«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
234
TƏRCÜMƏNİN NƏZƏRİ ƏSASLARI
Müşkünaz HÜMBƏTZADƏ
Bakı Slavyan Universiteti, Azərbaycan Tərcümə fakultəsi
Elmi rəhbər: baş müəllim L.A.Mikayılzadə
Tərcümə insanların mədəni inkişafinda böyük rol oynayır. Müxtalif mövzuları
tərcümə edərək müəyyən ölkələrin, xalqların tarixi, mədəniyyati, ədəbiyyatı, məişəti,
yaşayış tərzi, va digər sahələrlə yaxından tanış oluruq.Tərcümə dövlət üçün böyük
əhəmiyyət kəsb edir. Bir dildə yazılmış nitq əsərinin məzmun, planın dəyişilməz ola-
raq saxlanılıb həmin əsərin digər dila transformasiya edilməsi prosesi tərcümə adlanır.
Tərcümə zamanı 2 mətn mövcud olur. Bunlardan biri ilkin mətn (orjinal), ikincisi
isə tərcümə mətni adlanır. 1-ci mətn hər bir zaman müstaqil oldugu halda, 2-ci mətn or-
jinal mətnin əsasında qurulur. Hər iki mətndə forma və məzmun vahidliyi mövcuddur.
Orjinal və tərcümə dillərində verilmiş mətnlərdən asılı olaraq tərcümə yazılı və
şifahi növlərə ayrılır. Yazılı tərcümə - orjinal mətnin yazılı formada verilməsi nə-
zərdə tutulur. Belə tərcümə yazılı-yazılı və yazılı-şifahi olur.
Şifahi tərcümə zamanı orjinal mətn şifahi formada verilir. Bela tərcümə şifahi-
şifahi, və şifahi-yazılı olur. Bundan əlavə tərcümə növləri dedikdə qədim zamanlar-
dan bizə məlum olan tərcümə növü mövcuddur: hərfi tərcümə, sərbəst tərcümə, adek-
vat tərcümə.
Tərcümə nəzəriyəsi yeni bir elm olduğu üçün bir sıra problemlərlə üzləşir. Biz
tərcümə zamanı semantik problemlərə də rast gəlirik. Dilçilər tərcüməyə sırf dil və
ədəbiyyatşunaslıq prizmasından yanaşırlar, yəni əsasən bədii obrazların və onların
yaradılmasından istifadə olunmuş istifadə vasitəlarinin qorunub saxlanılması
probleminə fikir verirlər. Məlum olduğu kimi tərcüməçinin qarşısına çıxan əsas
problemlərdən biridir. Bütün tip semantik uyğunluqlar ( 2 dil arasındakı leksik
sistemdəki uyğunluqlar 3 əsas qrupa bölünür:
1. Tam uygunluq
2. Nisbi uyguluq
3. Orjinal dildə və tərcümə dilindən referensial mənalarin tam uyğunsuzluğu.
Tərcümə zamanı tərcüməçinin qarşisinda duran əsas problemlərdən birinin tər-
cümə olunan orjinal mətndə tərcümə vahidinin minimal tərcümə üzə çixarmaq mə-
sələsidir. Tərcümə vahidi orjinal mətndə mövcud olub, tərcümə edilən dildə qarşı-
lıqlı olan bir vahiddir. Tərcümə vahidi rolunda dilin har bir səviyəsinin vahidi
işlənə bilər.
Tərcümə nəzəriyyəsi elmin ən cavan sahalarindən birisi olmasina baxmayaraq
sürətlə inkişaf edir. Bu inkişaf elmin müxtəlif sahələrində çalışan mütəxəsislərdə
müxtəlif formada maraq doğurur.Belə ki, ədəbiyyatşunaslar bədii tərcümə zamanı
əsərin bədii xüsusiyatlər və obrazlar sisteminin quruyub saxlamaq, onun janr və
Materiallar
07 may 2011-ci il
235
kompazisiya özəlliyini tərcümədə əks etdirmək və nəhayət əsər müəllifinin fərdi
üslubunun tarcümədə qorunub saxlanılması məsələsinə böyük diqqət verirlər. Psixo-
loqlar daha cox tərcümə zamanı tərcümə prosesində matnin qavranması və anlamına
diqqət verirlar.
Bu baxımdan bir cox alimlər belə qənaətə gəlirlər ki, tərcümə elmi linqvistik
əsaslı və linqvistik nöqteyi nəzərdən izah oluna bilar. Lakin,tərcümə nəzəriyəsi əsa-
sinda linqvistik nəzəriyə durmasına baxmayaraq yalnız dilçiliyə aid elmin bir sahəsi
kimi qəbul oluna bilməz.Tərcüməşunaslıq,əsasında linqvistik nəzəriyyə duran ümu-
mi filoloji istiqamatda olan müstəqil elmdir.
ATALAR SÖZÜ VƏ MƏSƏLLƏRİN TƏRCÜMƏSİ
Jalə ABBASZADƏ
Qafqaz Universiteti IV kurs
Elmi rəhbər: f.e.n. Ətrabə Gül
Tərcümə xalqlararası əlaqələrin, dolayısı ilə də bəşəriyyətin inkişafında böyük
rola malikdir. Tərcümə vasitəsilə hər hansı bir xalqın etnik mədəni məişəti haqqında
məlumatlar digər qohum olan və ya olmayan xalqlara ötürülür. Tərcümə də məhz
orijinalda olan mətnin uyğun ekvivalentlərlə başqa dildə yenidən yaradılmasıdır.
Tərcümə işini həyata keçirmək üçün tərcüməçi geniş leksik bazaya və tərcüməçilik
məharətinə malik olmalıdır. Lakin bununla belə tərcümə zamanı müəyyən çətinliklər
meydana çıxır.
Bir çox hallarda belə çətinliklər atalar sözləri və zərb məsəllərinin tərcüməsi
zamanı yaranır.
Xüsusi ilə də Azərbaycan və ingilis xalqlarının dilləri kimi bir birilə qohum ol-
mayan dillərdən edilən qarşılıqlı tərcümələr zamanı belə çətinliklər ortaya çıxır.
Təbii ki, Azərbaycan xalqının da, İngilis xalqının da öz məişət həyatı və müvafiq
olaraq dünyagörü və məişət dili vardır. Tərcüməçi doğru tərcüməyə nail olmaq üçün
hər iki xalqın dinilini və məişətini dərindən bilməlidir. Əgər biz ingilis dilindəki hər
hansı atalar sözünü və məsəli dilimiziə hərfi tərcümə etsək, oxucu nədən bəhs
edildiyini anlamayacaq. Buna görə də, həmin atalar sözünün və məsəlin dilimizdə
ekvivalentini tapmaq lazimdir.
Tərcümə xalqlararası əlaqələrin, dolayısı ilə də bəşəriyyətin inkişafında böyük
rola malikdir. Tərcümə vasitəsilə hər hansı bir xalqın etnik mədəni məişəti haqqında
məlumatlar digər qohum olan və ya olmayan xalqlara ötürülür. Tərcümə də məhz
orijinalda olan mətnin uyğun ekvivalentlərlə başqa dildə yenidən yaradılmasıdır.
Tərcümə işini həyata keçirmək üçün tərcüməçi geniş leksik bazaya və tərcüməçilik
məharətinə malik olmalıdır. Lakin bununla belə tərcümə zamanı müəyyən çətinlik-
lər meydana çıxır.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
236
Məsələn, İngilis dilində belə bir atalar sözü var: ”After dinner sit a while? after
supper walk a mille. ”Bu atalar sözünün Azərbaycan dilindəki uyğun ekvivalenti
belədir: ”Səhər yeməyini özün ye, günorta yeməyini dostunla bölüş, axşam yemə-
yini düşməninə ver. ”Əgər biz bu atalar sözünü hərfi tərcümə etsə idik belə olardı:
”Nahardan sonra biraz otur, şamdan sonra 1 mil gəz.”
Bir çox hallarda belə çətinliklər atalar sözləri və zərb məsəllərinin tərcüməsi
zamanı yaranır.
Xüsusi ilə də Azərbaycan və ingilis xalqlarının dilləri kimi bir birilə qohum
olmayan dillərdən edilən qarşılıqlı tərcümələr zamanı belə çətinliklər ortaya çıxır.
Təbii ki, Azərbaycan xalqının da, İngilis xalqının da öz məişət həyatı və müvafiq
olaraq dünyagörü və məişət dili vardır. Tərcüməçi doğru tərcüməyə nail olmaq üçün
hər iki xalqın dinilini və məişətini dərindən bilməlidir. Əgər biz ingilis dilindəki hər
hansı atalar sözünü və məsəli dilimiziə hərfi tərcümə etsək, oxucu nədən bəhs
edildiyini anlamayacaq. Buna görə də,həmin atalar sözünün və məsəlin dilimizdə
ekvivalentini tapmaq lazimdir.
Tərcümə xalqlararası əlaqələrin, dolayısı ilə də bəşəriyyətin inkişafında böyük
rola malikdir. Tərcümə vasitəsilə hər hansı bir xalqın etnik mədəni məişəti haqqında
məlumatlar digər qohum olan və ya olmayan xalqlara ötürülür. Tərcümə də məhz
orijinalda olan mətnin uyğun ekvivalentlərlə başqa dildə yenidən yaradılmasıdır. Tər-
cümə işini həyata keçirmək üçün tərcüməçi geniş leksik bazaya və tərcüməçilik
məharətinə malik olmalıdır. Lakin bununla belə tərcümə zamanı müəyyən çətinliklər
meydana çıxır.
Elə atalar sözü də vardır ki, onlar sırf ingilis xalqına məxsusdur və dilimizdə
ekvivalenti yoxdur.
XARİCİ DİLLƏRİN TƏDRİSİNDƏ DİLÖYRƏNMƏ
PSİXOLOGİYASI
Könül CAVADOVA
Azərbaycan Dillər Universiteti
2№ -li İngilis dili fakültəsi Qrup 231
Respublikamızın müstəqillik qazandığı dövrdən bəri həyatın bütün sahələrində
köklü dəyişikliklərlə müşahidə olunan, geniş vüsətli yeniliklər özünü göstərməkdə-
dir. Baş verən proseslər informasiyaların, insan təfəkkürünə təsir edən amillərin
artması, qloballaşma, böyük mədəni sferaların mərkəzinə çevrilmiş Avropaya in-
teqrasiya bu günki gündə tədris və təlimdə də məqsədyönlü dəyişikliklərin baş ver-
məsini tələb edir. Xüsusilə də təlim sahəsində xarici dillərin tədrisində aparılan
müasir yeniliklər bizdən bütün intellektual gücümüzdən istifadə edərək səmərəli
Materiallar
07 may 2011-ci il
237
inkişaf yolu seçməyimizi tələb edir. Bu gün dünya səviyyəsinə çıxmağa layiq, hər-
tərəfli inkişaf etmiş kadrlardan söhbət getdikdə onları xarici dil bilgisiz təsəvvür et-
mək qeyri-mümkündür. XIX əsrdə oğluna xitabən xalqa müraciət edən S.Ə.Şirvani:
"Ey oğul hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil əlacımız yoxdur."
dedikdə, o zaman “böyük qardaşlarımız” adlandırdığımız Rus imperiyasının biz
azərbaycanlılara süni olaraq yaratdıqları coğrafi, iqtisadi, siyasi, mədəni, hətta on-
lara yaranmaq ehtiyacından irəli gələn dil öyrənmənin vacibliyini vurğulayırdı.
Bu günki dil öyrənmədə isə mədəni, iqtisadi, sosial, siyasi və ən əsası müstəqil
ehtiyaclarımızı nəzərdə tutaraq, xarici dillərin tədrisini yüksək səviyyədə mənim-
sətməyə və mənimsəməyə səy göstərməliyik. Bu səbəbləri əsas götürərək bu gün
məqaləmizdə gündəmdə aktual olan xarici dillərin öyrənilməsində ən çox rastlanı-
lan müəyyən prosesləri analiz etməyi qarşımıza məqsəd qoymuşuq. Müasir dövrün
tələbatlarının ən önəmlisinə çevrilmiş xarici dillərin öyrənilməsi ilk baxışdan sadə
görünən hadisə kimi qarşılansa da, onun özünəxas olan çətinlikləri və tələbatları
mövcuddur. Bu çox təbiidir. Çünki, dil sosial hadisə olsa da /onun individumun
məhsuluna çevrilməsi prosesi spesifiklik tələb edir. Başqa sözlə desək, hər bir kəs
özünü fiziki və mənəvi tərəfdən daha yaxından tanıyan yeganə "təbib" olduğu kimi
xarici dili qavrayan zamanda da onu özünün anlaya biləcəyi bir üslubda, dildə öy-
rənmək istəyir. Elə bu istəklər də həmin fərdin dil öyrənmə psixologiyasını dəyər-
ləndirən faktorlar kimi qiymətləndirilir.
Nəzəri mənbələrdən əldə etdiyimiz faktlara əsasən keçən əsrin dilçiləri hesab
edirdilər ki, dil ruhun fəaliyyətidir və o, xalqın mədəniyyətini özündə əks etdirir.
Buna görə də onlar qeyd edirlər ki, dil özündə təkcə fiziki deyil, həm də psixoloji
komponentləri də əks etdirir və individuma xas olur. Bunun üçün də, dil ünsiyyəti
şərtləndirərək və insan fəaliyyətini nizamlayaraq dünyanı dərk etməyi sərhədləndi-
rir. Eyni zamanda, dil insanın özünü tam ifadə etməyənədək onun başa düşül-
məsini qeyri-mümkün edir.
"Psixoloji nöqteyi-nəzərdən nitqin əmələ gəlməsi onunla əlaqələnir ki, danı-
şan şəxs müəyyən qaydalara uyğun olaraq özünün düşüncələrini konkret dilin nitq
vahidlərinə çevirir. Başqa sözlə desək, son həddə məhz düşüncə sözə çevrilir, yəni
nitq insan düşüncəsinin verballaşmasına səbəb olur". Bu ideyaların müəllif! olan
V.S.Vıqotskinin işlərində xarici dildə nitqin qurulması prosesi aşağıdakı fəaliyyət
fazalan ilə sərhədləndirilir: motivasiya - düşüncə-daxili söz-reallaşma. Qeyd edi-
lən bu yanaşmalar, həmçinin, kommunikasiyanın effektivliyini təyin edən kompo-
nentlərlə- motivləşmə, bilik və vərdişlərlə oxşardır. Kommunikasiyaya girmək
kommunikativ davranışa sahib olmaqdır. Kommunikativ davranış dil şəxsiyyətinin-
danışan şəxsin özünü ifadə formasıdır. Elə bu səbəbdən də xarici dilin tədrisi pro-
sesi əslində praktik məqsədlərin həllinə yönəlmə deməkdir. Yəni, xarici dil təlim
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
238
predmeti kimi dil haqqında elmi bilik marağına daxil deyil, onun spesifik xüsusiy-
yəti ünsiyyətə girmək bacarığı ilə əlaqədardır.
Xarici dilin tədrisinin əsas və aparıcı məqsədi onun kommunikativ məqsədidir
ki, bu bütün
•
təlim prosesini əhatə edir,
•
xarici dil öyrədən və öyrənənin ən önəmli bacarıqlarını ön plana çəkir.
•
hər bir fərdin xarici dil bacarıqlarını deyil, həm də daxili bilik və vərdiş-
lərinin xarici dildə ifadəsini aşkarlamağa şərait yaradır.
Müasir dövrümüzdə xarici dillərin öyrənilməsi prosesində psixoloji faktorla-
rın araşdırılmasında yaş psixologiyası da əsas yer tutur. Həqiqətən də, hər hansı bir
dilə yiyələnərkən yaşın nəzərə alınması müsbət nəticələr verir, baxmayaraq ki,
atalarımız deyir: “öyrənmək heç vaxt gec deyil.” Lakin xarici dillərin öyrənilmə-
sində bu gün heç bir sərhəd yoxdur: artıq ən kiçik yaşlardan tutmuş, ən ahıl yaşlara
qədər bütün insanlar bu prosesin iştirakçılarına çevriliblər.
Xarici dillər tədris olunarkən müxtəlif yaş prinsipinə uyğun fərqli metodlardan
istifadə olunur. Məsələn, əgər uşaqlara xarici dil müxtəlif oyunlar, əyləncəli, şəkilli
vəsaitlərlə, daha asan yolla, alışdırılaraq tədris edilirsə, böyüklərdə bu tədris
metodu daha çox mürəkkəb, beyni inkişafetdirici, məntiqə və texnologiyaya əsas-
lanan vəsaitlərə və prinsiplərə əsaslanır.
Xarici dillərin tədrisində həmçinin “dil öyrənilməsinə nə vaxt başlamalı?”
sualı da bir qədər mübahisə doğurur. Bu məsələyə dair bir çox fikirlər mövcuddur.
Nəzərə alsaq ki, kosmos əsrində yaşayırıq, texnologiyalar həddindən artıq yeniləşib
və gənc nəsil hər şeyi tez öyrənməyə can atır, xarici dillərin tədrisi prosesində də bu
prinsip önə çəkilir. Etiraf edək ki, uşaq oynamaq, top dalınca qaçmaq istədiyi halda
ona ikinci dil öyrətmək məcburiyyətində olduğumuzu düşünürük. Çünki he-sab
edirik ki, uşaq beyni suçəkən kimi bilikləri özünə hopdurduğu halda, yaşa dol-
duqca ona xarici dili öyrətməyimiz çətinləşir. Əslində böyüklər üçün dil öyrənmək
nə qədər çətindirsə, uşaqlar üçün də bir o qədər mürəkkəbdir.
Lakin bir qisim tədqiqatçılar hesab edirlər ki, uşaqlar xarici dilə daha tez sahib
ola bilirlər. Məsələn, Britaniyada 17000 məktəbli arasında keçirilən sınaq təcrübəsi
göstərib ki, fransız dilinin tədrisini 7 yaşında başlayan məktəblilər 11 yaşında baş-
layanlardan daha yaxşı nəticə göstəriblər.
Kaliforniya Universitetinin apardığı tədqiqatlar göstərir ki, ikinci dil öyrənil-
məsində olan fərq bioloji amildən çox, sosioloji faktorlarla bağlıdır. Ortaya belə bir
sual çıxa bilər: axı, nə qədər görmüşük ki, böyüklər dil öyrənmək üçün illərlə çalış-
dığı halda, uşaqlar dil açıb danışırlar. Mütəxəssislər bunu ikinci dil öyrənməyə hə-
vəs və stimulun az və ya çox olması ilə izah edirlər. Məsələn, uşaqların oyun mey-
dançasında digər uşaqlarla danışa bilmək və ya sevdiyi cizgi filmi başa düşmək
istəyi böyüklərin dərs oxumaq istəyini üstələyə bilər. Elə buna görə də, uşaqlar dilə
asan yiyələnsələr də, dil öyrənmədə daha yaxşı nəticəni məhz, böyüklər göstərməyə
qadirdirlər. Çünki, onlar təfəkkür, qabiliyyət, diqqət, hafizə, qavrama, fəaliyyət,
Materiallar
07 may 2011-ci il
239
bacarıq, ünsiyyət və s. baxımından daha irəlidədirlər. Tanınmış psixolinqvist
A.A.Leontyevin qeyd etdiyi kimi "ikinci dilin öyrənilməsi onu öyrənməyə başlayan
adamın yaşından asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O ana dilinin
mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu cür hallar iki dilli
ailələr üçün adi haldır. Burada o, psixoloji cəhətdən ana dilinin mənimsənilməsi ilə
oxşardır. İkinci dilin öyrənilməsi bir qədər sonra, məktəbəqədər yaş dövründə də
başlaya bilər. Bu dövr dili, onun fonetikası və qrammatikasını dərk etmədən birbaşa
metodla mənimsəmək üçün səmərəli, necə deyərlər, senzitiv dövrdür. Bir sıra xarici
dil mütəxəssisləri, tanınmış dilçilər A.Svit, L.V.Şerba, R.Lando və digərləri dilöy-
rənmədə ana dilinə xüsusi əhəmiyyət verərək dil strukturları arasındakı fərqləri ön
plana çəkirlər.
Hər hansı bir xarici dilin tədrisi zamanı dərsin təşkili, ona verilən tələblər, me-
todlar çox mühüm amillərdəndir. Tədris edən şəxs dərsi elə qurmalıdır ki, o müasir
standartlara cavab verməklə yanaşı öyrənən şəxsin psixi fəaliyyətini də nəzərə alsın.
Bununla yanaşı elmi-metodiki, pedaqoji tələblərə də cavab versin. Elmi ədəbiyyat-
larda ümumilikdə dilöyrənmənin 2 növü göstərilir:
1. Təbii dilöyrənmə. Bu dilöyrənməyə uşaqlıqdan danışmağa öyrəndiyimiz
ana dilini misal gətirmək olar. Uşaq doğulduğu gündən onu əhatə edən mühitə ün-
siyyət vasitəsi kimi xidmət edən dili eşidir, səslər ümmanından fonem qarşılaşma-
larını ümumiləşdirərək fərqləndirir, bu dilin sistem və qurum xüsusiyyətlərini tədri-
cən mənimsəyir. Dünya şöhrətli alim R.Yakobsonun uşaq dili sahəsindəki tədqiqat-
ları buradakı qanunauyğunluqları kifayət qədər araşdırıb üzə çıxartmışdır. Ana dili-
nin terminoloji baxımdan birinci dil istilahı ilə əvəz olunmasında ciddi məntiq var.
Belə ki, birinci dil uşağın valideynlərinin dili olmaya bilər, bu ünsiyyət üçün vacib
olan dil deməkdir. Elə bizim dövlətimiz Azərbaycanda buna kifayət qədər misal
gətirmək olar. Milli azlıqlardan olan əksər ailələrdə valideynlər öz doğma dillərində
danışsalar da, uşaqlar ya rusca, ya da Azərbaycan türkcəsində danışırlar.
2. İdarə olunan və ya nəzarət altında dilöyrənmə. İdarə olunan və ya nəzarət
altında dilöyrənmə özü də 2 yerə bölünür: müstəqil və müəllimin planı ilə dilöy-
rənmə. Burada dilöyrənmə şüurluluq prinsipinə əsaslanır və dərslik, dərs vəsaiti,
lüğət və digər vəsaitlərin olması vacibdir. Ana dilinə söykənən bu dilöyrənmədə
qarşılaşdırmaya xüsusi diqqət verilir. Məhz bu yolla öyrədilən dillə ana dili arasın-
dakı sistem və struktur fərqləri, oxşarlıqları şüurlu şəkildə izləməklə dilöyrənməni
sürətləndirmək olar. Dilöyrənmədə ana dilinə xüsusi əhəmiyyət verilməsini alimlər
çoxdan qeyd ediblər. Dil strukturları arasındakı fərqləri ön plana çəkən kontrastiv
dilçilik transfer anlayışından gen-bol istifadə edir. Əslində psixoloji istiqaməti əsas
götürən bu baxımın məğzi bundan ibarətdir: əvvəl öyrədilən dil sonra mənimsənilənə
müsbət, mənfi və sıfır transfer yaradır. Mənfi transferlərin doğurduğu səhvlər
interferensiya hadisəsi adlanır ki, bu da psixoloji ədəbiyyatlarda geniş yayılmış
terminlərdəndir. Xarici dillərin öyrənilməsi zamanı baş verən interferensiya hadisəsi
vərdişlərin qarşılıqlı təsirində baş verir. Psixoloji tədqiqatlar artıq çoxdan sübut
etmişdir ki, insan hər hansı bir yeni vərdişə yiyələnərkən istər-istəməz belə bir qa-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
240
nunauyğunluqla qarşılaşır: yeni məsələ ilə rastlaşan insan fəaliyyət zamanı artıq onda
yaranmış, formalaşmış olan köhnə priyomlardan istifadə etməyə çalışır. İnterfe-
rensiya hadisəsinə pedaqoji təcrübədə, şagird və tələbələrin fəaliyyətində tez-tez
rast gəlmək olar. Bu baxımdan dillərin mənimsənilməsində, yazı və oxu vərdişlərinə
yiyələnmə prosesində interferensiya hadisəsi mütəmadi olaraq özünü göstərir.
Aparılmış tədqiqatlar şagirdlərin və tələbələrin düzgün yazı vərdişlərinə yiyə-
lənməsi zamanı reproduktiv ləngimənin təsirinə məruz qaldıqlarını göstərmişdir.
Belə ki, hər hansı bir orfoqrafik qaydaya aid şagirdlərdə yaranmış vərdiş digər yeni
qaydanı keçən zaman ona əngəllik törədir. Eyni hadisə hər hansı bir dil daxilində
qrammatik materialların öyrənilməsi zamanı da baş verir. Şagird hər hansı qram-
matik materialı öyrənir, lakin, yeni qayda keçilən zaman onları bir-biri ilə əlaqələn-
dirib praktikada həyata keçirə bilmir. Aparılmış psixoloji tədqiqatlar göstərir ki,
dillərin mənimsənilməsi zamanı təkcə bir dilin daxilində deyil dillərin qarşılıqlı
təsiri nəticəsində onların arasında da interferensiya hadisəsi baş verə bilir ki, bunu
dillərarası interferensiya adlandırırlar. Dillərarası interferensiya hadisəsi bütün dil
aspektlərində özünü göstərməklə fonetik, qrammatik, leksik xarakter daşıyır. Bu
zaman çoxdillilik şəraitində təmasda olan dillərin mənimsənilməsində ana dilinin
dominantlığı nəticəsində səhv tələffüz, uyğun gəlməyən leksik mənaların eyniləşdi-
rilməsi, ana dili normalarına uyğun cümlə qurmağa cəhd etmələr kimi yanlışlıqlar-
dillərarası interferensiyalar meydana gəlir. Dillərarası interferensiyanın nəzəri cəlb
edən formalarından biri fonetik interferensiyadır. Bu cür interferensiya baş verdikdə,
sonrakı dilin tələffüzündə əvvəl mənimsənilmiş dilin təsirindən irəli dələn qanuna-
uyğunsuzluqlar, qüsurlar özünü göstərir, məsələn:
• hal-hazırda öyrəndiyimiz ingilis dilində ön və arxa sıra saitlərinin nisbətən fərqli
tələffüzü, dilönü apikal samitlərin, meeting, camping sözlərindəki [ŋ] sonor samiti-
nin, where, whensday sözlərindəki qoşadodaq [w] sonor samitinin, thin, birtday
sözlərindəki dişarası [θ, ∂] səslərinin tələffüzü zamanı həmin səslər Azərbaycan
dilində mövcud olmadığından irəli gələn səhvlər,
•
ritmik qrupların sonunda əvvəlkinə nisbətən tələffüzün dəyişməsi,
•
sözlərin sonunda nisbətən qüvvətli tələffüz edilmə meylləri,
•
söz vurğusunun təbiətindən irəli gələn səhvlər,
•
uzun və qısa saitlərin tələffüzündəki yanlışlıqlar və s.
Çoxdillilik şəraitində təmasda olan fonetik interferensiya ilə yanaşı qrammatik
interferensiyaya da rast gəlinir. Burada da mahiyyət eynidir, köhnə vərdişlərin təzə
keçilən materiala mane olması. Qrammatik interferensiya özünü o zaman daha
qabarıq göstərir ki, öyrənilən dildə ifadə edilməli olan qrammatik məna ana dilində
olmasın və yaxud başqa şəkildə ifadə edilmiş olsun, məsələn:
•
isimlərin artikllə işlədilməsi,
•
ingilis dilində qaydasız fellərin mövcudluğu,
•
köməkçi fellərin mövcudluğu,
•
felin təsrif olunmayan formalarının yaratdığı konstruksiyalar, cümlədə söz
sırasının pozulması və s.
Materiallar
07 may 2011-ci il
241
Dillərin qarşılıqlı təsirində qabarıq şəkildə leksik interferensiyalar da özünü
göstərir. Faktlardan aydın olur ki, dilin leksik səviyyəsində özünü göstərən dillər-
arası interferensiya ikinci dili öyrənən adamın şüurunda iki dilin uyğun gəlməyən
leksik mənalarını eyniləşdirmək nəticəsində baş verir. Ona görə də artıq belə bir fakt
mübahisə doğurmur ki, ikinci dilin öyrənilməsi zamanı ana dilinin leksik-semantik,
qrammatik sistemi ciddi şəkildə nəzərə alınmalıdır. Leksik interferensiyalarla əla-
qədar olaraq psixoloji aspektdə aparılan işlərdən N.N.İmedadzenin apardığı tədqi-
qatlar daha diqqətə layiqdir. O, belə interferensiyalar zamanı, başlıca olaraq "məna-
nın eyniləşdirilməsinin" leksik interferensiya üçün əsas olduğunu aydınlaşdırır.
Apardığım tələbə axtarışlarının nəticəsi olaraq xarici dilləri öyrənmə tezliyini
daha da sürətləndirmək və ortaya çıxan bəzi psixoloji məqamları aradan qaldırmaq
üçün aşağıdakı fikirləri təqdim etmək istərdim:
•
Öyrəndiyimiz xarici dildən ünsiyyət vasitəsi kimi istifadənin praktik tələbat-
larının gündəlik ehtiyaca çevrilməsi
•
Xarici dillərin tədrisində təlimin əsas predmeti olan kommunikasiyanın emo-
sional-effektiv aspektlərinin öyrənilməsi və praktikaya tətbiq edilməsi
•
Xarici dil öyrənən hər bir fərdin linqvomədəni qarşılıqlı münasibətlərinin emo-
sional-qiymətləndirmə təcrübəsi əldə etməsi
•
Xarici dillərin öyrənilməsi zamanı mədəniyyətlərarası oxşar və fərqli cəhətlə-
rin müşahidəsi və intuitiv qavranılması
•
Şagird və tələbələrin fərdi biliklərinin artırılması yönümündə düzgün istiqa-
mətləndirilmə və individual işləmə bacarığı
•
Xarici dillərin tədrisi zamanı əldə edilən bilik və bacarıqların hafizədə saxla-
nılması və onların sistemli şəkildə qavranılması
•
Xarici dili tədris edən müəllimlərin auditoriyalarda tələbələri düzgün qiymət-
ləndirməsi, xüsusilə də individual olaraq dərk etmə və qavramanı nəzərdə tutmaqla
onlara fərdi yanaşmaları və pedaqoji baxımdan rəğbətləndirməyə meyl etmələri
məqsədəuyğundur.
Xarici dillərin öyrənilməsi, xarici dildə danışmaq və yazmaq üçün minimum
vərdişlərin yaranması və möhkəmlənməsi heç də ancaq sinifdə müəllimin rəhbər-
liyi altında aparılan məşğələlər vasitəsilə bitən bir proses deyildir. Xarici dilləri öy-
rənmək kimi çətin bir işin öhdəsindən o zaman müvəffəqiyyətlə gəlmək olar ki, şa-
girdlər və tələbələr bu prosesi ardıcıl, sistematik olaraq davam etdirsinlər, imkan
daxilində bir gün də fasiləyə yol verməsinlər. Çünki, hər cür fasilə əvvəl qazanıl-
mış bilik və bacarıqların itirilməsinə, hər şeyi yenidən başlamaq ehtiyacının mey-
dana gəlməsinə səbəb olur.
Xarici dili öyrənən şagird və tələbələr gələcək karyera imkanlarını artırmış
olurlar. Onlar yaradıcı olur və kompleks problemləri daha yaxşı həll edirlər. Bunun
cəmiyyət üçün də əhəmiyyəti böyükdür. Əcnəbi dillərdə danışan azərbaycanlılar
bizim xaricdə iqtisadi rəqabət qabiliyyətimizi gücləndirir, siyasi və mədəni maraq-
|