Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə82/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

444

 

 



 

 

səciyyəsindən  xəbər  verirdi,  onun  say-seçmələrə  ünvanlandığını  göstərirdi.  Lakin  tədricən  yazı 



kahinlərin  nəzarətindən  çıxıb  mədəniyyətin  müxtəlif  sahələrini  ehtiva  etməyə  başladı.  Bu  yazının 

müxtəlif  ziddiyyətli  meyllərlə  rastlaşmasını,  onun  özünün  daxili  ziddiyyətlər  meydanına 

çevrilməsinə  səbəb  olur.  Yazı  mətnində  baş  verən  bu  müxtəlif  yönümlü  tendensiyalar  vahid 

mədəniyyətin içində müxtəlif sahələrin mövcudluğu ilə bağlıdır. Belə ki, məsələn, din cəmiyyətdən 

təcrid olunub onun fövqündə dayanmağı və buna görə də yad dildə danışmağı və bununla özü ilə 

nəzarətdə  saxlamağa  çalışdığı  kütlə  arasında  məsafə  saxlamağı  üstün  tutur.  Ədəbiyyat  isə  öz 

mahiyyəti  etibarilə  dil  daşıyıcıları  ilə  məsafəni  maksimum  qısaltmaqla,  onlarla  bilavasitə  təmas 

yaratmaqla  özünü  təsdiq  edə  bilir.  Bu  halda  yazının  ikinci  qanunauyğunluğu  özünü  büruzə  verir:  

ədəbi dil ardıcıl şəkildə danışıq dilinə yaxınlaşır və son nəticə etibarilə ədəbi-bədii fikir öz doğma 

dilində özünü ifadə etməyə üstünlük verir. 

Ferdinand  dö  Sossür  nitq  fəaliyyətində  (le  langage)  dili  (la  langue)  və  nitqi  (la  parole)  bir-

birindən fərqləndirirdi. Dil sosial bütöv tərəfindən qəbul olunmuş razılıqlar (sazişlər) sistemidir. Bu, 

nitq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  əsas  şərtdir.  Sazişlər  əsasında  formalaşmış  dil 

subyektlərin  danışması  üçün  meydan  açır.  Bir-biri  ilə  bağlı  olan  və  eyni  zamanda  fərqli  dil 

komponenti  hermenevtika  üçün  vacib  üç  qayda  ortaya  qoyur:  1)  Danışan  subyektlərdən  təcrid 

olunmuş  dil  işarələr  sistemidir;  2)  Dilin  əsasını  təşkil  edən  fərqlər  sinxronik  linqvistikanın 

yaranması şərtidir; 3) Linqvistik qanunlar şüursuz səviyyə ilə bağlıdır. Dil yalnız ünsiyyət vasitəsi 

deyil,  dünya  haqqında  təsəvvür  yaradan  təbii  intellektual  sistemdir.  Hər  bir  dil  ayrılıqda  dünya 

haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. 

Dilin  öyrənilməsi,  mahiyyəti  dilçiləri  və  filosofları  həmişə  düşündürən  bir  mövzu  olub. 

Qədim yunanlar insanı öz həmcinsləri ilə ünsiyyətə girən sosial varlıq kimi başa düşürdülər. Fəlsəfə 

və təbiət elmlərinin inkişaf etməsi dilin mahiyyəti ilə bağlı çoxlu dəyərli fikirlər meydana gəlməsi 

ilə müşayiət olunur. Bəziləri dili təbiətlə bağlayır, bəziləri isə onun ilahi qüvvə tərəfindən insanlara 

bəxş edildiyini iddia edirlər . Dilçiliyin tarixinə nəzər salsaq, müşahidə edərik ki, V.fon Humboldt 

və  F.de  Sössürün  önəm  verdiyi  əsas  məsələlərdən  biri  dilin  mahiyyəti  ilə  bağlı  olmuşdur.  F.de 

Sössür dil haqqındakı elmin elmlər arasında yerini göstərməklə yeni mərhələyə qədəm qoymuşdur. 

O, dilin ayrılıqda tərifini verməyə çalışmışdır. O yazır: “Dil danışıq fəaliyyətinin  yalnız müəyyən 

hissəsini,  lakin  əsas  hissəsini  təşkil  edir.  Kollektiv  tərəfindən  qəbul  edilmiş  zəruri  şərtiliklərin 

məcmusu  olan  dil  elə  bir  sosial  məhsuldur  ki,  hər  bir  dil  daşıyıcısında  mövcud  olmaqla,  danışıq 

fəaliyyətinin  reallaşmasını,  funksiyadaşıma  qabiliyyətini  təmin  edir”[2.78].  Bütövlükdə,  danışıq 

müxtəlif  fəaliyyət  sahələrində  özünü  fərdi  şəkildə  büruzə  verir.  Ayrı-ayrı  sahələrə  yayılaraq  eyni 

zamanda fiziki, fizioloji və psixoloji olmaqla, həm fərdi, həm də sosial sferaya aiddir; onu insanın 

həyat hadisələrinin heç bir kateqoriyasına aid etmək olmaz, çünki burada bütövlük yaratmaq üsulu 

məlum deyil. Bunun əksinə olaraq, dil özlüyündə bütövdür. Bir qədər sonra o qeyd edir ki, danışıq 

fəaliyyətinin  öyrənilməsi  iki  hissədən  ibarətdir  ki,  birincisi,  əsas  olan  dildir;  ikincisi  isə  ikinci 

dərəcəli hesab edilə bilər ki, o da danışıqdır. Onun yazdığına  əsasən aydın olur ki, dil mahiyyətcə 

sosial, fərddən asılı olmayan bir alətdir və o tamamilə psixi səciyyə daşıyır. F.de Sössür dil barədə 

yazır:  “Dil  ona  görə  lazımdır  ki,  danışıq  anlaşıqlı  olsun,  bununla  da  səmərə  versin”  [2,82].  F.  de 

Sössürün dil haqqında fikirlərinə münasibət bildirən L.Yelmslev yazır: “F.de Sössürün əsas xidməti 

ondadır  ki,  o,  dili  kəşf  etmişdir.  Dil  insana  öz  davranışını  və  başqalarının  davranışını  öyrənməyə 

kömək edir”[3.98] . N.Xomskinin də dil haqqında maraqlı fikirləri vardır. O yazır ki, dil səriştədir 

(kompetensiya)  və  bu  səriştəni  həyata  keçirmək  vasitəsidir.[4]  N.Xomskiyə  əsaslanaraq  alimlər 

müasir dilçiliyi səriştə (kompetensiya) haqqında elm, əsrin birinci yarısındakı dilçiliyi dil strukturu, 

XIX əsr dilçiliyini isə dil tarixinin linqvistikası adlandırırlar. F.de Sössür dil fəaliyyəti (language), 

konkret dil sistemi (langue) və danışıq (parole) konsepsiyasından çıxış edirdisə, N.Xomski səriştəni 

(kompetensiyanı)  və  onun  bilavasitə  tətbiqini  (performance)  əsas  götürür.  Birincisi  dildə  danışa 

bilmək üçün tarixən əldə edilmiş müəyyən bilgidirsə, ikincisi həmin biliklərin bilavasitə danışıqda 

öz əksini tapmasıdır. N.Xomski biliklə, yəni adamın biliyi və bu biliklər səriştəsi ilə həmin biliyin 

danışıqda həyata keçirilməsini aydın fərqləndirir. 

Dil  və  mədəniyyət  arasındakı  əlaqə  ilə  bağlı  bir  çox  fikir  ayrılıqları  mövcuddur.  Bəzi 

tədqiqatçılar  hesab  edirlər  ki,  dil  və  mədəniyyət  öz  funksiyası  və  mahiyyətinə  görə  bir-birindən 

kəskin  fərqlənir:  əgər  mədəniyyət  insanın  əldə  etdiyi  nailiyyətidirsə,  dil  özünü  bu  formada  əks 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

445

 

 



 

 

etdirmir. Görkəmli rus alimi V. A. Maslova isə dil və mədəniyyət haqqında yazaraq qeyd edirdi ki, 



mədəniyyət və dil  dialoq şəklində mövcud olduqları kimi onların subyekti hər zaman şəxsiyyət və 

ya cəmiyyətdir [5]. 

Dil mürəkkəb struktura malikdir. Lakin eyni zamanda onu özündən daha mürəkkəb, lakin ona 

analoji  strukturları  qurmaq  üçün  təməl  qismində  nəzərdən  keçirmək  olar.  Bu  baxımdan 

mədəniyyətlə dil arasında mövcud olan qarşılıqlı əlaqə dilin mədəniyyətdə oynadığı universal rolu 

vurğulamaqla  kifayət  qədər  əsaslandırılmır.  Dillə  mədəniyyətin  struktur  modallığı  arasında 

paralelliyi  əsaslandırmaq  üçün  Levi-Stross  üçüncü  anlayışa  müraciət  edir:  "Biz  hələ  özümüzə 

hesabat  verə  bilmirik  ki,  dil  və  mədəniyyət  daha  əsaslı  fəaliyyətin  iki  paralel  növüdür.  Mən  heç 

kimi  müzakirələrimizə  dəvət  etməyə  ağlına gəlməyən, amma bununla belə  yanımızda olan qonağı 

nəzərdə tuturam: bu insan ruhudur. Ruh ruhu yalnız struktur oxşarlığına görə deyil, həmçinin xüsusi 

dirskusların  bərpası  və  aramsız  hərəkəti  nəticəsində  dərk  edir".  Bu  baxımdan  dil  mədəniyyətin 

təməlidir, əks-əlaqə prinsipi əsasında mədəniyyət dilin tərkibinə daxildir və dildə öz əksini tapır. Dil 

mədəniyyəti əks etdirməklə yanaşı, həm də mədəniyyəti formalaşdırır. Bu anlamda dil mədəniyyət 

kontekstində özü də  zənginləşərək inkişaf edir.  

Dillər  bir-birlərindən  fərqləndiyi  kimi,  eyni  zamanda  müəyyən  mənəvi,  mədəni  ideoloji 

dəyərlər  əsasında  bir-biri  ilə  təmasa  girir,  bir-birlərini  zənginləşdirirlər.  Bu  baxımdan  fərqlərin  və 

oxşarlıqların  dialektikasına  əsaslanan  dillər  sistemi  mədəniyyətlərin  münasibətlər  sisteminin 

təkrarlayır. Bu baxımdan multikulturalizm  bir növ dillərin münasibəti strukturuna bənzəyir.  



 

Ədəbiyyat: 

1.  Деррида,  Ж. Письмо  и  различие.  Пер.  с  фр.  Д.  Кралечкина. —  М.:  Академический 

проект, 2007. 495 с. 

2. Соссюр Ф. де. Труды по языкознанию / Пер. с франц. яз. под ред. А. А. Холодовича; 

Ред. М. А. Оборина; Предисл. проф. Н. С. Чемоданова.  М.: Прогресс, 1977.  696 

3.  Ельмслев  Л.  Пролегомены  к  теории  языка.  Перевод  с  английского.  Серия 

"Лингвистическое наследие ХХ века" 2006. 248 с. 

4.  Хомски,  Аврам  Ноам. Гуманитарная  энциклопедия [Электронный  ресурс]  //  Центр 

гуманитарных технологий. 18.06.2007. URL: http://gtmarket.ru/personnels/noam-homski/info 

5.  Маслова  В.    Лингвокультурология:  Учеб.  пособие  для  студ.  высш.  учеб,  заведений.  

М.: Издательский центр «Академия», 2001. 208с. 

 

Ulviyya Rahimova 



Multiculturalism in the context of the analysis of texts  

 

Summary 



 

The  article  deals  with  the  place  of  the  language  factor  in  the  multiculturalist  thought,  its 

specific  qualities  and  the  universal  role  of  language  in  culture.  Here  is  referred  to  the  works  of  

thinkers have written about it. Revealing new facts about the incident, specification, relationship of 

the reader's notion system with the time held the main theme of the article. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

446

 

 



 

 

Lalə Əliquliyeva, filologiya elmlər namizədi, dosent 



Bakı Avrasiya Universitetinin tərcümə və praktik dillər kafedrasının dosenti 

aliquliyeva@bk.ru 

 

FELİ SİFƏTLƏRDƏ ZAMAN ANLAYIŞI 

 

Açar sözlər: feil, feili sifət, zaman, kateqoriya, müxtəlif dillər. 

Key words:  verb, participle, tens, category, different languages. 

Sosial  linqvistika  dillə  cəmiyyət  arasındakı  bütün  əlaqələr  sistemini  öyrənir.  Cəmiyyətin 

müxtəlif  sosial  təbəqələrinin  bir  dil  ətrafında  birləşməsi,  əsas  ünsiyyət  vasitəsi  kimi  ədəbi  yaxud 

danışıq  dilinin  aparıcı  rol  oynaması  problemi  müxtəlif  regionların  dillərində  müxtəlif  səviyyədə 

özünü büruzə verir və dilçiliyin bütün sahələrini  əhatə  etdiyi kimi zaman kateqoriyasından da  yan 

keçməmişdir.  

Zaman bizim şüurumuzdan asılı  olmayaraq   obyektiv aləmdə daim mövcuddur. Biz zamanı 

dərk etmək üçün yaşadığımız, şahidi olduğumuz hadisələri şüurumuzda dərk edir və dəyərləndiririk. 

Dünyanın  bir  çox  tədqiqat  obyektinə  çevrilən  zaman  məfhumu  olduqca  mürəkkəb  bir  anlayışdır. 

Kainatda  zaman  anlayışı  iki  anlamda  təzahür  edir.  Birincisi,  obyektiv  aləmdə  bizdən  və 

şüurumuzdan kənarda mövcud olan fəlsəfi anlamda zaman, digəri isə insan şüuru ilə dərk edilərək 

dildə ifadəsini tapan qrammatik anlamda zaman.  

İlk  dəfə  olaraq  Azərbaycan  dilçiliyində  obyektiv  və  qrammatik  zamanları  səciyyələndirərək 

onların    qarşılıqlı  vəhdətini  müəyyənləşdirən  akademik  A.A.Axundov  qeyd  edir  ki,  “Zaman 

birölçülüdür. Bu o deməkdir ki, obyektiv zaman üç zamanı; keçmiş, indiki və gələcək zamanı əhatə 

edir. Zaman dönməzdir, yəni o yalnız bir istiqamətdə davam edir; zaman yalnız irəliyə doğru gedir; 

o keçdiyi yola heç bir zaman qayıtmır, geri dönmür. Zaman sonsuzdur, çünki onun nə əvvəli vardır, 

nə  də  sonu  olacaqdır”  [1,  s.  4].    Müəllif  eyni  zamanda  qrammatik  zamanın  da  tərifini  verir.  “ 

Qrammatik  zaman  bizdən  asılı  olmayaraq  obyektiv  aləmdə  mövcud  olan  zamanın  insan 

təfəkküründəki  təzahürünün  dildəki  ifadəsidir.  Qrammatika  özündən  zaman  yaratmır.  O  yalnız 

insan  şüurunda  əks  olunan  obyektiv  zamanı  qeyd  edir  və  bununla  yanaşı  onu  konkretləşdirir”  [1, 

s.4].  Lakin  fəlsəfi  anlamda  bütün  insanlar  tərəfindən  eyni  cür  dərk  edilən  zamanın  qrammatik 

təzahürü müxtəlif istiqamətlərdə  inkişaf edir. İnsanlar müxtəlif dil sistemlərinə malikdirlər. Bu dil 

sistemlərinin  müxtəlif    leksik-qrammatik,  funksional-üslubi  xüsusiyyətləri  vardır.    Məsələn, 

müxtəlif  dillərdə  müxtəlif  qrammatik  zamanlar    vardır.    Odur  ki,  artıq  bir  dilin  semantik 

imkanlarından  çıxış  edərək  qrammatik  zamanın  digər  dildəki  qarşılığını  vermək  mümkündür. 

Çünki, semantik  cəhətdən zaman kateqoriyası bütün dillər üçün eyniyyət təşkil edə bilər. Hər hansı 

bir  qrammatik  zamanın  məna  baxımından    istənilən  dildə  öz  qarşılığı  bu  və  ya  digər  şəkildə 

olmalıdır.  Məsələn,  Azərbaycan  dilinin  bəzi  qrammatik  zaman  formaları  rus,  ingilis  və  ərəb 

dillərində  yoxdur.  Lakin,  həmin zaman formalarının  analitik və  ya təsviri  yolla qarşılığını vermək 

mümkündür.  Beləliklə,  müxtəlif  təzahür  formalarının  olmasına  baxmayaraq  zaman  kateqoriyası 

demək  olar  ki,  bütün  dillərdə  mövcuddur.  “    Qrammatik  zamanın  təzahüründəki  müxtəliflik, 

mürəkkəblik,  variativlik  hər  bir  konkret  dilin  qrammatik  və  semantik  imkanlarından  ,  bu  dilin 

semantik potensialından  asılıdır.” [3, s. 9] Bu təzahür formaları müxtəlif  ictimai, siyasi və mədəni 

təkamül yolu keçmiş xalqların dilində özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. 

Müasir dilçilik tipologiyasında dillərin qrammatik quruluşuna görə ənənəvi morfoloji bölgüyə 

əsasən bütün dillər dörd müxtəlif qrupa ayrılır:  

1. Kök- amorf dillər 

2. Aqqlütinativ dillər 

3. Flektiv dillər 

4. İnkorporlaşan dillər 

Kök  dillərə,  şəkilçisi  olmayan,  qrammatik  vahidi  yalnız  leksik  vahidlərdən,  yəni  köklərdən 

ibarət olan dillər aiddir. Bu qrup dillərə çin dilini nümunə göstərmək olar. 

Aqqlütinativ dillərə iltisaqi, şəkilçili dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik və 

qrammatik  əlaqələr  şəkilçi    morfemlər  vasitəsilə  həyata  keçirilir.  Bu  dillərdə  kök  və  şəkilçi 

morfemləri  ayrılıqda  öz  müstəqilliyini  qoruyub  saxlayır.  Burada  kök  qrammatik  vahid  olmaqla 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

447

 

 



 

 

yanaşı  eyni  zamanda  öz  leksik  və  fonetik  tərkibini  də  mühafizə  edərək  şəkilçidən  kənarda  da 



mövcud ola bilir. Aqqlütinativ dillərə Azərbaycan və digər türk dillərini misal göstərmək olar. 

Üçüncü qrupa aid olan flektiv dillərdə söz tərkibi fonetik dəyişikliklərə məruz qalır. Sözdə bu 

dəyişiklik xarici və ya daxili fleksiya yolu ilə baş verir. Fleksiya özü yunan sözü olub hərfi mənası 

“əyilmək”  deməkdir.  “  Daxili  fleksiyanın  əsas  olduğu  flektiv  dillərdə  daxili  fleksiya  formaları 

müəyyən sistemə malikdir, möhkəm modellər şəklində mövcuddur.” [2, s. 196] Sami dillər qrupuna 

aid olan ərəb dili üçün daxili fleksiya daha səciyyəvidir.  Burada dəyişikliklər sözün daxilində baş 

verir.  Flektiv dillərə rus, ingilis, ərəb və bir sıra dilləri aid etmək olar. 

Dördüncü tipi təşkil edən inkorporlaşan dillərdə ünsiyyət vasitəsi kimi çıxış edən xüsusi növ 

sintaqmatik vahidlər müxtəlif köklərin birləşməsindən əmələ gəlir. Dillərin bu tipinə çukça, koryak 

dilləri misal ola bilər. 

Beləliklə, Azərbaycan dili aqqlütinativ, ərəb dili isə flektiv dillərə aiddir. Odur ki, iki müxtəlif 

dil  sisteminə  aid  olduqları  üçün  həmin  dillərdə  ümumi,  oxşar  cəhətlərlə  yanaşı,  spesifik 

xüsusiyyətlər  də  mövcuddur.  Azərbaycan  və  ərəb  dillərinin  qrammatik  quruluşları  arasındakı  əsas 

fərq təkcə  sözlərin ifadə  vasitələrində, söz birləşmələri və  cümlə strukturunda özünü göstərmir. O 

həmçinin  feilin  zaman  kateqoriyasında  da  öz  əksini  tapır.  Feil  hər  iki  dildə  həm  leksik,  həm  də 

qrammatik cəhətdən ən zəngin nitq hissəsidir. Ərəb dilində digər əsas nitq hissələri ad qruplu sözlər 

adı  altında  cəmlənsə  də,  feil  ayrıca  bir  nitq  hissəsi  kimi  təqdim  olunur.  Ümumiyyətlə,  feil  ərəb 

dilində  ən  aparıcı  nitq  hissəsi  sayılır,  digər  sözlər  isə  onun  ətrafına  toplaşaraq  əsasən  ondan 

törəmələr hesab olunurlar.   

Akademik  A.  A.  Axundov  feilin  zaman  kateqoriyasının  tərifini  verir:  “  feilin  zaman 

kateqoriyası obyektiv zamanın inikası olub, hərəkətin danışıq vaxtına və yaxud zaman əlaqələrinin 

əsası kimi qəbul edilmiş hər hansı başqa danışıq vaxtına münasibətini bildirir .” [1, s. 6] Bu tərifi 

bütün dil sistemlərinə, o cümlədən də flektiv dillərdən olan ərəb dilinə də şamil etmək olar.  

Zaman  sistemində  indiki  zaman  formaları  gələcək  və  keçmiş  zaman  arasında  keçid 

mövqeyində  durduğu  üçün  semantik  cəhətdən  hər  iki  zamanın  xüsusiyyətlərini  özündə  birləşdirə 

bilir. Gələcəkdə nəzərdə tutulmuş iş indiki zamanda icrasına təkan verərək keçmişə doğru yol alır. 

Eyni  zamanda  da  konkret  zaman  zərfi  ilə  işlədilərkən  indiki  zaman  gələcəyə  aid  edilə  bilər. 

Məsələn,  “  Sabah  biz  Moskvaya  yola  düşürük  .”  –  “.وكسوم  ىلإ  رفاسن  اﺪغ”  cümləsində  morfoloji 

cəhətdən  indiki zamanda verilmiş feil semantik cəhətdən gələcəyə aid edilir. 

Feilin  zaman  kateqoriyası  təkcə  feillərdə  deyil,  eyni  zamanda  feilin  digər  növlərində  o 

cümlədən də, feili sifətlərdə özünü göstərir. Bu da əsasən feili sifətlərin feillər kimi hərəkət anlayışı 

bildirməsindən  irəli  gəlir.  Lakin  feili  sifətlərin  zaman  bildirmə  xüsusiyyəti  ilə  feilin  zaman 

bildirməsi müxtəlif səviyyələrdə baş verir. Belə ki, feildə hökm olduğu üçün onun zaman bildirməsi 

daha  konkret  şəkildə  baş  verir.  Feili  sifətlərdə  isə  bu  konkretliyin  səviyyəsi  onun  cümlədəki 

mövqeyindən  asılı  olur.  Əgər  o  cümlədə  feili  xəbəri  əvəz  edə  bilirsə  onun  funksiyalarını  da  icra 

etməyə qadirdir. Bu xüsusiyyət ərəb dili üçün daha çox xarakterikdir. Ümumilikdə isə feili sifətlər 

konkret şəkildə zamanı deyil aid olduğu sözün zamanla bağlı əlamətini bildirir. Buna görə də feili 

sifətlərdə  zaman  anlayışı  ümumi  xarakter  daşıyır.  Hansı  şəkilçidən  yaranmasına  baxmayaraq  onu 

hər hansı bir zamana aid edilməsi kontekstdən asılıdır.  

Bir  sıra  dilçi  alimlər  kimi  H.Mirzəyev  də  öz  əsərində  feili  sifətin  zaman  bildirməsini  vacib 

sayır  və  onu  şərtləndirən  başlıca  əlamət  hesab  edir.  O  bildirir  ki,  “Feillərə  şəkilçilər  artırmaqla 

əmələ  gəlib  sifət  xüsusiyyəti  daşıyan  sözlər,  demək  olar  ki,  zaman  bildirmədikdə  feildən  düzələn 

düzəltmə sifət olur." [5, s. 259] 

Azərbaycan dilində feili sifətlər aid olduqları sözlərin üç zamanını ifadə edir; keçmiş, indiki 

və gələcək. 

Zaman  bildirmə  baxımından  ən  çox  müxtəliflik  təşkil  edən  şəkilçi  –  an

2

  şəkilçisidir.  “Bu 



şəkilçi  ilə  düzələn  feili  sifətin  hansı  zamanı  ifadə  etdiyini,  əsasən,  onda  olan  qrammatik  zaman 

məzmunu ilə müəyyən etmək lazımdır.” [5, s.263] Odur ki, bu feili sifətlərdə zaman müxtəlifliyinin 

əsas  səbəbi  həmin  feili  sifətlərdəki  zamanın  digərlərinə  nisbətən  daha  ümumi  olmasıdır.  Bu  feili 

sifətlərin  məhz  hansı  zamanı  əlamətləndirməsini  onun  cümlədəki  mövqeyi  dəqiqləşdirir.  Məsələn,  

“  Gələn  adam  bundan  bir  az  tutuldu.”  ,  “  O  gələn  qadını  görürsənmi?  “    və  s.  .  Misallardan  da 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

448

 

 



 

 

göründüyü  kimi  eyni  feili  sifət  birinci  cümlədə  keçmiş  zamanı,  ikinci  cümlədə  isə  indiki  zamanı 



ifadə edir. 

Həmçinin    -an

2

  şəkilçili  feili  sifətlərdə  əlamət  və  keyfiyyət  məzmunu  daha  qabarıq  şəkildə 



ifadə  olıunduqda  zaman  anlayışı  tamamilə  ümumiləşmiş  olur.  Bu  tip  feili  sifətlərə  əsasən  atalar 

sözləri və zərbi-məsəllərdə rast gəlinir. Məsələn: Daldan atılan daş topuğa dəyər; Axtaran tapar, və 

s. Buradakı feili sifətlərdə daha çox şərtilik hiss olunur, konkret zaman çərçivəsi isə yoxdur. 

Feillərdə  olduğu  kimi  konkret  gələcək  zaman  zərfindən  istifadə  edərək  -an

2

  şəkilçili  feili 



sifətləri  gələcək  zamana  aid  edərək  –acaq

  şəkilçisinin  sinonimi  kimi  işlətmək  mümkündür. 



Məsələn: “ Budur bu da  sabah Moskvaya uçan təyyarənin bileti.”   

Feili  sifətlər  “deyil”  sözü  ilə  birlikdə  işlədilərkən  qəti  gələcək  zamanın  inkarını  bildirir. 

Məsələn,    “Mən  daha  sizə  gələn  deyiləm.”  cümləsində    “gələn  deyiləm”  ifadəsi  “gəlməyəcəm” 

mənasında işlədilir.  

Feillərə  qoşularaq  daima  mənsubiyyət  şəkilçiləri  ilə  birlikdə  işlənən  –dıq

şəkilçili  feili 



sifətlərdə  də  zaman  anlayışı  özünü  büruzə  verməkdədir.  Burada  zaman  çərçivəsi  keçmiş  və  indiki 

zamanları  əhatə  edir.  Məsələn,  “  Yazdığım  məktubu  hələ  də  göndərməmişəm;  Əhmədin  yaşadığı 

kəndə  gedirəm;  və  s..  Burada    “yazdığım”  feili  sifəti  keçmiş  “yaşadığı”  sözü  isə  indiki  zaman 

mənasında işlədilən feili sifətdir. Bu tip feili sifətlər tərkib daxilində feili sifət- təyin kimi fəaliyyət 

göstərirlər  tərkibdən  xaricdə  müstəqil  şəkildə  işlədildikdə  isə  substantivləşirlər.  Məsələn;  “Hələ 

gördüklərimin hamısını danışmadım.”   

Feil  köklərinin  sonuna  –mış

4

  şəkilçiləri  artırılmaqla  keçmiş  zamanı  ifadə  edən  feili  sifətlər 



yaranır.  Məsələn,  deyilmiş  söz,  sökülmüş  ev  və  s..  Bunun  əksi  olaraq  –acaq

2

,  –ası



2

  şəkilçiləri  ilə 

düzələn feili sifətlər isə gələcək zamana aid edilir. Məsələn, görüləcək işlər, alınası əşyalar və s..  

Digər feili sifətlərdən fərqli olaraq –malı

2

 şəkilçili feili sifətlərin zaman bildirmə xüsusiyyəti 



nisbətən fərqlidir. Belə ki, bu feili sifətlərin bir qismi zaman bildirmə xüsusiyyətinə malik olsa da, 

bəzilərində  əlamət  və  keyfiyyət  məzmunu  daha  üstün  olduğundan  sifətin  xüsusiyyətlərini  əks 

etdirirlər. Bu da onları zaman bildirmə xüsusiyyətindən uzaqlaşdırır.  Məsələn: Görülməli işlərimiz 

hələ  çoxdur;  Bağımızda  yeməli  meyvələr  çoxdur;  və  s..  Verilmiş  misallarda  “görməli”  feili  sifəti 

hərəkətlə bağlı olduğu üçün zaman mənalıdır. “Yeməli” feili sifəti isə keyfiyyətlə bağlı olduğu üçün 

zaman  mənalı  olmayıb  daha  çox  sifətlərə  yaxındır.  Bu  baxımdan  da  bunların  bir  qismi  feili  sifət, 

digər qismini isə feildən düzələn düzəltmə sifət hesab olunur. Formal olaraq bu şəkilçilər feili sifət 

şəkilçiləri olsa da, şərti olaraq keçid xarakteri daşıyırlar.  

Flektiv  dillər  sisteminə  aid  olan  ərəb  dilində  feili  sifətlər  təbii  ki,  daxili  fleksiya  yolu  ilə 

yaranır.  Yəni,  affekslərin  hər  üç  növü  –  prefikslər,  infekslər  və  suffikslər    söz  yaranışında  iştirak 

edir.  Ərəb  dilində  feili  sifətlər  aid  olduqları  sözləri  iki  münasibətdə  əlamətləndirir.  Biri  subyektə 

olan  münasibətdə,  digəri  isə  obyektə  olan  münasibətdə.  Lakin  burada  əlamətləndirmə  xüsusiyyəti 

deyil, daha çox adlandırma xüsusiyyəti vurğulanır. Odur ki, “ ismi fail” ( işi icra edənin adı) və “ 

ismi  məful”   (üzərində  iş  icra olunanın adı) adı altında birləşir.  Ərəb dilində feili  sifətlərin ifadə 

etdiyi  mənalara  gəlincə  bu  mənaların  heç  birində  konkret  zaman    göstərilmir.  “Burada  hərəkəti 

əlamət daimi və ya keçid xarakterinə malikdir. Eyni zamanda  feili sifətlər aid olduqları sözlərdə hal 

və  vəziyyət  mənasını  ifadə  edirlər.  Lakin  onlar  kontekstdən  və  verdiyi  mənadan  asılı  olaraq 

istənilən zamana aid ola bilər, hətta tamamilə zaman anlayışından uzaqlaşa da bilərlər” [4, s. 185].  

Bu baxımda  ərəb dilinin feili sifətləri feildən düzələn sifətlərə daha yaxındırlar. Lakin bu oxşarlığı 

eyni dərəcədə isimlərə də aid etmək mümkündür. Ərəb dilində mənasına görə tamamilə isimləşmiş 

feili  sifətlər  var  ki,  onlar  həm  leksik  həm  də  morfoloji  baxımdan  ad  bildirmə  xüsusiyyətinə 

sahiblənmişlər.  feili  sifətlərin  isimləşməsi  xüsusiyyəti  onlarda  feildən  sözyaratma  qabiliyyətini 

inkişaf etdirir  və məfhum ad bildirmə xüsusiyyətinə keçid edir. Məsələn, Azərbaycan dilinə də isim 

kimi keçmiş “tələbə” sözü əslində ərəb dilində “talabə “ – tələb etmək kökündən yaranmış ismi feil 

- tələb edən deməkdir. Lakin artıq leksik mənasına görə də isimləşmiş və türk dillərindəki öyrənən 

deyil,  öyrənci  mənasında  işlənməkdədir.  Göründüyü  kimi  ərəb  dilində  feili  sifətlərin 

substantivləşmə xüsusiyyəti təkcə sintaktik anlamda deyil, həm də leksik anlamda da baş verir 

Ərəb  dilində  feili  sifətlərin  zaman  bildirmə  xüsusiyyəti  müxtəlif  cür  özünü  büruzə  verir. 

Birinci  ondan  başlayaq  ki,    burada  feili  sifətlər  cümlədə  feili  xəbəri  tam  şəkildə  əvəz  etmə 

qabiliyyətinə  malikdirlər.    Yəni  o  hərəkət  baxımdan  əlaməti  deyil,  hərəkətin  özünü  əvəz  edir.  Bu 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin