Tibbi xidmətdə fəaliyyətini müşahidə etmək üçün lazım olan bütün göstəricilər
mühasibat uçotunda hesablar əsasında əks etdirilir. Hesablar xidmət vəsaitlərinin
vəziyyəti və hərəkətləri, onların əmələgəlmə mənbələrinin miqdarı və dəyişmələri
33
haqqında, təsərrüfat proseslərinin gedişi və nəticələri haqqında məlumatları özündə əks
etdirir. Tibb müəssisəsinin balansında xidmətlər haqqında hesabat bilavasitə mühasibat
hesablarının məlumatları əsasında tərtib edilir. Bir qayda olaraq, hesablar planına təkcə
sintetik hesablar deyil, həm də onları hissələrə ayıran subhesablar daxil edilir.
Mühasibat uçotunda dərəcələrinə görə müxtəlif dəqiq göstəricilərəldə etmək üçün iki
növ hesablar mövcuddur:
1)
sintetik hesablar.
2) analitik hesablar.
Sintetik hesablar tibbdə vəsaitlər və əməliyyatları haqqında ümumiləşdirilmiş
göstəricilər verirlər. Onlar ancaq pul ölçüsündə aparılır. Analitik hesablar mühasibat
uçotu obyektlərini aydın müəyyən etmək üçün xidmət edir. Analitik hesabların vasitəsi
ilə sintetik hesablarda olan məlumat dəqiqləşdirilir və konkretləşdirilir
Ə
sas və köməkçi istehsalatlarda xərclərin uçotu üçün yeni hesablar planında 202
“ stehsalat məsrəfləri” adlı hesab nəzərdə tutulmuşdur.Hesabın aşağıdakı
subhesabları var:
202-1 “ stehsalalatda istifadə olunan əsas xammal”
202-2 “ stehsalalatda istifadə olunan əsas materiallar”
202-3 “Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər”
202-4 “ stehsalat aktivlərinin amortizasiyası məsrəfləri”
202-5 “ stehsalalatda istifadə olunmuş köməkçi xammal”
202-6 “ stehsalalatda istifadə olunmuş köməkçi materiallar”
202-7 “Köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər”
Bu zaman xərcləri baş verdikləri yerlər üzrə ayrılıqda uçota almaq
lazımdır.Müstəqim xərclər baş verdiyi anda ilkin sənədlər əsasında 202 “istehsal
məsrəfləri” adlı kalkulyasiya hesabının müxtəlif subhesablarınln debetində 201 “
Material ehtiyatalrı” ,
533 “ Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli krditor borclar”və
522 “Sosial sığorta və təminat üzrə öhdəliklər” adlı hesabların kreditində əks etdirilir.
Dolayı üstəlik xərclər əvvəlcədən 721 “ nzibati xərclər” hesabının aşağıdakı
subhesablarının debetində cəmlənir:
34
721-1 “ nzibati –işçi heyəti üzrə xərclər”
721-2 “ nzibati məqsədlər üçün istifadə edilən aktivlərin amortizasiyası
xərci”
721-3 “Digər inzibati xərclər”
carə haqlarına çəkilən xərclər , reklam xərcləri, vergilərin bəzi növləri ,
müvafiq lisenziyaların alınmasına çəkilən xərclər belə xərclərə aiddir.Qeyd etmək
istəyirəm ki, kommersiya tibb özəl təşkilatlarında müvafiq lisenziyaların alınması ilə
ə
laqədar xərclər əvvəlcə 542 “Gələcək hesabat dövrünün gəlirləri” adlı hesabda əks
etdirilir və daha sonra alınmış lisenziyanın fəaliyyəti müddəti ərzində bərabər
hissələrlə xərclərin tərkibinə daxil edilir.
Xərclərin tamlığı və tərkibi – birinci mərhələdə nəzərə alınması zəruri hesab
olunan iki başlıca tələbdir.
Özəl müalicə profilaktika müəssisəsində 202 “ stehsalat məsrəfləri” adlı
balans hesabının tərkibində aşağıdakı subhesabların açılması tövsiyyə olunur: 202-8
“Terapevtik xidmətlərin göstərilməsinə çəkilən xərclər” 202-9 “Cərrahiyyə
xidmətlərinin göstərilməsinə çəkilən xərclər” 202-10 “Stomotoloji xidmətlərin
göstərilməsinə çəkilən xərclər” 202-11 “Funksional diaqnostikanın aparılmassına
çəkilən xərclər” 202-12 “ Labaratoriya analizlərinə çəkilən xərclər” 202-13 “Köməkçi
bölmələrə çəkilən xərclər”
Dostları ilə paylaş: