İlham Əliyev: "Ərazimiz üzərində milli suverenliyi
bərpa edəcəyik"
Prezident İlham Əliyev isə öncə ulu öndərin xatirəsinə
göstərilən ehtirama görə bütün gürcü xalqına, onun prezidentinə
təşəkkürünü bildirib: "Bu gün mən böyük iftixar hissi keçirirəm ki,
15 il əvvəl müstəqillik qazanmış xalqlarımız və ölkələrimiz
arasında çoxəsrlik münasibətlərin tarixində bizi daha da
yaxınlaşdıran bir hadisə baş verir. Bu gün gözəl bir yerdə, Tbilisinin
mərkəzində, biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
büstünü açdıq. Bugünkü mərasim bizim birliyimizin rəmzidir,
qardaşlığımızın rəmzidir. Onun rəmzidir ki, əvvəlki kimi,
xalqlarımız bundan sonra hələ çox onilliklər və əsrlər bir yerdə
olacaq, yaxın olacaq, bir-birinə kömək edəcək, indi olduğu kimi,
bir-birinin uğurlarına sevinəcəklər". İlham Əliyev vurğulayıb ki,
Heydər Əliyev Azərbaycan xalqının tarixində, Azərbaycan
dövlətçiliyinin tarixində çox böyük rol oynayıb: "Azərbaycanda
müstəqillik əldə edildikdən sonra iki il ərzində mənfi, qeyri-
müəyyən istiqamətdə proseslər baş verirdi. Ümumi xaos, iqtisadi
böhran, siyasi və hərbi böhran, vətəndaş müharibəsi, bir sözlə,
Gürcüstanın da bütün başına gələnlər. Əgər o zaman Azərbaycan
xalqı müdriklik göstərib ölkənin idarə olunmasına Heydər Əliyevi
dəvət etməsəydi, hələ məlum deyil ki, hər şey nə ilə bitəcəkdi və biz
müstəqilliyimizi, dövlətçiliyimizi qoruya biləcəkdikmi? O, nəinki
müstəqilliyimizi qorudu, həm də Azərbaycana rəhbərlik etdiyi 10 il
ərzində ölkəmizin gələcək uğurlu inkişafının təməlini və ciddi
bazasını yaratdı. Bu gün bizim nəyimiz varsa, nəyə malikiksə, milli
nailiyyətimiz kimi nə ilə fəxr ediriksə, məhz onun müdrikliyi,
qətiyyəti, cəsarəti və qəbul olunan qərarların doğruluğuna əminliyi
sayəsində əldə olunub. Bu gün Azərbaycan öz gücünə güvənən
ölkədir, dövlət müstəqilliyi artıq sarsılmaz və əbədi olan ölkədir.
Buna görə də Heydər Əliyev hər bir azərbaycanlının, xalqımızın hər
bir vətənpərvərinin xatirəsində daim yaşayacaq. Eyni münasibəti
qardaş gürcü xalqından da gördük. İndi bu büstün açılışı bunun
daha bir təsdiqidir". İlham Əliyev bildirib ki, əsası Heydər Əliyev
tərəfindən qoyulan neft strategiyası olmasaydı, indi hər iki ölkə
problemlərlə üzləşə bilərdi: "O vaxt bu olmasaydı, indi nəinki
qonşularımızın - Gürcüstanın eneryi müstəqilliyini təmin edə
bilərdik, hətta özümüzü də təmin edə bilməzdik. Regionda nələr
olacağını, Azərbaycanın başına nələr gələcəyini, onun bugünkü
vəziyyətinin necə olacağını təsəvvür etmək çətin deyil. Ona görə də
bu məsələdə biz gürcüləri və azərbaycanlıları həmişə birləşdirmiş
olan tarixi yaddaşa və bugünkü nailiyyətlərimizə arxalanmalıyıq.
Gələcək fəaliyyətimizdə də biz bu nailiyyətlərə, bu uğurlara, bu
qardaşlığa, bu qarşılıqlı dəstəyə əsaslanmalıyıq. İndi, Gürcüstanın
öz yüksəliş, hətta deyərdim, çiçəklənmə dövrünü yaşadığı, çox
böyük dəyişikliklərin, siyasi və iqtisadi islahatların uğurla həyata
keçirildiyi bir vaxtda, - insanlar da bunu görürlər, - biz daha da
güclənirik. Siz nə qədər çox möhkəmlənsəniz, biz də bir o qədər
çox möhkəmlənəcəyik. Ümumi tariximiz, qardaşlıq əlaqələrimizin
keçmişi, bugünkü vəziyyəti və milli mənafelərimiz tələb edir ki, biz
birlikdə olaq. Biz birlikdə böyük qüvvəyik. Buraya prezidentlər, -
onlar sözdə deyil, həqiqətən qardaşdırlar, - arasındakı şəxsi
münasibətləri də əlavə etsək, inkişafımızın çox nikbin, çox
ümidverici mənzərəsi yaranar".
Prezident çıxışında hər iki ölkənin qarşıda duran
problemlərin həllinə nail olacağına əminliyini də ifadə edib:
"Əminəm ki, biz qarşımızda duran bütün məsələləri həll edəcəyik.
Biz separatizmə son qoyacaq, etnik təmizləmələrdən əziyyət çəkmiş
insanları öz ocaqlarına qaytaracaq, bütün ərazimiz üzərində milli
suverenliyi bərpa edəcəyik. Bunun üçün biz güclü və birlikdə
olmalıyıq. Biz bunu edirik. Biz möhkəmlənirik və bir-birimizə daha
da yaxınlaşırıq. Bugünkü gün Azərbaycan xalqının yaddaşında uzun
müddət, yəqin ki, həmişəlik qalacaq. Bu, bizim birliyimizin
günüdür, Azərbaycana olduğu kimi, qardaş Gürcüstana da sədaqətlə
xidmət etmiş böyük azərbaycanlının xatirə günüdür. Gələcək
inkişafımızı müəyyənləşdirdiyimiz, regionun geosiyasi inkişaf
strategiyasını müəyyənləşdirdiyimiz, Gürcüstan və Azərbaycanın
Avropa və dünya işləri üçün əhəmiyyətinin artdığı gündür.
Sərhədlərimizin hüdudları və ya həmvətənlərimizin sayı haqqında
statistika məlumatını götürsək, biz ərazicə və əhalinin sayına görə
kiçik ölkələrik, ancaq daha mühüm rol oynayırıq. Bu proses gedir
və davam edəcək. Bu gün, Mixailin dediyi kimi, ağır vaxtda,
Azərbaycan sizin yanınızda olub, bunda qeyri-adi bir şey yoxdur,
bu, normadır, belə də olmalıdır. Əgər biz dostuqsa, - biz isə dostuq,
- həmişə bir olmalıyıq. Bir-birimizin uğurlarına sevinməliyik və dar
gündə arxa-dayaq olmaq, kömək etmək və birlikdə irəliləmək üçün,
hətta çağırılmasaq da, birinci gəlməliyik. Ölkələrimizin gələcəyi
ancaq bu birlikdə mümkündür. Bu, mənim də, Mixailin də dərin
inamıdır. Bizim hələ çox-çox planlarımız var və biz onları birgə
səylərlə həyata keçirəcəyik".
Kaspi.- 2007.-15 may.- S. 2.
Kino+
2007
Lalə
Çağdaş kitabxana quruculuğunun banisi
Milli Kitabxanada “Heydər Əliyev çağdaş kitabxana
quruculuğunun banisidir” adlı dəyirmi masa keçirildi
Mayın 7-də M.F.Axundov adına Milli Kitabxanada " Heydər
Əliyev çağdaş kitabxana quruculuğunun banisidir" mövzusunda
dəyirmi masa keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm nazirinin müavini Sevda
Məmmədəliyeva, Milli Məclisin İqtisadiyyat komissiyasının sədri,
akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Prezidenti
İşlər İdarəsi Kitabxanasının direktoru Mayıl Əhmədov, BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsinin kafedra müdiri, professor
Abuzər Xələfov, respublikanın aparıcı kitabxanalarının rəhbərləri
iştirak edirdi.
Giriş sözünü nazirin müavini Sevda Məmmədəliyeva açaraq
bildirdi ki, ulu öndərin doğum gününə təsadüf edən 10 may tarixi
bütün azərbaycanlılar üçün müqəddəs günə çevrilib. Çünki o,
müstəqil Azərbaycan respublikamızın tərəqqisi naminə böyük işlər
görüb. Xalqın tarixində xilaskar missiyasını yerinə yetirən Heydər
Əliyevin müasir tariximizin ən möhtəşəm simalarından olduğunu
dedi.
Sonra iştirakçılara Heydər Əliyevin 1995-1997-ci illərdə
M.F.Axundov adına Milli Kitabxanada olarkən çəkilən video-
lentdən qısa nümayiş təqdim olundu.
Nümayişin ardınca kiçik istedad Nigar Qəhrəmanovanın
təqdimatında "Bakı-Tbilisi- Ceyhan" mahnısı ifa olundu.
Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov mərkəzləşmiş
bitkin kitabxanaların bugünkü səviyyəyə çatmasında Heydər
Əliyevin mühüm rolundan danışdı.
2000-ci ildə Heydər Əliyevin kitabxanaların maddi-texniki
bazasının yaxşılaşdırılması barədə imzaladığı fərmandan sonra
"susuz dəyirmana çevrilən" kitabxanalar dirçəldi.
Heydər Əliyev indiyədək kitabxananı dörd dəfə ziyarət edib,
Sonra akademik Ziyad Səmədzadə "Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin qurucusudur" mövzusunda ətraflı çıxış etdi.
Dəyirmi masa Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi
Kitabxanasının direktoru Mayıl Əhmədov rəhbərlik etdiyi
kitabxananın qurucusu olan ulu öndərin kitabxanalara göstərdiyi
diqqət və qayğıdan söz açdı.
Kino.- 2007.- 11 may.- S. 4.
Yaddaş
2007
Ələkbərova M.
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü
qeyd edildi
Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli
Kitabxana Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə
həsr olunmuş "Heydər Əliyev çağdaş kitabxana quruculuğunun
banisidir" mövzusunda dəyirmi masa keçirdi.
Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini Sevda
Məmmədəliyeva açaraq, Heydər Əliyevin mədəniyyətimizə,
xüsusilə kitabxanalara qayğısından danışdı: "Bugünkü tədbir artıq
azərbaycanlılar üçün müqəddəs bir günə çevrilən H.Əliyevin
doğum günü münasibətilə keçirilir. Ölkəmizin çiçəklənməsində,
qüdrətlənməsində, firavan gələcəyi, beynəlxalq aləmdə nüfuz
qazanması, respublikamızın ərazi bütövlüyünün bərpa olunması
sahəsində onun misilsiz xidmətləri olub. Azərbaycan
Respublikasının tərəqqisi naminə görülən işlər 35 ilə yaxındır ki,
H.Əliyevin adı ilə bağlıdır. Onun dahiyanə idaraçilik qabiliyyəti və
strateji təfəkkürü sahəsinde respublikamız böyük inkişaf yolu keçib.
O, beynəlxalq miqyasda tanınmış siyasi lider, cəmiyyətin inkişafına
təkan verən fenomen şəxsiyyət, böyük siyasi mədəniyyətə, yüksək
təşkilatçılıq qabiliyyətinə malik olan insan idi".
Daha sonra tədbirdə H.Əliyevin Milli Kitabxanaya gəlişləri ilə
bağlı bir neçə dəqiqəlik film nümayiş etdirildi. Kitabxananın
direktoru Kərim Tahirov H.Əliyevin kitabxana sahəsində olan
xidmətlərindən söhbət açdı: "Azərbaycanda mövcud olan
kitabxanaların fəaliyyətinin bugünkü səviyyəyə qalxması
H.Əliyevin sayəsində mümkün olub. Məhz onun səyi nəticəsində
respublikada mərkəzləşmiş kitabxana sistemləri yaradıldı. Bu gün
ayrı-ayrı nazirliklərin, AMEA-nın öz kitabxanaları mövcuddur.
1990-cı illərin əvvəllərində Sovet ittifaqının bir çox ölkələrində
olduğu kimi Azərbaycanda da kitabxanalar təhlükə qarşısında idi. O
dövrdə kitabxanalara "barmaqarası" baxırdılar, "bu boyda bina
kimin nəyinə lazımdır" ifadəsini işlədənlər də vardı. Lakin
H.Əliyev kitabxana binalarının özəlləşdirüməsinin qadağan
olunması ilə bağlı sərancam verərək, paytaxtda və rayonlarda
kitabxana binalarının tikilməsinə şərait yaratdı. O, 1995-1997-ci
illərdə Milli Kitabxanada 4 dəfə olub. Milli Kitabxanaya xarici
dillərdə kitabların alınması ilə bağlı 5000$ ptıl vəsaitinin ayrılması
ilə bağlı sərəncam imzalamışdı". Tədbirdə iştirak edən Milli
Məclisin İqtisadiyyat komissiyasının sədri Ziyad Səmədzadə
H.Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu
bildirdi: "H.Əliyevin 35 illik fəaliyyəti Azərbaycanın iqtisadiyyatı
ilə bilavasitə bağlıdır. O, hakimiyyətə gəlməmişdən qabaq dövlət
büdcəsi 300-400 min $ təşkil edirdi, indi isə bu rəqəm 8 milyard $-
a yaxındır. Onun neft sahəsində həyata keçirdiyi layihələr
Azərbaycanın əbədi kapitalıdır". Tədbirin sonunda iştirakçılar
H.Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr çlunmuş kitab
sərgisinə baxış keçirdilər.
Yaddaş.- 2007.- 17 may.- S. 4.
Azərbaycan müəllimi
2007
Aynur
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
rəsm müsabiqəsinə yekun vuruldu
Ötən gün Səttar Bəhlulzadə adına sərgi salonunda "Heydər
Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsinin
yekunlarına hərs edilən tədbir keçirildi.
Mərasimi açıq elan edən təhsil naziri Misir Mərdanov dedi ki,
ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində
Azərbaycanın bütün bölgələrində onun əziz xatirəsi yad edilir. O,
hətta Türkiyədə üçgünlük işgüzar səfəri vaxtı İstanbul şəhərində
milli liderimizə həsr olunmuş bir neçə tədbirin iştirakçısı olduğunu
da vurğuladı. Təhsil naziri dedi ki, Prezident İlham Əliyevin
imzaladığı "İstedadlı uşaqların inkişaf proqramı" ilə bu gənclərin
hamısı öz istedadlarını inkişaf etdirmək imkanı qazanacaqlar. İlk
dəfə orta məktəb şagirdləri arasında belə bir rəsm müsabiqəsinin
keçirildiyini nəzərə çatdıran nazir bütün müəllimlərə, münsiflər
heyətinə minnətdarlığını bildirdi: - Belə silsilə tədbirlər
keçirilməklə, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin müqəddəs ruhunu yad edirik. Təbii ki,
bu cür tədbirlər böyüməkdə olan gənc nəslin yaddaşında milli
liderimiz H.Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün çox
vacibdir. Müstəqil dövlət qurmuş, bugünkü stabilliyi bizə bəxş
etmiş, gənclərimiz üçün təlim-tərbiyə almaq imkanı yaratmış bu
böyük insanın adını və xatirəsini əziz tutmaq hər birimizin
borcudur. Nazir Heydər Əliyevlə bağlı onu da qeyd etdi ki, bu
böyük insanın müqəddəs ruhu çox şaddır, ona görə qurduğu dövlət
dinamik inkişaf edir, hər yerdə quruculuq, abadlıq işləri gedir, yeni-
yeni məktəblər, mədəniyyət, incəsənət, səhiyyə müəssisələri tikilir.
Bütün bunlar Prezident İlham Əliyevin sayəsində həyata keçirilir.
Çalışmalıyıq ki, belə tədbirlər ənənəvi hal alsın-deyən nazir
müsabiqə barədə məlumat verərək dedi ki, tədbir 3 - 8-10, 11-14,
15-17 yaş qrupları arasında keçirilir. Respublika mərhələsində
keçirilən müsabiqədə 300-dən çox rəsm əsəri nümayiş olunub.
Münsiflər heyəti onun 108-ni seçib. Nəhayət, münsiflər heyətinin
etdiyi seçim nəticəsində 35 rəsm işi 1-ci, 2-ci və 3-cü yerlər
arasında bölüşdürülüb. Çıxış edən ombudsman Elmira
Süleymanova da öz çıxışında qeyd etdi ki, Heydər Əliyev
fövqəlşəxs olaraq nəinki Azərbaycanda, bütün dünyada şöhrət
qazanmış bir şəxsiyyətdir. Onun böyüklüyü isə əhalinin bütün
təbəqəsinə qarşı bərabər münasibətindədir. Heydər Əliyevin ən
böyuk arzusu Azərbaycanın ərazi bütövlüyü olub. Ombudsman
sərgidə iştirak edən şagirdlərə bir daha tövsiyə etdi ki, düşmən
tapdağı altında olan bir qarış torpaq belə unudulmamalı və rəsm
əsərlərinizdə tərənnüm edilməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova qeyd etdi ki, 3-cü, 5-ci sinifdə
oxuyan şagirdlərin belə rəsm əsərləri yaratması çox böyük istedad
tələb edir. Bu, uşaqlarımızın geniş təfəkküründən və
dünyagörüşündən irəli gəlir.
Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini
İntiqam Babayevsə nümayiş olunan hər bir rəsm əsərində milli lider
Heydər Əliyev fəlsəfəsinin tərənnüm olduğunu dedi. Nazir müavini
vurğuladı ki, azərbaycanlı uşaqların böyuk potensiala malik olması
heç kimə sirr deyil. Bütün beynəlxalq müsabiqələrdə Azərbaycanlı
uşaqların qalib gəlməsi belə deməyə əsas verir.
Daha sonra münsiflər heyətinin sədri Salxad Məmmədov
müsabiqə iştirakçılarını təbrik etdi.
Sonda müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş qaliblərə
diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Qaliblərin
əksəriyyəti Azərbaycanın müxtəlif regionlarının orta məktəb
şagirdləridir. Onların arasında Suraxanı rayon Uşaq Yaradıcılıq
Mərkəzinin yetirməsi Kənan Məmmədov, Tovuz rayonu
Bozalqanlı kənd orta məktəbinin 4-cü sinif şagirdi Fuad Vəliyev,
Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli məktəbin 11-ci sinif
şagirdi Nuranə İsmayılova, Lerik rayonu 3 nömrəli orta məktəbin 7-
cı sinif şagirdi Altun Rəcəbli, Beyləqan rayonu I Şahsevən kənd 1
nömrəli orta məktəbin 8-ci sinif şagirdi Ziba Səfərova, Siyəzən
şəhəri 2 nömrəli məktəbin 9-cu sinif şagirdi Beytulla Ağadadaşov
I yeri tutublar.
Azərbaycan müəllimi.- 2007.- 9 may.- S. 4.
Dostları ilə paylaş: |