AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix04.05.2017
ölçüsü0,65 Mb.
#16544
1   2   3   4   5   6

Mərdəkan  sortu.  Meyvələrinin  orta  kütləsi  310q  çatır.  Meyvələri  iri  olub, 

bəzəndə  500q  olur.  Meyvələrin  qabığı  tünd-moruqvari  rəngdədir.  Dənələri  tünd-

albalı  rəngindədir.  Dadı  turşa-şirindir,  şirə  çıxarı  54,5%  oktyabrın  ortalarında 

yetişir. Daşınma və saxlanması yaxşıdır. 

Yuxarıda  adları  çəkilən  və  təsvir  olunan  sortlar  Azərbaycan  ET  bağçılıq  və 

subtropik  meyvələr  və  genetika  və  seleksiya  institutlarında  rayonlaşdırılmışdır. 

Azərbaycanda  yetişdirilən  sortlar  çox  geniş  yayılmış  məşhur  sortlardır  və  ona 

tələbat yüksəkdir. 

Narın  meyvələri  əllə  yığılır.  Nar  yetişəndən  sonra  çatlamadan  yığılmalıdır, 

gec yığılanda meyvələrin çatlaması yüksəlir. Narı tez yığdıqda məhsul itkiyə gedir 

və keyfiyyətsiz olur. məhsulun yığımı sortlar üzrə  aparılır və buda sortlaşdırmanı 

asanlaşdırılır. 

Beləliklə,  narın  sortlarının  öyrənilməsi,  yetişməsi  və  yığılması  göstərdiki, 

Azərbaycan  dünyada  yüksək  nar  sortamentinə  malikdir.  Bütün  nar  sortları 

quruluşuna,  ölçüsünə,  forma,  meyvələrin  rəngi,  kimyəvi  tərkibi,  dadı,  yetişmə 

müddəti, məhsuldarlığı və şirə çıxarına görə bir-birindən fərqlənir. Nar sortları iki 

yarım növə: qırmızı güllü və zəif qırmızıya bölünür. Bizim şəraitdə nar meyvələri 

becərilmə  yeri  və  şəraitindən  asılı  olaraq  müxtəlif  vaxtlarda  yetişir.  Bir  qayda 

olaraq  nar  meyvələri  avqustun  axırı-sentyabrın əvvələrində  yetişməyə  başlayır  və 

proses  oktyabrın  axırlarına  qədər  davam  edir.  Meyvə  yetişdikcə  əllə  oktyabrın 



 

30 


axırlarına  qədər  yığılır.  Nar  meyvələri  vaxtından  əvvəl  yığıldıqda  məhsuldarlıq 

azalır  və  meyvələr  keyfiyyətsiz  olur.  meyvələrin  yığımı  pomoloji  sortlar  üzrə 

aparılır, buda sortlaşdırmanı asanlaşdırır və keyfiyyəti yaxşılaşdırır. 

 

 



 

 

1.3. Daşınma şəraitinin narın saxlanmasına təsiri. 



 

Meyvələrin daşınması bir neçə gün, bəzəndə 10 günə qədər davam edir. Narın 

kütləvi daşınması temperatur yüksək olan aylarda (sentyabr, oktyabr) baş verir ki, 

bu  da  narın  sonralar  saxlanmasına  təsir  edir.  Itkilərin  miqdarı  daşınma  daşınma 

üsulundan asılıdır. Daşınma zamanı itkilərin miqdarı və səbəbi keyfiyyətsiz məhsul 

göndərilməsidir.  Meyvələr  keyfiyyətsiz  qablaşdırılır,  onları  vaqonlara  düzgün 

çatdırmırlar,  daşınma  zamanı  optimal  temperaturaya  əməl  edilmir,  saxlanma 

müddəti və daşınma müddəti pozulur, meyvələr ehtiyatsız yüklənir və boşaldılır. 

Nar  meyvələrini  daşınma  zamanı  keyfiyyətli  saxlamaq  üçün  onları  daşıyan 

zaman  mütləq  soyudulmalıdır.  Soyudulmamış  meyvələr  yığımdan  sonra  intensiv 

tənəffüs  edir  və  çoxlu  temperatura  ayrılır,  vaqonda  temperatura  yüksələ  bilər. 

Soyudulmamış  meyvələrin  yetişməsi  ötür,  xarab  olur  və  daşınmaya  yararsız  hala 

düşür. 

Meyvələri əsasən 2cür soyudurlar: vaqona yükləməyə qədər və vaqonda ona 



soyuq  hava  vurmaqla.  Vaqondan  kənarda  havanın  temperaturundan  asılı  olaraq 

 

31 


payız  və  qışda  onları  izotermik  vaqonlarda  soyutmadan  və  isti  hava  vurmadan 

aparılır.  Meyvələrin  izotermik  vaqonlarda  daşınması  zamanı  bütün  yol  boyu 

temperatura  2-5

0

C  olmalıdır.  Meyvələrin  daşınması  müddəti  sentyabr-oktyabr 



aylarında 15-20 gün təşkil edir. 

Xarici amillərdən ən çox tənəffüsə təsir edən temperaturadır. Təzə meyvələri 

uzun  müddət  optimal  halda  saxlamaq,  az  itkiyə  məruz  qalması  və  yüksək 

keyfiyyətin saxlanması 0.......1

0

C-də baş verir. 



Meyvələrin  saxlanmasının  nəticələrinə  təsir  göstərən  əsas  amillərdən  biridə 

temperaturun sabitliyidir. Temperatur qəflətən dəyişib, tərəddüd etdikdə meyvələr 

pis saxlanılır. 

Beləliklə,  nar  meyvələrinin  keyfiyyətini  yüksək  halda  saxlamaq  üçün  onları 

soyutmaq  lazımdır.  Soyudulmamış  meyvələr  yığımından  sonra  intensiv  halda 

tənəffüs  edir,  çoxlu  istilik  ayırır  və  vaqonda  temperatur  yüksələ  bilir. 

Soyudulmamış  meyvələr  yetişib,  ötür,  xarab  olur,  saxlanmaya  yaramır.  Təzə 

meyvələri uzun müddət optimal halda saxlamaq və keyfiyyətini təmin etmək üçün 

onları 0...-1

0

C-də saxlamaq məsləhətdir. 



 

1.4. Nar meyvələrinin saxlanılmasına təsir edən amillər, onun saxlanma 

şəraiti və müddəti. 

 

Nar  istilik  sevən  bitkidir,  onun  vegetasiya  müddətində  aldığı  istilik  3000-



3500

0

S-dən  yuxarı  olmamalıdır.  Nar  Zaqafqaziyanın  isti  rayonlarında, 



azərbaycanda  və  digər  yerlərdə  becərilir.  Bu  nöqtəyi  nəzərdən  mülayim  iqlim 

 

32 


şə

raiti,  əlverişli  torpaq-iqlim  şəraiti,  suvarılması  meyvələrin  saxlanmasına  təsir 

edir.  Saxlanma  dövründə  nar  meyvələrində  müxtəlif  proseslər  gedir.  Onun 

saxlanmasına  bir  çox  amillər,  ən  əsası  isə  bioıoji,  meyvələrin  botaniki 

xüsussiyyətləri,  yetişdirildiyi  rayonun  torpaq-iqlim  şəraiti,  vegetasiya  dövründə 

həyata  keçirilən  aqrotexniki  tədbirlər,  yetişkənliyi,  suvarılması,  saxlanılma  şəraiti 

və s. təsir göstərir.  

Onun  botaniki  xüsussiyyətlərinə  toxumanın quruluş  xüsusiyyətləri,  anatomik 

quruluşu və mikroorqanizmlərə toxumaların davamlılığı aiddir. Örtücü toxumanın 

bütövlüyü,  qabığın  qalınlığı  və  möhkəmliyi,  mum  təbəqisinin  olması,  sıxlığı 

meyvənin saxlanmasına təsir göstərir. 

Narın  bioloji  xüsusiyyətlərinə  onun  məhsuldarlığı,  proseslərin  intensivliyi, 

immun  xüsusiyyətlər  və  s.  aiddir.  Kimyəvi  tərkibin  xüsusiyyətlərində  meyvələrin 

saxlanılmasına  mütləq  qaydada  təsir  edir.  Meyvələrdə  çoxlu  pektin  maddələri 

olarsa, onda toxumaları möhkəmlənir və az halda mexaniki zədələnir. Tərkibində 

fenol  birləşmələri  olan  və  parlaq  rəngi  olan  meyvələr  fitopatoji  xəstəliklərlə  az 

zədələnir. Qlikozid  və alkoloid maddələrin meyvədə çox olması yaxşı saxlanmaya 

kömək edir və meyvələr fitopatoloji mikroorqanizmlər tərəfindən az zədələnməyə 

məruz qalır. 

Narın meyvələrinin tərkibində 83% su olur. bu səbəbdəndə onda biokimyəvi 

proseslər  intensiv  gedir  və  nəticədə  meyvələrdə  tədricən  qidalılıq  dəyəri,  bioloji 

dəyər və keyfiyyəti itir. Toxumaların möhkəmliyinə meyvələrin işıqla şüalanması 

yaxşı  təsir  edir.  Kölgədə  olanlar  isə  gec  yetişir  və  meyvələri  xırda  olur.  eyni 


 

33 


pomoloji sortlar müxtəlif iqlim şəraitində becərildikdə onların kimyəvi tərkibləridə 

bir-birindən fərqlənir. 

Torpaq şəraitidə meyvələrin saxlanmasına və kimyəvi tərkibə xeyli təsir edir. 

Sarıgilli  torpaqlarda  becərilən  nar  meyvələri  yaxşı  saxlanılır,  nəinki  qumlu 

torpaqlarda.  Kalsium  və  bor  elementləri  az  olan  torpaqlarda  becərilən  nar 

meyvələri xəstələnirlər. 

Azot  gübrələrinin  artıq  verilməsi  meyvələrin  ölçülərini  artırır,  meyvələrin 

qabığı  boş  olur  və  buda  onun  pis  saxlanmasına  gətirib  çıxarır.  Belə  meyvələr 

saxlanma zamanı tez yetişir və xəstələnir. 

Norveç  alimlərinin  tədqiqatları  vasitəsilə  müəyyən  edilmişdir  ki,  azot 

gübrəsinin  normasının  azaldılması  meyvələrin  uzun  müddət  saxlanmasına  kömək 

edir, dad xüsusiyyətləri yaxşılaşır və meyvələrin rəngi intensivləşir. 

Aqrotexniki tədbirlərində nar meyvələrinin saxlanmasına böyük təsir göstərir. 

Narın  vaxtlı-vaxtlında  suvarılması  meyvələrin  fizioloji  xəstəliklərlə  xəstələnməsi 

baş verir. Yığımdan əvvəl tez-tez çox suvarma meyvələrin ölçüsünün artmasına və 

qabığın çatlanmasına səbəb olur, bu da meyvələrin pis saxlanmasına səbəb olur. 

Meyvələr  quru  havada  yığılmalıdır.  Meyvələrin  əllə  yığılması  onun  az 

zədələnməsinə  və  yaxşı  saxlanmasına  kömək  edir.  Narın  qabığında  zədələnmə 

(batıq),  əzilmə  olarsa  narın  keyfiyyəti  aşağı  düşür  və  onların  saxlanması  pisləşir. 

Zədələnmiş yerlərdən meyvənin daxilinə xəstəlik törədicilər daxil olur. 

Narın  meyvələri  optimal  müddətdə  yığılmalıdır.  Meyvələrin  həyatında  üç 

dövr:  yetişmə,  ötüb  yetişmə  və  ölmə  (xarab  olma)  müşahidə  edilir.  Bu  dövrlərin 

hər biri narda müxtəlif davamlıqla, meyvələrin xəstələnməsi, intensiv biokomyəvi 


 

34 


proseslərin baş verməsi, onların dad, rəng, sıxlıq və kimyəvi tərkibinin dəyişməsi 

baş verir. 

Nar  meyvələrinin  saxlanması  məsələlərini  bir  çox  alim  və  tədqiqatçılar 

(Л.В.Метлитский, 

1976;, 

В

.И.Полегаев, 



1982; 

А

.М.Улянова, 



1984; 

E.P.Şükürov)  öyrənmişlər.  Meyvələrin  optimal  rejimdə  saxlanması  keyfiyyəti 

qoruyub saxlayır. 

Saxlanmazdan  qabaq  meyvələrin  vəziyyəti  onun  saxlanmasına  yaxşı  təsir 

göstərir.  Uzun  müddət  saxlanmaya  meyvələri  qoyduqda  yaxşı  saxlanma 

xüsusiyyətinə malik sortlar seçilməlidir. 

Becərilmə  şəraitidə  meyvələrin  saxlanma  zamanı  davamlılığına  təsir  edir. 

Yayda soyuq yağışlı havada meyvələrdə şəkər az toplanır, az ətirli, az dadsız olur 

və saxlanması aşağı düşür. 

Meyvələrin vaxtında yığılmasınında əhəmiyyəti böyükdür. Nar meyvələri tam 

yetişdikdə,  oktyabr-noyabrda  yığılır,  qabığı  öz  rəngini  alır  və  şirəsinin  dadı 

yaxşılaşır. 

Nar  meyvələri  saxlanma  zamanı  yetişmir,  ona  görə  də  onu  yetişmiş  halda 

yığırlar. Narın saxlanma müddəti onun yetişməsindən asılıdır. Narın yetişməsindən 

asılı  olaraq,  onları  3  qrupa  bölürlər.  Tez  yetişən,  orta  yetişən  və  gecyetişənlər. 

Bununla əlaqədar tezyetişənlər 3 ay, orta yetişənlər 5 ay, gec yetişənlər isə 6 aya 

qədər saxlanılırlar. 

A.S.Qaraşarlının  (1982)  məlumatına  görə,  narda  saxlanma  zamanı  müəyyən 

dəyişikliklər baş verir. O, Azərbaycan Gülöyşəsi, Mələs, Qırmızı qabıq.  Çoxrays 

Gülöyşəni  öyrənərək  müəyyən  etmişdir  ki,  4  ay  saxlanmadan  sonra  meyvələrdə 



 

35 


1,5% xarab olma müşahidə edilmişdir. 6 ay saxladıqdan sonra meyvələrdə 9-12% 

itki  qeyd  edilmişdir.  Kaumnar,  şirinnar  və  V P  №  1  sortlarında  xarab  olma  cüzi 

olmuşdur. 

Nar  meyvələrini  1-2

0

C  temperaturda  və  85-90%  nisbi  rütubətdə  saxlamaq 



faydalıdır.  Belə  şəraitdə  narın  gecyetişən  meyvələri  (kazake-anar,  sah  nar)  öz 

keyfiyyətini 4-5 ay saxlayır. Qırmızı Gülöyşə, Akdona sortunun meyvələri isə 2-3 

ay saxlanılır. 

Beləliklə,  aparılan  tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  narın 

keyfiyyətinə  müxtəlif  amillər  təsir  edir,  onlardan  bioloji,  botaniki  yetişdirildiyi 

torpaq- iqlim şəraiti, meyvənin vəziyyəti, yığılma  müddəti, yetişmə dərəcəsi, sort 

xüsusiyyətləri  və  saxlanma  müddəti  əhəmiyyətli  halda  təsir  göstərir.  Nar 

meyvələrini  1-2

0

C  temperaturda  və  85-90%  nisbi  rütubətdə  saxlamaq  məqsədə 



uyğundur.  Narın  gec  yetişən  sortlarının  meyvələri  belə  şəraitdə  4-6  ay  saxlanıla 

bilir. 


 

 

1.5.Normativ sənədlə

 

Narın  keyfiyyətini  respublika  standartı  (RST),  Azərbaycan  Respublikasının 



standartı 202-74, Özbəkistan Respublikasının  standartı 169-72, sahə standartı 120-

81, Tacikistan Respublikasının standartı (387-12) ilə təyin edirlər. 

Narın keyfiyyəti eyni zamanda sahə standartı ilə də (CCT 46-120-81) aparılır. 


 

36 


Narın meyvələri sortlara ayrılaraq, kolibirləşdirilərək 30 kq tutumlu yeşiklərə 

qablaşdırlır.  Meyvələr  arasına  ağac  yonqarı  (sıyırtısı)  tökülərək  DCT  5244-73-ə 

ə

sasən yığılır. Yeşiyin dibinə və qapağın altına isə kağız və karton döşəyirlər. 



 

 

 

1.6. Nar meyvələrinin standart keyfiyyət göstəriciləri. 

 

Narın keyfiyyəti CCT 46-120-81 və RCT (Azərbaycan Respublikası) 202-74-



ə

sasən  aparılır.  Onun  keyfiyyəti  qiymətləndirilən  zaman  meyvənin  xarici 

görünüşü,  təzəliyi,  forması,  narın  saplağı  bərabər  kəsilir,  qabığının  bozarması  və 

mexaniki zədələnmə qiymətləndirilir. 

Nar  meyvələri  1  və  2  əmtəə  sortuna  bölünür.  2-ci  sortda  meyvənin  səthində 

(1/8 hissədə) qara göbələk olmasına icazə verilir (1-ci sortda buna icaze verilmir), 

meyvələri  kiçik  olur  (1-ci  sortda  65  mm,  2-ci  sortda  50  mm),  meyvənin  ¼ 

hissəsində  sürtülmə  (1-ci  sortda  1/8),  meyvənin  ¼  hissəsində  qabıqda  gündən 

bozarma baş verir. Qabığı çatlamış meyvələr yığılma yerində realizasiya olunur və 

emalda istifadə olunur.  

Beləliklə,  bu  məsələnin  öyrənilməsi  göstərdi  ki,  onun  keyfiyyət  göstəriciləri 

CCT-46-120-81 və RCT (Azərbaycan Respublikası) 202-74-lə normallaşdırılır. Bu 

standartlara,  əsasən  nar  meyvələrinin  xarici  görünüşü,  təzəliyi,  ölçüsü,  forması, 

rəngi,  yetişkənliyi,  dadı,  turşuluğu,  mexaniki  və  zərərvericilərlə  zədələnməsi 

qiymətləndirilir. 


 

37 


 

 

 

 

 

 

 

 

 

Cədvəl 5. 

1.7. Nar üzərində tətbiq edilən pestisidlərin təhlükəsizlik göstəriciləri. 

Meyvələrin qruppası 

Göstəricilər: toksiki 

elementlə

cazə verilən norma 

mq/kq, artıq olmamaqla 

Nar meyvələri 

Bordo məhlulu 

Botran 

Bromofos 



Aktellik 

Ambuş 


Ametrin 

Atrazin 


Dalapon 

Kuprozan 

Mis oksidi 

Pirimor 


Ripkord 

Selekron 

Simazin 

Etafos 


Sineb 

Turbotsil 

5,0 

0,1 


0,07 

0,5 


0,1 

0,4 


0,1 

0,1 


5,0 

5,0 


0,05 

0,01 


0,05 

0,2 


0,01 

0,6 


0,05 

 

38 


Topsin 

Fozalon 


Ftalan 

Mis oksidi 

0,5 

0,2 


Buraxılmır 

5,0 


5-ci cədvəldə nar meyvələri üzərində tətbiq edilən pestisidlər və onların icaze 

verilən normaları təqdiq edilmişdir. 



 

 

 

1.8. Narın xəstəlik və zərərvericilərinin keyfiyyətə təsiri. 

 

Vegetasiya  dövründə  və  saxlanma  zamanı  nar  meyvələrinin  keyfiyyətinin 



pisləşməsi  bir  çox  səbəblərlə  əlaqədardır,  o  cümlədən  müxtəlif  xəstəliklərlə 

(göbələk, bakterial) funksional, fizioloji xəstəliklə əlaqədar olur. 

Son  illərdə  nar  meyvələrinin  saxlanılmasının  təkmilləşdirilməsinə  böyük 

diqqət verilir. Bunun üçün meyvələr əvvəlcədən soyudulmuş otaqlarda (soyuducu 

kameralarda),  ən  çox  isə  nizamlanan  qaz  mühiti  olan  soyuducularda  geniş  halda 

saxlanılır. Nar meyvələri belə kameralarda saxlandıqda onların saxlanma müddəti 

uzanır, itki xeyli dərəcədə azalır və keyfiyyət yüksəlir. 

Bir çox yayılan, kiçici xəstəliklər, bağda, tarlada, vegetasiya dövründə, yığım 

vaxtı,  daşınma  və  saxlanmaya  qoyulan  dövrdə  inkişaf  edir.  Xəstəliyin  növündən 

asılı  olaraq,  birinci  növbədə  onu  törədən  xəstəlik  və  səbəbdən  bəzi  xəstəliklər 



 

39 


yavaş inkişaf edir, digərləri saxlanma zamanı inkişafını dayandırır, digərləri qonşu 

meyvələrlə təmasda olduqda və ya hava ilə yoluxaraq tez inkişaf edir. 

A.S.Qaraşarlı  (1979),  O.P.Kuliev  (1993)  qeyd  edirlər  ki,  narın  xəstəlik  və 

zərərvericiləri çox deyildir. 

Lakin U.B.Nəcəfova (1973) qeyd edir ki, respublikanın müxtəlif reqionlarında 

nar sahələrində 36 növ zərərverici yayılmışdır. 

Müəllif  qeyd  edir  ki,  yüksək  keyfiyyətli  nar  sortları  Azərbaycanın  bir  çox 

bölgələrində geniş yayılmışdır. Müəllif qeyd edir ki, narın zərərvericiləri 1964-cü 

ildən  öyrənilməyə  başlanmışdır.  Y.B.Nəcəfovanın  (1973)  fikrinə  görə  və  digər 

tədqiqaçılara görə nara çox zərər verən zərərvericilər içərisində nar meyvə yeyəni 

və  alma  meyvəyeyəni  geniş  yayılmışdır.  Miqdarına  görə  ən  çox  yayılan  alma 

meyvəyeyəni  Mil-Muğan,  Abşeron,  Gəncə-Qazax,  Goranboy  rayonlarında  geniş 

yayılaraq, ciddi zərər verir. Şirvan bölgəsində isə tək-tək təsadüf edir. 

Bizim  tərəfimizdən  2014-2016-cı  illərdə  aparılan  tədqiqat  nəticəsində 

müəyyən edilmişdir ki, nar bitkisinə və meyvəsinə vegetasiya müddətində, yetişmə 

dövründə, saxlanma zamanı çoxlu miqdarda xəstəlik və zərərvericilər ziyan vurur. 

Onları  ən  başlıcaları  nar  meyvəyeyəni,  alma  meyvəyeyəni,  nar  mənənəsi,  tor 

gənəsi, qırmızı gənə, unlu yastıca, alman arısı və digərlərini qeyd etmək olar. Bu 

zərərvericilər  xüsusilə  nar  meyvəyeyəni,  alma  meyvəyeyəni  narı  zədələyərək, 

onları  yararsız  hala  salır,  meyvələr  daxildə  çürüyür,  yararsız  hala  düşür  və  çoxlu 

xəstəliklərə  yoluxur  və  meyvə  qida  üçün  yaramır.  Alman  arısı  isə  çatlamış 

meyvələrə daha çox zərər vurur.  



 

40 


Nar  üzərində  geniş  yayılmış  meyvələr  üçün  təhlükəli  hesab  edilən 

xəstəliklərdən  fomopsis,  meyvələrin  boz  çürüməsi,  qara  çürümə  (qara  sürmə 

xəstəliyi) geniş yayılaraq yetişmə dövründə və saxlanma zamanı geniş yayılır. ən 

çox  zərərvericilər  tərəfindən  zədələnən  meyvələr  tez  xəstəliyə  tutulur  və 

keyfiyyətini itirir, yararsız hala düşür, qida kimi istifadə edimir. Tədqiqat illərində 

(2014-2016) nar meyvələri və ayrı-ayrı sortlar 30-35%-ə qədər zərər çəkir. 

Nar  meyvəyeyəni  ən  çox  meyvələrə  avqust,  sentyabr  və  oktyabr  aylarında 

yetişmə  zamanı  ziyan  verir.  Müəyyən  edilmişdir  ki,  Qırmızı  qabıq,  Mələs,  Bala 

mürsəl,  Şirinnar,  Şahnar,  Şüvəlan  qırmızı  meyvəli,  Mərdəkan  sortları  nar 

meyvəyeyəni,  nar  mənənəsi  tərəfindən  35-40%  zərər  çəkir.  Onların  xırda 

meyvələri ağac başında xarab olur, bir hissə isə yerə tökülür. 

Xəstəliklərdən  fomopsis,  boz  çürümə,  qara  sürmə  xəstəliyi  xüsusilə  narın 

yetişməsi  zamanı  sentyabr,  oktyabr  aylarında  geniş  yayılaraq  böyük  ziyan  vurur. 

Qara sürmə, fomopsis, boz çürümə xüsusilə daha çox yayılır və zərər vurur, yağışlı 

aylarda. Meyvələr bu xəstəliklərdən ağac başında çürüyür, bir hissəsi isə çürüyərək 

yerə  tökülür,  torpaqda  meyvələrdə  qalaraq  qışlayır  və  növbəti  illərdə  xəstəlik 

mənbəyinə çevrilirlər. Növbəti illərdə xəstəliyin geniş yayılmasına səbəb olur, bu 

xəstəliklərdən çox küləkli havalarda zədələnmiş nar meyvələrini çox xəstələndirir, 

məhsuldarlığı və keyfiyyəti aşağı salır. 

Boz  çürümə  meyvə  üzərində  yumşaq  çürümə  əmələ  gətirir.  Rütubət  yüksək 

olanda  meyvə  üzərində  boz  göbələk  əmələ  gəlir.  Bu  xəstəlik  meyvə  üzərinə 

tarlada,  sortlaşdırma  zamanı,  daşınmaya  hazırlanan  zaman,  eyni  zamanda  təkrar 

yoluxma saxlanma zamanı baş verir. Hər hansı saxlanma zamanı baş verən qayda 


 

41 


pozğunluqları  meyvələrin  boz  çürüməyə  davamlılığı  zəiflədir  və  boz  çürümənin 

inkişafı  güclənir.  Onun  sporları  hava  ilə  asanlıqla  yayılır.  Yoluxma  mənbəyi  tara 

və  saxlanma  anbarları  ola  bilər.  Anbarlar  təmizlənməli  və  dezinfeksiya 

olunmalıdır. 

Nəzərə  alsaq  ki,  nar  meyvəyeyəni  və  nar  mənənəsi  nara  çox  böyük  zərər 

vurur,  bizim  tərəfimizdən  birinci  dəfə  Azərbaycanda  onlara  qarşı  mübarizə 

tədbirləri işlənib hazırlanmışdır. 

Nar  mənənəsinə  qarşı  karbofos,  antio  və  fozalon  0,1%  qatılıqda  tətbiq 

edilmişdir.  Tətbiq  edilən  preparatlar  7-10  gündən  sonra  mənənənin  miqdarını 

uyğun olaraq, 72-78%, 70-75% və 80-84% azaltmışdır. 

Nar  meyvəyeyəninə  qarşı  mikrobioloji  preparatlardan  olan  dendrobatsilin, 

bitoksibatsilin-202  0,1-0,2%  qatılıqda    tətbiq  edilmişdir.  Yuxarıda  adı  şəkilən 

preparatlar 7-10 gün tətbiq ediləndən sonra zərərvericinin miqdarını 78-85% aşağı 

salmışdır.  Göstərilən  kimyəvi  preparatlar  nar  yetişənə  qədər  müxtəlif  amillərin 

təsirindən  (günəş  şüasi,  rütubət,  temperatur,  külək)  nar  meyvələrinin  üzərindən 

yoxa  çıxır  və  insan  orqanizminə  zərərli  təsir  göstərmir.  Tətbiq  edilən  preparatlar 

insan həyatı və ətraf mühit üçün təhlükə təşkil etmir. 

Beləliklə,  Azərbaycanda  ilk  dəfə  narın  təhlükəli  zərərvericilərinə  qarşı  (nar 

meyvəyeyəni,  nar  mənənəsinə)  mübarizə  tədbirləri  işlənib  hazırlanmışdır.  Nar 

mənənəsinə  qarşı  karbofos,  antio  və  fozalon  0,1%  qatılıqda  tətbiq  edilmişdir. 

Dərmanların  tətbiqindən  7-10  gün  sonra  zərərvericinin  miqdarı  72-78%,  70-75% 

və  80-84%  azaltmışdır.  Nar  meyvəyeyəninə  qarşı  mikrobioloji  preparat  olan 

dendrobatsilin,  butoksibatsilin-202  0,1-0,2%  qatılıqda  tətbiq  edilmişdir.  Bu 


 

42 


preparatlar  tətbiq  ediləndən  7-10  gün  sonra  zərərvericinin  miqdarı  78-85%  aşağı 

düşür.  Tətbiq  edilən  kimyəvi  preparatlar  nar  yetişənə  qədər  müxtəlif  amillərin 

təsirindən  (günəş  şüası,  rütubət,  temperatur,  külək)  nar  meyvələri  üzərində 

parçalanıb  yoxa  çıxır  və  insan  orqanizminə  zərərli  təsir  göstərmir,  eyni  zamanda 

ə

traf mühit üçün də təhlükə təşkil etmir. 



 

 

II BÖLMƏ  Ş N TƏŞK L  VƏ TƏDQ QATIN ÜSULLARI 

2.1. Ekspertizanın obyekti və onun səciyyələndirilməsi. 

 

Ekspertizanın  obyekti  təzə  nar  meyvəsidir.  Nar  meyvəsi  bizim  respublikada 



geniş  yayılmış,  sevimli,  kütləvi  istehlak  olunan  meyvələrin  biri  hesab  edilir. 

Azərbaycanda nar meyvəsinin böyük ehtiyatları vardır. Narın çoxlu sortları vardır, 

onların  sayı  14-15-ə  çatır  ki,  bu  sortlardan  hər  yerdə  yoxdur.  Nar  və  onun  emalı 

məhsulları  pəhriz  və  müalicə  vasitəsi  kimi  müxtəlif  xəstəliklərin  müalicəsində 

tətbiq  edilir.  Narın  mövcud  sortları  bir-birindən  forma,  ölçü,  kütləcə,  meyvənin 

səthinə  görə,  ləti,  dadı,  kimyəvi  tərkibinə,  xarici  görünüşü,  yetişkənliyi,  rəngi, 

turşuluğu,  bioloji  xüsusiyyətləri,  yetişmə  müddəti,  saxlanılması  və  keyfiyyət 

göstəricilərinə görə bir-birindən fərqlənirlər. 

Narın  pomoloji  sortları  tərkibinə  görə  3  qrupa  bölünür:  şirin,  turşa-şirin  və 

turş. Onlar ölçüsünə görədə 3 qrupa bölünür: böyük, orta və kiçik. 

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin