Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə81/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   77   78   79   80   81   82   83   84   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

439

 

 



 

 

Ana  dilinin  geniş  təbliğinə,  xarici  ölkələrdə  Azərbaycan  dili  mərkəzlərinin  açılmasına 



yönəldilmişdir. Bu fonda qonşu ölkələr də Azərbaycan dilinin istifadə sahəsinin məhdudlaşdırılması 

istiqamətində  addımlar  atılır.  İlk  növbədə  ana  dil  də  təhsilin  alınması  çətinləşdirilmiş,  regional 

səviyyədə Azərbaycan dilinin rəsmi və kargüzarlıq dili kimi istifadəsi qadağan edilmişdir. 

Azərbaycan  Respublikası  ali  rəhbərliyin  dövlət  siyasətinin  tərkib  hissəsi  olan  Azərbaycan 

dilinə  hissəli  diqqəti  təsadüfi  deyil.  XX  əsrdə  Azərbaycan  dili  bir  sıra  ciddi  problemlərlə 

toqquşmuşdur.  Ziddiyyətli  axtarışlar  nəticəsində  Azərbaycan  dilində  latın  qrafikası  təsdiqini 

tapmışdır.  Azərbaycan  latın  əlifbasının  yaranması  yolunda  Mirzə  Fətəli  Axundov,  Mirzə 

Əliməhəmməd, Firudin bəy Köçərli, Mirzə Cəlil Məmmədquluzadə və digər tarixi şəxsiyyətlərimiz 

cəsarətli  addımlar  atmışdılar.  1991-ci  ildə  latın  əlifbasına  keçməsi  haqqında  atılan  addımlara 

baxmayaraq,  yeni  əlifbaya  keçid  2001-ci  ildə  Heydər  Əliyevin  iradəsi  nəticəsində  baş  vermişdir. 

Əlifba  dəyişdirilməsi  nəsillər  arasında  fasiləsiz  nəsillik  problemini  yaradır.  “Azərbaycan  dilinin 

qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 

Dövlət  Proqramı”  bu  problemi  aradan  qaldırmış  olur.  Eyni  zamanda,  Azərbaycan  xalqı  tərəfindən 

iki əlifbanın – Azərbaycan Respublikasında latın, Cənubi Azərbaycanda isə ərəb əlifbasının faktiki 

istifadəsi  Azərbaycan  dilində  subdillərin  formalaşmasına  təkan  verir.  Belə  ki,  XVIII  əsrin 

əvvəllərindən  XX  əsrin  əvvəllərinədək  Cənubi  və  Şimali  Azərbaycanda  vahid  mədəni  mühit 

müşahidə olunur, o cümlədən, eyni söz fonduna malik, eyni fonetik, orfoqrafik, morfoloji, sintaktik 

dil  qanunları  istifadə  edilirdi.  Bu  gün  isə  Azərbaycan  Respublikasında  və  Cənubi  Azərbaycanda 

Azərbaycan  dilindən  istifadə  edildikdə  bir  sıra  ciddi  fərqli  xüsusiyyətləri  diqqəti  çəkir.  Oxşar 

prosesin Gürcüstanda da başlandığını iddia etmək olar. Müasir dövrdə Azərbaycan Respublikasında 

və  Cənubi  Azərbaycanda  bir  -  birindən  asılı  olmayan  bədii  ədəbiyyatın  inkişafını  da  müşahidə 

edirik. Belə ki, Azərbaycan Respublikasının geniş oxucularına Səhər xanım Rəsizadə, Ülkər Ucqar, 

Elyad Musəvi, Rəsul Yunan, Məhəmməd Rza Ləvayi, Rüqiyyə Kəbiri, Əlirza Zihəq və digər yazar 

və  şairləri  tanış  deyil,  Cənubi  Azərbaycanda  isə  Qan  Turalı,  Mübariz  Örən,  Pərvin,  Vəfa 

Mürsəlqızı,  Aqşin  Yenisey,  Vüsal  Nuru,  Emin  Piri,  Elemdar  Cabbarlı,  Nuranə  Nur  və  digər  gənc 

yazar  və  şairlərimizin  əsərləri  yayımlanmamışdır.  Lakin  vaxt  var  idi,  “Əkinçi”  qəzeti,  “Molla 

Nəsrəddin” və “Füyuzat” jurnalları Arazın iki tərəfində də oxunurdu. Arif Rəhimoğlu “Azərbaycan 

türkcəsinin  düzgün  yazı  qaydaları  (Azərbaycan  türkcəsi  ədəbi  dilində  düzgün  yazmağı  öyrənənlər 

üçün  yardımçı  vəsait)” [2]  adlı  yardımçı  vəsaitdə  bu  problemə  xüsusi  diqqət  yetirir:  “Bu  gün 

Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunu (problemi) ilə üz-üzəyik. Kimlərsə bu önəmli 

sorunu düşünmür, kimlərsə özünü görməməzliyə vurur, kimlərsə sorunun varlığını danır, kimlərsə 

də  daha  çox  Azərbaycanın  güneyində  özümlü  ədəbi  dil  quruculuğundan  söz  açır.  Bizi  isə 

ilgiləndirən  Bütöv  Azərbaycanda,  yəni  Azərbaycanın  həm  quzeyində,  həm  də  güneyində  eyni  bir 

ədəbi  dilin  işlədilməsi  və  buradan  irəli  gələn  Azərbaycan  türkcəsi  ədəbi  dilində  bütövləşmə 

sorunudur.” [2] 

Dialektizmlərin  müasir  Azərbaycan  bədii  dilinə  geniş  nüfuz  etməsi  prosesi  subdillərin 

yaranması məsələsini yeni amillərlə zənginləşdirir. Bu baxımdan, “Azərbaycan” jurnalında (№ 11, 

2015) yazıçı Anarın nəşr olunmuş “Göz muncuğu” əsəri diqqəti cəlb edir. Anar əsərində ədəbi dilə 

xas  olmayan  “hoyutqayıb”  sözünü  işlədir:  “Varlığına  birdən-birə  dözülməz  ağrıyla  bir  yerdə 

çökmüşdu bu qaranlıq və indi ağrı hoyutqayıb canından çıxandan sonra, o qısa anın xatirəsi ağrının 

özü  qədər  göynədirdi...”.  Aydın  Tağiyevin  “Varislər”  hekayəsində  Azərbaycan  ədəbi  dilində 

işlənməyən bir çox sözlərdən istifadə edilməsi diqqətdən yayınmır. Kamil Əfsəroğlunun “Kuklalar 

güləndə”  hekayəsində  yerli  Bakılara  xas  danışıq  tərzini    müşahidə  edirik:  “Qədeş!  Bura  bulvardı, 

camaat  dincəlməyə  gəlir,  nöş  pozursuz  millətin  kayfını?  Şəhəri  voyenni  poliqona  çöndəriblər...” 

Kamil Əfsəroğlunun bu hekayəsi dialekt və şivələr əsasında qurulmuşdur. Elçinin “Baş” romanında 

da  belə  sözlərə  rast  gəlinir:  “Otaq  isti  idi,  manqalda  közərən  kömür  arabir  cırtalıyırdı  və  o 

cırtacırdan,  elə  bil,  məşvərətə  toplanmış  bu  adamlar  yox,  tez-tez  otağa  çökən  o  sükutun  özü 

diksinirdi.” [3, s.6] 

Şair  Orxan  Paşanın  “Özümlə  könül  söhbəti” [7,  s.202]  şeirində  “mağıl”  sözü  ədəbi  dildə 

işlənməməsi, dialekt söz kimi diqqəti cəlb edir: 

Gedim, sonra gəlim demə

Yaşa mağıl, Orxan Paşa. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

440

 

 



 

 

Qeyd etmək lazımdır ki, “mağıl” sözü Tovuzda “layiqli” mənasındadır. Müəllif burada dialekt 



sözdən bədii üslub üçün yararlı ifadə və təsvir vasitəsinə çevirməyi bacarmışdır. 

Elmi  ictimaiyyət  tərəfindən  Azərbaycan  dilinin  bir  sıra  qanunlarının  arxaizm  xarakter 

daşımasına diqqət yetirilir. Akademik İsa Həbibbəyli ədəbi dildə müşahidə edilən dil hadisələrinin 

tənzimləməsini  həyata  keçirə  biləcək  qrammatik  qanunvericiliyin  hazırlanmasının  tərəfdarı  olaraq 

qeyd  edir:  “... Müstəqillik  dövrü  Azərbaycan  dilinin  orfoqrafiya  qaydalarına  bütövlükdə  yenidən 

baxmaq,  keçmişdən  mövcud  olan  qaydalarda  yaxşı  olan  nə  varsa,  hamısını  saxlamaq,  varisliyi 

qorumaq,  lakin  dilimizin  müasir  inkişafı,  hazırda  və  dilçilik  elmində  gedən  proseslərlə  bağlı  olan 

yeniləşmələr  yeni qaydalarda öz əksini tapmalıdır.” [4] Akademik İsa Həbibbəylinin irəli sürdüyü 

qoşa  y  samitinə  dair  təklifi  xüsusi  maraq  doğurur.  Akademik  İsa  Həbibbəyli  müasir  dövrdə  qoşa 

eyni samitli (qoşa y samiti) sözlərin yazılışı və tələffüzünü eyniləşdirmək üçün iki “y” samitindən 

birinin  ixtisar  edilməsi  məqamının  yetişməsini  vurğulayaraq  qeyd  edir  ki,  “tələffüzdə  qoşa  y 

samitlərindən  biri  qaldığı  üçün  yazıda  hər  ikisini  saxlamağa  ehtiyac  yoxdur.  Qoşa  yazılan  iki  y 

səsindən  birinin  atılması  sözün  mənasını  dəyişmir,  sadəcə  olaraq,  tələffüz  normalarına 

uyğunlaşdırır.” [4]  Akademik  İsa  Həbibbəylinin  irəli  sürdüyü  təklif  Azərbaycan  dilinin 

təkmilləşdirilməsi ilə bağlı atılan ciddi addımdır. 

Müasir cəmiyyətdə düşüncə tərzinin dəyişməsi nəticəsində dil də dəyişir. Qələmə alınmış söz 

və  ifadələr  müasir  Azərbaycan  ədəbi  dilinin  leksikasına  təsir  göstərir,  əsasən,  ümumişlək, 

köhnəlmiş, əcnəbi, kobud və əxlaqsız sözlərdən istifadə edilməsinə daha çox yer ayrılır. 

Müasir  yazarlar tərəfindən ümumişlək sözlərə daha çox müraciət edilməsi faktı danılmazdır. 

Cəmiyyət  və  kainata  aid  əşya,  hadisə,  əlamət  və  s.  anlayışları  əks  etdirən  ümumişlək  sözlər  hamı 

tərəfindən  eyni  dərəcədə  və  eyni  mənada  başa  düşülür.  Məsələn,  Qan  Turalının  “Kafka” 

hekayəsində bunu müşahidə etmək olur: “Məktub yazanda o sözü işlətmək istəmədim. Amma heç 

cür tapa bilmirdim o sözü. Gecə idi, jurnallar da balkonda. Gedib mətbəxdən kibrit götürdüm, gedib 

o jurnalı tapdım.” [5, s.33] 

Yüksək  obrazlılığa,  emosianallığa  və  ifadəliliyə  malik  olan  poetik  sözlərin  nitqə  incəlik 

verməsi, onu bədiiləşdirilməsi diqqəti cəlb edir. Məsələn, 

Hə, balam, doğrusu, ay dadaş mən dəxi 

Məsləhət ondan o yana bilmərəm. (M.Ə.Sabir) 

 

Bu misradakı dadaş sözü poetik sözdür. 



Azərbaycan  dilinin  lüğət  tərkibində  köhnəlmiş  sözlər  kifayət  qədərdir.  Azərbaycan 

ədəbiyyatında  köhnəlmiş  sözlərə  aid  həm  tarixizmlərdən,  həm  də  arxaizmlərdən  istifadə  edilir. 

Lakin arxaizmlərin daha geniş yayıldığının şahidi oluruq. Arxaik sözlərin təkrar dilə gətirilməsi də 

müəyyən  ehtiyaclardan  doğur.  Bu  sözlər  bədii  əsərlərin  üslubi  relevantlığının  yüksək  olmasına 

şərait  yaradır.  Elçinin  “Baş”  romanında  sərdar,  xanlıq,  padşah,  xan,  knyaz,  infanteriya  generalı, 

leşgərnevis və s. köhnəlmiş sözlərdən istifadə edilir. Romanda “Leşgərnevis Rza ayağa qalxdı” [3, 

s.10] cümləsində “leşgərnəvis” sözü tarixizmdir. 

Qloballaşma  və  internet  ədəbiyyatının  yayımı  Azərbaycan  ədəbiyyatının  mövzu  və  janr 

sistemlərinə təsir göstərməklə yanaşı, əcnəbi dillərə xarakterik olan elementlərin Azərbaycan bədii 

dilinə  nüfuz  etməsində  də  özünü  göstərməkdədir.  Qloballaşma  proseslərinin  təsiri  Azərbaycan 

dillinin  digər  dillərlə  (ingilis,  rus,  türk  və  s.)  interferensiyası  prosesində  özünü  fəal  göstərir.  Bu 

proses  özünü  son  dövrlərdə  Azərbaycan  dilinə  daxil  olmuş  texniki  və  ictimai-siyasi  həyatla  bağlı 

olan  alınma  yeni  söz  və  söz  birləşmələrində  əksini  tapmışdır.  Məsələn,  “plazma  televizor”, 

“planşet”,  “sosial  şəbəkə”,  “sensor”,  “selfi”,  “onlayn”,  “feysbuk”  və  s.  Bu  cür  söz  və  söz 

birləşmələrinin dilə daxilolma zərurəti müəyyən anlayışları ifadə etmək üçün yaranır. Bu cür sözlər 

hesabına ədəbi dilin ifadəlilik imkanları genişlənir. Təbii ki, bu tip sözlər müasir şair və yazıçıların 

əsərlərində də müşahidə olunur. Qan Turalının “Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi” 

əsərində bu tip sözlərə rast gəlirik: “Dünən Twitterdə yazdım”, “8 adam favladı...”, “Twitterə qalsa, 

hekayələr 140 işarə olar, artıq olmaz” [5, s.23] və s. 

Qeyd  etmək  lazımdır  ki,  interferensiya  yeni  fenomenləri  əhatə  edən  sözlərlə  kifayətlənmir. 

Bəzi  hallarda  əcnəbi  dillərdə  uzun  dövr  istifadə  edilən  sözlərin  də  bədii  Azərbaycan  dilinə  nüfuz 

etməsini müşahidə edirik. Məsələn, Elçinin “Baş” romanında rus mənşəli sözlərin istifadə edilməsi 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

441

 

 



 

 

diqqətdən  yayınmır.  Belə  ki,  hörmətli  yazar  “panika”,  “soldat”,  “serjant”  və  s.  qeyri  Azərbaycan 



sözlərindən istifadə edir: “ONUN hissiyyatı qavrayırdı ki, ONU heç kim görmür və  ONUN yavaş-

yavaş, elə bil, cücərməyə başlayan və cücərdikcə də oyanan yaddaşında ani bir panika yarandı ki, 

güzgüyə  baxsa,  ÖZÜNÜ  görməyəcək,  çünki  ONU  görmək  mümkün  deyildi  və  o  panika  da  yox 

oldu, çünki O, - yox idi.” [3, s.4] 

Müasir  Azərbaycan  bədii  ədəbiyyatında  Türkiyə  türkcəsində  söz  və  söz  birləşmələrinə 

müraciətin  daha  çox  olması  diqqətdən  yayınmır.  Yazılı  nümunələrdə  müəlliflərin  şu,  şöylə,  əvət, 

əfəndi, ifrat, talib, kalite, yani, tatlıya bağlamaq, merak etmek, rəsmən, eline sağlık, haqqını halal et 

və  ya  haqqınızı  halal  edin,  keçmiş  olsun,  üzgünəm,  hakk  etmək,  hüzur,  zatən  və  s.  söz  və  söz 

birləşmələrindən tez-tez istifadə etmələri daha çox müşahidə olunur. 

Bu  baxımdan,  Mübariz  Süleymanlının  “Milli  şüurun  meyarı:  dil  və  kültür  birliyi” 

məqaləsində  “kültür”  sözündən  istifadə  etməsi  ilə  diqqəti  cəlb  edir:  “Dünyanın  bir  çox  elm, 

mədəniyyət və siyasət xadimləri dil və kültür birliyini milli şüurun və özünüdərkin əsas amili hesab 

etmişlər.” [6] 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  bədii  dilində  Türkiyə  türkcəsində  söz  və  söz 

birləşmələrinə  müraciət  özünü  həmişə  göstərmişdir.  Hələ  XX  əsrin  əvvəllərində  Hüseyn  Cavidin, 

Abdulla  Şaiqin,  Məhəmməd  Hadinin  və  digər  ədiblərimizin  yaradıcılıqlarında  bu  prosesi  izləmək 

mümkündür. Məsələn, Hüseyn Cavidin “Qız məktəbində” adlı poetik nümunədə daha çox Türkiyə 

türkcəsində sözlərin işlənmə bolluğu diqqətdən yayınmır: 

–Quzum, yavrum! Adın nədir? 

–Gülbahar. 

–Pəki, sənin anan, baban varmı? 

–Var. 


–Nasıl, zənginmidir baban? 

–Əvət, zəngin, bəyzadə... 

–Öylə isə, geydiyin geyim neçin böylə sadə? 

Yoxmu sənin incilərin, altun bilərziklərin? 

Söylə, yavrum! Heç sıxılma... 

 

Təəssüf ki, Azərbaycan ədəbi dilində, həmçinin qələmə alınmış bədii nümunələrdə kobud və 



əxlaqsız sözlərin artması müşahidə olunur. Bu baxımdan, kobud və əxlaqsız sözlərin işlənməsi bədii 

əsərin estetik dəyərini aşağı salır. Bu cür sözlər, xüsusilə “çirkli realizm” üslubunda qələmə alınmış 

əsərlərdə daha çox qabardılır. 

XX  əsrin  80-ci  illərinin  sonlarında  çirkin  və  dəhşətli  həqiqətləri  oxucuya  çatdırmaq  və 

etirazını  bildirmək  istəyən  yazarlar  “çirkli  realizm”  cərəyanının  əsasını  qoyurlar.  “Granta” 

jurnalında  Bill  Buford  “dirty  realism”in  yəni  “çirkli  realizm”in  “məhəlli  xırdalıqlar  yerli  yerində, 

dildə, mimika və jestlərdə” əksini tapdığını vurğulamışdır. 

Son  dövrlərdə  Azərbaycan  ədəbiyyatında  “çirkli  realizm”ə  meyl  və  maraq  güclənməkdədir. 

Misal kimi gənc nəslə aid Səxavət Sahilin “İsanın qadını” və Əli Əkbərin “Artuş və Zaur”, Eyvaz 

Zeynalovun  “Bələdçi”  romanlarına  müraciət  etmək  olar.  Romanlar  oxucu  və  ədəbiyyatşünaslar 

tərəfindən  birmənalı  qəbul  edilməmiş,  diskussiyalara  səbəb  olmuşdur.  Azərbaycan  ədəbi  dilində, 

həmçinin  qələmə  alınmış  bədii nümunələrdə kobud və  əxlaqsız sözlərin qadın  yazarları tərəfindən 

işlənilməsi  təəssüf  doğurur.  Sevinc  Pərvanənin  “Atamın  xatirəsinə”  adlı  əsərinin  adı  bizi 

düşünməyə vadar edir və ilk növbədə ağıla gələn o olur ki, xanım yazar Ataya olan məhəbbət və 

ehtiramını əks etdirən elegiya qələmə almışdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, elə ilk sətirdəcə 

nəzərdə  tutduğumuz,  xəyal  etdiyimiz  mükəmməl  ata  obrazının  tam  əks  qütbündə  dayanan  miskin 

atanı  müşahidə  edirik.  Müəllif  Ata  obrazını  bütün  mənfilikləri  ilə  oxucusuna  çatdırır.  Sevinc 

Pərvanə bu şeirində əxlaqi dəyərlərin olmaması, əxlaq dəyərlərinin təkzib edilməsini önə çəkir. 

Gənc  yazarlardan  fərqli  olaraq,  yaşlı  nəslin  nümayəndələrinin  yaradıcılığında  kobud  və 

əxlaqsız  sözlərdən  istifadə  özünü  göstərir.  Lakin  yaşlı  nəsildə  “çirkli  realizm”  özünü  az  və  fərqli 

prizmadan  göstərmişdir.  Məsələn,  Tahir  Kazımovun  “Qırmızı  rəng” [8]  romanında  hadisələr 

Azərbaycan  məkanı  və  mentalitetindən  uzaq  bir  yerdə,  Avropa  dövlətlərindən  biri  olan 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

442

 

 



 

 

Hollandiyada  nəql  edilir.  Yazıçı  mövzunu  adi  həyat  hadisəsindən  qopardıb  ədəbiyyat  hadisəsinə 



çevirməyə cəhd edir. 

Kobud  və  əxlaqsız  sözlərin  yaranması  Azərbaycan  bədii  dilinə  xas  yeganə  mənfi  təzahür 

deyil.  Son  zamanlar  Azərbaycan  dilinin  qrammatik  qanunlarının  inkar  edilməsinə  tez-tez  rast 

gəlmək olur. Məlumdur ki, hər bir dil cümlə üzvlərinin etnokulturoloji və tarixi məntiqi kateqoriya 

olan  normativ  düzülüşü  ilə  səciyyələnir.  Anarın  “Göz  muncuğu”  əsərində  cümlə  üzvlərinin 

normativ düzülüş prosesinin pozulması faktlarına tez-tez rast gəlinir: “Sonra ləzzətin zirvəsi - birgə 

boşalma və rahatlıq anı. Sanki qaranlıq bir dərinliyin içinə yuvarlanmışdı, qəşş etmiş kimiydi sanki. 

Yuxu bir neçə an içində aparmışdı onu.” 

Müəllifin  tələffüzü  əsas  tutaraq,  qələmə  aldığı  sözü  necə  eşidirsə,  eləcə  də  qələmə  alır. 

Məsələn,  Orxan  Paşanın  Milli  Qəhrəman  Mübariz  İbrahimova  həsr  etdiyi  “Şəhid  köynəyi 

lalələr”

 

[7,  s.147] şeirində  tələffüz  əsas  tutulur.  Söz  necə  eşidilir  və  ya  deyilirsə,  eləcə  də  qələmə 



alınmışdır: 

Nola balam gələydi, 

Gözlərim dincələydi! 

Burada  “nola”  sözünü  müəllif  fonetik  prinsipə  əsaslanmayaraq  söz  və  qrammatik  formaları 

tələffüzə uyğun, səsləndiyi kimi qələmə alır. Müasir dildə işlənməyən və ya mənaca dəyişib işlənən 

sözlərin əsərlərdə bədii ifadə vasitəsinə çevrilərək üslubi əhəmiyyət daşıması diqqəti cəlb edir. 

Qan  Turalının  “Darıxanlar”  [5,  s.26]  hekayəsinin  elə  ilk  sözündə  hərfburaxma  diqqəti  cəlb 

edir: “Burda nə var, nə  yox?” “Burada” sözünün vurğusuz hecasında zəif tələffüz olunan sait səs 

buraxılmışdır – “burda”. Qan Turalı “burda” sözünü “O qız və oğlanın hekayəsi” [5, s.7] əsərində 

də işlədir: “Burda yuxarıdakı hissəni də silmək olar?” Ümumiyyətlə, sözün vurğusuz hecasında zəif 

tələffüz  olunan  saitlərin  buraxılması  faktları  mövcuddur:  yubley  (yubiley),  məktəbmiz 

(məktəbimiz), xalqmız (xalqımız), öznü (özünü), əsəbləşmək (əsəbiləşmək) və s. 

Sonda  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  bədii  dilinin  inkişaf  özəllikləri  və  problemləri 

ciddi  elmi  araşdırmaların  aparılmasını  tələb  edir.  Bu  sahədə  müəyyən  tədqiqatlar  var.  Məsələn, 

Xalidə  Quliyevanın  “Azərbaycan  dilinin  leksikoqrafiyasi  (1990  -  2000-ci  illər)”,  Natəvan 

Hacıyevanın  “Müstəqillik  dövrləri  Azərbaycan  ədəbiyyatının  dil  və  üslub  xüsusiyyətləri”,  Aysel 

Ələkbərovanın  “Müsahibə  televiziya  janrları  sistemində:  proqramlarda  yeri  və  inkişaf 

xüsusiyyətləri”,  Əfsanə  Quliyevanın  “Müasir  Türk  və  Azərbaycan  dillərində  iqtisadiyyat 

terminləri”,  Sədaqət  Əsədovanın  “Azərbaycan  dilinin  Borçalı  şivələri  (fonetik  və  qrammatik 

xüsusiyyətləri)” və sair.  Lakin  bu araşdırmalar mövcud problemləri ayrılıqda tədqiq edir. Təəssüf 

ki,  Azərbaycan  bədii  dilində  subdillərin  yaranması,  Azərbaycan  bədii  dilinin  əcnəbi  dillər  ilə 

qarşılıqlı  nüfuzun  artması,  Azərbaycan  bədii  dilinın  estetik  dəyərinə  xələl  gətirən  təzahürləri 

sanballı dissertasiya işlərinin obyektinə hələ də çevrilməmişdir. 

 

Ədəbiyyat 



 

1 Anar. Göz muncuğu. “Azərbaycan” jurnalı. № 11, 2015; 

2.  Arif  Rəhimoğlu.  Azərbaycan  türkcəsinən  düzgün  yazı  qaydaları  (  Azərbaycan  türkcəsi 

ədəbi 


dilində 

düzgün 


yazmağı 

öyrənənlər 

üçün 

yardımçı 



vəsait) 

// 


http://ebooks.azlibnet.az/book/JCo0iaxp.pdf 

3. Elçin. Baş (roman). “Azərbaycan” jurnalının xüsusi buraxılış -2015, 176 səh; 

4. İsa Həbibbəyli. Diqqət: Orfoqrafiyada İki “y”dan biri. 525-ci qəzet,25 may, 2015. 

5. Qan Turalı. Doqquz hekayə (şəhər əfsanələri). Bakı, “Elgün” nəşriyyatı, 2015, 130 səh; 

6.  Mübariz  Süleymanlı.  Milli  şüurun  meyarı:  dil  və  kültür  birliyi  // http://az.strategiya.az/-

old/?m=xeber&id=2055 

7. Orxan Paşanın (Məhərrəm Qasımlı). Yağmur qoxusu. Bakı. “Uğur”, 2015. 228 səh; 

8.Tahir Kazımov. Qırmızı rəng. Bakı, UniPrint, 2014, 616 səh. 

 

Xülasə: 


Müasir  cəmiyyətdə  düşüncə  tərzinin  dəyişməsi  nəticəsində  dil  də  dəyişir.  Söz  və  ifadələr 

müasir  Azərbaycan  ədəbi  dilinin  leksikasına  təsir  göstərir.  Ədəbi  dildə  müşahidə  edilən  dil 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

443

 

 



 

 

hadisələrinin tənzimləməsini həyata keçirə biləcək qrammatik qanunlar hazırlanır. Qloballaşma və 



internet  ədəbiyyatının  yayımı  ədəbiyyatın  mövzu  və  janr  sistemlərinə  təsir  göstərməklə  yanaşı, 

əcnəbi  dillərə  xarakterik  olan  elementlərin  Azərbaycan  bədii  dilinə  nüfuz  etməsində  də  özünü 

göstərir. 

Salide Sharifova 

Summary: 

As  a  result  of  the  change  of  thinking  in  modern  society  is  changing  language.  Words  and 

phrases  in  the  vocabulary  of  modern  Azerbaijani  literary  language  impact.  The  language  of  the 

events  will  be  able  to  observe  the  literary  language  of  the  regulation  is  made  grammatical  laws. 

Globalization  and  the  Internet,  literature,  broadcasting  systems,  the  impact  of  literature  topic  and 

genre, as well as to penetrate into foreign languages in the characteristic elements of the art speaks 

for itself. 

 

 



 

 

 



 

 

 



 

 

Ülviyyə Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, 



Azərbaycan Universiteti, Azərbaycan filologiyası və jurnalistika kafedrasının  müdiri.  

  ulviyye72@mail.ru 

 

SOSİOLİNQVİSTİKADA MƏTNLƏRİN TƏHLİLİI PROBLEMİ VƏ 

MULTİKULTURALİZM 

 

Açar sözlər: dil, mədəniyyət , xalq, müəllif, mətn 

Key words: language, culture, people, author, text 

 

Mətnlərin  təhlili  kontekstində  multikulturalizm  özünün  yeni  xüsusiyyətlərini  üzə  çıxarır  və 



yeni  meyarlar  əsasında  humanitar  biliyi  ümumiləşdirir.    Məlumdur  ki,  mədəniyyət  özünün  tərkib 

hissələrini  öz  içində  əritməyə  və  bütövə  çevrilməyə  cəhd  göstərir.  Xalqın  mədəniyyəti  deyəndə 

onun  ədəbiyyatının,  musiqisinin,  adət-ənənələrinin  və  sairənin  qovşağını,  görüş  yerini,  bir-birinin 

içinə  girməsini,  bir-birini  şərtləndirməsini  –sintetik    vəhdətini  nəzərdə  tuturuq.  Lakin 

mədəniyyətlərin təması, yəni multikulturalizm kontekstində  hər bir mədəniyyət bir tərəfdən bütöv 

şəkildə, digər tərəfdən onun hər bir sahəsi özünü büruzə verməyə, nümayiş etdirməyə cəhd göstərir: 

Ədəbiyyat ədəbiyyatla, musiqi ilə, təsviri incəsənət təsviri incəsənətlə dil tapıb ünsiyyətə girməyə 

çalışır,  multikulturalizm  kontekstində  yenidən  birləşib  müxtəlif  kombinasiyalarını  yaradır  və  öz 

rəngarəngliklərini  nümayiş  etdirir.    Universal  mətn  kontekstində    fransız  filosofu    Derrida  qeyd 

edirdi: “Mətnin özündən kənarda heç bir həqiqət yoxdur” [1,128]. 

 Dil faktoru  multikulturalist  düşüncənin müxtəlif aspektlərini bir araya gətirən vasitədir. Bu 

baxımdan,  hər  şeyi  sözün  və  mənanın  üzərinə  yükləndiyi  bir  semiotika  dünyasında 

mədəniyyətin tərkib hissəsi  olan dil mənaları, simvolları yaradan bir həqiqətdir. Bu imkanları ilə o 

mədəniyyətdə,  tamamilə,  yeni  sahələr  yarada  bilər.  Dilin  içindəki  həmin  multiçalarlı  düşüncəni 

aşkarlamaq,  insani  münasibətlərin  konteksində  bir  üst-dilin  yaranmasına  rəvac  verə  bilər.  Üst-dil 

klişelərin təmizlənməsinə əsas köməkdir. 

Müxtəlif  dillərin  şifahi  ifadə  tərzindən  yazı  tərzinə  keçidi  prosesində  bir  ümumi 

qanunauyğunluq  özünü  büruzə    verir:  dil  daşıyıcıları    yazıda  özgə  dildə  danışmağa  üstünlük 

verirdilər:  qədim  dövrlərdə  akkadlar    şumer  dilində,    orta  əsrlərdə  türklər  ərəb  və  fars  dilində, 

Avropa  xalqları  latın  dilində  danışmağı  üstün  tuturdular.    Bu  bir  növ  mədəniyyətin  elitar 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin