«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
242
larımızı daha yaxşı təmsil edə bilirlər. Vacib olan odur ki, xarici dil doğma dilimi-
zin hesabına yox, ona əlavə olaraq tədris olunmalı və öyrənilməlidir.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1) F.Veysəlli. "Müstəqillik və xarici dil: Nəzəriyyələr və problemlər" 20 may 1995, Xəzər universi-
tetində keçirilən konfransdakı məruzənin qısa xülasəsi.
2) Psixologiya. Ali məktəbin bakalavr pilləsi üçün dərslik (prof. S.İ.Seyidovun və prof. M.Ə.Həm-
zəyevin elmi redaktorluğu ilə). Bakı. Nurlan 2007.
Rus dilində
1) Артемов В.А. «Психология обучения иностранным языкам». Москва
2) Белянин В.П. «Психолингвистика», Москва
3) Беляев Б.В. «Очерки по психологии обучения иностранным языкам » Москва, 1965.
4) Выготский Л.С. «Соб.соч. I, II. Мышление и речь» Москва, 1982.
5) Елизарова Т.В. «Культура и обучение иностранным языкам» Санкт-Петербург,2005.
6) Зимняя И.А. «Психологические аспекты обучения говорению на иностранном языке»
Москва, 1978.
Saytlar
1) http://ru.wikipeida.org/wiki
2) http://www.translit.az
MİLLƏTLƏRARASI
MÜNASİBƏTLƏRDƏ
TƏRCÜMƏNİN ROLU
Nuray QASIMZADƏ
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi
Elmi rəhbər: Hacıyeva Almaz
Bütün xalqların həyatında, etnosların, millətlərin inkişafında mədəniyyətlərin
qarşılıqlı əlaqələri, onların arasında dialoq, mədəni dəyərlərin, təcrübənin qarşılıqlı
mübadiləsi böyük əhəmiyyət kəsb edir. Lakin hər dövrdə mədəniyyətlərin aktiv, qarşı-
lıqlı təsirinə dil məsələləri güclü maneə olmuşdur. Ona görə də mətnlərin şifahi və
yazılı tərcüməsi, xarici dillər üzrə tərcüməçilərin hazırlanması, müxtəlif dillərdə danı-
şan xalqların ünsiyyətinin səmərəliliyinin artırılması hər dövrdə aktual mahiyyət
daşıyır.
Mirzə İbrahimov tərcüməyə belə münasibət bildirmişdir: “Tərcümənin xalqlar
arasında böyük, yıxılmaz mədəni körpü olduğunu qeyd edib deyirəm ki, o, insanın ruhi
aləmini, hissiyat və anlayışlarını zənginləşdirən güclü amillərdəndir. Tərcümə hər
xalqın eyni zamanda dilini zənginləşdirə bilər. Bir şərtlə ki, gözəl olsa, səlis olsa, oy-
naq olsa”.
Materiallar
07 may 2011-ci il
243
Tərcümənin tarixinə nəzər yetirdikdə mədəniyyətlərin formalaşmasında və inki-
şafında onun rolu aydın görünür, çünki tərcümə nümunələrinin əsas vəzifəsi mədəniy-
yətlərarası münasibətlərin qarşılıqlı təsirini həyata keçirməkdən ibarətdir.
Yaxın Şərqdə çox qədim dövrlərdə “müdriklik evləri”ndə tərcümə məktəbləri
fəaliyyət göstərirdi. Bu məktəblərdə digər mədəniyyətlərdən alverişli hesab olunan
mətnlər fars dilinə tərcümə olunurdu. Belə mərkəzlər Buxarada və Bağdadda möv-
cud idi. Bu şəhərlərdə çox zəngin kitabxanalar qorunub saxlanılmışdır. Bütün antik
mətnlər əvvəlcə fars dilinə, sonra isə ərəb dilinə tərcümə edilmişdir. İsgəndəriyyə
kitabxanası yandıqdan sonra antik müəlliflərin əsərlərinin tərcüməsi Avropa dillərinə
ərəb dili vasitəsilə həyata keçirilmişdir. Yaxın, Şərq mədəniyyəti mümkün olan
mətnləri ərəb dilinə çevirsə də, öz dəyərlərini tərcümə vasitəsilə translyasiya etməyə
can atmamışdır. Avropa mədəniyyəti buna maraq göstərmirdi, çünki Qərbin linqvo-
mədəniyyəti yad norma və mədəniyyətləri mənimsəməyə ehtiyac hiss etmirdi. О
daha çох öz dəyərlərini yaymağa cəhd edirdi. Şərqin mərkəzi mətni Qurandır. Quran
məqsədyönlü səkildə müsəlmanların mövqeyinə əsasən uzun bir dövrdə xarici dil-
lərə tərcümə edilməmişdir. Ərəb dilinə tərcümələr çox olmuşdur, ərəb dilindən isə,
demək olar ki, heç nə tərcümə edilməmişdir. Hesab olunurdu ki, dindar insan sakral
mətni orijinalın dilində öyrənməli, qavramalıdır. Вu linqvomədəniyyətdə mərkəzi
mətn funksiyasını orijinal icra edir, tərcümələr isə onun solğun surəti kimi qəbul
edilirdi. İslamın əldə etdiyi nailiyyətlər tərcümənin inkişafına təsir göstərə bilmə-
mişdir. Müsəlmanlığa müraciət edən şəxs mətni orijinalın dilində oxumalıdır. Lakin
sonrakı dövrlərdə Quranın tərcüməsi sayəsində islam mədəniyyəti qısa bir zaman
çərçivəsində müxtəlif mədəniyyətləri əhatə edə bilmişdir. Bir məsələni qeyd etmək
lazımdır ki, Quranın tərcümə olunmasında islam alimləri arasında hər zaman, elə
indi də mübahisəli fikirlər mövcuddur. Onlar belə fikirləşirlər ki, Quran Allah kəla-
mından ibarət olunduğuna görə bəndələri onu tərcümə etmək qabiliyyətinə malik
deyil. Eyni zamanda Quranda işlənmiş ifadələrin, sözlərin, vəznin, üslubunun başqa
dillərdə qarşılığı yoxdur. Ona görə də Quran başqa dillərdə qarşılığı yoxdur. Ona
görə də Quran başqa dillərə tərcümə edilərsə orijinalda olduğu kimi səslənə bilməz.
Bu da müqəddəs kitaba hörmətsizlikdir. Digər alimlər isə Quranın tərcüməsini zə-
ruri hesab edirlər. Onlar hesab edirlər ki, Quranın ehkam və qanunları bütün bəşə-
riyyət üçün gəlmişdir. Bu gün Quranın tərcüməsinə böyük əhəmiyyət verilir. Onun
mətninin bir çox dillərə tərcümə edilməsinə təşəbbüslər göstərilir. Quranın dünya
dillərinə tərcüməsi haqqında əldə edilən statistik məlumata görə o artıq 50-dən çox
dillərə tərcümə edilmişdir. Onun daha çox tərcümə olunduğu dilləri qeyd edək. Azər-
baycan dili (12 dəfə), alman dili (13 dəfə), urdu dili (98 dəfə), ispan dili (17 dəfə),
indoneziya dili (13 dəfə, ingilis dili (74 dəfə), italyan dili (10 dəfə), benqal dili (25
dəfə), Osmanlı türkcəsi (58 dəfə) və s.
Yad mədəniyyət hər bir mədəniyyətin özünün mədəni dəyərləri mövqeyindən
qiymətləndirilir. Qərb mədəniyyəti əzəldən tərcümə vasitəsilə öz dəyərlərini, inan-
cını, dünyaya baxışını və s. yaymağa istiqamətlidir. Bu mənada Şərq mədəniyyəti bu
gün az başa düşülür, çünki yayılmır. Bütün bunlara baxmayaraq, translyasion möv-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
244
qelərdə mövcud olan müxtəliflik qlobal linqvomədəniyyətin və siyasətin qurulma-
sında mütləq nəzərə alınmalıdır.
Mədəni əlaqələrin genişlənməsi ilə əlaqədar olaraq cəmiyyətdə müxtəlif profil-
lər üzrə xarici dilləri bilən mütəxəssislərə ehtiyac artır. Abbas Səhhət “Məğrib
günəşləri” kitabına müqəddimədə bu barədə dəyərli fikirlər söyləmişdir: “Qərbin
tarixi ədəbiyyatı bizə göstərir ki, onların ədəbiyyatda bu dərəceyi-kəmalə yetişmə-
sinin səbəbi qədim Roma və yunan ədəbiyyatını öz dillərinə tərcümə etmələri ol-
muşdur. Hal-hazırda rusların bu qədər parlaq və geniş ədəbiyyatına aşina olanlar bilir
ki, Puşkin və Lermontovun əsərlərində bayronizm deyə İngiltərə şairlərindən Lord
Bayron məktəbinin nə qədər nüfuz və təsiri olmuşdur. Və lakin bizlər isə, hər şeydə ol-
duğu kimi, ədəbiyyatımızda da haman qüruni-vüsətayə yavuq bir halda qalmışıq”.
Lakin mədəni əlaqələrin müvəffəqiyyətlə həyatakeçirilməsində başqa dillərin
kodlarına yiyələnməklə bərabər, qeyd edildiyi kimi, onun tarixi ənənələrlə, adətlərlə,
həyat tərzi ilə determinə olunmuş digər mədəni fonunun konsepsiyalarına da bələd
olmaq tələb olunur.
Tərcüməni mədəniyyətlərarası kommunikasiya aktı kimi nəzərdən keçirdikdə
onun kulturoloji aspektləri maraq doğurur. Ənənəvi olaraq tərcüməşünaslıqda bu
problemə böyük diqqət yetirilib, lakin yeni mədəni konsepsiya ilə əlaqədar olaraq
bu məsələlər daha çox mahiyyət kəsb etməyə başlamışdır.
Müasir dövrdə tərcümə iqtisadiyyat, siyasət, elm və texnika sahələrində də mü-
hüm əhəmiyyət kəsb edir. Xalqlar arasında iqtisadi, siyasi, sosial həyatın bütün sa-
hələrində genişlənən əməkdaşlıq tərcümə fəaliyyətinə yeni çalarlar verir. Bu sahə-
lərdə tərcümənın mahiyyəti bədii ifadə ilə bitmir, burada daha çox tərcümə olunan
mətnin məna yükünün ətraflı ifadə olunması önəm daşıyır.
XXI əsr bəşəriyyətin informasiya məkanında yeni problemlərin həllini irəli
sürür. İnformasiyanın kütləviliyinin artması ilə əlaqədar olaraq tərcümənin bəşəriy-
yətin həyatında rolu durmadan artır. Tərcümə əlaqələri bu gün insan fəaliyyətinin
bütün sahələrini əhatə edir. İnformasiya axını nə sərhəd, nə zaman, nə də məkan
tanımır.
Hər bir mədəniyyətin bir çox xüsusiyətləri onun tərcüməyə olan münasibətilə,
tərcümə üçün seçdiyi mətnlə, hansı tərcümə strategiyasını (adaptasion və ya
oriji-
nalın xüsusiyətlərini ifadə edən) üstün tutması ilə və onun nüfuzlu hesab etdiyi mə-
dəniyyətlə müəyyən edilir. Bütün mədəniyyətlər tərcüməyə eyni münasibət göstər-
mirlər. Belə ki, onlardan bəziləri bir mədəniyyətlə tərcümə əlaqələri saxladıqları
halda, digər mədəniyyətlərlə heç bir əlaqəyə malik deyillər. Bu hal hər zaman dil və
ya ərazi yaxınlığı ilə izah olunur. Orta əsrlərdə Avropa üçün nüfuzlu hesab olu-nan
və tərcümələrin böyük hissəsini təşkil edən Roma mədəniyyəti idi. Müasir dövr-də
isə Amerika mədəniyyəti nüfuzlu hesab edildiyindən ingilis dilindən tərcümələrin
total şəkil alması da bununla izah olunur. Sözsüz ki, mədəni təsirin mühüm
mənbəyi kimi tərcümə mətninin seçilməsi məsələlərinin ayrıca və ciddi bir problem
kimi öyrənilməsinə ehtiyac var.
Materiallar
07 may 2011-ci il
245
İkinci Dünya müharibəsindən sonra beynəlxalq əlaqələrin genişlənməsi tərcü-
məyə və tərcüməçiyə tələbatın artmasına səbəb oldu. Bu şərait öz növbəsində tər-
cümə fəaliyyətinin nəzəri tədqiqatlarına xüsusi önəm verilməsinə təkan verdı.
Müasir tərcüməşünaslıq elmini müstəqil tədqiqat sahəsi kimi xarakterizə etmək
olar. Bunu həyata keçirmək üçün bir sıra elmlərin tədqiqat metodlarından istifadəyə
ehtiyac yaranır. Müasir dövrdə tərcümənin ədəbiyyatşünaslıq, psixologiya, etnoqra-
fiya, tarix, semiotika, hermenevtika və s. elmlərə istinadən öyrənilməsi bu sahənin
əhatəli təhlilində əhəmiyyətli rol oynaya bilər. Lakin, qeyd etmək lazımdır ki, məhz
linqvistik tədqiqatlar tərcümənin elmi tədqiqinə əsaslı zəmin yarada bilmişdir. Müa-
sir dünyada tərcümənin rolu getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır.
Çünki artıq beynəlxalq əlaqələr artmış, çoxlu sayda beynəlxalq təşkilatlar, ümum-
dünya hərəkatları, dövlətlərin regional ittifaqları yaranmışdır. Elmi-texniki tərəqqi
müxtəlif xalqlar arasında elmi informasiya mübadiləsinə geniş şərait yaratmışdır.
Beynəlxalq ticarətin, diplomatik fəaliyyətin, beynəlxalq yazışmaların həcmi qat-qat
artmışdır. Xalqlar arasında mədəni əlaqələr genişlənmiş, beynəlxalq turizm kütləvi
xarakter almışdı. Təbii ki, xalqların bir-birinə getdikcə daha çox yaxınlaşması, müx-
təlif dillərdə danışan insanlar arasında ünsiyyət zərurəti tərcümə və tərcüməçilərsiz
mümkün ola bilməz.
TƏRCÜMƏ QANUNLARI VƏ PRİNSİPLƏRİ
Günel QOCAYEVA
Bakı Slavyan Universiteti, Tərcümə fakültəsi
Elmi rəhbər: dos. Hacıyev. K
Tərcümə - həm böyük coğrafi məkanlarda yaşayan, müxtəlif dillərdə danışan,
fərqli dünya görüşünə, fərqli psixoloji təbiətə malik olan ölkələr və xalqlar, həm də
keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsi, “gediş – gəlişi” təmin edən mötəbər
dostluq – qardaşlıq körpüsüdür. Elə buna görə də tərcüməyə hər zaman hər yerdə
böyük ehtiyac duyulur. Tərcümə bir yerdə və ya bir dövrdə əldə olunmuş məlumat-
ları, elmi – texniki nailiyyətləri, bədii özəllikləri başqa yerə və ya başqa dövrə daşıyan
zəhmətkeşdir. Tərcüməçilik ağır və məsuliyyətli peşədir. Hər cür çətinliyə hazır
olaraq tərcüməçi gərək işinin mahir ustası olsun. Tərcümədə söz, cümlə, cümlədən
kiçik dil vahidlələri və mətnlərin tərcüməsinə tətbiq edilən müəyyən üsul və prose-
duralardan əlavə əsrlər boyu formalaşmış bəzi qaydalar da mövcuddur. Sözü gedən
bu qaydalar isə “tərcümə qanunları və tərcümə prinsipləri” kimi tanınır. Tərcümə-
çinin qarşısında duran əsas tələblərdən biri də bu qayda – qanunlara bələd olmaq,
onlardan məharətlə istifadə etməkdir. Bu qayda, yaxud prinsiplər haqqında məlu-
matları isə ilk dəfə olaraq A.F. Tytler özünün “An Essay on the Prinsiples of Trans-
lation ” kitabında aşagıdakı kimi əks etdirmişdir:
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
246
1. Tərcümə məxəz mətndəki ideyaları tam surətdə əks etdirməlidir;
2. Tərcümənin ifadə tərzi və üslubu məxəz mətndəki ilə eyni səciyyə daşıma-
lıdır;
3. Tərcümə əsl orijinal əsər kimi oxunaqlı olmalıdır.
Sonralar Th.Savory bu qaydaları özünün “The Art of Translation” kitabında tezis
və antitezis şəklində bu cür təqdim edir:
1. Tərcümə orijinalın sözlərini özündə əks etdirməlidir.
2. Tərcümə orijinaldakı ideyaları əks etdirməlidir.
3. Tərcümə orijinal əsər kimi oxunmalıdır.
4. Tərcümə tərcümə kimi oxunmalıdır.
5. Tərcümə orijinalın üslubunu verməlidir.
6. Tərcümənin mürtəcimə xas olan üslubu olmalıdır.
7. Tərcümə orijinalın müasiri kimi oxunmalıdır.
8. Tərcümə tərcümənin müasiri kimi oxunmalıdır.
9. Tərcümə orijinalda olmayan hansısa məlumatları əlavə edə, yaxud orada olan
müəyyən məqamları ixtisar edə bilər.
10. Tərcümə orijinala nə əlavə edə, nə də oradan nəyisə ixtisar edə bilər.
11. Nəzm nəsrlə tərcümə olunmalıdır.
12. Nəzm nəzmlə tərcümə olunmalıdır.
E.Nida isə tərcüməyə verilən tələbləri belə formalaşdırmışdır:
1. Tərcümə anlaşıqlı olmalıdır.
2. Orijinalın ruhunu və ifadə tərzini özündə əks etdirməlidir.
3. Tərcümənin dili təbii və asan olmalıdır.
4. Tərcümə də orijinal kimi eyni təsir yaratmalı, eyni səmərəyə malik olmalıdır.
Bütün bu deyilənlər bizə imkan verir ki, söhbət açdığımız tərcümə qanunları və
prinsipləri haqqında bildiklərimizi daha da genişləndirək. Həmçinin bu məlumatlar
tərcümənin qanun və prinsiplərinin mahiyyətini ümumi surətdə açıqlamağa xidmət
edir. Bu qanunlarda başlıca məqam orijinaldakı informasiyanı ötürməkdən, üslub və
ifadə tərzini isə eynilə saxlamaqdan ibarətdir. Əvvəldə də qeyd etdiyim kimi bütün
bu qayda – qanunları bacarıq və ustalıqla həyata keçirmək isə tərcüməçinin üzərinə
düşür. Ona görə də bu məsuliyyətli işlərin öhdəsindən layiqincə gəlmək üçün tərcü-
mənin bütün sirlərinə, onun qayda – qanunlarına yaxından bələd olmaq lazımdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, bütün dövrlərdə tərcümə, tərcümə işi və tər-
cümə sənəti yüksək qiymətləndirilmişdir. Dahi Puşkinin gözəl kəlamları bunu bir
daha təsdir edir: “Tərcüməçilər maarifin poçt atlarıdır.”
Materiallar
07 may 2011-ci il
247
TƏRCÜMƏ TARİXİ VƏ PRAKTİKASI
Miranə RZAYEVA
Gəncə Dövlət Universiteti
Xarici Dillər Fakultəsi İngilis Dili
Elmi rəhbər: Mövsümova Pərvanə
Hər hansı bir xalqın mədəniyyətində və ədəbiyyatında bəşəri duyğuları, ideya-
ları özündə təcəssüm etdirən nə kimi möhtəşəm, gözəl sənət əsəri varsa, o materik-
lər kimi kəşf olunur - tərcümə edilib digər xalqların mənəviyyatında özünə müəy-
yən yer qazanır. Ayrı-ayrı ölkə xalqlarının ədəbiyyatlarının, bu ədəbiyyatların yara-
dıcılarının biri-birinə təsiri, əlaqəsi ədəbi əlaqələri şərtləndirən başlıca amillərdən
sayılır.
Hər bir xalqın dili, mədəniyyəti və ədəbiyyatı onda güclü, qüdrətli olur ki, o
xalqın böyük tərcümə ədəbiyyatı vardır. O xalq ona görə güclü mədəniyyət və ədə-
biyyat sahibidir ki, başqa xalqların mənəvi, mədəni nailiyyətlərini öz doğma dilinə
çevirir, onlardan bəhrələnir.
Dünya mədəniyyətinin və ədəbiyyatının tərcümə olunduğu dil və bu tərcümə-
lərlə zənginləşən ədəbiyyat dünya dili və dünya ədəbiyyatına qovuşur. Daha doğrusu,
dünya ədəbiyyatını tərcümə edən hər hansı dil böyüklüyündən-kiçikliyindən asılı
olmayaraq ədəbi əlaqələrin mənəvi körpüsünü yaradır və zənginləşir. Bu cəhətdən
Azərbaycan dili də istisna deyil.
Klassik Azərbaycan ədəbiyyatının Qərbi Avropa dillərinə, o cümlədən ingilis
dilinə əhatəli tərcüməsinin XVII əsrdən etibarən başlandığını, XVIII əsrdən isə daha
intensiv şəkil aldığını söyləmək olar. Bu vaxtdan etibarən Xaqani, Nizami, Nəsimi,
Füzuli kimi klassiklərin əsərləri Avropada öyrənilməklə bərabər, eyni zamanda əc-
nəbi xalqların dillərinə də tərcümə edilməyə başlanmışdır.
AZƏRBAYCAN DİLİNDƏN İNGİLİS DİLİNƏ (VƏ ƏKSİNƏ)
TƏRCÜMƏ TARİXİNDƏN
Azərbaycan Ədəbiyyatına və tarixinə Böyük Britaniyada müxtəlif illərdə xüsusi
maraq olduğu üçün bu ölkədə Azərbayjanın tarixi, iqtsadiyyatı barədə məqalə və
kitablar nəşr olunmuşdur.
İngilis Ədəbiyyatından Azərbaycan dilinə tərcümə işinə isə XIX əsrin sonların-
dan başlanmışdır.
H.Vəzirov Şekspirin “Otello” faciəsini 1892-ci ildə Azərbaycan dilinə tərcümə
etmiş, 1904-cü ildə Şuşada tamaşaya qoymuşdur. Bu, Şekspir yaradıcılığından, eləcə
də ingilis Ədəbiyyatından ilk tərcümə əsəri kimi diqqəti cəlb edir.
İngilis Ədəbiyyatının digər klassiklərinin əsərləri də ayrı-ayrı illərdə Azərbaycan
dilinə çevrilmişdir. Lakin bu tərcümələrin əksəriyyəti əsasən rus dili vasitəsilə edil-
mişdir.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
248
Ötən əsrin 70-80-ci illərində isə bilavasitə orijinaldan tərcümə işinə diqqət artı-
rılmış, Azərbaycan müstəqillik qazandıqdan sonra isə bütün tərcümələr demək olar
ki, bilavasitə ingilis dilindən edilmişdir.
AZƏRBAYCAN DİLİNDƏN FRANSIZ DİLİNƏ (VƏ ƏKSİNƏ)
TƏRCÜMƏ TARİXİNDƏN
Azərbaycan oxucuları fransız ədəbiyyatı ilə çoxdan tanışdılar. Hələ 1885-ci ildə
dahi fransız yazıçısı Viktor Hüqo vəfat edərkən “Kəşkül” qəzeti 24-cü nömrəsində
bu münasibətlə nekroloq vermiş, ədibin şeirlərindən tərcümələr dərc etdirmişdir.
Hacı F.Ağazadə 1912-ci ildə Bakıda nəşr olunmuş, “Ədəbiyyat” məcmuəsində Hüqo
haqqında məqalə yazmış və şairin “Niyaziaziranə” şeirini nəşr etdirmişdir.
XX əsrin əvvəllərində Hüqo yaradıcılığına müraciət edənlərdən biri də görkəmli
şair və tərcüməçi Abbas Səhhətdir.
Azərbaycan oxucuları Balzak yaradıcılığı ilə çoxdan tanışdır. Hələ 1939-cu ildə
Azərbaycan Dövlət Dram Teatrında ədibin “Ögey ana” pyesi tamaşaya qoyulmuşdur.
Görkəmli ədəbiyyatşünas alim tərcüməçi Mikayıl Rəfili Balzakın novella-larını
1942-ci ildə dilimizə çevirərək nəşr etdirmişdir.
ALMAN-AZƏRBAYCAN ƏDƏBİ ƏLAQƏLƏRİ HAQQINDA QISA XÜLASƏ
Müxtəlif dillərdə danışan xalqlar arasındakı ədəbi-mədəni əlaqələrin dəqiq tari-
xini, köklərini müəyyənləşdirmək çətindir. Biz uzaqbaşı üzdə, əldə olan materiallar
əsasında nəyinsə nə vaxtsa kiməsə məlum olduğu haqda fikir yürüdə bilərik. Lakin
ədəbi-mədəni əlaqələrin yaranma tarixində bəzən elə məqamlara, elə paralellərə rast
gəlmək olur ki, onlar heç vaxt üzdə olmur, onların heç tarixi də, qarşılıqlı təsiri də
konkret olmur. Bu baxımdan Alman-Azərbaycan ədəbi-mədəni əlaqələrinin köklə-
rini, tarixini də müəyyənləşdirmək çətindir, lakin bütün bunlarla bərabər demək olar
ki, bu köklər çox dərindir, bizə məlum olan mənbələrdən çox-çox əvvəldir. Alman-
Azərbaycan ədəbi əlaqələrini tədqiq edən alimlərimizin bu sahədəki bilgilərinə əsa-
sən demək olar ki, alman oxucusu Azərbaycan haqqında ilk məlumatı Adam Oleraiu-
sun bu yerlərə XVII əsrin əvvəllərində etdiyi səyahətdən sonra alıb. Yeri gəlmişkən,
Alman-Azərbaycan ədəbi-mədəni əlaqələri haqqında görkəmli ədəbiyyatşünasları-
mızdan Ə. Sultanlı, Ə. Ağayev, M. Rəfili, C. Cəfərov, N. Ağazadə, Ə. İsmayılov
çox qiymətli fikirlər söyləsələr də, həmin əlaqələri müxtəlif aspektlərdə Aqil Ağa-
yev ( “Nizami alman dilində” Bakı, Gənclik, 1992) H. Arzulu (“Alman klassik
poeziyasının azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri” Bakı,
Elm, 2003), Flora Əlimirzəyeva-Mustafayeva (“Kitabi Dədə- Qorqud dastanının
alman dilinə tərcümə sənətkarlığı” Bakı, “Ozan”, 1999), Akif Bayramov (“Mirzə Şəfi
Vazehin ədəbi irsi “Bakı, Yazıçı, 1980) geniş araşdırmışlar.
Azərbaycan ədəbiyyatının, eyni zamanda Azərbaycanın mənəvi-ruhani dünya-
sının incisi hesab olunan “Kitabi- Dədə Qorqud” dastanının, eləcə də şifahi ədəbiy-
yatımızın, folklorumuzun digər nümunələrinin alman dilinə çevrilməsi XIX əsrə tə-
sadüf edir.
Materiallar
07 may 2011-ci il
249
Alman ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi isə məlum mənbələrə əsasən
XIX əsrin sonlarından başlayır və Azərbaycan oxucusuna təqdim olunan ilk alman
müəllifi Fridrix Şiller olmuşdur
AZƏRBAYCAN DİLİNDƏN RUS DİLİNƏ (VƏ ƏKSİNƏ) TƏRCÜMƏ
TARİXİ HAQQINDA
Tərcümə millətlərarası ünsiyyət vasitəsi kimi ona tələbat olanda meydana çıxır.
Deyilənlər tərcümə olunan ədəbiyyatı qeyri-ənənəvi ədəbi məhsulla zənginləşdirən
və müəyyən boşluqları dolduran bədii tərcüməyə də aiddir. Tərcümə sənəti bu işə
tarixi münbit şərait yarandıqda meydana gəlir və intensiv inkişaf edir.
Azərbaycanda belə münbit şərait XIX əsrin 30-cu illərində yaranmışdır. Rus
dilindən Azərbaycan, Azərbaycan dilindən rus dilinə ilk poetik tərcümələr məhz bu
dövrə aiddir.
Rus dilindən Azərbaycan dilinə tərcümənin əsasını Abbasqulu Ağa Bakıxanov,
Azərbaycan dilindən rus dilinə tərcümənin əsasını isə Mirzə Fətəli Axundov qoyub
desək, yanılmarıq. Məlum olduğu kimi, 1834-cü ildə A.Bakıxanov hərbi qulluqdan
uzaqlaşaraq Azərbaycana qayıdır və ədəbi yaradıcılıqla məşğul olmağa başlayır. O,
30-cu illərin ikinci yarısında İ.A.Krılovun təmsiilini tərcümə edir və bununla da rus
dilindən Azərbaycan dilinə tərcümənin əsasını qoyur. Bundan bir qədər sonra rus
dilindən tərcümə işi ilə Mirzə Şəfi Vazeh məşğul olmağa başlayır. Onun tərcümələ-
rindən yalnız A.Veltman yaradıcılığından etdiyi bir şer tərcüməsi qalmışdır.
Azərbaycan dilindən rus dilinə tərcümənin tarixi isə daha dəqiqdir. 1837-ci ildə
M.F.Axundov «Puşkinin ölümünə» elegiya-poema yazmış və dərhal onu rus dilinə
çevirmişdir. Həmin ilin mayında bu tərcümə «Московский наблюдатель» curna-
lında dərc olunmuşdur. Bununla da M.F.Axundov nəinki Azərbaycan dilindən rus
dilinə tərcümənin, həm də müəllif tərcüməsinin əsasını qoymuşdur.
XIX əsrin ikinci yarısında Zaqafqaziyanın mədəni mərkəzi olan Tiflisdə mət-
buat orqanlarının sayı artır, Bakıda da əvvəl rus dilində, 70-ci illərin ikinci yarısında
isə Azərbaycan dilində mətbuat orqanları yaranır və bütün bunlar həm yerli dillərdən
(o cümlədən Azərbaycan dilindən) rus dilinə, həm də Azərbaycan dilinə tərcümələrə
tələbat yaratmışdır. Məsələn, «Kəşkül» (1883-cü ildən çıxmağa başlayıb) qəzetində
A.S.Puşkin, M.Y.Lermantov, İ.S.Turgenev, M.E.Saltıkov-Şedrin və başqalarının
yaradıcılığından tərcümələr dərc olunmuşdur.
Azərbaycan ədəbiyyatından rus dilinə və rus ədəbiyyatından Azərbaycan dilinə
tərcümə prosesi sovet hakimiyyəti illərində xüsusilə intensivləşir. XX əsrin 20-ci
illərində və 30-cu illərin birinci yarısında əksər tərcümələr ayrı-ayrı tərcüməçilərin
öz təşəbbüsü ilə edilirdi. 30-cu illərin ikinci yarısından isə bu iş planlı xarakter alır:
müəyyən yubiley tarixləri ilə əlaqədar rus ədəbiyyatının daha çox tanınmış nüma-
yəndələrinin əsərlərinin Azərbaycan dilinə tərcümələri hazırlanır.
Azərbaycan Respublikası prezidentinin uğurlu siyasəti nəticəsində hazırda əv-
vəlki illərdə buraxılmış tərcümə əsərlərinin, o cümlədən rus dilindən edilmiş tərcü-
mələrin latın qrafikası ilə yenidən nəşri işi başa çatır. Hazırda «Dünya ədəbiyyatı
|