metodisti
Konul-xfn@mail.ru
MƏDƏNİYYƏTİN İNKİŞAFINDA MULTİKULTURALİZMİN ROLU
Açar sözlər: Mədəniyyət, müstəqillik, tədbir, inkişaf, dünyagörüşü, həyat tərzi.
Key words: Event, vision, life, culture, development and independence.
Azərbaycan xalqının dünya xalqları ilə mədəni, iqtisadi, ədəbi, siyasi və sair əlaqələri gün-
gündən möhkəmlənir və inkişaf edir. Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyev
deyirdi: ”Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici
xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar,
yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.(6. səh, 21) Xalqımızın mənəviyyatını
zənginləşmək üçün, dünyada tanınmaq üçün, milli mədəniyyətimizin hərtərəfli inkişafı üçün hər bir
vətəndaşımız çalışmalıdır. Müasir dövrümüzdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər nəticəsində
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
363
ədəbiyyatımızla, incəsənətimizlə, mədəniyyətimizlə, dünyanı heyran qoyan nadir incilərimizi
tanıtmaqla ölkəmizin şöhrətini təmsil etmiş oluruq.
Prezident İlham Əliyev demişdir. "Multikulturalizm Azərbaycanda həyat tərzidir”(1). Milli
mədəniyyətlərin qovuşduğu diyar, tolerantlıq məkanı Azərbaycan, bizim doğma vətənimizdir.
Multikulturalizm anlayışının açıqlaması özündə dərin məna kəsb edir. Beynəlxalq anlayışda
multikulturalizm terminin anlayışı eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan
humanist dünyagörüşü və ona uyğun siyasət kim i qəbul olunur. Dünyada mədəniyyətin əsas inkişaf
faktorları sırasında müxtəlif dövlət və xalqların mədəniyyətlərinin qarşılıqlı fəaliyyət və qarşılıqlı
təsiri mövcuddur. Hər bir insan öz cəmiyyətinin, xalqının və nəhayət öz vətəninin təmsilçisi olaraq
mədəniyyət daşıyıcısıdır. Vətənimiz Azərbaycanda müxtəlif millətlərin, dinlərin və
mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığının
şahidi oluruq. Müstəqilliyini bərpa etdikdən sonra müasir dövrümüzdə ölkəmizdə multikulturalizm
ənənələrinin güclənməsinə dövlət dəstəyi daha da artıb. Mədəniyyətin inkişaf səviyyəsi və
istiqaməti insanın yaradıcı fəaliyyəti, biliyi, bacarığı, cəmiyyətin yaratdığı imkanlardan real zaman
məkanında istifadəsi ilə şərtlənir. Fəlsəfi lüğətlərdə multikulturalizm sözünün mənasına diqqət
yetirsək “multi”–“çox”, “çoxluq”, “müxtəliflik”, “kulturalizm” isə “mədəniyyət” mənasını,
mədəniyyətlərarası münasibətlərdə mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı mənasında işlənir.
Mədəniyyətin multikulturalizm ilə vəhdəti həyat şəraitinin yüksəlməsinə, beynəlxalq mədəni
təcrübə əsasında yeni biliklər isə insanı zəruri biliklərlə yiyələnərək nailiyyətləri ilə fəxr etməyə,
rəqabətə qabil dünyagörüşü ilə silahlanmağa şərait yaradır. Mədəniyyət isə öz növbəsində insan
şüurunu, cəmiyyət və dövlətin həyat, məişət və fəaliyyətini, texnologiyaları, iqtisadiyyat və siyasət,
həyat tərzi, millət və xalqların adətləri və mədəni irsi, hüquqi, etik və estetik normaları, ictimai və
beynəlxalq münasibətləri əhatə edir. Azərbaycan mədəniyyəti yeni inkişaf səviyyəsinə ictimai və
beynəlxalq münasibətlərin, siyasi və iqtisadi inkişafın təməli, ictimai tərəqqinin inkişafına kömək
olan multikulturalizm sahəsində keçirilmiş tədbirlər, proqramlar, müxtəlif konfranslar, konsertlər,
sərgilər və sair nəticəsində çatmışdır.
2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən
toplantısı keçirilmişdir. Tarixdə ilk dəfə olaraq bu tədbirə İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Və bunun ardınca 2009-cu ildə Bakıda İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından
mədəniyyət nazirləri qatılmışdı. "Bakı prosesi" adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya
dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar
forumlarının keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin təbliğində
Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradılmışdır. 2015-ci il mayın 18-də Bakıda III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılışı baş tutmuşdur.
"Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı
daha bir addım idi” Prezident İlham Əliyev çıxışında demişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə "Dini tolerantlıq:
Azərbaycanda birgə yaşamaq mədəniyyəti " mövzusunda keçirilən konfransda vətənimizin
multikulturalizmin inkişafında dəyərli və vacib rolu olduğu dəfələrlə vurğulanıb.
Ümumiyyətlə, son dövr Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqun mərkəzinə,
mədəniyyətlərin qovuşduğu diyara çevrilmişdir. Azərbaycan həmişə milli, tolerantlıq məkanı
olmuşdur. Bu məkanda müxtəlif millətlər və xalqlar dini və etnik mənsubiyyətindən asılı olmayaraq
mehriban dostluq şəraitində yaşamışlar. Bu gün də müstəqil dövlətimiz müxtəlif xalqların və
millətlərin birgəyaşayış ənənələrini qoruyub saxlayır. Mövcud milli-mədəni müxtəliflik və etnik-
dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi, dünya miqyasında
mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Prezident İlham Əliyevin dediyi kimi
ölkəmiz əsrlər boyu burada yaşayan bütün millətlərin, dinlərin nümayəndələri üçün Vətən
olmuşdur. “Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı
ölkədir. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirik ki, Azərbaycanın
uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır ”.(2)
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
364
Bakıda müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlər keçirilir. Multikulturalizmin inkişafı
sülhün, təhlükəsizliyin, dincliyin təmin edilməsi üçün vacib və önəmlidir. Belə mötəbər tədbirlərdən
Bakıda keçirilən Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqəsini,
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Mədəniyyətlərarası
innovasiya mükafatı ”nın təqdim edilməsi mərasimini, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -
TÜRKSOY-a üzv ölkələrin “Türk Dünyası İşarə Dili Mədəniyyət və Sənət Festivalı”-nı və sair
misal göstərmək olar.
Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Bu xalqlara
mənsub olan tarixi və dini abidələr dövlətimiz tərəfindən qorunur. Hal-hazırda xarici dillərin
öyrənilməsi və tədrisi xalqlar arasında dostluq yaratmaq, bir - birini qarşılıqlı surətdə anlamaq,
elmi-texniki, ədəbi-bədii, incəsənət nailiyyətləri ilə tanış olmaq məqsədi daşıyır (5, s. 97).
Azərbaycanda din azadlığı, vicdan azadlığı tam şəkildə təmin olunub. Müstəqillik dövründə dövlət
tərəfindən yüzlərlə dini abidə - məscidlər, kilsələr, sinaqoqlar tikilib və təmir edilmişdir və bu
proses indi də davam edir.
Bu gün Azərbaycan bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir.
Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin məqsədi də
budur. Azərbaycan inkişaf edir, dünya arenasında özünün potensialını hamıya tanıtdırır.
Multikulturalizm sahəsində ölkəmizdə bu sahədə davamlı iş aparılır. Multikulturalizm prosesinin
daha əhəmiyyətli rol oynamasının təşkili məqsədilə Prezident İlham Əliyev Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır. Fərmanda qeyd edilir ki,
sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq
ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan
Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və
uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük
tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə
qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.(3)
Dövlətimizin başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan
etmişdir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və
sivilizasiyalararası anlaşmada aparıcı rol oynamışdır. Ölkəmizdə heç vaxt dini və etnik zəmində heç
bir qarşıdurma olmayıb və bu proses indi də davam etdirilir. Azərbaycan cəmiyyətindəki
dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaratmışdır. Bu da bir nümunə kimi beynəlxalq
ictimaiyyətin diqqətini cəlb edir. Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və
möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur. Tarixən İpək Yolu üzərində
yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Əsrlər boyu milli-
mədəni mühitinin formalaşdığı məkan, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm
artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün
də böyük əhəmiyyət verilməsindən xəbər verir. Multikulturalizm bu gün Azərbaycanda gedən
demokratik proseslərin ayrılmaz tərkib hissəsidir.
Biz nadir bir irsin varisləriyik,
Yüksək mənəviyyat sahibləriyik.
Böyük bir tarixi keçmişimiz var,
Bu irsə layiqlik böyük iftixar(4, s .433).
Azərbaycan çox zəngin tarixi olan bir dövlət olmaqla bərabər mədəniyyət zənginliyi ilə də
fəxr edə bilər. Azərbaycan mədəniyyətinin tarixi sərhədləri təyin etmək çox çətindir. Tarix boyu
Azərbaycan mədəniyyətinin nümunələri dünyanın başqa-başqa yerlərində təmsil olunmuşdur. Bütün
dünyada Azərbaycan mədəniyyətinə maraq çox böyükdür. Həmçinin Azərbaycanın zəngin
mədəniyyət ocağı olduğunu dünyaya tanıtmaqda multikulturalizmin böyük əhəmiyyəti vardır.
Azərbaycanda “Multikulturalizm ili” elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər
dünyaya bir mesaj olaraq, Azərbaycanın bu regionda rolunu müəyyən edir. Sanki bir körpü kimi
vətənimiz Şərqi də, Qərbi də özündə birləşdirmək iqtidarındadır. Biz yüksək dəyərlərlə yaşamalı,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
365
milli dəyərləri qorumaqla dünya mədəniyyətinə inteqrasiya olmalıyıq. Müstəqil Azərbaycanın
beynəlxalq aləmdə yüksələn nüfuzunda multikulturalizmə verilən diqqət özünü doğruldur.
Ədəbiyyat:
1.http://metbuat.az
2.http://www.xalqqazeti.com
3.http://www.president.az
4. Yarat, yaşa. Mustafa Salahov. Bakı 2005.
5.Neçə dil bilirsən... Abdulla Qarayev.Gənclik.Bakı.1979
6.Heydər Əliyev və milli-mədəni dəyərlərimiz.Timuçin Əfəndiyev.Bakı.2011
Xülasə
Məqalədə mədəniyyətin multikulturalizm ilə vəhdətinın həyat şəraitinin yüksəlməsinə,
beynəlxalq mədəni təcrübə əsasında yeni biliklər isə insanı zəruri biliklərlə yiyələnərək
nailiyyətləri ilə fəxr etməyə, rəqabətəqabil dünyagörüşü ilə silahlanmağa şərait yaradığında
danışılır. Mədəniyyət isə öz növbəsində insan şüurunu, cəmiyyət və dövlətin həyat, məişət və
fəaliyyətini, texnologiyaları, iqtisadiyyat və siyasət, həyat tərzi, millət və xalqların adətləri və
mədəni irsi, hüquqi, etik və estetik normaları, ictimai və beynəlxalq münasibətləri əhatə edir.
Konul Ezimova
Summary
The article speaks of unity between culture and multiculturalism, which leads to higher living
standards, and to acquire the necessary knowledge on the basis of international cultural experience -
a sense of pride in the successes and achievements, it creates the conditions for competitive
weapons capable of outlook. A culture, in turn, covers the human consciousness, life, everyday life
and activities of state and society, technology, economics and politics, lifestyle, traditions and
customs, cultural heritage of the peoples and nationalities, legal, ethical and aesthetic norms, public
and international relations.
Mətanət Şəkixanova
AMEA-ın Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi
Metanet.şhekihanova@mail.ru
AZƏRBAYCAN TARİXƏN XOŞGÖRÜ FƏLSƏFƏSİNƏ SAHİBDİR,
Açar sözlər: Azərbaycanda dinlər, mədəniyyətimizin qaynaqları, Azərbaycan tolerantlığı
Key words: religions in Azerbaijan, sources of our culture, Azerbaijani tolerance
Məqalədə qədim Azərbaycan torpaqlarında mövcud olan dini-fəlsəfi təlimlərdən (manilik,
məzdəkilik, zərvanilik, qnostisizm, xürrəmilik) söhbət açılır. Bu təlimlərin fəlsəfi doktrinalarının
məqsədləri açıqlanmaqla göstərilir ki, bu torpaqlar İslama qədər və İslamdan sonra da bütün dinlərə
açıq olmaqla tolerantlığa meydan yaratmışdır. Məmləkətimizin üstün mənəvi özəlliklərindən biri
də budur.
Məmləkətimiz tarix səhnəsinin kəskin təzadlar ölkəsidir. Bu kontrastlar müstəvisində və
yolların qovşağında yerləşən Azərbaycanımın başlanğıcdan sanki qismətinə yazılmışdır.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
366
Fərqliliklərdən qaçınılmazlıqlar bu qədim torpaqlarda yaşayanları uzun əsrlərdir ki, ortaq dəyərlər
axtarmağa vadar etmişdir. Bəlkə də bundandır ki, sonuncu din olan İslamın da bu torpaqlarda
yayılması bir o qədər də çətinlik törətməmişdir. İslam, tarix dinlərinin sonuncusu, Tanrı bəxşişinin
şah əsəridir. Tanrının insanlığa bağışladığı son, mütərəqqi, digər tanıdığımız dinlərin məntiqi
yüksəlişi olan bir dindir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, onun dini-fəlsəfi fikrinin
formalaşmasında İslama qədər burada mövcud olan zərdüştilik, məzdəkilik, qnostiklik, manilik,
xristianlıq və s. kimi dinlər və dini-fəlsəfi cərəyanlar mühüm rol oynamışdır. Ümumiyyətlə, Manna,
Midiya, Atropatena, Albaniya, Aralıq dənizi ətrafında yaranan böyük mədəniyyətlər bu ərazilərdə
yaşamış tayfaların, xalqların yayılma yerləri ilə bağlı olub, özündə insan və onun mənəvi, dini-
sosial həyatını əks etdirir (10, s. 8). Bu ərazilərdə yaşamış qədim azərbaycanlıların 2500 illik tarixə
malik ”Avesta” abidəsi də bilindiyi kimi özündə müdrik, xeyirxah insan haqqında daha önəmli
fikirlər toplamış mənəvi mədəniyyət abidəsidir (2, s 65).
Dinlərə mifoloji dünya görüşdən, fərqlilik verən bu dünyagörüşünü mərkəzində yalnız
toxunulmaz Allahın deyil, insan-Allah münasibətinin də durmasıdır. Hər bir dinin zühuru isə
araşdırılarsa özlüyündə bəşər övladını irəliyə aparan mütərəqqi nələrinsə əlavəsidir.
Bir anlıq kainatdan insan amilini, onun haqqında olan düşüncə ilə birlikdə qaldırsaq, hökm
sürəcək boşluğun ən təntənəli, ən zəngin səltənəti belə sönük olmazmı?
Yeganə şüurlu varlıq olan insan öz mövcudluğu ilə həm dərk edən subyekt, həm də dərk
edilən obyektdir (hərçənd axıra qədər olmasa da). Dinlər onlara müraciət edən məhz belə kamil
mövcudatın inanc obyektidir. Seçilmişlərin insanlara müjdəsi olan dinlər insanların mənəviyyat
məktəbləridir. Bu baxımdan istər peyğəmbərlər olsun, istərsə də, peyğəmbər xislətli müdrik
insanlar, onlar bəşər üçün çox işlər görmüşlər.
Qədim Azərbaycansa peyğəmbər Zərdüştdən Məhəmmədə (s.ə.s) qədər müdriklər
pleyadasının ardıcıl zəncirinin insana insan kimi yaşamanı təlqin edən kəlamlarının aşılandığı
məkandır (5).
Heç bir din insana insanlıqdan çıxa biləcək bir iş tutmağı aşılamaz. Zəmanəsinə güzgü tutan
dinlər ancaq insanlara ideal düşünmək, bir az daha geniş düşünərək insanlarla, toplumla yaxşı
yaşamaq üçün imkanlar gətirmişlər. Bütün dinlərin əsl insana müraciətindən, yalnız, “ insana insan
kimi davran!” cövhərini götürmüş azərilər yəqin buna görədir ki, ilk növbədə qonaqpərvərdir,
dincdir, təcavüzkar deyil. Bu torpağın sülhsevər insanları yer adlı planetin hamının ümumi evi
olduğunu çoxdan dərk etmiş, müdrik Çin filosoflarının dediyi kimi “pisləri göylərin
cəzalandıracağına” inanmış insanlardır.
Təsadüfi deyil ki, qədim Manna, Midiya, Atropatena və Albaniya ərazilərində yaranmış
böyük maddi mədəniyyətlərlə yanaşı “Avesta”, “Kitabi Dədə-Qorqud” kimi bəşər mədəniyyəti
tarixində “daşlaşan” yazılı abidələr burada yaşamış insanların maddi və mənəvi zənginliyini əks
etdirir ”.
Habelə, elmi ədəbiyyata qədim Azərbaycan torpaqlarında İslama qədər yaranan mənəvi
mədəniyyət nümunələri içərisində, bu torpağın dini-fəlsəfi cərəyanı olan zərdüştiliklə yanaşı, digər
dini-fəlsəfi, ideoloji cərəyanların mövcud olduğu da məlumdur (1, s. 71). Bunlardan qnostisizm,
manilik, məzdəkilik, xürrəmilik və s. bu kimi təlimlər haqqında məlumat vermək yerinə düşərdi.
Qnostisizmin nümayəndələri özlərini Azərbaycanda ilkin xristianlığın yaradıcıları kimi göstərdilər.
Xristianlıq yaxın və Orta Şərqin bir sıra ölkələrində, o cümlədən, Azərbaycanda da erkən
dövrlərdən yayılmışdır. (I əsr) Nəstorilik məzhəbinin banisi Konstantinopol patriarxı (Nəstor 381-
440) deyirdi: “İlahi və insan iki substansiyadır, iki ipostasdır. Tam İlahi ilə insan birləşərək çevrilib
tək İsa, vahid təbiət olmuşdur ”(7, s 15). IV əsrdən (313-cü ildən) Qafqazda Albaniya. İberiya və
Ermənistanın dövlət dininə çevrilmiş xristianlıq ilə o vaxtkı Sasanilər dövlətinin dini ideologiyasına
çevrilmiş Zərdüştilik arasında, insanların qəlbini və ağlını fəth etmək (bu onların siyasi
mənafeyindən irəli gəlirdi) uğrunda kəskin mübarizə gedirdi (1, s 34) Belə ki, qnostiklər ( insanın
mahiyyətini mələklər vasitəsi ilə Allaha qovuşmaqda, onun nuruna çevrilməkdə görürdülər) insanı
nurlu, işıqlı varlıq kimi göstərir, lakin düşünürdülər ki, insan həyata bağlandığı üçün həyat onu
məhv edir. Insan özünün nə dərəcədə nurlu varlıq olmasını dərk etmir, ona görə də insanı həyatın
əlindən almaq maddidən xilas etmək lazımdır.
|