Müəssisələrdə maliyyənin idarəolunması sxemi
Müəssisə maliyyəsinin idarəolunması subyektinin funksiyaları fəaliyyətin
ümumi növüdür və təsərrüfat proseslərində və maliyyə fəaliyyətində insanların
münasibətinə təsirin aparılması istiqamətini ifadə edir. Bu funksiyalar
Müəssisə maliyyəsi
maliyyə münasibət-
ləri
Satıcı
Pul fondu
Alıcı
Tikinti,
nəqliyyat
və s. təşki-
latlarla
Başqa
ölkələrin
müəssisələr
i ilə
ş
cılərlə
Sex və
filiallarla
Büdcə
Bank sığor-
ta
Büdcədənk
ə
nar fond-
lar
Fond
bazarı
Investisiya
fondları
Başqa müəssisə və
təşkilatlarla
Müəssisə daxilində
Baş idarə
Maliyyə-kredit
sistemi ilə
Nizamnamə
kapitalı
Ə
sas vəsait
fondu
Dövriyyə
vəsaiti fondu
Ə
lavə kapital
Ehtiyat kapitalı
nvestisiya
fondu
Yığım fondu
Amortizasiya
fondu
Başqa mənbə-
lər
Valyuta fondu
stehlak fondu
Ə
mək haqqı
fondu
Büdcəyə ödə-
mələr
Başqa fondlar
54
sonrakılardan ibarətdir: məlumatların torlanması, sistemləndirilməsi, verilməsi və
saxlanması, qərarların qəbul edilməsi və s.
Maliyyənin idarəolunmasında idarə subyektinin funksiyalarına daxildir;
planlaşma, proqnozlaşdırma, təşkil olunma, tənzimləmə, stimullaşma, nəzarət və s.
Bazar şəraitində müəssisələrin maliyyəsinin idarəolunmasının təşkili
müəyyən priniplər əsasında qurulur. Bu prinsiplərə daxildir; təsərrüfat sərbəstliyi;
özünümaliyyələşmə; maddi-maddi məsuliyyət; fəaliyyətin nəticələri üçün maraqlı
olmaq; maliyyə ehtiyatlarının təşkili və s. belə ki, müasir dövrdə mülkiyyət
formasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti göstərən bütün müəssisələr
təsərrüfat və maliyyə sferasında real sərbəstliyə malikdir. Müəssisənin
fəaliyyətinin
bütün
istiqamətlərində
sərbəstliyi
kommersiya
hesabının
xüsusiyyətləri ilə əlaqədarodır. Kommersiya hesabının əsas məqsədi mənfəət əldə
etməkdir. Mənfəətin əldə edilməsi üçün müəssisə özü sərbəst qaydada müəyyən
edir; nə istehsal etməli, hansı həcmdə istehsal etməli və kimə satmalı. Deməli,
müəssisə mənfəətin alınması üçün xərclərini, onların istiqamətlərini və
maliyyələşmə mənbələrini sərbəst qaydada müəyyən edir. Bazar iqtisadiyyatı
şə
raitində müəssisələrin öz fəaliyyətlərində sərbəst olmalarına baxmayaraq, dövlət,
vergilər, amortizasiya siyasəti, büdcədənkənar fondlar, kredit və s. istiqamətlərdə
onların fəaliyyətində iştirak edir.
Təsərrüfat subyektlərində maliyyənin təşkilinin ən mühüm prinsiplərindən
birini özünümaliyyələşmə təşkil edir. Belə ki, sahibkarlıq fəaliyyəti üçün
özününmaliyyələşmənin təmin olunması və ən mühüm şəraitlərdən biridir.
Özünümaliyyələşmə istehsal və satış xərclərinin öddənilməsini, istehsalın
genişləndirilməsini, maliyyə-kredit orqanları qarşısında öhdəliçilitklərin yerinə
yetirilməsini, müəssisədə iqtisadi həvəsləndirmə fondlarının təşkilini nəzərdə tutu
rvə bütün istiqamətlərdə investisiyaların xüsusi vəsait, yəni mənfəət, amortizasiya
ayırmaları və s. hesabına aparılmasını tələb edir. Beləliklə, bazar münasibətləri
şə
raitində təsərrüfatçılığın təşkilati-hüquqi formalarından asılı olmayaraq
kommersiya fəaliyyəti göstərən müəssisələr özünümaliyyələşmə prinsipi əsasında
işləyirlər ki, bu da özündə aşağıdakı xərclərin ödənilməsini nəzərdə tutur:
55
- məhsul istehsalı və satışı ilə əlaqədar xərcləri;
- istehsalın genişləndirilməsi xərcləri;
- iqtisadi həvəsləndirmə fondlarının təşkil xərcləri;
- maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar xərclər;
- sair xərclər.
Özünümaliyyələşmə yuxarıda qeyd edilən xərclərin müəssisənin öz xüsusi
pul vəsaiti heabına ödənilməsini nəzərdə tutur. Lakin, müəssisələr xəruri hallarda
öz dövriyyələrinə kredit də cəlb edilə bilərlər.
Bazar münasibətləri şəraitində sahibkarlıq fəaliyyəti maliyyənin təşkilinin ən
mühüm prinsiplərdən biri olan maliyyə ehtiyatlarının təşkilini zəruri edir.
Çünki, müasir dövr sahibkarlardan risk tələb edir. Lakin riskin nəticəsi
mənfəət və ya zərərlə başa çata bilər. Bu isə müəssisələrdə maliyyə ehtiyatlarının
təşkilini tələb edir. Müleiyyət formasından asılı olmayaraq bütün müəssisələr xalis
mənfəət hesabına maliyyə ehtiyatını formalaşdırır.
Müəssisə öz təsərrüfat – maliyyə fəaliyyətinin nəticələri üçün maddi
məsuliyyət daşıyır ki, bu da kommersiya fəaliyyəti göstərən müəssisələrdə
maliyyənin təşkilinin mühüm prinsiplərindən biridir. Bunun üçün müəssisələrdə
müəyyən məsuliyyət sistemi var, yəni, bu prinsip müəyyən maliyyə metodları ilə
təmin edilir. Belə ki, əgər müəssisə müqavilə və hesablaşma intizamını pozarsa,
vergi öhdəliklərini yerinə yetirməzsə və s. o zaman ona qarşı müəyyən maliyyə
sanksiyaları tətbiq ediləcəkdir. Yəni o cərimə və s. ödəməlidir.
ş
in nəticələrinə görə ayrı-ayrı işçilər və müəssisə rəhbəri də məsuliyyət
daşıyır. Məsələn, müəssisə rəhbəri vergi qanunvericiliyinin pozulmasına görə
inzibati məsuliyyət daşıyır.
Müəssisələrdə maliyyənin təşkilinin mühüm prinsipini fəaliyyətin nəticələri
üçün maraq təşkil edir. Bazar münasibətləri şəraitində sahibkarlıq fəaliyyətinin
məqsədi təsərrüfat fəaliyyətini mənfəətlə başa çatdırmaqdır. Deməli, müəssisə
kollektivi və rəhbərliyi müəssisənin iş fəaliyyətinin nəticələrinin mənfəətli olması
üçün maraqlıdırlar. Maddi marağı isə ancaq müəssisə gəlirinin və mənfəətinin həm
56
dövlətin və həm də müəssisənin mənafeyinə cavab verən sistemlə bölüşdürülməsi
yolu ilə təmin etmək olar.
Ə
gər müəssisənin maliyyə vəziyyəti pisləşərsə və maliyyə öhdəliklərini
yerinə yetirə bilməzsə, o zaman ona qarşı hətta müflisləşmə sanksiyası da tətbiq
oluna bilər.
Sahibkarlıq fəaliyyətinin nəticələri üçün işçilər, müəssisə rəhbərləri, dövlət
və s. maraqlıdırlar. Məsələn, işçilər üçün yüksək əmək haqqının müəyyən
edilməsi; müəssisə üçün dövlət tərəfindən optimal vergi siyasətinin tətbiq edilməsi;
dövlətin mənafeyi müəssisənin rentabelli işləməsi ilə təmin edilir.
Maliyyənin təşkilinin prinsipləri mülkiyyət formalarından və iqtisadiyyatın
sahələrindən asılı olmayaraq bütün müəssisə və təşkilatlara aiddir. Lakin
müəssisələrin təşkilati-hüquqi formaları və sahə xüsusiyyətləri də hər bir
müəssisədə maliyyənin təşkilinə birbaşa təsir göstərir, yəni müəssisələrdə
maliyyənin idarəolunmasının təşkili bir sıra faktorlardan asılıdır və onlara
aşağıdakıları göstərmək olar;
- müəssisələrin müəyyən təşkilati-hüquqi formalara aid olması;
- müəssisələrin mülkiyyət hüquqi olan müəyyən subyektlərə məxsus olması;
Cədvəl 2.3.1.
Mülkiyyət növləri üzrə müəssisələrin sayı
(yanvarın 1-nə)
2011
2012
2013
2014
Dövlət
10942
9230
9208
9087
Bələdiyyə
1759
1756
1755
1758
Xüsusi
74310
59407
62143
68642
Xarici
4693
3937
4404
4922
Qarışıq
1712
1302
1456
1601
1. Azə rbaycanın statistik göstə ricilə ri. Bakı, 2014.
57
Cədvəl məlumatlarından göründüyü kimi, dövlət müəssisələrinin sayı 2011-
ci illə müqayisədə 2014-cü ildə 9087-yə, xüsusi müəssisələrin sayı 74310-dan
68642-yə, qarışıq müəssisələrin sayı isə 1712-dən (2011-ci il) 1601-ə (2014-cü ildə
çatmışdır.
Müəssisələrdə maliyyənin idarəolunması maliyyə mexanizminin köməyi ilə
həyata keçirilir. Maliyyə mexanizmi iqtisadi-təsərrüfat mexanizminin tərkib
hissəsidir. Maliyyə mexaqnizmi maliyyə münasibətlərinin təşkilinin forma, metod
və üsulların məcmusundan ibarətdir. Maliyyə münasibətlərinin təşkilinin forma və
metodları iqtisadi və sosial inkişaf üçün əlverişli şəraiti təmin edir.
Maliyyə mexanizmi sisteminə maliyyə münasibətlərinin təşkili üçün istifadə
edilən forma, metod və növlər daxildir. Beləliklə, maliyyə mexanizminin quruluş
çox mürəkkəbdir. Maliyyə mexanizminin quruluşuna müxtəlif maliyyə
münasibətlərinə uyğun elementlər aiddir. Maliyyə münasibətlərinin sfera və
həlqələrindən asılı olaraq maliyyə münasibətləri ayrılır; müəssisənin maliyyə
mexanizmi; sığorta mexanizmi; dövlət maliyyəsi mexanizmi.
ctimai təkrar istehsala təsiri nöqteyi-nəzərindən maliyyə mexanizmini
araşdırdıqda onun funksional həlqələri müəyyən edir: resursların sərfərbərliyə
alınması; maliyyələşmə, stimullaşma.
Maliyyə mexanizminin mühüm tərkib hissəsini müəssisə maliyyəsi mexanizmi
təşkil edir
. Müəssisə maliyyəsinin idarə olunması maliyyə mexanizmi vasitəsilə
həyata keçirilir. Müəssisənin maliyyəsinin idarə olunması sisteminə daxildir;
maliyyə metodları; maliyyə alətləri; hüquqi təminat; maliyyənin idarə olunmasının
məlumat təminatı.
Maliyyə metodlarına daxildir:
maliyyə uçotu, maliyyə təhlili, maliyyə
nəzarəti, maliyyə planlaşdırılması, maliyyə tənzimlənməsi, hesablaşmalar sistemi,
kreditləşmə, sığortalaşma və s.
Maliyyə alə tlə rinə isə
mənfəət, vergi, kredit, faiz, qiymət, maya dəyəri,
qiymətli kağızlar, debitor borcu, kreditor borcu, dividend, sığorta ödənişləri və s.
daxildir.
58
Maliyyə mexanizmi maliyyə siyasətinin həyata keçirilməsi üçün istifadə
edilir.
Dövlət öz funksiyalarını həyata keçirmək üçün maliyyədən istifadə edir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət maliyyə siyasətindən istifadə edir.
qtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasəti vasitəsilə cəmiyyətin sosial və
iqtisadi inkişafına təsir göstərilir.
Maliyyə siyasəti dövlətin fəaliyyətinin xüsusi sferasıdır. Maliyyə siyasəti
maliyyə resurslarının səfərbərliyə alınması, onların səmərəli bölüşdürülməsi və
dövlətin funksiyalarının həyata keçirilməsi üçün istifadəsinə yönəldilir.
Müəssisə təsərrüfat subyekti kimi xüsusi maliyyə resurslarına malikdir və
ona görə də özünün maliyyə siyasətini müəyyən edə bilər.
Müə ssisə nin maliyyə siyasə ti
– maliyyə resurslarının formalaşmasına,
səmərəli və effektli istifadəsinə yönəldilən metodların məcmusundan ibarətdir.
Müəssisənin maliyyə siyasətinin işlənilməsinin məqsədi-müəssisənin strateji
və faktiki məqsədlərinin əldə edilməsinə yönəldilən maliyyənin idarə olunmasının
effektli sistemini qurmaqdır.
Müəssisənin maliyyə fəaliyyətinin idarə olunması siyasəti sadəcə maliyyə
siyasətinin həyata keçirilməsi deyildir, müəssisə maliyyəsinin idarə olunması
siyasəti biznesin fəaliyyətdə olan vəziyyətinin transformasiyası üzrə qəbul edilən
maliyyə qərarları sistemindən ibarətdir.
Öz mə zmununa görə müə ssisə nin maliyyə siyasə ti onun mahiyyə tini ə ks
etdirə n ə sas istiqamə tlə ri çə rçivə sində hə yata keçirilir:
- maliyyə münasibətlərinin dəyişdirilməsi;
- maliyyə münasibətlərinin sabitləşdirilməsi;
- maliyyə sağlamlaşdırılması.
Maliyyə münasibətlərinin dəyişdirilməsi müəssisə daxilində maliyyənin
təşkilində geniş sahədə dəyişiklikləri nəzərdə tutur. Bu tədbir eyni zamanda
müəssisənin maliyyə, pul tədavülü və kredit sahəsində münasibətlərin dəyişməsi
üzrə tədbirlərin qəbul edilməsini də nəzərdə tutur.
59
Maliyyə münasibətlərinin sabitləşdirilməsi maliyyə münasibətləri və
prosesləri xarakterində və tərkibində köklü dəyişiklikləri deyil, ancaq istehsal və
maliyyə fəaliyyətinin kəmiyyət parametrlərinin pisləşməsinə yol verməmək
məqsədi ilə onların yaxşılaşdırılmasını nəzərdə tutur.
Maliyyənin sağlamlaşdırılması siyasəti
– pis maliyyə şəraitində müəssisənin
maliyyəsinin idarə olunması siyasətidir. Bu siyasət, eyni zamanda maliyyə
sabitliyinin pozulması, iflas və müflisləşmə perspektivini də nəzərdə tutur.
Maliyyə sağlamlaşdırılması siyasəti məcburi tədbirdir və müəssisədə maliyyə
münasibətlərinin mövcud bazasında həyata keçirilə bilər.
Müə ssisə nin maliyyə sinin idarə olunması maliyyə mexanizmi vasitə silə
hə yata keçirilir.
Müə ssisə nin maliyyə mexanizmi
- maksimum mənfəət əldə etmək üçün
müəssisənin maliyyəsinin idarəolunması sistemidir.
Müəssisə maliyyəsi mexanizmi bütün maliyyə mezanizmində mərkəzi yer
tutur. Bu, maddi istehsal sferasının maliyyəsinin bütün maliyyə sistemində aparıcı
rolu ilə əlaqədardır. Müəssisənin maliyyə mexanizmi müəssisədə pul fondları ilə
ə
laqədar maliyyə münasibətlərinin idarəolunması deməkdir.\
Maliyyə mexanizmi bir tərəfdən obyektivdir, yəni, obyektiv iqtisadi
qanunların tələbləri əsasında qurulur, digər tərəfdən isə o subyektiv xarakter
daşıyır, yəni hər hansı bir dövrdə müəyyən vəzifələrin həlli üçün dövlət tərəfindən
müəyyən edilir və həmin vəzifələrin həllində müxtəlif forma və metodlardan
istifadə edilir. Maliyyə münasibətlərinin qarşılıqlı fəaliyyətinin təşkili maliyyə
kateqoriyalarından (mənfəət, vergi, dövriyyə vəsaiti, amortizasiya ayırma, nağsız
hesablaşmalar və s.) və normativlərdən (rentabellik, büdcəyə ödəmə), müxtəlif
stimul, sanksi və s. maliyyə alətlərindən istifadə etməklə əldə edilir.
Bazar iqtisadiyyatı şəraitində istehsal vasitələri, kapital, əmək və s.
bazarların formalaşması, mülkiyyətin müxtəlif formalarının mövcud olması,
qiymətlərin sərbəstləşməsi və s. müəssisələrdə maliyyənin idarəolunması
mexanizminin də dəyişməsini də zəruri etdi.
60
Bazar iqtisadiyyatı metodlarına uyğun maliyyə resurslarının səmərəli
idarə olunması maliyyə menecmenti çə rçivə sində hə yata keçirilir.
Maliyyə menecmenti
– strateji və cari məqsədlərə çatmaq üçün müəssisənin
təsərrüfat fəaliyyətində meydana çıxan pul axının hərəkətinin idarəolunmasının
səmərəli sistemini əks etdirir. Başqa sözlə, maliyyə menecmenti maksimum gəlir
ə
ldə etmək üçün müəssisənin maliyyə vəsaitinin optimallaşdırılması ilə
ə
laqədardır.
Maliyyə mecementinin mahiyyəti maliyyə metodların köməyi ilə maliyyə
vasitələrindən istifadə etməklə müəssisənin maliyyə münasibətlərinin idarə etmə
sistemini ifadə edir. Maliyyə menecmentinin məzmunu onan mahiyyətindən daha
genişdir. Belə ki, onun məzmunu maliyyə menecmentinin müəssisənin ümumi
idarə etmə sistemindəki yerindən asılıdır. Belə ki, maliyyə menecmenti
müəssisənin ümumi idarəetmə sisteminin ayrılmaz hissəsi kimi çıxış edir və
maliyyə resurslarının hərəkətini və bu hərəkət zamanı yaranan maliyyə
münasibətlərini prosesinin rasional idarə etmə sistemini özündə ifadə edir. Bu da
maliyyə menecmentini müəssisənin ümumi idarəetmə sistemində ən vacib həlqəyə
çevrilir.
Müasir maliyyə menecmentinin məzmunu bazar şəraitinə keçidlə əlaqədar
yaranan yeni probleslərin həlli və maliyyə təhlilinin metodlarının daha da
dərinləşməsi ilə xarakterizə olunur. Belə problemlər kimi kapitalın və gəlirin
diskontlaşdırılması, kapitalın dəyərinin təyini vasitəsilə kapitalın struketurunun
idarə olunması, iqtisadi diaqnostikanın metodlarına malik olmaq, maliyyə
risklərinin idarə olunması və s. çıxış edir. Bunların təcrübi idarə etmədə həll
olunması müəssisələrdə maliyyə menecmentinin səmərəliliyini artırır.
Beləliklə, maliyyə menecmenti – müəssisənin pul vəsaitlərinin dövriyyəsinin
təşkili və maliyyə resurslarının formalaşması, bölgüsü və istifadəsi ilə əlaqədar
idarəetmə qərarlarının işlənməsi və reallaşdırılmasının metod və prinsiplər
sistemini əks etdirir. Maliyyə menecmenti pul dövriyyəsinin təşkili, maliyyə
resurslarının formalaşması və istifadəsinin idarə olunması prosesidir.
61
Maliyya menecmentinin sxeması
Maliyyə menecmentinin məzmunu və prinsiplərinə əsasən onun məqsəd və
vəzifələri formalaşır.
Maliyyə menecmenti
– maliyyə ilə bağlı peşə fəaliyyətinin növü olmaqla
müəssisənin maliyyəsinin idarəedilməsi ilə məşğuldur. Bazar münasibətləri
şə
raitində hər bir sahibkarlın başlıca vəzifəsi maliyyə-təsərrüfat fəaliyyətinin
yaxşılaşdırılması əsasında mənfəət artımını, investisiya layihələrinin səmərəliliyini
darəetmə subyekti
Müəssisənin maliyyə
xidməti
Maliyya menecmenti
Maliyya fynksiyaları və
alətləri
darəetmə obyekti
Pul dövriyyə-
si
Kapitalın
dövriyyəsi
Maliyyə
resursları və
onların
mənbələri
Maliyyə
münasibətləri
62
artırmaqdan, maliyyə resurslarını, dövriyyə aktivlərini səmərəli halda idarə
etməkdən ibarətdir.
Müəssisənin maliyyə fəaliyyəti maliyyə resurslarının formalaşması və
istifadəsi ilə əlaqədar onun funksiyalarının praktiki reallaşdırılması üçün həyata
keçirilən prosesləri ifadə edir. Bu fəaliyyət müəssisənin nizamnamə kapitalının
formalaşdırılması anından ləğv olunması anına qədər müstəqil təsərrüfat subyekti
kimi onun həyatının bütün mərhələlərində həyata keçirilir. Müəssisənin maliyyə
fəaliyyətinin həyata keçirilməsi prosesi ölkənin maliyyə sisteminin müxtəlif
subyektləri və maliyyə münasibətlərinin geniş spektiri ilə səciyyələnir.
Beləliklə, maliyyənin idarəolunması – kömpleks anlayışdır. Maliyyənin
idarəolunmasına iqtisadiyyatın idarəolunması aləti kimi, maliyyədən istifacə
daxildir, yəni burada bütün ictimal təkrar istehsal prosesinə maliyyənin təsiri
nəzərdə tutulur. Belə təsir kəmiyyət və keyfiyyət nöqteyi-nəzərərindən müəyyən
edilir. Maliyyə mexanizmi vasitəsilə mili gəlirdə müəssisənin payının azaldılması
və ya artması yolu ilə onun inkişafını məhdudlaşdırmaq və ya genişləndirmək olar.
Bununla yanaşı, maliyyənin köməyi ilə müəssisənin işinin keyfiyyət göstəricisinə
təsir etmək olar və nəticədə təsərrüfat subyektinin gəliri artar.
Müəssisənin maliyyə fəaliyyəti pul daxilolmalarının mənbələrinin
axtarılması, səfərbərliyə alınması və xərclənməsi üzrə ağıllı hərəkəti nəzərdə tutur.
Maliyyə fəaliyyətinin təşkilatı, plan, uçot funksiyalarının həyata keçirilməsi
istehsal, texniki, sosial və iqtisadi tədbirlərin yerinə yetirilməsi pul resursları ilə
təmin edilir. Eyni zamanda, onun əsas vəzifəsi təsərrüfat subyektinin
arasıkəsilmədən fəaliyyətini təmin etmək və müsbət maliyyə nəticələrinə nail
olmaqdan ibarətdir. Müəssisənin maliyyə fəaliyyəti pul resurslarının hərəkəti ilə
ə
laqədardar və istehsal fəaliyyəti ilə paralel baş verir. Bununla əlaqədar olaraq,
qəbul edilən maliyyə qərarları həm pul vəsaitlərinin hərəkətini nizamlaşdırır.
Beləliklə, müəssisənin maliyyə fəaliyyəti təsərrüfat prosesinin maliyyə
resursları ilə təmin edilməsinə, riskin səviyyəsinin aşağa salınmasına və istehsalın
nəticələrinin yüksəldilməsinə yönəldilir. Bu və ya digər vəzifələrin yerinə
yetirilməsi çox mürəkkəbdir. Çünki, rəqabət güclənir, maliyyə və təsərrüfat
63
ə
laqələri mürəkkəbləşir. Maliyyə institutlarının və onların göstərdikləri xidmətlərin
formalarının artması, yeni maliyyə əməliyyatlarının tətbiqi müəssisənin maliyyə
fəaliyyətini çətinləşdirir və eyni zamanda onun fəaliyyətində qlobal məqsədlərə
nail olunmağın əhəmiyyətini artırır.
Yuxarıda qeyd olunanlar müasir dövrdə fəaliyyət göstərən təsərrüfat
subyektlərində maliyyə fəaliyyətinin idarə olunmasının səmərəli sisteminin
təşkilinin məqsədəuyğun və zəruri səbəblərindəndir. Söhbət, müəssisənin maliyyə
fəaliyyətinin idarə olunmasının yüksək forması kimi maliyyə menecmentinin
təcrübədə tətbiqi və istifadəsindən gedir.
Hər bir təsərrüfat sistemində müəssisə öz maliyyə fəaliyyətini təşkil
etməlidir. Bu fəaliyyət qoyulmuş vəzifələrə nail olmağa müsbət təsir göstərir.
|