Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə78/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

423

 

 



 

 

ilişkilerini  ilerletmiş,  kendi  dini  okullarını,  medeniyet  merkezlerini,  sivil  kurumlarını,  gazete  ve 



dergilerini  kurmuşlardır  [5,  s.  72].  Ayrıca  Azerbaycan  toplumunda  hıristiyan  ve  ya  yəhudi 

düşmanlığının da olmadığını vurgulamak gerekir. 

Milli  ve  etnik  açıdan  çeşitliliği  olan  ve  aynı  zamanda  üniter  bir  siyasal  yapıya  sahip  olan 

Azerbaycan`da  liberal  demokratik  politikasının  uygulanması  daha  iyi  sonuçlar  vere  bilir.  Çünki, 

Azerbaycan bağlamında bunun anlamı milli ve etnik çeşitliliği korumakla beraber Azerbaycan halkı 

kapsamında  toplumsal  bütünleşmeyi    pekiştirecektir.  Aslında  Azerbaycanın  da  yürüttüğü  politika 

farklı kimliklerin değil, ortak Azerbaycanlı kimliğinin geliştirilmesi doğrultusundadır. 

 

Kaynaklar: 



 

1. Azerbaycan Cumhuriyyeti Anayasası, çevirenler Ozan Ergül ve Cavid Abdullayev 

2. Azerbaycan Cumhuriyyeti Dini İtikat Özgürlüğü Hakkında Kanun  

3. Azərbaycan  Respublikasında  dövlət-din  münasibətlərini  tənzimləyən  rəsmi  sənədlər,  Dini 

Kurumlarla İş üzere devlet komitesi yayınları, Baku 2015. 

4. Andrew Heywood.  Siyaset Teorisine Giriş. tər. Hızır Murat Köse. İstanbul: Küre Yayınları, 

2011. 

5.  Bahar  Muradova,  “Azerbaycan`da  Multikulturalizm  Devlet  Siyasetinin  Prioritet 



İstikametidir”, Haydar Aliyev İrsi ve Multikultural Deyerler, Azerneşr Bakü 2016, s. 72 

6. Charles Taylor. Multiculturalism: The Politics of Recognition. editor Amy Gutmann. New 

Jersey: Princeton University Press, 1994. 

7.  David  Miller.  Political  Philosophy:  A  Very  Short  Introduction.  New  York:  Oxford 

University Press, 2003. 

8. Milena Doytcheva. Çokkültürlülük. tər. Tuba Akıncılar Onmuş. İstanbul: İletişim Yayınları, 

2013. 

9.  Ziyafet  Asgerov,  Azerbaycan  Respublikasının  Ganunvericiliyi  ve  Multikulturalizm, 



“Heydər Əliyev İrsi və Multikultural Dəyərlər, Azerneşr Bakü 2016, s. 57 

10. Will Kymlicka. Contemporary Political Philosophy: An Introduction. New York: Oxford 

University Press, 2002. 

11. Will Kymlicka, Multicultural Citizenship. Clarendon Press- Oxford, 1995 

 

Summary 


 

In this article multiculturalism was examined as a political project provading minoritiy rights. 

Accorting to Will Kymlicka these minorities are a national minorities, an etnic minorities and some 

vulnurable groups. Multiculturalism the political project that rejecting assimilation and recognazing 

national,  ethnic  and  religious  differencies  as  well  as  promoting  these  cultural  and  religious 

differencies. In this article the author is arguing that, the Legislation of the Republic of Azerbaijan 

is  providing  the  multicultural  rights  of  the  national,  ethnic  and  religious  minorities  within  the 

framework of liberalism. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

424

 

 



 

 

Mahirə Hacıyeva, doktorant 



Azərbaycan Dillər Universiteti müəllim 

m.hacieva@adu.edu.az 



 

PAKİSTANDA MULTİKULTURALİZM VƏ MİLLI MƏNSUBİYYƏT PROBLEMİ 

 

Açar sözlər: multikulturalizm, Pakistan, immiqrasiya, mənsubiyyət, dualizm 

Key words: multiculturalism, Pakistan, immigration, identity, dualism 

 

Multikulturalizm  yeni  termindir.  Lakin  əslində,  ölkəmiz  kimi  polietnik  cəmiyyətin 



məskunlaşdığı  ərazilərdə  bu,  artıq  uzun  müddət  mövcud  olan  yaşam  tərzidir  və  onun  kökündə 

mənsubiyyətlər arası fərqin nəzərə alınmaması deyil, dərk edilməsi durur. Multikulturalizm müasir 

dövrümüzdə sosial elmlərdə ən çox müzakirə mövzusuna çevrilmiş problemdir. Bu mənada bu gün 

multikulturalizm  siyasətini  qəbul  edən  ölkələrdə  fərqli  baxış  tərzləri  müşahidə  olunur  ki,  buraya 

fərdi  hüquq  və  kimlik  anlamında  hüquq  bərabərliyini  hüququn  əsasında  görən,  C.Raz,  U.Kimlika 

kimi filosofların fikirlərində əksini tapan, liberal bərabərçi və milliyyətçiliklə sıx şəkildə bağlı olan, 

qrup  halında  özünü  müəyyənləşdirməni  hüququn  əsasında  görən  V.Valzer,  Ç.Teylor  kimi 

nəzəriyyəçilərin fikirlərinə əsaslanan kommunitarianizm daxildir.  

Bizim  yanaşmamız  olaraq  tədqiqat  işində  multikulturalizmin  məhz  postmüstəmləkə 

vəziyyətinin  nəticəsi  olan  kütləvi  yerdəyişmə  və  assimiliyasiya  problemlərindən  çıxış  yolu  kimi 

nəzərdən keçirilməsi Frantz Fanon, Eduard Səid, Homi. K. Bhabha, Qayatri Spivak, Mak Leod kimi 

tədqiqatçıların  fikirlərində  əksini  tapan,  “biz”  və  ”onlar  ”  dualizmindən  qidalanan  birtərəfli 

yanaşmaya  cavab  olaraq  səslənən  nəzəri  fikirlərinə  əsaslanaraq  təhlil  edilir.  Burada  əsas  məqsəd 

kollektiv mahiyyət daşıyan bu dualizmdə tərəflərarası mütənasibliyə nail olmaqdır və təəssüf ki, bu 

gün  dünyanın  sosial-siyasi  mənzərəsi  bu  mənada  haqqında  danışdığımız  ideyanın  çox  zaman 

təcrübədə görünmədiyini, nəzəriyyədə ilişib qaldığını göstərir. Xüsusi ilə, dini inancların  yaratdığı 

təzadlı  dünyagörüşləri  bu  gün  siyasi  məqsədlərin  əlində  alətə  çevrilərək  qlobal  səviyyədə  təhlükə 

mənbəyinə çevrilmişdir. 

Multikulturalizm siyasətindən danışarkən qarşıya çıxan problemlərdən biri milli mənsubiyyət 

ətrafında gedən mübahisələrdir. Milli mənsubiyyətdən danışarkən onun iki modeli, “Dövlət (mülki-

ərazi) və etnik variantlar” [1, 15] təqdim olunur. Müstəmləkəçiliyin süqutundan sonra müstəqillik 

qazanan Pakistan kimi dövlətlərdə milli kimlik dedikdə, müxtəlif etnik qruplara, icmalara aid olan, 

fərqli  dini  inanclara  malik  multikultural  bir  cəmiyyət  nəzərdə  tutulur,  özünü  ifadə  siyasi 

mənsubiyyətdən  daha  çox  mədəni  və  etnik  köklərə  dayanır  və  onu  ümumilikdən  xüsusiləşdirən 

amilə  çevrilir.  Bu  da  ondan  irəli  gəlir  ki,  ingilis  müstəmləkəsinə  çevrilənə  qədər  müxtəlif  etnik 

qrupların  məskunlaşdığı  ərazilərdə  milli  kimliyin  təyinatı  mədəni  köklər  və  icmalar  idi.  Lakin, 

müstəmləkə  sisteminin  başa  çatması  ilə  yaranan  dövlətlərdə  bu  anlam  coğrafi  mövqeyə  və 

mərkəzləşdirmə  siyasətinə  dayanmağa  başladı.  Biz  bu  məsələni  Pakistan  İslam  Respublikası 

nümunəsində  araşdırırıq.  Müstəqilliyinin  ilk  günlərindən  başlayaraq  Azərbaycanın  sıx  əməkdaşlıq 

etdiyi  ölkələrdən  biri  olaraq  Pakistanın  xalqımızla  mədəni  bağlılığı  daha  uzunmüddətli  tarixə 

malikdir.  Bu  bir  neçə  amillə  izah  oluna  bilər.  A.  İsabəyli  qeyd  edir  ki,  “Hər  iki  dövlətin  əlverişli 

geostrateoji  mövqedə  yerləşməsi,  hər  iki  respublikanın  islam  dünyasının  tərkib  hissəsi  olması  və 

qonşu  dövlətlərlə  hərbi  münaqişə  vəziyyətinin  mövcudluğu  mimi  amillər  ölkələrimiz  arasında 

yaxınlaşmanı  və  müttəfiqliyi  şərtləndirmişdir”  [5,  122].  Digər  tərəfdən,  hər  iki  ölkə  multimədəni 

mühit  kimi  inkişaf  etmişdir  və  özünəməxsus  multikulturalizm  siyasi  modelini  formalaşdırmışdır. 

Nəzərə  alsaq  ki,  müasir  dünyada  məcazi  mənada  məsələlərin  mahiyyətinin  təhlilinin  “məkanlar 

dialoqunda” [7, 6] aparılmasına ehtiyac vardır, Pakistan cəmiyyətinin multimədəni xüsusiyyətlərini 

öyrənmək xüsusi maraq doğurur. 

Müstəqil  olaraq,  1947-ci  ildən  bəri,  tarixlərinin  həlledici  anında  müstəmləkəçiliyin  özündən 

sonra  mənsubiyyəti  sual  altına  düşmüş,  çaşqın  və  psixoloji  durumu  alt-üst  olmuş  halda  buraxdığı 

təhsilsiz  kütlə  və  kolonializmin  dağılmış  vəziyyətə  saldığı  iqtisadiyyat  üzərində  dövlət  qurmaq 

tələbi  ilə  üz-üzə  qalmış  digər  müstəmləkə  dövlətləri  kimi,  Pakistanın  da  qarşısında  duran  əsas 

məsələlərdən  biri  dini,  etnik  və  təriqətçi  qruplardan  ibarət  olan  cəmiyyətin  idarə  edilməsi  üçün 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

425

 

 



 

 

uyğun siyasətin seçilməsi olub. Yarımadanın bölünməsi ilə fərqli etnik köklərdən gələn, 8 milyon 



müsəlmanın mühacirət etməsi onsuz da polietnik dövlət olaraq yeni qurulan Pakistanı multikultural 

və  plüralist  bir  ölkəyə  çevirdi.  Tarixi  boyu  əsasən  dörd  böyük  etnolinqvistik  icmadan  –  pəncabi, 

sindhi,  puştu  və  bəluclardan  ibarət  olan  bu  cəmiyyətdə  müstəqillikdən  sonra  köç  edərək  ölkədə 

ideoloji və demoqrafik zəmində əhəmiyyətli rol qazanan, əsasən urdu və qucarati dilli immiqrantlar 

Pəncab  və  Sindhdə  məskunlaşaraq  fərqli  icma  yaratdılar.  Bütün  bu  icmalar  bir-birindən  coğrafi, 

linqvistik mənsubiyyətinə  və  tarixinə  görə  fərqlənir ki,  bu da ölkə  daxili  siyasətdə  öz  əksini tapır. 

Bundan  başqa,  müsəlman,  xristian,  hindu,  əhmədi,  parsi  kimi  müxtəlif  dinlərin  yaratdığı  heç  də 

həmişə sülhsevər olmayan mühit və bütün bu etnik və dini icmaların içəridən bölündüyü daha kiçik 

qruplar ölkədə plüralizmi daha da dərinləşdirir. Haqqında danışdığımız bu faktlar və tarixi amillər 

Pakistan cəmiyyətinə ölkənin sosial, siyasi və mədəni həyatında aydın şəkildə özünü büruzə verən 

multikultural  xarakter  vermişdir.  Nəzərə  alsaq  ki,  multikulturalizm  dəyərlər  sistemi  kimi  nəinki 

mədəni  müxtəlifliyin  mövcudluğunu  tanıyır  həm  də  immiqrantların  qoşulduqları  cəmiyyətdə 

tamhüqüqlu  inteqrasiyasını  və  eyni  hüquqlu  təmsil  olunma  haqlarının  mövcudluğunu  dəstəkləyir, 

geniş  bir  anlayış  olan  multikulturalizm    Pakistan  nümunəsində  ilk  növbədə  immiqrasiya 

təcrübəsinin doğurduğu mənsubiyyət böhranından çıxış yolu kimi qəbul edilir. 

Tədqiqatlarını  əsasən  Pakistan  ədəbiyyatına  həsr  etmiş  Amerikalı  ədəbiyyatşünas,  Kara 

Kilano  yazır:  “...İdeya,  xalq  və  dövlət.  Pakistan  kontekstində  bu,  bir-biri  ilə  əlaqəlidir;  onların 

arasında  sərhəd  aydın  deyildir  ”  [2,  1].  Kilano  bu  fikrini  Pakistanın  müstəqil  bir  dövlət  kimi 

yaradılmasının  arxasında  duran,  imperiyanın  zəiflədiyi  dövrdə  yarımadada  dini  mənsubiyyətə 

dayanan  “two  nations”  –  “iki  xalq  ”  ideyası  ilə  əsaslandırır.  Bu  mənsubiyyət,  “Kimlik 

xüsusiyyətlərinin insan və ya insan qrupu ilə paylaşıldığı ortaq mənşə və ya əsasında həmrəylik və 

sədaqət  duran  ideal  əsasında  ”  [3,  2]  formalaşmışdır.  Məhz  bu  ideya  imperiya  içərisində  yaşayan 

müsəlman  icmasının  əvvəlcə  xalqa  və  son  nəticədə  dövlətə  çevrilməsinə  yol  açaraq  rəsmi  milli 

mənsubiyyətin  müəyyən  olunmasına  şərait  yaratdı.  Mak  Loid  millətlərin  ənənə  və  tarixin 

qarışımından formalaşaraq yarandığına diqqəti çəkərək yazır: “Xalqlar ağac və ya bitkilər kimi təbii 

hadisə  deyil...Xalqlar  arasında  sərhədlər  təsadüfən  çəkilmir.  Onlar  quraşdırılır,  müdafiə 

olunur(həddən  çox  faciəvi  hallarda),  insan  qrupları  arasında  qanlı  rəqabətə  gətirir”  [6,  68].  Bu 

mənada xalq ilk növbədə ideyadan qidalanır və Pakistan milli mənsubiyyəti haqqında danışarkən bu 

ideyanın ölkənin yaranması ilə birgə yaxın tarixdə yarandığını və hələ də formalaşmaqda olduğunu 

nəzərə  almaq  lazımdır.  Bu  məsələyə  Məhəmməd  İqbalın  yanaşması  haqqında  danışdığımız 

məfhumu tam izah edir. M.İqbal mədəni kimliyin təsdiqi, hifz olunması və Qərb fəlsəfəsinə keçid 

üçün ingilis dilinin mənimsənilməsi kimi ənənəvi düşüncəyə  yeni baxış gətirərək İslam  fəlsəfəsini 

insan həyatını və cəmiyyətin varlığını təmin edəcək bir bütöv kimi izah etməklə bərabər o zamankı 

Hindistan yarımadası ərazisində yaşayan müsəlmanların bir icma kimi problemlərinin həlli üçün bu 

fəlsəfədən irəli gələn ideyalara sadiq qalmaqla tətbiq oluna biləcək real üsullar təklif edir. Bununla 

da,  İslam  dinini  məhdud  mifik  dünyabaxışı  kimi  deyil,  məkan  və  zamandan  asılı  olmayan, 

imperializm modelindən geniş ideoloji baza kimi təqdim etmiş olur. Bu mənada Məhəmməd İqbalın 

fikirləri  pakistanlı  mənsubiyyətinin  dərk  olunmasında  və  postkolonial  ədəbiyyatda  tez-tez 

qarşılaşdığımız mənsubiyyət dilemmasının həll olunmasında xüsusi əhəmiyyətə malikdir: “Mədəni 

hərəkat  kimi  İslam  dünyanı  dərk  etməkdə  köhnə  statik  baxışı  rədd  edərək  yeni,  dinamik  baxış 

yaradır.  Ruhi  birləşmə  yolu  kimi  o,  şəxsin  dəyərini  bununla  ölçür  və  qan  qohumluğunu  insan 

münasibətində əsas kimi rədd edir. Qan qohumluğu torpaqdan qaynaqlanır. İnsan birliyi üçün əsasın 

xalis psixoloji axtarışı bütün insanlıq həyatının ruhi mənşəyinin dərk olunması ilə mümkündür. Bu 

yaşamlar  üçün  heç  bir  mərasim  tələb  olunmayan  sədaqət  formalarını  yaradan  və  insanın  özünü 

dünya torpağından azad etməsinə yol açan dərketmədir” [4, 63]. 

Beləliklə, İqbal mənsubiyyətini təsdiq etməkdə olan və bunu dəyişilməz tarixi siyasi şəraitin 

tələbi  ilə  gəlmə  dildən  istifadə  edərək  ifadə  edən  yerli  ziyalılar  üçün  fəlsəfi,  elmi  planda  yeni 

yanaşma  təqdim  etmiş  oldu  və  bununla  da  yeni  yaranan  müsəlman  Şərq  dövlətində  özünəməxsus 

multikulturalizm siyasətinin həyata keçirilməsinə zəmin yaratdı. 

 Multikulturalizm ideyasının duran fikirlərdən biri budur ki, mədəni dəyərlər arasında fərqlərə 

mənsubiyyətin  təyin  olunması  üçün  uyğun  şəkildə  öyrədilə  və  idarə  oluna  bilən  sistem  kimi 

yanaşmaq  olmaz  və  fərqli  mədəni  ənənələrə  rəğmən  genetik  eyniliyin  mövcudluğunun  dərk 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

426

 

 



 

 

olunması  vacibdir.  Pakistan  timsalında  bu  eynilik  dini  ideologiya  ilə  izah  olunur  və 



multikulturalizmin dini ideologiyaya əsaslanan modelini formalaşdırmış olur.  

 

Ədəbiyyat: 

 

1.  Белокреницкий  В.  Я.  Особенности  Национализма  И  Наций-Госу-Дарств  На  Востоке,  В 



Исламском  Мире  (Пример  Пакистана)  //  Ислам  На  Ближнем  И  Среднем  Востоке.    Москва: 

Институт Востоковедения РАН, 2015 № 9  стр.15-34 

2. Cilano Cara N. Contemporary Pakistani Fiction in English: Idea, Nation, State. London: 

Routledge, 2013, 280 p. 

3. Hall Stuart, Paul Du Gay. Questions of Cultural İdentity. London: SAGE Publication,1996, 198p. 

4. Iqbal Muhammad. The Reconstruction of Religious Thought in Islam. Standford: Standford 

University Press, 2013, 328p. 

5. İsabəyli A.Q.  Pakistan müasir beynəlxalq münasibətlər sistemində. Bakı: Bakı universiteti, 2005, 

152s.McLeod John. Beginning Postcolonialsim.Manchester: Manchester University Press, 2000, 

267p. 


6. Mirzəzadə R.Multikulturalizm siyasəti: din və gender dialoqunda. Bakı: Təknur, 2013, 168s. 

 

 



Mahire Haciyeva 

 

Multiculturalism and problem of national identity 



 Summary 

 

One of the basic ideas for multiculturalism policy is that, cultural diversity cannot be regarded 



as fixed and controlled value systems to determine identity and it is essential to understand existing 

genetic  similar  identity  underlying  in  cultural  value  systems.  In  case  of  Pakistan,  this  identity  is 

explained through religious ideology forming unique model of multiculturalism. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

427

 

 



 

 

V FƏSIL:  



PSİXOLİNQVİSTİKANIN VƏ SOSİOLİNQVİSTİKANIN AKTUAL PROBLEMLƏRİ  

 

BÖLMƏ 8 – TOFİQ HACIYEV SALONU 

 

Aytən Hacıyeva, fil.ü.f.d., dosent 

ADU-un Ümumi dilçilik kafedrasının dosenti 

ayten-haciyeva@yndex.ru 

 

MULTİKULTURALİZM – HİBRİD İDENTİKLİK SOSİOLİNQVİSTİK 

KORRELYASİYASI VƏ KOQNİTİV DİSSONANS FAKTORU  

(psixolinqvistik aspektdən dəyərləndirmə) 

 

Açar  sözlər:  multikulturalizm,  hibrid  identiklik,  koqnitiv  dissonans,  sosiolinqvistika, 

psixolinqvistika 



Key words: multiculturalism, hybrid, identity, cognitive dissonance, psycholinguistics 

 

Müasir  dünyada  cərəyan  edən  qloballaşma  tendensiyası  özü  ilə  bərabər,  yeni  ideya-fəlsəfi 



doktrinanın  formalaşmasını  qaçılmaz  etmişdir.  Dekonstruksiya  və  poststrukturalizmdən  sonra 

ortaya  çıxan  postmodern  dünya  reallığı  mütləq  yanaşma,  İlahi  hakim,  Ali  güc  faktorunun  aradan 

qalxması  ilə  fərqli  mədəniyyətlərin,  fərqli  düşüncə  tərzlərinin,  fərqli  həyat  modellərinin 

birgəmövcudluğunu  və  bu  birgəmövcudluqda  bir  komponentin  digərindən  üstün  tutulmasının 

absurdluğunu ortaya qoydu. Məlumdur ki, strukturalizm, Polan Bartın da haqlı olaraq qeyd etdiyi 

kimi,    öz  mahiyyəti,  prinsipləri  etibarilə,  qaydalaşmış  təfəkkür  əməliyyatlarının  ardıcıllığından 

ibarət olduğundan və məntiqi olaraq, “subyekt – fəaliyyət – nəticə” triadasına istinad etdiyindən [1] 

həmin  iyerarxik,  nizamlanmış  qayda  mexanizmlərinin,  strukturun  aradan  qalxması  yeni  ideya-

fəlsəfi  eranın,  postmodernizmin  meydana  gəlməsini  bəyan  etdi.  Həmin  yeni  nəzəri  planformda 

öncüllük, iyerarxik sıralanma, hər hansı  bir  asılılıq  format olaraq qəbuledilməz sayılırdı.  Məhz bu 

yanaşma  da  özlüyündə  multikulturalizmin  ideya  rüşeymini  təşkil  edən  ideya  qaynağına 

çevrilmişdir. Qaydalaşmış bölgüdən imtinanın əsasında formalaşan poststrukturalizxm postmodernə 

keçidi  hazırlamış  oldu.  P.Barta  görə,  “Müəllifin  ölümü”  (daha  ətraflı  bax:  [2,  s.  384-391])  və  ya 

Nitsşe  konsepsiyasını  davam  etdirən  Haydegerə  görə  “Tanrının  ölümü”  [3,  s.  143-176].    əslində 

mütləq  həqiqətdən  imtina,  tolerant  yanaşmanın  ən  ali  və  vazkeçilməz  doktrina  ranqına 

yüksəldilməsinin  əsas  nəzəri  təkanverici  impulsları  kimi  çıxış  etdi.  Haydegerin  əminliklə  bəyan 

etdiyi “ideya sferasının, idealların ümumiləşdirilmiş adıdır” və “Tanrı ölmüşdür” – sözləri isə onu 

bildirir  ki,  ..  dünya  özünün  fəaliyyət  gücünü  itirmişdir”    [4,  s.  146].    kimi  düşüncələr  əslində 

postmodern eranın loqosentrik yanaşmasının məntiqini ortaya qoyur. Məlumdur ki, dekonstruksiya 

nəzəri  konsepsiyasının  banilərindən  sayılan  J.Derridanın  kulturoloji  konsepsiyası  çərçivəsində 

formalaşmış olan loqosentizm bilavasitə insanın daim “Ali Həqiqət” axtarışında olduğunu və bunun 

onun  (insanın)  təbiətinə  xas  bir  düşüncə  konsepsiyası,  mövcudluq  formatı  olduğu  məlumdur  [5]. 

Başqa  sözlə  desək,  nəyin  yaxşı,  nəyin  isə  pis,  nəyin  doğru,  nəyin  isə  yanlış  olduğunu 

müəyyənləşdiən  qaydalar  toplusunun,  Ali  Həqiqət,  Ali  güc  mexanizminin  mövcudluğuna  inam  və 

onun  ədalətinə  sığınmaq  insanın  təbii  ehtiyaclarındandır.  Bu  mənada  həmin  mərhələnin  adekvat 

qavranılaraq,  Ali  Fikir,  Ali  Yanaşma  ideyasından  imtina  cəmiyyətdə  hansı  dil,  irq,  din 

dayışıcılarının  digərlərindən  daha  üstün  mövqeyə  malik    ola  biləcəyi,  dominantlıq  nümayiş 

etdirməyə  haqqlarının  çata  biləcəyi  fikrindən  də  imtinanı  mümkün  etdi.  Nəticədə  tolerant 

birgəmövcudluq  platformu  üzərində  nəşət  tapan  multikultural  toplum  modelinin  formalaşması 

mümkün oldu.Nəticədə meydana çıxan multikulturalizm ideyası fərqli mədəniyyət, fərqli din, fərqli 

dil və ümumiyyətlə istənilən növ fərqlilik daşıyıcılarının bərabərhüquqlu birgəmövcudluğunu təmin 

edən və müasir dünyanınn alternativ inkişaf modeli kimi qəbul edilməkdə olan sosial-siyasi, ideya-

fəlsəfi format kimi öz təsbitini tapdı.  

Məlumdur ki, multikulturalizm ilk növbədə istənilən etnik, irqi, cinsi seçim, dini etiqad və s. 

fərqliliyə  malik  kəsimlərim  ümumi  cəmiyyət  strukturuna  assimilyasiyası  inteqrasiyasını  mümkün 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

428

 

 



 

 

edən  mexanizmlər  toplusunu  ehtiva  edir  və  həmin  toplumda  hər  hansı  bir  aparıcı  din,  dil,  irq 



fərqliliyinin  dominantlığı  qəbuledlməz  sayılır.  [5,  s.  25-73].  Bu  bərabərhüquqlu  birgəmövcudluq 

formatı heç şübhəsiz ki, fərqli dil daşıyıcılarının eyni ortamda tolerant birgəyaşamını təmin etməklə 

yanaşı,  onların  ortaq  məxrəc  əsasında  birgə  inkişafını  da  labüd  edir.  Məhz,  bu  məqam  hibrid 

identiklik məsələsinə xüsusi diqqətin artmasını qaçılmaz edir. Belə ki, istənilən polietnik toplumda 

hər  hansı  bir  dil  daşıyıcısının  digər  dil  və  ya  dillərin  istifadə  edilməsi  şəraitində  öz  identikliyini 

qoruyub saxlamaqla yanaşı, cəmiyyət formatına uyğunlaşma problemi, müvəffəqiyyətli inteqrasiya 

mexanizmləri  kimi  məsələlər  xüsusi  aktuallıq  kəsb  edir.  Mədəniyyətlərin  dialoji  əsasda 

birgəmövcudluğu hayfonalaşma, yəni dil və mədəniyyət sintetikləşməsini labüd etdiyi kimi, bunun 

psixo-emosional  fəsadlarının  meydana  çıxmasını  da  qaçılmaz  edir.  Xatırladaq  ki,  fərqli  dil,  din 

daşıyıcılarının  aid  olduqları  mədəniyyət  “kodlarının  daxil  edilməsi”  ilə  yaranan  yeni  formatlı 

sintetik  mədəniyyət  hayfonlaşmanı  ortaya  qoyur.  “Bu  prosesi  sinkretikləşmə  də,  yəni  mədəni  

hibridləşmə  praktikası  (“hayfonlaşma”)  da  adlandırma”nın  mümkünlüyünü  qeyd  edən 

S.P.Tolkaçevun  da    [6,  s.  179]  bildirdiyi  kimi,    əslində    hayfonlaşma  “defis”  anlamını  ifadə  edən 

hyphen  sözünə  istinad  etməklə  kross-kultural  fenomen  vəziyyətini,  yəni  keçid,  marginal,  hibrid 

mədəniyyət  formatını  təcəssüm  etdirir.  Məsələnin  sosiolinqvistik  və  eləcə  də  psixolinqvistik 

aspektlərinə nəzər salmaqla, qeyd edə bilərik ki, mədəniyyət kodlarının laylaşması fərqli semantik 

kodlaşma  mexanizmlərinin  meydana  gəlməsini,  ən  azından  həmin  ortaq  hibrid  mədəniyyət 

modelinin  formalaşması  məqamına  qədər  fərqli  mədəni-mental  simvolların  birgəmövcudluğunu 

mümkün  edir.  Məsələn,  xoruz  ornitoniminin  Azərbaycan  dilindəki  gender  frazeologizmlərində 

birmənalı  şəkildə  kişi  cinsini  simvolizə  etməsi  məqamı  ilə  (Məsələn,  Təki  mənim  xoruzum  özgə 



çəpərdə  banlasın,  Evdə  xoruz,  çöldə  fərə  və  s.),  rus  dilindəki  peyorativ  semantikasının 

qarşılaşdırması, habelə eşşək, qoyun zoomorfizmlərinin ingilisi dilinin ABŞ variantındakı semantiik 

kodlaşması ilə qarşılaşdırması əsasında bunu aydın şəkildə izləmək olar (sonuncu qarşılaşdırma ilə 

bağlı daha ətraflı bax: [7].  

İkidillli və ya çoxdilli multikultural toplumda fərdin sosial yönümlü reallaşması və şəxsiyyət 

olaraq öz psixoloji tamlığına qovuşmasının ən başlıca  yolu belə bir çoxrəngli toplum fərdi olaraq 

onun  öz  milli  mədəni  identikliyini  adekvat  şəkildə  dərk  edib  dolğun  şəkildə  dəyərləndirə 

bilməsindən keçir. Ən görkəmli  multikulturalizm nəzəriyyəçilərindən olan Homi  K Bhabhanın  da 

haqlı  olaraq  diqqət  çəkdiyi  kimi,    bu  qəbildən  polietnik,  multikonfessional  sosiumlarda    fərqli 

mədəniyyətlərin  birgəmövcudluğu  yalnız  dialoloji  əsasda  sürdürülə  bilər  və  belə  bir  ortamda  hər 

hansı bir bir mədəniyyət özünü digər mədəniyyət “lokus”u vasitəsilə açıqlaya bilər. Bu səbəbdəndir 

ki,  identifikasiya  obyekti  kimi  ayrı-ayrı  toplum  fərdləri    mahiyyət  etibarilə  ambivalent  xarakterli 

mentallıq  daşıyıcılığını  təcəssüm  etdirir.  Bunun  da  məntiqi  davamı  kimi,  H.K.Bhabhanın  qeyd 

etdiyi  kimi,    mültikultural  toplumda  “təmiz”  halda,  başqa  sözlə  desək,  yalnız  bir  mədəniyyət 

daşıyıcılığı ilə səciyyələnən identiklik müəyyənləşdirilə bilməz [ 8]. Məhz bu məqamda bilinqvem, 

trilinqvem  olan  toplum  fərdinin  koqnitiv  mexanizmlərinin  özündə  həmin  ambivalentliyin  fəsadı 

kimi, koqnitiv disonans meydana çıxa bilər. Qeyd edək ki, müasir koqnitiv elmin və konkret olaraq 

koqnitiv psixologiyanın ən maraqlı və eyni zamanda təzadlı anlayışlarından biri koqtitiv dissonans 

anlayışıdır.  

Koqnitiv disonans dedikdə “insan təfəkküründə mövcud olan və müəyyən obyekt və ya hadisə 

ilə  bağlı  meydana  çıxmış  ziddiyyətli  anlayış,  inanc,  davranış  yönləndirmələrinin  qarşıdurması  ilə 

səciyyələnən vəziyyət nəzərdə tutulur. Koqnitiv dissonans nəzəriyyəsinə görə (Leon Festinger), belə 

bir  durum  insanı  məmnun  etmədiyindən  insanda  öz  bilik  və  inanclar  sisteminin  uyarlı  və  qeyri-

ziddiyyətli  vəziyyətə  gətirməklə  bağlı  təhtəlşüuri  istək  və  həvəs  yaradır  ”  [  9].    1956-cı  ildə 

Festinger  tərəfindən  irəli  sürülən  koqnitiv  dissonans  nəzəriyyəsi  iki  qrup  koqnitiv  elementlər 

(koqnisiyalar) arasında, konkret olaraq, düşüncə, təcrübə, informasiya və s. elementləri arasındakı 

uyarsızlığın  aradan  qaldırılması  üslu  və  vasitələrinin  müəyyənləşdirilməsinə  xidmət  edir  [10  ]. 

Konkret olaraq, polietnik multikultural toplumda bilinqvem və ya trilinqvemin öz milli identikliyinə 

sadaqət  və  digər  tərəfdən  ortaq  (və  ya  vahid)  cəmiyyət  modelinə  uyğunlaşma  tendensiyaları 

arasında  qarşıdurma  yaşamasının  koqnitiv  dissonans  yaratması  danılmazdır.  Xatırladaq  ki,  dil 

əlaqələri sahəsində ən görkəmli mütəxəssislərdən sayılan U.Vaynrayx da öz tədqiqatın geniş şəkildə 

araşdırmış  olduğu  bilinqvizm  problemi  kontekstində  məhz  bu  məqama  –  ikidilliliyin  milli 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin