“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
423
ilişkilerini ilerletmiş, kendi dini okullarını, medeniyet merkezlerini, sivil kurumlarını, gazete ve
dergilerini kurmuşlardır [5, s. 72]. Ayrıca Azerbaycan toplumunda hıristiyan ve ya yəhudi
düşmanlığının da olmadığını vurgulamak gerekir.
Milli ve etnik açıdan çeşitliliği olan ve aynı zamanda üniter bir siyasal yapıya sahip olan
Azerbaycan`da liberal demokratik politikasının uygulanması daha iyi sonuçlar vere bilir. Çünki,
Azerbaycan bağlamında bunun anlamı milli ve etnik çeşitliliği korumakla beraber Azerbaycan halkı
kapsamında toplumsal bütünleşmeyi pekiştirecektir. Aslında Azerbaycanın da yürüttüğü politika
farklı kimliklerin değil, ortak Azerbaycanlı kimliğinin geliştirilmesi doğrultusundadır.
Kaynaklar:
1. Azerbaycan Cumhuriyyeti Anayasası, çevirenler Ozan Ergül ve Cavid Abdullayev
2. Azerbaycan Cumhuriyyeti Dini İtikat Özgürlüğü Hakkında Kanun
3. Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər, Dini
Kurumlarla İş üzere devlet komitesi yayınları, Baku 2015.
4. Andrew Heywood. Siyaset Teorisine Giriş. tər. Hızır Murat Köse. İstanbul: Küre Yayınları,
2011.
5. Bahar Muradova, “Azerbaycan`da Multikulturalizm Devlet Siyasetinin Prioritet
İstikametidir”, Haydar Aliyev İrsi ve Multikultural Deyerler, Azerneşr Bakü 2016, s. 72
6. Charles Taylor. Multiculturalism: The Politics of Recognition. editor Amy Gutmann. New
Jersey: Princeton University Press, 1994.
7. David Miller. Political Philosophy: A Very Short Introduction. New York: Oxford
University Press, 2003.
8. Milena Doytcheva. Çokkültürlülük. tər. Tuba Akıncılar Onmuş. İstanbul: İletişim Yayınları,
2013.
9. Ziyafet Asgerov, Azerbaycan Respublikasının Ganunvericiliyi ve Multikulturalizm,
“Heydər Əliyev İrsi və Multikultural Dəyərlər, Azerneşr Bakü 2016, s. 57
10. Will Kymlicka. Contemporary Political Philosophy: An Introduction. New York: Oxford
University Press, 2002.
11. Will Kymlicka, Multicultural Citizenship. Clarendon Press- Oxford, 1995
Summary
In this article multiculturalism was examined as a political project provading minoritiy rights.
Accorting to Will Kymlicka these minorities are a national minorities, an etnic minorities and some
vulnurable groups. Multiculturalism the political project that rejecting assimilation and recognazing
national, ethnic and religious differencies as well as promoting these cultural and religious
differencies. In this article the author is arguing that, the Legislation of the Republic of Azerbaijan
is providing the multicultural rights of the national, ethnic and religious minorities within the
framework of liberalism.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
424
Mahirə Hacıyeva, doktorant
Azərbaycan Dillər Universiteti müəllim
m.hacieva@adu.edu.az
PAKİSTANDA MULTİKULTURALİZM VƏ MİLLI MƏNSUBİYYƏT PROBLEMİ
Açar sözlər: multikulturalizm, Pakistan, immiqrasiya, mənsubiyyət, dualizm
Key words: multiculturalism, Pakistan, immigration, identity, dualism
Multikulturalizm yeni termindir. Lakin əslində, ölkəmiz kimi polietnik cəmiyyətin
məskunlaşdığı ərazilərdə bu, artıq uzun müddət mövcud olan yaşam tərzidir və onun kökündə
mənsubiyyətlər arası fərqin nəzərə alınmaması deyil, dərk edilməsi durur. Multikulturalizm müasir
dövrümüzdə sosial elmlərdə ən çox müzakirə mövzusuna çevrilmiş problemdir. Bu mənada bu gün
multikulturalizm siyasətini qəbul edən ölkələrdə fərqli baxış tərzləri müşahidə olunur ki, buraya
fərdi hüquq və kimlik anlamında hüquq bərabərliyini hüququn əsasında görən, C.Raz, U.Kimlika
kimi filosofların fikirlərində əksini tapan, liberal bərabərçi və milliyyətçiliklə sıx şəkildə bağlı olan,
qrup halında özünü müəyyənləşdirməni hüququn əsasında görən V.Valzer, Ç.Teylor kimi
nəzəriyyəçilərin fikirlərinə əsaslanan kommunitarianizm daxildir.
Bizim yanaşmamız olaraq tədqiqat işində multikulturalizmin məhz postmüstəmləkə
vəziyyətinin nəticəsi olan kütləvi yerdəyişmə və assimiliyasiya problemlərindən çıxış yolu kimi
nəzərdən keçirilməsi Frantz Fanon, Eduard Səid, Homi. K. Bhabha, Qayatri Spivak, Mak Leod kimi
tədqiqatçıların fikirlərində əksini tapan, “biz” və ”onlar ” dualizmindən qidalanan birtərəfli
yanaşmaya cavab olaraq səslənən nəzəri fikirlərinə əsaslanaraq təhlil edilir. Burada əsas məqsəd
kollektiv mahiyyət daşıyan bu dualizmdə tərəflərarası mütənasibliyə nail olmaqdır və təəssüf ki, bu
gün dünyanın sosial-siyasi mənzərəsi bu mənada haqqında danışdığımız ideyanın çox zaman
təcrübədə görünmədiyini, nəzəriyyədə ilişib qaldığını göstərir. Xüsusi ilə, dini inancların yaratdığı
təzadlı dünyagörüşləri bu gün siyasi məqsədlərin əlində alətə çevrilərək qlobal səviyyədə təhlükə
mənbəyinə çevrilmişdir.
Multikulturalizm siyasətindən danışarkən qarşıya çıxan problemlərdən biri milli mənsubiyyət
ətrafında gedən mübahisələrdir. Milli mənsubiyyətdən danışarkən onun iki modeli, “Dövlət (mülki-
ərazi) və etnik variantlar” [1, 15] təqdim olunur. Müstəmləkəçiliyin süqutundan sonra müstəqillik
qazanan Pakistan kimi dövlətlərdə milli kimlik dedikdə, müxtəlif etnik qruplara, icmalara aid olan,
fərqli dini inanclara malik multikultural bir cəmiyyət nəzərdə tutulur, özünü ifadə siyasi
mənsubiyyətdən daha çox mədəni və etnik köklərə dayanır və onu ümumilikdən xüsusiləşdirən
amilə çevrilir. Bu da ondan irəli gəlir ki, ingilis müstəmləkəsinə çevrilənə qədər müxtəlif etnik
qrupların məskunlaşdığı ərazilərdə milli kimliyin təyinatı mədəni köklər və icmalar idi. Lakin,
müstəmləkə sisteminin başa çatması ilə yaranan dövlətlərdə bu anlam coğrafi mövqeyə və
mərkəzləşdirmə siyasətinə dayanmağa başladı. Biz bu məsələni Pakistan İslam Respublikası
nümunəsində araşdırırıq. Müstəqilliyinin ilk günlərindən başlayaraq Azərbaycanın sıx əməkdaşlıq
etdiyi ölkələrdən biri olaraq Pakistanın xalqımızla mədəni bağlılığı daha uzunmüddətli tarixə
malikdir. Bu bir neçə amillə izah oluna bilər. A. İsabəyli qeyd edir ki, “Hər iki dövlətin əlverişli
geostrateoji mövqedə yerləşməsi, hər iki respublikanın islam dünyasının tərkib hissəsi olması və
qonşu dövlətlərlə hərbi münaqişə vəziyyətinin mövcudluğu mimi amillər ölkələrimiz arasında
yaxınlaşmanı və müttəfiqliyi şərtləndirmişdir” [5, 122]. Digər tərəfdən, hər iki ölkə multimədəni
mühit kimi inkişaf etmişdir və özünəməxsus multikulturalizm siyasi modelini formalaşdırmışdır.
Nəzərə alsaq ki, müasir dünyada məcazi mənada məsələlərin mahiyyətinin təhlilinin “məkanlar
dialoqunda” [7, 6] aparılmasına ehtiyac vardır, Pakistan cəmiyyətinin multimədəni xüsusiyyətlərini
öyrənmək xüsusi maraq doğurur.
Müstəqil olaraq, 1947-ci ildən bəri, tarixlərinin həlledici anında müstəmləkəçiliyin özündən
sonra mənsubiyyəti sual altına düşmüş, çaşqın və psixoloji durumu alt-üst olmuş halda buraxdığı
təhsilsiz kütlə və kolonializmin dağılmış vəziyyətə saldığı iqtisadiyyat üzərində dövlət qurmaq
tələbi ilə üz-üzə qalmış digər müstəmləkə dövlətləri kimi, Pakistanın da qarşısında duran əsas
məsələlərdən biri dini, etnik və təriqətçi qruplardan ibarət olan cəmiyyətin idarə edilməsi üçün
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
425
uyğun siyasətin seçilməsi olub. Yarımadanın bölünməsi ilə fərqli etnik köklərdən gələn, 8 milyon
müsəlmanın mühacirət etməsi onsuz da polietnik dövlət olaraq yeni qurulan Pakistanı multikultural
və plüralist bir ölkəyə çevirdi. Tarixi boyu əsasən dörd böyük etnolinqvistik icmadan – pəncabi,
sindhi, puştu və bəluclardan ibarət olan bu cəmiyyətdə müstəqillikdən sonra köç edərək ölkədə
ideoloji və demoqrafik zəmində əhəmiyyətli rol qazanan, əsasən urdu və qucarati dilli immiqrantlar
Pəncab və Sindhdə məskunlaşaraq fərqli icma yaratdılar. Bütün bu icmalar bir-birindən coğrafi,
linqvistik mənsubiyyətinə və tarixinə görə fərqlənir ki, bu da ölkə daxili siyasətdə öz əksini tapır.
Bundan başqa, müsəlman, xristian, hindu, əhmədi, parsi kimi müxtəlif dinlərin yaratdığı heç də
həmişə sülhsevər olmayan mühit və bütün bu etnik və dini icmaların içəridən bölündüyü daha kiçik
qruplar ölkədə plüralizmi daha da dərinləşdirir. Haqqında danışdığımız bu faktlar və tarixi amillər
Pakistan cəmiyyətinə ölkənin sosial, siyasi və mədəni həyatında aydın şəkildə özünü büruzə verən
multikultural xarakter vermişdir. Nəzərə alsaq ki, multikulturalizm dəyərlər sistemi kimi nəinki
mədəni müxtəlifliyin mövcudluğunu tanıyır həm də immiqrantların qoşulduqları cəmiyyətdə
tamhüqüqlu inteqrasiyasını və eyni hüquqlu təmsil olunma haqlarının mövcudluğunu dəstəkləyir,
geniş bir anlayış olan multikulturalizm Pakistan nümunəsində ilk növbədə immiqrasiya
təcrübəsinin doğurduğu mənsubiyyət böhranından çıxış yolu kimi qəbul edilir.
Tədqiqatlarını əsasən Pakistan ədəbiyyatına həsr etmiş Amerikalı ədəbiyyatşünas, Kara
Kilano yazır: “...İdeya, xalq və dövlət. Pakistan kontekstində bu, bir-biri ilə əlaqəlidir; onların
arasında sərhəd aydın deyildir ” [2, 1]. Kilano bu fikrini Pakistanın müstəqil bir dövlət kimi
yaradılmasının arxasında duran, imperiyanın zəiflədiyi dövrdə yarımadada dini mənsubiyyətə
dayanan “two nations” – “iki xalq ” ideyası ilə əsaslandırır. Bu mənsubiyyət, “Kimlik
xüsusiyyətlərinin insan və ya insan qrupu ilə paylaşıldığı ortaq mənşə və ya əsasında həmrəylik və
sədaqət duran ideal əsasında ” [3, 2] formalaşmışdır. Məhz bu ideya imperiya içərisində yaşayan
müsəlman icmasının əvvəlcə xalqa və son nəticədə dövlətə çevrilməsinə yol açaraq rəsmi milli
mənsubiyyətin müəyyən olunmasına şərait yaratdı. Mak Loid millətlərin ənənə və tarixin
qarışımından formalaşaraq yarandığına diqqəti çəkərək yazır: “Xalqlar ağac və ya bitkilər kimi təbii
hadisə deyil...Xalqlar arasında sərhədlər təsadüfən çəkilmir. Onlar quraşdırılır, müdafiə
olunur(həddən çox faciəvi hallarda), insan qrupları arasında qanlı rəqabətə gətirir” [6, 68]. Bu
mənada xalq ilk növbədə ideyadan qidalanır və Pakistan milli mənsubiyyəti haqqında danışarkən bu
ideyanın ölkənin yaranması ilə birgə yaxın tarixdə yarandığını və hələ də formalaşmaqda olduğunu
nəzərə almaq lazımdır. Bu məsələyə Məhəmməd İqbalın yanaşması haqqında danışdığımız
məfhumu tam izah edir. M.İqbal mədəni kimliyin təsdiqi, hifz olunması və Qərb fəlsəfəsinə keçid
üçün ingilis dilinin mənimsənilməsi kimi ənənəvi düşüncəyə yeni baxış gətirərək İslam fəlsəfəsini
insan həyatını və cəmiyyətin varlığını təmin edəcək bir bütöv kimi izah etməklə bərabər o zamankı
Hindistan yarımadası ərazisində yaşayan müsəlmanların bir icma kimi problemlərinin həlli üçün bu
fəlsəfədən irəli gələn ideyalara sadiq qalmaqla tətbiq oluna biləcək real üsullar təklif edir. Bununla
da, İslam dinini məhdud mifik dünyabaxışı kimi deyil, məkan və zamandan asılı olmayan,
imperializm modelindən geniş ideoloji baza kimi təqdim etmiş olur. Bu mənada Məhəmməd İqbalın
fikirləri pakistanlı mənsubiyyətinin dərk olunmasında və postkolonial ədəbiyyatda tez-tez
qarşılaşdığımız mənsubiyyət dilemmasının həll olunmasında xüsusi əhəmiyyətə malikdir: “Mədəni
hərəkat kimi İslam dünyanı dərk etməkdə köhnə statik baxışı rədd edərək yeni, dinamik baxış
yaradır. Ruhi birləşmə yolu kimi o, şəxsin dəyərini bununla ölçür və qan qohumluğunu insan
münasibətində əsas kimi rədd edir. Qan qohumluğu torpaqdan qaynaqlanır. İnsan birliyi üçün əsasın
xalis psixoloji axtarışı bütün insanlıq həyatının ruhi mənşəyinin dərk olunması ilə mümkündür. Bu
yaşamlar üçün heç bir mərasim tələb olunmayan sədaqət formalarını yaradan və insanın özünü
dünya torpağından azad etməsinə yol açan dərketmədir” [4, 63].
Beləliklə, İqbal mənsubiyyətini təsdiq etməkdə olan və bunu dəyişilməz tarixi siyasi şəraitin
tələbi ilə gəlmə dildən istifadə edərək ifadə edən yerli ziyalılar üçün fəlsəfi, elmi planda yeni
yanaşma təqdim etmiş oldu və bununla da yeni yaranan müsəlman Şərq dövlətində özünəməxsus
multikulturalizm siyasətinin həyata keçirilməsinə zəmin yaratdı.
Multikulturalizm ideyasının duran fikirlərdən biri budur ki, mədəni dəyərlər arasında fərqlərə
mənsubiyyətin təyin olunması üçün uyğun şəkildə öyrədilə və idarə oluna bilən sistem kimi
yanaşmaq olmaz və fərqli mədəni ənənələrə rəğmən genetik eyniliyin mövcudluğunun dərk
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
426
olunması vacibdir. Pakistan timsalında bu eynilik dini ideologiya ilə izah olunur və
multikulturalizmin dini ideologiyaya əsaslanan modelini formalaşdırmış olur.
Ədəbiyyat:
1. Белокреницкий В. Я. Особенности Национализма И Наций-Госу-Дарств На Востоке, В
Исламском Мире (Пример Пакистана) // Ислам На Ближнем И Среднем Востоке. Москва:
Институт Востоковедения РАН, 2015 № 9 стр.15-34
2. Cilano Cara N. Contemporary Pakistani Fiction in English: Idea, Nation, State. London:
Routledge, 2013, 280 p.
3. Hall Stuart, Paul Du Gay. Questions of Cultural İdentity. London: SAGE Publication,1996, 198p.
4. Iqbal Muhammad. The Reconstruction of Religious Thought in Islam. Standford: Standford
University Press, 2013, 328p.
5. İsabəyli A.Q. Pakistan müasir beynəlxalq münasibətlər sistemində. Bakı: Bakı universiteti, 2005,
152s.McLeod John. Beginning Postcolonialsim.Manchester: Manchester University Press, 2000,
267p.
6. Mirzəzadə R.Multikulturalizm siyasəti: din və gender dialoqunda. Bakı: Təknur, 2013, 168s.
Mahire Haciyeva
Multiculturalism and problem of national identity
Summary
One of the basic ideas for multiculturalism policy is that, cultural diversity cannot be regarded
as fixed and controlled value systems to determine identity and it is essential to understand existing
genetic similar identity underlying in cultural value systems. In case of Pakistan, this identity is
explained through religious ideology forming unique model of multiculturalism.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
427
V FƏSIL:
PSİXOLİNQVİSTİKANIN VƏ SOSİOLİNQVİSTİKANIN AKTUAL PROBLEMLƏRİ
BÖLMƏ 8 – TOFİQ HACIYEV SALONU
Aytən Hacıyeva, fil.ü.f.d., dosent
ADU-un Ümumi dilçilik kafedrasının dosenti
ayten-haciyeva@yndex.ru
MULTİKULTURALİZM – HİBRİD İDENTİKLİK SOSİOLİNQVİSTİK
KORRELYASİYASI VƏ KOQNİTİV DİSSONANS FAKTORU
(psixolinqvistik aspektdən dəyərləndirmə)
Açar sözlər: multikulturalizm, hibrid identiklik, koqnitiv dissonans, sosiolinqvistika,
psixolinqvistika
Key words: multiculturalism, hybrid, identity, cognitive dissonance, psycholinguistics
Müasir dünyada cərəyan edən qloballaşma tendensiyası özü ilə bərabər, yeni ideya-fəlsəfi
doktrinanın formalaşmasını qaçılmaz etmişdir. Dekonstruksiya və poststrukturalizmdən sonra
ortaya çıxan postmodern dünya reallığı mütləq yanaşma, İlahi hakim, Ali güc faktorunun aradan
qalxması ilə fərqli mədəniyyətlərin, fərqli düşüncə tərzlərinin, fərqli həyat modellərinin
birgəmövcudluğunu və bu birgəmövcudluqda bir komponentin digərindən üstün tutulmasının
absurdluğunu ortaya qoydu. Məlumdur ki, strukturalizm, Polan Bartın da haqlı olaraq qeyd etdiyi
kimi, öz mahiyyəti, prinsipləri etibarilə, qaydalaşmış təfəkkür əməliyyatlarının ardıcıllığından
ibarət olduğundan və məntiqi olaraq, “subyekt – fəaliyyət – nəticə” triadasına istinad etdiyindən [1]
həmin iyerarxik, nizamlanmış qayda mexanizmlərinin, strukturun aradan qalxması yeni ideya-
fəlsəfi eranın, postmodernizmin meydana gəlməsini bəyan etdi. Həmin yeni nəzəri planformda
öncüllük, iyerarxik sıralanma, hər hansı bir asılılıq format olaraq qəbuledilməz sayılırdı. Məhz bu
yanaşma da özlüyündə multikulturalizmin ideya rüşeymini təşkil edən ideya qaynağına
çevrilmişdir. Qaydalaşmış bölgüdən imtinanın əsasında formalaşan poststrukturalizxm postmodernə
keçidi hazırlamış oldu. P.Barta görə, “Müəllifin ölümü” (daha ətraflı bax: [2, s. 384-391]) və ya
Nitsşe konsepsiyasını davam etdirən Haydegerə görə “Tanrının ölümü” [3, s. 143-176]. əslində
mütləq həqiqətdən imtina, tolerant yanaşmanın ən ali və vazkeçilməz doktrina ranqına
yüksəldilməsinin əsas nəzəri təkanverici impulsları kimi çıxış etdi. Haydegerin əminliklə bəyan
etdiyi “ideya sferasının, idealların ümumiləşdirilmiş adıdır” və “Tanrı ölmüşdür” – sözləri isə onu
bildirir ki, .. dünya özünün fəaliyyət gücünü itirmişdir” [4, s. 146]. kimi düşüncələr əslində
postmodern eranın loqosentrik yanaşmasının məntiqini ortaya qoyur. Məlumdur ki, dekonstruksiya
nəzəri konsepsiyasının banilərindən sayılan J.Derridanın kulturoloji konsepsiyası çərçivəsində
formalaşmış olan loqosentizm bilavasitə insanın daim “Ali Həqiqət” axtarışında olduğunu və bunun
onun (insanın) təbiətinə xas bir düşüncə konsepsiyası, mövcudluq formatı olduğu məlumdur [5].
Başqa sözlə desək, nəyin yaxşı, nəyin isə pis, nəyin doğru, nəyin isə yanlış olduğunu
müəyyənləşdiən qaydalar toplusunun, Ali Həqiqət, Ali güc mexanizminin mövcudluğuna inam və
onun ədalətinə sığınmaq insanın təbii ehtiyaclarındandır. Bu mənada həmin mərhələnin adekvat
qavranılaraq, Ali Fikir, Ali Yanaşma ideyasından imtina cəmiyyətdə hansı dil, irq, din
dayışıcılarının digərlərindən daha üstün mövqeyə malik ola biləcəyi, dominantlıq nümayiş
etdirməyə haqqlarının çata biləcəyi fikrindən də imtinanı mümkün etdi. Nəticədə tolerant
birgəmövcudluq platformu üzərində nəşət tapan multikultural toplum modelinin formalaşması
mümkün oldu.Nəticədə meydana çıxan multikulturalizm ideyası fərqli mədəniyyət, fərqli din, fərqli
dil və ümumiyyətlə istənilən növ fərqlilik daşıyıcılarının bərabərhüquqlu birgəmövcudluğunu təmin
edən və müasir dünyanınn alternativ inkişaf modeli kimi qəbul edilməkdə olan sosial-siyasi, ideya-
fəlsəfi format kimi öz təsbitini tapdı.
Məlumdur ki, multikulturalizm ilk növbədə istənilən etnik, irqi, cinsi seçim, dini etiqad və s.
fərqliliyə malik kəsimlərim ümumi cəmiyyət strukturuna assimilyasiyası inteqrasiyasını mümkün
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
428
edən mexanizmlər toplusunu ehtiva edir və həmin toplumda hər hansı bir aparıcı din, dil, irq
fərqliliyinin dominantlığı qəbuledlməz sayılır. [5, s. 25-73]. Bu bərabərhüquqlu birgəmövcudluq
formatı heç şübhəsiz ki, fərqli dil daşıyıcılarının eyni ortamda tolerant birgəyaşamını təmin etməklə
yanaşı, onların ortaq məxrəc əsasında birgə inkişafını da labüd edir. Məhz, bu məqam hibrid
identiklik məsələsinə xüsusi diqqətin artmasını qaçılmaz edir. Belə ki, istənilən polietnik toplumda
hər hansı bir dil daşıyıcısının digər dil və ya dillərin istifadə edilməsi şəraitində öz identikliyini
qoruyub saxlamaqla yanaşı, cəmiyyət formatına uyğunlaşma problemi, müvəffəqiyyətli inteqrasiya
mexanizmləri kimi məsələlər xüsusi aktuallıq kəsb edir. Mədəniyyətlərin dialoji əsasda
birgəmövcudluğu hayfonalaşma, yəni dil və mədəniyyət sintetikləşməsini labüd etdiyi kimi, bunun
psixo-emosional fəsadlarının meydana çıxmasını da qaçılmaz edir. Xatırladaq ki, fərqli dil, din
daşıyıcılarının aid olduqları mədəniyyət “kodlarının daxil edilməsi” ilə yaranan yeni formatlı
sintetik mədəniyyət hayfonlaşmanı ortaya qoyur. “Bu prosesi sinkretikləşmə də, yəni mədəni
hibridləşmə praktikası (“hayfonlaşma”) da adlandırma”nın mümkünlüyünü qeyd edən
S.P.Tolkaçevun da [6, s. 179] bildirdiyi kimi, əslində hayfonlaşma “defis” anlamını ifadə edən
hyphen sözünə istinad etməklə kross-kultural fenomen vəziyyətini, yəni keçid, marginal, hibrid
mədəniyyət formatını təcəssüm etdirir. Məsələnin sosiolinqvistik və eləcə də psixolinqvistik
aspektlərinə nəzər salmaqla, qeyd edə bilərik ki, mədəniyyət kodlarının laylaşması fərqli semantik
kodlaşma mexanizmlərinin meydana gəlməsini, ən azından həmin ortaq hibrid mədəniyyət
modelinin formalaşması məqamına qədər fərqli mədəni-mental simvolların birgəmövcudluğunu
mümkün edir. Məsələn, xoruz ornitoniminin Azərbaycan dilindəki gender frazeologizmlərində
birmənalı şəkildə kişi cinsini simvolizə etməsi məqamı ilə (Məsələn, Təki mənim xoruzum özgə
çəpərdə banlasın, Evdə xoruz, çöldə fərə və s.), rus dilindəki peyorativ semantikasının
qarşılaşdırması, habelə eşşək, qoyun zoomorfizmlərinin ingilisi dilinin ABŞ variantındakı semantiik
kodlaşması ilə qarşılaşdırması əsasında bunu aydın şəkildə izləmək olar (sonuncu qarşılaşdırma ilə
bağlı daha ətraflı bax: [7].
İkidillli və ya çoxdilli multikultural toplumda fərdin sosial yönümlü reallaşması və şəxsiyyət
olaraq öz psixoloji tamlığına qovuşmasının ən başlıca yolu belə bir çoxrəngli toplum fərdi olaraq
onun öz milli mədəni identikliyini adekvat şəkildə dərk edib dolğun şəkildə dəyərləndirə
bilməsindən keçir. Ən görkəmli multikulturalizm nəzəriyyəçilərindən olan Homi K Bhabhanın da
haqlı olaraq diqqət çəkdiyi kimi, bu qəbildən polietnik, multikonfessional sosiumlarda fərqli
mədəniyyətlərin birgəmövcudluğu yalnız dialoloji əsasda sürdürülə bilər və belə bir ortamda hər
hansı bir bir mədəniyyət özünü digər mədəniyyət “lokus”u vasitəsilə açıqlaya bilər. Bu səbəbdəndir
ki, identifikasiya obyekti kimi ayrı-ayrı toplum fərdləri mahiyyət etibarilə ambivalent xarakterli
mentallıq daşıyıcılığını təcəssüm etdirir. Bunun da məntiqi davamı kimi, H.K.Bhabhanın qeyd
etdiyi kimi, mültikultural toplumda “təmiz” halda, başqa sözlə desək, yalnız bir mədəniyyət
daşıyıcılığı ilə səciyyələnən identiklik müəyyənləşdirilə bilməz [ 8]. Məhz bu məqamda bilinqvem,
trilinqvem olan toplum fərdinin koqnitiv mexanizmlərinin özündə həmin ambivalentliyin fəsadı
kimi, koqnitiv disonans meydana çıxa bilər. Qeyd edək ki, müasir koqnitiv elmin və konkret olaraq
koqnitiv psixologiyanın ən maraqlı və eyni zamanda təzadlı anlayışlarından biri koqtitiv dissonans
anlayışıdır.
Koqnitiv disonans dedikdə “insan təfəkküründə mövcud olan və müəyyən obyekt və ya hadisə
ilə bağlı meydana çıxmış ziddiyyətli anlayış, inanc, davranış yönləndirmələrinin qarşıdurması ilə
səciyyələnən vəziyyət nəzərdə tutulur. Koqnitiv dissonans nəzəriyyəsinə görə (Leon Festinger), belə
bir durum insanı məmnun etmədiyindən insanda öz bilik və inanclar sisteminin uyarlı və qeyri-
ziddiyyətli vəziyyətə gətirməklə bağlı təhtəlşüuri istək və həvəs yaradır ” [ 9]. 1956-cı ildə
Festinger tərəfindən irəli sürülən koqnitiv dissonans nəzəriyyəsi iki qrup koqnitiv elementlər
(koqnisiyalar) arasında, konkret olaraq, düşüncə, təcrübə, informasiya və s. elementləri arasındakı
uyarsızlığın aradan qaldırılması üslu və vasitələrinin müəyyənləşdirilməsinə xidmət edir [10 ].
Konkret olaraq, polietnik multikultural toplumda bilinqvem və ya trilinqvemin öz milli identikliyinə
sadaqət və digər tərəfdən ortaq (və ya vahid) cəmiyyət modelinə uyğunlaşma tendensiyaları
arasında qarşıdurma yaşamasının koqnitiv dissonans yaratması danılmazdır. Xatırladaq ki, dil
əlaqələri sahəsində ən görkəmli mütəxəssislərdən sayılan U.Vaynrayx da öz tədqiqatın geniş şəkildə
araşdırmış olduğu bilinqvizm problemi kontekstində məhz bu məqama – ikidilliliyin milli
|