“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
444
səciyyəsindən xəbər verirdi, onun say-seçmələrə ünvanlandığını göstərirdi. Lakin tədricən yazı
kahinlərin nəzarətindən çıxıb mədəniyyətin müxtəlif sahələrini ehtiva etməyə başladı. Bu yazının
müxtəlif ziddiyyətli meyllərlə rastlaşmasını, onun özünün daxili ziddiyyətlər meydanına
çevrilməsinə səbəb olur. Yazı mətnində baş verən bu müxtəlif yönümlü tendensiyalar vahid
mədəniyyətin içində müxtəlif sahələrin mövcudluğu ilə bağlıdır. Belə ki, məsələn, din cəmiyyətdən
təcrid olunub onun fövqündə dayanmağı və buna görə də yad dildə danışmağı və bununla özü ilə
nəzarətdə saxlamağa çalışdığı kütlə arasında məsafə saxlamağı üstün tutur. Ədəbiyyat isə öz
mahiyyəti etibarilə dil daşıyıcıları ilə məsafəni maksimum qısaltmaqla, onlarla bilavasitə təmas
yaratmaqla özünü təsdiq edə bilir. Bu halda yazının ikinci qanunauyğunluğu özünü büruzə verir:
ədəbi dil ardıcıl şəkildə danışıq dilinə yaxınlaşır və son nəticə etibarilə ədəbi-bədii fikir öz doğma
dilində özünü ifadə etməyə üstünlük verir.
Ferdinand dö Sossür nitq fəaliyyətində (le langage) dili (la langue) və nitqi (la parole) bir-
birindən fərqləndirirdi. Dil sosial bütöv tərəfindən qəbul olunmuş razılıqlar (sazişlər) sistemidir. Bu,
nitq fəaliyyətinin həyata keçirilməsi üçün əsas şərtdir. Sazişlər əsasında formalaşmış dil
subyektlərin danışması üçün meydan açır. Bir-biri ilə bağlı olan və eyni zamanda fərqli dil
komponenti hermenevtika üçün vacib üç qayda ortaya qoyur: 1) Danışan subyektlərdən təcrid
olunmuş dil işarələr sistemidir; 2) Dilin əsasını təşkil edən fərqlər sinxronik linqvistikanın
yaranması şərtidir; 3) Linqvistik qanunlar şüursuz səviyyə ilə bağlıdır. Dil yalnız ünsiyyət vasitəsi
deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya
haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir.
Dilin öyrənilməsi, mahiyyəti dilçiləri və filosofları həmişə düşündürən bir mövzu olub.
Qədim yunanlar insanı öz həmcinsləri ilə ünsiyyətə girən sosial varlıq kimi başa düşürdülər. Fəlsəfə
və təbiət elmlərinin inkişaf etməsi dilin mahiyyəti ilə bağlı çoxlu dəyərli fikirlər meydana gəlməsi
ilə müşayiət olunur. Bəziləri dili təbiətlə bağlayır, bəziləri isə onun ilahi qüvvə tərəfindən insanlara
bəxş edildiyini iddia edirlər . Dilçiliyin tarixinə nəzər salsaq, müşahidə edərik ki, V.fon Humboldt
və F.de Sössürün önəm verdiyi əsas məsələlərdən biri dilin mahiyyəti ilə bağlı olmuşdur. F.de
Sössür dil haqqındakı elmin elmlər arasında yerini göstərməklə yeni mərhələyə qədəm qoymuşdur.
O, dilin ayrılıqda tərifini verməyə çalışmışdır. O yazır: “Dil danışıq fəaliyyətinin yalnız müəyyən
hissəsini, lakin əsas hissəsini təşkil edir. Kollektiv tərəfindən qəbul edilmiş zəruri şərtiliklərin
məcmusu olan dil elə bir sosial məhsuldur ki, hər bir dil daşıyıcısında mövcud olmaqla, danışıq
fəaliyyətinin reallaşmasını, funksiyadaşıma qabiliyyətini təmin edir”[2.78]. Bütövlükdə, danışıq
müxtəlif fəaliyyət sahələrində özünü fərdi şəkildə büruzə verir. Ayrı-ayrı sahələrə yayılaraq eyni
zamanda fiziki, fizioloji və psixoloji olmaqla, həm fərdi, həm də sosial sferaya aiddir; onu insanın
həyat hadisələrinin heç bir kateqoriyasına aid etmək olmaz, çünki burada bütövlük yaratmaq üsulu
məlum deyil. Bunun əksinə olaraq, dil özlüyündə bütövdür. Bir qədər sonra o qeyd edir ki, danışıq
fəaliyyətinin öyrənilməsi iki hissədən ibarətdir ki, birincisi, əsas olan dildir; ikincisi isə ikinci
dərəcəli hesab edilə bilər ki, o da danışıqdır. Onun yazdığına əsasən aydın olur ki, dil mahiyyətcə
sosial, fərddən asılı olmayan bir alətdir və o tamamilə psixi səciyyə daşıyır. F.de Sössür dil barədə
yazır: “Dil ona görə lazımdır ki, danışıq anlaşıqlı olsun, bununla da səmərə versin” [2,82]. F. de
Sössürün dil haqqında fikirlərinə münasibət bildirən L.Yelmslev yazır: “F.de Sössürün əsas xidməti
ondadır ki, o, dili kəşf etmişdir. Dil insana öz davranışını və başqalarının davranışını öyrənməyə
kömək edir”[3.98] . N.Xomskinin də dil haqqında maraqlı fikirləri vardır. O yazır ki, dil səriştədir
(kompetensiya) və bu səriştəni həyata keçirmək vasitəsidir.[4] N.Xomskiyə əsaslanaraq alimlər
müasir dilçiliyi səriştə (kompetensiya) haqqında elm, əsrin birinci yarısındakı dilçiliyi dil strukturu,
XIX əsr dilçiliyini isə dil tarixinin linqvistikası adlandırırlar. F.de Sössür dil fəaliyyəti (language),
konkret dil sistemi (langue) və danışıq (parole) konsepsiyasından çıxış edirdisə, N.Xomski səriştəni
(kompetensiyanı) və onun bilavasitə tətbiqini (performance) əsas götürür. Birincisi dildə danışa
bilmək üçün tarixən əldə edilmiş müəyyən bilgidirsə, ikincisi həmin biliklərin bilavasitə danışıqda
öz əksini tapmasıdır. N.Xomski biliklə, yəni adamın biliyi və bu biliklər səriştəsi ilə həmin biliyin
danışıqda həyata keçirilməsini aydın fərqləndirir.
Dil və mədəniyyət arasındakı əlaqə ilə bağlı bir çox fikir ayrılıqları mövcuddur. Bəzi
tədqiqatçılar hesab edirlər ki, dil və mədəniyyət öz funksiyası və mahiyyətinə görə bir-birindən
kəskin fərqlənir: əgər mədəniyyət insanın əldə etdiyi nailiyyətidirsə, dil özünü bu formada əks
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
445
etdirmir. Görkəmli rus alimi V. A. Maslova isə dil və mədəniyyət haqqında yazaraq qeyd edirdi ki,
mədəniyyət və dil dialoq şəklində mövcud olduqları kimi onların subyekti hər zaman şəxsiyyət və
ya cəmiyyətdir [5].
Dil mürəkkəb struktura malikdir. Lakin eyni zamanda onu özündən daha mürəkkəb, lakin ona
analoji strukturları qurmaq üçün təməl qismində nəzərdən keçirmək olar. Bu baxımdan
mədəniyyətlə dil arasında mövcud olan qarşılıqlı əlaqə dilin mədəniyyətdə oynadığı universal rolu
vurğulamaqla kifayət qədər əsaslandırılmır. Dillə mədəniyyətin struktur modallığı arasında
paralelliyi əsaslandırmaq üçün Levi-Stross üçüncü anlayışa müraciət edir: "Biz hələ özümüzə
hesabat verə bilmirik ki, dil və mədəniyyət daha əsaslı fəaliyyətin iki paralel növüdür. Mən heç
kimi müzakirələrimizə dəvət etməyə ağlına gəlməyən, amma bununla belə yanımızda olan qonağı
nəzərdə tuturam: bu insan ruhudur. Ruh ruhu yalnız struktur oxşarlığına görə deyil, həmçinin xüsusi
dirskusların bərpası və aramsız hərəkəti nəticəsində dərk edir". Bu baxımdan dil mədəniyyətin
təməlidir, əks-əlaqə prinsipi əsasında mədəniyyət dilin tərkibinə daxildir və dildə öz əksini tapır. Dil
mədəniyyəti əks etdirməklə yanaşı, həm də mədəniyyəti formalaşdırır. Bu anlamda dil mədəniyyət
kontekstində özü də zənginləşərək inkişaf edir.
Dillər bir-birlərindən fərqləndiyi kimi, eyni zamanda müəyyən mənəvi, mədəni ideoloji
dəyərlər əsasında bir-biri ilə təmasa girir, bir-birlərini zənginləşdirirlər. Bu baxımdan fərqlərin və
oxşarlıqların dialektikasına əsaslanan dillər sistemi mədəniyyətlərin münasibətlər sisteminin
təkrarlayır. Bu baxımdan multikulturalizm bir növ dillərin münasibəti strukturuna bənzəyir.
Ədəbiyyat:
1. Деррида, Ж. Письмо и различие. Пер. с фр. Д. Кралечкина. — М.: Академический
проект, 2007. 495 с.
2. Соссюр Ф. де. Труды по языкознанию / Пер. с франц. яз. под ред. А. А. Холодовича;
Ред. М. А. Оборина; Предисл. проф. Н. С. Чемоданова. М.: Прогресс, 1977. 696
3. Ельмслев Л. Пролегомены к теории языка. Перевод с английского. Серия
"Лингвистическое наследие ХХ века" 2006. 248 с.
4. Хомски, Аврам Ноам. Гуманитарная энциклопедия [Электронный ресурс] // Центр
гуманитарных технологий. 18.06.2007. URL: http://gtmarket.ru/personnels/noam-homski/info
5. Маслова В. Лингвокультурология: Учеб. пособие для студ. высш. учеб, заведений.
М.: Издательский центр «Академия», 2001. 208с.
Ulviyya Rahimova
Multiculturalism in the context of the analysis of texts
Summary
The article deals with the place of the language factor in the multiculturalist thought, its
specific qualities and the universal role of language in culture. Here is referred to the works of
thinkers have written about it. Revealing new facts about the incident, specification, relationship of
the reader's notion system with the time held the main theme of the article.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
446
Lalə Əliquliyeva, filologiya elmlər namizədi, dosent
Bakı Avrasiya Universitetinin tərcümə və praktik dillər kafedrasının dosenti
aliquliyeva@bk.ru
FELİ SİFƏTLƏRDƏ ZAMAN ANLAYIŞI
Açar sözlər: feil, feili sifət, zaman, kateqoriya, müxtəlif dillər.
Key words: verb, participle, tens, category, different languages.
Sosial linqvistika dillə cəmiyyət arasındakı bütün əlaqələr sistemini öyrənir. Cəmiyyətin
müxtəlif sosial təbəqələrinin bir dil ətrafında birləşməsi, əsas ünsiyyət vasitəsi kimi ədəbi yaxud
danışıq dilinin aparıcı rol oynaması problemi müxtəlif regionların dillərində müxtəlif səviyyədə
özünü büruzə verir və dilçiliyin bütün sahələrini əhatə etdiyi kimi zaman kateqoriyasından da yan
keçməmişdir.
Zaman bizim şüurumuzdan asılı olmayaraq obyektiv aləmdə daim mövcuddur. Biz zamanı
dərk etmək üçün yaşadığımız, şahidi olduğumuz hadisələri şüurumuzda dərk edir və dəyərləndiririk.
Dünyanın bir çox tədqiqat obyektinə çevrilən zaman məfhumu olduqca mürəkkəb bir anlayışdır.
Kainatda zaman anlayışı iki anlamda təzahür edir. Birincisi, obyektiv aləmdə bizdən və
şüurumuzdan kənarda mövcud olan fəlsəfi anlamda zaman, digəri isə insan şüuru ilə dərk edilərək
dildə ifadəsini tapan qrammatik anlamda zaman.
İlk dəfə olaraq Azərbaycan dilçiliyində obyektiv və qrammatik zamanları səciyyələndirərək
onların qarşılıqlı vəhdətini müəyyənləşdirən akademik A.A.Axundov qeyd edir ki, “Zaman
birölçülüdür. Bu o deməkdir ki, obyektiv zaman üç zamanı; keçmiş, indiki və gələcək zamanı əhatə
edir. Zaman dönməzdir, yəni o yalnız bir istiqamətdə davam edir; zaman yalnız irəliyə doğru gedir;
o keçdiyi yola heç bir zaman qayıtmır, geri dönmür. Zaman sonsuzdur, çünki onun nə əvvəli vardır,
nə də sonu olacaqdır” [1, s. 4]. Müəllif eyni zamanda qrammatik zamanın da tərifini verir. “
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv aləmdə mövcud olan zamanın insan
təfəkküründəki təzahürünün dildəki ifadəsidir. Qrammatika özündən zaman yaratmır. O yalnız
insan şüurunda əks olunan obyektiv zamanı qeyd edir və bununla yanaşı onu konkretləşdirir” [1,
s.4]. Lakin fəlsəfi anlamda bütün insanlar tərəfindən eyni cür dərk edilən zamanın qrammatik
təzahürü müxtəlif istiqamətlərdə inkişaf edir. İnsanlar müxtəlif dil sistemlərinə malikdirlər. Bu dil
sistemlərinin müxtəlif leksik-qrammatik, funksional-üslubi xüsusiyyətləri vardır. Məsələn,
müxtəlif dillərdə müxtəlif qrammatik zamanlar vardır. Odur ki, artıq bir dilin semantik
imkanlarından çıxış edərək qrammatik zamanın digər dildəki qarşılığını vermək mümkündür.
Çünki, semantik cəhətdən zaman kateqoriyası bütün dillər üçün eyniyyət təşkil edə bilər. Hər hansı
bir qrammatik zamanın məna baxımından istənilən dildə öz qarşılığı bu və ya digər şəkildə
olmalıdır. Məsələn, Azərbaycan dilinin bəzi qrammatik zaman formaları rus, ingilis və ərəb
dillərində yoxdur. Lakin, həmin zaman formalarının analitik və ya təsviri yolla qarşılığını vermək
mümkündür. Beləliklə, müxtəlif təzahür formalarının olmasına baxmayaraq zaman kateqoriyası
demək olar ki, bütün dillərdə mövcuddur. “ Qrammatik zamanın təzahüründəki müxtəliflik,
mürəkkəblik, variativlik hər bir konkret dilin qrammatik və semantik imkanlarından , bu dilin
semantik potensialından asılıdır.” [3, s. 9] Bu təzahür formaları müxtəlif ictimai, siyasi və mədəni
təkamül yolu keçmiş xalqların dilində özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir.
Müasir dilçilik tipologiyasında dillərin qrammatik quruluşuna görə ənənəvi morfoloji bölgüyə
əsasən bütün dillər dörd müxtəlif qrupa ayrılır:
1. Kök- amorf dillər
2. Aqqlütinativ dillər
3. Flektiv dillər
4. İnkorporlaşan dillər
Kök dillərə, şəkilçisi olmayan, qrammatik vahidi yalnız leksik vahidlərdən, yəni köklərdən
ibarət olan dillər aiddir. Bu qrup dillərə çin dilini nümunə göstərmək olar.
Aqqlütinativ dillərə iltisaqi, şəkilçili dillər də deyilir. Bu dillərdə bütün leksik-qrammatik və
qrammatik əlaqələr şəkilçi morfemlər vasitəsilə həyata keçirilir. Bu dillərdə kök və şəkilçi
morfemləri ayrılıqda öz müstəqilliyini qoruyub saxlayır. Burada kök qrammatik vahid olmaqla
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
447
yanaşı eyni zamanda öz leksik və fonetik tərkibini də mühafizə edərək şəkilçidən kənarda da
mövcud ola bilir. Aqqlütinativ dillərə Azərbaycan və digər türk dillərini misal göstərmək olar.
Üçüncü qrupa aid olan flektiv dillərdə söz tərkibi fonetik dəyişikliklərə məruz qalır. Sözdə bu
dəyişiklik xarici və ya daxili fleksiya yolu ilə baş verir. Fleksiya özü yunan sözü olub hərfi mənası
“əyilmək” deməkdir. “ Daxili fleksiyanın əsas olduğu flektiv dillərdə daxili fleksiya formaları
müəyyən sistemə malikdir, möhkəm modellər şəklində mövcuddur.” [2, s. 196] Sami dillər qrupuna
aid olan ərəb dili üçün daxili fleksiya daha səciyyəvidir. Burada dəyişikliklər sözün daxilində baş
verir. Flektiv dillərə rus, ingilis, ərəb və bir sıra dilləri aid etmək olar.
Dördüncü tipi təşkil edən inkorporlaşan dillərdə ünsiyyət vasitəsi kimi çıxış edən xüsusi növ
sintaqmatik vahidlər müxtəlif köklərin birləşməsindən əmələ gəlir. Dillərin bu tipinə çukça, koryak
dilləri misal ola bilər.
Beləliklə, Azərbaycan dili aqqlütinativ, ərəb dili isə flektiv dillərə aiddir. Odur ki, iki müxtəlif
dil sisteminə aid olduqları üçün həmin dillərdə ümumi, oxşar cəhətlərlə yanaşı, spesifik
xüsusiyyətlər də mövcuddur. Azərbaycan və ərəb dillərinin qrammatik quruluşları arasındakı əsas
fərq təkcə sözlərin ifadə vasitələrində, söz birləşmələri və cümlə strukturunda özünü göstərmir. O
həmçinin feilin zaman kateqoriyasında da öz əksini tapır. Feil hər iki dildə həm leksik, həm də
qrammatik cəhətdən ən zəngin nitq hissəsidir. Ərəb dilində digər əsas nitq hissələri ad qruplu sözlər
adı altında cəmlənsə də, feil ayrıca bir nitq hissəsi kimi təqdim olunur. Ümumiyyətlə, feil ərəb
dilində ən aparıcı nitq hissəsi sayılır, digər sözlər isə onun ətrafına toplaşaraq əsasən ondan
törəmələr hesab olunurlar.
Akademik A. A. Axundov feilin zaman kateqoriyasının tərifini verir: “ feilin zaman
kateqoriyası obyektiv zamanın inikası olub, hərəkətin danışıq vaxtına və yaxud zaman əlaqələrinin
əsası kimi qəbul edilmiş hər hansı başqa danışıq vaxtına münasibətini bildirir .” [1, s. 6] Bu tərifi
bütün dil sistemlərinə, o cümlədən də flektiv dillərdən olan ərəb dilinə də şamil etmək olar.
Zaman sistemində indiki zaman formaları gələcək və keçmiş zaman arasında keçid
mövqeyində durduğu üçün semantik cəhətdən hər iki zamanın xüsusiyyətlərini özündə birləşdirə
bilir. Gələcəkdə nəzərdə tutulmuş iş indiki zamanda icrasına təkan verərək keçmişə doğru yol alır.
Eyni zamanda da konkret zaman zərfi ilə işlədilərkən indiki zaman gələcəyə aid edilə bilər.
Məsələn, “ Sabah biz Moskvaya yola düşürük .” – “.وكسوم ىلإ رفاسن اﺪغ” cümləsində morfoloji
cəhətdən indiki zamanda verilmiş feil semantik cəhətdən gələcəyə aid edilir.
Feilin zaman kateqoriyası təkcə feillərdə deyil, eyni zamanda feilin digər növlərində o
cümlədən də, feili sifətlərdə özünü göstərir. Bu da əsasən feili sifətlərin feillər kimi hərəkət anlayışı
bildirməsindən irəli gəlir. Lakin feili sifətlərin zaman bildirmə xüsusiyyəti ilə feilin zaman
bildirməsi müxtəlif səviyyələrdə baş verir. Belə ki, feildə hökm olduğu üçün onun zaman bildirməsi
daha konkret şəkildə baş verir. Feili sifətlərdə isə bu konkretliyin səviyyəsi onun cümlədəki
mövqeyindən asılı olur. Əgər o cümlədə feili xəbəri əvəz edə bilirsə onun funksiyalarını da icra
etməyə qadirdir. Bu xüsusiyyət ərəb dili üçün daha çox xarakterikdir. Ümumilikdə isə feili sifətlər
konkret şəkildə zamanı deyil aid olduğu sözün zamanla bağlı əlamətini bildirir. Buna görə də feili
sifətlərdə zaman anlayışı ümumi xarakter daşıyır. Hansı şəkilçidən yaranmasına baxmayaraq onu
hər hansı bir zamana aid edilməsi kontekstdən asılıdır.
Bir sıra dilçi alimlər kimi H.Mirzəyev də öz əsərində feili sifətin zaman bildirməsini vacib
sayır və onu şərtləndirən başlıca əlamət hesab edir. O bildirir ki, “Feillərə şəkilçilər artırmaqla
əmələ gəlib sifət xüsusiyyəti daşıyan sözlər, demək olar ki, zaman bildirmədikdə feildən düzələn
düzəltmə sifət olur." [5, s. 259]
Azərbaycan dilində feili sifətlər aid olduqları sözlərin üç zamanını ifadə edir; keçmiş, indiki
və gələcək.
Zaman bildirmə baxımından ən çox müxtəliflik təşkil edən şəkilçi – an
2
şəkilçisidir. “Bu
şəkilçi ilə düzələn feili sifətin hansı zamanı ifadə etdiyini, əsasən, onda olan qrammatik zaman
məzmunu ilə müəyyən etmək lazımdır.” [5, s.263] Odur ki, bu feili sifətlərdə zaman müxtəlifliyinin
əsas səbəbi həmin feili sifətlərdəki zamanın digərlərinə nisbətən daha ümumi olmasıdır. Bu feili
sifətlərin məhz hansı zamanı əlamətləndirməsini onun cümlədəki mövqeyi dəqiqləşdirir. Məsələn,
“ Gələn adam bundan bir az tutuldu.” , “ O gələn qadını görürsənmi? “ və s. . Misallardan da
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
448
göründüyü kimi eyni feili sifət birinci cümlədə keçmiş zamanı, ikinci cümlədə isə indiki zamanı
ifadə edir.
Həmçinin -an
2
şəkilçili feili sifətlərdə əlamət və keyfiyyət məzmunu daha qabarıq şəkildə
ifadə olıunduqda zaman anlayışı tamamilə ümumiləşmiş olur. Bu tip feili sifətlərə əsasən atalar
sözləri və zərbi-məsəllərdə rast gəlinir. Məsələn: Daldan atılan daş topuğa dəyər; Axtaran tapar, və
s. Buradakı feili sifətlərdə daha çox şərtilik hiss olunur, konkret zaman çərçivəsi isə yoxdur.
Feillərdə olduğu kimi konkret gələcək zaman zərfindən istifadə edərək -an
2
şəkilçili feili
sifətləri gələcək zamana aid edərək –acaq
2
şəkilçisinin sinonimi kimi işlətmək mümkündür.
Məsələn: “ Budur bu da sabah Moskvaya uçan təyyarənin bileti.”
Feili sifətlər “deyil” sözü ilə birlikdə işlədilərkən qəti gələcək zamanın inkarını bildirir.
Məsələn, “Mən daha sizə gələn deyiləm.” cümləsində “gələn deyiləm” ifadəsi “gəlməyəcəm”
mənasında işlədilir.
Feillərə qoşularaq daima mənsubiyyət şəkilçiləri ilə birlikdə işlənən –dıq
4
şəkilçili feili
sifətlərdə də zaman anlayışı özünü büruzə verməkdədir. Burada zaman çərçivəsi keçmiş və indiki
zamanları əhatə edir. Məsələn, “ Yazdığım məktubu hələ də göndərməmişəm; Əhmədin yaşadığı
kəndə gedirəm; və s.. Burada “yazdığım” feili sifəti keçmiş “yaşadığı” sözü isə indiki zaman
mənasında işlədilən feili sifətdir. Bu tip feili sifətlər tərkib daxilində feili sifət- təyin kimi fəaliyyət
göstərirlər tərkibdən xaricdə müstəqil şəkildə işlədildikdə isə substantivləşirlər. Məsələn; “Hələ
gördüklərimin hamısını danışmadım.”
Feil köklərinin sonuna –mış
4
şəkilçiləri artırılmaqla keçmiş zamanı ifadə edən feili sifətlər
yaranır. Məsələn, deyilmiş söz, sökülmüş ev və s.. Bunun əksi olaraq –acaq
2
, –ası
2
şəkilçiləri ilə
düzələn feili sifətlər isə gələcək zamana aid edilir. Məsələn, görüləcək işlər, alınası əşyalar və s..
Digər feili sifətlərdən fərqli olaraq –malı
2
şəkilçili feili sifətlərin zaman bildirmə xüsusiyyəti
nisbətən fərqlidir. Belə ki, bu feili sifətlərin bir qismi zaman bildirmə xüsusiyyətinə malik olsa da,
bəzilərində əlamət və keyfiyyət məzmunu daha üstün olduğundan sifətin xüsusiyyətlərini əks
etdirirlər. Bu da onları zaman bildirmə xüsusiyyətindən uzaqlaşdırır. Məsələn: Görülməli işlərimiz
hələ çoxdur; Bağımızda yeməli meyvələr çoxdur; və s.. Verilmiş misallarda “görməli” feili sifəti
hərəkətlə bağlı olduğu üçün zaman mənalıdır. “Yeməli” feili sifəti isə keyfiyyətlə bağlı olduğu üçün
zaman mənalı olmayıb daha çox sifətlərə yaxındır. Bu baxımdan da bunların bir qismi feili sifət,
digər qismini isə feildən düzələn düzəltmə sifət hesab olunur. Formal olaraq bu şəkilçilər feili sifət
şəkilçiləri olsa da, şərti olaraq keçid xarakteri daşıyırlar.
Flektiv dillər sisteminə aid olan ərəb dilində feili sifətlər təbii ki, daxili fleksiya yolu ilə
yaranır. Yəni, affekslərin hər üç növü – prefikslər, infekslər və suffikslər söz yaranışında iştirak
edir. Ərəb dilində feili sifətlər aid olduqları sözləri iki münasibətdə əlamətləndirir. Biri subyektə
olan münasibətdə, digəri isə obyektə olan münasibətdə. Lakin burada əlamətləndirmə xüsusiyyəti
deyil, daha çox adlandırma xüsusiyyəti vurğulanır. Odur ki, “ ismi fail” ( işi icra edənin adı) və “
ismi məful” (üzərində iş icra olunanın adı) adı altında birləşir. Ərəb dilində feili sifətlərin ifadə
etdiyi mənalara gəlincə bu mənaların heç birində konkret zaman göstərilmir. “Burada hərəkəti
əlamət daimi və ya keçid xarakterinə malikdir. Eyni zamanda feili sifətlər aid olduqları sözlərdə hal
və vəziyyət mənasını ifadə edirlər. Lakin onlar kontekstdən və verdiyi mənadan asılı olaraq
istənilən zamana aid ola bilər, hətta tamamilə zaman anlayışından uzaqlaşa da bilərlər” [4, s. 185].
Bu baxımda ərəb dilinin feili sifətləri feildən düzələn sifətlərə daha yaxındırlar. Lakin bu oxşarlığı
eyni dərəcədə isimlərə də aid etmək mümkündür. Ərəb dilində mənasına görə tamamilə isimləşmiş
feili sifətlər var ki, onlar həm leksik həm də morfoloji baxımdan ad bildirmə xüsusiyyətinə
sahiblənmişlər. feili sifətlərin isimləşməsi xüsusiyyəti onlarda feildən sözyaratma qabiliyyətini
inkişaf etdirir və məfhum ad bildirmə xüsusiyyətinə keçid edir. Məsələn, Azərbaycan dilinə də isim
kimi keçmiş “tələbə” sözü əslində ərəb dilində “talabə “ – tələb etmək kökündən yaranmış ismi feil
- tələb edən deməkdir. Lakin artıq leksik mənasına görə də isimləşmiş və türk dillərindəki öyrənən
deyil, öyrənci mənasında işlənməkdədir. Göründüyü kimi ərəb dilində feili sifətlərin
substantivləşmə xüsusiyyəti təkcə sintaktik anlamda deyil, həm də leksik anlamda da baş verir
Ərəb dilində feili sifətlərin zaman bildirmə xüsusiyyəti müxtəlif cür özünü büruzə verir.
Birinci ondan başlayaq ki, burada feili sifətlər cümlədə feili xəbəri tam şəkildə əvəz etmə
qabiliyyətinə malikdirlər. Yəni o hərəkət baxımdan əlaməti deyil, hərəkətin özünü əvəz edir. Bu
|