“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
434
Asadova M. N.
The Sociolinguistic Reality of the Modern Azerbaijan Multiculturalism in the Context of
Bilingualism, Adstrat and Superstrat
Summary
This article deals with the sociolinguistic reality of the modern Azerbaijan multiculturalism
in the context of bilingualism, adstrat and superstrat. As Azerbaijan is a highly- developed
multicultural country the representatives of the various smaller peoples and ethnic groups live here
together with the Azeris. The interrelation of the languages of these smaller peoples with the other
nations influences their languages in different ways. Here is distinguished three types of language
crossings and the causes formed these language phenomena are studied.
Gültəkin Alışan qızı Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi,
drgultekin.aliyeva@mail.ru
FRAZEOLOGİZMLƏRİN LEKSİK-QRAMMATİK TƏSNİFİ HAQQINDA
Аçаr sözlər: sərbəst söz birləşməsi, frazeoloji vahid, idiom, semantika.
Key words: free word combination, phraseological unit, idiom, semantic.
Nitqin dəqiqliyi və ifadəliliyi sözlərin, ifadələrin qanunauyğun şəkildə cümlələrdə
işlədilməsindən asılıdır. Biz nitqimizi müəyyən qrammatik qaydalar əsasında formalaşan söz və
ifadələr əsasında qururuq. Azərbaycan və rus dillərinin lüğət tərkibi sabit söz birləşmələri ilə
zəngindir. Belə ifadələr daha çox milli səciyyəlidir. Dilimizdə sözlər frazeoloji vahidlərlə yanaşı
yaşayır və hərəsi bir sərbəst dil olaraq, ünsiyyət vasitəsi kimi nitqdə istifadə edilir. Frazeoloji
vahidlər dil mədəniyyətinin yüksəldilməsində mühüm rol oynayır. Dilçilik elmində frazeologiyanı
müəyyən etmək mübahisəli olsa da, frazeoloji material iki anlayışda dar çərçivədə və geniş
miqyasda qəbul edilmişdir.
Ünsiyyət prosesində söz və frazeoloji vahid struktur cəhətcə müxtəlif olsalar da, eyni funksiya
daşıyırlar. Söz tək leksemdən, frazeoloji vahid isə iki və daha artıq mənalı sözdən ibarət olur.
Frazeoloji vahid bir məfhum ifadə edərək, bir sözlə əvəz edilə bilər və yaxud bir söz birləşməsinin
yerində işlədilərək, analitik anlayış ifadə edər. Məsələn: dabanını qırmaq – ləkələmək – бросать
тень – омрачать; iki cüt bir tək – раз два и обчелся – слишком мало; adda-budda –
qarmaqarışıq – с пятого на десятое – беспорядочно; elə belə – əhəmiyyətsiz – так себе – не-
важно və s.
Frazeoloji vahid yalnız genetik cəhətdən, mənşəcə söz birləşməsi hesab edilə bilər. Çünki o
konkret söz birləşməsinin və yaxud cümlənin mənasının dəyişdirilməsi nəticəsində yaranmışdır [2,
s. 34]. Həqiqətən də frazeoloji vahidlərin yaranması və dildə tətbiq edilməsi mənbələri konkret
olaraq söz birləşməsinin başqa cür dərk etmə prosesi ilə bağlıdır.
Onların əsl orijinalı ilk əvvəl öz həqiqi mənalarında işlədilirdi. Məsələn: Vəzifə onun üçün
yağlı tikədir cümləsində frazeoloji vahid yağlı tikə genetik cəhətdən öz prototipi ilə uyğun gəlir.
Götürək rus dilində cматывать удочки balıq tutmaq peşəsindən birləşməsini. Bu cür söz
birləşməsinin frazeoloji vahid sırasına keçməsi məqsədəuyğun hesab edilir.
Lakin frazeoloji vahidlərin sxem və model formada yaranmasına da rast gəlirik. Məsələn:
zəhər tuluğu, başı uca, iki cüt bir tək; браться за ум, закручивать мозги, раз-два и обчелся və s.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
435
Frazeologizmin
komponentlərinin
variantlaşması, daha doğrusu, komponentlərin
dəyişdirilməsi xüsusiyyəti formaca müxtəlif olur. Bəzən forma dəyişikliyi frazeologizmin bir
komponentini, bəzən də, bütün komponentləri əhatə edir. Prinsip etibarilə frazeoloji vahiddə
komponentlərin hər biri variantlaşa, bu və ya başqa dəyişikliklərə məruz qala bilər. Frazeoloji
vahidlərdə komponentlərin dəyişməsi müxtəlif olur. Məsələn: formal dəyişiklik ağlını başına
yığmaq – toplamaq; dünya başına dolanmaq – fırlanmaq və s. Frazeoloji vahidlərin
komponentlərinin leksik dəyişikliyi əl-ayağı soyumaq – süstləşmək; əl atmaq – açmaq; можно
словно аршин проглотил. Tərkib və forma üzrə frazeoloji vahidlərin komponentlərinin dəyişikliyi-
qarışıq variant – gününü başa vurmaq – vermək – gününü axşam etmək; проливать – бросать
свет на что л. və s.
Frazeoloji söz birləşməsində komponentlərin mənaları dəyişib bir yerə axaraq, ümumi bütöv
bir məna yaradır. Bütöv bir mənaya keçmə prosesi bəzi birləşmələrdə asanlıqla aşkar edilir,
başqalarında isə qaranlıqda qalaraq heç də gözə çarpmır. Birləşmə nəticəsində əmələ gəlmiş yeni
məna ilə real əhvalatlarla bağlı sərbəst söz birləşmələri arasında yaranan təsəvvür əsas şərtlərdən
biridir. Təsəvvürün yaranması dilin inkişafında mühüm amildir. O, sözlərin çoxmənalılığını-
polisemiyanı zənginləşdirir, çoxlu mənalar yaradır və bəzən bu prosesdə sözlər arasında olan
fərqlərin itməsi kimi hallar da müşahidə edilir. Bu assosiativ amil sayəsində müəyyən birləşmələr
sərbəst söz birləşməsi sırasına keçir. Məsələn: ayağa qalxmaq ifadəsinin hərfi tərcüməsi встать на
ноги. Buradan da yeni məna ayağa qalxmaq – восстать sözü yaranmışdır. Azadlıq uğrunda qalx
ayağa, ey millət! Mücərrədlik və ümumiləşmə prosesi söz birləşməsinin varlığı-yanaşması üçün
mühüm bir amildir. Bu problemin daha dərindən öyrənilməsində mücərrədlik və ümumiləşmənin
xarakterində olan müxtəliflik dərəcəsi açıqlanır. Məsələn: imana gəlmək hərfi mənada islamı qəbul
etmək funksiyasında mənası ağıllı, kamallı, tədbirli, ehtiyatlı, soyuqqanlı olmaq; əl basmaq –
Qurana əl basmaq funksional mənası and içmək, şəhadət gətirmək, İslam dininə ibadət məqsədilə
kəlam söyləmək, namaz qılmaq, ibadət etmək mənasındadır. İmana gəlmək, əl basmaq neytral
mənadadır. Onların dini mənaları hiss edilmir. Bu da onların ümumiləşdirici mənada olmasını
göstərir. Şəhadət gətirmək, namaz qılmaq isə dinlə bağlı olan sahədə işlədildiklərinə görə zəif
abstraksiya və ümumiləşdirmə funksiyasındadır. Frazeoloji söz birləşməsində əsas mənadan başqa
əlavə məna çalarları mövcuddur ki, onlar üslubi mənalardır. Bu məna çalarları parlaqlıq, əyanilik,
emosionallıq, obrazlılıq üçündür. Məsələn: gözdə qulaqda olmaq – gərgin surətdə, diqqətlə güdmək
mənasındadır. Göründüyü kimi, eyni bir məna adi prozaik vasitələrlə emosional obrazlı ifadələrin
frazeoloji vahidlərə daxil olan nitq vasitələri ilə reallaşa bilər.
Frazeologizmləri leksik-qrammatik təsnifinə görə səkkiz kateqoriyaya bölmək olar. Bu da
leksikləşmiş frazeoloji ehtiyyatı tam əhatə edir. 1. Substantiv (ismi) frazeoloji vahidlər; 2. Feili
frazeoloji birləşmələr; 3. Adyektiv frazeoloji vahidlər; 4. Zərfi (adverbial) frazeoloji vahidlər; 5.
Statual frazeoloji vahidlər; 6. Komparativ frazeoloji söz birləşmələri; 7. Köməkçi modal frazeoloji
söz birləşmələri; 8. Nida frazeoloji söz birləşmələri.
İsmi frazeoloji birləşmələrə adtərkibli frazeoloji birləşmələr və eləcə də, substantivləşmiş
ifadələr daxil edilmişdir. İsmi frazeoloji söz birləşmələrini iki planda araşdırmaq olar. a) idiomlar;
b) terminoloji ifadələr; c) düzəltmə adlar. Mühüm əlamətlərdən birinin fərqli olması terminoloji
vahidlərin elmi cəhətdən təyin edilmiş və formalaşmış frazeoloji vahidlərin içərisindən çıxarmağa
imkan yaradır. Ona görə də yeni tipli frazeoloji lüğət terminoloji söz birləşmələrini kənarda
qoyaraq, yalnız frazeoloji vahidləri öz tərkibinə daxil edə bilər. Hər bir ixtisasın özünəməxsus
terminoloji lüğəti olması da məqsədəuyğun hesab edilir. İsmi frazeoloji birləşmələr hər iki dildə
ismi təsəvvür birləşmələrilə izah edilməlidir. Məsələn: gec gəlib tez öyrənən - из молодых да
ранных; aləmin çox bilmişi – гусь ланчатый və s.
Feili frazeoloji söz birləşmələri Azərbaycan və rus dillərində çoxluq təşkil edir. Feillə əvəz
edilən sabit söz birləşmələri feili frazeoloji vahidlər hesab edilir. Feili frazeoloji birləşmələri iki
yerə bölmək olar: a) metaforik idiomatik ifadələr. Məsələn: tanrısına təpik atmaq; başının altına
yastıq qoymaq; ağ eləmək və s. b) adla feilin birləşməsindən, komponentlərinin frazeoloji cəhətdən
leksikləşmiş, tək bir sözlə əvəz edilən, bir məfhum ifadə edən, hazır vəziyyətdə təqlid edildiyinə
görə frazeoloji və sintaktik vahidlərə yaxınlaşan sabit söz birləşmələri. Dildə sayı çox olan bu
birləşmələr Azərbaycan dilində nominal feili sabit söz birləşmələri də adlandırılır [5, s. 11]. Rus
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
436
dilində A.R.Mordvilko [1, s. 108] bu birləşmələri «глагольно-именное сочетание» adlandırır.
Çünki Azərbaycan dili modelində ad komponenti əvvəldə, feil komponenti ondan sonra gəlir.
Məsələn: risqə getmək, rus dilində isə əksinə feil+ad. Məsələn: идти на риск. Bu birləşmələr hər
iki dildə predikativ semantikalı vahidlərdir. Feili frazeoloji söz birləşmələrinin mənalarının
açıqlanması hər iki dildə məsdər birləşməsinin təfsiri və ya tərcümə olunan dildə ona adekvat
ekvivalent tapılması üsulu ilə izah edilir. Məsələn: böhtan atmaq – обливать грязью.
Adyektiv frazeoloji vahidlərin leksik mənaları müxtəlif formalarda izah edilir: a) atributiv
sifət və ya feili-sifət birləşmələrinin təsviri formasında. Məsələn: ağlı başında; dillərə düşmək; ağıl
dəryası; yerə-göyə sığmamaq. Rus dilində müqayisə edək: Не ахти какой; с головой; звезды на
небе хватает və s.; b) predikativliyi bilinmək şərti ilə atributiv sifət və ya feili sifət birləşmələrinin
təsviri formasında. Məsələn: sən (siz) deyən olsun; dilini şirin eləmək; sərçəyə dönmək və s. Rus
dilində müqayisə edək: без царя в голове; на ходу подметки рвет; боек на язык və s. Adyektiv
frazeoloji vahidlərin sayı hər iki dildə azdır. Bəzən adyektiv frazeoloji vahidlərin izahı
atributivpredikativ sinonim sayılan komponent vasitəsilə həyata keçirilir [6, s. 71], hətta feili
birləşmə ilə də əvəz edilə bilər. Məsələn: elə bil arşın udub; yerində quruyub qalmaq. Rus dilində
müqayisə edək: гол как сокол; тяжел на подем və s. Adyektiv frazeoloji vahidlərin mənalarının
açıqlanması frazeologizmin predikativ formasını ifadə edən atributiv sifət və feili sifət
birləşmələrinin təsviri formasında izah etmək yolu ilə. Məsələn: gor əzabı çəkmək – как
смертельные муки; xoruz səsi eşitməmiş – с иголочки və s.
Adverbial frazeoloji söz birləşmələri zərf kimi hərəkətin və ya əlamətin əlamətini bildirir.
Konstruksiya üzrə adverbial frazeoloji birləşmələr müxtəlifdir: a) Feili bağlama ilə ismi
birləşmələrdən yaranan frazeoloji vahidlər. Məsələn: əlini ağdan qaraya vurmamaq – сидеть
сложа руки; canını dişinə tutmaq – делать скрепя сердце və s. b) müqayisə və güzəşt bildirən
bağlayıcılar vasitəsilə yaranan frazeoloji vahidlər. Məsələn: elə bil suya batdı – словно в воду
канул; elə bil zəncir qırıb qaçıb – словно с цепи сорвался; elə bil ovucunun içindədir – как на
блюдочке və s.
Statual frazeoloji vahidlər insanların halını və əhvalını təbiət hadisələrinin vəziyyətini ifadə
edir, cümlədə xəbər rolunda çıxış edir. Rus dilində bu «категория состояния» adlanır. Məsələn: и
без тебя тошно; стыдно у кого видно və s. Statual frazeoloji vahidin tərkibində şəxssiz
predikativ sözlər durur. Məsələn: baş gicəllənir – голова кружится; mənə çox xoşdur – мне очень
приятно; ovqatı təlx olmaq – быть в испорченном состоянии; ürəyim darıxır – тяжело на
сердце və s. Statual frazeoloji birləşmələrin mənalarında insanların əhvalı-ruhiyyəsi ifadə edildiyi
üçün izahı cümlədə daşıdıqları funksiyaya görə aydınlaşır. Məsələn: ağacı əlindən düşmək –
потерять опору; ağzından od yağdırmaq – метать громы и молнии və s.
Komparativ sabit söz birləşmələrinə müqayisə semantikalı təqlid olunan sabit birləşmələr də
daxildir. Onlar sərbəst söz birləşmələri ilə sabit birləşmələr arasında xüsusi bir mövqe tutduğuna
görə yarımqrup kimi semantik-qrammatik təsnifə daxil edilmişdir. Bu qrup söz birləşmələrinin
tərkibinə guya – словно; sanki – как-будто; elə bil – хоть; hərçənd, madam ki güzəşt
bağlayıcıları, kimi, təki, təhər ədatları daxil olur. Rus dilində həmin ədatlar подобно bağlayıcısı ilə
əvəz edilir. Komparativ frazeoloji vahidlərdə həmişə birinci komponent əsaslandırılmış olur [4, s.
76]. Onun mənası müqayisənin mənası ilə uyğun gəlir və sabit frazeoloji söz birləşməsinə aid etmək
imkanı yaradır. Öz mənalarına görə müstəqil, məsələn, qar kimi ağappaq – белый как снег; nar
kimi qıpqırmızı – красный как рак və məcazi mənada, məsələn, elə bil iynə üstündə oturub –
сидеть как на иголках; elə bil göydən düşüb – словно (как) с небы свалился (упал) və s. olurlar.
Komparativ sabit söz birləşmələri istehza mənasında da işlənə bilər. Məsələn: dəvənin boynu
kimi düz, ac-susuz bəy balası kimi, elə bil divara deyirsən və s.
Digər frazeoloji birləşmələrdən fərqli olaraq sabit müqayisə söz birləşmələri son dərəcə milli
xarakter daşıyır. Məsələn: dəvəsi ölmüş ərəb – моряк с разбитого корабля; yarğan tükü çəkən
kimi – как блины печь və s.
Komparativ söz birləşmələri mətn ilə sıx surətdə bağlı olur. Ona görə də mətnin xarakterindən
asılı olaraq, onlar semantik qrammatik təsnifdə əsas kateqoriyalardan, yəni feili, zərfi, adyektiv,
statual qruplardan birinə daxil olurlar və cümlədə onlara uyğun analoji sintaktik rolda çıxış edirlər.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
437
Köməkçi və modal frazeoloji birləşmələr heç bir əşya, əlamət və onlar haqqında məfhum
ifadə etmir. Ona görə də semantik anlayış kimi deyil, qrammatik planda funksiya yerinə yetirirlər.
Bu tip frazeoloji birləşmələr cümlə üzvü olmur və müxtəlif münasibət yaratmaq məqsədilə işlədilir
[7, s. 81]. Onlar çox zaman mətndən kənarda heç bir məna bildirməyən köməkçi söz birləşmələri
kimi çıxış edirlər. Məsələn: onun müqabilində, bununla bərabər, ümumiyyətlə desək, onun ardınca,
bununla belə və s. Köməkçi və modal frazeoloji birləşmələr Azərbaycan və rus dillərində eyni
funksiya daşıyırlar və dildə tətbiq edilmə dairəsində onların arasında heç bir fərq yoxdur.
Nida frazeoloji vahidləri Azərbaycan və rus dillərində nidanı əvəz edirlər. Lakin onları
adlandıra bilmirlər və bununla da əsas kateqoriyalardan fərqlənir. Nida frazeoloji vahidləri başqa
sabit söz birləşmələri kimi iki və daha artıq komponentlərin birləşməsi nəticəsində yaranırlar.
Məsələn: buna bax!, başına söz qəhətdir!, eləcə də söz cümlələr sabahın xeyir!, sağ ol!, lənət
şeytana! və s.
Frazeoloji vahidin leksik mənası onun ən əsas təyinedici əlamətidir. Müxtəlif tipli
frazeologizmlərin leksik mənasının izahı, əvvəla, hər bir frazeoloji vahidin təklikdə mənasının
açıqlanmasına, ikinci, yəqin ki, sözdən fərqli olaraq, frazeologizmin özünün leksik mənasının təyin
edilməsində düzgün təsəvvür yaranmasına yardım edir.
Frazeoloji vahidlərin leksik birləşmə meyarı qrammatik meyardan fərqli olaraq tamam başqa
mənada tətbiq edilir. Bu onunla izah edilir ki, frazeologizmin əlamətlərindən başlıcaları obrazlılıq,
təsirlilik, ifadəlilik naminə komponentlərinin məcazi mənada olmasıdır. Söz hər hansı bir müəyyən
mətndə təsirli ifadə vasitəsi kimi işlədilə bilər, lakin frazeoloji vahidlər obrazlı vahidlərdir.
Frazeologizmin tərkibində söz ümumi mənaya qaynayıb qarışaraq, söz vahidliyini itirir, lakin
sintaktik əlaqəni saxlayır, çünki onsuz heç bir birləşməni – nə sərbəst, nə sabit, nə də frazeoloji söz
birləşmələrini təsəvvür etmək olmur və əksinə, leksik ayrılığın saxlanması ona sərbəst söz
birləşmələrindən, yaxud frazeoloji vahidlərin komponentlərinə gəlib çıxanadək genişlənmə imkanı
yaradır. Sözün leksik mənası itir, digər sözün köməyi olmadan məna ifadə etmək qabiliyyəti olmur.
Sözün sərbəst və sabit söz birləşmələri yaratmaq bacarığını və ikincinin qarşılıqlı münasibətini
əmələ gətirir [3, s. 16]. Burada frazeologizmin sözlə ekvivalentliyi mühüm əhəmiyyət kəsb edir.
Frazeologizmləri sözün ekvivalenti hesab etməklə çoxlu mühüm şərtlər unudulur. Məsələn:
başdansovdu yanaşmaq frazeoloji birləşməsini – diqqətsiz və yaxud kələfin ucunu itirmək – çaşmaq
mənalarında işlətsək həmin frazeoloji vahidlərin xarakterizə etdikləri ifadəliliyi itirmiş olarıq. Rus
dilində müqayisə etsək bu небрежно, неаккуратно sözləridir. Darmadağın etmək, pozmaq,
uçurmaq sözləri ilə əvəz etsək təsirli ifadələri itirmiş oluruq.
Ümumiyyətlə, bədii söz ustaları nitqin canlı təsirli və obrazlı olması üçün frazeologiyanın
incilərindən istifadə etməyi seçirlər və işlətdikləri üslub çalarlarına uyğun ifadələrdə müəyyən
dəyişmələr aparır və ya yeni hikmətli ifadələr yaradırlar.
Ədəbiyyat
1. Архангельский В.Л. Устойчивые фразы в современном русском языке. Основы
теории устойчивых фраз.// Проблемы общей фразеологии, Ростов-на-Дону, 1964, 315 s.
2. Bаyrаmоv H. Аzərbаycаn dili frаzеоlоgiyаsının əsаslаrı. Bak, 1978, 245 s.
3. Филин Ф.П. Очерки по теории языкознания. АН СССР, Институт русского языка,
Москва, Наука 1982, 334 s.
4. Жуков В.П. Русская фразеология. Москва, Высшая школа, 1986, 408 s.
5. Qurbаnоv А.M. Ümumi dilçilik. Bаkı, 1977, 261 s.
6. Ожегов С.И. О структуре фразеологии. Лексикографический сборник. Вып. 2. М.,
изд. АН СССР, 1957, 376 s.
7. Виноградов В.В. Об основных типах фразеологических единиц в русском языке.
История советского языкознания. М., Наука, 1988, 397 s.
Xülasə
Məqalə leksikanın aktual bir mövzusuna həsr olunmuşdur. İlk dəfə olaraq Azərbaycan və rus
dillərinin materialları əsasında frazeologizmlərin yaranma xüsusiyyətləri, hər iki dildə onların oxşar
və fərqli cəhətləri, leksik-qrammatik fərqləri təhlil edilmiş, qarşılıqlı-müqayisəli təhlili aparılmış,
oxşar və fərqli cəhətləri tədqiq olunmuşdur.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
438
Aliyeva G. A
ABOUT THE LEXICO-GRAMMATICAL INVESTIGATION OF PHRASEOLOGICAL UNITS
Summary
This paper is dedicated to one of the basic problems of lexics. In this paper phraseological
units have been investigated in comparison with the forms in the unrelated languages. For the first
time comparative-confrontative analysis of phraseological units have been carried out both in the
Azerbaijani and Russian languages. In this paper have been also defined lexical and grammatical
distinctions and similar forms of phraseological units in both languages.
Salidə Şərifova, filologiya üzrə elmlər doktoru, dosent
AMEA Nizami adına Ədəbiyyat İnstitutu, baş elmi işçi
salidasharifova@yahoo.com
ÇAĞDAŞ AZƏRBAYCAN BƏDİİ DİLİNİN İNKİŞAF ÖZƏLLİKLƏRİ VƏ
PROBLEMLƏRİ
Açar söz: leksik özəlliklərin dəyişməsi, subdillərin formalaşması, interferesiyanın təsirinin
artması, qrammatik qanunların kobud inkarı, Azərbaycan dilinin təkmilləşdirilməsi
Keyword: lexical features change, sublanguage formation, interference of effect, increasing
the gross denial of grammatical laws, improvement of Azerbaijani language
Müasir Azərbaycan dilinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
həyata keçirdiyi siyasətlə əlaqəlidir. Bir sıra təhlükələrə məruz qalan Azərbaycan dili məhz dövlət
tərəfindən həyata keçirilən tədbirlər nəticəsində inkişafını davam etdirmişdir. Lakin Azərbaycan
dilinin bir əsr çərçivəsində dörd dəfə əlifba dəyişməsı, ədəbi dildə dialektizmlərdən geniş istifadə
olunması, Azərbaycan dili haqqında bir sıra qanunların arxaizm xarakter daşıması, müasir ictimai
düşüncənin dəyişməsi, qloballaşma prosesləri, internet ədəbiyyatının yayılması nəticəsində müxtəlif
nəsillər arasında irsi fasiləliyin yaranması, Azərbaycan dili daxilində subdillərin formalaşması,
Azərbaycan bədii dilinin leksik özəlliklərinin dəyişməsi, Azərbaycan bədii dilinə interferensiyanın
təsirinin artması, qrammatik qanunların kobud inkarı kimi proseslərin fəallaşması müşahidə olunur.
Azərbaycan dili rəsmi dövlət dili kimi XVI əsrdə Şah İsmayıl Xətai tərəfindən ilk dəfə
istifadə edilmişdir. XX əsrin əvvəlində Azərbaycan Demokratik Respublikası, Araz Respublikası və
Azadıstanda, XX əsrin ortasında Azərbaycan Milli Hökumətində dövlət dili elan edilmişdir.
Azərbaycanın müstəqilliyi bərpa edilməklə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. 12
noyabr 1995-ci il tarixində isə Müstəqil Respublikamızın Konstitusiyasının 21-ci maddəsi ilə
Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu. Azərbaycan
Respublikasının rəhbərliyi tərəfindən Azərbaycan dilinin qorunmasına və təkmilləşdirilməsinə daim
diqqət yetirilir. Belə ki, 2001-ci ildə Azərbaycan dili rəsmi olaraq latın qrafikasına çevrildi. 2004-cü
ildə latın qrafikası ilə bədii və elmi ədəbiyyatın kütləvi nəşri başlandı. 2007-ci ildə “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına
dair Dövlət Proqramına” təkan verildi. 2012-ci və 2013-cü illərdə Dövlət Proqramı ilə bağlı
tədbirlər genişləndirilmişdir. Dövlət Proqramının əsas normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
dilin tədrisinin və tətbiqinin genişləndirilməsi, millətin maddi - mənəvi göstəricilərindən biri olan
|