Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə86/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   80   81   82   83   84   85   86   87   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

466

 

 



 

 

Şübhəsiz ki, verbal ünsiyyət prosesində qarşılıqlı əlaqə və qarşılıqlı təsirin xüsusiyyətlərinin düzgün 



seçilməsi  liderin  müsbət  nitq  üslubunun  yaradılmasında  həlledici  rol  oynayır.  Bu  gün  uğurlu 

ünsiyyət  üçün  nitq  mədəniyyətinin  əsaslarına  yiyələnmək  olduqca  vacibdir.  Bu  zaman  nitq 

qabiliyyətinin olması, öz fikirlərini dəqiq ifadə edə bilmək və onları sadə dillə ifadə etmək nəzərdə 

tutulur  Şəxsiyyətin  daxili  keyfiyyətlərinin    və  xarici  təzahürlərinin  harmoniyası  nitq  üslubunun 

formalaşması  üçün  bünövrə  hesab  olunur.  Ünsiyyət  problemlərini  həll  etmək  və  nitq 

stratergiyalarını  müəyyənləşdirmək  üçün  lider  müxtəlif  elm  sahələri  tərəfindən  yaradılan  (fəlsəfə, 

üslub  psixologiyası,  liderologiya,  İşgüzar  ünsiyyət,  nitq  mədəniyyəti,  ritorika,  üslubiyyat,  etika, 

estetika) bilik, bacarıq və vərdişlərə malik olmalıdır. 

Nitq  mədəniyyəti  insanlara  məxsus  ümumi  mədəniyyətin  ən  vacib  və  aparıcı  tərkib 

hissələrindən biridir. Dilçilik nöqteyi-nəzərindən nitq mədəniyyəti, nitqin düzgünlüyü, yəni müasir 

ədəbi  dilin  normalarını  bilməyi  və  ona  möhkəm,  həm  də  sərbəst  yiyələnməyi  nəzərdə  tutur.  O, 

nitqin üslubca gözəlliyini, yəni hazırda istifadə etdiyimiz üslublara əsaslanaraq, fikri ifadə edən dil 

vasitələrinin  xüsusiyyətini  nəzərə  almalıdır.  Bu  anlayışa  danışıq  mədəniyyəti  ilə  yanaşı,  yazı 

mədəniyyəti də daxildir.  Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun 

hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən də, liderlərin 

nitq  mədəniyyətinə  yiyələnməsi  vacib  sayılır.    Nitq  mədəniyyəti  –  nitqin  ədəbi  dil  normalarına 

uyğunluğu,  dilin  ifadə  vasitə  və  imkanlarından  nitqin  məqsəd  və  məzmununa  müvafiq  surətdə 

istifadə  etmək  bacarığı;  dil  səviyyələrinin  və  onlara  daxil  olan  vahidlər  sisteminin 

formalaşdırılması,  təkmilləşdirilməsi  problemlərini,  dil  hadisə  və  proseslərinin  inkişaf  xəttini, 

üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsidir [3, s.98].  

Nitq mədəniyyətinin normativ aspektləri ilə  yanaşı (orfoepik sözdüzəldici, leksika, sintaksis, 

intonasiya,  morfoloji)  həmçinin  kommunikativ  keyfiyyətlərinə  riayət  edilməsi  vacibdir.  Mədəni 

nitqə yiyələnməkdə təkcə ədəbi dilin normalarına riayət etmək kifayət deyildir, belə bir keyfiyyətin 

yaranması üçün dilin üslub normalarını, çalarlarını da gözləmək lazımdır. İlk növbədə lider özünün 

müsbət  nitq  üslubunun  formalaşdırması  üçün  nitqin  göstərilən  əsas  kommunikativ  keyfiyyətlərini 

bilməlidir: 1. nitqin dəqiqliyi (fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi); 

2.  nitqin  anlaşıqlığı  (nitqin  səlis,  aydın  olması,  yersiz  ibarələrlə  yüklənməməsi,  dilin  qrammatik 

qayda  və  qanunlarına  uyğun  olması);  3.nitqin  aydınlığı  (dinləyici  və  oxucunun  nitqi  asanlıqla 

anlaması,  başa  düşməsi);  4.  nitqin  zənginliyi  (nitqdə  işlənən  dil  ünsürlərinin  müxtəlifliyi, 

rəngarəngliyi  və  çoxluğu);  5.  nitqin  düzgünlüyü  (həm  yazılı,  həm  də  şifahi  nitqdə  qrammatik 

qaydalara  əməl  etmək);  6.  nitqin  orijinallığı  (nitqdə  özünəməxsusluqdur,  bir  şəxsin  başqalarından 

fərqli danışması və yazması). Bütün bu sadalanan keyfiyyətlər liderin qrup üzvləri ilə asan ünsiyyət 

qurmasın da mühüm rol oynayır.     

Qrupda insanlar arasında ünsiyyət mürəkkəb sosial-psixoloji prosesi hesab olunur. Buna görə, 

məqsədlərindən  asılı  olaraq  liderlər  qrupda  ünsiyyətin  növlərinin  və  üsullarının  seçimində 

auditoriyanın  bəzi  xüsusiyyətlərini  -  qərarların  kəskinliyini,  güzəştə  getməməyi,  avtoritetlərin 

tanınmaması kimi xüsusiyyətlərini nəzərə almalıdırlar. Auditoriyanın deyilənləri qəbul etməsi üçün 

dinləyicilərlə fərdi əlaqə qurmaq lazımdır. Şübhəsiz ki, həmsöhbətlərlə ilə münasibətləri xeyirxah, 

hörmətli  və  diqqətli  tərzdə  olan  qrup  lideri,  bir  qayda  olaraq,  qrupda    qarşılıqlı  cavab  hissləri 

doğurur. Bu zaman isə qrup üzvləri birgə söhbətə və düşüncələrə səbəb olan etimadlı ünsiyyət və 

rahat  danışıq  tərzinə  də  biganə  qalmırlar.  Qrup  üzvləri  ilə  ünsiyyət  zamanı  əsas  diqqət  liderin 

danışıq  tərzinə  yönəlir.  İnandırma,  emosionallıq  və  ifadə  edə  bilmək  bacarığı  ilə  lider  yalnız 

dinləyiciləri  diqqətdə  saxlamağı  deyil,  həm  də  aparılan  söhbətin  predmetinə  öz  münasibəti  ilə 

sirayət etməyi bacarır.  

Beləliklə,  lider  verbal  və  qeyri-verbal  ünsiyyət  vasitələrindən  düzgün  istifadə  etdikdə  və 

həmin  ünsiyyət  vasitələrini  nəzərdə  tutulan  kommunikativ  məqsədlərə  uyğun  olaraq  öz  nitq 

praktikasında  həyata  keçirdikdə  özünü  nitq  mədəniyyətini  təkmilləşdirir.  Bu  isə  öz  növbəsində 

liderin  müsbət  nitq  üslubunun  formalaşmasında  əsas  üsullardan  biri  hesab  olunur  və  ünsiyyət 

məqsədlərinə nail olmağa kömək edir. 

Ədəbiyyat 

1. M.Məhərrəmov. Psixologiya. Bakı – 1968  

2. Mayıl B. Əsgərov. Linqvopsixologiya və ya dilin psixologiyası. Bakı – 2011 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

467

 

 



 

 

3. Nadir Abdullayev. “Nitq mədəniyyətinin  əsasları”.  Bakı – 2013 



4. Бороздина Г.В. Психлогия делового общения. Учеб. пособ. – 2-е изд. – М.: 2001.  

5.  Ковальчук  А.С.  Основы  имеджелогии  и  делового  общения:  Учеб.пособ.  для  студ. 

вузов. Изд. 5-е, доп. И перераб. – Ростов н/Д: 2007.   

T. Musaeva. 

PSYCHOLINGUISTIC ASPECTS OF FORMATION OF SPEECH  

STYLE OF THE LEADER  

Summary 

Image is difficult complete system which the leader for himself chooses, creates and supports, 

showing  the  professional  competence.  Speech  image  of  the  leader  forms  a  basis  and  to  the  main 

components of general image. The leader who in the course of speech communication with group 

performs conscious  selection and the use of language means  creates ability of use them in  speech 

practice  of  leadership  according  to  the  set  communicative  tasks,  enhances  the  general  standard  of 

speech. 

 

 

 

 

 

 

 

 

 

Rumella Əsədova 



Azərbaycan Milli Aviasiya Akademiyası, baş müəllim 

mehi-a-n@rambler.ru 



 

 

ZAMAN BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏR SOSİAL 

MÜHİTDƏ ZAMAN KATEQORİYASININ İFADƏ VASİTƏSİ KİMİ 

 

Açar sözlər: tabeli mürəkkəb cümlə, zaman budaq cümləsi, zaman kateqoriyası, sintaksis. 



Keywords: Composite complex sentence, the adverbial clause of time, the category of tense, 

syntax. 


 

Təbiət  və  cəmiyyət  qanunlarının  qarşılıqlı  münasibəti  və  bir-birinə  təsiri  dil  üçün  də  yad 

deyildir.  Buna  görə  də  hər  hansı  bir  dilin  səlisləşməsi,  obrazlı  və  bədii  cəhətdən  rəngarəng  ifadə 

təzahürlərinə  malik  olması  üçün  əsrlər  dolanbacında  yeni-yeni  imkanlar  yaranır.  Bu  yeni  yaranan 

imkanlardan biri də təfəkkür prosesinin sadədən mürəkkəbə doğru inkişafı ilə əlaqədardır[4, s.6].  

Qrammatik  zaman  hər  hansı  bir  dilin  spesifik  üsul  və  vasitələri  ilə  xarakterizə  olunur. 

Qrammatik  zamanın  bir  növü  də  sintaktik  zamandır.  «Sintaktik  zaman  müxtəlif  səviyyələrdə, 

müxtəlif  konstruksiyalarla  əmələ  gəlir.  Bu,  feili  tərkiblər  hesabına  genişlənmiş  sadə  cümlələr, 

tərkibində  ismi  birləşmələr  olan  sadə  cümlələr,  zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  və 

zaman  əlaqəli  tabesiz  mürəkkəb  cümlə,  zaman  zərfliyinə  görə  aydınlaşdırma  əlaqəli  tabesiz 

mürəkkəb  cümlə  səviyyələrində  baş  verir»  [2,  s.42].  Sintaktik  zamanın  zaman  budaq  cümləsi  ilə 

ifadə olunması temporallığın  təzahür başlıca formalarından biridir [7, s.272]. 

Zaman budaq cümləsi ilə baş cümlə arasında zaman uyuşmaları və münasibətləri 

Budaq və baş cümlədə icra olunan iş biri digərindən əvvəl, ya da eyni zaman müddətində baş 

verə bilər. Bu məqamda zaman budaq cümləsi ilə baş cümlə arasında müxtəlif zaman münasibətləri 

və uyuşmaları yarana bilir. Bu baxımdan zaman münasibətlərini iki yerə ayırmaq olar: 

A) müxtəlif zaman münasibətləri 

B) eyni zaman münasibətləri 

Ə. Abdullayevə görə müxtəlif zaman münasibətləri dilimizin sintaksisində 60 %, eyni zaman 

münasibətləri isə 40% təşkil edir [1, s.261]. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

468

 

 



 

 

Müxtəlif zaman münasibətlərinin formalaşması. Bu münasibətin formalaşması budaq cümlədə 



işin icrasının eyni zamana düşməməsi ilə bağlıdır. Belə ki, budaq cümlədəki iş baş cümlədəki işə 

nisbətən  əvvəlcə  görülür.  Zaman  münasibətləri  müxtəlifləşir.  Yəni  növbəli  şəkildə  əvvəlcə  budaq 

cümlədəki iş icra olunur, sonra isə baş cümlədəki bu vəzifə yerinə yetir. Və ya əksinə. Məsələn:  

O gün ki öz doğma evini tərk etdi, faciəli həyat tərzi başladı (S.Rəhimov), Elə ki universitetin 

Şərq fakültəsinə daxil oldu, günləri qiraətxanalarda keçdi (N.Nərimanov)  

After he had built his house, he bought a car. 

Bu misallar göstərir ki, birinci hissədə iş tamamilə görülüb qurtarandan sonra, ikinci hissədəki 

iş icra olunur. Bu icra prosesi “budaq cümlə+baş cümlə” ardıcıllığında baş verir.  

Nümunələr göstərir ki, həm Azərbaycan dilində, həm də ingilis dilində budaq cümlələrdəki iş 

əvvəlcədən görülsə də, onunla baş cümlədəki işin icrası arasında qısa bir zaman kəsiyi olsun. “Bir 

işin icrası ilə digər işin icrası arasındakı müddəti yaxınlaşdırmaq daha çox ya budaq cümlənin, ya 

baş cümlənin, ya da, ümumiyyətlə, onların qarşılıqlı mənalarının hesabına olur” [1, s.262].  

Budaq  və  baş  cümlələrdəki  iki  işin  icrası  arasındakı  müddət,  qarşılıqlı  məna  köməkçi 

vasitələrin iştirakı ilə də öz həllini tapır.  

1.budaq  cümlədəki  işin  zamanını  baş  cümlədəki  işin  zamanına  yaxınlaşdırmaq  üçün  budaq 

cümlədə  yenicə,  təzəcə  qəbildən  olan  sözlərin  iştirakı  vacib  sayılır.  İngilis  dilində  isə  no  sooner 

birləşməsi işlənir. Məsələn:  

Hürü  nənə  yenicə  dəstəmaz  alıb  namaz  qılmaq  istəyirdi  ki,  bayırdan  güllə  səslərini  eşitdi 

(N.Vəzirov), Yeməyini təzəcə yeyib qurtarmışdı ki, o biri evdən körpənin səsini eşitdi (S.Vəliyev)  

He had no sooner entered the room that the telephone rang.  

Tədqiqat göstərir ki, Azərbaycan dilində bu tip budaq cümlələrin xəbəri bir çox hallarda nəqli 

keçmişin hekayəsində, baş cümlənin xəbəri isə şühudi keçmiş zamanda olur. İngilis dilində isə baş 

cümlədə keçmiş bitmiş zaman forması, budaq cümlədə isə sadə keçmiş zaman işlənir. 

2.  Köməkçi  leksik  vasitələrin  (təzəcə,  yenicə  sözləri)  iştirak  etdiyi  budaq  cümlələrin  feili 

xəbəri  təsdiqdə  olur.  Qeyd  edək  ki,  feili  xəbəri  inkarda  olan  belə  budaq  cümlələr  Azərbaycan 

dilində yox dərəcəsindədir.  

3.  budaq  cümlədəki  işin  zamanını  baş  cümlədəki  işin  zamanına  yaxınlaşdırmaq  üçün  budaq 

cümlədə  e  l  ə  ədatının  işlənməsi  vacib  sayılır.  Bu  zaman  yuxarıdakı  leksik  vasitələrdən  birinin 

(yenicə, təzəcə) budaq cümlədə müşahidə oluna da bilər, olunmaya da. Məsələn:  

Elə  təzəcə  yuxuya  getmişdi  ki,  üstünə  ağır  bir  şeyin  düşdüyünü  hiss  etdi  (S.Vəliyev),  Elə 

hörmət qazanırdı ki, xəbislərin güdazına getdi (S.Rəhimov)  

baş  cümlənin  zamanını  budaq  cümlənin  zamanına  yaxınlaşdıran  leksik  vasitələr  arasında 

“birdən,  o  saat”  sözlərinin  də  müəyyən  rolu  vardır.  Bu  leksik  vasitələr  baş  cümlədə  gəlir.  Budaq 

cümlədə isə təzəcə, yenicə sözlərinin işlənib-işlənməməsi mümkündür. Məs.:  

Bədir  yenicə  stansiyaya  çatmışdı  ki,  b  i  r  d  ə  n  qardaşını  gördü  (S.Vəliyev),  Elə  ki  direktor 

otaqdan çıxdı, o   s a a t şagirdlər sinfə dağıldılar (danışıq dilində)  

4.  baş  cümlənin  zamanı  ilə  zaman  budaq  cümləsinin  sintetik  tipinin  münasibətlərində  çox 

yaxınlıq olur. Məsələn: Bir dəfə anlatdınmı, o saat yaddaşında həkk olunur (danışıq dilində)  

baş və budaq cümlənin komponentlərinin məzmunu göstərir ki, bunlar arasında çox qısa bir 

zaman münasibəti vardır. Məs.: Biçinçilər otu biçib qurtarmışdı ki, Əşrəf böyürdən çıxdı (I.Şıxlı)  

5. Baş cümlədəki iş budaq cümlədəki iş bir qədər görüldükdən sonra icra olunur. Işin icrasının 

bu cür ardıcıllığı bir sıra məna variantlarını əmələ gətirir.  

Baş  və  budaq  cümlələrdəki  işin  icra  vaxtını  bir-birinə  yaxınlaşdıran  vasitə  qeyri-müəyyən 

(azca, xeyli) sözləridir. Məsələn:  

Karvan  üç  yol  ayrıcından  azca  uzaqlaşmışdı,  birdən  atlılar  göründü  (“Qaçaq  Nəbi” 

dastanından), Əsgərlər xeyli irəliləmişdi ki, birdən düşmən meşəlikdən onları atəşə tutdu (Tiqana)  

Baş  cümlədəki  iş  budaq  cümlədə  işin  icrası  müəyyən  həddə  çatmağa  az  qaldığı  şəraitdə 

görülür. Məsələn:  

Qaradonlu stansiyasına çatmağa az qalmışdı ki, təxribatçıları tuta bildilər (S.Vəliyev)  

Baş cümlədəki iş budaq cümlədə qeyri-müəyyən bir müddət və ya məsafə qət ediləndən sonra 

icra olunur. Məsələn:  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

469

 

 



 

 

Bir müddət keçmədi ki, o, əlaqələri istədiyimiz səviyyədə möhkəmlətdi (S.Vəliyev), Bir həftə 



keçmədi ki, sağalıb ayağa qalxdı (S.Rəhimov)  

Azərbaycan  dilində  elə  zaman  budaq  cümlələri  də  vardır  ki,  bu  konstruksiyanın  baş 

cümləsindəki  iş  budaq  cümləsindəki  işdən  qabaq  icra  olunur.  Əvvəlki  tip  zaman  budaq 

cümlələrindən  fərqli  olaraq  bu  tip  budaq  cümlələrin  xəbəri  inkarda  olur.  Bunlar  da  semantik 

cəhətdən bir neçə qismə bölünür.  

Baş  cümlədəki  iş  budaq  cümlədə  qabaqcadan  nəzərdə  tutulan  bir  iş  icra  olunmadan  əvvəl 

görülür. Məsələn:  

Hələ  stola  içki  gətirilməmişdi  ki,  polislər  içəri  daxil  oldu  (danışıq  dilində),  Ovçular  tələləri 

hələ qurmamışdılar ki, meşəbəyinin acıqlı səsini eşitdilər (Ə. Vəliyev)  

When they returned home, the doctor had already left.  

Baş cümlədəki iş budaq cümlədə icrası başlanan, amma hələ başa çatmayan bir iş barəsində 

informasiya çatdırıldığı təqdirdə görülür. Məsələn:  

Məşğələlər hələ  başa çatmamışdı  ki,  RTŞ-nin  müdiri məktəbə  gəldi (danışıq dilində), Palazı 

yuyub qurtarmamışdılar ki, suyun kəsilməsi haqqında xəbər verdilər (danışıq dilində) . 

Eyni zaman münasibətlərinin formalaşması.  

Zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  baş  və  budaq  cümlələrdəki  işlərin  icra 

müddəti eyni bir vaxtda təsadüf edəndə eyni zaman münasibətləri və uyuşması yaranır. ”Aydın olur 

ki, budaq cümlə ilə baş cümlənin zaman münasibətlərində, az da olsa, ikili xüsusiyyət vardır;  yəni 

budaq və baş cümlələrdəki işlər ya mütləq, ya da nisbətən eyni zamanda icra olunur. Buna əsasən də 

komponentlər  arasındakı  zaman  münasibətlərini  iki  qismə  ayırmaq  olar:  mütləq  eyni  zamanlılıq, 

nisbi eyni zamanlılıq [1, s.266].  

Budaq  cümlədə  müəyyən  zaman  həddi,  baş  cümlədə  isə  həmin  zamanda  bir  işin  görülməsi 

barədə  informasiya  verilir.  Məsələn:  Günorta  saat  12  olardı  ki,  Səlim  kişi  ömrünü  balalarına 

bağışladı (S.Əmirli), Gecənin tən yarısı olardı ki, toy qurtardı (S.Əmirli)  

 Elə  zaman  budaq  cümlələrinə  də  rast  gəlirik  ki,  baş  cümlədəki  iş  budaq  cümlədəki  işin 

görülməsi müddətində icra olunur. Ikili əlamətə malik olan işlər bir-birilə şərtlənir və məhdudlaşır. 

Hər  iki  işin  icrası  eyni  şəraitdə  davam  edir.  Belə  olmazsa,  baş  cümlədəki  işin  icrası  dayana  bilər. 

Məsələn:  

Nə qədər ki erməni var, bizə rahatçılıq olmayacaq (danışıq dilində), Nə qədər ki, ermənilərin 

burnu ovulmayıb, Qarabağ geri qaytarılacaq (danışıq dilində)  

After she opened the door, her mother entered the room. 

Baş  və  budaq  cümlələrdəki  işin  icrası  eyni  zamanda  olsa  da,  komponentlərin  birindəki  iş, 

qismən də olsa, o birisindən əvvələ gəlir. Məsələn:  

Müəllimin  suallarına  şagird  cavab  vermək  istəyirdi  ki,  tədris  hissə  müdiri  içəri  daxil  oldu 

(danışıq dilində)  

Baş cümlədəki işin icrası budaq cümlədəki işin icrasından asılı vəziyyətə düşür. Buna görə də 

budaq  cümlədəki  iş  ardıcıllığına  görə  əvvələ  keçir.  Məsələn:  Bəxtimiz  o  vaxt  gətirəcəkdir  ki, 

qaçqınlar doğma el-obalarına qayıdacaqlar (“Yeni Azərbaycan” qəzeti)  

Baş cümlədəki iş görülür, budaq cümlədəki iş müəyyən şərait və situasiyada davam edir. Bu o 

deməkdir ki, budaq cümlədəki iş baş cümlədəki işə nisbətən tez başlanmışdır. Məsələn:  

Səhər yenicə açılırdı ki, carçı elçilərin gəlməsə xəbərini verdi (Ə. Cəfərzadə)  

While the sun was shining, the peasants were gathering the harvest. 

 Müxtəlif  zaman  uyuşmaları.  Zaman  münasibəti  mürəkkəb  cümlə  tiplərində  özünü  müxtəlif 

şəkildə  göstərir.  Budaq  cümlə  baş  cümlədəki  situasiyanı  (işi,  hadisəni)  zamana  görə  də 

konkretləşdirir.  

Komponentlər  arasında  zaman  uyuşmaları  tabeli  mürəkkəb  cümlədə  fikirlərin  əlaqəsini, 

qarşılıqlı münasibətini, sintaktik-semantik  qanunauyğunluğu  ifadə etmək üçün böyük elmi- nəzəri 

və təcrübi əhəmiyyətə malikdir.  

Komponentlər  arasında  zaman  uyuşmaları  dillə  təfəkkürün  vəhdəti  qanunundan  doğan 

semantik- qrammatik prinsipin öyrənilməsini sürətləndirir, xarici dilləri öyrənənin idrak fəaliyyətini 

də artırır.  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

470

 

 



 

 

 Komponentlər  arasında  zaman  münasibətləri  baş  və  budaq  cümlələrin  transformasiya 



uğraması prosesinin qanunauyunluğunu da aydınlaşdırır.  

Baş və budaq cümlələr arasında məntiqi- semantik əlaqənin mövcudluğunu tədqiqatçılar haqlı 

olaraq həmin tip cümlələrin bir-biri ilə sıx bağlılığında görürlər. Həmçinin komponentlər arasında 

əsas  məntiqi-  semantik  münasibətdən  başqa,  bir  neçə  müşayiət  edən  mənaların  da  varlığını 

göstərilər [4, s.9].  

Tabeli  mürəkkəb  cümlələrin  formalaşması  və  komponentlər  arasındakı  zaman  münasibətləri 

tarixən birdən-birə yaranmamışdır. Bu insan təfəkkürünün müəyyən mərhələsində sadə cümlələrin 

mürəkkəb cümləyə doğru inkişafı nəticəsi olmuşdur.  

İngilis  dili  tədqiqatçısı  M.Bloxun  fikrincə,  sadədən  mürəkkəbə  doğru  inkişaf  müəyyən  bir 

zərurət nəticəsində baş vermiş, dilin qrammatik quruluşunun aşağı qatı olan sadə cümlə mürəkkəb 

qata doğru, yəni mürəkkəb cümləyə doğru inkişaf edə bilmişdir. Bu proses əvvəlcə sadə müxtəsər 

cümlə,  sadə  geniş  cümlə,  üzvləri  genişlənmiş  sadə  cümlə,  tabesiz  mürəkkəb  cümlə  və  tabeli 

mürəkkəb cümlə xətti üzrə inkişaf etmişdir [3, s.54].  

Eyni  inkişaf xətti  Azərbaycan dilinin cümlələrində də özünü göstərmişdir ki,  tədqiqatçıların 

fikrincə,  insan  təfəkkürünün  müəyyən  inkişaf  dövrü  tabeli  mürəkkəb  cümləyə  olan  ehtiyacı 

doğurmuş, bunun nəticəsində sadə cümlələrin bir-biri ilə birləşməsi lazım gəlmiş, bu məqsədlə də 

dilin öz materialından bağlayıcı elementlər kimi istifadə olunmuşdur [1, s.370].  

Sadədən mürəkkəbə doğru inkişaf xəttini aşağıdakı qarşılaşdırmadan görə bilərik:  

Azərbaycan dilində: Bulud  dağıldı  (sadə müxtəsər cümlə)  - Bulud  səhər-səhər dağıldı  (sadə 

geniş cümlə) - Bulud səhər açılanda dağıldı (üzvləri genişlənmiş sadə cümlə) - Səhər açıldı, bulud 

daıldı (tabesiz mürəkkəb cümlə) - Səhər açılırdı ki, bulud dağıldı (tabeli mürəkkəb cümlə).  

İngilis dilində: He left home. He left home in the evening. When he left home in the evening, 

it was raining heavily. 

Bu  cümlələrdən  sonuncusu  zaman  budaq  cümləsidir.  Göründüyü  kimi,  ikinci-  sadə  geniş 

cümlə  və  üçüncü-  zaman  zərfliyi  genişlənmiş  sadə  cümlələrdə  zərflik  rolunda  çıxış  edən  üzvü, 

beşincidə- zaman budaq cümləli tabeli mürəkkəb cümlədə (Səhər açılırdı ki, bulud dağıldı) budaq 

cümlə  (Səhər  açılırdı)  əvəz  edir.  Ona  görə  ki,  sadə  cümlə  daxilindəki  cümlə  üzvlərinin  daşıdığı 

funksiyanı  tabeli  mürəkkəb  cümlədə  budaq  cümlə  yerinə  yetirir.  Buna  görə  də  budaq  cümlələrin 

böyük  bir  qismi  istənilən  vaxt  feili  sifət,  feili  bağlama  və  məsdər  tərkibləri  ilə  cümlə  üzvlərinə 

çevrilir və onların suallarına cavab verir. Bu fikrə əsaslanaraq bəzi hallarda budaq cümlələrin feili 

sifət,  feili  bağlama  və  məsdər  tərkiblərindən  əmələ  gəldiyi  qeyd  olunur.  Z.Tağızadə  yazır  ki; 

“…budaq  cümlələr  birdən-birə  yaradılmamışdır,  budaq  cümlə  halına  keçməzdən  əvvəl  o,  sadə 

cümlənin  feili  sifət  və  feili  bağlama  birləşməsi  şəklində  olmuşdur  ki,  biz  indi  də  asanlıqla  belə 

budaq cümlələri sadə cümlə tərkibində birləşmə halında işlədə bilərik” [8, s.33].  

İngilis dilində zaman budaq cümləsinin işlənmə tezliyinin 100 faiz üzrə 0,8 faiz olduğu qeyd 

olunur [6, s.127].  

İngilis  dilindən  fərqli  olaraq,  Azərbaycan  dilində  baş  və  budaq  cümlə  arasındakı  zamanca 

eynilik  leksik  və  morfoloji  vasitələrin  köməyilə  yaranır.  Leksik  vasitə  kimi  Azərbaycan  dilində 

«yenicə»,  «təzəcə»  və  s.  sözlər  budaq  cümlədə  iştirak  edir.  Zaman  budaq  cümlələri  üzərində 

aparılan müşahidələr göstərir ki, yenicə, təzəcə tipli sözlər, xəbəri inkar feillərlə ifadə olunan budaq 

cümlələrdə işlənmir. 

Sitatın  təsdiqi  üçün  aşağıdakı  cümlələrə  diqqət  yetrək:  Bayraməli  təzəcə  soyunub  yerinə 

girmişdi ki, bayırdan tüfəng səsi eşidildi (N. B. Vəzirov), Yenicə bağa gəlmişdi ki, bağbanın ağacın 

başında meyvə yığdığını gördü (danışıq dilindən).  

 İngilis dilində zaman budaq cümləsi budaq cümlədə göstərilən situasiyanın (iş və hadisənin) 

vaxtının  matrisadakı  budaq  cümlədə  göstərilən  situasiyanın  vaxtı  ilə  əlaqəsini,  münasibətini  ifadə 

edir.  Bu  əlaqə  Azərbaycan  dilindən  fərqli  olaraq,  ingilis  dilində  özünəməxsusdur.  Belə  ki, 

matrisadakı budaq cümlənin vaxtı zaman budaq cümləsindəki vaxtdan əvvəl, sonra və ya eyni ola 

bilər. Həmçinin budaq cümlələrdəki situasiyaların bir dəfə və ya təkrar baş verən situasiyalar kimi 

nəzərdən keçirilməsi də mümkündür. Ingilis dilində zaman əlaqəsi əlavə olaraq hər iki situasiyadakı 

vaxtın  davametmə  müddətini  və  eyniliyini  ifadə  edə  bilir.  Zaman  əlaqələrinin  bir  çoxu  ingilis 

dilində  yalnız  bağlayıcıların  seçilməsi  ilə  deyil,  həm  də  hər  iki  budaq  cümlədəki  digər  mümkün 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin