D
ÖVLƏTİN
D
İN
Ü
ZƏRINDƏ
N
ƏZARƏTİ
1990-cı illərdəki qeyri-sabit vəziyyətdə böyük sayda
xarici missionerlərə hökümətin cüzi nəzarəti şəraitində
ölkədə geniş təbliğat aparmaq imkanı yaradılmışdı.
Sonradan, əsasən milli təhlükəsizliyini müdafiə etmək
ehtiyacını əsas gətirərək Azərbaycan dini sahə
üzərində nəzarəti əlinə almışdır.
1.
Hüquqi çərçivə
Konstitusiyada təsbit olunub ki, Azərbaycan dünyavi
ölkədir (Maddə 6), din dövlətdən ayrıdır (Maddə 19),
təhsil sistemi dünyavidir, qanun qarşısında bütün
dinlər eynidir və dini etiqad azadlığı təmin edilir
(Maddə 37). Lakin, əslində tam ayrılıq yoxdur, ona
görə ki, dövlət dini etiqad azadlığı haqqında qanun və
DQİDK-nın vasitəsilə müdaxilələr edə bilər.
Müstəqil dini icmalar 1996-cı ildə qanuna edilən
düzəlişləri dini etiqad azadlığına qarşı əhəmiyyətli
zərbə sayırlar.
160
Bü düzəlişlərə əsasən, xarici
missionerlərin fəaliyyəti qadağa olunmuş və hökümət
bütün dini təşkilatların qarşısında yenidən qeydiyyatdan
keçmək tələbi qoymuşdur. Yeni prosedürlara uyğun
olaraq, QMİ dini icmanın statusunu müəyyən etməli,
sonra tanımalıdır və məhz bu tələb bəzi müstəqil və,
xüsusilə şiə icmaların, qeydiyyatının qarşısını almağa
imkan yaradır.
161
QMİ-nin inhisarı tez-tez tənqid
olunur. Müstəqil imamlardan biri deyir: “Dini icmalar
qarşısında Allahşükür Paşazadənin dini hakimiyyətini
160
Böhran Qrupunun müsahibəsi, müstəqil ruhani, Bakı,
oktyabr 2007.
161
Cümə, Cavad, Dadaş, və Yuxarı Kərəc Məscidinin
İcmaları ədliyyə nazirliyində qeydiyyatı 1996-ci ildə keçiblər.
Yalnız Dadaş və Abu Bəkr Məscidi 2007-ci ilin oktyabrında
yeni üsulla yenidən qeydiyyatdan keçmişdir. Nurçu qruplarının
heç biri qeydiyyatdan keçməmişdir.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 18
tanımaq öhdəliyinin qoyulmasını demokratiyanın
ciddi çatışmamazlığı kimi qiymətləndirirəm”.
162
Məlumatlara görə, 2006-cı ilə qədər bəzi müstəqil
icmalar DQİDK sədri Rafiq Əliyev və QMİ arasında
olan rəqabətindən faydalanırdı, və sonuncunun təsdiqi
olmadan, qeydiyyatdan keçməyə müvəffəq olurdu.
Lakin, 2006-cı ildə Hidayət Orucovun komitəyə sədr
təyin olunandan sonra, qurumlar arasında ələqələndirmə
təkmilləşdi və müstəqil icmalar daha nadir hallarda
qeydiyyatdan keçməyə müvəffəq olurlar.
163
Sözügedən icmalar dövlətin dinə münasibətini
ədalətsiz olduğunu və ikili standartlara geniş yer
verdiyini hesab edirlər. “Bu qanunla hər bir yəhudi və
ya xristian hökumətə və ya dini rəhbərə ayrıca
ehtiram nümayış etmədən, azad şəkildə fəaliyyət
göstərə bilər. Lakin müsəlman icmaları Şeyxülislama
hörmət etməlidir”, icmalardan birinin rəhbəri şikayətlənir.
“Qeydiyyatdan keçməmiş icmalar çox idi, lakin
onların sayı azalmaqdadır. Qeydiyyatdan keçmiş bütün
icmalar hökümətlə və ya Şeyxülislamla bu və ya digər
tərzdə əlaqəlidir və güclü nəzarət altındadır. Onlara
deyirlər nəyi danışmaq olar, nəyi olmaz” digər bir
imam söyləyir. “Məsələn, qanuna görə, siyasət və din
ayrı olmalıdır. Lakin, hər seçki qabağı Şeyxülislam
açıq şəkildə prezidentin namizədliyini dəstəkləyir. Biz
dövlətlə əməkdaşlığa hazırıq, lakin bu ədalətli deyil”
daha bir dini icmanın rəhbəri belə deyir.
164
Adətən, Türkiyədə dini təhsil almış gənclər İranda
təhsil almışlardan daha üstün rəftarla üzləşir. DQİDK
rəsmisinin məlumatına əsasən “bizim (DQİDK-nın)
İranla və ya İranda oxumuş gənclərlə problemimiz
yoxdur. Heç bir ayrıseçkilik yoxdur. Sadəcə olaraq,
biz qonşu (İran) ilə qardaş (Türkiyə) arasında fərq
qoyuruq”.
165
Bu cür münasibət şiə icmalarında mənfi
hisslər doğurur. Müstəqil ruhani qeyd edir: “Dövlətin
siyasəti ədalətli deyil. Bir tərəfdən bütün dini
fəaliyyətə nəzarət edirlər, digər tərəfdən isə, Türkiyə
sayağı ənənələrin ölkəyə daxil olmasına icazə
verirlər”. Bəziləri şikayət edir ki, hökümət onların
Quran kurslarını bağlayaraq, yalnız türklərin dəstəyi
olan kursların işləməsinə icazə verib.
166
162
Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı,
sentyabr 2007.
163
Böhran Qrupunun müsahibəsi, diplomat, Bakı, oktyabr
2007; və yazışmalar, Islam üzrə araşdırıcı, Tbilisi, dekabr 2007.
164
Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı,
sentyabr 2007.
165
Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov,
rayonlarda dini məsələlər üzrə şöbənin rəhbəri, DQİDK,
Bakı, sentyabr 2007.
166
Böhran Qrupunun müsahibəsi, müstəqil Siə imamı, Bakı,
oktyabr 2007.
Dini etiqad azadlığı haqqında qanuna yeni əlavələr
2006-cı ildə qəbul edilmişdir ki, bunun məqsədi də
qeydiyyat məsələsini və təriqətlərin fəaliyyətini daha
da məhdudlaşdırmaq yolu ilə missioner təşkilatların
fəaliyyətinə nəzarəti sərtləşdirmək idi.
167
Bir sıra
müxalifət və vətəndaş cəmiyyətinin fəalları dövlət
tərəfindən maliyyələşdirilməyən ruhanilərin vəzifəyə
təyin olmasına imkan yaradan və müstəqil müsəlman
icmalarını QMİ-nin
razılığını almaq öhdəliyindən
azad edən dəyişikliklərin qəbul olunmasını təklif
edirlər.
168
Bununla belə, dini icmalar, QHT-lər və
araşdırma mərkəzləri şikayətlənir ki, qanun hazırlanarkən
onlarla müzakirələr aparılmayıb. Düzəlişlərin ilk
müzakirələri 2007-ci ilin əvvəlinə planlaşdırılmışdır,
lakin onlar bir neçə dəfə təxirə salınmışdır. DQİDK-in
sədri Orucov bildirmişdir: “bəzi texniki dəyişikliklər
etmək mümkündür, lakin ümumiyyətlə, (dini etiqad
azadlığı haqqında) qanunu tam dəyişməyə ehtiyac
yoxdur”.
169
2.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini sahə üzərində nəzarət vəzifəsi həvalə edilən əsas
dövlət qurumu DQİDK 2001-ci ildə icmaları
qeydiyyata almaq və onların fəaliyyətinə nəzarət
etmək üçün yaradılmışdır.
170
Qurum qeydiyyatda olan
bütün dini icmalara təlimatlar paylayır və dini
fəaliyyətə gündəlik nəzarət edir. Rayonlarda dini
məsələlər şöbənin rəhbəri Gündüz İsmayılov bunu
belə izah edir:
Dini icmalar üçün bizim qanuni çərçivəmiz var.
Onlar bu çərçivədən çıxanda, biz müdaxilə edirik.
Dini təhsilin aşağı səviyyədə olmasını nəzərə
alaraq, bəzi xarici missionerlər, hərdən pis niyyətlə,
bu boşluğu doldurmağa çalışır. Dövlət beyinlərin
bu cür zəhərlənməsinə maneə olmağa çalışır.
Lakin, bizim üçün problemi inzibati vasitələrlə
həll etmək çox çətindir. Mənim fikrimcə, yeganə
167
Feliks Korley, “Azərbaycan: Dini etiqad haqqında Qanun
nə üçün və necə dəyişiləcək?”, Forum 18, 14 avqust 2006.
168
Böhran Qrupunun telefon müsahibəsi, millət vəkili Fazil
Gəzənfəroğlu, İnsan Haqqları Kommissiyasının üzvü və
Hacı İlqar İbrahimoğlu, Cümə Məscidinin icmasının imam-
camaatı, Bakı, fevral 2008.
169
“Hidayət Orucov: Azərbaycanda dini etiqad azadlığı
haqqında qanuna ehtiyac yoxdur”, 525-ci qazet, 30 iyun 2007.
170
Rəsmi olaraq DQİDK dörd əsas vəzifə daşıyır: dövlətin
dünyaviliyini və dinlə siyasətin ayrı olmasını təmin etmək;
dini tolerantlığı qorumaq və inkişaf etdirmək; dini təhsilinin
dünyavi modeli çərçivəsində olmasını təmin etmək; dini
ədəbiyyata nəzarət etmək və ədəbiyyatın dinlər arası və ya
ölkənin sabitliyinə zərər vurmamasını təmin etmək. Komitə
həmçinin, İranın dini həyata təsirinin qarşısını almaqda
kömək etmək üçün yaradılmışdır. Balcı, “Post-Sovet
Azərbaycanda İslam və Siyasət ”, eyni mənbədən, səh. 145.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 19
həll yolu savadsızlıqla mübarizə aparmaq və milli
İslami kadrları yetişdirməkdir. Zor gücü ilə biz sabit
dini mühit yarada bilməyəcəyik. Bizə lazım olan
isə özümüzdə İslam tədrisini təşkil etməkdir ki,
gənclər İslamı öyrənmək üçün xaricə getməsinlər.
171
DQİDK, məlum istəyi olsa da belə, xaricdə dini
öyrənmək üçün gedən gənc azərbaycanlıların kütləvi
axınına nəzarət etmir. “Dövlətə xəbər vermədən indi
heç kim xaricdə dini təhsil ala bilməz. Kimsə
qeydiyyatdan keçmədən gedirsə, problem yoxdur,
lakin qayıtdıqdan sonra rəsmi ruhani vəzifəsi almaqda
çətinliklərlə üzləşəcək”.
172
Senzuranın 1998-ci ildə ləğv olunmasına baxmayaraq,
dini ədəbiyyat nəşr etdirmək üçün DQİDK-nın razılığı
tələb olunur. Yalnız qeydiyyatdan keçmiş icmalar
nəşrlə məşğul ola bilər və hətta onların çap etdikləri
nüsxələrin sayı məhduddur.
173
Həmçinin, dini
ədəbiyyatın idxalına da məhdudiyyət mövcuddur və
bu istər İslam, istərsə də qeyri-İslam ədəbiyyatına
aiddir. DQİDK bu işə ciddi nəzarəti həyata keçirir.
Məsələn, 2005-ci ildə qurum “siyasi İslamın” təşviqi
kimi saydığı 92 dini kitabı qadağan etmişdir. Bundan
əlavə, İran Ayətollası Fazil Lənkəraninin də kitabları
da daxil olmaqla, Komitədə qadağa olunan
ədəbiyyatın açıqlanmamış siyahısını tutulub.
174
2007-
ci ilin noyabrında polis kitabları müsadirə etməklə,
metro qarşısında və küçələrdə Quran satıcılarının işini
əngəlləmişdir. Kitab satıcıları etiraf etmişlər ki,
onlardan dini kitabları satışdan yığışdırmaq xahiş
olunmuşdur.
175
Türkiyə mənşəli qruplar da nəzarətdən kənar qalmır.
1996-cı ildə qanuna edilən dəyişiklilərdən sonra, ölkə
boyu on doqquz Quran kursu
176
və bir neçə mədrəsə
bağlanmışdır. Nurçuların məscid və mədrəsələri də
hədəfə çevrilmişdir: belə ki, bir neçə ay əvvəl, 2007-
171
Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov,
rayonlarda dini məsələlər üzrə şöbənin rəhbəri, DQİDK,
Bakı, sentyabr 2007.
172
Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov,
rayonlarda dini məsələlər üzrə şöbənin rəhbəri, DQİDK,
Bakı, sentyabr 2007.
173
Azərbaycan qanunlarına əsasən, nüsxələrin dəqiq sayı
üzrə DQİDK-nın razılığı olmadan çap maşınları dini
ədəbiyyatı nəşr edə bilməz. İdxal edilən dini ədəbiyyat
yoxlamaya məruz qalır, “Din haqqında Qanun nə üçün və
necə dəyişiləcək?”, Forum 18, 14 avqust 2006.
174
Qadağan olunmuş ədəbiyyatın natamam siyahısını tapmaq
üçün İnternet ünvanı: www.islam.com.az/modules/news/
article.php?storyid=242.
175
“Azərbaycanda Quran satmaq qadağandır?”, Day.Az, 7
noyabr 2007.
176
Fərman DQİDK tərəfindən dərc edilmişdir, “Dini Bülleten”,
Turan xəbərlər agentliyi, sentyabr 2007.
ci ilin sentyabrında, ölkənin cənubunda, sünni
kəndlərinin birində mədrəsə bağlanmışdır. 2007-ci
ildə, türk müəllimin apardığı Quran kurslarının ölkənin
şimal bölgəsindəki şəhərlərinin birində bağlanması
göstərdi ki, Ankaradan göndərilən müəllimlər də ciddi
nəzarət altındadır.
177
3.
Qafqaz Müsəlmanları İdarəsinin İslahatı
Azərbaycanda “rəsmi” İslam Sovet vaxtı yaradılan və
şərti olaraq müstəqil qurum olan QMİ tərəfindən idarə
olunur. Onun şiə rəhbəri Şeyxülislam Hacı Allahşükür
Paşazadə 1980-cı ildə təyin olunmuşdur; onun müavini
Müfti Hacı Salman Musa oğlu Musayev isə sünnidir.
QMİ molların təyinatı, İslamın tədrisinə və ruhanilərin
məvacibi məsələlərinə cavabdehdir.
178
Şeyxülislam tərəfindən təyin edilən mollalar nadir
hallarda əhalinin rəğbətinə sahib olurlar. “Qırmızı
mollalar” Sovet hökümətinin casusu sayılırdı və,
deyilənə görə, bir çoxu, kommunizm dağılandan
sonra öz vəzifələrində qalmışdır. Bu səbəbdən və,
həmçinin Məkkə və Mədinəyə ziyarətin təşkili
üzərində saxladığı inhisara görə, bir çoxları QMİ-ni
korrupsiyaya uğramış təşkilat sayır. “QMİ dini
təşkilat deyil, o bizneslə məşğuldur”, Bakıda yaşayan
imamlardan biri hesab edir.
179
Paşazadənin daxili
siyasətə müdaxiləsi QMİ-nin durumunu daha da
zəiflətmişdir. O, xüsusilə 1998-ci və 2003-cü illərdə
prezident seçkiləri zamanı, hakim partiyanın
namizədlərinə qeyri-şərtsiz dəstək vermiş və hətta,
deyilənə görə, müxalifətə səs verənləri hədələmişdir.
180
Həmçinin, bir çox insan düşünür ki, QMİ məscidlərə
və dini icmalara yetərincə kömək etmir. Həcc ziyarətinin
təşkilindən qazanılan vəsaitə və nəzarətində saxladığı
məscidlərdən hesabı bilinməyən ianələrə malik
olmasına baxmayaraq, əksər məscidlər icmaların öz
təşəbbüsü və ya xarici yardımla bərpa edilib. “Paşazadə
bizim üçün nə edib?” Astaradan bir qadın soruşur. “O,
əzanın səslənməsinə qadağa qoydu, Həccə yalnız ozünə
177
Yuxarıda 100 saylı istinada bax.
178
1989-ci ildə Transqafqaz Müsalmanlarının Sovet Ruhanilər
İdarəsi Qafqazda Şiələr və Sünnilər üzərində hakimiyyət
verən Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) adı almışdır. Adətən,
QMİ-ni Müsəlmanlar üçün müqəddəs olan ziyarətqahlara
səfərlərin qiymətini süni artırmaqda və Azərbaycana aid
istifadə olunmamış kvotatın İran və, əsasən Dağıstan və
Çeçenistandan olan, Rusiya Müsəlmanlarına satmaqda
günahlandırırlar. Bax Yunusov, eyni mənbədən, səh. 233-237.
179
Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı,
yanvar 2008.
180
Hacızadə, eyni mənbədən, səh. 10.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 20
yaxın adamları göndərir və məscid üçün heç nə etmir.
Burda bütün təmiri özümüz etmişik!”
181
QMİ İslamın tədrisi üçün yeganə rəsmi mənbə olan
Bakı İslam Universitetinə və onun dörd filialına
(Zaqatala, Lənkəran, Sumqayıt, Mingəçevir) nəzarət
edir. Bundan əlavə, QMİ-nin nəzarəti olmadan,
dövlətə malik Bakı Dövlət Universitetində ilahiyyat
fakültəsi fəaliyyət göstərir ki, onun da səviyyəsi zəif
sayılır.
182
2002-ci ildən etibarən nüfüzunu artırmaq üçün QMİ
islahatlara yol açmışdır ki, bu da əsasən, yeni nəsil
ruhanilərin təhsilini ön plana çıxartmışdır. İlk olaraq
qurum xaricdə, xüsusilə Türkiyə, Misir, Suriya,
Küveyt, Səudiyyə Ərəbistanı və hətta İranda təhsil
almış gəncləri cəlb etməyə cəhd etdi.
183
İkincisi,
əvvəlki molları əvəzləmək üçün İslam Universitetinin
yeni regional filialları
184
daha yaxşı təhsil almış
ruhanilər nəsli yetirşdirməyə başladı. Böhran Qrupunun
əməkdaşları, xüsusilə sünnilər yaşayan rayonlarda,
əhalinin yeni təyin olunan və daha dinamik
olduqlarına görə gəncləri özlərinə cəlb edən mollalardan
razılıq etdiklərinin şahidi olmuşdur. Zaqatala/Balakən
rayonunun axundu Məhəmməd İgidov deyir:
“əvvəllər imamların bilikləri aşağı səviyyədə idi və
onlar korrupsiyaya uğramışdı… onlar insanların dinlə
əlaqədar suallarını cavablandıra bilmirdi. İndi isə,
yeni gənc mollalar sualları cavablandıra bilir… Bu
radikallığı aradan qaldırmaq üçün ən yaxşı yoldur”.
185
Üçüncüsü, QMİ yeni milli İslam kimliyini yaratmağa
çalışır. Bakı İslam Universitetinin Lənkəran filialının
rektoru Hacı Səədi və ənənəvi dini ailələrdən olan şiə
mollalar bunu bu cür izah edir:
Türkiyə və ya İran sayağı ənənələrin bizi idarə
etməyini istəmirik. Öz ənənələrimizə üstünlük
veririk. Biz İnternet əsrinə qədəm qoymuşuq və
İslam da uyğunlaşmalıdır. Şiələr hər zaman İmam
Hüseynin faciəsini, yəni Aşura gününü qeyd
181
Böhran Qrupunun müsahibəsi, Astara Məscidinin camaatı,
Astara, oktyabr 2007.
182
“Tədris səviyyəsi axı çox aşağıdır”, müstəqil icmanın
rəhbəri belə deyir. “Bir dənə universitet olduğuna görə, hamı
ora gedir. Dövlət diplomu tanımadığına görə, gənc məzunlar
QMİ-də işləməyə məcbur olurlar”, Böhran Qrupunun
müsahibəsi, müstəqil icmanın imamı, Bakı, sentyabr 2007.
183
Böhran Qrupunun tədqiqatçısı İranda təhsil almış və
yenilikə təyin olunmuş bir neçə rəsmi mollalarla görüşmüşdür.
184
Sumgayıt və Mingəçevirdə filiallar 1997-də açılmışdır,
Zagatalada 1998-də və Lənkəranda 2002-də, Böhran Qrupunun
telefon müsahibəsi, Bakı Islam Universitetinin nümayəndəsi,
yanvar 2008.
185
Böhran Qrupunun müsahibəsi, Məhəmmət Igidov,
Zaqatala/Balakən rayon axundunun müavini (Müsəlman
ruhani hakimiyyətinin üzvü), Zaqatala, sentyabr 2007.
ediblər. Onlar özlərini qamçılayırdılar. Biz buna
son qoyduq və qan vermə təşəbbüsü ilə əvəzlədik.
186
Dəyişikliklərin bəziləri dindarlar tərəfindən müsbət
qarşılanmır. İslam dini mərkəzlərində təhsil
almamaqlarına baxmayaraq, bir qism köhnə mollalara
hörmət və rəğbət olduğu kimi qalır. Bəzi kəndlərdə
yeni təyin olunmuş mollaların məscidləri boşdur,
lakin köhnə mollalar yas mərasimlərini keçirir və
dindarlara onların gələcək taleyini danışır.
187
İranda
təhsil almış ruhanilərə QMİ-nin icazəsini almaq çətin
olaraq qalır; Hacı Səədi gileylənir ki, “böyük sayda
gənc təhsilini bitirəndən sonra İranda qalır”.
188
İslahatların nəticəsində dini təhsil üzərində nəzarətin
keyfiyyəti artmış, lakin onlar daha da irəli gedib,
müstəqil və qərəzsiz ruhanilərin yaradılması prosesini
gücləndirməlidir. QMİ ruhaniləri hökümətə qarşı
sədaqətinə görə deyil, ləyaqəti və dini biliyinə əsasən
təyin etməlidir.
189
B.
D
ÖVLƏT
T
ƏRƏFİNDƏN
S
IXIŞDIRMALAR
Son illərdə hökümət bəzi müstəqil İslamçı qrupların,
xüsusilə şimal bölgələrində yaşayan sələfilərin
fəaliyyətini sıxışdırır. Bununla bərabər, digər müstəqil
qruplar da həddən ziyadə pis rəftarla üzləşdiklərini
bildiriblər.
190
Adətən sələfilərə şübhə ilə yanaşılır:
onların potensial terrorçu kimi təqdim edilməsində
həm mətbuat, həm hökümət və həmçinin də, rəsmi şiə
ruhanilər rol oynamışlar. Baxmayaraq ki, vətəndaş
cəmiyyətinin üzvləri təqiblər nəticəsində bu icmaların
186
Qamçılamağın qan vermə ilə əvəzlənməsi də İran tərəfindən
tətbiq edilən yenilikdir. Cümə Məscidinin İcmasının başçısı
Hacı İlgar Ibrahimoğlu iddia edirki, Azərbaycanda bu yeniliyi
o tətbiğ edib və sonra bu fikiri QMİ ruhaniləri təkrarlayıb.
187
Azərbaycanda ənənəvi müsəlman ənənəsidir ki, mollalar
Ərəb dilində müəyyən dualar yazmaqla, bir neçə manat
məbləğində pul qazana bilər.
188
Müsəlman ənələrinə uyğun olaraq, dini icma özü imamını
seçir; bəzi hallarda QMİ icmalara icazə verir ki, öz seçdiyi
imamı saxlasın; digər hallarda, QMİ öz seçdiyini yerləşdirir.
Böhran Qrupunun müsahibəsi, Hacı Səədi, direktor, Lənkəran
Islam Universiteti, Lənkəran, oktyabr 2007.
189
2007-ci ilin oktyabr-noyabr aylarında Böhran Qrupunun
apardığı müşahidələr göstərmişdir ki, QMİ-nin bütün
ruhanilərinin otaqlarında Prezident Əliyevin şəkli var.
190
Zaqatala rayonunda böyük hörmətə malik olan Süfi Şeyxi
demişdir ki, saqqalı radikal İslamın təzahürü sayan polis
saqqaları qırxmağa məcbur edir. Ona deyiblər ki, ya saqqalı
qırxmalısan və ya beş günlük həbsə olunacaqsan. Həmçinin,
deyir ki, bəzi hallarda, polis saqqallı adamın evinə bərbəri
gətirir. Böhran Qrupunun müxbiri, İslam üzrə xarici araşdırıcı,
Tbilisi, yanvar 2008.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 21
radikallaşmaq riskindən agahdır, əksər QHT-lər
onların haqqlarını güclü şəkildə müdafiə etmir:
191
Əksər hüquq müdafiəçiləri milli-demokratik
düşərgənin yetirmələdir və güclü dünyavi
ənənələrə malikdir. Onlar daha çox həbsdə olan
jurnalistlər və söz azadlığı kimi digər daha populyar
mövzularla məşğul olmağa üstünlük verirlər. Az
sayda hüquq müdafiəçisi radikal İslamçılar olduğu
iddia edilən şəxslərin ədalətli mühakimə hüququnun
qorunması kimi qeyri-populyar məsələlərlə məşğul
olmağı öz üzərinə götürür.
192
Şimal bölgələrində polisin zorakılığı 2001-ci ildə
saqqallı şəxslərin təhqiramiz yoxlanması, onların
saqqallarının zorla qırxılması və onların döyülməsi
kimi hallardan başlamışdır.
193
Şimal bölgəsindəki
şəhələrdən birində polis əməkdaşı Böhran Qrupuna
etiraf etmişdir ki, “Onlara (sələfilərə) möhkəm
tapşırılıb ki, saqqallarını qırxsınlar”, çünki onların
zahiri görünüşü “uşaqları qorxudur”.
194
Ardıcıl
“yoxlama” kampaniyası onlarla adamın iki gündən
yeddi günə qədər yerli polis məntəqələrində saxlanılması
ilə nəticələndi. “Məni həbs edib üç dəfə saqqalımı
qırxıblar”, 70 yaşlı sələfi Ehtiram söyləyir. “Mən
polisə gedəndə, onlar məni təhqir etdilər. Hamımız bu
təzyiqdən çox əziyyət çəkirik”.
195
Digər şəhərdə, bir
gənc məsələnin dərininə varmadan, dedi, “onlar
kişinin dözə bilməyəcəyi, alçaldıcı hərəkətlər edirlər.
Döyməkləri problem deyil, Allah özü hakimdir. Lakin
digər hərəkətləri…”
196
“Onlar bizim evlərimizə gəlib, silah axtarır… onlar
hətta bizim kim olduğumuzu öyrənməyə cəhd etmirlər.
Bizə ağzımızı yummağı deyirlər”, Ələsgər şikayətlənir.
“Mənim evimə üç dəfə gəliblər. Artıq qonşularım da
mənə şübhə ilə baxır”.
197
Afiyyəddin əlavə edir ki,
2007-ci ilin oktyabrında şimal bölgəsindəki məscidlərdən
birində bir neçə kişi saxlanılıb və vəhşicəsinə
döyülmüşdür. “Onları məcbur etdilər ki, polisdə deyil,
küçədə döyüldükləri haqda sənədə imza atsınlar. Həbs
191
Böhran Qrupunun müsahibəsi, vətəndaş hüquqlarının
müdafiəçisi, Bakı, fevral 2008.
192
Böhran Qrupunun telefon müsahibəsi, Leyla Yunus, insan
haqqları müdafiəçisi, fevral 2008.
193
Zaqatala, Balakən, Şəki, Qusar, Quba və Xaçmaz, Böhran
Qrupunun müsahibəsi, Elman Osmanov, müdafiə vəkili,
fevral 2008.
194
Böhran Qrupunun müsahibəsi, polis nümayəndəsi,
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
195
Böhran Qrupunun müsahibəsi, Ehtiram (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
196
Böhran Qrupunun müsahibəsi, Fəxrəddin (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, sentyabr 2007.
197
Böhran Qrupunun müsahibəsi, Ələsgər (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
zamanı onlar dəfələrlə təhqirə məruz qalırdılar və
onlara deyirdilər ki ‘siz itdən də aşağısınız’. Biz onlara
başa salmağa çalışırıq ki, biz xəvaric deyilik, lakin
onlar üçün fərqi yoxdur. Biz çox yorulmuşuq”.
198
2007-ci ilin oktyabr-noyabr aylarında, mətbuatda
yayılmış terror cəhdi haqqında gedən xəbərlərdən
sonra, milli təhlükəsizlik və daxili işlər nazirlikləri
ölkə boyu birgə “yoxlama” kampaniyasına başladılar.
Dəvəçi rayonun imamı Mirzə Əlibəyovla
199
bərabər,
polisə “müqavimət” ittihamı ilə onlarla sələfi tutulub,
polis məntəqəsində saxlanılmışdır. Onların arasında
vaxtilə əfv olunan sələfi “Qarabağ partizanı” Əsgər
Rüstəmov da olmuşdur; polis onun evindən bir neçə
güllə tapandan sonra, onu qeyri-qanuni silah saxlamaqda
ittiham etmişdir, lakin qohumları güllərərin evə
atılmasını iddia edir.
200
Bu kimi məsələləri artıq bir
neçə il ərzində araşdıran Bakı jurnalisti deyir ki, gənc
sələfilərin bir çoxu gözdən itmiş kimidir. “Onların
mühakimə olub-olmamasını biz heç bilmirik”.
201
Şimal bölgəsindəki sələfi icmaları üzvləri saylarının
əvvəllər daha çox olduğunu, ancaq bir çox gənc
üzvlərin bölgəni tərk etdiyini söyləyirlər.
202
2007-ci ilin
dekabrında penitensiar xidmətinin başçısı Nazim
Ələkbərov demişdir ki, 60-dan 70-ə gədər vəhhabi
həbsdədir və əlavə etmişdir ki “onlardan on beş nəfəri
bizə müraciət edib, əvvəlki etiqadlarından imtina
etdiklərini bildiriblər”.
203
Radikallaşma təhlükəsi haqda ehtimallar müxtəlifdir.
“İnanmıram ki, sələfilər və nurçularla əlaqədar hansısa
təhlükə var” şimal bölgəsindəki şəhərlərdən birində
yaşayan sünni imam belə düşünür. “Bu sadəcə
198
Böhran Qrupunun müsahibəsi, Afiyəddin (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
199
“Dəvəçi vəhhabilərinin imamı həbs edildi”, APA xəbərlər
agentliyi, 29 oktyabr 2007. Mirzə Əlibəyov on beş günlük
azadlıqdan məhrum edilmişdir. Anar Vəliyevin dediyinə əsasən
(“İki sifət”, eyni mənbədən), o, mömin sələfidir və cihad
qruplarla əlaqəsi yoxdur. Dörd nəfərlə bərabər, Əlibəyov
2008-ci ilin martın 13-də müəmmalı qalan ittihamla yenidən
saxlanılmışdır.
200
Böhran Qrupunun müsahibəsi, Akif Nağı, sədr, Qarabağ
Azadlıq Təşkilatı; həmçinin, bax: “Qarabağ partizanları" indi
də dindar olduqlarına görə təzyiqə məruz qalırlar”, 525-ci
qazet, 22 noyabr 2007.
201
Böhran Qrupunun müsahibəsi, müstəqil jurnalist, Bakı,
oktyabr 2007.
202
Şimal bölgələrdə yaşayan sələfilər deyir ki, “qardaşlardan”
bir çoxu təzyiqlər nəticəsində Bakıya köçüblər. Kim isə iddia
edir ki, yüzlərlə sələfi həbsdədir. Böhran Qrupunun
müsahibəsi, Azərbaycanın şimal bölgəsi, oktyabr-noyabr 2007.
203
“Azərbaycan penitensiar xidmətinin rəhbəri: ölkənin islah
müəssələrində təxminən 60-70-ə yaxın vəhhabi var”, Day.az,
7 dekabr 2007.
Azərbaycan: Müstəqil İslam və Dövlət
Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008
səhifə 22
hökümətin ‘qabaqlama’ siyasətidir”.
204
DQİDK
nümayəndəsi Gündüz İsmayılov sübüt etməyə çalışır
ki, “xəvariclər arasında iki yönüm mövcuddur: mülayim
və radikal. Qanunu gəbul edənləri dövlət gəbul edir.
Lakin onlar qanunu gəbul etmirsə, buna müəyyən
reaksiya ortaya çıxır. Onlardan bəziləri Azərbaycanda
xilafət qurmaq istəyir!”.
205
Polis isə öz hərəkətlərini
dinin arxasında gizlənən cinayətkarlığa qarşı mübarizə
ilə əsaslandırır.
206
Bununla belə, polisin fəaliyyətindən
belə görünür ki, o bir çox hallarda dinc sələfilərlə
radikallar arasında fərq qoymur.
Müsahiblərimizin bir qismi düşünür ki, hökümətin
addımları dindarları ekstremizmə təhrik edir. Gənc
sələfi olan Ələsgər deyir, “bizi döyməklə inancımızı
əlimizdən almaq istəyirlər, lakin başa düşmürlər ki,
bu mümkün deyil. Onlar tam əksinə nail olacaqlar.
Mənə pis adam olduğumu dönə-dönə deyəndə, mən
doğrudan da pis adama dönəcəm”.
207
Müstəqil imam
əlavə edir, “bu kimi üsullar radikallaşmaya qarşı
mübarizə deyil, əksinə, onun artmasını asanlaşdıran
amildir”.
208
“Dağıstana baxın!”- müstəqil hüquq
müdafiəçisi deyir. “Biz ordakı vəziyyətin burda da
təkrarlanmasınımı istəyirik?”.
209
“İnsanlar nə qədər
çox ədalətsizlik görsələr, bir o qədər onlar dinə
sığınacaqlar ki, cəmiyyətdə tapa bilmədikləri cavabları
burda tapsınlar”, yerli mütəxəssis belə qənaət çıxarır.
210
204
Böhran Qrupunun müsahibəsi, rəsmi sünni imam, noyabr
2007.
205
Böhran Qrupunun müsahibəsi, Gündüz Ismayılov,
rayonlarda dini məsələlər üzrə şöbənin rəhbəri, DQİDK,
Bakı, sentyabr 2007.
206
Böhran Qrupunun müsahibəsi, polis nümayandəsi,
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007.
207
Böhran Qrupunun müsahibəsi, Ələsgər (əsl adı deyil),
Azərbaycanın şimal bölgəsi, oktyabr 2007. O, əlavə edir:
“burda [Azərbaycanın şimal bölgəsində] insanların hamısı
saqqal saxlamaq istəyir, lakin edə bilmir. Biz onlarla din
haqqında söhbət edirik, əsl İslamın nə olduğunu çatdırmağa
çalışırıq. Polisdən fərqli olaraq, biz onlara müəyyən bir şey
təklif edirik. Bizə qalan bir Allahdır”.
208
Böhran Qrupunun müsahibəsi, müstəqil imam, Bakı,
dekabr 2007.
209
Böhran Qrupunun müsahibəsi, müstəqil insan haqqları
müdafiəçisi, Bakı, fevral 2008.
210
Böhran Qrupunun müsahibəsi, Tofiq Turkel, Turan
xəbərlər agentliyinin eksperti, fevral 2008.
Dostları ilə paylaş: |