AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix14.01.2017
ölçüsü0,5 Mb.
#5150
1   2   3   4   5   6

 

 

 

 

 

 

68 


 

 

Nəticə və Təkliflə

1.  Maliyyə  nəzarəti  orqanlarının  strukturlarında  bilavasitə  analitik  xarakterli 

tədqiqatlar  və  təhlillər  gücləndirilməli,  maliyyə  pozuntularının  və  yayınmaların 

səbəbləri,  onların  aradan  qaldırılması  yolları  göstərilməlidir.  Maliyyə  nəzarəti 

praktikasında  onun  səmərililik  və  keyfiyyət  göstəricilərinə  daha  çox  fikir 

verilməlidir. Müxtəlif idarə tabeçiliyinə malik dövlət maliyyə nəzarəti orqanlarının 

isində  paralelçiliyi,  təkrarçılığı  aradan  qaldırmaq  məqsədilə  Maliyyə  Nazirliyi  və 

Hesablama  Palatasının  həmsədrliyi  ilə  Maliyyə  nəzarəti  orqanlarının 

rəhbərlərindən  ibarət  idarələrarası  şura  yaradılması  məqsədəuyğundur.  Maliyyə 

nəzarəti  orqanlarının  qarşılıqlı  əlaqələrinin  gücləndirilməsi  məqsədilə  regionlar 

səviyyəsində bu qurumların bölmələri yaradılmalıdır. 

2.  Nəzarət  orqanları  özlərinin  funksiyalarını  həyata  keçirmə  prosesində  və 

onun nəticəsində vəzifəli şəxslərə qarşı təsir tədbirləri görmək imkanına malik 

olmadıqda, yoxlama materiallarını digər instansiyalara verib nəticəsini gözləmək 

məcburiyyətində qaldıqda, nəzarət fəaliyyətinin səmərəliliyi nəzərə çarpacaq qədər 

azalır.  Fikrimizcə,  süründürməçiliklə  üzləşməmək,  aşkara  çıxarılmış  pozuntu  və 

çatısmazlıqların  aradan  qaldırılmasında  operativliyi  yüksəltmək  üçün  maliyyə 

nəzarəti  orqanlarının  ən  zəruri  inzibati  təsir  və  maddi  sankisayalar  tətbiq  etmək 

imkanları  təmin  olunmalıdır.  Bu  məqsədlə,  istənilən  dövlət  idarəetmə  orqanları 

üçün  ən  başlıca  funksiyası  olan  –  səmərəlilik  funksiyasını  daha  dolğun  həyata 

keçirmək  üçün  maliyyə  nəzarəti  sistemində  ixtisaslaşmış  xüsusi  məhkəmə 

qurumunun  fəaliyyət  göstərməsi  məqsədəuyğun  olardı.  Bir  sıra  ölkələrin  ,  o 

cümlədən  Çexiya,  Cənubi  Koreya,  Çin,  Malayziya  və  s.  kimi  ölkələrin  təcrübəsi 

belə yanaşmanın kifayət qədər rasional olduğunu göstərir. 

3.  Azərbaycanda  auditin  təskili  sahəsində  yerinə  yetirilməsi  vacib  olan 

tədbirlərdən  biri  də,  respublikada  fəaliyyət  göstərən  auditorlar  arasında  sağlam 

rəqabət mühitinin yaradılmasıdır. Təcrübə göstərir ki, sifarisçilər auditor seçərkən 

onun pesə səriştəliliyini, iş təcrübəsini və digər lazımi keyfiyyətlərini nəzərə almaq 

əvəzinə auditorlardan hansının daha ucuz məbləğə audit aparacağını nəzərə alırlar 


 

69 


 

və  onlarla  müqavilə  bağlayırlar.  Auditorlar  isə  respublikada  audit  fəaliyyət 

dairəsinin  dar  olduğunu,  həm  də  qanunvericilikdə  məcburi  audit  aparılması 

nəzərdə tutulan təsərrüfat subyektlərinin sayı az olduğuna görə audit dəyəri barədə 

sifarişçilərin  təklifi  ilə  razılaşmaq  məcburiyyətində  qalırlar.  Buna  görə  də 

qanunvericilikdə audit aparılmasının minimum məbləği müəyyən olanmılıdır. Eyni 

zamanda, sifarisçi auditora lazım olan şəraitin yaradılmasına məsuliyyət daşımalı, 

yəni  lazım  olan  sənədləri,    registrləri  və  hesabatları  auditora  təqdim  etməlidir  və 

həmin sənədlərin düzgünlüyünə məsuliyyət daşımalıdır. 

4. Ölkəmizdə təşəkkül tapmış iqtisadi münasibətlərin xüsusiyyətləri və digər 

amillər  nəzərə  alınmaqla,  beynəlxalq  aləmdə  qəbul  edilmiş  ümumi  prinsiplərə 

əsaslanan, iqtisadiyyatımızın bütün sahələrini əhatə edən, sahibkarlığın inkişafına 

mane  olan  əsassız  müdaxilələrə  yol  verməmək  şərti  ilə  dəqiq  və  müasir  şəraitə 

uyğun maliyyə nəzarəti sistemi yaradılmalıdır.Dünya təcrübəsi göstərir ki, dövlətin 

maliyyə  nəzarətinin  səmərəliliyi  nəzarət  orqanlarının  sayı  ilə  deyil,  onların 

koordinasiya  olunmuş  fəaliyyətinin  düzgün  təskil  edilməsi  ilə  təmin  edilə  bilər. 

Hazırda  fəaliyyət  göstərən  nəzarət  orqanlarının  koordinasiya  edilmiş  fəaliyyətini 

təmin  etməklə,  respublikada  maliyyə  nəzarətini  tələb  olunan  səviyyədə  həyata 

keçirmək  mümkündür.  Bu  məqsədlə  hal-hazırda  dövlət  maliyyə  nəzarətini 

tənzimləyən  qanunvericiliyin  təkmilləşdirilməsi  və  sistemləşdirilməsini,  nəzarət 

sisteminin  fəaliyyət  dairələrinin  dəqiqləşdirilməsi,  onların  səlahiyyətlərinin 

bölüşdürülməsini özündə əks etdirən və beynəlxalq təcrübədə qəbul edilmiş ümumi 

prinsiplərə  əsaslanan  -  “Dövlət  maliyyə  nəzarəti  haqqında”  Azərbaycan 

Resublikasının Qanunu qəbul edilməsi zəruridir. 

5.  Ölkə  üzrə  audit  nəzarəti  standartları  hazırlanmalıdır.  Audit  nəzarəti 

standartlarında nəzarətinin aparılmasının vahid norma və qaydaları müəyyən 

edilməli,  hesabat  sənədlərinin  dəqiq  və  aydın  təsviri  verilməli,  bütün  məlum 

pozuntuların  və  normativ  aktlardan  kənarlasmaların  formaları  sadalanmalıdır.  Bu 

standartlarda  həm  hər  bir  nəzarət  orqanın  görməli  oldugu  işlər,  həm  də  mütləq 

yoxlanılmalı və aydınlaşdırılmalı olan məsələlər və ya suallar əks olunmalıdır. 

6. Hesablama Palatasının fəaliyyətinin təhlili göstərir ki, bu qurumun 


 

70 


 

bütövlükdə dövlət maliyyə nəzarəti sistemində ali orqan kimi yer və mövqeyində 

istər  hüquqi  müstəvidə,  istərsə  də  metodiki  təminat  baxımından  bəzi  məsələlərin 

həll  olunmasına  ehtiyac  vardır.  Məsələn,  xarici  və  daxili  nəzarət  orqanlarının 

səlahiyyətləri  kifayət  qədər  ayrılmamısdır;  bütövlükdə  ölkə  miqyasında  vahid 

maliyyə  nəzarəti  standartları  formalaşmamışdır;  dövlət  maliyyə  orqanlarının 

təqdimat  və  göstəricilərinin  baxılması  və  icra  edilməsinin,  həmçinin  maliyyə 

pzuntularına  görə  inzibati  məsuliyyət  sanksiyalarının  reqlamentləşdirilmiş 

qaydaları  yoxdur.  Bunun  üçün  ilk  növbədə  Hesablama  Palatasının  inzibati 

pozuntulara qarşı konkret cəza qərarı çıxarmaq səlahiyyəti verilməlidir. 

7. Maliyyə nəzarətinin səmərəliliyini və təsirliliyini artırmaq üçün mövcud 

qanunvericiliyin, xüsusən xarici ölkələrin təcrübəsində öz səmərəliliyini sübut 

etmiş  aşağıdakı  istiqamətlərdə  hüquqi  normaların  təkmilləşdirilməsinə  və 

uyğunlaşdırılmasına ehtiyac vardır: 

-

  qeyri-qanuni  əldə  edilmis  gəlirlərin  üzə  çıxarılmasını,  dondurulmasını  və 



müsadirəsini asanlaşdıra biləcək bütün hüquqi vasitələrin möhkəmləndirilməsi; 

-

  mütəşəkkil  cinayətkarlığa  qarsı  mübarizənin  səmərəliliyini  təmin  etmək 



üçün  vergilər,  əmanətlərin  sirri  barədə  qanunlara  yenidən  baxılması,  yaxud  yeni 

qanunlar qəbul edilməsi; 

-

  iqtisadi cinayətlərin istintaqına mane olmaması üçün bank sirri hesab edilən 



hüquqi prinsiplərin dəqiqləşdirilməsi; 

-

  bəzi  hərəkət  növlərini,  məsələn,  cinayətkar  təskilatlara  maliyyə  yardımı 



göstərilməsini  cinayətkar  hərəkətlər  hesab  edən  qanunvericilik  müddəalarının 

hazırlanması və qəbul edilməsi; 

-

  vəsaitlərin  yerdəyisməsinə  nəzarət  üçün  müvafiq  səxslərə  zəruri  olan 



sənədlərlə tanıs olmaq hüququ verilməsi; 

-    uydurma  və  saxta  adlar  altında  hesablar  açılmasını  və  istifadə  olunmasını 

hüquq pozuntusu hesab edən qanunvericilik müddəasının qəbul edilməsi. 

8. Auditor şirkətlərinin və sərbəst auditorların mənafelərinin müdafiəsini 

təmin  etmək,  auditor  xidməti  bazarında  haqsız  rəqabətin  qarşısını  almaq  və 

auditorların  işinə  sivil  qaydada  nəzarəti  gücləndirmək  məqsədilə  respublika 



 

71 


 

ərazisində  fəaliyyət  göstərən  bütün  təsərrüfat  subyektlərində  auditor 

yoxlamalarının  optimal  nisbətdə  yerli  və  xarici  auditor  təşkilatları  tərəfindən 

aparılması  prosesi  qanunvericilik  xarakteri  normativ  sənədlə  tənzimlənməlidir. 

Auditor təşkilatlarına və konkret auditorlara dövlət himayəsi gücləndirilməlidir. Bu 

gün dünyada çox yayılan-müstəqil xarici auditlərin verdiyi rəylərin hər hansı 

maliyyə nəzarəti orqanı tərəfindən təkrar yoxlanması və ya ekspertizası qanunla 

məhdudlaşdırılmalı  və  müstəqil  auditorların  nüfuzunun  artırılmasına  yardım 

edilməlidir. 

9. Aparılan araşdırmalar nəticəsində Qanunvericiliyə uygun olaraq məcburi 

auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması kütləvi xarakter 

daşıdığı  müəyyən  edilmişdir.  Aparılan  təhlillərdən  məlum  olmuşdur  ki,auditdən 

yayınmanın  əsas  səbəbi  bu  növ  qanun  pozuntularına  görə  məsuliyyətin  müəyyən 

edilməsinə  baxmayaraq  cərimənin  tətbiq  edilməsi  mexanizmi  müəyyən 

edilməməsidir. Göstərilənləri nəzərə alaraq bir sıra normativ hüquqi aktlara əlavə 

və dəyişikliklərin olunması məqsədəuyğun olardı. 

10. E-auditin tətbiqi sahəsində “Mühasibat uçotu haqqında” Azərbaycan 

Respublikası Qanununa əlavə və dəyişikliklər edilməklə mühasibatlığın kağız 

daşıyıcıları ilə yanaşı elektron formadada aparılması, eyni zamanda təqvim illəri 

üzrə elektron faylların arxivləşdirilməsi qaydasının müəyyən edilməsi zəruridir. 



stifadə edilmiş ədəbiyyat siyahısı 

 

1.

 “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan 



Respublikasının Milli Məclisi, Bakı, 1994 

2.

 “Azərbaycan Respublikası Auditor Palatası haqqında əsasnamə”, 1995 



3.

 Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995 

4.

 Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  Bakı,  “Hüquq  nəşriyyatı”, 



2000 

5.

 Azərbaycanın Milli audit standartları, Bakı, “Nağıl evi”. 2004” 



6.

 Azərbaycan  Respublikasının  “Mühasibat  uçotu  haqqında”  Qanunu,  Bakı, 

2004. 


 

72 


 

7.

 Azərbaycan Respublikasının “Daxili audit haqqında” Qanunu, Bakı 2007. 



8.

 Hacıyev R.S. Təftis və nəzarət (dərslik). Bakı, 1999 

9.

 Novruzov V.Q. və başqaları. Audit. (dərs vəsaiti). Bakı – 2001. 



10.

 Audit, dərs vəsaiti. Bakı, Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı, 2001 

11.

 Audit. Qanunvericilik və normativ sənədlər. I cild. Tərtibçilər: Q.Bayramov, 



R.Qənizadə, S. Rəhimova. Bakı, “Nağıl evi”, 2002. 

12.


 Hacıyev R.S. Səbzəliyev S.M. Auditin əsasları. Ali məktəblər üçün dərslik. 

Bakı, AD U  nəşriyyatı, 2003. 

13.

  qtisadi təhlil, dərslik. Dos. Cəfərli H.A.. “Elm və Təhsil” nəşriyyatı, 2009. 



14.

  qtisadi  təhlil,  dərslik.  Mahmudov  .M., smayılov  N.M.,  Zeynalov  T.S. 

AD U-nun nəşriyyatı, 2010. 

15.


 “ qtisadi təhlil” fənninin tədrisinə dair metodiki vəsait, Cəfərli H.A. AD U-

nun nəşriyyatı, 2010. 

16.

 Praktiki audit, dərslik. Kazımov R.N, Namazova C.B. AD U-nun nəşriyyatı, 



2011. 

17.


 Praktiki audit, dərs vəsaiti. Abbasova S.A. AD U-nun “Elm və Təhsil” 2011. 

18.


 Audit, dərs vəsaiti. Hacıyev F.S, Əliyev S.H. AD U-nun nəşriyyatı, 2011. 

19.


 Maliyyə  təhlili,  dərslik.  Kazımov  R.N,  Müslümov  S.Y,  AD U-nun 

nəşriyyatı, 2012. 

20.

 Abbasov  .M. Audit (dərslik). Bakı, 2013. 



21.

 Azərbaycan  Respublikasında  audit  sisteminin  islahatı  Konsepsiyası.  Bakı, 

2001 

22.


 Azərbaycan Respublikası Statistika Komitəsinin bülletenləri. 

23.


 “ qtisadiyyat  və  audit”  jurnalı,  N4-5/2000,  N4,5,7,9-11/2001,  N2,5- 

7,11/2002 

24.

 Azərbaycanda audit: təşəkküldən inkişafa doğru (1996-2001-ci illər). Bakı, 



Azərbaycan Respublikası Auditorlar Palatasının nəşri, 2002 

25.


 “Şəffaflığın  artırılması  və  korrupsiyaya  qarşı  mubarizədə nəzarətin  rolu və 

əhəmiyyəti.  (2008).  /Beynəlxalq  Elmi-Praktik  Konfrans.  Bakı,  18-19 

Sentyabr. s. 50-56. 


 

73 


 

26.


 Xankişiyev B.A. Maliyyə nəzarəti (dərs vəsaiti) Bakı 2002 

27.


 Abbasov  .M Audit (dərslik) Bakı 2007 

28.


 Abbasov  .M Auditin nəzəri və praktiki problemləri Baki Elm 1999 

29.


 BPP Learning Media - ACCA F8 “Audit and Assurance” (The Association 

of Chartered Certified Accountants) 

30.

 Адамс Р. Основы аудита. Москва, Аудит 1995 



31.

 Аксененко  А.  Ф  Информационное  обеспечение  экономического 

анализа. Финансы 1978 

32.


 Андропов В. Д. Практический аудит. Москва Экономика 1994 

33.


 Андреев  В.  Д.  Практический  аудит.  Справочное  пособие.  Москва 

Экономика 1994 

34.

  Аренс Э. Д, Лоббек Дж. К Аудит. Москва, Финансы и статистика 1995 



35.

 Артеменко  В.Г,  Беллендер  М.В.  Финансовый  анализ,  Финансы  и 

статистика 1997 

36.


  Бычкова С. М. Планирование в аудите. Финансы и статистика 2000 

37.


  Шеремет А.Д, Суйц В.П Аудит. Москва Инфра 2005 

38.


  Ерофеева  В.А,  пискунов  В.А,Битюкова  Т.А.  Аудит.  Москва.  Высщее 

образование 2005 

39.

 

Www.ach.gov.az



 

40.


 

www.audit.gov.az

 

41.


 

www.taxes.gov.az

 

42.


 

www.anl.az

 

43.


 

www.google.az

 

44.


 

www.aseu.az

 

45.


 Kitabyukle.wordpress.com 

46.


 Elektronkitab.com 

47.


 Kitabsayti.com 

48.


 Kitabxanam.blogspot.com 

49.


 Duddud.com 

 


 

74 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

MƏHƏMMƏDL  N CAT GÜLƏHMƏD OĞLU 

“MÜƏSS SƏLƏR N MAL YYƏ NƏZARƏT  S STEM NDƏ AUD T N 

ROLUNUN ARTIRILMASI PROBLEMLƏR ” 

XÜLASƏ 

Dissertasiya işi girişdən, üç fəsildən, nəticədən, istifadə edilmiş ədəbiyyat 



siyahısından ibarət olmaqla tərtib edilmişdir. 

Girişdə dissertasiya işi mövzusunun aktuallığı, tədqiqatın məqsəd və 

vəzifələri, dissertasiya işinin elmi yeniliyi, praktiki əhəmiyyəti və işin strukturu 

verilmişdir. 

Dissertasiyanin birinci fəsli Auditin nəzəri və metodoloji əsaslarından bəhs 

edir 


Dissertasiyanin ikinci fəsli Müəssisənin maliyyə fəaliyyətinin 

qiymətləndirilməsində auditin müasir vəziyyətinin təhlilindən bəhs edir 

Dissertasiyanin üçüncü fəsli Müəssisənin maliyyə fəaliyyətinin 

səmərəliliyinin yüksəldilməsi məqsədilə auditin rolunun artırılması yollarından 

bəhs edir. 

Dissertasiya işinin sonunda aparılmış tədqiqatın nəticələri yekunlaşdırılmış 

və təcrübədə geniş tətbiq edilməsi üçün işlənib hazırlanmış təkliflər irəli 


 

75 


 

sürülmüşdür. 

 

 

 



 

 

МАГОМЕДЛИ НИДЖАТ ГЮЛЬАХМЕД ОГЛЫ 



«ПРОБЛЕМЫ ПОВЫШЕНИЯ РОЛИ АУДИТА В СИСТЕМЕ 

ФИНАНСОВОГО НАДЗОРА ПРЕДПРИЯТИЙ» 

 РЕЗЮМЕ 

Диссертационная работа состоит из введения, трех разделов, заключения 

и списка использованной литературы.  

Во  введении  представлены  актуальность  темы,  задачи  и  цели 

исследования,  научная  новизна  диссертационной  работы,  ее  практическая 

значимость и структура работы. 

1-й  раздел  диссертации  посвящен  теоретическим  и  методологическим 

основаниям аудита. 

В 2-м разделе речь идет об анализе современного положения аудита при 

оценке финансовой деятельности предприятия.  

3-й раздел посвящен путям повышения роли аудита в целях увеличения 

рациональности финансовой деятельности предприятия.  

В  конце  диссертационной  работы  проводится  итог  результатов 

проведенного исследования и представлены предложения, разработанные для 

их широкого применения. 

 

 



 

 

 



 

 

76 


 

 

MAHAMMADLI NIJAT GULAHMAD 



 

“PROBLEMS FOR INCREATION OF AUDIT’S ROLE IN THE 

FINANCIAL CONTROL SYSTEM OF ENTERPRISES” 

 

SUMMARY 



 

Dissertation work was compiled by consisting of introduction, three 

chapter, conclusion and literature list used. 

The urgency of the dissertation work subject, purpose and objectives of the 

investigation,  scientific  innovation  of  dissertation  work,  practical 

importance and structure of the work was given in the introduction.  

The  first  chapter  of  the  dissertation  deals  with  theoretical  and 

methodological principles of audit.  

The  second  chapter  of  the  dissertation  deals  with  analysis  of  modern 

situation of audit in evaluation of financial activity of enterprise.  

The  third  chapter  of  the  dissertation  deal  with  ways  increased  of  audit’s 

role  for  the  purpose  of  improving  of  efficiency  of  financial  activity  of 

enterprise. 

Conclusions of investigation conducted were summarized in the end of the 

dissertation  work  and  offers,  which  worked  and  prepared  were  put 

forward to use in the practice widely.  



 

 

 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin