Cə dvə l 3.1.4.
qtisadiyyata yönə ldilə n investisiyalar
(milyon manat)
2005
2010
2011
2012
2013
nvestisiya qoyuluşları bütün
mənbələr üzrə (daxili və xarici
investisiyalar
6733,4
14118,9
17048,8
20250
21974
1. Azə rbaycanın statistik göstə ricilə ri. Bakı, 2014.
Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmi ildən-ilə artır ki,
bunu yuxarıdakı cədvəl məlumatları xarakterizə edir. Belə ki, iqtisadiyyata qoyulan
investisiyaların həcmi 2005-ci ildə 6733,4 milyon manat olduğu halda, bu məbləğ
2010-cu ildə 14118,9 milyon manatı, 2013-cü ildə isə 21974 milyon manatı təşkil
etmişdir. Müqayisə ilə götürülsə isə 2005-ci ilə nisbətən investisiyanın həcmi
2013-cü ildə 15240,6 milyon manat artmışdır.
Dövriyyə vəsaiti, debitor və kreditor borclarının idarəolunması siyasəti. Bu
istiqamətdə maliyyə siyasəti hazırlanan zaman burada əsaç problem maliyyənin
idarəolunmasıdır. Deməli, müəssisədə maliyyə fəaliyyətinin idarəolunması sistemi
səmərəli təşkil olunarsa, o zaman xüsusi və borc alınmış vəsaitlərdən də effektiv
istifadə olunar.
Müəssisədə maliyyə siyasəti hazırlanan zaman dövriyyə vəsaitindən səmərəli
istifadənin əsas amili olan dövriyyə vəsaitinin dövriyyəsi əsas problem kimi nəzərə
alınır.
Müəssisədə dövriyyə vəsaitindən səmərəli istifadə bir sıra göstəricilərlə
müəyyən edilir: dövri sürəti (bir dövriyyənin gün hesabı ilə müddəti); dövretmə
ə
msalı (satılan məhsulun həcminin hər bir manat dövriyyə vəsaitinə nisbəti)
dövriyyənin yüklənməsi əmsalı (hesablnmış dövr ərzində dövriyyə vəsaiti ilə baş
verən dövriyyənin sayı).
75
Dövriyyə vəsaitinin dövriyyəsi satışdan əldə edilən gəlir (plan və ya hesabat
dövrü üçün) və plan ili üçün dövriyyə vəsaitinin ortaillik qalığı əsasında
hesablanılır.
Plan və faktiki dövriyyəni müqayisə etməklə dövriyyə vəsaitinin
dövriyyəsinin sürətlənməsi və ya yavaşılması müəyyən edilir. Nəticədə
dövriyyədən vəsaitlərin mütləq və nisbi azad olması baş verir.
Dövriyyədən vəsaitin nisbi azad olmasının haqq-hesabı aşağıdakı kimi
aparılır:
(min manat)
Göstəricilər
Ə
vvəlki il
Hesabat dövrü
1.
Satılan məhsulun maya dəyəri
10000
11000
2.
Dövriyyə vəsaitinin orta illik
qalığı
2000
2100
3.
Dövretmə əmsalı
5
5,24
4.
Bir dövriyyənin uzunluğu (gün
hesabı ilə)
72
68,7
Beləliklə, hesabat dövründə dövriyyə vəsaitinə olan tələbat (əvvəlki ilin
dövriyyəsindən asılı olaraq – 5) 2200 min manat (11000:5), faktiki olaraq isə 2100
min manat olmuşdur. Deməli, burada nisbi azad olma (qənaət), (2100-2200)=100
min manata bərabərdir.
Bazar münasibətləri şəraitində dövriyyə vəsaitindən istifadənin keyfiyyətinin
xarakteristikası kimi aşağıdakılardan istifadə edilir:
- xüsusi dövriyyə vəsaitinin mövcudluğu;
- xüsusi dövriyyə vəsaiti ilə təmint əmsalı.
Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin mühüm tərkib
hissəsini uçot siyasətinin hazırlanması təşkil edir
.
Müəssisədə uçot siyasətini işləmək üçün birinci növbədə müəssisənin
maliyyə-iqtisadi vəziyyəti təhlil olunmalı və təhlilin nəticələrinə əsasən uçot
siyasətinin bir neçə variantının əsasları hesablanılır. Uçot siyasəti ilə əlaqədar
76
seçilmiş variantda qəbul edilən qərarlardan birbaşa aşağıdakı göstəricilər asılı
olacaq:
- büdcəyə ödəniləcək vergilərin miqdarı;
- büdcəyə ödəniləcək vergilərin məbləği;
- büdcədənkənar fonda (DSMF) ödəniləcək vergi və ayırmalar;
- DSMF ödəniləcək vəsaitin məbləği;
- müəssisənin mühasibat balansının quruluşu;
- bir sıra əsas maliyyə-iqtisadi göstəricilərin əhəmiyyəti.
Müəssisədə uçot siyasəti müəyyən edilən zamn aşağıdakılardan da istifadə
edilir:
- xammal və materialların istehsal silinməsi metodlarının seçilməsi;
- azqiymətli, tez k.hnələn predmetlərin silinmə variantları;
- bitməmiş istehsalın qiymətləndirilməsi metodları;
- sürətli amortizasiyanın tətbiqi.
77
§3.2. Müəssisənin maliyyə siyasətinin təkmilləşdirilməsi
Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında həyata keçirilən
iqtisadi islahatlar ölkədə sahibkarlığın davamlı inkişafına əlverişli şərait
yaratmışdır. Belə ki, bu islahatlar nəticəsində ölkədə sahibkarlıq fəaliyyətini
tənzimləyən, sahibkarlıq fəaliyyətinin, o cümlədən sahibkarlığın inkişafına dövlət
himayəsinin gücləndirilməsi, sahibkarlığın inkişafına manne olan müdaxilələrin
qarşısının alınması, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi,
lisenziya verilən fəaliyyət növlərinin sayının azaldılması və buk imi, digər vacib
məsələlərin tənzimlənməsi ilə əlaqədar mütərəqqi hüquqi-normativ baza,
institutsional və iqtisadi mexanizmlər yaradılmış və onların müntəzəm olaraq
konkret şəraitin tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi, sahibkarlığın,
xüsusilə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi üzrə kompleks
siyasət tədbirlərinin o cümlədən, konkret dövrlər üçün qəbul edilən dövlət
proqramlarının həyata keçirilməsi və işgüzar mühitin yaxşılaşdırılması
istiqamətində məqsədyönlü, ardıcıl və sistemli iş təşkil olunmuşdur.
Ölkədə həyata keçirilmiş iqtisadi islahatlar nəticəsində Azərbaycanda
sahibkarlar təbəqəsi formalaşmış, ÜDM-da özəl bölmənin payı artmış (80% qədər),
sahibkarlıq fəaliyyəti cəmiyyətin inkişafında əhəmiyyətli rol oynamağa
başlamışdır.
Cədvəl 3.2.1.
Kiçik müə ssisə lə rin sayı
(yanvarın 1-nə )
2011
2012
2013
2014
Cəmi
77225
60223
62899
69219
O cümlədən:
Kənd təsərrüfatı
9940
9177
8725
8764
Mədənçıxarma sənayesi
690
639
644
669
Emal sənayesi
6206
4765
4758
5008
78
Elektrik enerji
127
119
116
121
Tikinti
9264
7853
8369
8699
Ticarət
29746
15588
20721
22430
Nəqliyyat
1329
1170
1246
1321
1. Azə rbaycanın statistik göstə ricilə ri. Bakı, 2014
.
Cədvəl məlumatları Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən kiçik
müəssisələrin 2011-2014-cü illərdə ümumi və iqtisadiyyatın ayrı-ayrı sahələrində
sayını xarakterizə edir.
Yuxarıdakı cədvəl məlumatlarından göründüyü kimi, kiçik müəssisələrin sayı
2011-ci ildən 77225-dən 2014-cü ildə 69219-a düşmüşdür ki, belə vəziyyəti də
qənaətbəxş hesab etmək olmaz. Bu tendensiya iqtisadiyyatın bütün sahələrinə
aiddir.
Qeyd etmək lazımdır ki, ölkədə sahibkarlığın inkişafı sahəsində əldə olunmuş
nailiyyətlərin möhkəmləndirilməsi və artırılması üçün biznes mühitinin
ə
lverişliliyinin artırılması və kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi
siyasəti davam etdirilməlidir.
Cəmiyyətdə
sahibkarlığın
inkişafı
məqsədilə
biznes
mühitinin
yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir texnologiyaların,
idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət
qabiliyyətli məhsulların istehsal edilməsi dövlət tərəfindən müəyyən edilən iqtisadi
inkişaf strategiyasının əsas istiqamətlərindəndir.
Gələcəkdə sahibkarlığın inkişafı sahəsində dövlətin iqtisadi siyasətinin, o
cümlədən, müəssisələrin iqtisadi-maliyyə siyasətinin aşağıdakı istiqamətlər üzrə
həyata keçirilməsi nəzərdə tutulur:
- iqtisadiyyatın dövlət tənzimlənməsinin səmərəliliyinin artırılması;
- sahibkarlığın maliyyə tənminatının təkmilləşdirilməsi;
- müəssisələrdə alternativ maliyyə mənbələrinin daha da aktivləşdirilməsi üzrə
zəruri mühitin yaradılması;
- kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının daha da artırılması;
79
- müəssisələrə verilən kreditlərin sığortalanması mexanizminin formalaşması
üçün müəyyən qərarların qəbul edilməsi;
- kapital qoyuluşlarının maliyyələşməsi üçün uzunmüddətli kreditlərə çıxış
imkanlarının genişləndirilməsi;
- müəssisələrin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsi;
- özəl bölmənin ixrac qabiliyyətli sahələri üzrə məhsul istehsalı, onun dünya
bazarlarına çıxardılması və rəqabət qabiliyyətinin yüksəldilməsi;
- mili istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi
istiqamətində müvafiq tədbirlər qəbul edilməli və həyata keçirilməli;
- müəssisələr innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli
sənaye istehsalının inkişafı üçün əlverişli münbit şəraitin yaradılması üçün
müəyyən tədbirlər qəbul etməlidirlər;
- istehsal sahibkarlığının dəstəklənməsi üzrə təşkilatı modellərin, o cümlədən,
sənaye parklar, biznes üçün inkubatorlar və s. yaradılması tədbirlərin qəbul
edilməsi məqsədəuyğundur.
Müasir dövrdə Azərbaycan Respüblikasında dövlətin iqtisadi siyasətinin əsas
məqsədlərindən biri ölkədə iqtisadi artım bazasının yaradılması, inkişafı və
keyfiyyətcə yeniləşdirilməsi, iqtisadiyyatın dünya təsərrüfatına səmərəli
inteqrasiya olunan rəqabət qabiliyyətli strukturun formalaşması məqsədi ilə
ölkənin resusr potensialının iqtisadiyyatın sahələri arasında və hər bir sahənin
daxilində bölgüsünə istiqamətlənmiş məqsədəuyğun və kompleks tədbirlər
sistemindən ibarət olacaqdır.
nnovasiya
yönümlə
texnologiyaların
tətbiqinin
stimullaşdırılması
müəssisələrin maliyyə siyasətinin əsas bölmələrindən biri olan investisiya
siyasətində mühüm yer tutmalıdır.
Müəssisələr standartlaşma siyasəti çərçivəsində beynəlxalq standartların
tətbiqi ilə əlaqədar tədbirləri işləyib hazırlamalıdırlar.
qtisadiyyatda struktur siyasəti istehsalın texniki cəhətdən modernləşməsinin
stimullaşdırılmasını nəzərdə tutur.
80
Müəssisələrdə struktur siyasəti çərçivəsində daxili bazarın tələbatının ödəyən
və ixracı mümkün olan innnovasiya əsaslı məhsul və texnologiyaların yaradılması
ilə əlaqədar qərarların qəbul edilməsini əks etdirir.
stehsal müəssisələrində qəbul edilən bütün proqramm və konsepsiyalarda
yüksək texnoloji və elmtutumlu istehsal sahələrinin inkişafı investisiya siyasətinin
ə
sas istiqamətlərindən birini təşkil edir. Müəssisələrin texniki-texnoloji cəhətdən
yenidən qurulması, müasir idarəetmə metodlarının tətbiqi ilə bağlı tədbirlər həyata
keçirilməlidir.
Müəssisələrdə xərclərin idarəolunması siyasətində əsas istiqamətlərdən birini
innovasiya-investisiya prosesləri, enerji və resursa qənaət edən, ekoloji təmiz
texnologiyaların tətbiqi prioritet istiqamətlərdən birini təşkil etməlidir.
Müəssisələr investisiya mənbələrinin müəyyənləşdirilməsi və səmərəliliyinin
artırılması istiqamətində də qərarlar qəbul etməlidir.
81
NƏT CƏ VƏ TƏKL FLƏR
Dövlətin maliyyə siyasəti Azərbaycan Respublikasının artamüddətli iqtisadi
siyasətinin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və
proqnoz göstəricilərinə və 2014-2017-ci illər üçün iqtisadi inkişaf üzrə Dövlət
Proqramına uyğun olaraq hazırlanmışdır.
Maliyyə siyasətini istiqamətləndirən makroiqtisadi göstəricilər mövcud
maliyyə-kredit sisteminin daha da təkmilləşdirilməsini, büdcə və vergi siyasətinin
iqtisadiyyatın idarə olunmasındakı birbaşa iştirakının və təsirinin daha da
artırılmasını, çevikliyinin təmin edilməsini, sahibkarlığın inkişafını, maliyyə
intizamının gücləndirilməsini və şəffaflığının təmin edilməsini, inflyasiyanın
artmasına yol verilməməsini və digər tədbirləri özündə əks etdirir.
Bazar iqtisadiyyatı şəraitində maliyyə siyasəti işlənilən zaman mülkiyyətin
müxtəlif formalarının inkişafı, kapital bazarının genişləndirilməsi, əmtəə bazarının
fəaliyyətinin inkişafı və s. buk imi məsələlər nəzərə alınır.
Dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsini təşkil edən müəssisənin
maliyyə
siyasətini
hazırlamaqdan
məqsəd
müəssisədə
maliyyəsinin
idarəolunmasının səmərəli istsemini təşkil etməkdir. Maliyyə siyasəti müəssisənin
fəaliyyətində strateji və taktiki məqsədələrə çatmağa istiqamətləndirilir.
Müəssisənin maliyyə siyasətinin strateji vəzifələrinə daxildir; mənfəətin
artırılması; müəssisənin kapitalının strukturunun optimallaşdırılması; müəssisənin
maliyyə sabitliyinin təmin edilməsi; müəssisənin investisiya cazibədarlığının təmin
edilməsi; müəssisənin idarəolunmasının effektili mexanizminin təşkili; maliyyə
vəsaitlərinin cəlb edilməsində bazar mexanizmindən istifadə edilməsi və s.
Müəssisənin maliyyə siyasətinin işlənilməsinin əsas istiqamətlərinə
aşağıdakılar daxildir:
- müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili;
- uçot və vergi siyasətinin işlənilməsi;
- kredit siyasətinin işlənilməsi;
- dövriyyə kapitalının idarəolunması siyasəti;
82
- debitor və kreditor borclarının idarə edilməsi;
- xərclərin idarəolunması;
- amortizasiya siyasətinin idarəolunması;
- dividend siyasətinin seçilməsi;
- investisiya siyasətinin işlənilməsi;
- sair.
Müəssisənin
maliyyə
siyasətinin
işlənilməsinin
strateji
vəzifələri
aşağıdakılardır:
- müəssisənin mənfəətinin maksimumlaşdırılması;
- müəssisənin kapitalının optimallaşdırılması;
- investorlar, kreditorlar və müəssisənin sahibi üçün onun iqtisadi-maliyyə
vəziyyətinin şəffaflığının əldə olunması;
- müəssisənin investisiya təminatının genişləndirilməsi;
- müəssisənin idarəolunmasının səmərəli mexanizminin təşkili;
- maliyyə resurslarının cəlb olunmasının bazar mexanizminin müəssisə
tərəfindən istifadə olunması.
Yuxarıda qeyd olunan vəzifələr çərçivəsində müəssisədə maliyyənin
idarəolunması sahəsində aşağıdakı taktiki hərəkətləri həyata keçirmək lazımdır:
1.
Aktivlərin bazar qiymətinin müəyyən edilməsi;
2.
Büdcəyə və büdcədənkənar fondlara borclar üzrə ödəmələrin
təkmilləşdirilməsi;
3.
Müəssisənin bazardakə vəziyyətinin təhlilinin aparılması və müəssisənin
inkişaf strategiyasının hazırlanması;
4.
Müəssisənin əmlakının investarlaşdırılması və əmlak kompleksinin
təkmilləşdirilməsi.
Müəssisələrdə
maliyyə
fəaliyyətinin
idarəolunması
siyasətinin
təkmilləşdirildməsiü çün aşağıdakı tədbirlərin irəli sürülməsi məqsədəuyğundur:
1.
innovativ sahibkarlığın inkişaf etdirilməsi;
2.
nvestisiya qoyuluşlarının genişləndirilməsi;
3.
Sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması;
83
4.
Müəssisədə vergi yükünün genişləndirilməsi üçün tədbirlər qəbul
etməlidir;
5.
Müəssisələrdə
korporativ
idarəetmə
standartlarının
tətbiqinin
genişləndirilməsi üçün qərarların qəbul edilməsi;
6.
nvestisiyaların qeyri-neft sektorunun inkişafına yönəldilməsi;
7.
nvestisiya layihələrinin müəssisənin inkişaf məqsədlərinə və
prioritetlərinə uyğunlaşdırılması:
- müəssisələrin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə
müvafiq tədbirlərin davam etdirilməsi;
- yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının
stimullaşdırılması üçün qərarların qəbul edilməsi;
- müəssisələrdə kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün uzunmüddətli
kreditlərə çıxış imkanlarının genişləndirilməsi ilə əlaqədar tədbirlərin hazırlanması;
- özəl sektorun müəssisələrində ixrac qabiliyyətli sahələr üzrə məhsul
istehsalı, onun dünya bazarlarına çatdırılması və rəqabət qabiliyyətinin
yüksəldilməsi, xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün müvafiq
qərarların qəbul edilməsi;
- investisiya-innovasiya prosesləri, enerji və resursa qənaət edən, ekoloji təmiz
texnologiyaların tətbiqini stimullaşdırmaq üçün tədbirlərinin qəbul edilməsi;
- investisiya mənbələrinin müəyyənləşdirilməsi və səmərəliliyinin artırılması
istiqamətində qərarlar qəbul etmək;
- istehsalın inkişaf tempinin və əmək məhsuldarlığının yüksəldilməsinin
prioritetliyinin təmin edilməsi məqsədilə tədbirlər hazırlamaq;
- müəssisələrdə beynəlxalq əlaqələr sahəsində tədbirləri genişlənmək və
məhsulların ixracının stimullaşdırılması üçün tədbirlər qəbul etmək.
84
Ə
DƏ B YYAT S YAHISI
1.
Azərbaycanın statistik göstəriciləri. 2011.
2.
Azərbaycanın statistik göstəriciləri, 2014.
3.
Vergi Məcəlləsi, 2000.
4.
«Müəssisələr haqqında» Azərbaycan Respüblikasının Qanunu. 1999.
5.
« nvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respüblikasının Qanunu,
1995.
6.
«Müəssisələrdə məhsulun maya dəyərinə daxil edilən xərclərin tərkibi
haqqında» Əsasnamə. Bakı, 1996.
7.
«Qiymətli kağızlar haqqında» Azərbaycan Respüblikasının Qanunu. 1999.
8.
«Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respüblikasının Qanunu,
1994.
9.
«Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respüblikasının
Qanunu, 1992.
10.
« flas və müflisləşmə haqqında» Azərbaycan Respüblikasının Qanunu,
1995.
11.
«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respüblikasının Qanunu,
1992.
12.
D.A.Bağırov «Vergi nəzarəti» Bakı, 2006.
13.
D.A.Bağırov «Vergi auditi», Bakı, 1999.
14.
D.A.Bağırov, M.X.Həsənli «Maliyyə». Dərslik. Bakı, 2010.
15.
D.A.Bağırov, M.X.Həsənli, P.H.Quşxani «Korporativ maliyyə». Dərs
vəsaiti. Bakı, 2010.
16.
Həsənli M.X. Maliyyə, Bakı, 2006.
17.
T.Ə.Hüseynov «Müəssisələrin iqtisadiyyatı», Bakı 2005.
18.
T.Ə.Hüseynov «Firmanın iqtisadiyyatı» Bakı, 2009.
19.
Б.С. Карелин «Финансы корпораций», Москва, 2005.
20.
П.Н.Шуляк «Финансы предприятий», Москва, 2004.
21.
Н.В.Колчина «Финансы организаций», Москва, 2004.
85
22.
В.В.Ковалев, Вит В.Ковалев «Финансы организаций». Москва, 2006.
23.
Maliyyə. Bakı, 2001.
24.
С.В.Большаков «Финансы организаций», Москва, 2005.
25.
А.М.Бабич «Финансы», Москва, 2000.
26.
Л.А.Дробозина «Финансы», Москва, 2001.
86
РЕЗЮМЕ
Предприятия
, являясь хозяйствующими субъектами, располагают
собственными
финансовыми ресурсами в вправе определять свою
финансовую
политику.
Финансовая
политика предприятия – это совокупность методов
управления
финансовыми ресурсами предприятия направленных на
формирование
, рациональное и эффективное использования финансовых
ресурсов
.
Целью
разработки финансовой политики предприятия является
построение
эффективной системы управления финансами.
Dostları ilə paylaş: |