AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix31.01.2017
ölçüsü0,54 Mb.
#6889
1   2   3   4   5   6

Fəsil 3. Kənd təsərrüfatı  bitgilərinin məhsuldarlığına təsir edən amillər. 

 


3.1. Kənd təsərrüfatı  bitgilərinin qidalanması və məhsuldarlığı. 

 

1840-cı  ildə  U.Libixin  «Bitgilərin  mineral  qidalanması  haqqında»  təliminin 



(Libix,  1940)  nəşri  bitgilərin  qidalanması  və  gübrələrin  tətbiqi sahəsində  təcrübi- 

tədqiqat  işlərinin  genişlənməsinə  təkan  verdi.  Hələ  19-cu  əsrin  ortalarında 

bitgilərin  böyüməsi  və  inkişafında  10  kimyəvi  elementin  (N,  C,  H,  O,  P,  K,  Ca, 

Mg, Fe, Cl) rolu məlum idi. Hesab edilirdi ki, bitgilərin normal həyat və fəaliyyəti 

üçün  bbu  elementlər  kifayətdir  və  onları  «Zəruri»  adlandırırdılar.  Sonralar  belə 

zəruri  elementlərin  miqdarı  kifayət  qədər  çoxalır  və  buraya  mikroelementlər  də 

aiddir. 

Bitgilərin əsas mineral qida mənbəyi torpaq hesab edilir. Torpaq mühitində ayrı-

ayrı  elementlərin  çatışmaması  bitgilərin  böyüməsi  və  inkişafını  zəiflədir,  onların 

xəstəliyə  dözümlülüyünü  və  məhsuldarlığı  azaldır.  Buna  görə  də  çatışmayan 

elementlərin gübrə şəklində torpağa verilməsi zəruridir. 

Qida  elementlərinin  mənimsənilməsi  də  müxtəlif  faktorlardan  asılıdır:  mühit, 

temperatura, nəmlik, torpağın hava buraxması, gübrənin tərkibi və bitginin kökünə 

nisbətən  onların  torpaqda  yerləşmə  xarekteri.  Yüksək  məhsuldarlığın  təmin 

edilməsi üçün bu faktorların optimal hüdudlarda olması vacibdir.  

Bitgilərin  qida  elementlərini  udmasında  fotosintezin,  tənəffüsün,  elementin 

yerdəyişməsinin, assimilyasiya borularının və başqa fizioloji bioximik proseslərin 

rolu böyükdür. Bu proseslər nə qədər intensiv baş verirsə, bir o qədər çox mineral 

maddə  mənimsənir.  Bitgilərin  qida  elementlərinə  tələbi,  böyümə  və  inkişaf 

prosesinin aktiv olduğu dövrlərdə daha çox olur. 

Müxtəlif elm xadimlərinin çox illik tədqiqatları nəticəsində sübut edilmişdir ki, 

məhsuldarlığın  yüksəldilməsi  üçün  bitgilərin  vaxtında  mineral  gübrələrlə  (azot, 

fosfor və kalium) və habelə mikroelementlərlə (bor, marqanis, mis, sink, molibden, 

kobalt və s.)təmin edilməsi vacibdir. Bu elementlər asılı deyil və onların hər hansı 

birinin çıxarılması bitginin böyüməsini dayandırır. 


Azot  bitginin  qidalanmasının  əsas  elementidir.  O,azotsuz  əmələ  gəlməsi 

mümkün  olmayan  zülalların,  turşuların  və  bir  çox  orqanik  maddələrin  tərkibinə 

daxildir.  Torpaq  məhlulundan  əsasən  azot  nitratı(NO

anionu)  şəklində  sorulur. 



Azot  gübrələrində,  əsasən,  ammonyak  və  nitrat  formaları  mövcud  olur.  Bundan 

ə

lavə  tərkibində  80%-dən  çox  azot  olan  maye  ammonyakvəya  ammonyak  suyu, 



sidik cövhəri gübrə kimi istifadə edilir. 

Azot  qidalanmasının  şəraiti  bitginin  böyüməsi  və  inkişafına  kəskin  təsir  edir. 

Yarpaqlar intensiv yaşıl rəng alır- xlorofill və zülalların əmələ gəlməsi sürətlənir, 

yarpagın ömrü uzanır. Bitginin geniş yarpaqları, yoğun və hündür gövdəsi olur. 

Azot çatışmamazlığında (azlığında) yarpaqlar sarı yaşıl olur, bitginin böyüməsi 

gecikir.  Düzgün  istifadə  edilmiş  azot  gübrələri  bitginin  məhsuldarlığını  artırır, 

məhsulun keyfiyyətini yüksəldir. 

Azotun  fizioloji  qiyməti  zülalların,  fermentlərin  xlorofillərin  və  başqa  orqanik 

birləşmələrin sintezində onun istifadəsidir. 

Səpin  zamanı  gübrələrin  yüksək  dozası  müxtəlif  tədqiqatçılar  (Q.N.Ustenko, 

V.L.Brovtsıp 1963; U.I.Tikalov, L.Çermenko, 1959) tərəfindən tətbiq edilmişdir. 

Bir  sıra  müəlliflərin  (Brilliant,  1949;  Doroxov,  1957;  Mamedov,  1970) 

ə

sərlərində  göstərilmişdir  ki,  azot,  kalium,  və  fosfor  çatışmamazlığı  fotosintezin 



intensivliyini azaldır. L.M.Doroxovun əsərlərində (1957) göstərilir ki, azot, fosfor 

və  kaliumun  kökdənkənar  təsiri  altında  Şəkər  çuğunduru  yarpaqlarının 

fotosintezinin intensivliyi 30-40% artır. 

Q.Rəhimov,  T.M.Buşevoyun  noxud  və  yem  bitgiləri  ilə  apardığı  təcrübələr 

(1964)  göstərir  ki,  azot  çatışmamazlığı  zamanı  fotosintezin  intensivliyi  15-18% 

azalır. 


Bitgilər  tərəfindən  fosfor,  torpaq  məhlulundan  hidrofosfor  ionları  şəklində 

sorulur.  Fosforla  normal  qidalanma  zamanı  bitgilərin  cüccərməsi  və  inkişafı 

sürətlənir, məhsuldarlıq kifayət qədər yüksəlir, məhsulun keyfiyyəti yaxşılaşır. 


Orqanik  fosforun  torpaqda  əsas  mənbəyi  humus  hesab  edilir.  Fosfor 

çatışmamazlığı  zamanı  bitginin  inkişafının  ilk  dövrlərində  onun  böyüməsi  kəskin 

zəifləyir. Belə bitgilərin sonradan fosforla təchiz edilməsi ilkin inkişaf dövrundəki 

çatışmazlığın mənfi təsirini tam aradan qaldıra bilmir. 

Fosfor  bitgilərdə  fotosintez  proseslərini  uqlevodların  yığılmasını  və  hərəkətini, 

zülal  birləşmələrinin  yaranmasını  sürətləndirir.  O,  Azot  və  kükürdlə  birlikdə 

zülalların tərkibinə daxil olur. 

Kalium,  protoplazmanın  hidrofilliyini  su  saxlama  qabiliyyətini  artırır,  onun 

normal  vəziyyətinin  saxlanması  üçün  əlverişli  şərait  yaradır.  Cavan  yarpaqlarda, 

qabığın canlı toxumlarında, tumurcuqlarda kalium xüsusən çox olur. O, bitgilərin 

köhnə orqanlarında çox az olur. Kalium zülalların, kraxmalın, xlorofilin, yağların 

sintezinə müsbət təsir edir, fotosintez prosesini gücləndirir. 

 

3.2.  Mikroelementlər. 

 

Çoxsaylı elm xadimlərinin tədqiqatlarında mikroelementlərin bitgilərin həyatına 



təsiri  və  kənd  təsərrüfatında  tətbiqi  öyrənilmişdir.  Bundan  başqa  müəyyən 

edilmişdir  ki,  mikroelementlərin  bitgilərin  böyüməsi,  inkişafı  və  məhsuluna 

təsirinin effekti təkcə «katalitik» və «stimullaşdırıcı» rolu ilə məhdudlaşmır. Onlar 

kalium,  azot,  fosfor  və  başqaları  kimi,  bitgilərin  zəruri  qida  elementləridir.  Qeyd 

etmək  lazımdır  ki,  PK-nın  torpaqda  kifayət  qədər  olmasına  baxmayaraq,  onun 

torpağa  əlavə  verilməsi  bitginin  məhsuldarlıgını  artırır.  Eyni  vaxtda 

mikroelementlərlə qidalanma da bitgilərin məhsuldarlığını artırır. 

Bitgilərin  normal  böyüməsi  və  inkişafı  üçün  azot,  fosfor  və  kaliumdan  başqa 

maqnezium,dəmir  və  mikroelementlər  də  (marqanis,  bor,  sink,  yod,  mis, 

alüminium, molibden, kobalt) vacibdir. Bitgidə onların miqdarı çox olmayıb, quru 

maddənin 0,02%-dən artıq deyil. 


Dəmir  və  maqnezium  makro-  və  mikroelementlər  arasında  aralıq  mövqe  tutur. 

Mikroelementlərin  də  fizioloji  qiyməti  makroelementlər  qədər  vacibdir. 

Mikroelementlərin  kənd  təsərrüfatı  istehsalında  istifadəsi  onların  bitginin  həyat 

fəaliyyəti  prosesindəki  fizioloji  rolu  və  torpaqdakı  miqdarı  ılə  müəyyən  edilir. 

Onlar, bitgi orqanizmindəki bioximik proseslərdə iştirak edən bir çox fermentlərin, 

vıtaminlərin tərkibinə daxil olub, bu proseslərin aktvləşdiriciləridirlər. Tənəffüsün 

aktivliyinə,  turşu-  bərpa  reaksiyalarının  sürətinə  və  fotosintez  proseslərinə  aktiv 

təsir  edir.  Marqanis,  bor,  kobalt,  molibden  və  başqaları  bitginin  yarpaqlarında 

xlorofilin sintezinə əlverişli təsir edir. 

Azərbaycanın  müxtəlif  torpaqlarında  mikroelementlərin  miqdarı  bir-birindən 

kifayət  qədər  fərqlənir.  A.N.Güləhmədov  mikroelementlərin  miqdarına  görə 

azərbaycan  torpaqlarını  6  əsas  qrupa  bölür.  O,  müəyyən  etmişdir  ki,  pambıqçılıq 

zonalarında  sorula  bilən  mikroelementlərin  miqdarı  azdır.  Bir  kiloqram  torpaqda 

bor üçün bu miqdar əlamətlərdən 0,25 mq-a qədər, marqanis 0,6-dan 9,5 mq-a, mis 

0,02-dən  1,5  mq0a,  sink  əlamətlərdən  1,8  mq-a,  molibden  0,06-dan  1,85  mq-a 

qədərdir. 

Ə

lbəttə,  belə şəraitdə  yüksək  məhsul əldə  etmək  mümkün deyil.  Buna  görə də 



kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığının  yüksəldilməsi  üçün  diferensial 

qaydada  makro  və  mikro  gübrələr  tətbiq  etməklə  torpağın  məhsuldarlığını 

qaldırmaq lazımdır. Bitgilərin mineral qidalanması üzrə ədəbiyyatların məlumatları 

sübut  edir  ki,  fotosintetik  fəaliyyətin  yaxşılaşdırılmasında,  bitgilərə  mikro-  və 

makrogübrələrin verilməsinin optimal doza və vaxtının müəyyən edilməsi əsasında 

məhsuldarlığın artırlması metodlarının hazırlanması üçün böyük sahələrdə, istehsal 

və  qeyri  istehsal  şəraitində,  çoxsaylı  və  müxtəlif  variantlarda  eksperimentlər 

keçirilməsi vacibdir. 

Makro-  və  mikroelementlər  tətbiq  etməklə  bitgilərin  mineral  qidalanmasının 

öyrənilməsi  üçün  laboratoriya  və  çöl  şəraitində  Z.Məmmədovun  apardığı 

təcrübələr göstərir ki, bitgilərə əsas lazım olan elementlər (Azot, fosfor, kalium) və 

habelə bəzi mikroelementlər (bor, marqanis, mis, sink, kobalt, molibden) öyrənilən 



bitgilərin  fotosintetik  fəaliyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Bu  elementlər, 

habelə,  fotosintez  proseslərinin  nizamlanması  üçün  də  lazımdır.  Digər  bərabər 

şə

raitlərdə,  bitgilərin  makro-  və  mikroelementlərlə  mineral  qidalanması 



məhsuldarlığın artırılması üçün vacib faktordur. 

 

3.3. Iqlim şəraitini xarakterizə edən parametrlər və onların məhsuldarlığ



təsiri. 

 

Kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığına  təsir  edən  əsas  amillərdən  biri  də 



iqlim  şəraitidir.  Bitgilərin əsas  mineral qida  mənbəyi  torpaq  hesab  edilsə də qida 

elementlərinin  mənimsənilməsi  iqlim  şəraitindən  (mühit,  temperatura,  nəmlik, 

torpağın hava buraxması) asılıdır. 

Iqlim şəraiti aşağıdakı göstəricilərlə xarakterizə olunur: 

1.

 

Ə



razinin işıqlanma şəraiti. 

2.

 



Havanın temperaturu. 

3.

 



Atmosfer yağıntıları və qar örtüyü. 

4.

 



Havanın rütubətlələyi. 

5.

 



Bəzi zəruri atmosfer hadisələri. 

Ə

razinin işıqlanma şəraiti 3 göstərici ilə xaraktkrizə edilir: 



1.

  Günəş şüalanması. 

2.

  Ümumi günəş radiasiyası. 



3.

  Fotosintetik aktiv radiasiya. 

Günəş  şüalanmasının  müddəti  buludluluq  rejimindən,  ərazi  səthinin 

xarakterindən  və  başqa  faktorlardan  asılıdır.  Buna  görə  həm  bütün  il  ərzində 



ümumi,  həm  də  bitginin  vegetasiya  (boy  atma,  göyərmə  və  yetişmə  dövrü) 

dövründə  günəş  şüalanması  Respublika  ərazisində  mürəkkəb  xarakter  daşıyır. 

Ə

razidən  asılı  olaraq  ümumi  günəş  şüalanmasının  qiyməti  1350-2350  saat 



intervalında dəyişirki, bunun 65- 80%- i vegetasiya dövrünə düşür. 

 Ümumi  günəş  radiasiyasının  illik  qiyməti  139-  174  kvt  saat/m

2

  intervalında 



dəyişir. Bunun 73- 79%-i ilin isti yarımhissəsinə düşür. 

Fotosintetik  aktiv  radiasiyanın  (FAR)  qiyməti  respublika  ərazisində  yerləşən 

aktinometrik stansiyaların (yeddi stansiya) məlumatları əsasında müəyyən edilir və 

aşağıdakı kımı hesablanır: 

Q

F

=0,42S+0,60D 



Burada, S- üfqi səthin birbaşa günəş radiasiyası, 

               D- səpələnmiş günəş radiasiyasıdır. 

Respublika  ərazisində  onun  illik  qiyməti  bir  kvadrat  metrə  65,9-  79  kvt  saat 

intervalında dəyişir. 

Havanın  temperaturu,    başqa  sözlə  termik  şərait  aşağıdakı  göstəricilərlə 

xarakterizə edilir: 

1.

  Havanın orta illik temperaturu. 



2.

  Ən soyuq ayın orta temperaturu. 

3.

  Ən isti ayın orta temperaturu. 



4.

  Yüksək temperaturlu (35 dərəcə selsidən çox) günlərin miqdarı və s. 

Atmosfer  yağıntılarının  miqdarı  aylıq,  illik  və  ayrı-ayrı  dövrlərdə  yağıntının 

miqdarı ilə xarakterizə edilir. 

Qar örtüyü – onun dərinliyi və qar örtüyü olan günlərin miqdarı kimi müəyyən 

edilir. 


Havanın  rütubətliliyi  bitgiçilik  nöqteyi  nəzərindən  çox  vacib  olub  aşağıdakı 

kəmiyyətlərlə xarakterizə edilir: 

1.

 

Mütləq rütubətlilik, 



2.

 

Orta illik nisbi rütubətlilik, 



3.

 

Gündüz vaxtı (13 saat) havanın nisbi rütubətliliyi, 



4.

 

Rütubətliyi  az  (30%-dən  az)  və  yüksək  (80%-dən  çox)  günlərin 



miqdarı, 

5.

 



Rütubət çatışmazlığının orta illik qiyməti. 

Bəzi  zərərli  atmosfer  hadisələrinə  quraqlıq,  qara  yel  (isti  quru  külək),  dolu 

aiddir. Onun qiyməti  il ərzində belə günlərin miqdarı ilə müəyyən edilir. 

Qeyd etmək lazımdır ki, göstərilən parametrlərin tərkibi və məhsuldarlığa təsiri 

konkret bitginin növündən asılı olaraq müxtəlif olur. Ə.S.Əyyubov, X.Ş.Rəhimov 

və  N.D.Ulxanovun  üzümçülük  üzrə  apardığı  tədqiqatların  nəticəsi  aşağıdakı 

kimidir. 

1.

  Üzüm  tənəyinin  bar  verməsi  kolun  gözcüklərinin  miqdarından  çox 



asılıdır.  Aydınlaşdırılmışdır ki,  zoğların  ümumi  miqdarı  kolun  gözcüklərinin 

birbaşa  asılıdır.  Eyni  zamanda  gözcüklərin  həddən  artıq  çox  olması  da  həm 

məhsul verən zoğların, həm də salxımların miqdarının azalmasına səbəb olur. 

Müxtəlif  üzüm  növlərinin  bar  vermə  göstəriciləri  kifayət  qədər  geniş 

diapazonda dəyişir. Bir növ üzrə bu göstəricinin dəyişməsi torpaq iqlim şəraiti 

ilə  əlaqədardır.  Aydınlaşdırılmışdır  ki,  a)  kolda  salxımların  miqdarı  yaz 

yağıntıları (mart-may) vəgözcüklərin miqdarı ilə kifayət qədər sıx əlaqəlidir. 

Mədrəşə  texniki  sortunda    60-160  mm  yaz  yağıntıları  və  20-60  gözcüklə 

salxımların miqdarı 15 dən artıq olur. Süfrə üzümü Təbrizidə isə salxımların 

maksimum  miqdarı  (25-dən  çox)  70-140  mm  yağıntı  və  45-70  gözcük 

olduqda  mümkündür.  Barın  yetişmə  dövrndə  aktiv  temperaturların  cəmi 

2450-2650  dərəcə  vəgözcüklərin  miqdarı  22-25  olduqda  bir  salxımın  orta 



çəkisi  250  q-dan  çox  olur.  B)  Yaz  yağıntılarının  miqdarının  artması 

(çıçəklənmə  dövrünə  qədər)  Mədrəsə  sortunun  məhsuldarlığının  artmasına 

səbəb olduğu halda, Bayan şirə sortunun məhsuldarlığı apreldə 80 mm-dən və 

aprel-mayda  120  mm-dən  artıq  yağıntı  olması  ilə  azalır.  Iyun  ayında  düşən 

yağıntıların miqdarı isə Mədrəsə sortunun məhsuldarlığı ilə tərs mütənasibdir. 

Bayan şirə sortunun məhsuldarlığıisə iyun ayında yağıntının miqdarı 80 mm-

dən çox olduqda azalır. 

2.

  Yağıntının  az  olması  və  ya  olmaması  (apreldə  30-40  mm-dən  az, 



aprel-mayda  50-60  mm-dən  az)  hətta  sonrakı  suvarılmaya  baxmayaraq, 

məhsulu kəskin azaldır. 

3.

  Üzümdə  şəkərin  toplanma  dinamikası  aktiv  temperaturların  cəmi  ilə 



düz,  havanın  rütubət  çatışmazlığı  ilə  tərs  mütənasibdir.  Atmosfer 

yağıntılarının  artması  məhsulun  turşuluğunu  artırır.  Iyun-avqust  aylarında 

yağıntının miqdarı 70 mm-dən çox olmadıqda turşuluq 6%-dən çox olmur. 

4.

  Üzüm meyvələrinin ən çox şəkərliliyi cənub yamaclarında, snra qərb 



yamaclarında,  daha sonra isə şimal və şərq yamaclarında əldə edilir. 

5.

  Cənub  yamaclarında  kolların  məhsuldarlığı  (salxımların  miqdarı) 



ş

imal yamaclarına nisbətən 4 dəfəyə qədər artıqdır. Lakin kolun yarpaqlarının 

vahid sahəsinə düşən məhsula görə belə fərq azdır (bir m

2

 yarpaq sahəsinə 1-



1,5 salxım). 

3.4. Bitgi sortları və məhsuldarlıq. 

 

Kənd  təsərrüfatı  bitgilərinin  məhsuldarlığı  xarici  mühitin  təsiri  vəaqrotexniki 



tədbirlərdən əlavə (torpaq, iqlim, gübrə, səpin vaxtı, yığım vəs.) bitgilərin bioloji 

xüsusiyyətləri  ilə  də  (məsələn,  sort,  toxumun  keyfiyyəti)  bilavasitə  əlaqədardır. 

Şə

raitdən  asılı  olaraq  düzgün  seçilmiş  sort  məhsuldarlığı  2-4  s-ə  qədər  artırmağa 



imkan verir. 

Hər  bir  sortun  bitgiləri  bir  qayda  olaraq  özünəməxsus  morfoloji,  bioloji  və 

təsərrüfat  xüsusyyətlərinə  malik  olur.  Məsələn,  saratovskaya-29  yazlıq  taxıl 

sortunun aşağıdakı əlamət və xüsusiyyətləri vardır: orta boylu, qılçıqsız, ağ rəngli 

sünbülü  var.  Sünbülcüklər  yumurta-lansetvari  formada,  tüksüzdür,  dənin  rəngi 

qırmızı,  şüşəvari,  oval  formalı,  orta  boylu,  möhkəm,  yerə  yatmağa  qarşı  davamlı 

budağı vardır. O, quraqlığa davamlı, orta yetişkən, sürmə və pas xəstəliklərinə çox 

zəif yoluxan, yüksək məhsuldar, əla un vəçörək bişirmə keyfiyyətinə malik sortdur. 

Müxtəlif  sortlar  təsərrüfat  nöqteyi  nəzərindən  bir-birindən  birinci  növbədə  ona 

görə  fərqlənirlər  ki,  eyni  şəraitdə  müxtəlif  məhsul  verirlər.  Məsələn,  dənli 

bitqilərdə bu fərq bir hektardan 2-4 s, bəzən isə 8-10 s olur. Ikinci fərq məhsulun 

keyfiyyət  göstəriciləri  ilə  əlaqədardır.  Məsələn,  şəkər  çuğundurunun  qədim 

sortlarının (1802-ci il) tərkibində 4-6% şəkər var idisə, seleksiya nəticəsində əldə 

edilmiş  hazırki  şəkər  çuğundurunun  tərkibində  20%  və  daha  artıq  şəkər  vardır. 

Məzlumov  tərəfindən  yaradılan  «Romanskaya-06»  şəkər  çuğunduru  sortunun 

tərkibində 21% şəkər vardır. 1933-cü ildə ən yaxşı pambıq sortunda lifin uzunluğu 

27 mm-ə çatırdısa bu gün pambıq şortlarının lifinin uzunluğu 33-43 mm-ə çatır. 

Üçüncü  fərq  bitgilərin  bəzi  təsərrüfat  və  bioloji  əlamətləri  ilə  əlaqədardır. 

Ş

axtaya davamsızlıq, gec yetişkənlik, xəstəlik və ziyanvericilərə qarşı davamsızlıq 



və s. belə əlamətlərdəndir. Məsələn, tək buğda bitgisini 125 növ xəstəlik və bir o 

qədər  də  ziyanverici  yoluxdurur.  Ən  təhlükəli  xəstəlik  pas  xəstəliyidir.  Həmin 

xəstəlik şiddətli yayılan illərdə bugda bitgilərinin məhsuldarlığı və keyfiyyəti 1,5-2 

dəfə  aşağı  düşür.  Lakin  «Qılçıqsız-1»  buğda  sortunun  məhsuldarlığı  azalmır  və 

zülalın miqdarı daim 14-15% arasında qalır. 

3.5. Gübrə məhsuldarlığın artırılmasının əsas amilidir. 

 

Torpağa  gələn  və  torpaqdan  çıxan  qida  elementlərinin  fərqi  qida  elementləri 



balansını təşkil edir. 

Torpaqdan  qida  elementlərinin  çıxması  vahid  sahədən  əsas  və  əlavə  məhsulla 

çıxan  qida  elementlərinin  miqdarı  ilə  təyin  edilir.  Qida  elementlərinin  torpağa 

qayıtması  toxumla,  torpaq-kök  çürüntüləri  ilə,  gübrələrlə  və  s.  torpağa  verilmiş 

qida elementlərinin miqdarı ilə təyin edilir. 

Kənd təsərrüfatı bitgiləri, qida elementlərinə tələbin və torpaqdan çıxardığı qida 

elementlərinin  miqdarının  müxtəlifliyi  ilə  fərqlənir.  3  t/ha  buğda  yetişdirilməsi 

üçün 110 kq N, 40 kq P

2

O



5

, 70 kq K

2

O tələb olunur. 30 t/ha kartofla 1ha-dan 150 



kq  N,  60  kq  P

2

O



5

,  270  kq  K

2

O  çıxarılır.  Gübrə  tətbiq  etmədikdə  bitgilər  torpağı 



zəiflədir və ildən ilə məhsul azalır. 

Bütün  dünyada  torpaqşünaslığın  təcrübəsi  sübut  edir  ki,  məhsuldarlığın 

səviyyəsi  tətbiq  edilən  gübrələrin  miqdarı  ilı  sıx  əlaqəlidir.  Mütəxəssislərin 

hesablamalarına  görə  məhsuldarlığın  artımının  50%-i  gübrə  tətbiqi  ilə,  təqribən 

50%-i isə başqa tədbirlərlə – aqrotexnika, sort, meliorasiya və s. əlaqədardır. ABŞ-

ın  elmi  tədqiqat  müəssisələrinin  məlumatına  görə  1945-ci  ildən  sonrakı  illərdə 

məhsuldarlığın  artımının  41%-i  mineral  gübrələrlə,  15-20%-i  herbisidlərlə  və 

bitgilərinmühafizəsinin  başqa  kimyəvi  vasitələri  ilə,  15%-i  təkmilləşdirilmiş 

aqrotexnika  ilə,  8%-i  hibrid  toxumlarla,  5%-i  irriqasiya  ilə,  11-18%-i  isə  başqa 

faktorlarla əlaqədardır. 

Lakin  məhsuldarlıq  artımı  ilə  gübrə  normaları  artımının  birbaşa  asılılığı 

müəyyən səviyyəyə qədər mümkündür. 

Gübrə  və  aqrotexnik  tədbirlərin  kartofun  məhsuldarlığına  təsiri  cəd.3.1-də 

verilmişdir. 

Payızda  şum  altına  verilmiş  gübrə  şəkər  çuğundurunun  məhsuldarlığını,  yazda 

kultivasiya altına verilmiş gübrəyə nisbətən 2 dəfə çox artırır. 

 

 

 



Cədvəl 3.1.    

Gübrə və aqrotexniki tədbirlərin kartof məhsuluna təsiri. 

 Təcrübə variantı.    

Məhsuldarlıq. 

(t/ha) 

Artım. 


(t/ha) 

1.Gübrəsiz, gecikən, xırda kartof, pis qulluq. 

2.Gübrə. 

3.Gübrəsiz aqrotexnikanın artması. 

4.Gübrə ilə aqrotexnikanın artması. 

9,1 


16,0 

15,4 


27,4 

6,9 



6,3 

18,3 


 

Ulmi tədqiqat müəssisələrinin məlumatlarına əsasən qeyri qaratorpaq zonalarda 

1  ha  sahəyə  20-30  t  peyin  verilməsi  dənli  bitgilərin  məhsuldarlığını  0,6-0,7  t, 

kökümeyvəlilərin 15 t-a qədər, yem bitgilərinin məhsuldarlığını isə 15-20 t artırır. 

Bundan əlavə onun təsiri 4-5 il davam edərək məhsul artımını təmin edir. 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

Fəsil 4. Torpaqların məhsuldarlığının ekspert sistemlə təyin edilməsi. 

4.1. Torpağın məhsuldarlığının qiymətləndirilməsi tarixi. 

 

Bitkiçilik  təsərrüfatları  fəaliyyətini  müqayisəli  təhlil  edərkən  torpaqların 

keyfiyyət  göstəriciləri  obyektiv  səbəb  kimi  nəticəyə  təsir  edir.  Obyektiv  səbəbin 

nəticəyə təsirini aradan qaldırmaq üçün onların bu xüsusiyətlərinin öyrənilməsi və 

təhlil  zamanı  nəzərə  alınması  vacibdir.  Buna  görə  də  torpağın  xüsusiyətlərindən 

asılı  olaraq  onun  məhsuldarlığının  öyrənilməsi  həmişə  diqqəti  cəlb  etmişdir. 

Torpaqların  keyfiyyətcə  qiymətləndirilməsi  məsələləri  ilə  Qərbi  Avropada  hələ 

XVIII-XIX əsrlərdə məşğul olmuşlar. 

Almaniyada  otlaq  torpaqlarının  bonitirovkası  zamanı  şumlanan  torpaqlar  üçün 

istifadə  olunan  torpaq  göstəricilərindən  əlavə  orta  illik  tempratura  və  rütubətlilik 

dərəcəsi istifadə edilirdi.  

Polşada  şumlanan  torpaqların,  biçənək  və  otlaqların,  meşə  massivlərinin 

bonitirovkası  aparılır.  Bonitirovka  zamanı  vacib  diaqnostik  göstəricilər  nəzərə 

alınır: qranulometrik tərkib, quruluş, turşuluq və s. torpağın bonitirovkası zamanı 

ş

umlanan  torpaqlarda  alınmış  məhsul  və  ya  yemlik  otun  miqdarı,  torpağın 



ziyanverici  bitkilərlə  korlanma  dərəcəsi  və  torpağın  yaxşı  istifadəsinə  maneçilik 

törədən digər səbəblər nəzərə alınır. 

Rusiyada  torpağın  bonitirovkası  üzrə  ilk  işlər  1951-ci  ildə  aparılmışdır.  Bu 

işlərdə torpaqların bonitirovkası “birbaşa təsərrüfat əhəmiyyətli olan və torpaqları 



bitkilərin  yaşayış  yeri  kimi  xarakterizə  edən  xüsusiyətlərin  təyin  edilməsi”  kimi 

qəbul edilir. 

Keçmiş SSRI-də torpaqların bonitirovkası üzrə aparılan tədqiqatları şərti olaraq 

iki qrupa bölmək olar: 

Ş

umlanan torpaqların və meşələrin bonitirovkası üzrə tədqiqatlar, 



Yemlik məhsul torpaqlarının bonitirovkası üzrə tədqiqatlar. 

Azərbaycanda torpaqların bonitirovkasının inkişafını 3 mərhələyə bölmək olar. 

I  mərhələ-  1965-ci  ilə  qədər  torpaqların  bonitirovkası  üzrə  tədqiqatların 

keçirildiyi  dövrü  əhatə  edir.  Bu  vaxt  respublikanın  torpaqşünas  alimləri  torpağın 

keyfiyyətini  aqrar-istehsal  qruplarının  genetik-istehsal  əsasları  əsasında    əks 

etdirirdilər. 

II mərhələdə (1966-1975) bir sıra dissertasiya işləri üzrə tədqiqatlar aparılmış və 

Azərbaycan  respublikasında  müxtəlif  bitkilər  üçün  torpaqların  bonitirovkası  üzrə 

metodik göstərişlər hazırlanmışdır. 

III  mərhələdə  Azərbaycan  respublikası  Elmlər  Akademiyasının  torpaqşünaslıq 

və  aqrokimya  institutunun  aqroekologiya  və  torpaqların  bonitirovkası 

labaratoriyasında  torpaqların  məhsuldarlıq  modellərinin  və  torpaq  örtüyü 

quruluşunun qiymətləndirilməsi, torpaqların aqroekoloji tədqiqatı və bonitirovkası 

üzrə geniş işlər aparılır. 

 

Azərbaycanda  torpaq  kadastrının  inkişafının  müəyyən  yekunları 



aparılmışdır.  Bu  yekunları  əhəmiyyətli  hesab  etmək  olar.  Çünki  onlar  artıq 

respublikanın  kənd  təsərrüfatı  istehsalına,  xalq  təsərrüfatının  planlaşdırılması, 

proqnozlaşdırılması, və təbiətin qorunması məsələlərinin qoyuluşuna təsir edir. Bu 

yekunlar nəzəri və tətbiqi kadastrın gələcək inkişafı və onun praktikada istifadəsi 

üçün əsaslar verir. 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin