D.
T
ÜRKİYƏ
Ölkənin dünyavi modelinə ən münasib hesab olunduğuna
görə Türkiyə mənşəli sünni İslam Azərbaycanda kök
salmışdır. “Türkiyədə mövcud olan İslam Azərbaycan
dövlətinin dünyavi modeli ilə uzlaşan yeganə İslam
cərəyanıdır” – DQİDK-ın sabiq sədri Rafiq Əliyev belə
hesab edir.
90
3,000-dən artıq insan Cümə namazı üçün
Bakıdakı Türk Məscidinə toplaşır. Türkiyə mənşəli sünni
İslam ölkənin şimal bölgələrində də yayılır və burada
artıq daha çox insan müntəzəm şəkildə ibadət üçün rəsmi
məscidlərə üz tutur.
Dini məsələlər üzrə Azərbaycan Türkiyə ilə əməkdaşlıq
aparır: Türkiyənin Diyanet İşleri Başkanlığı (Dini Məsələlər
üzrə Katiblik) Türk mənşəli İslamın xaricdə təşviq etmək
mandatına malikdir. Türkiyə səkkiz məscidin inşasını
maliyyələşdirib, ruhanilərə təlim keçir və İslam məktəb
və universitetlərində təhsil almaq üçün təqaüd ayırır.
Türkiyənin dəstəyilə Bakı Dövlət Universitetində ilahiyyat
fakültəsi təsis olunmuşdur və Azərbaycanın müxtəlif
şəhərlərinə türkiyəli müəllimlər göndərilmişdir.
91
göstərən kanaldır, Böhran Qrupunun müsahibəsi, Lənkəran
sakini, Lənkəran, oktyabr 2007; və “İran Diplomatı
Azərbaycanda Tehran tərəfindən separatizmin təşviq
olunmasını inkar edir”, Day.az, 11 yanvar 2007.
88
Hər iki ölkə azlıq məsələsini qabarda bilər. İranda iyirmi
milyon Azərbaycan mənşəli insan yaşayır. Azlıqlar arasında
mübarizədə din kiçik rol oynayır.
89
Qrup 2007-ci ilin yanvarında həbs olunub və ictimayyət
üçün bağlı məhkəmədə mühakimə olunmuşdur. Prokurorluq
iddia edirdi ki, onlar höküməti devirmək və Şəriət
qanunlarını (İslam qanunlarını) bərqərar etmək istəyirdilər.
Dadaşbəyli on dörd il, digərləri isə iki ildən on dörd ilədək
azadlıqdan məhrum edilmişdir. “Azərbaycan: İslamçıların
Məhkəməsi İranla Münaqişə üçün Zəmin Yaradır”, RFE/RL,
9 oktyabr 2007; və
“Azərbaycan ‘Səid Dadaşbəyli’ qrupu ilə
əlaqədar İrandan izahat gözləyir”, Day.az, 24 dekabr 2007.
90
B. Balcı, “Azərbaycanda İslamın dirçəlişi”, CERI
araşdırmaları (Paris, 2007).
91
DQİDK-nın www.addk.net/aze/articles/turkiye.html və
Diyanətin www.diyanet.gov.tr/turkish/default.asp internet
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 10
Türkiyə hökümətindən müstəqil olaraq, Nurçu qruplar
Azərbaycanda çalışan iş adamları vasitəsilə pulsuz dini
ədəbiyyat paylayır. Hökümət onların fəaliyyətini ehtiyyatla
izləyir. Onlar arasında Fətullah Gülen hərəkatı
92
əsas
diqqətini təhsilə yönəldib və özəl şirkət tərəfindən himayə
olunur.
93
Bu hərəkat böyük nüfüz qazanmış turk litseylərini
və Bakı Qafqaz Universitetini idarə edir.
94
Müəllimlər
Türkiyə mənşəli İslamı şagirdlər arasında yayırlar. “Yaxşı
xatırlayıram ki, onlar bizdən xahiş etmədən belə, ibadət
etməyimizə necə nail oldular”, – keçmiş şagirlərdən
olan Tengiz söyləyir. “Məktəbdə yaşça böyük olan
şagirdlər var idi ki, onlar da namaz qılırdı; biz onları
nümünə kimi qəbul edib, hər şeyi onlar kimi etməli
idik. Beləliklə, biz də ibadət etməyə başladıq!”.
95
səhifəsinə bax. Türk İlahiyyət Fakultəsi Bakıda 1992-1993-
cü illərdə açılmlşdır. Hazırlıq kursları İzmirdə, Dokuz Eylul
Universitetində keçirilir. İlk məzunlar 1996-1997-ci illərdə
olmuşdur. Bakı Türk Ali Məktəbi eyni fakultədə açılmış və
dini təhsil verən digər Ali Məktəb 1994-1995-ci illərdə
Naxçıvanda fəaliyyətə başlamışdır. Hər il ilahiyyət
fakultəsində 200-ə yaxın tələbə və Bakı Ali Məktəbində 300-
ə yaxın şagird oxuyur. Məzunlar “İlahiyyətçi və Ərəb dili
müəllimi” diplomu alırlar, www.ceebd.co.uk/ceeed/un/az/
az003.htm. Türkiyəli müəllimlər Bakının beş rayonunda,
Abşeron, Balakən və Saatlı rayonunun iki kəndində və
Yevlax, Qusar, Xaçmaz, Zaqatala və Ağdaşda, hərəsində bir
nəfər olmaq şərtilə, işləyir. Onlar dini təbliğ edə bilməz,
yeganə “əhalinin suallarına cavab” verə bilərlər və onların
fəaliyyəti ciddi izlənir. Böhran Qrupunun müsahibəsi, Turk
müəllimlər, Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
92
Nurçu hərəkatı 1873-ci ildə dünyaya gələn və uzun illər
ərzində dünyavi Atatürkçü Türkiyədə dini oyatmağa çalışan
Səid Nursi tərəfindən təsis edilib. O, Nur Məktubu (Risale i
Nur) adlı və 600 səhifədən ibarət Quranın şərhinin
(təfsirinin) müəllifidir. 1960-ci ildə onun vəfatından sonra,
hərəkat parçalanmışdır. Fətullah Gülenin rəhbərlik etdiyi
əsas qollardan biri təhsil vasitəsilə fəlsəfənin aşılanmağını
təşviq edir. 1938-ci ildə anadan olan Gülen klassik dini təhsil
almiş və rəsmi ruhani kimi işləyəndən sonra təhsil və gənclər
üçün yay kursları ilə məşğul olmuşdur. Fətullahçıların
Qafqazda və Mərkəzi Asiyada ilk missiyaları Sovet
İttifaqının süqutundan bir müddət əvvəlki dövrdə
başlanmışdır. 1971-ci ildə İslamçı fəaliyyətə görə üç illik
həbs olunmuş, 1996-ci ildə dövlətə qarşı çevrilişə təhrik
etməkdə ittiham olunmuş Gülen ABŞ-a köçmüş, lakin 2006-
cı ildə bəraət qazanmışdır. Balcı, “İslama giriş”, eyni
mənbədən, səh. 85-92.
93
Çağ Öğretim Işletmeleri A.Ş.,
Era Teaching Companies
Ltd., see http://cag.edu.az.
94
On orta məktəb və hazırlıq kursları, bir ibtidai məktəb,
qimnaziya və universitetin (Qafqaz University) hər biri
əsasən İngilis dilində tədris edir və, Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmiş, Qərb (Türkiyə) və dünyavi tədris
proqramları ilə təhsil verir.
95
Böhran Qrupunun müsahibəsi, Tengiz (əsl adı deyil),
Fətullah Gülen məktəbinin sabiq şagirdi, Bakı, sentyabr
2007. Lənkəranda Şiə valideynlərin bəzisi uşaqların Fətullah
Gülen məktəbində bir neçə ay oxuyandan sonra Sünni
üslubu ilə namaz qılmasından narazılıq etmişlər. Böhran
Həmçinin, digər əhəmiyyətli qurum Azərbaycan
Gənclərinin Yardım Fondudur ki, o da Dağlıq Qarabağ
köçkünlərinə yardım göstərir. Sözügedən fond Türkiyə
mənşəli dini rəhbər Osman Nuri Topbaş tərəfindən
yaradılmış və Bakı İslam Universitetinin Zaqatala filialının
və Məscidin tikintisinə vəsait ayırmışdır.
96
Türkiyə dövlətinin himayə etdiyi dini təşkilatlarla
özəl fondların himayə etdikləri təşkilatlar arasında
münasibətlər birmənalı deyil. Fətullah Gülənin fəaliyyəti
Türkiyədə 2006-cı ilə gədər qadağan idi, bununla belə
bu fəaliyyət Türkiyənin Mərkəzi Asiya və Qafqazda
mədəni və dini təsirini yaymaqdadır.
97
Bununla belə,
son aylarda Türkiyə mənşəli sünni İslamı təbliğ edən
fəaliyyətlərə, xüsusi olaraq Nurçu qruplara, Bakının
təzyiqləri artmışdır.
98
2007-ci ilin aprelində dini dərslər təşkil etdiyinə görə
və hakimiyyət tərəfindən fərqli düşünənləri sıxışdırmaq
üçün geniş istifadə olunan, “polisə müqavimət”
99
maddəsi
əsasında iki nurçu Yevlax rayonunda saxlanılmışdır.
Nurçu fəlsəfəsinə yaxın müstəqil imamın cənubda
keçirdiyi Quran kursları 2007-ci ildə bağlanmışdır.
100
2007-ci ilin noyabr ayında QMİ-nin rəhbəri Şeyxülislam
“radikal vəhhabi, nurçu və digər cinayətkar qrupların
müqəddəs İslama zərər vurur” kimi təəcüb doğuran
bəyanat vermiş və buna əsasən vəhhabiləri və nurçuları
Azərbaycanda “arzu olunmayan” adlandırmışdır.
101
Şeyxülislam əvvəllər də Nurçulardan xoşlanmadığını
dilə gətirmişdir, ancaq bu nurçularla vəhhabiləri eyni
sıraya qoyan ilk belə bir rəsmi bəyanat idi. 2008-ci
ilin yanvarında yerli mətbuat 2007-ci ildə qeyri-qanuni
dini təbliğat apardığına görə Türkiyə siyasətçisi Mehmet
Harun Kayaçının həbsi haqqında məlumat yaymışdır.
102
Qrupunun müsahibəsi, Hüseyn (əsl adı deyil), Lənkəran
sakini, Lənkəran, oktyabr 2007.
96
İslam Universiteti Bakı Dövlət Universiteti və Bakı
Qazfqaz Universitetindən fərqli birisidir .
97
Balcı, “İslama giriş”, eyni mənbədən, səh. 91- 95.
98
Böhran Qrupunun müsahibəsi, Nurçu fəlsəfəsinə yaxın
olan müstəqil Sünni imam, oktyabr 2007.
99
“Azərbaycanın Yevlax rayonunda nurçular həbs olunub”,
Day.az, 27 aprel 2007.
100
Böhran Qrupunun müsahibəsi, nurçu fəlsəfəsinə yaxın
olan müstəqil sünni imam, oktyabr 2007.
101
“Şeyx Vəhhabilik və Nurçuluğa qarşı mübarizəyə çağırır”,
Zerkalo, 17 noyabr 2007; və “Radikal vəhhabilər və nurçular
İslamın adına ləkə gətirir: Şeyxülislam”, Trend xəbərlər
agentliyi, 26 noyabr 2007.
102
R. Cəfərov, “Azərbaycanda həbs olunan Türk siyasətçisi
qonşu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilə
bilər”, Exo, 26 yanvar 2008.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 11
III.
MÜSTƏQİL MÜSƏLMAN
İCMALARI
Sayının az olmasına baxmayaraq rəsmi məscidlərdən
daha çox dindar cəlb etməyə müvəffəq olan və, bəzi
hallarda, artıq adları çəkilən xarici təşkilatlarla əlaqəli
olan, müstəqil dini qruplardan Azərbaycan höküməti
narahatdır. Müstəqil müsəlman icmaların əksəriyyəti
Şeyxulislam Allahşükür Paşazadə tərəfindən idarə
olunan QMİ-nin dini hakimiyyətini tanımır və, bu
icmaların yalnız bir neçəsi qeydiyyatdan keçməyə
müvəffəq olub.
Müstəqil İslamı əsasən İlqar İbrahimoğlunun başçılıq
etdiyi Cümə Məscidi ilə əlaqəli şiə icmasına və Əbu
Bəkr məscidinin axundu Qamət Süleymanovun rəhbərlik
etdiyi sələfi icmasına bölmək olar. Bir neçə digər kiçik
icma özlərinin yaratdığı ibadət evlərində və şəxsi
mənzillərdə görüşürlər. Müstəqil sufi və ya nurçu qruplar
da, həmçinin fəaliyyət göstəririr və hökümət tərəfindən
sıxışdırmarların qurbanı olduqlarını iddia edirlər.
A.
S
ƏLƏFİ
Q
RUPLAR
Tez-tez təhqiramiz şəkildə “vəhhabi” adlandırılan
sələfilərin sayı xüsüsilə Bakıda və ölkənin şimalında
davamlı şəkildə artmışdır. Ümumi götürsək, şimaldakı
sələfilər İslama münasibətdə daha radikal yanaşmaya
meyllidirlər.
1.
Bakı
Qamət Suleymanov Mədinədə təhsil almış mötəbər
bir imamdır və 1998-ci ildən Əbu Bəkr məscidinə
rəhbərlik edir. Məscidinin İİDC-nın dəstəyi ilə inşa
edilməsinə baxmayaraq, Qamət Süleymanov həmin
hərəkatla artıq əlaqələrin olmadığını deyir. Məscidin
2002-ci ildə qeydiyyatdan keçməsinə baxmayaraq,
Süleymanov QMİ tərəfindən təsdiqlənməmiş, lakin
ona dözümlə yanaşılır və o məscid camaatı tərəfindən
seçilmiş faktiki imam kimi fəaliyyət göstərir.
103
O,
siyasətdən uzaq olduğunu iddia edir və xütbələrində
tərəfdarlarını höküməti tənqid etməməyə çağırır. Hər
cümə günü böyük sayda saqqallı gənc artıq
ziyarətçilər üçün balacalaşan məscidin içində və
çölündə ibadət edirlər.
104
Həftə ərzində isə bir çox
103
Böhran Qrupunun müsahibəsi, Qamət Süleymanov, Bakı,
yanvar 2008. Məscid icması imamı seçə bilər, lakin QMİ-nin
o şəxsi təsdiq etmək hüququ vardır.
104
Süleymanov deyir ki, mühüm dini mərasimlərdə 12,000
insanı yerləşdirə bilən məsciddə, həftə ərzində 7,000 inanclı
ibadət edir, “Əbu Bəkr dini icmasının rəhbəri Qamət
Süleymanov: mən Vəhhabi deyiləm”, Today.az, 30 avqust 2006.
insan gündəlik namazlarını burada qılır. Məscidin
zirzəmisi tünd geyimli və nigablı qadınlar üçün ayrılıb.
Süleymanovun ardıcıllarından bəziləri İçəri Şəhərdə
yerləşən və daha da kiçik olan Ləzgi məscidində
ibadət edirlər ki, burada da hər cümə yüzlərlə adam,
onların arasında azərbaycanlı, çeçen, türk və ərəb,
küçədə, xalçaların üzərində namaz qılırlar. Hər iki
məsciddə təsiredici dindarlıq hiss edilir. Əbu Bəkr
icmasının gənc üzvü belə deyir: “Bu cür pak inanclılarla
bərabər olmaq dini daim öndə saxlamağa kömək
edir”
105
Cavan kişi və qadınların bir çoxu Bakının
rusdilli ziyalı təbəqəsini təmsil edir: sələfi ədəbiyyatının
xeyli hissəsi yalnız rus dilində mövcuddur.
Əbu Bəkr məscidinə nə səbəbdən gəlməsi sualına
İlahə belə cavab verir:
Allah bizi İslam yoluna istiqamətləndirir. Bir neçə
il əvvəl mən daxili boşluq hiss etdim. Əbu Bəkr
məscidi haqqında çox eşitmişdim və bir gün ora
getdim. Mətbuatda hamının yazdığına əks olaraq
burada terrorçular deyil, ağıllı və yaxşı təhsil almış
insanları görməyimə təəcübləndim. Sonra bu
məscidə daha müntəzəm getməyə başladım və
daha çox ədəbiyyat oxudum. Bu məsciddə mənə
İslamın dolğun əsaslarını oyrətdilər.
106
Əbu Bəkr məscidinə gələnlərin ictimai ünsiyyət
imkanları və bura gələn dindarların gənc olması
buranı çox cəlbedici edir və, bir çoxlarının etiraf
etdiyi kimi, sələfiliyə qoşulmaq qərarını verərkən bu
amil həlledici rol oynamışdır. “Yaşlı imamlardan
ölüm qoxusu gəlir. Onlar yalnız yas mərasimlərinə
yarayır və onların məscidlərinə yalnız yaşlılar gedir.
Mən onlara müraciət etdikdə, heç bir suallımı
cavanladıra bilmədilər”, deyə İlahə əlavə edir.
Siyası baxışlardan daha çox şəxsi motivasiya bir
çoxlarını sələfiliyə cəlb edir. Süleymanovun digər
gənc tərəfdarı Dilbər buna belə yanaşır: “Bilirsiniz,
mənim ailəm, azyaşlı oğlum, işim var və digər şeylər,
xüsusilə də siyasət haqqında, düşünməyə vaxtım
yoxdur”.
107
İlahə əlavə edir ki: “Sünnədə yazılıb ki,
əgər hökümət inanclılara hörmət edirsə, bizim
hakimiyyətə qarşı çıxmaq haqqımız yoxdur”. Qamət
Süleymanov dəfərərlə bunu öz tərəfdarlarına söyləyir.
105
Böhran Qrupunun müsahibəsi, Əbu Bəkr icmasının üzvü,
Bakı, sentyabr 2007.
106
Böhran Qrupunun müsahibəsi, İlahə (əsl adı deyil), Əbu
Bəkr icmasının üzvü, Bakı, sentyabr 2007.
107
Böhran Qrupunun müsahibəsi, Dilbər (əsl adı deyil), Abu
Bəkr icmasının üzvü, Bakı, sentyabr 2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 12
2.
Azərbaycanın Şimal bölgəsi
İddialara görə Səudiyyə humanitar təşkilatının dəstəyilə
1990-cı illər ərzində şimal bölgəsindəki şəhələrdə
onlarla azərbaycanlı sələfiliyə üz tutmuşdur. Yerli
sakinlər və polis deyir ki, son illərdə onların sayı
nəzərəçarpacaq qədər azalıb. Şəki, Zaqatala, Balakən,
Qusar və Quba məscidlərində bir neçə saqqallı gənc
ibadət edir və digərlərin şübhəli baxışlarına məruz
qalırlar. Adətən onlar ayrıca bir məsciddə ibadət
edirlər. Qubada, hətta şiə məscidində namaz qılırlar,
lakin sələfilərdən biri belə bir münasibət bildirdi: “biz,
əslində, ora gedə bilərik, lakin onların divarlarında
Peyğəmbərin və İmam Əlinin təsvirləri bizim üçün
qəbulolunmazdır”.
108
Dini ənənələrin daimi güclü olduğu şimaldakı dağ
bölgələrdə missionerlər, ilkin olaraq, ağsaqlları
sələfiliyə çevirmişdilər.
109
“Mən İslamı nənəmdən
öyrənmişəm. Lakin, müstəqillikdən sonra biz yeni
ədəbiyyat, Quranın yeni tərcümələri əldə etdik. Bunları
oxuduqdan sonra, başa düşdüm ki, nənəmin ibadət
tərzi düzgün deyildi!” – öz şəhərində “vəhhabi” sayılan
ağsaqqal deyir. “Mən özümü ‘vəhhabi’ saymıram.
Mən sünniyəm və yeganə həqiqət Qurandır. Mən
pirlərə ziyarəti səhv sayıram, lakin burdakı türk
müəllimləri bunu məqbul sayır. Mən onlarla heç vaxt
bu barədə mübahisə etməmişəm”.
110
Gənc sələfilərin əksəriyyəti nəinki İslamda tələb
olunan qaydaları bilir, onlar həmçinin, Quranı yaxşı
öyrəniblər. Şimal şəhərlərin birində Əfəndi adlı şəxs
deyir ki, “Azərbaycanda təhsilli adamlar İslamda
haqq-ədaləti axtarır. Əbu Bəkr məscidindəki insanlar
oxşar istəyə malikdir”.
111
Şimal bölgələrində yaşayan Sələfilər şəhərdə yaşayan,
təhsilli ziyalı təbəqəsinə mənsub olmamaqları
səbəbindən Bakıdakılardan fərqlənir.
112
Süleymanovun
108
Böhran Qrupunun müsahibəsi, Sələfi, Azərbaycanın
şimal bölgəsi, oktyabr 2007.
109
Hər kəndin böyük nüfuza malik ağsaqqallar var.
Azərbaycanın şimal bölgəsində ağsaqqalar dini ənənələrin
canlı yaddaşıdır ki, sonradan da, o bilikəri gənc nəsillərə
ötürürlər. Xarici missionerlər, ilk olaraq, ağsaqqallarla əlaqə
qurub, onların bir neçəsini Sələfiliyə qovuşdurmuşdur.
110
Böhran Qrupunun müsahibəsi, Sələfiliyə çevrilən yaşlı,
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007. Sələfilər və
Siələr pirlərin dini əhəmiyyəti məsələsində razılaşmırlar.
Sələfilər iddia edir ki, yalnız Peyğəmbər müqəddəs sayıla
bilər; Azərbaycandakı Şiələr və bir qism Sünnilər isə
Peyğəmbərin qohumlarının məzarlarını və pirlərini
müqəddəs yer sayır.
111
Böhran Qrupunun müsahibəsi, Əfəndi (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
112
Böhran Qrupunun müsahibəsi, DQİDK-nın nümayəndəsi,
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
tərəfdarlarından fərqli olaraq, bu dindarlar siyasi
fikirlərini açıq izhar edirlər. Əfəndi belə izah edir:
Azərbaycan höküməti Quranın bəzi ayələrinə
məhdudiyyət qoyur.
113
Birincisi, Quran buyurur ki,
müsəlman varını bölüşdürməlidir. Bu hökümət isə
bütün hər şeyi cibində saxlayır. İkincisi, hicablı
qadın məktəbə gedə bilmir, və hətta şəkil
çəkdirməyə qoymurlar. Bu ölkədə az sayda insan
bilir ki, hökümət mafiya qrupu tərəfindən deyil,
Allah tərəfindən nəzarət edilməlidir. Və bu hökümət
istəmir ki, insanların bu haqda biliyi olsun.
114
Müxtəlif şəhərlərdən olmalarına baxmayaraq, onların
bəzi düşüncələri oxşardır, və bu amil belə düşünməyə
əsas verir ki, onlar görüşlər və ya elektron vasitələrlə
fikir mübadiləsi aparır. Bununla bərabər, bir sıra
müxtəlif qruplardan ibarət bu toplum yaxşı
təşkilatlanmayıb və belə təsəvvür yaranır ki, hər bir
şəxsin İslama fərdi yanaşması mövcuddur. Sələfiliyə
münasibətdə əksəriyyəti Süleymanovun yanaşmasını
bölüşür, lakin siyasi fikirlər də ifadə edənlər vardır.
Əfəndi əlavə edir ki, “Siyasi fikir söyləyən kimi,
onların (hökümətin) gözündə dönüb olursan ‘vəhhabi’
və onlar səni sıxışdırmağa başlayır”.
3.
Xəvariclər
Öz icmasını qorumaq naminə siyasiləşməmək yolunu
seçəndən sonra Qamət Süleymanovu bir sıra
tərəfdarları kafir hökümətlə əməkdaşlıqda ittiham etdi.
Əsasən Bakıda və şimal şəhərlərində olan dissidentlərə
qarşı Süleymanov fətva verərək, onları xəvaric (Ərəb
dilindən “xaric olunan”) adlandırdı.
115
“Onlar
müsəlman Ummasına məxsusdurlar, lakin ona qarşı
çıxırlar”.
116
Onlar mövcud hökümətə qarşı qiyam
etməyi mümkün hesab edir və onlar kimi
düşünməyənləri kafir sayır.
117
Xəvaric qrupların əksəriyyəti Sumqayıt, Şəki, Quba,
Qusar, bəzi Bakı kəndləri və Bakının özündə yaşayır,
lakin çoxları Zaqatala və Balakəni artıq tərk edib və
hazırda Əbu Bəkr məscidini ziyarət etmirlər.
118
Şimal
bölgəsindəki şəhərlərdən birində yaşayan Ayaz belə
113
Ayə (həmçinin misra və ya sura adlandırıla bilər)
Quranda təsbit olunmuş qaydadır.
114
Böhran Qrupunun müsahibəsi, Əfəndi (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
115
Böhran Qrupunun müxbiri, Bayram Balcı, Bakı, noyabr
2007.
116
Q. Süleymanov, Rəhbərlərə Münasibət (Bakı, 2001), səh.
17.
117
Böhran Qrupunun müsahibəsi, Qamət Süleymanov,
yanvar 2008.
118
“Abu Bəkr dini icmasının rəhbəri Qamət Süleymanov:
mən Vəhhabı deyiləm”, Today.az, 30 avqust 2006.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 13
deyir: “Bilirsiniz, İslama döndükdən bir neçə il sonra
insanları ayırd etməyi öyrənirsən. Danışığından bəzi
insanların vəhhabiliyə qoşulduğunu hiss edirik. Onlar
öldürməyə hazırdır. Onlar dindən kənar insanlardır”.
119
Ramil daha radikal inanclıdır və münasibəti belədir:
“hər kəsin psixologiyasından asılıdır. Bəzi insanlar
silah tutmaqda digərlərindən daha bacarıqlıdır”.
120
Süleymanovun şimal bölgələrində yaşayan tərəfdarları
xəvaric olanları tanıyır və onları təhlükəli sayırlar.
Buna səbəblərdən biri də, odur ki, polis dinc sələfiləri
xəvariclərdən çox vaxt ayıra bilmir və nəticədə hər iki
qrupu sıxışdırır.
Xəvariclər açıq bəyan edir ki, Allah yeganə hakimdir
və onlar kafir hökümətə hörmət bəsləyə bilməzlər.
Onlar istəyir ki, Azərbaycan Şəriəti (İslam qanunu)
qəbul etsin və bir qismi torpaq vergisi verməkdən
imtina edir.
121
DQİDK-nın sədr müavininin dediyinə
əsasən, “Bir-birlərini Qardaş adlandıran bu şəxslər
İslam dövləti qurmaq istəyir. Onlarla razılaşmayanları
pis müsəlman sayırlar”.
122
Böyük ehtimalla, onların
dünyagörüşləri satqın saydıqları Süleymanov
vasitəsilə deyil, Dağıstandan və ya İnternet vasitəsilə
gələn təsirlər altında formalaşır. Onların Böhran
Qrupuna dediklərinə görə, yaşam modeli kimi
Dağıstanın Çabanmaxi, Karamaxi və Kadar kəndləri
ola bilər. Bu kəndlərdə birinci və ikinci Çeçen
müharibəsi arasında kiçik İslam dövləti qurmaq
cəhdləri olmuşdur.
Şimal bölgəsindən olan Kamran adlı xəvaric üçün
“İslam sülh dini deyil, ədalət və qanun dinidir. Biz
Qamət Süleymanova hörmət edirdik, lakin o,
Rəhbərlərə Münasibət kitabını yazandan sonra, biz
onu tanımırıq. Biz bu hökümətə rüşvət vermək
istəmirik”.
123
Şimal bölgələrində yaşayan digər Sələfilərin
terrorçuluğun yanlış olaraq İslamla bağlanması narahat
etdiyi vaxtda, Kamranı 11 sentyabr hücumları
barəsində soruşanda o, belə bir cavab vermişdir:
“terror hücumları günahsız qurbanlarla nəticələnibsə
belə, bu insanların günahkar olub-olmamasına bir tək
Allah qərar verə bilər”. Eyni zamanda o, müsəlman
döyüşçülərlə həmrəyliyini ifadə edir: “Səhhətimə görə,
mən Əfgənistanda döyüşlərə qoşula bilmirəm, lakin
digər tərzdə kömək edirəm”. Əliyev hakimiyyəti
119
Böhran Qrupunun müsahibəsi, Ayaz (əsl adı deyil),
Sələfi, Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
120
Böhran Qrupunun müsahibəsi, Ramil (əsl adı deyil),
Sələfi, Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
121
Böhran Qrupunun müsahibəsi, Süleymanovun əleyhdarı,
Şəki, oktyabr 2007.
122
Böhran Qrupunun müsahibəsi, Elçin Əsgərov, DQİDK-
nın sədr müavini, Bakı, avqust 2007.
123
Böhran Qrupunun müsahibəsi, Kamran, xəvaric,
Azərbaycanın şimal bölgəsi, noyabr 2007.
barəsində o, belə deyir: “bü gün bir şey etməyin
məqamı deyil. Onlar bizi çox fəal izləyir, indi biz heç
nə edə bilmərik”.
Xəvariclərin gələcəkdə tədricən radikal İslamçı qrupa
çevrilməsi ehtimalı digər qruplara nisbətən daha
böyükdür. Yuxarıda sözügedən Ceyşullah kimi kiçik
radikal qruplaşmalar vaxtaşırı üzə çıxır və dövlət
tərəfindən tərksilah edilir. Bununla belə, xəvaric
sayıla bilən şəxslərin sayı 100 nəfərə çatmır. Onların
özləri arasında böyük fərqlər mövcuddur və
təşkilatlanmış vəziyyətdə deyillər. Bəzi icmalar
digərlərindən daha radikaldır: Bəzi qruplar yalnız
yerli əhalidən ibarətdir və Azərbaycan dövlətinin
quruluş tərzini dəyişmək məqsədini qüdür. Bəzi
qruplar xaricdən maliyyə yardımı ala bilər. İstifadə
etmək istədikləri üsullar vahid deyil: bəzi üzvlər
cihada hazırdır, əksəriyyəti isə daha dinc görsənir.
Dostları ilə paylaş: |