Vüqar Ələsgərov
Azərbaycan Dillər Universiteti, müəllim
vy_aleskerov@mail.ru
FRANSADA MULTIKULTURALİZM VƏ TOLERANTLIQ
Açar sözlər: multikulturalizm, cəmiyyət, qanun, irq, dünyagörüşü
Key words: multuculturalism, cociety, law, prosperity
Tarixi boy Azərbaycan Respublikası müxtəlif din və xalqların nümayəndələrinin dost şəkildə
yaşadığı bir məkan olmuşdur və bu ənənə indi də dəyişməmişdir. Bu gün müxtəlif dini icmaların
birgə tədbirləri heç bir Azərbaycan vətəndaşında təəccüb doğurmur. Hətta vətənimizin müxtəlif
yerlərində xristian, müsəlman və yəhudi məzarlıqları yanaşı salınıb. Ölkəmizdə indiyədək heç bir
sinaqoqa, kilsəyə, qeyri-müsəlman qəbiristanlıqlarına qarşı vandalizm aktı qeydə alınmamışdır.
Müxtəlif xalqlar öz dillərində sərbəst danışa və mədəniyyətlərini inkişaf etdirə bilirlər.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
408
Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini əcnəbi siyasətçilər və
tədqiqatçılar da dəfələrlə etiraf ediblər. Fransanın tanınmış jurnalları və saytları ölkəmizi dəfələrlə
“xristian, müsəlman və yəhudilərin bir-biri ilə heç zaman vuruşmadığı ölkə” adlandırıb.
Multikulturalizm və tolerantlıq anlayışlarına verilən təriflər dövrə və ölkəyə görə dəyişsə də,
bu 2 anlayış ümumi planda dini, irqi, milli mənsubiyyətləri müxtəlif olan insan fərdlərinin qarşılıqlı
anlaşma və dostluq şəraitində yaşamasını ehtiva edir. Multikulturalizm termininin tərif verməyin
çətinliyi isə onun hər ölkədə fərqli şəkildə şərh edilməsidir. Afinanın Panteon Universitetinin
doktoru Dmitris Parsanoqlu (Dimitris Parsanoglou) “Multikulturalizm(lər)” adlı məqaləsində
göstərir ki, bu terminə çox sayda təyinedici söz əlavə etmək mümkündür (korporativ, liberal,
mühafizəkar, maksimalist, demokratik və s.). Alim müxtəlif mənbələrə istinad edərək elmi
ədəbiyyatda multikulturalizmin 47 formasının göstərildiyini qeyd edib [4, s.4].
Fransız dilində “tolérance” məfhumu müxtəlif elm sahələrində, xüsusən də dəqiq elmlərdə
geniş işlənir. Sosial elmlərdə işlənən tolerantlıq termini latın dilindəki “tolerare” sözündən olub,
insanın qəbul etmədiyi, razılaşmadığı anlayışlara qarşı dözümlülük göstərməsi mənasına gəlir.
Əvvəlcə sırf mənəvi anlayış olmuş tolerantlıq sonradan siyasi və hüquqi anlayışa çevrilmişdir. 16-cı
əsrdə maarifçilər də tolerantlığın nəzəri əsaslarını hazırlayarkən məhz bu fakta istinad etmişdilər.
Bizim məqaləmizdə əsas məqsəd Avropanın qədim dövlətçilik ənənələrinə malik olan
Fransada multikulturalizm və tolerantlığın tarixi aspektini və müasir vəziyyətini təhlil etməkdir.
Obyektivlik naminə qeyd etməliyik ki, son illərdə Azərbaycan mətbuatında müxtəlif ölkələrdə
multikulturalizm və tolerantlıq barədə çox sayda xəbər yer alıb. Amma təəssüf ki, Fransadakı
vəziyyət tədqiqatçıların diqqətindən kənarda qalıb.
Avropa Şurasının 2009-cu il tarixli hesabatında qeyd edilir ki, bütün Avropa ölkələri
multikulturaldır. Avropa cəmiyyətinə daxil olan hər yeni qrup öz mədəniyyətini də bura gətirir və
nəticədə multikultural cəmiyyətlər yaranır. Multikultural cəmiyyətdə müxtəlif mədəni
mənsubiyyətlər bir –biri ilə toqquşmur, əksinə çulğaşır.
Fransız sosioloq Kristof Boduinin (Christophe Beaudouin) fikrincə fransız cəmiyyəti
Yakobin diktaturası dövründən etibarən əsasən universaldır. Yəni, inteqrasiya prosesində insanların
dini, dili, dərisinin rəngi çox vaxt ikinci dərəcəli amildir. Başlıca şərt respublika dəyərlərinin qəbul
edilməsidir. Bununla belə, sosioloq qeyri-fransızların Fransa cəmiyyətinə inteqrasiyası zamanı əsas
çətinlikləri də qeyd edir. Alimin fikrincə, bir neçə amil Afrika və Şərq ölkələrindən gələnlərin
Fransa cəmiyyətinə inteqrasiyasını, bəzən qeyri-mümkün edir. Bura dünyəvilikdən imtina,
poliqamiya, endoqamiya, qadının hüquq bərabərliyini rədd etmə kimi respublika dəyərləri ilə
daban-dabana zidd olan dəyərlər daxildir. Təhsil səviyyəsi də öz sözünü deyir. Fransızlar bir qayda
olaraq çoxarvadlılıq və qohumlarla arasındakı nikaha pis baxdıqları halda, müsəlman ölkələrindən
gələrək Fransa vətəndaşlığı alanlar arasında bu hal ənənəyə çevrilib. [5].
Bu gün biz müxtəlif mənbələrdə Fransada müsəlmanların sayı barədə ziddiyyətli məlumatlara
rast gəlirik. Əfsuslar olsun ki, bu xəta ilə bəzən Azərbaycan mətbuatında da rastlaşırıq. Əminliklə
deyə bilərik ki, sözügedən ölkədə müsəlmanların sayı barədə bütün məlumatlar qüsurludur. 6
yanvar 1978-ci il tarixli, 78-17 saylı “İnformatika, azadlıqlar və siyahılar haqqında Qanun”un 8-ci
maddəsinin 1-ci bəndində göstərilir ki, “şəxsi xarakterli, irqi və etnik mənşə, siyasi, fəlsəfi, dini
dünyagörüşünü, həmkarlar təşkilatlarına münasibəti.... birbaşa və ya bilavasitə əks etdirən
məlumatların toplanması və emalı qadağandır”.
Buradan belə nəticə hasil olur ki, Fransadakı hər hansı dini icma üzvlərinin sayı barədə
məlumatlar yalnız vəziyyət barədə ümumi təsəvvür yaratmağa kifayət edir və dəqiqlikdən uzaqdır.
Buna görə də, ciddi araşdırma zamanı bu məlumatların statistika qismində təqdim edilməsi doğru
deyil. Hətta dini qurumlarla məşğul olan təşkilatlar da, Fransadakı müsəlmanların sayını
hesablayarkən ötən əsrin 50-ci illərindən etibarən Afrikadan gələnləri və onların övladlarını əsas
götürürlər.
2015-ci ilin noyabrında Bakı Multikulturalizm Mərkəzində məruzə ilə çıxış edən Fransanın
Nis Antipolis universitetinin Hüquq və siyasi elmlər Fakültəsinin dekanı, AMEA-nın fəxri üzvü
Fransua Vallar da qeyd etmişdi ki, Fransada insanların dini əqidəsinə görə statistikası aparılmadığı
üçün hansı dinin nə qədər tərəfdarı var sualına da doğru cavab vermək mümkün deyil. O, həmçinin
qeyd etmişdir ki, Fransada vahid millət anlayışı mövcuddur.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
409
Fransız sosioloq Roland Üronun (Roland Hureaux) fikrincə, multikulturalizm son bir-neçə
ildə ortaya çıxmış fakt kimi səciyyələndirilməməlidir. “Tarixə eksurs etsək görərik ki Roma
İmperiyası çoxmədəniyyətli idi. Ərəb Xilafətində də xalqlar tədricən müsəlmanlaşdırılırdı. Osmanlı
imperiyasında isə əhalinin böyük bir hissəsi xristian və yəhudi idi. Fransa isə 1789-cu il inqilabı
zamanı mədəni və dini baxımdan monolit idi. Yəni, ölkədə müsəlman yox idi, Gözəl Filip və
V.Karl dövründə ölkədən qovulmuş yəhudilər isə hələ geri qayıtmamışdılar” [6].
1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş hüquqları Bəyannamə”sində bütün insanların
hüquqi baxımdan azad və bərabər olduğu təsbit edilmişdir. 1791-ci ildə Fransanın Milli Məclisi
yəhudilərin azadlığına dair qanun qəbul edir. Bundan sonra yəhudilər vətəndaşlıq hüququ əldə
etdilər, onların bir çox peşə ilə məşğul olmalarına icazə verildi. Lakin bu uğur də heç də asan əldə
edilmədi. İnqilabdan sonra “Terror dövrü” adlanan müddətdə (1793-1794) xristianlarla yanaşı,
yəhudilərin də ibadət azadlığı məhdudlaşdırıldı.
Sonrakı dövrdə, respublikalar bir-birini əvəzlədikcə ölkə əhalisinin etnik və dini tərkibində də
dəyişiklik baş verdi. 60-cı illərdə müstəmləkəçilik dövrünün başa çatması ilə Afrika ölkələrindən və
Yaxın Şərqdən Fransaya çox sayda miqrant axını başladı. Bununla da ölkənin həm etnik, həm də
dini mənzərəsində dəyişiklik baş verdi. Artıq sosioloqlar “Fransada islam” anlayışından istifadə
etməyə başladılar.
Ölkənin etnik və dini mənzərəsinin dəyişməsi ümumi abu-havaya da təsir göstərməyə
bilməzdi. Keçmiş müstəmləkələrdən gələnlərin ucuz işçi qüvvəsi kimi istifadə edilməsi, əmək
miqrantlarının yaşayış tərzinin fərqli olması istər-istəməz yerli əhali ilə gəlmələr arasında
ziddiyyətlərin yaranmasına səbəb olurdu. Sonrakı illərdə bu etirazlar nisbətən səngidi. Bunun da
başlıca səbəblərindən biri miqrantlarla yerli vətəndaşlar arasındakı nikahlar idi.
Bununla belə, Fransada bütün insanların istisnasız şəkildə tolerant olduğunu düşünmək də
yanlış olardı. Statistikaya diqqət edək: Fransanın İnsan Haqları üzrə Milli Məsləhət Şurasının
(CNCDH) 2013-cü ilin mayında keçirdiyi rəy sorğusunda iştirak edən fransızların 35%-i özlərinin
rasist olduğunu etiraf edib. Rəyi soruşulanların 87%-i qaraçıların, 56%-i isə müsəlmanların
Fransada mövcudluğundan narahatdır. Fransızların 68%-i gəlmələrin Fransa cəmiyyətinə
inteqrasiya olunmaq istəmədiyi düşünür.
Hər hansı bir ölkədə tolerantlığın vəziyyətini ən yaxşı xarakterizə edən amil həmin ölkədə
dini, irqi, etnik zəmində baş verən hüquqpozmalardır. Fransanın Rasizm və Antisemitizmlə
Mübarizə üzrə Nazirliklərarası Şurasının (Dilcra) statistikasında göstərilir ki, 2014-cü illə
müqayisədə Fransada 2015-ci ildə islamofobiya aktları 223% artıb. Ayrıca olaraq, hədə-qorxu və
təhdidlər 291%, zorakı hərəkətlər isə 125% artıb. İslamofobiya aktlarından ən geniş yayılanları
məscid və ibadət yerlərinin təhqir edilməsi, qəbirlərin dağıdılması və hicablı qadınlara qarşı
təzyiqlərdir. Maraqlıdır ki, ibadət yerləri və qəbiristanlıqlara hücumlar adətən cümə günləri baş
verir. Lakin mətbuatda islamofob davranışlara görə kiminsə məsuliyyətə cəlb olunması faktına
demək olar rast gəlinmir.
İslamofobiya faktlarının mediada işıqlandırılması da ayrıca bir problemdir. Bu tip xəbərlər
nüfuzlu media qurumlarında bir qayda olaraq səthi işıqlandırılır, ya da ümumiyyətlə bu xəbərlərə
yer ayrılmır. 2012-ci ildə “Amnesti International” təşkilatı da Fransada islamofobiyanın ciddi
problemə çevrildiyini vurğulamış, hökuməti tədbirlər görməyə çağırmışdı.
Tolerantlıq baxımından Fransada yaşayan yəhudilərin də vəziyyəti çox da qənaətbəxş sayıla
bilməz. 2015-ci ildə yəhudilərə qarşı aqressiv davranışlar 17,6% artıb. Qeyri-tolerant davranışa bir
qayda olaraq milli geyim olan kipada gəzən yəhudilər məruz qalırlar [7].
Lakin Fransada multikulturalizmlə bağlı vəziyyəti bütövlüklə qara fonda təsəvvür etmək
doğru sayılmaz. Ölkədə qeyri-tolerant davranışlar 2015-ci ilədək yüksələn xətlə inkişaf etsə də,
artıq yaxşıya doğru dəyişdiyi bəzi təşkilatların hesabatında yer almaqdadır. İnsan Hüquqları üzrə
Milli Məsləhət Komissiyasının (CNCDH) prezidenti Kristin Lazerj (Christine Lazerges) bildirir ki,
“4 illik geriləmədən sonra 2015-ci ildən etibarən tolerantlıq məsələsində açıq-aşkar yüksəliş hiss
olunmaqdadır”
Tolerantlıq və multikulturalizm məsələsinin qanunvericilikdə öz əksini tapması da kifayət
qədər ciddi məsələdir. Fransa qanunvericiliyində bu 2 vacib məsələyə münasibət kifayət qədər
aydındır və konkretdir. Fransa Konstitusiyasının 1-ci maddəsinə görə mənşəyindən, irqindən və
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
410
dinindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir [3, s.1]. Əsas Qanunun 75-
1-ci maddəsində isə göstərilir ki, “regional dillər Fransanın irsinə aiddir” [3, s.29]. bununla belə,
qanun təhsil alanların tədris müəssisələri daxilində dini simvolları gəzdirməsini qadağan edir.
11 yanvar 1956-cı ildə qəbul edilmiş Deikson qanuna görə orta məktəb müəllimləri yerli dil
və dialektlərin öyrənilməsi üçün həftədə 1 saat məşğələ təşkil edə bilərdilər. 90-cı illərdə bu qanun
ləğv olunaraq müddəalarının çoxu müxtəlif qanunverici aktlara daxil edilib. Təhsil Qanununun
L111-1-ci maddəsində göstərilir ki, təhsil hüququ heç bir fərq qoyulmadan bütün uşaqlara şamil
edilir. Qanunda məqsəd sosial və ərazi baxımından bütün qeyri-bərabərlikləri aradan qaldırmaqdır.
Qanunun L141-1 – 141-6 maddələrində təhsil sisteminin dünyəvi olması ilə yanaşı, göstərilir ki,
təhsil prosesində bütün inanclara eyni dərəcədə hörmətlə yanaşılmalıdır [2, s.1].
Fransa Cinayət Məcəlləsinin 225-ci maddəsində diskriminasiyanın 19 forması göstərilib. Bu
maddədə insanların irqi, dini, cinsi, etnik, mədəni və milli əlamətlərə görə ayrı-seçkiliyə məruz
qalması birmənalı şəkildə qadağan edilir. Ağırlıq dərəcəsindən asılı olaraq diskriminasiya cinayəti
40 min avrodan 75 min avroyadək cərimə, həmçinin 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Əmək Məcəlləsinin 3221-ci maddəsi ilə eyni işə görə işçilərə fərqli maaş verilməsi, həmçinin
qadınlara daha az əmək haqqı ödənilməsi qadağan edilir [1, s.130-141
Fransa 7 may 1999-cu ildə Regional dillər və ya azlıqların dilləri haqqında Avropa Xartiyasını
imzalayıb.
Sonda qeyd edək ki, Fransa konstitusiyası ilə təsbit edilmiş “vahid fransız xalqı” anlayışı
müxtəlif etnik qrupların və dini konfessiyaların adət-ənənələrini və inanclarını sərbəst şəkildə ifadə
etməsinə hüquqi baxımdan maneə yaratmır. Artıq Fransada milli müxtəliflik və multikulturalizm
məfhumları məhdud fəlsəfi kateqoriya olmaqdan çıxaraq sosial elmlərin tədqiqat obyektinə və
siyasi müzakirə predmetinə çevrilmişdir.
Ədəbiyyat
1. Code pénal. Paris, 2015, 387 s.
2. Code de l’Education, Paris, 2016, 1476 s.
3. Constitution française. Paris, 2012, 40 s.
4. Dimitris Parsanoglou, « Multiculturalisme(s) », Socio-anthropologie jurnalı No15, 2004.
Paris.
5.http://www.observatoiredeleurope.com/Faut-il-importer-le-multiculturalisme-en
France_a454.html
6.http://roland.hureaux.over-blog.com/article-la-question-du-multiculturalisme-en-france-et-
en-europe-72440588.html
7.http://www.lemonde.fr/les-decodeurs/article/2016/01/20/les-actes-islamophobes-ont-bondi-
en-2015-les-actes-antisemites-encore-a-un-niveau-eleve_4850653_4355770.html
V.Alasgarov
MULTICULTURALISM AND TOLERANCE IN FRANCE
Summary
This article analyzes multiculturalism and tolerance in the French Republic from historical
and present-day aspect. It is noted that multiculturalism was established in France after 1789
revolution and came a long historical way. The country’s legislation recognizes the rights of
national and religious minorities.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
411
Günel Əliniyaz qızı Qarayeva
Azərbaycan Dillər Universitetinin müəlliməsi
Gunel.q@outlook.com
MULTİKULTURALİZM VƏ SOSİAL UTOPİYA İDEYASI
Açar sözlər: multikulturalizm, sosial utopiya, tolerantlıq, mədəni müxtəliflik, dövlət siyasəti,
ədalətli cəmiyyət
Key words: multiculturalism, social utopia, tolerance, cultural diversity, state policy, just
society
Filosoflar “ədalətli cəmiyyət necə olmalıdır?” sualını cavablandırmağa çalışmışlar və
fikrimcə, onların sosial utopik dövlət haqqında ideyaları sonda öz əksini multikulturalizm
siyasətində tapmışdır. Mədəni plüralizm multikulturalizm siyasətinin əsasıdır. Bu elə siyasətdir ki,
buna əsasən etnik, irqi, dini müxtəliflik hörmətlə qarşılanır, hüquq və azadlıqlar tapdalanmır. Hər
bir vətəndaş etnik mənsubiyyətindən asılı olmayaraq ana dilində təhsil ala, qəzet və jurnal dərc
elətdirə bilər. Multikulturalizm “qardaşlıq” ideyasının dəyərliliyini qəbul edir. Multikultural
cəmiyyətdə sosial ədalət ön plandadır [1, s. 25]. Utopik cəmiyyətdə də ədalətsizlik yolverilməzdir.
Bu cəmiyyətin siyasi quruluşu hər bir vətəndaş üçün əlverişlidir. Utopik dövlətin mümkünlüyü
əlçatmaz görünsə də, bəlkə bir gün belə bir dövlətin mövcudluğu gerçək olacaq. Yaşadığımız
cəmiyyətin quruluşu ilə qane olmamaq bizdə utopik dövlət haqqında ideyaların yaranmasına səbəb
olur. Həm utopik dövlət ideyasına, həm də multikulturalizm siyasətinə əsasən önəmli olan qrupların
hüquqlarıdır. Hər iki ideya tolerantlığı vacib amil kimi qəbul edir. Demokratiyanın inkişaf dərəcəsi
multikulturalizmi qəbul etmək səviyyəmizə münasibdir [2]. Mədəni müxtəlifliyin zəruri reallıq kimi
mənimsənilməsi vacibdir. Rasizmdən multikulturallığa keçid böyük bir nailiyyətdir.
Tarixi inkişafda fərqli modelli multikulturalizm növləri yaranıb. Kanadanın timsalında
multikulturalizmi yaşayış tərzinin mühüm xüsusiyyəti kimi görə bilərik. Adını çəkdiyimiz dövlətdə
hər bir etnik qrupun üzvləri ana dilindən azad şəkildə istifadə etmək, doğma dillərində təhsil almaq
hüququna malikdirlər. Kanadada ABŞ və Avstraliyadan fərqli olaraq etnik azadlıqlara münasibətdə
hakim etnik qruplar tərəfindən assimilyasiya siyasəti yeridilmir [2].
Multikulturalizm siyasətində əsas rol dövlətindir və bu yolla dövlət etnik münaqişələrin,
mədəni müxtəliflik əleyhinə etirazların qarşısını ala bilir, həmin dövlətə etimad etnik anlamda artır.
Yalnız qeyd etməliyəm ki, multikulturalizmin sadaladığımız müsbət keyfiyyətlərini qəbul etməklə
yanaşı, onu çox təhlükəli utopiya kimi qəbul edənlər də var. Bir çoxları düşünür ki, fundamental
ziddiyyət qarşısıalınmazdır [3].
Bir qəfəsdə dovşan və tülkünü dostcasına yaşamağa məcbur etmək olmaz. Ona görə yox ki,
tülkü və dovşan pisdirlər, ona görə ki, onlar fərqlidirlər və tülkü onsuz da acanda dovşanı yeyəcək.
Xalqların çox fərqli mentaliteti, çox fərqli təbiəti var [3].
İsveçrədə referendum keçirildi, nəticələrə görə isə daha məscidlərin inşası qadağan olundu.
Görəsən, bu misala əsasən demək olarmı ki, artıq bir çox dövlətlər multikultural siyasət
çərçivəsində tolerantlıqlarını qoruyub saxlamaq iqtidarında deyillər. Hətta multikulturalizmi utopiya
adlandıraraq daha kəskin əsaslar gətirənlər var. Məsələn, multikulturalizm təkamül ideyasına, hətta
həyata belə ziddir. Genetik nöqteyi-nəzərindən ən yaxşı “nümunələr” irqlər arası nikahdan yaranır.
Əgər hər yerdə həyat şərtləri eyni olsaydı, irqlər olmasaydı insan təkamül etməzdi [4].
Multikulturalizm siyasətini tənqid edənlərin fikirləri və əsaslarına nəzər salaq. 2010-cu ildən A.
Merkel, D. Kemeron, N. Sarkozi iddia etdilər ki, multikulturalizm siyasəti onların ölkələrində baş
tutmadı.
2011-ci ildə D. Roqozin səkkiz sentyabrda milli məslə ilə bağlı məruzəsində multikulturalizm
siyasətini tənqid etdi. Onun fikrincə, multikulturalizm əsl vəzifəsini yerinə yetirə bilmədi. Belə ki,
sosial şərtlər və “gözəl həyat” arzusu ilə Avropaya immiqrasiya edənlər öz mənsubiyyətlərini
saxlayaraq avropalılara məsafəli davrandılar. Onun fikrinə əsasən, müsəlmanlar dini baxımdan daha
həmrəydirlər və onlar etnik qəsəbələr yaradaraq köklərinə sadiq yaşayırlar.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
412
T.Sarrasinin fikrincə, müsəlman immiqrantlar intellektual və professional səbəbləri
dərəcəsindən Almaniya cəmiyyətinə və iqtisadiyyatına yalnız zərər verirlər və onların davamlı
immiqrasiyası “Almaniyanın tamamilə axmaqlaşmasına” gətirib çıxaracaq.
Multikulturalizmə irqi, dini və dil baxımından yanaşsaq, bu bir utopiyadır. Əsl
multikulturalizm yalnız o dünyada mövcuddur ki, orada hamı bir-birinə bənzəyir, hamı demək olar
ki, eyni üz rəngindədir, hamı bir dildə danışır, demək olar ki, eyni yeməyi yeyir, eyni musiqini
dinləyir və hamının arzuları birdir.
Ədəbiyyat siyahısı
1. Утопия и утопическое мышление. Антология зарубежной литературы. / сост. В.
Чаликова – М: Прогресс, 1996 – 405 с.
2. www.bakuforum.az (19.06.2016)
3. otvet.mail.ru (19.06.2016)
4. yuri.com.ua (19.06.2016)
Gunel Garayeva
Multiculturalism and the idea of social utopia.
Summary
There were mentioned the features of multiculturalism in this report and included the idea of
the multicultural society as a social utopia.
Егана Фирудин кызы Нагиева
Главный советник Прокуратуры Азербайджанской Республики
shovketova73@mail.ru
ПРАВОВОЕ ГОСУДАРСТВО И КУЛЬТУРНОЕ РАЗНООБРАЗИЕ
Ключевые слова: верховенство закона, культурное разнообразие, мультикультурное
общество
Keywords: lawful state, cultural diversity, multicultural society
После падения СССР, Азербайджан вступил на путь независимого национального
развития. Будучи тоталитарным государством, Советский Союз не мог представлять ту
модель государства, в котором отмечалось наличие свободного, демократичного
гражданского общества, полностью обеспечена защита прав и свобод граждан, защита их
достоинства.
Общенациональный лидер Г.Алиев определил новый курс суверенного Азербайджана,
одним из главных фиксаторов, обеспечивающим претворение в жизнь внешней и внутренней
политики, явилось создание независимой правовой системы. Продуманный и выверенный
политический курс президента Г.Алиева, юридически оформленный в Основном законе
государства - Конституции [1] способствовал созданию той структуры государственного
устройства, в которой правовая защищенность послужила фактором справедливого и
гармоничного взаимодействия личности, общества и государства. Так, в ст. 12 Конституции
Азербайджанской Республики была определена основная цель государства - обеспечение
прав и свобод личности и гражданина, достойного их проживания. В Конституции были
внесены также новые поправки (ст.-ст.27, 28, 29,49, 50) Из Процессуального кодекса была
извлечена статья в отношении смертной казни. [1]
|