Cədvəl 1.
Narın müxtəlif pomoloji sortlarının şirəsində şəkər və turşunun miqdarı
(yaş kütləyə görə %-lə).
Pomoloji sortlar
Quru maddə
Turşuluq
(alma turşusuna
görə)
Ümumi şəkər
Nazik qabıq
19,8
3,65
15,97
Qırmızı qabıq
18,0
3,44
13,43
Göy nar
16,9
0,98
14,61
Malakeş
19,8
2,37
17,15
Vələs
17,9
1,78
14,68
Surxanar
18,6
2,07
16,38
Açıq dona
19,1
2,69
15,35
D.M.Əliyev (1972) qeyd edir ki, narın şirəsində su 76-78%, şəkər 14-21%,
turşu 3-4; və protein 1,5% təşkil edir.
17
2-ci cədvəldə narın şirəsində şəkərlə turşunun nisbəti 2-ci cədvəldə
verilmişdir. Cədvəldən görünür ki, müxtəlif nar sortlarında kimyəvi tərkib
müxtəlifdir.
Cədvəl 2
Pomoloji sortlar
Ümumi şəkər
Turşuluq
(limon turşusuna
görə) %-lə
Qırmizi gülöyşə
13,20
2,60
Bala Mürsəl
14,98
1,86
Vir 1
15,09
1,85
Ş
irin nar
14,65
0,39
Vanderful
14,10
0,58
Özbək nar sortlarının şirəsinin tərkibində şəkərin miqdarı -10-17,9%, turşu-
0,429-1,963%, şirə çıxarı isə orta hesabla 37,58-59,94%-ə çatır. Azərbaycan nar
sortlarının qabığının tərkibində aşılayıcı maddənin miqdarı 33,12%-dən çoxdur.
Təbiətdə bitən cır nar sortlarının qabığında aşılayıcı maddə 35%-ə qədərdir. Onun
ş
irəsində isə 6-9mq% “C” vitamini, qabığında isə 3 dəfə çox “C” vitamini
müəyyən edilmişdir.
18
Cə dvə l 3
Özbə k nar sortlarının ş irə və qabığ ında kimyə vi tə rkibi aş ağ ıdakı kimidir
(yaş külə yə görə %-lə )
Nar
Su
Reduksiya
olunmuş
şə
kər
Turşuluq Aşılayıcı
maddə
Pektin
Qılaf
Ş
irə
82,76
15,05
2,25
1,13
-
-
Qabıq
32,79
14,11
0,97
11,85
5,88
9,05
Bir çox tədqiqatçılar, o cümlədən A.P.Mares (1973) qeyd edirlər ki, narın
ş
irəsində “C” vitamini 4,46-12,4 mq%, tiamin (vitamin B
1
)- 0,004-0,036mq%,
riboflavin (vitamin B
2
) -0,032-0,27 mq% təşkil edir.
Bizim tərəfimizdən 2014-2016-cı illər ərzində Sabirabad rayonu ərazisində
yetişdirilmiş və oktyabr ayında yığılmış nar meyvələrinin müxtəlif sortları analiz
edilmişdir. Onların kimyəvi tərkibinin nəticələri (orta hesabla) müxtəlif sortlarda
4-cü cədvəldə verilmişdir. 4-cü cədvəldən görünür ki, Sabirabad rayonunda
becərilmiş və oktyabrda yığılmış nar meyvələri az turş olmaqla bərabər, aşılayıcı
19
maddə də azdır. Oktyabr ayında yığılmış nar meyvələrində şəkər və turşuluq bir
qədər dəyişmiş eyni zamanda nar meyvələrinin həcmi və kütləsi dəyişmiş və
nəticədə nar dənələrinin kütləsi artmış və yeyilən hissəsi artmışdır.
Cədvəl 4
Müxtəlif nar sortlarının şirəsində şəkər və turşuluğun miqdarı (yaş
kütləyə görə %-lə).
Pomoloji sortlar
Quru maddə
Ümumi şəkər
Turşuluq
(alma turşusuna
görə)
Nazik qabıq
19,4
17,3
2,37
Qırmızı qabıq
18,5
25,8
2,05
Mələs
18,9
15,03
1,68
Açıq qırmızı gülöyşə
17,5
14,96
2,01
Bala Mürsəl
15,6
16,8
1,92
Ş
irin nar
18,04
19,92
0,35
Ş
ah nar
18,11
18,90
2,04
Qırmızı gülöyşə
19,9
16,98
2,09
Qeyd etmək lazımdır ki, oktyabrda yığılan nar meyvələrinin çəkisi artmış və
quru maddədə yüksəlmişdir. Oktyabrda nar tam yetişəndə onda şəkər toplanır və
quru maddənin miqdarıda artır.
A.S.Qaraşarlı (1979) qeyd edir ki, iyil, avqust aylarında yığılan sortlarda şəkər
az, sentyabrda yığılan meyvələrdə isə şəkərin miqdarı 1,5-2 dəfə artmışdır.
Araşdırmalar vasitəsilə müəyyən edilmişdir ki, ən çox şəkərin miqdarı şirin
nar, nazik qabıq, bala mürsəl, şah nar və qırmızı gülöyşədə müşahidə edilmişdir. ən
çox şəkər toplanması sentyabrın sonlarından oktyabrın axırına kimi baş vermişdir.
Narın tam yetişməsi oktyabrda müşahidə edildiyinə görə öyrənilən sortlarda
20
şə
kərin toplanması intensivlənmiş və ümumi turşuluq buna uyğun olaraq
azalmışdır. Müxtəlif nar sortlarının kimyəvi tərkibinin öyrənilməsi göstərdi ki,
oktyabr ayında yığılan nar sortlarında (şirin nar, şah nar və qırmızı gülöyşə)
şə
kərin miqdarı 4-4,5 dəfə, uyğun olaraq 19,92, 18,90, 16,98% olmuş və nazik
qabıqda isə `17,3% çatmışdır.
Narın kimyəvi tərkibinin öyrənilməsi göstərmişdir ki, narın yetişmə
dərəcəsindən, yığılma dövründən, sort və yetişdirildiyi rayondan asılı olaraq, narın
kimyəvi tərkibi əhəmiyyətli dərəcədə dəyişilir.
A.C.Qaraşarlı (1979) qeyd edilir ki, narın 100 qram yeyilən hissəsinin enerji
vermə qabiliyyəti 52 kkal/218 kC təşkil edir. Harda bor turşusu da (0,005%)
tapılmışdır. F.B.Serevitinova (1949) görə narda yalnız limon turşusu vardır.
Bir çox tədqiqatçılar (A.T.Marx, 1973) qeyd edirlər ki, narın toxumunda yağ-
6,85%, nişasta 22,4%, qılaf-12,6%, azotlu maddələr-9,4%, mineral maddələr-
15,4%, rütubət-35% təşkil edir. Harda 15 amin turşusu vardır ki, onunda 6-sı
ə
vəzedilməz amin turşularına aiddir. Narın meyvələrində 45mq%-ə qədər
metionin, 21,6mq% valin, 14,4mq% lizin, bir qədər az treonin, figilalanin, leytsin
və s. vardır.
Narın mədəni sortları V.N.Alekseyevanın (1953) fikrinə görə yetişmiş qırmızı
qarağatı xatırladır, lakin bir qədər ondan şirindir. Narın ən yaxşı sortlarından şirə
almaqda istifadə olunur.
P.K.Əliyevanın (1961, 1972) məlumatına görə narın yeyilməyən hissəsində
xeyli miqdarda pektin (5,3%) maddəsi vardır.
21
Pektin maddəsinin vacib və səciyyəvi xüsussiyyəti onun şəkər və turşu iştirakı
ilə həlməşik maddə əmələ gətirir. Onun bu xüsusiyyətindən qənnadı sənayesində
lele istehsalında, jem, marmelad, pastila və meyvəli karamel üçün içliklər
hazırlanmasında (В.Я.Крестович, 1974) istifadə olunur.
Narın mədəni və yabanı sortlarının şirəsindən qida sənayesində quru ekstrakt
və şirələr hazırlanır ki, buda qənnadı sənayesində istifadə olunur. Quru nar
ekstraktının kimyəvi tərkibinin analizi göstərilmişdir ki, onda quru kütləyə görə
şə
kər -36,7 mq%, yağ-2,0 mq %, limon turşusu-19,35 mq %, vitamin c-71,2mq%
təşkil edir.
Eyni miqdarda şəkərlə nar şirəsini bişirdikdə dadlı işki-qrenadin alırlar ki,
ondanda limonad istehsalında nar şirəsindən qatı şirə halında “narşərab” hazırlanır.
Narşərab Azərbaycanda və Qafqazda ət və balıq məhsullarına sevimli qaqı kimi
istifadə edilir. O, xarab olmadan bir ilə qədər saxlanılır. Nar şərabı Xanlar, Yevlax,
Göyçay rayonlarında olan zavodlarda təbii halda bitən nar meyvələrindən
hazırlayaraq, onun üzərinə 40-45% şəkər əlavə edib, möhkəm qaynadırlar. Nar
şə
rabdan iştahanı yaxşılaşdırmaq, həzmi asanlaşdırmaqda və sınqa xəstəliyində
müalicə vasitəsi kimi istifadə edilir. Nar şirəsi sənaye miqyasında ümum ittifaq
konserv sənayesi institutu və Azərbaycan Elmi-tədqiqat bağçılıq və subtropik
bitkilər institutunda hazırlanmışdır.
Bitki rəngləri haqqında və nar qabığından alınan rənglərdən ipliyin
rənglənməsində, yun və xalçaçılıqda da ondan alınan rənglərdən istifadə edilir.
M.A.Qasımovun (1973) məlumatına görə 34 tədqiq olunan rəngli bitkilərdən
Azərbaycanda nar qabıqınında adı qeyd edilir.
22
Narın pektin maddəsindən tibbidə qankəsici maddə kimi istifadə olunur. Narın
bu xüsusiyyətindən istifadə edərək genofobin preparatı hazırlanıbki, ondanda
tibbide geniş halda qanitkisində, cərrahiyyədə, dişhəkimliyi işlərində və uraloji
təcrübədə istifadə olunur. Narın toxumunu xaş xaşla birgə qızardıb istifadə etdikdə
ishalı müalicə edir.
Nar meyvələrindən malyariya xəstəliyinin və yanıqların müalicəsində istifadə
edilir. Eyni zamanda ürəyin müalicəsində tətbiq edilir. O, öskürəyin, şirin nar isə
böyrəyin xəstəliyində, turş nar şirəsi isə böyrək daşı və öd kisəsində olan daşların
müalicəsində istifadə edilir. Nar şirəsi eyni zamanda hemoroy xəstəliyində tətbiq
edilir. Bişirilmiş nar şirəsi bal ilə qarışdırılaraq burunda olan poliplərin
müalicəsində tətbiq edilir. Qatılaşdırılmış nar şirəsi (harrub) insulinin az bir dozası
ilə qatışdırılıb müxtəlif şəkər xəstəliyinin müalicəsində istifadə olunur
(H.A.Dəmirov, D.Z.Şükürov, 1973).
Şə
ki rayonunda narın meyvələrindən nardoşa şirəsi hazırlayaraq ondan qatı
plovda istifadə edir, həmdə lülə-kabab və kababda istifadə edirlər. Narın aşağı
keyfiyyətli təbii sortlarından limon turşusu emal edirlər.
H.A.Dəmirov və D.Z.Şükürovun məlumatına görə (1973) 1933-cü ilə kimi
keşmiş SSR məkanında onun natriumlu turş limondan konservləşdirmədə, tibbidə
SSR və xaricdə qanda stabilizator kimi istifadə edilmişdir. Limon turşusunun
zavodda istehsalı ilk dəfə SSR -də 1940-cı ildə Bakıda istehsal edilmişdir.
Beləliklə, nar toxumasının quruluşunun öyrənilməsi, kimyəvi tərkibi, qidalılıq
dəyəri, əhəmiyyətinin öyrənilməsi göstərdi ki, narın kimyəvi tərkibi zəngin və
müxtəlifdir. Narın meyvələri çox qəribə və möcüzəvi meyvələrdən biri hesab
23
edilir. Onun qidalılıq, istehlak və müalicəvi xüsusiyyətləri çox yüksək
qiymətləndirilir. Dünyada narın 400, Azərbaycanda isə 15-dən artıq sortları
mövcuddur. Onlar respublikadan kənarda əhali tərəfindən böyük tələbatla
qarşılanır. Narın kimyəvi tərkibi sortdan, becərildiyi rayon və şəraitdən, yetişmə
dərəcəsindən, yığılma müddətindən, suvarmadan və xəstəlik, zərərvericilərə qarşı
mübarizədən, daşınma və saxlanma şətaiti və müddətindən asılıdır. narın dadı,
pəhriz, müalicəvi xüsussiyyətləri onun tərkibində olan üzvi, mineral maddələrin,
vitamin, şəkər, pektin, üzvi turşuların miqdar və keyfiyyətindən asılıdır.
1.2. Narın sortları, yetişməsi və meyvələrin yığılması
Bütün nar sortları quruluşuna, ölçüsünə, forma, meyvələrin rənginə, kimyəvi
tərkibinə, dad və yetişməsinə, məhsuldarlığına görə bir-birindən fərqlənirlər. Nar
sortları pomoloji sortlar adlanır. Narın sortları iki yarım növə daxildir: qırmızı
qabıqlı və zəif qırmızı rəngli. Qırmızı qabıqlı narın meyvələrinin şirəsi intensiv
rəngli və turşaşirin dada malikdir. Zəif qırmızı rəngli sortların çiçəyinin rəngi
bənövşəyi-qırmızı, şirəsi isə ağımtıl malina rəngli, şirin, şirinvari-turş dada
malikdir.
Bu yarım növlərin hər birinin 2 sort qruppasının növ müxtəlifliyi vardır. Narın
hər iki yarım növmüxtəlifliyi öz aralarında fərqlənir.
Narın qırmızı qabıqlı (çiçəkli) yarım növün növmüxtəlifliyi sortlarına
aşağıdakılar aiddir: Surc, Bala Mürsəl, Qırmızı qabıq, Zibeydə, Kazake anar, Tuiki
nar və başqaları.
24
Bənövşəyi-qırmızı çiçəkli narın yarım növlərə aşağıdakı nar sortları aiddir:
Bedana, Ulduz, Açıq dona, koy hordan, kogan, obik və s. aiddir. Azərbaycanda
yabanı halda bitən qara dənəli turş meyvəlisortuda vardır.
Narın 400-dən çox sortu vardır. Narın sortlarının öyrənilməsi keşmiş SSR və
Azərbaycanda bir çox elmi müəssisələr məşğul olurlar.
Xarici ölkələrdə narın geniş yayılmış sortları – Vanderful, Red meliisse,
Asmar, Sharodi, Siffani, Ras-il-Baghul, Namod, Bint-et-Basha, Goliat, Shami,
Baloxi və digərləri hesab edilir.
Narın randa və ona yaxın ölkələrdə xüsusilə sortları çoxdur. Narın əksər
sortları bu vaxta qədər ətraflı öyrənilməmişdir. Belə nara xnosskiy nar, sevimli
Baqdad sortu aiddir, bu narın zərif dadı və iri dənələri vardır, meyvələrin hər biri
1000 qrama çatır. Iranda yetişdirilən nar xarici görünüşcə və yüksək
məhsuldarlığına görə fərqlənirlər. Iranda əsas narçılıq rayonları Cənubi Xorasan,
Tehran, Şiraz hesab edilir. Yüksək keyfiyyətli nar sortları Əfqanıstanın kandahar
oazisində yetişdirilir.
ABŞ-da 75% nar bağlarında əsasən Vanderful sortu yetişdirilir. Digər sortlar
işərisində ən çox yayılanı Peynşell və spanskiy rubin sortları hesab edilir.
SSR -də ən yaxşı sotrlara Чудленый, Azərbaycan güleyşesi, açıq dona,
Kazake anar, mələs, Turtur, Bala Mürsəl, Şah nar, nazik qabıq, Никитинский
ранний
, ВИР №1. Bu qeyd edilən sortlarda orta hesabla şirə çıxarı 50-60% təşkil
edir.
Azərbaycan dünyada narın əsas ölkəsi hesab edilir. Nar sortları bir çox əsrlər
ə
rzində yüksək keyfiyyətli, məhsuldar olmaqla xalq seleksiyası tərəfindən
25
yaradılmışdır. Bunlara Qırmızı gülöyşə, Azərbaycan gülöyşəsi, mələs, Qırmızı
qabıq, Vələs və s. aiddir.
Xalq seleksiyası tərəfindən bir çox əsrlər ərzində narın toxumsuz pomoloji
sortları yetişdirilmişdir. Alim və seleksiyaçılar tərəfindən son illər nar sortları əldə
etmək üçün xeyli elmi tədqiqat işləri aparılmışdır. Belə zərif dənəli, şirəli sortlar
Zaqqafqaziya və Orta Asiya respublikalarında əldə edilmişdir.
Hal-hazırda bizim respublikada Genetika və Seleksiya institutunun alimləri
tərəfindən yeni məhsuldar nar sortları yaradılır. Bu narların əla dad keyfiyyəti
olmaqla bərabər, həmdə şirə çıxarı yüksəkdir, quraqlığa və aşağı temperatura
davamlıdır.
Ümumittifaq meyvə sərgisində Qırmızı gülöyşə və ВИР №1 pomoloji nar
sortları Qızıl və Gümüş medala layiq görülmüşdür. Bundan başqa ümum ittifaq
xalq təsərrüfatının qiymətləndirici kolleksiyası 8 yerli nar sortları elit sort kimi
qəbul edilmiş və birinci dərəcəli diploma layiq görülmüşdür.
Narın dadı onun kimyəvi tərkibindən asılıdır, burda şəkərlə turşuluğun nisbəti
ə
həmiyyət kəsb edir, narın bH nisbəti 0,58-dən 63,75-ə qədərdir. Narın şirəsində
limon turşusunun miqdarına görə narın pomoloji sortları şirin, turşa-şirin və turş
sortlara bölünür. Meyvələrinin şirəsində limon turşusu 0,9%-ə qədər olanlar şirin,
0,9-dan 1,8%-ə qədər olanlar turşa-şirin və 1,8%-dən yuxarı olanları turş sortlara
aid edilir. Ən yaxşı nar sortlarında 0,9-1,8% limon turşusu və 12%-dən az şəkəri
olmamalıdır. Bunların şirəsində şəkər 15-18% və turşuluq 1,5-2% olur. Turş
sortlarda şəkər 8-10%-ə çatır, turşuluq isə 4-5% olmalıdır.
26
Ə
n yaxşı nar sortlarının meyvəsinin kütləsi 800-1000 qram, orta çəkisi isə
200-300 qrama çatır. Narın homoloji sortlarının məhsuldarlığıda eyni deyildir. Nar
sortlarından Azərbaycan gülöyşəsi, Bala Mürsəl və Qırmızı qabıq sortları ən
yüksək məhsuldarlığa malikdir. Sortlar üzrə onların məhsuldarlığı 170 sentner
təşkil edir.
Bir çox tədqiqatçı və alimlərin məlumatına görə ( .M.Axundzadə, 1964;
Z.Y.Nəbiyeva, 1976) narın aşağıda ən yaxşı sortlarının səciyyəsi verilmişdir.
Qırmızı qabıq. Yerli sortdur. Azərbaycanın Gəncə, Goranboy, Qazax, Tər-
tər, Şamxor, Bərdə rayonlarda yayılmışdır. Meyvələrin rəngi ağ kremvaridir.
Örtücü rəngi tünd, qırmızı-malina kimidir, yanlarında meyvənin uzun xətləri
vardır. Qabığı çox nazikdir. Sort gec yetişəndir. Meyvələri orta ölçüdə və kiçik
olur. meyvənin orta kütləsi 180-200 q çatır, maksimum isə 400-600 q olur,
meyvələrin forması yastı-dairəvidir.
Qabığın səthi hamar, parıltılı, bəzi yerləri mantarlaşmış olur, xüsusilə boynun
ə
sası. Dənələrinin və şirəsinin rəngi intensiv və tünd-albalıvaridir. Dənələri orta
ölçülü və böyük olub, 100 dənənin kütləsi 3,40-90,6%. Meyvədə şəkərin miqdarı
14,1%, turşuluğu 2,24%-ə çatır.
Ş
irə çixarı meyvənin ümumi kütləsinin 60%-ni təşkil edir. Meyvələri
noyabrda yetişir. Sortların məhsuldarlığı ortadır. Sort nəqliyyatda pis daşınır.
Qırmızı qabıq sortundan şirə çəkmək və desert meyvə kimi istifadə olunur.
Qırmızı gülöyşə . Yerli sortdur. Şirvanda, Apşeron və Gəncə bölgəsində
qırmızı-malinovari və qırmızıdır. Meyvəsinin kütləsi 220-250q, maksimum isə
350-550q çatır. Meyvənin forması-dairəvi və ya uzunvaridir. Meyvənin qabığı
27
nazlikdir. Dənələri orta ölçülü və böyük olur. 100 nar dənəsinin kütləsi 36,5-39,0 q
olur. Şirə çıxarı yüksək olub, meyvənin kütləsinin 52-54%-ni təşkil edir. Dənə və
ş
irənin rəngi tünd-albalıya oxşardır. Meyvədə şəkərin miqdarı 14,4%, turşuluq -
1,84% olur. Meyvələrin saxlanma xüsusiyyəti orta olub, daşınmaya davamsızdır.
ə
sasən şirə istehsalında və desert meyvə kimi istifadə edilir.
Azə rbaycan gülöyşə si. Meyvələri kürəvari olub, boyun hissədən
silindrvaridir. Meyvənin orta kütləsi 220 q çatır. Əhali tərəfindən geniş halda tələb
edilir. Meyvəsinin qabığı nazik, parlaq, tünd qırmızı və ya qırmızıdır. Meyvələrin
nazik arakəsməsi vardır. Dənələri böyük olub tünd-albalı rənglidir. Parlaq-qırmızı
rəngli çox şirə verir, turş-şirinvari sortlara aiddir, şəkəri 15,95%, turşuluq isə
1,84% təşkil edir.
Şirin nar.
Bu sort çox məhsuldardır. Bir nar kolundan 60-70 kq qədər meyvə
yığılır. Meyvələri yumru və böyükdür. Dənələri parlaq-qırmızıdır, qabığı qalındır.
Meyvələrin orta kütləsi 300-400 q, ayrı-ayrı meyvələrin çəkisi bəzən 600q çatır.
Ş
irənin rəngi parlaq-qırmızı, şirindir. Şəkərin miqdarı 15,5%, limon turşusu az
olub 0,9%-dir. Şirin nar təzə halda istehlak edilir.
Bala Mürsə l. Sortun meyvələri orta ölçülüdür. Meyvələrin kütləsi orta
hesabla 225-260q olub, bəzəndə 600-700q qədər olur. Meyvələrin forması
yastılaşmış-dairəvidir. Qabığı orta qalınlıqda və ya qalındır. Rəngi kremvari-ağdır.
Örtük rəngi qırmızı-malinovari olub, uzununa xətlərə malikdir. Qabığın səthi
hamar, parlaqdır. Dənələrin 100-nun kütləsi-36,4 q. Dənənin və şirənin rəngi
qırmızı və ya tünd-qırmızıdır. əla dada malikdir. Şirə çıxarı 45,6%-dir. Meyvələr
28
az saxlanılır, orta daşınma xüsusiyyətinə malikdir. Meyvələri oktyabrın ortalarında
yetişir.
Bu sort Ağsu, Göyçay, Ucar rayonlarında və Ağdam ətrafı rayonlarda
yayılmışdır. Bala Mürsəl sortuna yaxın sortlar rast gəlinir ki, onlardan Qalın qabıq
sortunu göstərmək olar, onun dənələri iri, qabığı isə qalındır. Bala Mürsəl sortuna
yaxın sortlardan nazik qabıq, nar alma, Qara bala mürsəl sortları ən yaxşı sortları
aiddir.
Bunlar desert sortlara aiddir ki, bunlarında təsərrüfat əhəmiyyəti vardır.
Saxlanması orta, daşınma xüsusiyyəti kafidir.
Şah nar.
Meyvələri orta ölçülüdür. Meyvənin orta kütləsi 240-250q çatır,
bəzəndə meyvələrin kütləsi 800-900q olur. meyvələrin forması dairəvi-yastı
haldadır. Qabığı orta qalınlıqdadır və ya qalın olub, sıx haldadır və ya qalın olub,
sıx haldadır. Dənələri və şirəsi qırmızı və ya tünd albalı rəngdədir. 100 nar
dənəsinin kütləsi 37,0-37,5q. Şirənin dadı əladır. Sortun meyvələri yaxşı saxlanma
və daşınma qabiliyyətinə malikdir. Şah narın meyvələri təzə ilin may-iyun aylarına
qədər saxlanılır. Onun meyvələri xarici ölkələrə desert meyvə kimi göndərilir,
ölkəmizdə qış və yaz aylarında bazarlara göndərilir.
Arik dona sortu. Onun meyvələri-şirindir. Meyvələrinin kütləsi 250-300 q
olub, bəzəndə 1000q. çatır. Meyvələrin forması yastılaşmış-dairəvidir. Şirəsinin
dadı turşa-şirindir. Şirəsində şəkərin miqdarı 14%, turşunun miqdarı 2,5%-dir.
Sortun məhsuldarlığı yaxşı olub, saxlanma və daşınma qabiliyyəti ortadır.
29
Qırmızımeyvə li Şüvalan sortu Abşeron yarımadasında Şüvalan kəndində
yayılmışdır. Arik dona sortuna yaxındır. Ona Azərbaycan ərazisinin heç bir
yerində təsadüf edilmir.
Dostları ilə paylaş: |