“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
439
Ana dilinin geniş təbliğinə, xarici ölkələrdə Azərbaycan dili mərkəzlərinin açılmasına
yönəldilmişdir. Bu fonda qonşu ölkələr də Azərbaycan dilinin istifadə sahəsinin məhdudlaşdırılması
istiqamətində addımlar atılır. İlk növbədə ana dil də təhsilin alınması çətinləşdirilmiş, regional
səviyyədə Azərbaycan dilinin rəsmi və kargüzarlıq dili kimi istifadəsi qadağan edilmişdir.
Azərbaycan Respublikası ali rəhbərliyin dövlət siyasətinin tərkib hissəsi olan Azərbaycan
dilinə hissəli diqqəti təsadüfi deyil. XX əsrdə Azərbaycan dili bir sıra ciddi problemlərlə
toqquşmuşdur. Ziddiyyətli axtarışlar nəticəsində Azərbaycan dilində latın qrafikası təsdiqini
tapmışdır. Azərbaycan latın əlifbasının yaranması yolunda Mirzə Fətəli Axundov, Mirzə
Əliməhəmməd, Firudin bəy Köçərli, Mirzə Cəlil Məmmədquluzadə və digər tarixi şəxsiyyətlərimiz
cəsarətli addımlar atmışdılar. 1991-ci ildə latın əlifbasına keçməsi haqqında atılan addımlara
baxmayaraq, yeni əlifbaya keçid 2001-ci ildə Heydər Əliyevin iradəsi nəticəsində baş vermişdir.
Əlifba dəyişdirilməsi nəsillər arasında fasiləsiz nəsillik problemini yaradır. “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı” bu problemi aradan qaldırmış olur. Eyni zamanda, Azərbaycan xalqı tərəfindən
iki əlifbanın – Azərbaycan Respublikasında latın, Cənubi Azərbaycanda isə ərəb əlifbasının faktiki
istifadəsi Azərbaycan dilində subdillərin formalaşmasına təkan verir. Belə ki, XVIII əsrin
əvvəllərindən XX əsrin əvvəllərinədək Cənubi və Şimali Azərbaycanda vahid mədəni mühit
müşahidə olunur, o cümlədən, eyni söz fonduna malik, eyni fonetik, orfoqrafik, morfoloji, sintaktik
dil qanunları istifadə edilirdi. Bu gün isə Azərbaycan Respublikasında və Cənubi Azərbaycanda
Azərbaycan dilindən istifadə edildikdə bir sıra ciddi fərqli xüsusiyyətləri diqqəti çəkir. Oxşar
prosesin Gürcüstanda da başlandığını iddia etmək olar. Müasir dövrdə Azərbaycan Respublikasında
və Cənubi Azərbaycanda bir - birindən asılı olmayan bədii ədəbiyyatın inkişafını da müşahidə
edirik. Belə ki, Azərbaycan Respublikasının geniş oxucularına Səhər xanım Rəsizadə, Ülkər Ucqar,
Elyad Musəvi, Rəsul Yunan, Məhəmməd Rza Ləvayi, Rüqiyyə Kəbiri, Əlirza Zihəq və digər yazar
və şairləri tanış deyil, Cənubi Azərbaycanda isə Qan Turalı, Mübariz Örən, Pərvin, Vəfa
Mürsəlqızı, Aqşin Yenisey, Vüsal Nuru, Emin Piri, Elemdar Cabbarlı, Nuranə Nur və digər gənc
yazar və şairlərimizin əsərləri yayımlanmamışdır. Lakin vaxt var idi, “Əkinçi” qəzeti, “Molla
Nəsrəddin” və “Füyuzat” jurnalları Arazın iki tərəfində də oxunurdu. Arif Rəhimoğlu “Azərbaycan
türkcəsinin düzgün yazı qaydaları (Azərbaycan türkcəsi ədəbi dilində düzgün yazmağı öyrənənlər
üçün yardımçı vəsait)” [2] adlı yardımçı vəsaitdə bu problemə xüsusi diqqət yetirir: “Bu gün
Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə sorunu (problemi) ilə üz-üzəyik. Kimlərsə bu önəmli
sorunu düşünmür, kimlərsə özünü görməməzliyə vurur, kimlərsə sorunun varlığını danır, kimlərsə
də daha çox Azərbaycanın güneyində özümlü ədəbi dil quruculuğundan söz açır. Bizi isə
ilgiləndirən Bütöv Azərbaycanda, yəni Azərbaycanın həm quzeyində, həm də güneyində eyni bir
ədəbi dilin işlədilməsi və buradan irəli gələn Azərbaycan türkcəsi ədəbi dilində bütövləşmə
sorunudur.” [2]
Dialektizmlərin müasir Azərbaycan bədii dilinə geniş nüfuz etməsi prosesi subdillərin
yaranması məsələsini yeni amillərlə zənginləşdirir. Bu baxımdan, “Azərbaycan” jurnalında (№ 11,
2015) yazıçı Anarın nəşr olunmuş “Göz muncuğu” əsəri diqqəti cəlb edir. Anar əsərində ədəbi dilə
xas olmayan “hoyutqayıb” sözünü işlədir: “Varlığına birdən-birə dözülməz ağrıyla bir yerdə
çökmüşdu bu qaranlıq və indi ağrı hoyutqayıb canından çıxandan sonra, o qısa anın xatirəsi ağrının
özü qədər göynədirdi...”. Aydın Tağiyevin “Varislər” hekayəsində Azərbaycan ədəbi dilində
işlənməyən bir çox sözlərdən istifadə edilməsi diqqətdən yayınmır. Kamil Əfsəroğlunun “Kuklalar
güləndə” hekayəsində yerli Bakılara xas danışıq tərzini müşahidə edirik: “Qədeş! Bura bulvardı,
camaat dincəlməyə gəlir, nöş pozursuz millətin kayfını? Şəhəri voyenni poliqona çöndəriblər...”
Kamil Əfsəroğlunun bu hekayəsi dialekt və şivələr əsasında qurulmuşdur. Elçinin “Baş” romanında
da belə sözlərə rast gəlinir: “Otaq isti idi, manqalda közərən kömür arabir cırtalıyırdı və o
cırtacırdan, elə bil, məşvərətə toplanmış bu adamlar yox, tez-tez otağa çökən o sükutun özü
diksinirdi.” [3, s.6]
Şair Orxan Paşanın “Özümlə könül söhbəti” [7, s.202] şeirində “mağıl” sözü ədəbi dildə
işlənməməsi, dialekt söz kimi diqqəti cəlb edir:
Gedim, sonra gəlim demə,
Yaşa mağıl, Orxan Paşa.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
440
Qeyd etmək lazımdır ki, “mağıl” sözü Tovuzda “layiqli” mənasındadır. Müəllif burada dialekt
sözdən bədii üslub üçün yararlı ifadə və təsvir vasitəsinə çevirməyi bacarmışdır.
Elmi ictimaiyyət tərəfindən Azərbaycan dilinin bir sıra qanunlarının arxaizm xarakter
daşımasına diqqət yetirilir. Akademik İsa Həbibbəyli ədəbi dildə müşahidə edilən dil hadisələrinin
tənzimləməsini həyata keçirə biləcək qrammatik qanunvericiliyin hazırlanmasının tərəfdarı olaraq
qeyd edir: “... Müstəqillik dövrü Azərbaycan dilinin orfoqrafiya qaydalarına bütövlükdə yenidən
baxmaq, keçmişdən mövcud olan qaydalarda yaxşı olan nə varsa, hamısını saxlamaq, varisliyi
qorumaq, lakin dilimizin müasir inkişafı, hazırda və dilçilik elmində gedən proseslərlə bağlı olan
yeniləşmələr yeni qaydalarda öz əksini tapmalıdır.” [4] Akademik İsa Həbibbəylinin irəli sürdüyü
qoşa y samitinə dair təklifi xüsusi maraq doğurur. Akademik İsa Həbibbəyli müasir dövrdə qoşa
eyni samitli (qoşa y samiti) sözlərin yazılışı və tələffüzünü eyniləşdirmək üçün iki “y” samitindən
birinin ixtisar edilməsi məqamının yetişməsini vurğulayaraq qeyd edir ki, “tələffüzdə qoşa y
samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y
səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına
uyğunlaşdırır.” [4] Akademik İsa Həbibbəylinin irəli sürdüyü təklif Azərbaycan dilinin
təkmilləşdirilməsi ilə bağlı atılan ciddi addımdır.
Müasir cəmiyyətdə düşüncə tərzinin dəyişməsi nəticəsində dil də dəyişir. Qələmə alınmış söz
və ifadələr müasir Azərbaycan ədəbi dilinin leksikasına təsir göstərir, əsasən, ümumişlək,
köhnəlmiş, əcnəbi, kobud və əxlaqsız sözlərdən istifadə edilməsinə daha çox yer ayrılır.
Müasir yazarlar tərəfindən ümumişlək sözlərə daha çox müraciət edilməsi faktı danılmazdır.
Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışları əks etdirən ümumişlək sözlər hamı
tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülür. Məsələn, Qan Turalının “Kafka”
hekayəsində bunu müşahidə etmək olur: “Məktub yazanda o sözü işlətmək istəmədim. Amma heç
cür tapa bilmirdim o sözü. Gecə idi, jurnallar da balkonda. Gedib mətbəxdən kibrit götürdüm, gedib
o jurnalı tapdım.” [5, s.33]
Yüksək obrazlılığa, emosianallığa və ifadəliliyə malik olan poetik sözlərin nitqə incəlik
verməsi, onu bədiiləşdirilməsi diqqəti cəlb edir. Məsələn,
Hə, balam, doğrusu, ay dadaş mən dəxi
Məsləhət ondan o yana bilmərəm. (M.Ə.Sabir)
Bu misradakı dadaş sözü poetik sözdür.
Azərbaycan dilinin lüğət tərkibində köhnəlmiş sözlər kifayət qədərdir. Azərbaycan
ədəbiyyatında köhnəlmiş sözlərə aid həm tarixizmlərdən, həm də arxaizmlərdən istifadə edilir.
Lakin arxaizmlərin daha geniş yayıldığının şahidi oluruq. Arxaik sözlərin təkrar dilə gətirilməsi də
müəyyən ehtiyaclardan doğur. Bu sözlər bədii əsərlərin üslubi relevantlığının yüksək olmasına
şərait yaradır. Elçinin “Baş” romanında sərdar, xanlıq, padşah, xan, knyaz, infanteriya generalı,
leşgərnevis və s. köhnəlmiş sözlərdən istifadə edilir. Romanda “Leşgərnevis Rza ayağa qalxdı” [3,
s.10] cümləsində “leşgərnəvis” sözü tarixizmdir.
Qloballaşma və internet ədəbiyyatının yayımı Azərbaycan ədəbiyyatının mövzu və janr
sistemlərinə təsir göstərməklə yanaşı, əcnəbi dillərə xarakterik olan elementlərin Azərbaycan bədii
dilinə nüfuz etməsində də özünü göstərməkdədir. Qloballaşma proseslərinin təsiri Azərbaycan
dillinin digər dillərlə (ingilis, rus, türk və s.) interferensiyası prosesində özünü fəal göstərir. Bu
proses özünü son dövrlərdə Azərbaycan dilinə daxil olmuş texniki və ictimai-siyasi həyatla bağlı
olan alınma yeni söz və söz birləşmələrində əksini tapmışdır. Məsələn, “plazma televizor”,
“planşet”, “sosial şəbəkə”, “sensor”, “selfi”, “onlayn”, “feysbuk” və s. Bu cür söz və söz
birləşmələrinin dilə daxilolma zərurəti müəyyən anlayışları ifadə etmək üçün yaranır. Bu cür sözlər
hesabına ədəbi dilin ifadəlilik imkanları genişlənir. Təbii ki, bu tip sözlər müasir şair və yazıçıların
əsərlərində də müşahidə olunur. Qan Turalının “Bir-birini sevməkdən qorxan iki adamın hekayəsi”
əsərində bu tip sözlərə rast gəlirik: “Dünən Twitterdə yazdım”, “8 adam favladı...”, “Twitterə qalsa,
hekayələr 140 işarə olar, artıq olmaz” [5, s.23] və s.
Qeyd etmək lazımdır ki, interferensiya yeni fenomenləri əhatə edən sözlərlə kifayətlənmir.
Bəzi hallarda əcnəbi dillərdə uzun dövr istifadə edilən sözlərin də bədii Azərbaycan dilinə nüfuz
etməsini müşahidə edirik. Məsələn, Elçinin “Baş” romanında rus mənşəli sözlərin istifadə edilməsi
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
441
diqqətdən yayınmır. Belə ki, hörmətli yazar “panika”, “soldat”, “serjant” və s. qeyri Azərbaycan
sözlərindən istifadə edir: “ONUN hissiyyatı qavrayırdı ki, ONU heç kim görmür və ONUN yavaş-
yavaş, elə bil, cücərməyə başlayan və cücərdikcə də oyanan yaddaşında ani bir panika yarandı ki,
güzgüyə baxsa, ÖZÜNÜ görməyəcək, çünki ONU görmək mümkün deyildi və o panika da yox
oldu, çünki O, - yox idi.” [3, s.4]
Müasir Azərbaycan bədii ədəbiyyatında Türkiyə türkcəsində söz və söz birləşmələrinə
müraciətin daha çox olması diqqətdən yayınmır. Yazılı nümunələrdə müəlliflərin şu, şöylə, əvət,
əfəndi, ifrat, talib, kalite, yani, tatlıya bağlamaq, merak etmek, rəsmən, eline sağlık, haqqını halal et
və ya haqqınızı halal edin, keçmiş olsun, üzgünəm, hakk etmək, hüzur, zatən və s. söz və söz
birləşmələrindən tez-tez istifadə etmələri daha çox müşahidə olunur.
Bu baxımdan, Mübariz Süleymanlının “Milli şüurun meyarı: dil və kültür birliyi”
məqaləsində “kültür” sözündən istifadə etməsi ilə diqqəti cəlb edir: “Dünyanın bir çox elm,
mədəniyyət və siyasət xadimləri dil və kültür birliyini milli şüurun və özünüdərkin əsas amili hesab
etmişlər.” [6]
Qeyd etmək lazımdır ki, Azərbaycan bədii dilində Türkiyə türkcəsində söz və söz
birləşmələrinə müraciət özünü həmişə göstərmişdir. Hələ XX əsrin əvvəllərində Hüseyn Cavidin,
Abdulla Şaiqin, Məhəmməd Hadinin və digər ədiblərimizin yaradıcılıqlarında bu prosesi izləmək
mümkündür. Məsələn, Hüseyn Cavidin “Qız məktəbində” adlı poetik nümunədə daha çox Türkiyə
türkcəsində sözlərin işlənmə bolluğu diqqətdən yayınmır:
–Quzum, yavrum! Adın nədir?
–Gülbahar.
–Pəki, sənin anan, baban varmı?
–Var.
–Nasıl, zənginmidir baban?
–Əvət, zəngin, bəyzadə...
–Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
Təəssüf ki, Azərbaycan ədəbi dilində, həmçinin qələmə alınmış bədii nümunələrdə kobud və
əxlaqsız sözlərin artması müşahidə olunur. Bu baxımdan, kobud və əxlaqsız sözlərin işlənməsi bədii
əsərin estetik dəyərini aşağı salır. Bu cür sözlər, xüsusilə “çirkli realizm” üslubunda qələmə alınmış
əsərlərdə daha çox qabardılır.
XX əsrin 80-ci illərinin sonlarında çirkin və dəhşətli həqiqətləri oxucuya çatdırmaq və
etirazını bildirmək istəyən yazarlar “çirkli realizm” cərəyanının əsasını qoyurlar. “Granta”
jurnalında Bill Buford “dirty realism”in yəni “çirkli realizm”in “məhəlli xırdalıqlar yerli yerində,
dildə, mimika və jestlərdə” əksini tapdığını vurğulamışdır.
Son dövrlərdə Azərbaycan ədəbiyyatında “çirkli realizm”ə meyl və maraq güclənməkdədir.
Misal kimi gənc nəslə aid Səxavət Sahilin “İsanın qadını” və Əli Əkbərin “Artuş və Zaur”, Eyvaz
Zeynalovun “Bələdçi” romanlarına müraciət etmək olar. Romanlar oxucu və ədəbiyyatşünaslar
tərəfindən birmənalı qəbul edilməmiş, diskussiyalara səbəb olmuşdur. Azərbaycan ədəbi dilində,
həmçinin qələmə alınmış bədii nümunələrdə kobud və əxlaqsız sözlərin qadın yazarları tərəfindən
işlənilməsi təəssüf doğurur. Sevinc Pərvanənin “Atamın xatirəsinə” adlı əsərinin adı bizi
düşünməyə vadar edir və ilk növbədə ağıla gələn o olur ki, xanım yazar Ataya olan məhəbbət və
ehtiramını əks etdirən elegiya qələmə almışdır. Təəssüf hissi ilə qeyd etməliyik ki, elə ilk sətirdəcə
nəzərdə tutduğumuz, xəyal etdiyimiz mükəmməl ata obrazının tam əks qütbündə dayanan miskin
atanı müşahidə edirik. Müəllif Ata obrazını bütün mənfilikləri ilə oxucusuna çatdırır. Sevinc
Pərvanə bu şeirində əxlaqi dəyərlərin olmaması, əxlaq dəyərlərinin təkzib edilməsini önə çəkir.
Gənc yazarlardan fərqli olaraq, yaşlı nəslin nümayəndələrinin yaradıcılığında kobud və
əxlaqsız sözlərdən istifadə özünü göstərir. Lakin yaşlı nəsildə “çirkli realizm” özünü az və fərqli
prizmadan göstərmişdir. Məsələn, Tahir Kazımovun “Qırmızı rəng” [8] romanında hadisələr
Azərbaycan məkanı və mentalitetindən uzaq bir yerdə, Avropa dövlətlərindən biri olan
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
442
Hollandiyada nəql edilir. Yazıçı mövzunu adi həyat hadisəsindən qopardıb ədəbiyyat hadisəsinə
çevirməyə cəhd edir.
Kobud və əxlaqsız sözlərin yaranması Azərbaycan bədii dilinə xas yeganə mənfi təzahür
deyil. Son zamanlar Azərbaycan dilinin qrammatik qanunlarının inkar edilməsinə tez-tez rast
gəlmək olur. Məlumdur ki, hər bir dil cümlə üzvlərinin etnokulturoloji və tarixi məntiqi kateqoriya
olan normativ düzülüşü ilə səciyyələnir. Anarın “Göz muncuğu” əsərində cümlə üzvlərinin
normativ düzülüş prosesinin pozulması faktlarına tez-tez rast gəlinir: “Sonra ləzzətin zirvəsi - birgə
boşalma və rahatlıq anı. Sanki qaranlıq bir dərinliyin içinə yuvarlanmışdı, qəşş etmiş kimiydi sanki.
Yuxu bir neçə an içində aparmışdı onu.”
Müəllifin tələffüzü əsas tutaraq, qələmə aldığı sözü necə eşidirsə, eləcə də qələmə alır.
Məsələn, Orxan Paşanın Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Şəhid köynəyi
lalələr”
[7, s.147] şeirində tələffüz əsas tutulur. Söz necə eşidilir və ya deyilirsə, eləcə də qələmə
alınmışdır:
Nola balam gələydi,
Gözlərim dincələydi!
Burada “nola” sözünü müəllif fonetik prinsipə əsaslanmayaraq söz və qrammatik formaları
tələffüzə uyğun, səsləndiyi kimi qələmə alır. Müasir dildə işlənməyən və ya mənaca dəyişib işlənən
sözlərin əsərlərdə bədii ifadə vasitəsinə çevrilərək üslubi əhəmiyyət daşıması diqqəti cəlb edir.
Qan Turalının “Darıxanlar” [5, s.26] hekayəsinin elə ilk sözündə hərfburaxma diqqəti cəlb
edir: “Burda nə var, nə yox?” “Burada” sözünün vurğusuz hecasında zəif tələffüz olunan sait səs
buraxılmışdır – “burda”. Qan Turalı “burda” sözünü “O qız və oğlanın hekayəsi” [5, s.7] əsərində
də işlədir: “Burda yuxarıdakı hissəni də silmək olar?” Ümumiyyətlə, sözün vurğusuz hecasında zəif
tələffüz olunan saitlərin buraxılması faktları mövcuddur: yubley (yubiley), məktəbmiz
(məktəbimiz), xalqmız (xalqımız), öznü (özünü), əsəbləşmək (əsəbiləşmək) və s.
Sonda qeyd etmək lazımdır ki, Azərbaycan bədii dilinin inkişaf özəllikləri və problemləri
ciddi elmi araşdırmaların aparılmasını tələb edir. Bu sahədə müəyyən tədqiqatlar var. Məsələn,
Xalidə Quliyevanın “Azərbaycan dilinin leksikoqrafiyasi (1990 - 2000-ci illər)”, Natəvan
Hacıyevanın “Müstəqillik dövrləri Azərbaycan ədəbiyyatının dil və üslub xüsusiyyətləri”, Aysel
Ələkbərovanın “Müsahibə televiziya janrları sistemində: proqramlarda yeri və inkişaf
xüsusiyyətləri”, Əfsanə Quliyevanın “Müasir Türk və Azərbaycan dillərində iqtisadiyyat
terminləri”, Sədaqət Əsədovanın “Azərbaycan dilinin Borçalı şivələri (fonetik və qrammatik
xüsusiyyətləri)” və sair. Lakin bu araşdırmalar mövcud problemləri ayrılıqda tədqiq edir. Təəssüf
ki, Azərbaycan bədii dilində subdillərin yaranması, Azərbaycan bədii dilinin əcnəbi dillər ilə
qarşılıqlı nüfuzun artması, Azərbaycan bədii dilinın estetik dəyərinə xələl gətirən təzahürləri
sanballı dissertasiya işlərinin obyektinə hələ də çevrilməmişdir.
Ədəbiyyat
1 Anar. Göz muncuğu. “Azərbaycan” jurnalı. № 11, 2015;
2. Arif Rəhimoğlu. Azərbaycan türkcəsinən düzgün yazı qaydaları ( Azərbaycan türkcəsi
ədəbi
dilində
düzgün
yazmağı
öyrənənlər
üçün
yardımçı
vəsait)
//
http://ebooks.azlibnet.az/book/JCo0iaxp.pdf
3. Elçin. Baş (roman). “Azərbaycan” jurnalının xüsusi buraxılış -2015, 176 səh;
4. İsa Həbibbəyli. Diqqət: Orfoqrafiyada İki “y”dan biri. 525-ci qəzet,25 may, 2015.
5. Qan Turalı. Doqquz hekayə (şəhər əfsanələri). Bakı, “Elgün” nəşriyyatı, 2015, 130 səh;
6. Mübariz Süleymanlı. Milli şüurun meyarı: dil və kültür birliyi // http://az.strategiya.az/-
old/?m=xeber&id=2055
7. Orxan Paşanın (Məhərrəm Qasımlı). Yağmur qoxusu. Bakı. “Uğur”, 2015. 228 səh;
8.Tahir Kazımov. Qırmızı rəng. Bakı, UniPrint, 2014, 616 səh.
Xülasə:
Müasir cəmiyyətdə düşüncə tərzinin dəyişməsi nəticəsində dil də dəyişir. Söz və ifadələr
müasir Azərbaycan ədəbi dilinin leksikasına təsir göstərir. Ədəbi dildə müşahidə edilən dil
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
443
hadisələrinin tənzimləməsini həyata keçirə biləcək qrammatik qanunlar hazırlanır. Qloballaşma və
internet ədəbiyyatının yayımı ədəbiyyatın mövzu və janr sistemlərinə təsir göstərməklə yanaşı,
əcnəbi dillərə xarakterik olan elementlərin Azərbaycan bədii dilinə nüfuz etməsində də özünü
göstərir.
Salide Sharifova
Summary:
As a result of the change of thinking in modern society is changing language. Words and
phrases in the vocabulary of modern Azerbaijani literary language impact. The language of the
events will be able to observe the literary language of the regulation is made grammatical laws.
Globalization and the Internet, literature, broadcasting systems, the impact of literature topic and
genre, as well as to penetrate into foreign languages in the characteristic elements of the art speaks
for itself.
Ülviyyə Rəhimova, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Universiteti, Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri.
ulviyye72@mail.ru
SOSİOLİNQVİSTİKADA MƏTNLƏRİN TƏHLİLİI PROBLEMİ VƏ
MULTİKULTURALİZM
Açar sözlər: dil, mədəniyyət , xalq, müəllif, mətn
Key words: language, culture, people, author, text
Mətnlərin təhlili kontekstində multikulturalizm özünün yeni xüsusiyyətlərini üzə çıxarır və
yeni meyarlar əsasında humanitar biliyi ümumiləşdirir. Məlumdur ki, mədəniyyət özünün tərkib
hissələrini öz içində əritməyə və bütövə çevrilməyə cəhd göstərir. Xalqın mədəniyyəti deyəndə
onun ədəbiyyatının, musiqisinin, adət-ənənələrinin və sairənin qovşağını, görüş yerini, bir-birinin
içinə girməsini, bir-birini şərtləndirməsini –sintetik vəhdətini nəzərdə tuturuq. Lakin
mədəniyyətlərin təması, yəni multikulturalizm kontekstində hər bir mədəniyyət bir tərəfdən bütöv
şəkildə, digər tərəfdən onun hər bir sahəsi özünü büruzə verməyə, nümayiş etdirməyə cəhd göstərir:
Ədəbiyyat ədəbiyyatla, musiqi ilə, təsviri incəsənət təsviri incəsənətlə dil tapıb ünsiyyətə girməyə
çalışır, multikulturalizm kontekstində yenidən birləşib müxtəlif kombinasiyalarını yaradır və öz
rəngarəngliklərini nümayiş etdirir. Universal mətn kontekstində fransız filosofu Derrida qeyd
edirdi: “Mətnin özündən kənarda heç bir həqiqət yoxdur” [1,128].
Dil faktoru multikulturalist düşüncənin müxtəlif aspektlərini bir araya gətirən vasitədir. Bu
baxımdan, hər şeyi sözün və mənanın üzərinə yükləndiyi bir semiotika dünyasında
mədəniyyətin tərkib hissəsi olan dil mənaları, simvolları yaradan bir həqiqətdir. Bu imkanları ilə o
mədəniyyətdə, tamamilə, yeni sahələr yarada bilər. Dilin içindəki həmin multiçalarlı düşüncəni
aşkarlamaq, insani münasibətlərin konteksində bir üst-dilin yaranmasına rəvac verə bilər. Üst-dil
klişelərin təmizlənməsinə əsas köməkdir.
Müxtəlif dillərin şifahi ifadə tərzindən yazı tərzinə keçidi prosesində bir ümumi
qanunauyğunluq özünü büruzə verir: dil daşıyıcıları yazıda özgə dildə danışmağa üstünlük
verirdilər: qədim dövrlərdə akkadlar şumer dilində, orta əsrlərdə türklər ərəb və fars dilində,
Avropa xalqları latın dilində danışmağı üstün tuturdular. Bu bir növ mədəniyyətin elitar
|