Azərbaycan qəzeti 2006 Almaniyadakı Nizami Gəncəvi adına Mədəniyyət


Xalq qəzeti.- 2008.- 4 may.- S. 6



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix01.01.2017
ölçüsü0,82 Mb.
#3897
1   ...   4   5   6   7   8   9   10   11   12

Xalq qəzeti.- 2008.- 4 may.- S. 6. 
 
 
Bayramova A.  
 
Milli mədəniyyətimizin himayədarı 
 
Zəngin milli-mənəvi dəyərlərimizdən bəhrələnən qədim 
Azərbaycan mədəniyyəti böyük inkişaf yolu keçmişdir. Mədəni 
irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, təbliğində, 
dünya miqyasında tanınmasında Azərbaycan xalqının ümummilli 
lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri olmuşdur.  
Azərbaycan mədəniyyətinin ən böyük nailliyyətləri görkəmli 

siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 
buna görə də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri 
mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. 
Mən, konkret olaraq Azərbaycanda musiqinin və muzey işinin 
inkişafında Heydər Əliyevin rolundan danışmaq istərdim. Onun bu 
sahədə göstərdiyi xidmətləri misilsizdir. 
Görkəmli mədəniyyət xadimlərimizə ulu öndər tərəfindən göstərilən 
diqqət və qayğı daim hiss edilmişdir. Onlara fəxri adların, qocaman 
musiqiçilərə təqaüdlərin, dövlət təltiflərinin verilməsi, gənc 
musiqiçilərə xüsusi qayğı, istedadları tapıb üzə çıxarmaq, onları 
dəstəkləmək, yeni yaradıcılıq uğurlarına ruhlandırmaq Heydər 
Əliyevin bir dövlət başçısı kimi böyük xidmətlərindəndir. 
Keçən əsrin 70-80-cı illərində Heydər Əliyevin təşəbbüsü ilə hər 
həftənin cümə günləri simfonik konsertlərə getmək, klassik 
musiqiyə qulaq asmaq ənənə halını almışdı. Bu konsertlərin 
əksəriyyətində ümummilli lider şəxsən iştirak edirdi. 
Doxsanıncı illərdə simfonik orkestrin musiqiçilərindən və balet 
ustalarından bir çoxu ehtiyac üzündən ölkəni tərk etdikləri zaman 
Heydər Əliyev bunun qarşısını almaq, Azərbaycanın klassik musiqi 
sahəsində əldə etdiyi əvəzsiz nailiyyətləri qorumaq məqsədilə təcili 
tədbirlər görərək, onların əmək haqlarını bir neçə dəfə artırmışdır. 
Görkəmli mədəniyyət xadimlərimizin yubileylərini dövlət 
səviyyəsində keçirtməklə, ev muzeylərini açmaqla və bu tədbirlərdə 
şəxsən iştirak etməklə Heydər Əliyev onların yaradıcılıqlarına 
yüksək qiymət verirdi. 
Onun şəxsi təşəbbüsü və iştirakı ilə dahi bəstəkar, professional 
Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyovun 90 (1975), 110 
(1995), görkəmli bəstəkar Müslüm Maqomayevin 90 (1975), 110 
(1995), professional vokal sənətinin banisi Bülbülün 100 (1997), 
görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 100 (1997), 
görkəmli bəstəkar Qara Qarayevin 60 (1978, Bakı, Moskva), 85 
(2003), görkəmli bəstəkar Tofiq Quliyevin 80 (1997), məşhur 
musiqiçi, violonçel ustası və dirijor M.Rostropoviçin 70 (1997) illik 
yubiley mərasimləri və digər tədbirlər keçirilmişdir. Heydər 

Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə onun şəxsi 
təşəbbüsü və fəaliyyəti nəticəsində respublikamızda muzey işi 
nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Həmin dövrdə və ulu 
öndərin təkrar hakimiyyətə qayıdışından sonrakı illərdə incəsənət 
və ədəbiyyat nümayəndələrinin yeni muzeylərinin açılması işi 
ardıcıl surətdə davam etdirilmişdir. Belə ki, 1975-ci ildə Səməd 
Vurğunun və Üzeyir Hacıbəyovun, 1977-ci ildə keçmiş SSRİ 
məkanında ilk vokalçı muzey – Bülbülün muzeyi (Heydər Əliyevin 
iştirakı ilə 1982-ci ildə tamaşaçılar üçün ekspozisiyası açılmışdır), 
Cəfər Cabbarlının (1982), Nəriman Nərimanovun (1977) ev 
muzeyləri, mənim rəhbərlik etdiyim Azərbaycan Musiqi 
Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil 
muzeyi (1994), Vaqif Mustafazadənin ev muzeyi (1994) açılmışdır. 
Respublikamızda fəaliyyət göstərən muzeylərə metodik kömək 
göstərmək məqsədilə muzey işi üzrə elmi-metodiki mərkəzi (1980), 
muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey 
sərvətləri və xatirə əşyalarının bərpa mərkəzi təşkil olunmuşdur. 
Ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan İttifaq 
respublikaları arasında muzey işi üzrə geridə qalırdısa, 1981-ci ildə 
artıq buna son qoyuldu. Bu, SSRİ muzeyləri üzrə göstəriciləri təhlil 
edəndə aşkar olur. Əgər bir sıra səbəblərə, Rusiya və Ukraynanı 
müqayisədə nəzərə almasaq, Azərbaycanın 53 muzeyi olaraq ölkə 
üzrə orta göstəricini ötmüşdü. 
1994-cü il sentyabr ayının 18-də görkəmli Azərbaycan dirijoru və 
bəstəkarı Niyazinin ev muzeyinin təntənəli açılışında iştirak edən 
ümummilli lider Heydər Əliyev onun həyat və yaradıcılığından 
ətraflı danışmış, muzeyin rəy kitabına ürək sözlərini yazmışdir: 
“Azərbaycanın böyük mədəniyyət xadimi, bəstəkarı, dirijoru, 
ictimai xadimi Niyazinin ev muzeyinin açılmasını təbrik edirəm. 
Bu, respublikanın həyatında əlamətdar hadisədir, dövlətin, xalqın 
mədəniyyətə ehtiramı rəmzidir. Ümüdvaram ki, Niyazinin həyat 
yolunu, yaradıcılığını əks etdirən muzey eksponatları xalqımızın 
yüksək mədəniyyətə, incəsənətə malik olmasını təbliğ edəcək, 
gələcək nəsillərə Azərbaycan xalqının zəngin tarixini, 

mədəniyyətini tanıdacaqdır. Muzeyə öz fəaliyyətində uğurlar 
diləyirəm”. Həmin tədbirdə Heydər Əliyev qeyd etmişdir: 
“Azərbaycanda mədəniyyət və elm xadimlərimizə həsr olunmuş ev 
muzeylərinin yaradılmasına 70-ci illərdə başlanmışdır. Bu da 
həqiqətdir. Yadımdadır, böyük bəstəkarımız, gözəl insan, 
Azərbaycan xalqının fəxri və tacı olan Üzeyir Hacıbəyov 1948-ci 
ildə vəfat etmişdir. Fikir verin, 48-ci ildə. Amma onun həyat yolunu 
və yaradıcılığını əks etdirən, şəxsən ona məxsus olan muzey 74-cü 
ilədək yaradılmamışdı. Halbuki, Üzeyir bəyin yaşadığı ilk ev də, 
"Monolit" adlandırılan bina da yaşadığı mənzil də məlum idi, onun 
xidmətləri də məlum idi. Bu muzeyin yaradılmasına təşəbbüs 
göstərdiyim üçün özümü xoşbəxt hesab edirəm. Bununla da biz 
Azərbaycan xalqının həyatında gözəl bir ənənənin bünövrəsini 
qoyduq". 
Heydər Əliyev dünya səviyyəli görkəmli musiqiçi, violonçel ifaçısı 
və dirijoru, əslən Bakıdan olan M.Rostropoviçin yaradıcılığını 
yüksək qiymətləndirmiş, onu Azərbaycana dəvət etmişdir. 
M.Rostropoviç ardıcıl olaraq Bakıda konsertlər, ustad dərsləri 
vermişdir. Onun dirijorluq etdiyi konsertlər Azərbaycanın musiqi 
həyatını daha da zənginləşdirmişdir. Ulu öndər 1997-ci ildə L. və 
M.Rostropoviçlərin ev muzeyinin yaradılması haqqında sərəncam 
imzalamışdır.  
Sevindirici haldır ki, Heydər Əliyevin təməlini qoyduğu 
mədəniyyətə dövlət səviyyəsində qayğı və diqqət ənənəsi bu gün də 
davam etdirilir.  
O, əsl sənəti qiymətləndirməyi bacarırdı. Belə bir faktı oxucuların 
nəzərinə çatdırmaq istərdim. Azərbaycan Musiqi Mədəniyyəti 
Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblı 
fəaliyyət göstərir. Ansamblın yaradılmasının təşəbbüskarı Məcnun 
Kərimovdur. Ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər 
orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonralar 
M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində ifa edirlər. 
Bunlar çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, ney 
kimi musiqi alətləridir. 

Bu ansambl 80-cı illərdə ictimai əsaslarla fəaliyyət göstərirdi. 
Heydər Əliyev tədbirlərin birində ansamblın çıxışını görmüş, 
unikallığını, dərin kökləri olduğunu duymuş və rəhbərin göstərişi 
ilə kollektiv Dövlət ansamblı statusu almışdır. 1996-cı ildən 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 
fəaliyyət göstərən ansambl musiqi mədəniyyətimizi ölkə daxilində 
və beynəlxalq səviyyədə layiqincə təmsil edir. Bu gün ümummilli 
lider Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsində gördüyü 
böyük işləri respublikamızın Prezidenti cənab İlham Əliyev və 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun 
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva layiqincə 
davam etdirirlər. Prezident İlham Əliyevin mədəniyyət xadimlərinə 
qayğı və diqqəti həmişə duyulur. İncəsənət xadimlərinin fəxri 
adlara layiq görülməsi onları Azərbaycan mədəniyyətini daha 
yüksək səviyyədə inkişaf etdirməyə, təbliğ etməyə ruhlandırır. 
Prezidentin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması 
haqqında” 6 mart 2007-ci il tarixli sərəncamı muzey işinə qayğı və 
diqqətin bariz nümunəsidir. Hazırda Azərbaycan tarixi, Ədəbiyyat, 
İncəsənət muzeylərində əsaslı təmir işləri aparılır. Bu il mayın 7-də 
Azərbaycan Tarixi Muzeyində ümummilli lider Heydər Əliyein 85-
illik yubileyinə həsr olunmuş təmirdən sonra yeni ekspozisiyanın 
açılışı olacaqdır.  
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 
Azərbaycan İstiqlal Muzeyi üçün yeni binanın tikilməsi nəzərdə 
tutulmuşdur. “Neft”, “İdman və olimpiya hərəkatı” muzeylərinin 
yaradılması haqqında Prezident İlham Əliyev sərəncam vermişdir. 
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı 
yolunda çox böyük işlər görür. Onun muğam mədəniyyətinin 
ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan muğam layihələri 
- bu layihələr çərçəvəsində Azərbaycanda Beynəlxalq Muğam 
Mərkəzinin yaradılması və s. işlər Azərbaycan muğamını, 
musiqisini yaşatmağa, onun inkişafına, bütün dünyada təbliğinə 
xidmət edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan muğamı 
YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin 

incisi elan edilmişdir. YUNESKO-nun Baş direktoru Koişiro 
Matsuuranın imzası ilə diplom muzeyimizin ekspozisiyasında 
nümayiş etdirilir., 
 
Xalq qəzeti.- 2008.- 6 may.- S. 8.  
 
 
Bədəlov Ə. 
 
Heydər Əliyev və Azərbaycanda informasiya-
kommunikasiya texnologiyalarının inkişafı 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 
İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin 
anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev 
və Azərbaycanda informasiya-komunikasiya texnologiyalarının 
inkişafı” mövzusunda yığıncaq keçirilmişdir. 
Yığıncağı Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm 
xadimi, professor Seyfəddin Qəndilov açaraq tədbir iştirakçılarını 
salamladı, ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik 
irsinin öyrənilməsi istiqamətində ölkəmizdə gördüyü işlərdən, onun 
zəngin təcrübəsindən danışdı. Natiq qeyd etdi ki, hazırda 
respublikamızın hər yerində, o cümlədən Dövlət İdarəçilik 
Akademiyasında ulu öndərin 85 illiyi ilə əlaqədar silsilə tədbirlər 
keçirilir. Akademiyanın əməkdaşları bu tədbirlərdə fəal iştirak edir 
və qonşu Gürcüstanda keçiriləcək yubiley tədbirlərinə də 
qatılacaqlar. Son illərdə informatika və kommunikasiya 
texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində 
ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Təməli ulu öndər 
tərəfindən qoyulmuş bu uğurların qazanılmasında ölkə Prezidenti 
İlham Əliyevin bu sahəyə xüsusi fikir verməsi diqqətə çatdırıldı. 
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının İnformatika 
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, 
texniki elmlər doktoru, professor Rasim Əliquliyev çıxış edərək, 

İKT-nin inkişafı və hərtərəfli tətbiqi sahəsində Azərbaycanda bir 
çox nailiyyətlər əldə olunduğunu qeyd etdi. O, hazırda elektron 
hökumətdən tutmuş iqtisadiyyatın bütün sahələrini əhatə edən 
“Elektron Azərbaycan” Dövlət Proqramının həyata keçirilməsi 
barədə geniş məlumat verdi. DİA-nın İnformasiya Texnologiyaları 
Mərkəzinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor 
Azad Abbaszadə bu sahədə həyata keçirilmiş tədbirlərdən və 
gələcək dövlət məmurlarına informasiya texnologiyaları 
öyrənilməsinin vacibliyini vurğuladı. 
DİA-da YAP-nın sədri Mayil Əliyev ümummilli lider Heydər 
Əliyevin başçılığı ilə yaradılmış bu partiyanın ölkəmizin ictimai-
siyasi həyatındakı rolundan danışdı. Sonra partiyaya yeni qəbul 
olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olundu. 
S. Qəndilov bildirdi ki, ümummilli lider Heydər Əliyevin 85 illik 
yubileyi ərəfəsində ulu öndərin irsinin təbliğində fərqlənmiş Dövlət 
İdarəçilik Akademiyasının əməkdaşlarından professor Azad 
Abbaszadə, dosentlər Mustafa İsgəndərzadə, Musa Quluzadə, 
aspiranturanın II kurs tələbəsi Cavid Bədəlov, prezident 
təqaüdçüsü, tələbə Ruslan Cumayev və Akademiyanın Tələbə-Elmi 
Cəmiyyətinin sədri İsfəndiyar Hacıyev rektorluğun fəxri fərmanı ilə 
təltif olunmuşlar. Sonra o, təltif olunanlara fəxri fərman və gül 
dəstəsi təqdim etdi. 
 
Xalq qəzeti.- 2008.- 7 may.- S. 11. 
 
 
Qarayev Ə. 
 
 
 
 
Heydər Əliyev Azərbaycan mədəniyyətinin böyük hamisi 
idi 
 
Azərbaycan xalqının dünya şöhrətli ümummilli lideri Heydər Əlirza 
oğlu Əliyev dahi insan, böyük dövlət xadimi kimi misilsiz 
xidmətləri ilə tarixi şəxsiyyətlər panteonunda öz yeri və mövqeyi 

olan siyasət nəhənglərindəndir. 
May ayının 10-da ümummilli liderimizin anadan olmasının 85 illiyi 
dünya miqyasında qeyd ediləcək. Ulu öndərin şah əsəri olan 
müstəqil Azərbaycanda isə yubiley tədbirləri, şənliklər, elmi 
konfranslar, simpoziumlar, təqdimatlar, toplantılar, konsert 
proqramları bir aydan çoxdur ki, davam edir. Mənim üçün qiymətli 
olan budur ki, təşəbbüslərin böyük əksəriyyəti yerlərdən 
qaynaqlanır. Təşkilatlar, kollektivlər, ayrı-ayrı insanlar, kütləvi 
informasiya vasitələri, hökumət və qeyri-hökumət qurumları təbii 
bir istəklə Heydər Əliyevə bəslədikləri dərin məhəbbəti ifadə etmək 
üçün təşəbbüs göstərirlər. Bu bir daha onu göstərir ki, həqiqətən də 
xalqımızın ulu öndərimizə məhəbbəti, sevgisi sonsuzdur. 
Azərbaycanın tarixində görkəmli şəxsiyyətlər, qəhrəmanlar, dövlət 
xadimləri çox olmuşdur. Onların hər birinin öz yeri, öz çəkisi var. 
Lakin Heydər Əliyev tariximizin ən uğurlu təcrübələrini, milli-
mənəvi dəyərlərimizi müdrik bir həssaslıqla birləşdirərək 
millətimizin və xalqımızın keçib gəldiyi yolu bütövləşdirmiş, ən ali 
milli sərvətin - müstəqil Azərbaycan dövlətinin banisi olmuşdur. 
Heydər Əliyevin dövlətçilik amalı XX yüzilliyin 90-cı illərində 
dəyəri heç bir tarixi hadisə ilə müqayisəyə gəlməyən nəticə 
vermişdir. 
Heydər Əliyev milli varlığımızı, tariximizi bütövləşdirmiş, yaxın və 
uzaq gələcəkdə uğur qazanmağın, Azərbaycanı inkişaf etdirməyin 
aydın yollarını göstərmiş, ən dəqiq taktika və strategiyanı müəyyən 
etmişdir.  
Ağıllı insanlar, əslində bütün xalqımız bu unikal dəyəri zaman-
zaman dərk etdiyinə görə millətimizin Heydər Əliyevə sevgisi və 
ehtiramı ildən-ilə artır. 
Heydər Əliyev ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirməyin 
əsaslarını yaratmış bir şəxsiyyətdir. O, Azərbaycan mühitində 
xalqın, millətin tərəqqisində tarixi, milli-mədəni köklərə bağlılıq, 
qarşılıqlı anlaşma, milli birlik, yaradıcı münasibət, çağdaşlıq və 
dünyanı dərk edərək yaşamaq, qanunçuluğa və demokratik 
dəyərlərə sayğı və digər təməl meyarları reallaşdırmağın 

mümkünlüyü haqqında düşüncə sistemi yaratmışdır. Bu sistemin 
bütün cəhətləri canlı, dinamik həyatla, gerçəkliklə, gündəlik işlə 
bağlıdır. 
Heydər Əliyevin varlığını təcəssüm etdirən qısaca xülasədən çıxan 
nəticə budur ki, xalqın ona bəslədiyi sonsuz məhəbbət dahi bir 
şəxsiyyətin halal haqqının qarşılığıdır. Başqa sözlə, ümumxalq 
sevgisi ulu öndərimizin halal haqqıdır. Mən inanıram ki, xalqımız 
Heydər Əliyevə bəslədiyi sevgi işığında daha da yüksələcək, 
Azərbaycan dövləti bütün humanist məqsədlərini reallaşdıracaq, 
dünyanın ən azad, ən demokratik, maddi və mənəvi baxımdan ən 
zəngin dövlətləri sırasında öz layiqli yerini tutacaqdır.  
Azərbaycan dövlətinə və xalqımıza ümummilli liderimizin rəhbərlik 
etdiyi 35 illik bir dövrdə siyasi, iqtisadi, sosial və mədəni sahələrin 
hər birində görülən işlər, əldə edilən nailiyyətlər o qədər çoxşaxəli 
və tutumludur ki, hər bir istiqamət üzrə günlərlə danışmaq, geniş 
təhlillər aparmaq, kitablar yazmaq olar. Əslində cəmiyyətimiz 
Heydər Əliyev irsini dəyərləndirməkdə davam edir. 
Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə sadə xalq 
kütləsi halal əmək sərf edərək gün-güzəran, dolanışıq sahibi 
olmuşdur. Ölkənin kənd təsərrüfatı, sənaye, tikinti-abadlıq sferası 
ildən-ilə yüksəlmiş, iqtisadi uğurlar xalqın həyat səviyyəsinə 
davamlı təsir göstərmişdir. Əlbəttə bütün bunları araşdırmaq bu 
sahələrə bələd olan mütəxəssislərin işidir. 
Bu yubiley günlərində ölkəmizin bütün yaradıcı şəxslərini, ziyalı 
insanlarını qürurlandıran budur ki, ulu öndərimiz xalqın 
yüksəlişində iqtisadi, siyasi, sosial münasibətlərlə bir sırada elm və 
təhsilin, mədəniyyətin, milli şüuru formalaşdıran bütün digər əsas 
faktorların rolunu az qala bazis səviyyəsində dəyərləndirmiş, məhz 
bu yanaşma nəticəsində müstəqil dövlətçilik ideyası elmi əsaslar 
qazanmışdır. 
Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi 
də ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev mədəniyyəti 
xalqın böyük sərvəti hesab edirdi. Elə buna görə də o, mədəni-
mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə 

məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta 
mümkün olmayanları da edirdi. 
Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların 
yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər 
Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməmişdir. 
“Kitabi - Dədə Qorqud” dastanları, xalq yaradıcılığının parlaq 
nümunələri və simaları, Xaqani, Nizami dühası, Əcəmi 
Naxçıvaninin “Mömünə Xatun” möcüzəsi, “Qobustan”, 
“İçərişəhər”, “Atəşgah” abidə kompleksləri, Nəsimi, Füzuli, Vaqif, 
Cavid, Mirzə Cəlil, Müşfiq, Vurğunun ədəbi-bədii düşüncəsi, 
Mikayıl Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadənin rəng 
düzümü, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, 
Rəşid Behbudov, Müslüm Maqomayevin musiqi dünyası - bütün bu 
dəyərli irs xəzinəsi ulu öndərimizin diqqət və qayğısı sayəsində 
xalqımızın dərk olunmuş dünya duyumuna çevrilmiş, dünyada 
Azərbaycan düşüncəsinin zənginliyini nümayiş etdirmişdir. 
Heydər Əliyev dahi idi, buna görə də xalqımızın dahi sənətkarlarını 
və onların yaratdığı dahiyanə əsərləri heç kim onun qədər böyük 
məhəbbətlə, qədirbilənliklə dəyərləndirə bilməzdi. Heydər Əliyevin 
xalqın müdrik yetirmələrinə sonsuz məhəbbəti Azərbaycana, 
Vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Heydər Əliyev 
böyük yaradıcı şəxsiyyətdir. O, yer üzündə yaşayan 40 milyonluq 
bir xalq üçün “Fəxr edirəm ki, mən azərbaycanlıyam ” amalını 
yaratmışdır. Bu sözlər xalqımızın, millətimizin ruhunun adı və 
ünvanıdır. Heydər Əliyev müasir Azərbaycan xalqının ruhunun 
yaradıcısıdır. Dahi insanlar olub, var, yenə də olacaqlar. Amma, 
tariximizdə xalq ruhunu Heydər Əliyev qüdrətində formalaşdıran, 
səfərbər edən ikinci bir şəxsiyyəti bəyan etmək mümkünsüzdür. 
Heydər Əliyev Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, 
xalqların iqtisadi, siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi 
möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri 
kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və 
optimal yollarından biri olaraq mədəni dəyərlərin qarşılıqlı dərkini 
və təbliğini əsas götürürdü. 

Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatı, musiqisi, 
rəngkarlığı, xalq sənətkarlığı, kino və teatr sənəti dünya şöhrəti 
qazanmış, xalqımızı ləyaqətlə təmsil etmişdir. 
Çox fərəhlidir ki, bu yubiley günlərində xalqımız, o cümlədən 
yaradıcı insanlar, sənət adamları, turizm ictimaiyyəti ulu öndərin 
mədəniyyətin inkişafı naminə gördüyü saysız-hesabsız işləri böyük 
bir minnətdarlıq duyğusu ilə yenidən xatırlayır, Heydər Əliyevin 
ruhu qarşısında hesabat verirlər. 
Artıq bir aydan çoxdur ki, mədəniyyət və turizm ictimaiyyəti - 
yazıçılar, şairlər, rəssamlar, musiqiçilər, teatr və kino xadimləri 
Heydər Əliyev tərəfindən yaradılmış, ondan yadigar qalan 
mədəniyyət saraylarında, konsert, sərgi salonlarında, tamaşa 
zallarında xalqla görüşərək ulu öndərə ehtiramlarını yaradıcılığın 
dili ilə ifadə edirlər. Tədbirlərimiz çoxdur, sərgilər, konsert, tamaşa 
proqramları, poeziya məclisləri, kitab təqdimatları, elmi 
toplantılar... Bu günlər Heydər Əliyevin dühasından ilham alan 
sənətkarlarımız xalqımızın ulu öndərimizə bəslədiyi məhəbbətlə 
üzbəüzdürlər. Məncə, bu mənəvi birlik ümumən Azərbaycan 
mədəniyyətinin təntənəsi sayılmalıdır. 
Ümummilli liderimizin yüksəliş yolunu böyük uğurla yeni 
nailiyyətlərə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin 
mədəniyyət və turizm sahəsində hərtərəfli inkişafı üçün göstərdiyi 
diqqət və qayğı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir 
ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, 
ümummilli təkamülə təminat yaradır. 
Heydər Əliyevin mənalı həyatı, böyük xidmətləri və zəngin irsi 
gələcək nəsillərımızə milli düşüncə məktəbi olmuşdur. Bu gün hər 
bir Azərbaycan vətəndaşının Heydər Əliyev siyasi məktəbinin 
yetirməsi və onun layiqli davamçısı olan cənab İlham Əliyevin 
ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfi 
deyildir. 
Heydər Əliyev mənalı ömür yolunda tarixi şəxsiyyət, böyük dövlət 
xadimi kimi xalqın tale yükünü çiyinlərində daşımış, onun 
müstəqilliyə, azadlığa və xoşbəxtliyə qovuşması uğrunda fədai 

mübarizəsi aparmış, doğma Azərbaycanı bir dövlət kimi zamanın 
ağır sınaqlarından, tufanlarından çıxartmış, dünya tarixində bir lider 
kimi tanınmışdır. 
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun 
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dediyi 
kimi Heydər Əliyev “...30 ildən artıq Azərbaycanın məsuliyyətini 
öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin 
sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, lider olmuşdur”. 
ABŞ prezidenti Corc Buş “Heydər Əliyev kimi liderlə işləmək şansı 
əldə etməsini” minnətdarlıqla xatırlayarkən demişdir: “Heydər 
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət 
olmuşdur... Amerika Birləşmiş Ştatları ilə bəhrələndiyi dostluq 
əlaqələrinin qurulmasında, Azərbaycan müstəqilliyinin 
qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır”. 
Heydər Əliyevin ölkə daxilində və xaricdə dərin inam və qətiyyətlə, 
məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, 
genişmiqyaslı siyasət inkişaf etmiş ölkələrlə sıx əməkdaşlığın 
qarantı olmuşdur. 
Heydər Əliyev incəsənət xadimləri ilə görüşlərinin birində 
demişdir: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki 
nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün 
iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”. 
Bu tarixi nailiyyətlərin, xalqımızın həyatında baş verən misilsiz 
yeniliklərin təşkilatçısı və himayədarı Heydər Əliyev idi. Köhnə 
libasını dəyişən, qədim milli mədəniyyətimizin kökləri üstündə 
çiçəklənən yeni Azərbaycan mədəniyyəti Heydər Əliyev dühasının 
bəhrəsi idi. 
Heydər Əliyev demişdir: “Ədəbiyyatımızın, incəsənətimizin, 
mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri 
də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni 
yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”. 
Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin 
bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, 
ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə 

malik olması bu müdrik fikri təsdiq edirdi. 
Heydər Əliyevin 85 illik yubileyi böyük bayramımızdır. Bu bayram 
münasibəti ilə bütün xalqımızı təbrik edirəm!  
 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin