AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix04.05.2017
ölçüsü0,65 Mb.
#16544
  1   2   3   4   5   6

 



 



AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ

 

 

Əlyazması hüququnda 



 

Bağırov Söhrab Səməd oğlu 

                                                 

(MAG STRANTIN A.S.A) 

 

 

“Xəstəlik və zərərvericilərin narın istehlak xassələrinə təsiri və keyfiyyətin 

ekspertizası” mövzusunda 

 

 

 

MAG STR D SSERTAS YASI 

 

 

   

Истигамятин шифри вя ады:  060644                     stehlak mallarının eksperizası və  



                                                                           marketinqi 

 

   

Ихтисасlaşma:                                                 Истещлак малларынын кейфиййят  

                                                                          експертизасы              



                                                                                   

 

 Елми рящбяри:                                                    Маэистр прогамынын рящбяри: 



 

 dos.b.e.n.M.A.Əhmədov                                 dos.b.е.н.M.A.Əhmədov 

 

 

 



 

 

 



Kafedra müdiri                                                                    prof.Ə.P.Həsənov                                                                    

_________________________     

 

 

 

BAKI  - 2016

 

 



 



 MÜNDƏR CAT 



Giriş.....................................................................................................7 

I BölməƏdəbiyyat xülasəsi 

1.1. Narın meyvəsinin quruluşu, kimyəvi tərkibi, qidalılıq dəyəri və  

        əhəmiyyəti.....................................................................................12 

1.2. Narın sortları, yetişməsi və meyvələrin yığılması............................23 

1.3.Narın daşınma şəraitinin meyvələrin saxlanmasına təsiri.................30 

1.4.Nar meyvələrinin saxlanmasına təsir edən amillər, onun saxlanma şəraiti  

      və müddəti........................................................................................31 

1.5.Normativ sənədlər.............................................................................35 

1.6.Nar meyvələrinin standart keyfiyyət göstəriciləri..............................36 

1.7.Nar üzərində tətbiq edilən pestisidlərin təhlükəsizlik göstəriciləri......37 

1.8.Narın xəstəlik və zərərvericilərinin keyfiyyətə təsiri...........................38 

 

II Bölmə.  şin təşkili və tədqiqatın üsulları

2.1.Ekspertizanın obyekti və onun səciyyələndirilməsi.............................42 

2.2. Nümumənin götürülməsi və onun analizə hazırlanması......................42 

2.3.Tədqiqatın üsulları və onun qısa halda səciyyələndirilməsi.................44 

 

III Bölmə. Eksperimental hissə

3.1.Narın meyvələrinin keyfiyyət gösətricilərinin orqanoleptiki  

      ekspertizası.........................................................................................46 

3.2.Nar meyvələrinin keyfiyyət gösəticilərinin fiziki-kimyəvi  

     ekspertizası..........................................................................................47 

3.3.Ruyazi-statistik üsulla analizin nəticələrinin işlənməsi və onun  

      müzakirəsi...........................................................................................63 

Nəticə və təkliflər.......................................................................................66 

Ə

dəbiyyat siyahısı.....................................................................................69 



 

 

 



 



REFERAT 

Ə

halinin  nar  meyvələri  məhsullarına  olan  tələbatına  olan  tələbatını  təmin 



etmək, onları bütün il boyu təzə, keyfiyyətli nar məhsulu ilə təmin etməyin böyük 

ə

həmiyyəti vardır. Eyni zamanda onun keyfiyyətinin, qidalılıq və bioloji dəyərinin 



yüksəldilməsi  də  çox  vacibdir.  Nar  meyvələri  əhali  tərəfindən  kütləvi  halda 

istehlak  olunan  məhsullar  sırasına  daxildir.  Bu  baxımdan  nar  meyvələrinin 

zərərverici  və  xəstəliklərdən  qoruyub  saxlamaq,  onu  öyrənmək,  tədqiq  etmək  və 

ekspertizasını aparmağın əhəmiyyəti böyükdür. 

şin aktuallığı. 

 

Nar meyvələri Azərbaycanda geniş yayılmış və kütləvi halda istehlak olunan 



ə

rzaq  məhsulu  hesab  olunur.  Onun  bir  çox  sortları  təzə  halda  yeni  ilə  kimi 

saxlanılır.  Qidalanma  institutunun  məlumatına  görə,  elmi  əsaslanmış,  fizioloji 

normaya  əsasən  hər  bir  insan  üçün  illik  meyvə-giləmeyvə  norması  106-113  kq, 

subtropik  meyvələr  6-7  kq,  sutkalıq  norma  isə  350-400  qram  təşkil  edir.  Bu 

baxımdan  yuxarıda  qeyd  edilən  mövzunun  öyrənilməsi  aktual  olmaqla  bərabər, 

eyni zamanda nəzəri, təcrübi və xalq təsərrüfatı əhəmiyyətinə malikdir. 

Problemin öyrənilmə vəziyyəti. 

Dissertasiyada  problemin  öyrənilmə  səviyyəsi  qısa  halda  şərh  edilir.  Bu 

məsələ  hal-hazıra  qədər  ətraflı  şəkildə  öyrənilməmiş  və  bizim  tərəfimizdən  ilk 

dəfədir ki, tədqiq edilir.  

şin məqsədi. 


 

Azərbaycanda  becərilən  nar  meyvələri  vegetasiya  dövründə  və  saxlanılma 



zamanı  xəstəlik  və  zərərvericilərlə  zədələnməyə  məruz  qalır.  Tədqiqat  işinin 

məqsədi  “Xəstəlik  və  zərərvericilərin  narın  istehlak  xassələrinə  təsiri  və 

keyfiyyətin ekspertizası” hesab edilir. 

Tədqiqatın obyekti. 

Nar meyvələrinin müxtəlif sortlarıdır.  



Tədqiqatın predmeti. 

Tədqiqatın predmeti nar meyvələrinin istehlak xassələrinin ekspertizasıdır. Bu 

məsələləri həll etmək üçün 2014-2016-cı illər ərzində bizim tərəfimizdən aşağıdakı 

məsələlər tədqiq edilmişdir. Narın meyvəsinin quruluşu, kimyəvi tərkibi, qidalılıq 

dəyəri  və  əhəmiyyəti,  narın  sortları,  yetişməsi  və  meyvələrin  yığılması,  narın 

daşınma  şəraitinin  meyvələrin  saxlanılmasına  təsiri,  nar  meyvələrinin 

saxlanmasına  təsir  edən  amillər,  onun  saxlanma  şəraiti  və  müddəti,  normativ 

sənədlər,  nar  meyvələrinin  standart  keyfiyyət  göstəriciləri,  nar  üzərində  tətbiq 

edilən  pestisidlərin  təhlükəsizlik  göstəriciləri,  narın  xəstəlik  və  zərərvericilərinin 

keyfiyyətə  təsiri,  nar  meyvələrinin  orqanoleptiki  və  fiziki-kimyəvi  keyfiyyət 

göstəricilərinin  ekspertizası,  alınan  tədqiqatın  nəticələrinin  riyazi-statistik  üsulla 

işlənməsi öyrənilmişdir.  

Yuxarıda  qeyd  edilən  məsələlərin  öyrənilməsi  nəticəsində  konkret  nəticə  və 

təkliflər hazırlanmışdır. 



Tədqiqatın metodu. 

Bu  bölmədə  qısa  halda  tədqiqatın  metodu,  orta  nümunənin  götürülməsi, 

tədqiqə hazırlanması şərh edilir. 


 



 



 

Tədqiqat işinin elmi yeniliyi. 

Bu hissədə elmi problemin müasir vəziyyəti şərh edilmişdir. Hal-hazıra kimi 

bu  mövzu  hərtərəfli  və  dərin  tədqiq  edilməmişdir.  Qeyd  edilən  məsələ 

Azərbaycanda ilk dəfədir ki, tədqiq edilir və ona görə də elmi yeniliyə malikdir. 

Nar meyvələrinin xəstəlik, zərərvericiləri, onların keyfiyyətə təsiri, növ tərkibi 

respublikamızda  ilk  dəfə  öyrənilərək  müəyyən  edilmişdir  ki,  onları  nar 

meyvəyeyəni,  alma  meyvəyeyəni,  nar  mənənəsi,  tor  və  qırmızı  gənələr,  üzüm 

qurdu,  alman  arısı,  xəstərliklərdən  isə  fomorsis,  meyvələrin  boz  çürüməsi,  qara 

çürümə  (qara  sürmə),  mexaniki  zədələnmə  nəticəsində  müxtəlif  xəstəliklərlə 

zədələnmə, suvarmadan sonra çatlamada ziyan vurur. Bu xəstəlik və zərərvericilər 

nar  meyvələrini  zədələyib,  keyfiyyəti  pisləşdirir,  həmin  meyvələr  qida  üçün 

yararsız hala düşür. 

Eyni zamanda nar meyvələrinin orqanoleptiki və fiziki-kimyəvi göstəriciləridə 

ə

traflı  öyrənilmişdir.  Bu  baxımdan  iş  elmi  yeniliyə  malikdir,  onun  nəzəri,  elmi, 



təcrübi əhmiyyəti vardır. 

Tədqiqat işinin təcrübi əhəmiyyəti. 

Nar respublikamızda kütləvi halda istehlak olunan ərzaq məhsuludur. Nardan 

müxtəlif  məhsullar  hazırlanır,  o,  zəngin  kimyəvi  tərkibə  malik  olub,  müxtəlif 

xəstəlikləri  müalicə  edir.  O,  emal  sənayesi  üçün  qiymətli  xammaldır.  Nar 

qidalanmada əvəzsiz olub, tibbidə geniş müalicə vasitəsi kimi istifadə edilir. 

Tədqiqatın nəticələrinin nəşri. 


 

Müəllif tədqiqatın nəticələrini bir məqalə şəklində hazırlayıb, nəşr olunmağa 



təqdim etmişdir. 

 

şin quruluşu və həcmi. 

Magistr  dissertasiyası  3  fəsildən,  14  bölmədən  və  74  səhifə  kompyuter 

yazısından  ibarıtdir.  Dissertasiya  mətninin  tərtib  edilməsində  70  xarici  və  ölkə 

ə

dəbiyyat  mənbəyindən  istifadə  edilmişdir.  Mətndə  9  cədvəl  verilmişdir. 



Tədqiqatın  nəticələri  riyazi-statistik  üsulla  işlənmişdir.  Təcrübədə  olan  xətalar 

icazə verilən normalara uyğundur. Tədqiqatın nəticələri orijinallığı və yeniliyi ilə 

fərqlənir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



GIRIŞ 

 

Azərbaycan  Respublikası  əhalisinin  rifahının  yaxşılaşdırılmasında  qida 

məhsullarının əhəmiyyəti böyükdür. Azərbaycan hökuməti əhalini hər növ meyvə-

tərəvəz  məhsulları  (nar,  alma,  armud,  pomidor,  kələm)  ilə  təmin  etməyə  böyük 

diqqət  yetirir.  Eyni  zamanda  onun  istehsalını  artırmaq,  çeşidini  genişləndirmək, 

keyfiyyətini  yüksəltmək,  yığılması,  daşınması  və  saxlanması  zamanı  itkilərin 

azaldırması haqqında tədbirlər həyata keçirir. 

Yüksək məhsuldar sortların istehsalı, xəstəlik, zərərvericilərə davamlı və əhali 

tərəfindən geniş tələb olunan məhsulların artırılmasına böyük əhəmiyyət verilir. 

Səmərəli qidalanma balansında nar meyvəsi ilə qidalanmanın əhəmiyyəti çox 

böyükdür. Nar müxtəlif xəstəliklərin müalicəsində, immunitetin yüksəldilməsində, 

qan  təzyiqində  tətbiq  edilir.  Narda  insan  orqanizmi  üçün  lazım  olan  zəruri 

vitaminlər,  mineral  maddələr,  üzvi  turşular,  müxtəlif  karbohidratlar,  aşılayıcı 

maddələr, rəngləyici və ətirli maddələr vardır. 

Subtropik  meyvəçilik  kənd  təsərrüfatının  böyük  sahəsidir.  Subtropik 

meyvələrə  sitrus  meyvələri  zeytun,  incil,  feyxoa  və  nar  aiddir.  Bu  subtropik 

meyvələrin respublikamızda əkin sahəsi 37 min hektardır. 

Hal-hazırda  orta  hesabla  adam  başına  meyvə  35  kq,  o,  cümlədən  sitrus 

meyvəsi 2 kq təşkil edir. Qidalanma institutunun məlumatına görə elmi əsaslanmış 


 

normaya  əsasən  hər  bir  insan  il  ərzində  106-113  kq,  o  cümlədən  subtropik 



meyvələr 6-7 kq istehlak edilməlidir. Ölkə əhalisinin tələbatını təmin etmək üçün 

subtropik  meyvələr,  onun  perspektivdə  istehsalı  1,8-2,0  mln.  tona  qarşı  186  min 

ton  təşkil  edir.  Azərbaycanda  1965-ci  il  mart  plenyumu,  1969-cu  il  avqust 

plemundan sonra meyvəçilik kənd təsərrüfatının aparıcı sahəsinə çevrilmişdir. Qısa 

müddət ərzində meyvə sahəsi 2,2 dəfə, istehsal isə 2,9 dəfə yüksəlmişdir. 

Respublikamızın  Nazirlər  Soveti  tərəfindən  kənd  təsərrüfatı  istehsalının 

ixtisaslaşması  və  inkişafı  haqqında,  o  cümlədən  meyvəçiliyin  inkişafı  haqqında 

qərar və tədbirlər müəyyən etmişdir. Bu qərarda kənd təsərrüfatının əsas məsələləri 

və o, cümlədən subtropik meyvəçiliyin inkişafı tədbirləri müəyyən edilmişdir. Bu 

qərar  meyvəçiliyin  sürətli  inkişafına  təkan  vermişdir  və  bu  sahədə  yeni  mərhələ 

açmışdır.  Həmin  sahələri  inkişaf  etdirmək  üçün  meyvəçilik  və  tərəvəzçiliyə  dair 

böyük dövlət komitəsi birliyi yaradılmışdır. 

Son illərdə respublikamızda subtropik bitkilərin sort tərkibini yaxşılaşdırmaq, 

aqrotexniki  tədbirləri  yüksəltmək,  meyvə  bağlarının  suvarılması  və  xəstəlik, 

zərərvericilərdən  qorunmasına  dair  böyük  işlər  aparılmışdır.  Eyni  zamanda  nar 

bitkisinin sort tərkibinində yaxşılaşması əsas məsələlərdən biridir. 

Qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  meyvəçiliyin  inkişafı  respublikamızda 

ə

halinin artan tələbatını təmin etmir. əhalinin sayının artmasına baxmayaraq, adam 



başına  istehsal  olunan  meyvənin  istehsalı  əhalinin  artan  tələbatını,  qidalanma 

rasionunun  quruluşu  elmi  əsaslanmış  normalara  cavab  vermir,  bu  eyni  zamanda 

meyvəçiliyədə aid edilir. 


 

Insanın  enerji  tələbatının  30%-i  meyvə,  giləmeyvə,  tərəvəz  və  subtropik 



meyvələr  hesabına  ödənilir.  Meyvə-tərəvəzlərdə  bioloji  fəal  maddələr  çoxdur. 

Onlarda  şəkərlər,  limon  turşusu,  tanin,  kaliumun  xlorlu  birləşmələri,  kalium, 

kalsium, natrium, dəmir, fosfor, maqnezium, manqan, şəkərlər, aşılayıcı maddələr, 

qılaf,  kül,  limon  turşusu,  qlyukoza,  protein,  pektin,  vitamin  “C”,  tiamin  (vitamin 

B

1

), riboflavin (vitamin B



2

), bor turşusu, vitamin PP, yağ, nişasta, azotlu maddələr 

və  mineral  maddələr  vardır.  Narın  meyvələrində  15  amin  turşusu,  o,  cümlədən  6 

ə

vəzedilməz, metionin, valin, miozin, treonin, fenilalanin, leytsin zülalları vardır. 



Nar  təzə  halda  istifadə  edilir,  narın  bir  çox  sortları  müalicə  vasitəsi  kimi, 

həmdə qədimdən tibbidə istifadə olunur. 

Nar birkisini 400-dən artıq sortu vardır. Azərbaycanda nar sortları yetişdirən 

və  keşmiş  SSR -də  bu  sahədə  çalışan  bir  çox  elmi-tədqiqat  institutları, 

Azərbaycanda Genetika və Seleksiya institutu nar sortları üzərində işləyərək yeni 

sortlar yaratmışlar. Azərbaycanda yabanı qara dənəli və kiçik meyvələrə malik nar 

sortu vardır. 

randa və ona yaxın ölkələrdə nar sortları çoxdur. Bir çox sortlar isə hazırda 

yaxşı  öyrənilməmişdir  (A.C.  Karamarxı,  1979).  Iranda  əsas  narçılıq  rayonları 

Cənubi  Xorasan,  Tehran,  Şiraz  hesab  edilir.  ən  yüksək  keyfiyyətli  nar  sortları 

ə

sasən Əfqanıstanda (Kandahar oazisi) becərilir. 



Hal-hazırda  nar  məhsulu  əsasən  təzə  istehlakda  və  emalda  istifadə  olunur. 

Narçılığın əsas vəzifəsi nardan istifadənin müddətini uzatmaq və bütün bölgələrdə 

il ərzində əhalini nar məhsulu ilə fasiləsiz təmin etməkdən ibarətdir. Bu problemi 

həll  etmək  üçün  onun  əkin  sahəsini  genişləndirmək,  çeşidini  yüksəltmək, 



 

10 


tezyetişən  və  gecyetişən  nar  sortlarını  əkmək,  daşınmaya  və  saxlanmaya  davamlı 

sortları  becərmək  məqsədə  uyğundur.  Təxmini  hesablamalar  göstərmişdir  ki,  nar 

məhsulunun 20% respublikanın sənaye mərkəzlərinə göndərilməsi nəzərdə tutulur, 

odur  ki  bu  yerlərə  narı  göndərmək  üçün  kifayət  qədər  daşınmaya  davamlı  nar 

sortları  əldə  olunmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  narı  daşımaq  və  uzun  müddət 

saxlamaq  üçün  onun  saxlamasını  maksimum  artırmaq  və  istifadə  müddətini 

artırmaq çox vacibdir.  

Nar  Azərbaycan  xalqı  və  digər  ölkə  xalqlarının  sevimli,  qiymətli  meyvəsi 

hesab  edilir  və  onun  əkin  sahəsi  bizim  respublikada  geniş  sahələri  tutur.  Hətta 

respublikamızda  Göyçayda  ixtisaslaşmış  nar  sovxozu  yaradılmış  və  orada  nardan 

müxtəlif məhsullar- nar şirəsi, nar şərab və digər faydalı məhsullar hazırlanır. Hətta 

hər  bir  azərbaycanlı  ailəsinin  şəxsi  təsərrüfatlarında  özlərini  təmin  edəcək  halda 

nar məhsulu yetişdirilir. Bir çox təcrübə müəssisələri və institutları narın yeni sort 

və  formalarını,  aqrotexnikasını  öyrənir,  yerli  şəraitə  uyğun  olan  yeni  sortlar 

yaratmaq üçün seleksiya işləri aparılır. 

Nar  meyvələrindən  komportlar  və  spirt  məhsuluda  hazırlanır  (A.Я.Кузмин, 

1968). 

Nar  çox  faydalı  meyvələr  sırasına  daxildir.  Narın  meyvələrində  orqanizmə 



lazım  olan  vitaminlər,  mineral  maddələr  və  həll  olan  karbohidratlar  vardır. 

Aşılayıcı və ətirli maddələrdən narın dadı və həzm olma xüsusiyyətləri asılıdır. 

Azərbaycan Respublikasının dövlət komitəsinin məlumatına əsasən son illərdə 

(2003-2014) meyvə və giləmeyvə istehsalı 14,5-15,5 mln.tona çatdırılıb. Müəyyən 



 

11 


edilmişdir  ki  nar  meyvələrindən  texniki  emal,  qidalanma  və  tibbidə  geniş  halda 

tətbiq edilir. 

Bütün  bu  məsələlərin  öyrənilməsi  aktual  olmaqla  bərabər,  nəzəri,  təcrübi  və 

böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. 

Aparılan  tədqiqat  işinin  məqsədi  “xəstəlik  və  zərərvericilərin  narın  istehlak 

xassələrinə  təsiri  və  keyfiyyətin  ekspertizasıdır”.  Bu  məsələləri  öyrənmək  üçün 

2014-2016-cı  illərdə  bizim  tərəfimizdən  aşağıdakı  məsələlər  ətraflı  öyrənilmiş  və 

tədqiqat  işi  aparılmışdır:  ədəbiyyat  xülasəsi,  nar  meyvələrinin  quruluşu,  kimyəvi 

tərkibi,  qidalılıq  dəyəri  və  əhəmiyyəti,  narın  sortları,  yetişməsi  və  meyvələrin 

yığılması,  narın  daşınma  şəraitinin  meyvələrin  saxlanılmasına  təsir  edən  amillər, 

onun  saxlanma  şəraiti  və  müddəti,  normativ  sənədlər,  nar  meyvələrinin  standart 

keyfiyyət  göstəriciləri,  nar  üzərində  tətbiq  edilən  pestisidlərin  təhlükəsizlik 

göstəriciləri,  narın  xəstəlilərinin  keyfiyyətə  təsiri,  narın  zərərvericilərinin 

keyfiyyətə  təsiri, işin  təşkili və tədqiqatın  üsulları,  ekspertizanın obyekti  və  onun 

səciyyələndirilməsi,  nümunənin  götürülməsi  və  onun  analizə  hazırlanması, 

tədqiqatın  üsulları  və  onun  qısa  halda  səciyyələndirilməsi,  eksperimental  hissə, 

narın  meyvələrinin  keyfiyyət  göstəricilərinin  orqanoleptiki  ekspertizası,  narın 

meyvələrinin  keyfiyyət  göstəricilərinin  fiziki-kimyəvi  ekspertizası,  riyazi-statistik 

üsulla  analizin  nəticələrinin  işlənməsi  və  onun  müzakirəsi.  Bütün  bu  məsələlər 

öyrənildikdən sonra nəticə və təkliflər hazırlanmışdır.  

 

 

 



 

12 


 

 

 



 

BÖLMƏ I  ƏDƏBIYYAT  CMALI 

1.1. Narın meyvələrinin quruluşu, kimyəvi tərkibi, qidalılıq dəyəri və 

əhəmiyyəti. 

 

Subtropik  birkilər  içərisində  nar  ən  qiymətli,  əhəmiyyətli  subtropik  bitkidir. 



Nar  meyvələri  kənd  təsərrüfatı  üçün  çox  əhəmiyyətli  bitkidir.  Nar  keşmiş  SSR  

məkanında  Qafqazın  Qara  dəniz  sahillərində,  Abxaziya,  Acariyada,  Adlerdə, 

Soçidə,  Krasnodar  vilayətində,  Dağıstan  Muxtar  Respublikasında,  Orta  Asiyanın 

bir  çox  rayonlarında  və  Azərbaycanın  bütün  bölgələrində    becərilir.  Adambaşına 

Azərbaycanda  orta  hesabla  35  kq,  o  cümlədən  2  kq  subtropik  meyvələr  2  kq, 

qidalanma institutunun məlumatına əsasən hər bir adam 113 kq, o cümlədən 6-7 kq 

subtropik meyvələrlə qidalanmalıdır. 

Subtropik  bitkilər  içərisində  nar  meyvələri  kənd  təsərrüfatı  üçün  iqtisadi 

cəhətdən  faydalıdır.  Bu  baxımdan  nar  Azərbaycan  ərazisində  hər  yerdə  və  geniş 

yayılmışdır.  əsas  nar  sahələri  keçmiş  SSR   ərazisində  Zaqafqaziya,  Orta  Asiya 

respublikası,  Ukrayna  və  Rusiya  federasiyası  ərazisində  yerləşir.  Azərbaycanın 

təbii iqlim şəraiti nar yetişdirilməsi üçün çox əlverişlidir. Nar Azərbaycanın bütün 

bölgələrində  yetişdirilir.  Alimlər  tədqiqat  nəticəsində  müəyyən  etmişlər  ki,  bir 

hektar nar sahəsindən 200-250 sentner məhsul əldə etmək olur. azərbaycanda nar 

sahəsi 4120 hektar, onun 2000 hektarı meyvə verən bağlardır. 


 

13 


Sənaye  miqtasında  nar  əsasən  düzənlik  bölgələrdə,  Şirvanda  (Göyçay,  Ucar, 

Ağdaş, Kürdəmir, Ləki, Qazıməmməd, Ağsu, Əli-Bayramlı) yetişdirilir. Qarabağ-

Mil  bölgəsində  isə  Tər-tər,  Ağdam,  Bərdə,  Goranboyda  və  Gəncə-Qazax 

rayonlarında becerilir. Apşeron bağlarında və Bakı ətrafı ərazilərdə də geniş halda 

becerilir.  Xüsusilə  nar  bağları  Mərdəkan  kəndində,  Şüvalan,  Buzovna,  Maştağa, 

Fatmai, Pirşağı kəndlərində geniş yayılmışdır. Mərdəkan kəndində Azərbaycan ET 

bağçılıq  və  subtropik  bitkilər  institutu  yerləşir  ki,  orada  yeni  yüksək  məhsuldar 

sortlar  yetişdirilir.  Maştağada  isə  subtropik  bitkilər  becərilir.  Ən  çox  isti 

rayonlarda,  xüsusilə  Tər-tər,  Ağdam,  Bərdə,  Goranboy  rayonlarında  hansı  ki,  il 

ə

rzində  soyuq  olmayan  günlərin  sayı  240-250  gün  təşkil  edir,  burda  nar  şirəsi 



istehsal etmək üçün sortlar yetişdirilir. Gəncə-Qazax bölgəsində isə təbii nar şirəsi 

istehsal etmək üçün yaxşı sortlar yetişdirilir. 

Payız  yağışları  və  yüksək  rütubət  bizim  respublikada  nar  meyvələrinin 

keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

1998-2002-ci  illərdə  nar  sahələri  9,9%  yüksəlib  və  bizim  respublikada  nar 

bağlarının  sahəsi  87,5  min  hektar  təşkil  edir.  Bu  illər  ərzində  nar  meyvələri 

istehsalı 1,3 dəfə artmış və 516,8 min ton təşkil etmişdir. Göstərilən rəqəmlərdən 

görünür ki, son 5 ildə bağçılıq və meyvəçilik sahəsində xeyli inkişaf baş vermişdir. 

Nar  haqqında  ölkə  və  xarici  ölkələrdə  ədəbiyyat  mənbələri  çox  azdır,  olan 

məlumatlar isə nar və onun becərilməsinə aiddir. 

Narın kimyəvi tərkibi, biokimyəvi, aqrotexniki amillərin narın keyfiyyətinə və 

onda baş verən dəyişkənliklər haqda ədəbiyyat məlumatları çox azdır. 



 

14 


Nar  Pinicaceae  fəsiləsinə  aiddir,  burda  bir  cins  vardır  ki,  orada  iki  növ 

P.protopunica  Balf.  və  P.granatum  Z.  daxildir.  P.protopunica  Balf.  növü  Hind 

okeanı  Sokotra  adasında  olan  növlə  eynidir,  bu  növ  yerli  növdür,  daimi  yaşıldır, 

meyvələri isə xırdadır, təsərrüfat əhəmiyyətinə malik deyildir. 

P.granatum  Z.  növünün  həm  mədəni,  həmdə  cır  formaları  vardır. 

P.granatium.Z  növü  qidalanmada  istifadə  edilir,  digər  növün  isə  tətbiqi  hələlik 

müəyyən edilməyib. 

Nar cinsinin adı qədim xalqlardan olan punn, korfogen koloniyası sahəsindən 

nar  ilk  dəfə  olaraq  Avropaya  gətirilmişdir.  Narın  adı  (granatium)  latın  sözündən 

olub  dənəvər  deməkdir.  Nar  ağacının  hündürlüyü  1,5  metrdən  6  metrə  qədər 

böyüyür. Narın vegetasiya müddəti 180-215 günə çatır. Meyvənin inkişafı 120-160 

günə başa çatır. Nar ağacı 3-cü ildə bar verir. Nar ağacının ömrü 50-70 ildir. 

O.P.Kulkovanın  məlumatına  görə  (1983)  Özbəkistanda  becərilən  subtropik 

bitkilər  içərisində  ən  çox  yayılanı  nardır.  Son  10  ildə  sənaye  miqyasında  nar 

Özbəkistanda becərilməyə başlanmışdır. 

Özbəkistanda  elmi  əsaslarla  nar  O.P.Kulkovanın  (1980)  rəhbərliyi  altında 

1953-1976-cı  illərdə  cənubi  Özbəkistan  təcrübə  stansiyasında  və  Lenin  ordenli 

(P.P.Şrider) adına subtropik bitkilər institutunda becərilməyə başlanmışdır. 

Nar  bitkisinə  dair  tədqiqatlar  Özbəkistanda  və  digər  ölkələrdə  aşağıdakı 

alimlər Б.С.Розанов (1939, 1940, 1957, 1958, 1959, 1960), В.В.Кузнетсов (1949, 

1952, 1953, 1956), С.М.Животинская (1957, 1959), А.Д.Стребкова (1935, 1936, 

1937,  1940,  1941,  1958),  Л.Т.Толиматов  (1955),  П.А.Поволочка  (1937), 

П

.Г.Викторовский  (1932)  və  başqaları  tərəfindən  aparılmışdır.  Azərbaycanda 



 

15 


nara  dair  tədqiqatlar  .M.Axund-zadə  və  başqaları,  1954,  A.D.Strebkova,  1941, 

A.Q.Əliyev, 1941, A.D.Rəcəbli, 1935, A.Q.Abdullayev, 1956, D.M.Əliyev, 1940, 

P.K.Əliyev  və  .A.Dəmirov,  1949,  C.A.Aslanov,  1958,  Əmirşax-Əli,  1937  və 

başqaları tərəfindən aparılmışdır. 

S.N.Jarova  və  başqaları  (1987)  qeyd  edirlər  ki,  narın  əsas  istehsalçısı 

Azərbaycan və  Əfqanıstan hesab  edilir. Narın  meyvələri  əsas  üç hissədən: qabıq, 

toxum  və  şirə  hissəsindən  ibarətdir.  Bu  hissələrin  bir-birinə  nisbəti  aşağıdakı 

kimidir: narın qabıq hissəsi-27,89 – 51,76%, toxumu-7,78-22,14%, şirə isə 38,86-

63,43%. 

Amerikada  istehsal  edilən  və  becərilən  sortlarda  şirə  az  olub,  orta  hesabla 

36,61% təşkil edir. 

Nar  şirəsində  4,4-21%  reduksiya  olunmuş  şəkər,  0,2-45%  limon  turşusu, 

tanin,  xlor  birləşmələri,  kalsium,  kalium,  natrium,  dəmir,  fosfor,  maqnezium, 

manqan və digər elementlər vardır. Bir çox digər alimlər göstərirlər ki,  narda su-

79,3%,  ümumi  şəkər-11,63%,  şəkər-11,0%,  saxaroza-0,63%,  turşuluq-0,77%, 

büzüşdürücü maddələr isə-1,10% təşkil edir. 

E.B.Sapojnikovanın məlumatına görə (1940, 1949, 1954) nar şirəsində qılaf-

2,79%,  kül-0,53%,  invert  şəkər-0,4-3,4%  təşkil  edir.  Müəllif  qeyd  edir  ki,  nar 

meyvəsinin şirəsində saxaroza tək-tək hallarda, alma turşusu isə rast gəlinmir. Orta 

Asiya  respublikalarında  becərilən  nar  meyvələrində  reduksiya  olunmuş  şəkərin 

miqdarı  10,61-13,79%  təşkil  edir.  Üzvi  turşular,  əsasən  limon  turşusu  çoxlu 

miqdarda 1,46-3,3% rast gəlinir. 



 

16 


Ümum  ttifaq bitkiçilik  institutunun  laboratoriyasının  məlumatına görə  narın 

müxtəlif  pomoloji  sortlarının  tərkibində  su  70-89%,  invert  şəkər  8,22-19,70%, 

qlyukoza 4,83-10,57%, limon turşusu isə 0,20-9,05% təşkil edir. 

Azərbaycanda  Maştağa  təcrübə  stansiyasının  tədqiqatının  nəticələrinə  görə 

narın müxtəlif pomoloji sortlarının tərkibi şəkər və turşu ilə zəngindir (Cədvəl 1). 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin