AZƏrbaycan: MÜSTƏQİL İslam və DÖVLƏT



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix31.01.2017
ölçüsü0,61 Mb.
#7106
1   2   3   4   5   6

II.

 

XARİCİ TƏSİRLƏR

 

 

Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanandan 

sonra Türkiyə,  İran, Yaxın  Şərq ölkələri və  cənubi 

Rusiyadan olan ekstremist qruplar bura öz təsirlərini 

yaymağa çalışmişlar.

42

 Rəsmi ruhanilər Sovet 



dönəmində təhsil almış mollalardan ibarət idi ki, onlar 

da  əhalinin mənəvi oyanışını ödəyə bilmirdi. 

Müstəqillikdən sonrakı onillikdə müsəlman ölkələri 

150-ə yaxın məscid tikmiş

43

 və ölkəyə müəllim, 



missioner göndərmişlər. Əvvəllər tanınmayan sələfiliyi 

də xarici missionerlər gətirmişlər. Xaricdən gələn 

missionerlərin bir qismi siyasi məqsədlər güdürdü, və 

hökümət onların bir çoxunu ölkədən xaric etmişdir, 

qalanlarını isə ciddi nəzarətdə saxlayır. Bü gün, yalnız 

türk mənşəli dini təşkilatlar fəaldır. Rəsmi Ankara 

İrandan və Yaxın  Şərqdən gələn radikal İslamı Türk 

dünyasından kənar saxlamağa çalışır

44

 və Türkiyənin 



dünyavi modelinin Azərbaycandakına bənzəməsi 

səbəbindən Türkiyə mənşəli qruplar müsbət qarşılanır.

45

 

Lakin, son zamanlarda, hökümət Türkiyədən gələn 



bəzi qruplara daha çox şübhə ilə yanaşmağa başlayıb.  

A.

 

Y

AXIN 

Ş

ƏRQ 

 

Sələfi  İslamı Azərbaycana missionerlər, Səudiyyə 

Ərəbistanında, Küveytdə  və ya Misirdə  təhsil almış 

azərbaycanlılar və 80-ci illərin sonlarında və 90-ci 

illərin  əvvəlində  Məkkəyə  həccə getmiş  zəvvarlar 

gətirmişlər ki, onu da, adətən, yerli tənqidçilər “Vəhhabi” 

İslam adlandırır.

46

 Dini  ədəbiyyat və  İnternet təbliğat 



 

 

42



 O. Roy, “İran inqilabının Yaxın Şərqə təsiri ”; və B. Balcı, 

“Post-Sovet Azərbaycanında  Şiə  məzhəbi:  İran və daxili 

dinamik təsirlər arasında”, bax S. Mervin (ed.), Dünya 

Şiələri və İran (Paris, 2007).  

43

 R. Mehdiyev, “Qloballaşma dövründə dövlət və cəmiyyət”, 



Azərbaycan, sentyabr 2007. 

44

 B.  Balcı, “İslamla dünyavilik arasında: Asiyanın və 



Qafqazın türk-dilli respublikalarında Türkiyənin regional 

siyasəti”, Balçı (ed.), Qafqazda din və siyasət (Paris, 2007)  

45

 Türkiyə Dini İşlər üzrə Baş  İdarəsi adlanmasına 



baxmayaraq, yalnız Sünni İslamın rəsmi üslubuna xidmət edir. 

46

 Müstəqillik dövründən əvvəl Yaxın Şərq müsalmanları ilə 



az sayda əlaqələr mövcud idi. Böhran Qrupunun müsahibəsi, 

Azərbaycanlı dindar, Bakı, oktyabr 2007. Azərbaycanın  ən 

böyük Sələfi icmasının rəhbəri Qamət Süleymanov Səüdiyyə 

Ərəbistanında və Sudanda təhsil alıb. 1996-cı ildə 120 tələbə 

Misir,  İran, Liviya və Suriyada rəsmi yolla ilahiyyəti 

öyrəniblər, R. Motika, “Post-sovet Azərbaycanında  İslam”, 



Din üzrə Sosial Elmlər Arxivi, iyul-sentyabr 2001, səh. 115. 

 


Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 6

 

 

işini və bu təriqətə qoşulmağı asanlaşdırdı.



47

 Sələfilər 

əsl  İslama etiqad etdiklərini iddia edir və yaxşı 

müsəlman necə olmasına diqqəti çəkirlər.

48

 Azərbaycanda 



sələfilik gənclərin mənəvi ehtiyyaclarını ödəyə bilməyən 

rəsmi ruhanilərin yaratdığı boşluğu doldurur.

49

 Bununla 



belə, bu təriqətə qoşulanların sayı çox güman ki heç 

10,000-i də keçmir.

50

  

Sələfiliyi təbliğ edənlər sırasında  ən faəl qrup İslam 



İrsinin Dirçəlişi Cəmiyyəti (İİDC) sayıla bilər.

51

 



Azərbaycanda bu Cəmiyyət 1994-cü ildən işləməyə 

başlamış, lakin 2001-ci ildə  təşkilatın  Əfqanıstan və 

Pakistan  şöbələrinin  əməkdaşlarının  əl-Qaidə ilə 

əlaqələrdə  təqsirləndirilməsindən sonra, onun yerli 

nümayəndəliyinin fəaliyyəti qadağan olunmuşdur. İİDC 

əsasən mərkəzi Azərbaycanda (39), şimalda (17) və 

Bakıda (4)

52

 olmaqla, ölkə üzrə 62 məscidi bərpa etmiş 



və bu gün, Azərbaycan sələfilərinin əsas yığıncaq nöqtəsi 

olan Əbu-Bəkr məscidinin inşasını maliyyələşdirmişdir. 

Dağlıq Qarabağdan köçkün düşmüş  əhaliyə kömək 

edən humanitar təşkilatlar da sələfiliyi təşviq etmişlər.

53

 

 



 

47

 Böhran Qrupunun müsahibəsi,  İslam üzrə azərbaycanlı 



alim, Bakı, sentyabr 2007.  

48

 Sələfilik Peyğəmbərin, onun səhabilərinin və növbəti iki 



nəslin yeddinci əsrdə  təbliğ etdiyi ənənələrə qayıtmağa 

çalışır. O, İslamın dörd əsas məktəbini inkar edir, geyim və 

şəxsi görkəm məsələsində sərt üsluba üstünlük verir və dinə 

olan sədaqətdən yayındırmasına görə rəsmi təşkilatlanmadan 

kənar durur. Ətraflı, Böhran Qrupunun hesabatına baxın, 

İslamçılığı Dərk Edərək, eyni mənbədən. 

49

 Bir  çox  ərəb ölkələrində  sələfilik milli mənsubiyyətindən 



artıq təsəlli tapmayan gənclər arasında geniş yayılıb. Bax O. 

Roy, “Avropada İslam, Dinlərin sarsılması  və dini 

cərəyanların kəsişməsi?” K. Mixalski (ed.), Avropa 

Həmrəyliyinin  Şərtləri, Yeni Avropada Din, cild 2 (Nyu 

York/Budapeşt, 2006). 

50

 Sələfilərin sayı haqqında məlumat müxtəlifdir. Qamət 



Süleymanov deyir ki, Əbu Bəkr məscidini 7,000 nəfər 

müntəzəm olaraq ziyarət edir. Ölkənin digər  şəhərlərində 

orta hesabla onlarla dindarın məsciddə ibadət etməsini 

təxmin etsək, 10,000 rəqəmini ən maksimal saymaq olar. 

51

 İİDC bir çox ölkədə  fəaliyyət göstərən Küveyt QHT-dir. 



Təşkilatın Pakistan və Əfqanıstandakı bəzi üzvləri əl-Qaidə 

fəalları olmaqda ittiham olunmuş  və ABŞ  tərəfindən 

Quantanamo Bey həbsxanasında saxlanılırlar. “Birləşmiş 

Millətlər Təşkilatının Təhlükəsizlik  Şurasının  əl-Qaidə  və 

Talibana qarşı Sanksiyalar Komitəsinin Ümumi Siyahısı”, 

BMT Təhlqkəsizlik  Şurası 1267, səh. 60, BAx: 

www.un.org/sc/committees/1267/conso list.shtml.  

52

 A. Yunusov, Azərbaycanda İslam (Bakı, 2005), səh. 232.  



53

 Azərbaycandakı Soros Fondunun rəhbəri demişdir, “Təkcə 

Küveyt təşkilatları 62 məscidin tikintisi maliyyələşdirmişdir 

ki, bunun üçün də 30 mln avro xərclənmişdir. Maliyyələşdirmə 

müəmmalı prosedurlarla, hökümətin təmamilə  nəzarəti 

olmadan həyata keçirilmişdir.”, F. Əsədov, “Azərbaycanda 

dinə əsaslanan xeyriyyə fəaliyyəti və İslam”, Avropa Fondu 

Mərkəzi, 2003.

  

1993-cü ildən etibarən Səudiyyə Ərəbistanından olan 



Beynəlxalq İslam Xeyriyyə Təşkilatı (BİXT)

54

 Qaçqın 



və  Məcburi Köçkünlərlə  İş üzrə Dövlət Komitəsilə 

birgə  Bərdə  və Sumqayıtda  ərzaq paylamış  və tibbi 

yardım göstərmişdir. 1999-cı ildə Bakıdan Kanadaya 

uçmuş təşkilat işçilərindən birinin terrorçuluq ittihamı 

ilə  həbs edilməsi, BİXT-in fəaliyyətinin araşdırma 

mənbəyinə çevrilməsinə səbəb olmuşdur. 

BİXT Bakıdakı ofisini və bir neçə işçisini saxlasa da, 

2006-ci ildən təşkilatın fəaliyyəti dayandırılmışdır.

55

 

1995-ci ildən etibarən BİXT-in bir qolu olan Küveyt 



Asiya Müsəlmanları Komitəsi və təşkilatın Bakı ofisi 

qaçqın və köçkünlərə yardım göstərirdi və  sələfi 

ədəbiyyatını idxal edirdi.

56

 Şübhəsiz, bu xeyriyyə 



təşkilatlarının sələfiliyin yayılmasında rolu olmuşdur, 

lakin bu təriqətə qoşulan şəxslərin kiçik bir hissəsinin 

radikallaşmasında sözügedən təşkilatların nə dərəcədə 

məsuliyyət daşıması qeyri-müəyən olaraq qalır. 



B.

 

D

AĞISTAN VƏ 

Ç

EÇENİSTAN

 

Çeçenistana yollanan ərəb və Yaxın  Şərq yaraqlıları 

Azərbaycandan

57

 və sələfiliyin müstəqil inkişaf etdiyi 



Dağıstandan keçməklə, sələfiliyin transformasiya edib 

sələfi cihadçılığa çevrilməsinə yardım etmişlər.

58

 

 



 

54

 1978-ci  ildə  təsis olumuş  BİXT iyirmi ölkədə  fəaliyyət 



göstərir. Rəhbərlikdə olan Səüdiyyəli Abd Al Həmid 

Süleyman  əl-Mücil İnterpol tərəfindən axtarışdadır və ABŞ 

Xəzinədarlığı tərəfindən İslamçı radikal qruplara dəstək üçün 

maliyyə toplanmasına görə “bir milyon qiyməti olan adam” 

adlandırılıb. Bax: www.ustreas.gov/offices/enforcement/key-

issues/protecting/charities_execorder_ 13224-i.shtml#m). Bu 

məlumat “əl-Qaidəyə məxsus olan və ya onunla əlaqədə olan 

təsisatlar” siyahısında təqdim edilib, BMTTŞ-ın 1267 saylı 

Komitəsi, səh. 57-58. 

55

 



Böhran Qrupunun telefon müsahibəsi, BİXT 

nümayəndəsi, Bakı, yanvar 2008. 

56

 Küveyt  şəhərində yerləşən bu təşkilat  əsas diqqətini 



yardım və inkişafa yönəldir, lakin həmçinin, təhsil və təlimlə 

məşğul olur. Bax: www.iico.org/home-page-eng/index-eng. 

htm. 2005-ci ildə  təşkilat tərəfindən Qafqaz Müsəlmanlar 

İdarəsinə “hadiyyə” kimi on dörd ton “vəhhabi” ədəbiyyatı 

yollanmışdır ki, bu da, Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin (DQİDK) tənqidinə  və QMİ-ni bu səpkili 

materialların yayılmasına kömək etməkdə günahlandırmasına 

səbəb olmuşdur. “Qazax və Özbək dilində kitablar 

Azərbaycana humanitar yardım kimi göndərilib”,  Ekspress

3 avqust 2005. 

57

 S. Kornel, eyni mənbədən, səh. 46.  



58

 Yerli dindarlar öz düşüncələrini xarici təsir olmadan, 

Sələfi  ədəbiyyatı  əsasında formalaşdırıb. Bax M. Qammer, 

“Dağıstanda Siyasət, Millətçilik və  İslam” Balcı,  Din və 



Siyasət, eyni mənbədən, səh. 149-161; A. Matveyeva, 

“Dağıstan: Millətlərarası ziddiyətlər və  Sərhədin hər iki 

tərəfinə onların təsiri”, M. Qammer (ed.), Xəzər Regionu 


Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 7

 

 

Azərbaycanın  şimalında yaşayan və Dağıstanla etnik 



əlaqəsi olan milli azlıqlar (ləzgi, avar və saxurlar) və 

2000-2001-ci illərdə ölkəyə gəlmiş və sonralar ölkəni 

tərk etmiş 10,000-nə yaxın çeçen qaçqını Azərbaycanda 

Sələfi İslamı ilk olaraq yaymışlar.

59

 Bununla bərabər, 



çox az sayda azərbaycanlı Dağıstan camaatlarına (radikal 

qruplarına) və ya Çeçen döyüşçülərinə qoşulmuşdur.  

2001-ci ilin oktyabr ayında Milli Təhlükəsizlik 

Nazirliyi bəyan etmişdir ki, 300-ə yaxın azərbaycanlı 

Çeçenistanın və Dağıstanın sələfi düşərgələrində təlim 

keçmiş və on üç nəfər ikinci Rus-Çeçen müharibəsində 

qətlə yetirilmişdir. 2002-ci ildə Çeçenistanda döyüşmək 

niyyətində olan on iki nəfər azərbaycanlı həbs olunmuş 

və məhkum edilmişlər.

60

 Onlar 2001-ci ildə Əbu-Bəkr 



məscidində Sələfi-Cihad qrupunun başçısı olan Kənan 

Şabanov tərəfindən cəlb edilmişlər. 

2003-ci ilin avqust ayında təhlükəsizlik orqanları 

əslən Dağlıq Qarabağdan və ətraf bölgələrdən olan və 

Dağlıq Qarabağda döyüşmək istəyən 23 nəfəri həbs 

etmişdir. Yerli mətbuatda “Qarabağ partizanları” 

ləqəbi qazanmış bu qrup deyilənə görə Gürcüstanın 

Pankisi dərəsində  təlim keçmiş  və bir neçəsi 

Çeçenistanda döyüşlərdə  iştirak etmişdir.

61

 2003-cü 



ildə hökümət Azərbaycan vətəndaşı olan daha 70 

                                                                                        

(London, 2004); E. Suleymanov, “Çeçenistan, Vəhhabilik və 

Dağıstanın müdaxiləsi”,  Beynəlxalq Münasibətlərin Yaxın 



Şərq  İcmal,  cild 9, # 4 (dekabr 2005); və R. B. Veyr, E. 

Kisriyev, “Dağıstanda  İslam faktoru”, Orta Asiya 



Araşdırması, cild 19, # 2 (iyun 2000), səh. 235-252. 

59

 Böhran Qrupunun müsahibəsi, Tofiq Turkel, mütəxəssis, 



Turan xəbərlər agentliyi, fevral 2008; həmçinin, bax 

A.Vəliyev, “Azərbaycan tədricən daha çox Sələfilik və İran 

arasında qalır”,  Terrorçuluğun Monitoru, 11 oktyabr, 2007, 

bax www.jamestown.org/terrorism/news/article.php?article 

id=2373711. İndi Azərbaycanda yalnız 2,100-ə yaxın çeçen 

yaşayır, Böhran Qrupunun telefon müsahibəsi, BMT-nin 

Qaçqınlar üzrə Ali Kommissarlığın (UNHCR) rəsmisi, Bakı, 

fevral 2008. 8000-dən artıq çeçen ikinci Rusiya-Çeçenistan 

müharibəsindən sonra Azərbaycandan keçib gediblər, 

“Ermənistan, Azərbaycan və Gürcüstanda qaçqın və 

köçkünlər”, 6 fevral 2006, http://assembly.coe.int/Main.asp? 

link=/Documents/WorkingDocs/Doc06/EDOC10835.htm. - 

veb-səhifəsinə bax. 

60

 Yunusov, eyni mənbədən, səh. 268-269; və Vəliyev, “İki 



Sima”, eyni mənbədən.

 

61



 Üzvlər qeyri-qanuni hərbi qrup yaratmaqda və silahların 

qeyri-qanuni daşınması və saxlanılmasında ittiham olunmuş 

və ömürlük azadlıqdan məhrum edilmişdir. Yerli hüquq 

müdafiəçilərinin dəfələrlə etdiyi müraciət  əsasında 

sözügedən  şəxslərdən bir neçəsi  əfv olunmuşdur, lakin on 

nəfər hələ də həbsdədir. 2006-cı ildə Avropa Şurasına hüquq 

müdafiəçiləri tərəfindən göndərilən sənəddə bu şəxslər 

“siyasi məhbus sayılmayan, ancaq ədalətsiz məhkəmə 

qurbanı olan şəxslər” kimi təqdim olunub. Böhran Qrupunun 

müsahibəsi, Akif Nağı, sədr, Qarabağ Azadlıq Təşkilatı, 

fevral 2008. 

“vəhhabinin” 2001-2003-ci illərdə  həbs olunmasını 

bəyan etmişdir; ən azından 45 nəfər Pankisi dərəsində 

çeçen qiyamçılarına qoşulmaqda ittiham olunmuşdur.

62

  

Rəsmi bəyanatlardan  əlavə, Rusiya və Azərbaycan 



mətbuatı vaxtaşırı  Şimali Qafqazda Azərbaycandan 

olan döyüşçülərin həbsi və ya qətli xəbərini yayır. 

Məlumatlara görə, 2006-cı ilin sentyabr ayında əslən 

Qusardan olan yaraqlı Süleyman Muradov Dağıstanda 

həbs olunmuşdur.

63

 Çeçen  partizanlarının rəhbəri 



Rəppani Xəlilov

64

 və onun müavini, əslən Zaqataladan 



olan Azərbaycan vətəndaşı  Nəbi Nəbiyev, qonşu 

Kızılyurt rayonunda 2007-ci ilin sentyabrın 17-də 

qətlə yetirilmişdirlər. Məlumatlara görə, Xəlilovu 

əslən Zaqatalalı digər Azərbaycan vətəndaşı  İlqar 

Mollaçıyev

65

 əvəz etmişdir ki, onun da qardaşı Vüqar 



2002-ci ildə Dağıstanda terror aktlarında iştirakda 

təqsirli bilinmişdir.

66

 Deyilənə görə, 2007-ci ilin 



noyabrında Dağıstanın paytaxtı Maxaçkalada, digər 

yeddi döyüşçü ilə  bərabər, Azərbaycan vətəndaşı 

Mehdi Qurbanov qətlə yetirilmişdir.

67

  



2008-ci ilin fevral ayında  əslən Azərbaycanın Qusar 

rayonundan olan yaraqlı Araz Balabəyov Rusiya 

qoşunları  tərəfindən öldürülmüşdür.

68

 Məlumatlara 



əsasən o, və bü günə kimi Dağıstanda gizlənən 

qardaşı Babək,  İslam  İrsinin Dirçəliş  Cəmiyyəti 

tərəfindən 1990-cı illərin əvvəllərndə sələfi təriqətinə 

cəlb olunmuşdur. Hər iki qardaş Dağıstanın cənubunda 

və Azərbaycanın  şimalında fəallıq göstərən Çeçen 

müharibəsinin ərəb mənşəli veteranı Kvaze Caffonun 

yaratdığı radikal Meşə Qardaşları qrupunun üzvləri idi.

69

 



 

 

62



 Yunusov, eyni mənbədən, səh. 268-271; və “Azərbaycanın 

əsas problemi”, 525-ci qazet, 15 avqust 2003.  

63

 “Azərbaycanlı cinayətkar Dağıstanda tutuldu”, Today.az, 4 



sentyabr 2006.  

64

 Xəlilov Xəzərin sahilində yerləşən Kaspiysk şəhərində 



2002-ci ilin mayında 43 nəfərin ölümü və 170 nəfərin 

yaralanması ilə  nəticələnən partlayış törədən qiyamçılar 

qrupuna rəhbərlik edib. Bax “Xəlilov Rəppani”, Lenta.ru, 19 

sentyabr 2007, www.lenta.ru/lib/14170687/. 

65

 “DİN başçısı yaraqlıların yeni rəhbərinin adını açıqladı”, 



Lenta.ru, 10 yanvar 2008.  

66

 “Kaspiyski  Terrorçuluq  Aktı: Müəlliflər tapılıbmı?”, 



Chernovik, 30 aprel 2004.

 

 

67

 Onlar  Dağıstanda hüquq-mühafizə orqanlarına qarşı bir 



neçə hücuma görə ittiham olunublar və 2007-ci noyabrın 13-

də, xüsusi əməliyyat zamanı, qətlə yetiriliblər, E. Kərimov, 

“Maxaçkalada qətlə yetirilən yaraqlılar arasında Azərbaycan 

vətəndaşı var idi”, Exo, 13 noyabr 2007.  

68

 “Axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda 



öldürülüb”,  ANS-Press, 7 fevral 2008, bax: www.anspress. 

com/print58785.html. 

69

 “‘Meşə Qardaşlarının’ Azərbaycanda dəstəyi var”, 



Today.az, 21 fevral 2006, bax www.today.az/view.php?id 

=23502 


Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 8

 

 

C.



 

İ

RAN

 

Baxmayaraq ki, müstəqillik qazanılandan dərhal sonra 

İran mənəvi təsir mənbələrindən biri olmuşdur, bu 

gün onun təsiri məhduddur.

70

 Azərbaycanda  şiələrin 



nüfuzlu ruhani iyerarxiyası yoxdur. Mərca  əl-təqlid, 

yəni ki dindarlar tərəfindən mütləq tabe olacağı bir 

şəxsiyyət yoxdur; Azərbaycanın Şeyxülislamı ehkamların 

və müqəddəs qanunların mötəbər  şərhçisi sayılmır.

71

 

Məhz bu əsasla  İran mənşəli dini qurumlar, nəzəri 



baxımdan, Azərbaycan  şıələri arasında daha çox 

mənəvi nüfuza malik ola bilərlər və, bu da, qismən 

müstəqil dini icmaların rəsmi ruhani rəhbərliyini 

qəbul etməkdən imtina etməsinin səbəblərindən biri 

ola bilər.  Şeyxülislamın dini statusunun mərca  əl-

təqliddən aşağı olması 2000-ci ildə  İrandan gələn 

bütün dini missionerlərə hökümətin qadağa qoymasında 

rol oynaya bilərdi. 

İran ruhanilərinin daxilindəki bölünmələr, və eləcə də, 

bu ali ruhanilər və Tehran rejimi arasında bölünmələr 

dini fikirlərin Azərbaycana axınına təsir etmişdir. 

İranın mühüm mərca  əl-təqlidi  ətrafında yaranmış 

özəl fondlar azərbaycanlı tələbələrin İranda dini təhsil 

alması üçün təqaüdlər ayırmışlar.

72

 Böyük  Ayətolla 



Əli  əl-Sistani (indi İraqda yaşayır) Azərbaycanın 

özündə  və Gürcüstan azərbaycanlıları arasında 

(Kvemo Kartlinin sərhəd rayonlarında) humanitar 

fəaliyyət və dini fikirlərin yayılmasında fəallıq 

göstərən  Əhli Beyt təşkilatına rəhbərlik edir. Digər 

mötəbər  mərca  əl-təqlid Fazil Lənkaranidir ki,

73

 

 



 

70

 Azərbaycanın  Şeyxüslislamı  İslam Respublikasının Ali 



Dini Rəhbəri Xamneyinin dini hakimiyyətini tanıyırdı, lakin 

1998-ci ildən sonra mövqeyini dəyişib və indi, İraqda 

yaşayan və mötədil kimi tanınan, Böyük Ayatolla Əli  əl-

Sistanini tanıyır, Böhran Qrupunun müsahibəsi, Altay 

Göyuşov, Bakı, sentyabr 2007. Azərbaycanlılar indi yeni 

mərca əl-təqlid seçimini edir (təqlid mənbəyi). 

71

 İranın Şiə ruhanilərinin siyasi və dini iyerarxiyası haqqında, 



bax Böhran Qrupunun Yaxın Şərq üzrə Hesabatı N°5, İran: 

İnqilabın Ruhu naminə Mübarizə, 5 avqust 2002. 

72

 Müstəqillik qazanılan dövrdə Azərbaycanda yalnız 70-80 



işləyən imam var idi. Onların dini biliklər səviyyəsinin aşağı 

olması Azərbaycanda İrana bənzər hakimlər iyerarxiyasının 

yaradılmasına  əngəl törətmişdir. Məhz bu səbəbdən, gənc 

Azərbaycanlılar  əsasən Qum və  Nəcəf  şəhərləri olmaqla, 

İranda təhsil almağa yollanmışlar. Motika, eyni mənbədən, 

səh. 111-124. 

73

 Əslən azərbaycanlı olan Lənkarani  İranda təhsil almış və 



inqilabda iştirak etmişdir 2007-ci ildə  vəfatına gədər o, 

Azərbaycana xüsusi diqqət ayırırdı  və Azərbaycan 

ziyalılarına qarşı bir neçə fətva (dini sərəncam) vermişdir. Bu 

fətvalardan birini o, 2006-cı ildə  Məhəmməd Peyğəmbəri 

təhqir edən məqalə yazdığına görə bir Azərbaycan 

jurnalistinə qarşı vermişdir. Bax: “İran ruhanisi Azərbaycanlı 

jurnalistə qarşı fətva vermişdir”, RFE/RL, 30 noyabr 2006.  

sonralar onun fikirlərini yayan azərbaycanlı tələbələri 

İranın ilahiyyat mərkəzi sayılan Qumda oxumağa cəlb 

etmişdir.

74

 

Bəzi fondların gündəliyində daha çox siyasi 

məqsədlər var idi. İmam Xomeyni Xeyriyyə Fondu

75

 



Dağlıq Qarabağ münaqişəsindən sonra azərbaycanlı 

köçkünlərə yardım göstərirdi, lakin eyni zamanda 

ölkənin daxili işlərinə qarışmaqda ittiham edilərək 

müxalifət mətbuatında tənqid olunurdu.

76

 Köçkün 


düşərgəsinin sakinlərindən biri xatırlayır: “Onlar düyü 

ilə  bərabər Xomeyninin şəkillərini, dini kitablar və 

Talış  mənsubiyyətinə aid kitablar gətirirdilər”.

77

 Bu 



Komitənin Azərbaycanın cənub bölgələrində 1991-ci 

ildə  təsis olunan və dini ənənələrə sadiq olan və 

Nardaran kəndində yerləşən Azərbaycanın  İslam 

Partiyası ilə (AİP)  əlaqəli olması bildirilir.

78

 Əsasən 


Bakı  kəndlərində  və nisbətən az sayda cənubda 

üzvləri olan bu partiya əvvəllər çox fəal idi, lakin 

sonralar,  İranın bu partiyadan istifadə edərək 

Azərbaycanda dünyaviliyi sarsıtmaq ehtimalından 

ehtiyyatlanan hökümət onu 1995-ci ildə qadağan 

etmişdir. Bu partiya qeyri-rəsmi olaraq hələ  də 

fəaliyyət göstərir, lakin onun artıq hökümət tərəfindən 

ciddi izlənməməsi onun nə  dərəcədə  zəifləməsinin 

bariz nümünəsidir.

79

  



İranın dəstəklədiyi və Azərbaycan vətəndaşı Tahir 

Ramazanov tərəfindən idarə olunan, və özünü 

 

 

74



 İndiki dövrdə Qumda 200-250 qədər azərbaycanlı (əsasən 

ölkənin cənubundan) tələbə var. Onların, nəticə etibarı ilə, 

Azərbaycanda 

şiə 


İslamın inkiçafına necə 

təsir 


göstərəcəklərini indidən demək çox tezdir. Bax: Balcı, 

“Azərbaycanda Şiəlik”, eyni mənbədən. 

75

 Bax: www.emdad.ir/Homepage.aspx?lang=en-US.  



76

 “Azərbaycan-İran münasibətləri”, Far Mərkəzi, Monitorinq 

Qrupu, Bakı, 1996, bax www.zerbaijan.com/azeri/hhz3.htm  

77

 Böhran  Qrupunun  müsahibəsi, Lənkəran, oktyabr 2007. 



Talışlar, Araz çayının hər iki tayında yaşayan və bu 

səbəbdən  İran və Azərbaycan arasında bölünən azsaylı 

xalqdır. Deyilənə görə,  İran talış faktorunu Azərbaycanda 

sabitliyi pozmaq üçün istifadə etməyə cəhd etmişdir.  

78

 Böhran Qrupunun müsahibəsi, rəsmi molla, Lənkəran 



rayonu, oktyabr 2007. 

79

 AİP 1992-ci ildə qeydiyyatdan keçmişdir; 1995-ci ildə 



onun sədri Hacı  Əlikram  Əliyev həbs olunmuş  və partiya 

İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq üçün 

istifadə edilməsi ittihamı ilə bağlanmışdır. AİP 

rəhbərlərindən  ən azından biri həbsxanada vəfat etmişdir. 

Partiya rəhbərliyindən həbsə düşməyənlər ölkəni tərk 

etmişdir. Yunusov, “İslam”, eyni mənbədən, səh. 212 (Rus 

dilində). Bu yaxınlarda, 2007-ci ilin iyunun 26-da AİP 

nümayəndələrinə  Gəncədə görüş keçirtməyə icazə 

verilməmişdir. Sabiq partiya sədri Hacıağa Nüriyevlə 

bərabər beş nəfər həbs olunmuş və digər on doqquz partiya 

üzvü gecəni polis məntəqəsində keçirmişlər. “Dini Bülleten”, 

Turan xəbərlər agentliyi, 9 iyul 2007. 



Azərbaycan: Müstəqil İslam və Dövlət

 

Böhran Qrupunun Avropa üzrə Hesabatı N°191, 25 mart 2008 

səhifə 9

 

 

HizbuAllah adlandıran İslamçı qrupun 1990-ci illərdə 



cinayətkar  əməllərdə  iştirak etməsi iddia olunur. 

2000-ci ildə bu qrup tanınmış Azərbaycan ziyalısı 

Ziya Bünyadovu 1997-ci ildə qətlə yetirməkdə ittiham 

olunmuş  və qrupun yeddi üzvü həbs olunmuşdur.

80

 

Ramazanov və onun yaxın tərəfdarları  İrana qaçmış 



və indiya kimi orda qalırlar, lakin onlardan biri 2002-

ci ildə Azərbaycana qayıtmaq istəyərkən həbs 

olunmuşdur.

81

 Bünyadovun  qətlinin səbəbi hələ  də 



müəmmalı olaraq qalır; bəzi müxalifət üzvləri iddia 

edir ki, bununla dinin heç bir əlaqəsi yoxdur.

82

 

Bir qism rəsmi və qeyri-rəsmi  şiə icmaları  İran və 



digər oxşar  şiə  mərkəzləri ilə dini əlaqələr qururlar, 

lakin təsisatlar arası münasibətlər çox az sayda 

mövcuddur. İran Mədəni Mərkəzi və İmam Xomeyni 

Xeyriyyə Fondu hələ də fəaldır, lakin İranın dini təsiri 

ciddi dərəcədə azalıb. 2001-ci ildə Azərbaycan ölkədə 

mövcud olan 22 İran mədrəsəsinin hamısını 

bağlamışdır.

83

 İranın açıq dini təbliğatı dayandırması 



iki dövlət arasında  əldə olunan razılığın nəticəsi də 

ola bilər.

84

 Azərbaycan rəsmiləri son beş ildə



85

 ölkəyə 


yalnız bir neçə İran missionerinin gəldiyini iddia edir, 

lakin digər məlumatlı  mənbələr davamlı  səfərlərdən 

xəbər verir.

86

 



Cüzi gərginlik hələ  də qalmaqdadır.  İddia edilir ki, 

İran Azərbaycanın cənubunda yaşayan Talış azlığı ilə 

əlaqələr qurur və üstəlik, ölkənin cənubunda yayımlanan 

İranın Səhər kanalı rəsmi Bakını tənqid edir və müntəzəm 

olaraq Talışların etnik azlıq haqqları məsələsini qaldırır.

87

 



 

 

80



 “Hizbu-Təxririn istintaqı başa çatdı”,  Bizim  Əsr, eyni 

mənbədən. 

81

 K. Səfəroğlu, “Xütbələrdə gizlənən siyasi İslam”, Ayna, 17 



iyun 2006. 

82

 Bəzi müxalifət üzvü və mediya nümayəndələri 



Hizbollahın bu hadisə ilə əlaqəli olmasına şübhə ilə yanaşır 

və güman edirlər ki, 2005-ci ildə həbs olunan və cəmiyyətdə 

əks səda doğuran bir sıra insan oğurluğu və  qətllər 

törətməkdə  təqsirini boynuna alan daxili işlər nazirliyinin 

sabiq yüksək rütbəli zabiti Hacı Məmmədovun bu qətldə əli 

ola bilərdi. Qənimət Zahid, “Blef”, Azadlıq, 31 oktyabr 2007. 

83

 DQİDK-nın cənub bölgəsi üzrə nümayəndəsi deyir ki, 



bölgədə “üç mədrəsə, o cümlədən Masallıda bir və 

Cəlilabadda iki mədrəsə vardır. Onlar qeyri-qanunidir və 

İran rejiminin ideyalarını  təbliğ etdiklərinə görə, biz onları 

bağlamışıq. Müəllimlər çalışırdı ki, şagirdlər Azərbaycana 

qarşı  vətən sevgisini unutsun və onlar üçün İslamın yeni 

mənsubiyyət olduğunu aşılayırdılar.”, Böhran Qrupunun 

müsahibəsi, Azərbaycanın cənubu, oktyabr 2007. 

84

 Böhran Qrupunun müsahibəsi, hökümət rəsmisi, Bakı, 



sentyabr 2007. 

85

 Böhran Qrupunun müsahibəsi, hökümət və DQİDK-nın 



rəsmisi, Bakı, oktyabr-noyabr 2007.  

86

 Böhran Qrupunun müsahibəsi, noyabr 2007.  



87

 Səhər TV, www.saharirib.ir, peyk vasitəsilə yayımlanan 

və İran hökümətin məliyyələsi ilə dini və siyasi proqlamlar 

Yaxın gələcəkdə bunun ciddi problemlər yaratması 

ehtimalı azdır,

88

 lakin 2007-ci ilin dekabr ayının 10-da 



İmam Mehdinin Şimal Ordusu adlanan qrupa üzv 

olmaqda güman edilən 15 nəfər təxribatçılıq 

fəaliyyətinə görə uzunmüddətli azadlıqdan məhrum 

olumuşdurlar. Gənc  şiə ruhanisi Səid Dadaşbəylinin 

rəhbərlik etdiyi bu qrup İslam İnqilabını Qoruyanların 

xüsusi qurumu olan İranın Qüds Ordusu adlı təşkilatından 

geniş maliyyə yardımı və təlim almaqda günahlandırıldı. 

Dadaşbəyli özü yalnız xeyriyyə  fəaliyyəti ilə  məşğul 

olduğunu israr edirdi. Bu hadisə  İranla Azərbaycan 

arasında diplomatik küsülülüklə nəticələndi.

89

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin