AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix14.01.2017
ölçüsü0,5 Mb.
#5150
1   2   3   4   5   6

1.2

  Müəssisənin maliyyə nəzarəti sistemində auditorun fəaliyyətinin 

normativ-hüquqi bazası 

Rəhbərlik  tərəfindən  müəssisə  və  təşkilatın  maliyyə  təsərrüfat  fəaliyyətinə 

gündəlik  nəzarətin  o  cümlədən  daxili  auditin  təşkili  həm  qanunvericilik  həm  də 

digər normativ sənədlər səviyyəsində nizamlanıır. 

Azərbaycan Respulikasında daxili audit bir sıra normativ aktlarla tənzimlənir 

ki  bunlardan  da  ən  mühümü  daxili  “daxili  audit  haqqında”  Azərbaycan 

Respublikasının 2007-ci il 22 may tarixli qanunudu. 5 fəsil və 15 maddədən ibarət 

olan  bu  qanun  Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin  idarə 

edilməsinin səmərəliliyinin artırılması məqsədilə daxili audit xidmətinin təşkilinin 

və həyata keçirilməsinin hüquqi əsaslarını daxili auditorların hüquq və vəzifələrini 

müəyyən edir. 

Qanuna  görə,  daxili  audit  dedikdə,  təsərrüfat  subyektinin  fəaliyyətinin 

inkişafına və səmərəliliyinin yüksəldilməsinə yönəldilmiş risklərin idarə olunması, 

nəzarət  və  idarəetmənin  səmərəliliyinin  qiymətləndirilməsi  və  inkişafına  sistemli 

yanaşmaqla,  təsərrüfat  subyektinə  öz  məqsədlərinə  nail  olmaqda  köməklik  edən 

obyektiv,  təminatverici  və  məsləhətverici  fəaliyyət  başa  düşülür.  Daxili  audit 

xidməti isə təsərrüfat subyektində daxili audit fəaliyyətini həyata kemirən struktur 

bölməsidir  (audit  komitəsi,  departament,  şöbə,  bölmə,  daxili  auditor).  Audit 

Komitəsi,  bu  qanuna  uyğun  olaraq,  təsərrüfat  subyektində  yaradılan,  daxili  audit 


 

13 


 

siyasətinin  və  strategiyasının  hazırlanması,  həyata  keçirilməsi  və  auditor 

nəzaərtinin  təşkilinə məsul olan struktur bölməsidir,  daxili  audtor  isə daxili audit 

xidmətinin daxili auditi həyata keçirən əməkdaşı kimi başa düşülür. 

Qanunun ikinci maddəsinə görə, “Daxili audit haqqında” qanun mülkiyyət və 

təşkilati  hüquqi  formasından  aslı  olmayaraq,  Azərbaycan  Respublikasının 

ərazisində  fəaliyyət  göstərən  və  məcburi  auditin  obyekti  olan  təsərrüfat 

subyektlərinə  şamil  edilir.  Digər  təsərrüfat  subyektləri  bu  qanunun  müddialarına 

könüllülük prinsipi əsasında tətbiq edə bilərlər.  

Qanuna  əsasən,  təsərrüfat  subyektində  daxili  audit  xidmətinin  yaradılmasına 

məsul olan müvafiq idarəetmə orqanı: 

-

 Daxili  audit  xidmətinin  rəhbərini  və  daxili  auditorları  (Audit  Komitəsinin 



üzvlərini) vəzifəyə təyin edir və vəzifədən azad edir 

-

 Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir. 



-

 Daxili  audit  planlarını,  habelə  daxili  auditorların  vəzifə  bölgüsünü  təsdiq 

edir 

-

 Daxili audit siyasətini və strategiyasını müəyyən edir və həyata keçirilməsini 



təmin edir. 

-

 Audit fəaliyyətinin həyata keçirilməsi üçün lazımi şərait yaradır 



-

 Daxili  audit  xidmətinin  aşkar  eetdiyi  nöqsan  və  çatışmazlıqların  aradan 

qaldırılması üçün müvafiq tədbirlər görür 

-

 Daxili  audit  xidmətinin  hesabatında  verilmiş  məqsədə  uyğun  təkliflərin 



həyata keçirilməsilə bağlı qərarlar qəbul edir. 

Qanunun  dördüncü  maddəsinə  görə  daxili  audit  xidmətinin  vəzifələri 

aşağıdakılardır: 

-

 Təsərrüfat  subyektində  müntəzəm  və  səmərəli  fəaliyyətin  təmin  edilməsi, 



məqsədlərə  nail  olmaq  üçün  risklərin  idarə  edilməsi,  istənilən  dəyişikliyə  qısa 

müddət  ərzində  münasibət  bildirilməsi  məqsədilə  yaradılan  daxili  nəzarət 

sisteminin səmərəliliyini və adekvatlığını müəyyən etmək 


 

14 


 

-

 Mühasibat  uçotu  və  maliyyə  hesabatlarının  düzgünlüyünü  və  etbarlılığını 



yoxlamaq 

-

 Təsərrüfat subyektinin xərclərinin səmərəliliyini qiymətləndirmək 



-

 Təsərrüfat subyektinin ona tabe olan müəssisə və təşkilatıların (onun törəmə 

təsərrüfat  cəmiyyətlərinin)  struktur  bölmələrinin  fəaliyyətinin  normativ  hüquqi 

aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq 

-

 Ehtiyatlardan  istifadənin  səmərliliyi,  düzgünlüyü,  onlardan  istifadəyə 



nəzarəti və zərərdən mühafizə olunmanın yetərililiyini qiymətləndirmək 

Audit Komitəsi isə bir qayda olaraq, ictimai əhəmiyyətli qurumlarda yaradılır 

və aşağıdakı vəzifələri yerinə yetirir: 

-

 Təsərrüfat subyektində daxili audit siyasətini və strategiyasını müəyyən edir, 



daxili audit planlarını təsdiq edir və daxili audit fəaliyyətinə nəzarət edir 

-

 Daxili  audit  xidmətinin  rəhbəri  və  əməkdaşlarının  vəzifə  təlimatlarını, 



proqramlarını,  daxili  audit  hesabatlarını  nəzarət  sisteminin  təkmilləşdirilməsinə 

dair tövsiyələri təsdiq edir 

-

 Daxili  nəzarət  sisteminin  yaradəılması  və  tətbiqinə,  daxili  nəzarətin  və 



risklərin  idarə  edilməsi  sisteminin  təkmilləşdirilməsinə  dair  müvafiq  diarəetmə 

orqanına təkliflər verir.  

-

 Kənar  auditin  təyin  edilməsi  ilə  əlaqədar  müvafiq  idarəetmə  orqanına 



təkliflər verir 

-

 Təsərrüfat  subyektlərinin  icra  orqanlarından  kənar  və  daxili  auditorlarının 



daxili nəzarət sisteminə dair verdikləri tövsiyyələrin yerinə yetirilməsinin vəziyyəti 

barədə məlumat əldə edir 

-

 Maliyyə  risklərinin  yüksək  olduğu  sahələri  müəyyənləşdirir  və  təsərrüfat 



subyektlərinin  icra  orqanları  tərəfindən  onların  səmərəli  idarə  edilməsinə  əminlik 

əldə edir. 

-

 Kənar  və  daili  auditin  və  ya  digər  yoxlamaların  gedişində  aşkar  olunan 



saxtakarlıq  hallarını,  nöqsan  və  çatışmazlıqları  müzakirə  edir  və  onların  ardan 

qaldırılması üçün müvafiq idarəetmə orqanına təkliflər verir. 



 

15 


 

-

 Maliyyə  hesabatlarına  əhəmiyyətli  dərəcədə  təsir  edə  biləcək  hüquqi 



məsələləri nəzərdən keçirir və öz tövsiyyələrini verir 

-

 Müəssisənin illik və cari maliyyə hesabatlarının hazırlanması prossesinə və 



nəticələrinə nəzarət edir 

-

 Daxili auditorların audit nəticəsində təqdim etdiyi tövsiyələrin müzakirəsini 



təmin edir.  

-

 Təsərrüfat subyektinin  müvafiq  icra orqanlarını daxili  auditorlar  tərəfindən 



təqdim olunmuş tövsiyələrin icrasına cəlb edir 

Qanun  təsbit  edir  ki,  daxili  audit  xidməti  özünün  işinin  planlaşdırılmasında, 

daxili  auditin  aparılmasında  və  auditə  bağlı  hesabatların  hazırlanmasında 

müstəqildir.  Daxili  audit  xidməti  təsərrüfat  subyektinin  icra  orqanlarının 

səlahiyyətinə  aid  işlərə,  habelə  öz  səlahiyyətlərinə  aid  olmayan  proqram  və 

lahiyələrin  hazırlanmasına  və  ya  icrasına  cəlb  edilə  bilməz.  Eyni  zamanda  daxili 

audit xidməti təsərrüfat subyektinin tabeli müəssisə və təşkilatlarında (onun törəmə 

təsərrüfat  cəmiyyətlərində)  daxili  nəzarət  sisteminin  təşkili  işində  məsləhət 

xidmətləri göstərə bilər.  

Qanunun altıncı maddəsinə görə daxili auditor aşağıdakı hüquqlara malikdir: 

-

 Təsərrüfat  subyektinin  fəaliyyətinin  təhlilini  aparmaq  üçün  elektron 



məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s 

barədə sənədləri tələb etmək 

-

 Maliyyə  vəsaitlərindən  səmərəli  və  təyinatı  üzrə  istifadə  edilməsinn 



düzgünlüyünü araşdırmaq 

-

 Auditin nəticəsinə dair rəy bildirmək 



-

 Zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar 

və izahatlar almaq 

-

 Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək 



Qanuna  əsasən  daxili  auditor  daxili  auditi  təsərrüfat  subyektinin  müvafiq 

idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun 

olaraq həyata keçirir. Bu zaman o, təsərrüfat subyektinin normal fəaliyyətinə mane 


 

16 


 

olmamalı, daxili audit fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan 

məlumatlardan  sui-istifadə  etməməli  və  məxfilik  prnisipinə,  habelə  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə,  daxili  audit  xidmətinin  əsasnaməsinə, 

beynəlxalq  Daxili  Auditorlar  nstitutu  tərəfindən  müəyyən  edilmiş  peşə 

standartlarına, prinsiplərə, təlimatlara və qaydalara əməl etməlidir. 

Daxili  auditor  öz  vəzifələrinin  icrası  zamanı  fəaliyyətinin  qanunvericiliyə 

uyğun olması üçün məhsuliyyət daşıyır. Məhz buna görə daxili auditor daxili audit 

xidmətinin  rəhbərinə  və  ya  təsərrüfat  subyektinin  müvafiq  idarəetmə  orqanına 

yazılı məlumat verməklə, səlahiyyətinə aid olmayan hər hansı tapşırığın icrasından 

imtina etməlidir.  

Daxili  auditora  dair  qanunvericiliyin  tələblərinə  görə  daxili  auditor  aliq 

iqtisadi  və  ya  hüquqi  təhsilə  və  ya  digər  ixtisas  üzrə  ali  təhsilə  audit,  yaxud 

əlaqədar  sahələrdə  dördillik  iş  stajına  malik  olmalıdır.  Məhkəmənin  qanuni 

qüvvəyə minmiş hökmü ilə maliyyə təsərrüfat sahəsində müəyyən vəzifələr tutma 

və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş və ya bu növ 

cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər daxili auditor 

vəzifəsini  tuta  bilməzlər.  Həmçinin  təsərrüfat  subyektində  şəxsi  marağı,  onun 

təsisçisi  və  ya  səhmdarı  müvafiq  idarəetmə  orqanının  üzvü  ilə  və  ya  mühasibat 

hesabatlarının  tərtib  edilməsinə  məhsuliyyət  daşıya  hər  hansı  şəxslə  birbaşa 

qohumluq  əlaqəsi  olduqda  daxili  auditorun  həmin  təsərrüfat  subyektində  audit 

aparması qadağandır. 

Qanunla  daxili  audit  xidməti  rəhbərinin  vəzifələri  və  ona  verilən  tələblər 

dəmüəyyən edilmişdir. O cümlədən daxili audit xidmətinin vəzifəsi aşağıdakılardır 

-

 Daxili auitorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını 



hazılamaq və təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına təqdim etmək 

-

 Daxili  auditlə  bağlı  hesabatın  təsərrüfat  subyektinin  müvafiq  idarəetmə 



orqanına təqdim etmək 

-

 Audit zamanı aşkar edilmiş nöqsan və çatımazlıqların aradan qaldırılmasına 



məsul  olan  şəxslər  göstərilməklə,  təsərrüfat  subyektinin  müvafiq  idarəetmə 

orqanına təkliflər vermək 



 

17 


 

-

 Daxili  auditorun  müstəqilliyinə  və  ya  obyektivliyinə  müdaxilələr  barədə 



təsərrüfat subyektinin müvafiq idarəetmə orqanını məlumatlandırmaq 

-

 Daxili  audit  xidmətinin  işinin  təşkili  üçün  zəruri  olan  təşkilati-texniki 



tədbirlərin  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə  müvafiq  idarəetmə 

orqanına müraciət etmək 

-

 Daxili auditin metodologiyasına əsasən təsərrüfat subyektlərində daxili audit 



prosedurlarını müəyyən etmək 

-

 Daxili auditorların işinin keyfiyyətini qiymətləndirmək 



-

 Zəruri  hallarda  təsərrüfat  subyektinin  müvafiq  idarəetmə  orqanının  razılığı 

ilə təsərrüfat subyektinin digər əməkdaşlarını auditin aparılmasına cəlb etmək 

-

 Daxili audit xidmətinin fəaliyəti ilə bağlı illik hesabatı təsərrüfat subyektinin 



müvafiq idarəetmə orqanına təqdim etmək. 

Daxili  audit  xidmətinin  rəhbəri  ali  iqtisadi  və  ya  hüquqi  təhsilə  və  müvafiq 

ixtisas  üzrə  azı  beş  illik  iş  stajına,  yüksək  peşə  hazırlığına  və  mənəvi-əxlaqi 

keyfiyyətlərə malik olmalı, elmi-pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, 

digər  ödənişli  fəaliyyət  növləri  ilə  məşğul  olmalıdır.  Eyni  zamanda  məhkəmənin 

qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  maliyyə  təsərrüfat  səshəsində  müəyyən 

vəzifələr  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olmaq  hüququndan  məhrum 

edilmiş  və  ya  bu  bə  ya  digər  cəza  ilə  bağlı  məhkumluğu  ödənilməmiş  və  ya 

götürülməmiş şəxslər daxili audit xidmətinə rəhbərlik edə bilməzlər.  

Qanuna  görə  daxili  audit  fəaliyyətinin  dövlət  tənzimləməsi  Azərbaycan 

Respublikasının  müvafiq  normativ  hüquqi  aktları  əsasında  həyata  keçirilir. 

Təsərrüfat  subyektlərinin  işə  götürəni  ilə  daxili  audit  xidmətlərinin  rəhbəri  və 

əməkdaşları arasında  qarşılıqlı  münasibətlər  isə  “Daxili audit haqqında”  qanunla, 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla 

tənzimlənir. 

Qanunun  on üçüncü maddəsinə görə, daxili auitin özünütənzimləməsi onların 

ictimai birliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir. 

-

 Daxili audit xidmətinə fəaliyyəti ilə bağlı əməli köməklik göstərilməsi 



 

18 


 

-

 Təsdiq edilmiş daxili audit prosedurlarına əməl edilməsi sahəs daxili audit 



xidmətlərinə metodoloji yardım göstərilməsi 

-

 Daxili  auditorlar  üçün  treninqlər  və  ixtisasartırma  kurslarının  təşkili  üzrə 



tədbirlərin həyata keçirilməsi 

-

 Daxili audit üzrə məsləhət xidmətinin göstərilməsi 



-

 Daxili  audit  xidmətləri  üçün  daxili  audit  proseduraları  ilə  bağlı  təkliflərin 

hazırlanması 

-

 Daxili  Auditorlar  nstitutu  tərəfindən  təsdiq  edilmiş  daxili  audit 



standartlarının tətbiqinə dair qaydaların və şərhlərin hazırlanması. 

“Daxili  audit  haqqında”  Azərbaycan  Respublikası  qanununun  tələblərinin 

pozulmasına  görə  təqsirkar  şəxslər  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

məsuliyyət daşıyırlar. Həmçinin, Qanunun mərhələlərlə tətbiqi nəzərdə tutulmuş və 

tətbiq  müddətlərini  müəyyənləşdirmək  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə həvalə edilmişdir.  

“Daxili audit haqqında” Azərbaycan Respublikası qanunundan əlavə, bir sıra 

digər  qanunvericilik  aktlarında  da  daxili  auditlə  bağlı  ayrı-ayrı  məqamlar  hüquqi 

həllini  tapmışdır.  Bu  baxımdan  “banklar  haqqında”  Azərbaycan  Respublikasının-

cü il   yanvar tarixli qanunu xüsusi qeyd edilməlidir. 

Qanunun  27-ci  maddəsinə  görə,  hər  bir  bankda  müstəil  Audit  Komitəsi  və 

daxili  audit  bölməsi  fəaliyyət  göstərməlidir.  Audit  Komitəsi  bankların  idarəetmə 

strukturunun tərkib hissəsi sayılır və aşağıdakı səlahiyyətlərə malikdir: 

-

 Bankın audit siyasətini və strategiyasını müəyyən etmək 



-

 Daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti 

həyata keçirmək 

-

 Kənar  auditin  təyin  edilməsi  ilə  əlaqədar  bankın  səlahiyyətli  idarəetmə 



orqanlarına təkliflər vermək 

-

 Kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyyələrinin həyata 



keçirilməsinə yardım etmək 

 

19 


 

-

 Bankın  idarəetmə  orqanları  ilə  kənar  auditorlar  habelə  nəzarət  orqanları 



arasında əlaqələr qurmaq 

-

 Daxili  nəzarət  sistemlərinin  təkmilləşdirilməsinə  dair  səhmdarların  ümumi 



yığıncağına və Müşahidə Şurasına təkliflər vermək 

-

 Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  ilə  nəzərdə  tutulmuş  digər 



səlahiyyətləri həyata keçirmək. 

Bankın Audit Kmtiəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarət 

olur  və  bu  üzvlər  səhmdarların  ümumi  yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan 

müddətə təyin edilir. 

“Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının  2007-ci  il  25 

dekabr tarixli qanununa əsasən, sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq 

lisenziyaya malik olan hüquqi şəxsin-sığortaçının  daxili audit xidməti  darə Heyəti 

ilə  birlikdə  sığortaçının  daxili  nəzarət  və  risklərin  idarə  edilməsi  sistemlərinin 

fəaliyyətinə  nəzarəti  həyata  keçirir.  Daxili  audit  xidməti  Təftiş  komissiyasının 

nəzarəti  altında  fəaliyyət  göstərir.  Sığortaçının  təftiş  komissiyası,  bir  sıra  digər 

məsələlərlə yanaşı, həm də sığortaçının audit strategiyasını və siyasətini müəyyən 

etmək,  daxili  audit  planlarını  təsdiq  etmək,  müstəqil  auditorun  təyin  edilməsi  ilə 

bağlı sığortamının səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək, daxili audit 

xidmətinin  iclasını  çağırmaq  səlahiyyətlərinə  malikdir.  Qanunun 37-ci  maddəsinə 

görə, sığortaçının Direktorlar Şurasının,  darə Heyətinin və Təftiş Komissiyasının 

üzvləri,  baş  mühasibi  və  aktuarisi  kimi,  daxili  audit  xidmətinin  rəhbəri  də 

sığortaçının  rəhbər  işçisi  hesab  olunur.  Sığortaçının  rəhbər  işçisi  aşağıdakı 

tələblərə cavab verməlidir: 

-

 Ali təhsilli olmalıdır 



-

 Direktorlar  Şurasının,  darə  Heyətinin  və  Təftiş  Komissiyasının  üzvləri, 

habelə daxili audit xidmətinin rəhbəri maliyyə sahəsində ən azı 3 il, yaxud sığorta 

sektorunda ən azı 2 il iş təcrübəsinə malik olmalıdır.  

-

 Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müflis  elan  olunaraq  məcburi 



ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən ən azı 12 

 

20 


 

ay  əvvəlki  dövrdə  həmin  hüquqi  şəxsin  Direktorlar  Şurasının, 

darə 

Heyətinin,Təftiş  Komissiyasının  və  ya  daxili  audit  xidmətinin  üzvü  yaxud  baş 



mühasibi olmamalıdır.  

Bu  tələb  həmin  hüquqi  şəxsin  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

müflis  elan  olunaraq  məcburi  ləğv  haqqında  qərarın  qəbul  edildiyi  tarixdən 

etibarən  5  il  müddətinə  tətbiq  edilir.  Sığortaçının  daxili  audit  xidmətinin  rəhbəri 

Təftiş  Komissiyasının  təqdimatı  ilə  Direktorlar  Şurası  tərəfindən  vəzifəyə  təyin 

olunur və vəzifədən azad edilir. 

 

 

 



 

 

 



1

.

3  Müəssisənin  maliyyə  nəzarəti  sistemində  auditorun  fəaliyyə

standartları

 

Daxili  audit inkişaf  etmiş  bir  sıra ölkələrdə  ondoqquzuncu  əsrin  sonlarından 

etibarən  müxrtəlif  fəaliyyət  növlü  müəssisələrdə  fəal  tətbiq  edilsə  də  Azərbaycan 

təcrübəsi üçün yeni bir anlayışdır. Daxili auditi zəruriliyi nəzərə alınaraq, hazırda 

müxtəlif  fəaliyyət  növlü  müəssisə  və  təşkilatlarda  daxili  audit  xidmətlərinin 

yaradılmasına  başlamışdır.  Bu  yeni  perspektivli  işin  qurulmasında,  daxili 

auditorların  lazımi  biliklərə  və  peşə  vərdişlərinə  yiyələnməsində  daxili  auditin 

aparılmasına dair standarların və etnik normaların əvəzsiz rolu vardır.  

Müəssisə  və  təşkilatın  fəaliyyət  sahəsindən,  istehsalın  həcmindən  və  digər 

amillərdən  aslı  olaraq,  iri  və  orta  müəssisələrdə  daxili  audit  xidmətinin  təmin 

edilməsi  məqsədilə  xüsusi  bölmənin  yaradılması,  kiçik  müəssisələrdə  isə  daxili 

auditorun həmin işə cəlb edilməsi məqsədəuyğundur. Beləki, daxili audit ənənələr 

baxımından,  fərqli  iqtisadi,  sosial,  hüquqi  və  mədəni  mühitdə  təyinatı,  həcmi, 

mürəkkəbliyi  və  strukturu  baxımından  fərqlənən  müəssisə  və  təşkilatlarda  həm 



 

21 


 

müəssisə və təşkilatın öz əməkdaşı həm də kənardan cəlb edilmiş müvafiq icraçılar 

tərəfindən aparıla bilər. Bu və ya digər mühitdə mövcud olan fərqlərin daxili audit 

fəaliyyətinə  təsir  göstərməsinə  baxmayaraq  mənzil  qərargahı  Floridada  (ABŞ) 

yerləşən  beynəlxalq  Daxili  Auditorlar  nstitutu  tərəfindən  tətbiq  edilmiş  və 

təsdiqlənmiş  Daxili  Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartlar  daxili 

auditorların  öz  vəzifələrini  yerinə  yetirməsinin  mühüm  şərti  hesab  olunur.  Daxili 

Auditin  Peşə  Təcrübəsi  üzrə  Beynəlxalq  Standartlar  daxili  audit  xidmətlərinin 

göstərilməsi ilə bağlı əsas priinsiplərin hərtərəfli təhlilinin, müvafiq məsləhətləşmə 

və  müzakirələrin  nəticəsidir.  Bu  standartlar  daxili  auditin  keyfiyyətinə  və 

etibarlılığına normativ tələbləri müəyyən edən və onlara riayyət olunduqda, daxili 

auditor fəaliyyətinin uğurlu nəticəsini təmin edən əsas qaydaları müəyyənləşdirir. 

Auditor fəaliyyətinin standartları dörd qrupa ayrılır: 

1.

 Auditor  praktikası  üzrə  Beynəlxalq  Komitə  tərəfindən  hazırlanmış 



beynəlxalq  auditor  standartları.  Onlar  müxtəlif  ölkələrdə  auditin  keçirilməsinə 

tələbləri göstərirlər. 

2.

 Milli standartlar, onlar inkişaf etmiş ölkələrdə mövcuddur. 



3.

 Peşəkar auditor birliklərində mövcud auditor fəaliyyətinin daxili standartları, 

auditor təşkilatlarının və sərbəst auditorların auditor fəaliyyətinin 

qaydalarıdır (standartlarıdır). Peşəkar auditorlar birliyinin funksiyalarından biri 

vahid prinsip və yanaşmalar əsasında auditin təşkilidir. Bu məqsədlə peşəkar 

auditor birliyi öz üzvləri üçün milli standartlar əsasında auditor fəaliyyətinin vahid 

qaydalarını  (standartlarını)  müəyyənləşdirə  bilər.  Bu  zaman  auditor  fəaliyyətinin 

daxili  standartlarına  tələb  auditor  fəaliyyətinin  milli  standartlarının  tələblərindən 

aşağı olmamalıdır. 

4.

 Firmadaxili standartlar. Auditor təşkilatları və sərbəst auditorlar milli 



standartlara əsaslanaraq auditor fəaliyyətinin xüsusi qaydalarında (standartlarında) 

möhkəmləndirilmiş,  auditorun  müxtəlif  hərəkətlərinin  yerinə  yetirilməsinə  öz 

firma  yanaşmasını  işləyib  hazırlayırlar,  hansıki  auditor  fəaliyyətinin  milli 

qaydalarına  (standartlarına)  zidd  ola  bilməz.  Əgər  auditor  rəyi  beynəlxalq 



 

22 


 

standartlar üzrə verilirsə, onda firmadaxili standartlar beynəlxalq standartlara zidd 

olmamalıdır. 

 

Daxili auditin aparılması zamanı üç qrup standartlardan: daxili auditin peşə 



təcrübəsi  üzrə  beynəlxalq  standartlardan,  daxili  auditin  keyfiyyət  xarakteristikası 

standartlarından və daxili audit fəaliyyət standartlarından istifadə olunur. 

 

Auditor fəaliyyətinin həyata keçirilməsinə daxili yanaşmaları açıqlayan, 



auditor təşkilatlarında tətbiqi məcburi olan standartlar, təlimatlar, metodiki 

göstərişlər, vəsaitlər və digər sənədlər auditor təşkilatlarının daxili standartlarına 

aid edilə bilər. 

  Auditor standartları auditin keyfiyyəti və etibarlılığını müəyyənləşdirən və 

onlara riayət etməklə auditor yoxlaması nəticələrinə müəyyən təminat verən vahid 

beynəlxalq  təməl  təlimatlarını  formalaşdırır.  Auditor  praktikası  üzrə  Beynəlxalq 

Komitə  beynəlxalq  standartlardan  ibarət  auditin  aparılması  standartlarını 

müəyyənləşdirmişdir. 

Daxili  auditorların  və  onların  iş  sənədlərinin  kənar  auditə  kömək  etmək 

məqsədilə  cəlb  olunması  təcrübəsinin  artmasını  nəzərə  alaraq,  daxili  auditin 

keyfiyyətini  müəyyənləşdirmək  zərurəti  yaranır.  Bununla  əlaqədar  olaraq  auditin 

etika  normalarına  və  peşə  standartlarına  tam  riayət  olunmasına  xüsusi  diqqət 

yetirilməlidir.  Həmin  amillər  daxili  auditin  yüksək  keyfiyyətlə  həyata 

keçirilməsinə  təminat  verir.  Bu  nöqteyi-nəzərdən,  Daxili  Auditorlar  nstitutunun  

Etika  Məcəlləsi  həmin  ixtisas  üzrə  davranış  qaydalarını  və  normalarını  müəyyən 

edərək  müvafiq  tövsiyələri  nəzərdə  tutur.  Göstərilən  Məcəllə  davranışın  sərt 

normalarının bəyənnaməsidir və bu normaların yerinə yetirilməsinə köməklik edir.  

Auditоrların  pеşə  еtikasının  Milli  məcəlləsində  auditоr  еtikasının  əsas 

prinsipləri  əks  оlunmuşdur.  Auditоrun  qarşısında  duran  məqsədlərə  nail  оlmaq 

üçün о auditоr еtikasının aşağıdakı əsas prinsiplərini – Düzgünlük, Оbyеktivlik, 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin